Qaraçoban düzü - Şərur rayonu ərazisində düzənlikdir.
Relyefi
Qaraçoban düzü Şərur rayonu ərazisində, Sədərək kəndinin cənub-qərbində, Bozağıl, Qaradaş, Düz, Həsənqulubağ dağlarının arasında maili düzənlikdir ki, onun da mütləq 950-1000 metrdir. Səthi Bağırsaqdərə və bir sıra digər dərələr vasitəsilə zəif parçalanmışdır. Daimi axına malik olmayan Bağırsaqdərə çayı Qaraçoban düzünün şimal-şərqində iki qola ayrılır. Ərazidən qış və yay otlağı kimi istifadə olunur. Qaraçoban maili düzənliyi (800–1200 m) əsasən allüvial-prolüvial çöküntülərindən təşkil olunmuşdur. Onun səthi Cəhənnəm dərəsi, Bağırsaq dərəsi və bir sıra başqa quru dərələr vasitəsilə parçalanmışdır. Suayrıcları hamar və genişdir, çox zəif parçalanmışdır. Maili düzənliyin mərkəz hissəsində yerləşən Bağırsaq dərəsindən keçən sellər Sədərək düzündəki əkinlərə ciddi zərər verir. Qaraçoban maili düzənliyində inkişaf etmiş boz torpaqların tərkibində çoxlu çay daşı vardır.
Bitki örtüyü
Maili düzənlikdə əsas yeri iyli yovşan, çılpaqdil və çəngəlli gəvən tutur. Efemerlər geniş yayılmışdır. Burada müxtəlif şoran bitkiləri, poruq, Marşall süddüyəni, üzərrik, quruçiçək,dəvəqıran, sivriuc və s. bitir. Ərazidən qış otlağı kimi istifadə olunur. Qaraçoban maili düzənliyinin geniş torpaqlarından əkinçilikdə istifadə etmək üçün suvarma tədbirləri görülmüşdür.
Toponimikası
Qoyunçuluğun inkişafı üçün əlverişli şəraitə malik olan Qaraçoban düzünün “Kitabi Dədə Qorqud” eposunun qəhrəmanı Qaraca Çobanın adı ilə bağlı olduğu ehtimal edilir.
Həmçinin bax
İstinadlar
- Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi, Naxçıvan ensiklopediyası I cild ,Naxçıvan-2005
- Babayev S., Naxçıvanda “Kitab-i Dədə Qorqud” toponimləri, B., 1999
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Qaracoban duzu Serur rayonu erazisinde duzenlikdir RelyefiQaracoban duzu Serur rayonu erazisinde Sederek kendinin cenub qerbinde Bozagil Qaradas Duz Hesenqulubag daglarinin arasinda maili duzenlikdir ki onun da mutleq 950 1000 metrdir Sethi Bagirsaqdere ve bir sira diger dereler vasitesile zeif parcalanmisdir Daimi axina malik olmayan Bagirsaqdere cayi Qaracoban duzunun simal serqinde iki qola ayrilir Eraziden qis ve yay otlagi kimi istifade olunur Qaracoban maili duzenliyi 800 1200 m esasen alluvial proluvial cokuntulerinden teskil olunmusdur Onun sethi Cehennem deresi Bagirsaq deresi ve bir sira basqa quru dereler vasitesile parcalanmisdir Suayriclari hamar ve genisdir cox zeif parcalanmisdir Maili duzenliyin merkez hissesinde yerlesen Bagirsaq deresinden kecen seller Sederek duzundeki ekinlere ciddi zerer verir Qaracoban maili duzenliyinde inkisaf etmis boz torpaqlarin terkibinde coxlu cay dasi vardir Bitki ortuyuMaili duzenlikde esas yeri iyli yovsan cilpaqdil ve cengelli geven tutur Efemerler genis yayilmisdir Burada muxtelif soran bitkileri poruq Marsall sudduyeni uzerrik qurucicek deveqiran sivriuc ve s bitir Eraziden qis otlagi kimi istifade olunur Qaracoban maili duzenliyinin genis torpaqlarindan ekincilikde istifade etmek ucun suvarma tedbirleri gorulmusdur ToponimikasiQoyunculugun inkisafi ucun elverisli seraite malik olan Qaracoban duzunun Kitabi Dede Qorqud eposunun qehremani Qaraca Cobanin adi ile bagli oldugu ehtimal edilir Hemcinin baxSerur rayonu Culfa maili duzenliyi Ordubad maili duzenliyi Yayci duzenliyi Sust maili duzenliyi Naxcivan maili duzenliyi Kengerli maili duzenliyi Boyukduz maili duzenliyi Serur maili duzenliyiIstinadlarAzerbaycan Milli Elmler Akademiyasinin Naxcivan bolmesi Naxcivan ensiklopediyasi I cild Naxcivan 2005 Babayev S Naxcivanda Kitab i Dede Qorqud toponimleri B 1999