Qabaqçı Mustafa üsyanı (türk. Kabakçı Mustafa isyanı) – 1807-ci ildə İstanbulda baş verən və III Səlimin taxtdan endirilməsi ilə nəticələnən üsyan. Hakimiyyətdəki bir Osmanlı sultanının taxtdan endirilməsiylə nəticələnən sonuncu yeniçəri üsyanıdır.
Üsyandan əvvəlki vəziyyət
III Səlimin səltənət illəri (1789–1807) müxtəlif üsyanlara — Dağlı üsyanları (1790–1795), Pəsvəndoğlu Osman Paşanın üsyanı (1792), Serb ayaqlanması (1804), Mahmud Təyyar Paşanın üsyanı (1805), İkinci Ədirnə hadisəsi (1806) və məşhur Qabaqçı Mustafa üsyanı (1807) səhnə olmuşdur. Sonuncu istisna olmaqla, digər bütün üsyanlar əyalətlərdə mərkəzi hakimiyyətlə digər qruplar arasındakı siyasi sürtüşmə olaraq baş vermişdir. Ancaq Qabaqçı Mustafa üsyanı isə imperiyanın mərkəzi sayılan paytaxtda baş vermiş, hakimiyyətdəki bir sultanın taxtdan endirilməsiylə nəticələnmişdir.
Qabaqçı Mustafa üsyanının səbəbləri arasında ən mühümü Sultan Səlimin başlatdığı və Nizami-cədid olaraq olaraq bilinən modernləşmə hərəkatıdır. Nizami-cədid ordusuna qarşı kin bəsləyən yeniçərilər və digər qruplar ordunun qurulduğu 1793-cü ildən 1805-ci ilədək kollektiv şəkildə hər hansı bir reaksiya bildirməmişdi. Bu yolda ilk etiraz aksiyası 1805-ci ildə baş tutan Səlimiyyə məscidi hadisəsidir. 1805-ci ilin aprelində inşası yeni tamamlanan Böyük Səlimiyyə məscidinə cümə namazına getməsi planlaşdırılan Sultan Səlimin, ənənəyə uyğun olaraq yeniçəriləri deyil, Nizami-cədid əsgərlərini mərasimə dəvət etməsi etirazlara səbəb oldu. Ayaqlanan yeniçərilər paytaxtın fərqli yerlərində iğtişaşlar çıxararaq sultanın məscidi ziyarətinə mane oldular.
Nizami-cədid hərəkatına qarşı ən önəmli ayaqlanma isə İkinci Ədirnə hadisəsidir (1806). Belə ki, Rumelindəki sancaq və əyalətlərdə mərkəzi hakimiyyəti gücləndirmək məqsədilə 1806-cı ilin yazında Nizami-cədid birlikləri Ədirnəyə göndərildi. Ancaq həm əhali, həm də yerli əyanlar idarəsindəki Nizami-cədid birliklərinin Rumelidə məskunlaşmasına qarşı çıxdılar. Nəticədə göndərilən birliklər yenidən İstanbula çəkilməyə məcbur oldu. Nəticədə mərkəzdəki Nizami-cədid əleyhdarları etirazları artırdılar. Yaranan etirazlara cavab olaraq Sultan Səlim vəziyyəti ələ almaq məqsədilə yenilik tərəfdarı olan şeyxülislam Əsad Əfəndini də vəzifədən aldı. Ardından üsyançı əyanların təzyiqi ilə yeniçəri ağası İbrahim ağanı sədarətə, islahat hərəkatının amansız düşməni olan Ataullah Əfəndini isə şeyxülislamlığa təyin etdi (14 sentyabr 1806). Sonun başlanğıcı olan bu təyinatlar səltənətinə ağır zərbə vurdu və bütün siyasi qüdrətini itirməsinə səbəb oldu.
Üsyanın gedişatı
Nizami-cədid tərəfdarları ilə əleyhdarları arasındakı gərginliyin artdığı bir vəziyyətdə İstanbul boğaz qalalarındakı xidmətçilərə Nizami-cədid geyimlərinin göndərilməsi üsyanın başlamasına bəhanə oldu. 25 may 1807-ci ildə bazar ertəsi səhər saatlarında toplanan bir qrup xidmətçi Beykoz sahilindəki Hünkar iskələsinə gələrək burada aksiya keçirdilər. Onlara qarşı çıxan iskələ dizdarı Hasəki Xəlil ağanın öldürülməsi ilə nəticələnən bu aksiyanın ardından sayıları anidən artan üsyançılar sabiq rəisülküttab və İstanbul boğazı naziri Mahmud Raif Əfəndini də qətlə yetirdilər. Üsyanın ikinci günü Sarıyer yaxınlığındakı Böyükdərə çayırında toplanan üsyançılar əslən Kastamonulu olan Qabaqçı Mustafa ağanı özlərinə başçı seçdilər. Ertəsi gün Qabaqçı Mustafa ağa rəhbərliyindəki 500 nəfərə yaxın üsyançı İstanbulun mərkəzinə doğru yürüşə keçdi. Topçu birliklərinin də qatılmasıyla sayıları artan üsyançılar cümə axşamı günü Ət meydanına gəldilər və edamını istədikləri 11 nəfərin adının yazıldığı siyahını Sultan Səlimə göndərdilər.
Siyahıda adı yazılanlardan bəzilərinin ələ keçirilərək öldürülməsiylə yanaşı həmin gün bütün Nizami-cədid islahatları və ordusu Sultan Səlim tərəfindən ləğv edildi. Buna baxmayaraq üsyançılar meydanları tərk etmədi. Bu dəfə də Sultan Səlimin taxtdan endirilməsini tələb edən birliklər Topqapı sarayına hücum etdilər. Üsyançılarla mübarizə aparmaqdan imtina edən Sultan Səlim cümə günü taxtdan çəkildi və əmisi oğlu Şahzadə Mustafa saxlanıldığı Şimşirlik bölümündən alınaraq taxta çıxarıldı (29 may 1807).
Üsyanın ardından
Üsyanın ardından sədarət naibi Kösə Musa Paşa, Qabaqçı Mustafa ağa, şeyxülislam Mehmed Əfəndi, qazəsgərlər və yeniçəri ocağının öndə gələn zabitlərinin iştirakıyla bir məclis toplandı. Məclisin sonunda üsyançıların dövlət işlərinə qarışmamaq şərtiylə, bağışlanacaqlarına dair söz verildi və Hüccəti-Şəriyyə adlanan fərman hazırlandı (31 may 1807). Ertəsi gün fərmanı təsdiqləyən Sultan Mustafa üsyançıları bağışlayacağına dair and içdi. Ancaq çox keçmədən bunun heç bir faydasının olmadığı aşkarlandı və bütün dövlət idarəsi saray çevrilişini tərtibləyənlərin əlinə keçdi. Beləliklə, Sultan Mustafa səltənəti qısa zamanda peşmançılıq, dövlət strukturunda axsama və islahat tərəfdarları ilə əleyhdarları arasındakı mübarizə meydanına çevrildi.
O əsnada 1806-cı ildə başlayan Rusiya-Osmanlı müharibəsi davam edirdi və sədrəzəm İbrahim Hilmi Paşa orduyla birlikdə cəbhədə idi. Buna baxmayaraq İstanbulda baş tutan hadisələrin sədası bura qədər gəlib çıxmışdı. Belə ki, ayaqlanan yeniçərilər sədrəzəmi ordugahdan qovmuş, önəmli ordu zabitləri cəbhədən qaçmış, üsyanı tərtibləyənlərdən yeniçəri ağası Pəhlivan ağa öz tərəfdarları tərəfindən öldürülmüş, sədarət möhürü verilsə də, ordudakı iğtişaşların önü alına bilməmişdi. Ordunun bu vəziyyəti isə rusların cəbhədə irəliləməsinə səbəb olmuşdu. 24 avqust 1807-ci ildə bağlanan bir illik atəşkəs müddəti isə paytaxtda baş tutan saray çevrilişinin orduda çıxardığı iğtişaşlarla keçdi. İstanbulda Sultan Səlimin taxtdan endirilməsiylə nəticələnən üsyanın memarlarından Kösə Musa Paşa və şeyxülislam Mehmed Əfəndi isə üsyanın idarəsini əlindən çıxarmış, Musa Paşanın istehfasının ardından sabiq sultanın can düşməni Təyyar Mahmud Paşa sədarət naibliyinə gətirilmişdi (noyabr 1807). Ancaq çox keçmədən şeyxülislamla münasibətləri pisləşən Təyyar Mahmud Paşa vəzifədən alındı (mart 1808). Digər yandan Sultan Səlim tərəfdarlarını ətrafında toplamağa başlayan Rusçuk (indiki Ruse) əyanlarından Ələmdar Mustafa Paşa paytaxta doğru irəliləməkdə idi. 19 iyul 1808-ci ildə İstanbula daxil olan Ələmdar Mustafa Paşa şəhərdakı əmin-amanlığı təmin etdi. Qabaqçı Mustafa edam edildi və şeyxülislam vəzifədən alınaraq yerinə gətirildi. Ələmdar Mustafa Paşanın yanında toplananlar Sultan Səlimi yenidən taxta çıxarmaq, Sultan Mustafanın ətrafındakılar isə ondan dərhal qurtulmağın yollarını axtarırdılar. Nəhayət, vəziyyəti ələ alan Ələmdar Mustafa Paşa basqın tərtibləyərək sədrəzəmi həbs etdi və Sultan Səlimi taxta çıxarmaq məqsədilə saraya yönəldi. Şeyxülislam Arif Əfəndi ağsaqqal olaraq saraya göndərildi və Sultan Səlimin sülh və əmin-amanlıqla taxta çıxarılması tələb edildi. Ancaq Sultan Mustafanın əmriylə saray qapıları bağlandı və Sultan Səlimlə, sülalənin yeganə şahzadəsi olan Şahzadə Mahmudun otaqlarına cəlladlar göndərildi. Sultan Səlim vəhşicəsinə şəhid edilsə də,Şahzadə Mahmud saray xidmətçilərinin yardımıyla xilas edildi və Sultan Mustafanın yerinə taxta çıxarıldı (28 iyul 1808). Sultan Mustafa və anası saray çevrilişini qəbul etmədilər və "Mən taxtdan enmədim ki, Mahmudu taxta çıxarasınız" deyə qışqıran Sultan Mustafa yeni padşahın imamlarından Əhməd Kamil Əfəndi tərəfindən sakitləşdirildi və Şimşirlik bölümünə həbs edildi. Otağa zorla daxil olan üsyançıları təhqir etməyə başlayan anası Səniyəpərvər Sultan isə zorla hərəm otaqlarından birinə həbs edildi.
İstinadlar
- Kılıç, Musa, Kabakçı Mustafa İsyanı, basılmamış yüksek lisans tezi, 2003, Ankara Üniversitesi
- Shaw, Stanford J., Between Old and New: Ottoman Empire under Selim III 1780–1807, Cambridge, Mass. 1971
- Üzkaya, Yücel, "III, Selim Devrinde Nizam-ı Cedidin Anadoluda Karşılaştığı Zorluklar", Tarih Araştırmaları Dergisi, I/1 (Ankara 1963), s. 145–156
- Beydilli, Kemal, "Kabakçı İsyanı Akabinde Hazırlanan Hüccet-i Şeriyye", Türk Kültürü İncelemeleri Dergisi, sy 4 (İstanbul 2001), s. 42–48
- Danacı-Yıldız, Aysel, "III. Selimin Katilleri", Osmanlı Araştırmaları, XXXI (İstanbul 2008), s. 55–92
Mənbə
- Yıldız, Aysel, Kabakçı isyanı ve III. Selimin Katli. İstanbul 2010.
- BOA. Mühimme-i Mektume Defterleri, nr. 5, s. 130, hüküm nr. 380 (eval-i Ca 1223/25 Haziran-4 Temmuz 1808)
- Asım, Tarih, İstanbul 1876
- Beyhan, Mehmet Ali, Saray Günlüğü, İstanbul 2007
- Danacı-Yıldız, Aysel, Vaka-yı Selimiyye or the Selimiyye Incident: A Study of the may 1807 Rebellion, basılmamış doktora tezi, 2008, Sabancı Üniversitesi
- Kethüda Said Efendi, Tarih-i Vekayii Adlı Eserin Transkripsiyonu ve Değerlendirilmesi, basılmamış yüksek lisans tezi, 1993, Marmara Üniversitesi
- Mustafa Necib Efendi, Sultan Selim-i Salis Asrı Vekayiine ve Müteferriatına Dair Asr-ı Mezkur Ricalinden ve Ashab-ı Dikkatden Mustafa Necib Efendinin Kaleme Almış Olduğu Tarihdir, İstanbul 1280.
- Wilkinson, William, An Account of Principalities of Wallachia and Moldavia: With Various Observations Relating to Them, Londra 1820
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Qabaqci Mustafa usyani turk Kabakci Mustafa isyani 1807 ci ilde Istanbulda bas veren ve III Selimin taxtdan endirilmesi ile neticelenen usyan Hakimiyyetdeki bir Osmanli sultaninin taxtdan endirilmesiyle neticelenen sonuncu yeniceri usyanidir Usyan neticesinde taxtdan endirilen Nizami cedid terefdari Sultan SelimUsyandan evvelki veziyyetIII Selimin seltenet illeri 1789 1807 muxtelif usyanlara Dagli usyanlari 1790 1795 Pesvendoglu Osman Pasanin usyani 1792 Serb ayaqlanmasi 1804 Mahmud Teyyar Pasanin usyani 1805 Ikinci Edirne hadisesi 1806 ve meshur Qabaqci Mustafa usyani 1807 sehne olmusdur Sonuncu istisna olmaqla diger butun usyanlar eyaletlerde merkezi hakimiyyetle diger qruplar arasindaki siyasi surtusme olaraq bas vermisdir Ancaq Qabaqci Mustafa usyani ise imperiyanin merkezi sayilan paytaxtda bas vermis hakimiyyetdeki bir sultanin taxtdan endirilmesiyle neticelenmisdir Qabaqci Mustafa usyaninin sebebleri arasinda en muhumu Sultan Selimin baslatdigi ve Nizami cedid olaraq olaraq bilinen modernlesme herekatidir Nizami cedid ordusuna qarsi kin besleyen yeniceriler ve diger qruplar ordunun quruldugu 1793 cu ilden 1805 ci iledek kollektiv sekilde her hansi bir reaksiya bildirmemisdi Bu yolda ilk etiraz aksiyasi 1805 ci ilde bas tutan Selimiyye mescidi hadisesidir 1805 ci ilin aprelinde insasi yeni tamamlanan Boyuk Selimiyye mescidine cume namazina getmesi planlasdirilan Sultan Selimin eneneye uygun olaraq yenicerileri deyil Nizami cedid esgerlerini merasime devet etmesi etirazlara sebeb oldu Ayaqlanan yeniceriler paytaxtin ferqli yerlerinde igtisaslar cixararaq sultanin mescidi ziyaretine mane oldular Nizami cedid herekatina qarsi en onemli ayaqlanma ise Ikinci Edirne hadisesidir 1806 Bele ki Rumelindeki sancaq ve eyaletlerde merkezi hakimiyyeti guclendirmek meqsedile 1806 ci ilin yazinda Nizami cedid birlikleri Edirneye gonderildi Ancaq hem ehali hem de yerli eyanlar idaresindeki Nizami cedid birliklerinin Rumelide meskunlasmasina qarsi cixdilar Neticede gonderilen birlikler yeniden Istanbula cekilmeye mecbur oldu Neticede merkezdeki Nizami cedid eleyhdarlari etirazlari artirdilar Yaranan etirazlara cavab olaraq Sultan Selim veziyyeti ele almaq meqsedile yenilik terefdari olan seyxulislam Esad Efendini de vezifeden aldi Ardindan usyanci eyanlarin tezyiqi ile yeniceri agasi Ibrahim agani sedarete islahat herekatinin amansiz dusmeni olan Ataullah Efendini ise seyxulislamliga teyin etdi 14 sentyabr 1806 Sonun baslangici olan bu teyinatlar seltenetine agir zerbe vurdu ve butun siyasi qudretini itirmesine sebeb oldu Usyanin gedisatiNizami cedid terefdarlari ile eleyhdarlari arasindaki gerginliyin artdigi bir veziyyetde Istanbul bogaz qalalarindaki xidmetcilere Nizami cedid geyimlerinin gonderilmesi usyanin baslamasina behane oldu 25 may 1807 ci ilde bazar ertesi seher saatlarinda toplanan bir qrup xidmetci Beykoz sahilindeki Hunkar iskelesine gelerek burada aksiya kecirdiler Onlara qarsi cixan iskele dizdari Haseki Xelil aganin oldurulmesi ile neticelenen bu aksiyanin ardindan sayilari aniden artan usyancilar sabiq reisulkuttab ve Istanbul bogazi naziri Mahmud Raif Efendini de qetle yetirdiler Usyanin ikinci gunu Sariyer yaxinligindaki Boyukdere cayirinda toplanan usyancilar eslen Kastamonulu olan Qabaqci Mustafa agani ozlerine basci secdiler Ertesi gun Qabaqci Mustafa aga rehberliyindeki 500 nefere yaxin usyanci Istanbulun merkezine dogru yuruse kecdi Topcu birliklerinin de qatilmasiyla sayilari artan usyancilar cume axsami gunu Et meydanina geldiler ve edamini istedikleri 11 neferin adinin yazildigi siyahini Sultan Selime gonderdiler Siyahida adi yazilanlardan bezilerinin ele kecirilerek oldurulmesiyle yanasi hemin gun butun Nizami cedid islahatlari ve ordusu Sultan Selim terefinden legv edildi Buna baxmayaraq usyancilar meydanlari terk etmedi Bu defe de Sultan Selimin taxtdan endirilmesini teleb eden birlikler Topqapi sarayina hucum etdiler Usyancilarla mubarize aparmaqdan imtina eden Sultan Selim cume gunu taxtdan cekildi ve emisi oglu Sahzade Mustafa saxlanildigi Simsirlik bolumunden alinaraq taxta cixarildi 29 may 1807 Usyanin ardindanUsyanin ardindan sedaret naibi Kose Musa Pasa Qabaqci Mustafa aga seyxulislam Mehmed Efendi qazesgerler ve yeniceri ocaginin onde gelen zabitlerinin istirakiyla bir meclis toplandi Meclisin sonunda usyancilarin dovlet islerine qarismamaq sertiyle bagislanacaqlarina dair soz verildi ve Hucceti Seriyye adlanan ferman hazirlandi 31 may 1807 Ertesi gun fermani tesdiqleyen Sultan Mustafa usyancilari bagislayacagina dair and icdi Ancaq cox kecmeden bunun hec bir faydasinin olmadigi askarlandi ve butun dovlet idaresi saray cevrilisini tertibleyenlerin eline kecdi Belelikle Sultan Mustafa selteneti qisa zamanda pesmanciliq dovlet strukturunda axsama ve islahat terefdarlari ile eleyhdarlari arasindaki mubarize meydanina cevrildi Usyan neticesinde taxta cixarilan Sultan Mustafa O esnada 1806 ci ilde baslayan Rusiya Osmanli muharibesi davam edirdi ve sedrezem Ibrahim Hilmi Pasa orduyla birlikde cebhede idi Buna baxmayaraq Istanbulda bas tutan hadiselerin sedasi bura qeder gelib cixmisdi Bele ki ayaqlanan yeniceriler sedrezemi ordugahdan qovmus onemli ordu zabitleri cebheden qacmis usyani tertibleyenlerden yeniceri agasi Pehlivan aga oz terefdarlari terefinden oldurulmus sedaret mohuru verilse de ordudaki igtisaslarin onu alina bilmemisdi Ordunun bu veziyyeti ise ruslarin cebhede irelilemesine sebeb olmusdu 24 avqust 1807 ci ilde baglanan bir illik ateskes muddeti ise paytaxtda bas tutan saray cevrilisinin orduda cixardigi igtisaslarla kecdi Istanbulda Sultan Selimin taxtdan endirilmesiyle neticelenen usyanin memarlarindan Kose Musa Pasa ve seyxulislam Mehmed Efendi ise usyanin idaresini elinden cixarmis Musa Pasanin istehfasinin ardindan sabiq sultanin can dusmeni Teyyar Mahmud Pasa sedaret naibliyine getirilmisdi noyabr 1807 Ancaq cox kecmeden seyxulislamla munasibetleri pislesen Teyyar Mahmud Pasa vezifeden alindi mart 1808 Diger yandan Sultan Selim terefdarlarini etrafinda toplamaga baslayan Ruscuk indiki Ruse eyanlarindan Elemdar Mustafa Pasa paytaxta dogru irelilemekde idi 19 iyul 1808 ci ilde Istanbula daxil olan Elemdar Mustafa Pasa seherdaki emin amanligi temin etdi Qabaqci Mustafa edam edildi ve seyxulislam vezifeden alinaraq yerine getirildi Elemdar Mustafa Pasanin yaninda toplananlar Sultan Selimi yeniden taxta cixarmaq Sultan Mustafanin etrafindakilar ise ondan derhal qurtulmagin yollarini axtarirdilar Nehayet veziyyeti ele alan Elemdar Mustafa Pasa basqin tertibleyerek sedrezemi hebs etdi ve Sultan Selimi taxta cixarmaq meqsedile saraya yoneldi Seyxulislam Arif Efendi agsaqqal olaraq saraya gonderildi ve Sultan Selimin sulh ve emin amanliqla taxta cixarilmasi teleb edildi Ancaq Sultan Mustafanin emriyle saray qapilari baglandi ve Sultan Selimle sulalenin yegane sahzadesi olan Sahzade Mahmudun otaqlarina celladlar gonderildi Sultan Selim vehsicesine sehid edilse de Sahzade Mahmud saray xidmetcilerinin yardimiyla xilas edildi ve Sultan Mustafanin yerine taxta cixarildi 28 iyul 1808 Sultan Mustafa ve anasi saray cevrilisini qebul etmediler ve Men taxtdan enmedim ki Mahmudu taxta cixarasiniz deye qisqiran Sultan Mustafa yeni padsahin imamlarindan Ehmed Kamil Efendi terefinden sakitlesdirildi ve Simsirlik bolumune hebs edildi Otaga zorla daxil olan usyancilari tehqir etmeye baslayan anasi Seniyeperver Sultan ise zorla herem otaqlarindan birine hebs edildi IstinadlarKilic Musa Kabakci Mustafa Isyani basilmamis yuksek lisans tezi 2003 Ankara Universitesi Shaw Stanford J Between Old and New Ottoman Empire under Selim III 1780 1807 Cambridge Mass 1971 Uzkaya Yucel III Selim Devrinde Nizam i Cedidin Anadoluda Karsilastigi Zorluklar Tarih Arastirmalari Dergisi I 1 Ankara 1963 s 145 156 Beydilli Kemal Kabakci Isyani Akabinde Hazirlanan Huccet i Seriyye Turk Kulturu Incelemeleri Dergisi sy 4 Istanbul 2001 s 42 48 Danaci Yildiz Aysel III Selimin Katilleri Osmanli Arastirmalari XXXI Istanbul 2008 s 55 92MenbeYildiz Aysel Kabakci isyani ve III Selimin Katli Istanbul 2010 ISBN 978 605 61007 0 3 BOA Muhimme i Mektume Defterleri nr 5 s 130 hukum nr 380 eval i Ca 1223 25 Haziran 4 Temmuz 1808 Asim Tarih Istanbul 1876 Beyhan Mehmet Ali Saray Gunlugu Istanbul 2007 Danaci Yildiz Aysel Vaka yi Selimiyye or the Selimiyye Incident A Study of the may 1807 Rebellion basilmamis doktora tezi 2008 Sabanci Universitesi Kethuda Said Efendi Tarih i Vekayii Adli Eserin Transkripsiyonu ve Degerlendirilmesi basilmamis yuksek lisans tezi 1993 Marmara Universitesi Mustafa Necib Efendi Sultan Selim i Salis Asri Vekayiine ve Muteferriatina Dair Asr i Mezkur Ricalinden ve Ashab i Dikkatden Mustafa Necib Efendinin Kaleme Almis Oldugu Tarihdir Istanbul 1280 Wilkinson William An Account of Principalities of Wallachia and Moldavia With Various Observations Relating to Them Londra 1820