"Qılınc və qələm" — Məmməd Səid Ordubadinin tarixi romanı
Qılınc və Qələm | |
---|---|
Müəllif | Məmməd Səid Ordubadi |
Janr | Tarixi |
Orijinalın dili | Azərbaycan dili |
Orijinalın nəşr ili | 1946 (I kitab) 1948 (II kitab) 2005 (III kitab) 2013 (IV və V kitablar) |
Nəşriyyat | Azərnəşr (I və II kitablar) Şərq-Qərb (III kitab) Əli və Nino (IV kitab) Hədəf (V kitab) |
ISBN |
Yazıçının tarixi romanlarından sonuncusu olan "Qılınc və qələm"də böyük Azərbaycan şairi və mütəffəkiri Nizami Gəncəvinin yaşadığı dövrün geniş, hərtərəfli mənzərəsi yaradılmışdır. Tarixi sənədliliklə bədii təxəyyülün ustalıqla əlaqələndirildiyi romanda iki qəhrəmana daha geniş yer verilmişdir. Bunlardan biri Nizami, digəri isə Fəxrəddindir. Kitabda Nizaminin fikri-bədii təkamülündə rol oynayan şəxsiyyətlərin bədii surətləri də diqqəti cəlb edir.
Mövzu
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı ətrafında Məmməd Səid Ordubadi böyük tədqiqat aparmış, çox qiymətli əsərlər yazmışdır. Hələ 1925-ci ildə "Maarif işçisi" məcmuəsinin 8-ci nömrəsində dərc etdirdiyi "Fars ədəbiyyatında Nizami" məqaləsində Nizaminin yaşadığı mühitdən və şairin əsərlərindən bəhs edən Ordubadi, sonralar Nizaminin 800 illik yubileyinin keçirilməsində olduqca fəal və böyük səy ilə çalışaraq bu sahədəki tədqiqatını daha da genişləndirmişdir. 1939-cu ildən başlayaraq,onun müxtəlif qəzet və jurnallarda,eyni zamanda yubiley münasibətilə buraxılan "Nizami" almanaxlarında "Nizaminin dövrü və həyatı"(məqalələr silsiləsi,1939),"Böyük şairin yaşadığı mühit"(1947), "Nizami dövründə ədəbiyyat" (1947),"XII əsrdə Azərbaycan ədəbiyyatı və onun klassik Şərq ədəbiyyatına təsiri" (1943) və sair kimi dəyərli elmi məqalələri çap olunmuşdur.Bunlardan əlavə,"Nizami" (1939) adlı opera mətnini və "Qılınc və qələm" romanını da yubiley münasibətilə yazmışdır. 1941-ci ildə romandan "Bahar" adı ilə bir parça "Revolyusiya və kultura" jurnalında dərc olnumuş,bundan sonra ayrı-ayrı parçalar çap edilmişdir. Bütövlükdə-"Qılınc və qələm" romanı Azərnəşr tərəfindən ilk dəfə 1946-cı ildə (I kitab) və 1948-ci ildə (II kitab) çapdan çıxarılmışdır. Oxucuların böyük rəğbət və məhəbbətini qazanan roman ilk çapından sonra dəfələrlə nəşr edilmişdir. 1965-ci ildə əsər İ.Peçenevin tərcüməsi ilə rus dilində çapdan çıxmışdı.
Məzmun
"Qılınc və qələm" Nizami dövründə geniş təbəqələrin vəziyyətini ölkənin xarici əlaqələrini, əsrin ədəbiyyat və incəsənətini, sənətkarlarını, dövlət xadimlərini, xalqın azadlıq mübarizələrini əks etdirən bir romandır. Ordubadi əvvəlki romanlarından fərqli olaraq daha uzaq keçmişdən bəhs etdiyindən burada ətraflı tədqiqat işi aparmışdır. Əsər külli miqdarda tarixi, elmi, ədəbi məxəzə istinadən yazılmışdır. Nizami haqqında, xüsusilə, onun həyatı barədə məlumatın azlığı müəllifin bir çox halda öz yazıçı təxəyyülünə qanad verməyə vadar etmişdir. Tarixi sənədliliklə bədii təxəyyül romanda ustalıqla əlaqələndirilmişdir. Buna görə də deyə bilərik ki, digər tarixi romanlarına nisbətən "Qılınc və qələm"də yazıçı surətlərin tərsimində daha sərbəst hərəkət etmişdir.
Əsərdə Nizami Gəncəvinin surəti mərkəzi yer tutur. Lakin müəllif tək bununla kifayətlənməyərək Nizami dövrünün geniş, hərtərəfli mənzərəsini yaratmağa çalışmışdır. Burada Ordubadi romançılığının bir mühüm xüsusiyyəti - genişliyə, əhatəliliyə, çoxplanlılığa meyil özünü daha bariz şəkildə göstərir və bu "Qılınc və qələm" romanının Nizami haqqında bioqrafik roman çərçivəsindən çıxarır.
Ümumiyyətlə, M.S.Ordubadi romanda bir şəxsin taleyi, bir hadisə, bir qısa dövrün konkret mənzərəsini verməklə kifayətlənmir, onun ilhamı bir qayda olaraq geniş meydan axtarır, əngin səmada qanad çalmağı sevir, məzmun dolğunluğu şərtilə genişlik, ənginlik də verir. "Qılınc və qələm"də də belədir. Müəllif Nizaminin həyat və fəaliyyətini müxtəlif dövrlə, xalq həyatı və məişəti ilə sıx əlaqədə təsvir etmiş, xalq həyatının geniş lövhələrini yaratmışdır. Buna görədir ki, roman baş qəhrəmanının adı ilə adlandırmır, əsər həyat materialında mühüm yer tutan ilk amilin-xalqın mənəvi və fiziki qüvvəsinin rəmzi olan "Qılınc və qələm" adlandırmışdır.
Ən qədim zamanlardan Azərbaycan xalqının azadlıq və istiqlaliyyət uğrunda mübarizələrdə ad çıxarması, Azərbaycan qoşunlarının bütün Şərqdə şöhrət qazanması romanda iftixar hissi ilə qeyd olunur. İgid xalq qəhrəmanı Fəxrəddinin başçılığı ilə işğalçılara qarşı vətəni müdafiəyə qalxan Azərbaycan oğulları dar gündə qonşu xalqların da köməyinə gedir, həmişə müzəffər qayıdırlar.
Mübarizə, müharibə, üsyan səhnələri hər yerdə Fəxrəddinin adı ilə bağlıdırsa, onun əsas məsləhətçisi Nizamidir.
Nizami ilə birlikdə şairə Məhsəti Gəncəvinin surəti də əsərdə böyük yer tutur. Məhsəti əsərin mükəmməl işlənmiş surətlərindəndir. Ədəbiyyatımızda ilk dəfə "Qılınc və qələm" romanında XII əsr Azərbaycanının ədəbi mühiti, sənətkarların bədii surətləri yaradılmışdır. Xaqani Şirvani, Mücirəddin Beyləqani, Əbül-Üla Gəncəvi və digər sənətkarlar vasitəsi ilə ədib dövrün şeir və sənət məsələlərini işıqlandırmışdır.
Romanda zəngin surətlər qalereyası diqqəti cəlb edir. Azərbaycan atabəyləri - Atabəy Məhəmməd, Qızıl Arslan, Toğrul, Əbubəkr,Atabəy Özbək surətləri baş qəhrəmanın siyasi-ictimai görüşlərinin,dövrün təsvirinə kömək edirsə, Səba xanım, Hüsaməddin və başqaları münaqişə xəttinin davamını təmin edir. Qətibə, Əmir İnanc, Toxtamış və digər saray adamlarının surətləri də dolğun təsir bağışlayır. Mənfi planda verilmiş saray ədəbiyyatı nümayəndələri Zəhir Bəlxi, Kəmaləddin Nizaminin fəlsəfi-estetik görüşlərində tənqid hədəfləri kimi verilmişlər.
Bütün əhvalat və şəxsiyyətləri, mürəkkəb hadisələri gərgin süjet xətti ətrafında birləşdirən müxtəlif cəlbedici, maraqlı, axıradək oxucunu ardınca apara bilən quruluş tapmışdır.Romanın sonunda məlum olur ki, Xarəzmşah Cəlaləddin Azərbaycanı işğal etdikdən sonra son Eldəniz hökmdarı Özbəyi Ələnciq qalasına saldırır, qalada iki əsir qoca bir-birinə öz sərgüzəştlərini danışır. Qocalardan biri Atabəy Məhəmmədin böyük oğlu Qutluq İnanc, digəri kəndli qızı Gözəldən olan kiçik oğlu Özbəkdir.
İctimai hadisələrin son dərəcə maraqlı təsvir olunduğu "Qılınc və qələm" Ordubadi yaradıcılığına xas macəraçılıq romanı üslubunda yazılmışdır. Maraqlı və yığcam quruluşlu bu əsər Ordubadinin zəngin ədəbi irsində, şübhəsiz, mühüm yer tutan, oxucularda Nizami və onun dövrünü öyrənməyə böyük həvəs oyadan romandır.
Xarici dillərdə nəşrləri
Roman 2024-cü ildə özbək dilində nəşr olunmuşdur. Tarixi romanı özbək dilinə alimlər Nəzirə Əliyeva, Möhsün Həmidov və Rüstəm Kamilov tərcümə ediblər.
Həmçinin bax
Romanı oxu:
(I hissə)
(II hissə)
İstinadlar
- . 2017-06-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-21.
- "Arxivlənmiş surət" (PDF). 2017-04-15 tarixində (PDF). İstifadə tarixi: 2017-10-29.
- Real TV. ""Qılınc və qələm" özbək dilində nəşr edilib" (az.). Youtube.com. 04.02.2024. 2024-02-04 tarixində . İstifadə tarixi: 2024-02-04.
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Qilinc ve qelem Memmed Seid Ordubadinin tarixi romaniQilinc ve QelemMuellif Memmed Seid OrdubadiJanr TarixiOrijinalin dili Azerbaycan diliOrijinalin nesr ili 1946 I kitab 1948 II kitab 2005 III kitab 2013 IV ve V kitablar Nesriyyat Azernesr I ve II kitablar Serq Qerb III kitab Eli ve Nino IV kitab Hedef V kitab ISBN 9952 418 81 4 Yazicinin tarixi romanlarindan sonuncusu olan Qilinc ve qelem de boyuk Azerbaycan sairi ve muteffekiri Nizami Gencevinin yasadigi dovrun genis herterefli menzeresi yaradilmisdir Tarixi senedlilikle bedii texeyyulun ustaliqla elaqelendirildiyi romanda iki qehremana daha genis yer verilmisdir Bunlardan biri Nizami digeri ise Fexreddindir Kitabda Nizaminin fikri bedii tekamulunde rol oynayan sexsiyyetlerin bedii suretleri de diqqeti celb edir MovzuDahi Azerbaycan sairi Nizami Gencevinin heyat ve yaradiciligi etrafinda Memmed Seid Ordubadi boyuk tedqiqat aparmis cox qiymetli eserler yazmisdir Hele 1925 ci ilde Maarif iscisi mecmuesinin 8 ci nomresinde derc etdirdiyi Fars edebiyyatinda Nizami meqalesinde Nizaminin yasadigi muhitden ve sairin eserlerinden behs eden Ordubadi sonralar Nizaminin 800 illik yubileyinin kecirilmesinde olduqca feal ve boyuk sey ile calisaraq bu sahedeki tedqiqatini daha da genislendirmisdir 1939 cu ilden baslayaraq onun muxtelif qezet ve jurnallarda eyni zamanda yubiley munasibetile buraxilan Nizami almanaxlarinda Nizaminin dovru ve heyati meqaleler silsilesi 1939 Boyuk sairin yasadigi muhit 1947 Nizami dovrunde edebiyyat 1947 XII esrde Azerbaycan edebiyyati ve onun klassik Serq edebiyyatina tesiri 1943 ve sair kimi deyerli elmi meqaleleri cap olunmusdur Bunlardan elave Nizami 1939 adli opera metnini ve Qilinc ve qelem romanini da yubiley munasibetile yazmisdir 1941 ci ilde romandan Bahar adi ile bir parca Revolyusiya ve kultura jurnalinda derc olnumus bundan sonra ayri ayri parcalar cap edilmisdir Butovlukde Qilinc ve qelem romani Azernesr terefinden ilk defe 1946 ci ilde I kitab ve 1948 ci ilde II kitab capdan cixarilmisdir Oxucularin boyuk regbet ve mehebbetini qazanan roman ilk capindan sonra defelerle nesr edilmisdir 1965 ci ilde eser I Pecenevin tercumesi ile rus dilinde capdan cixmisdi Mezmun Qilinc ve qelem Nizami dovrunde genis tebeqelerin veziyyetini olkenin xarici elaqelerini esrin edebiyyat ve incesenetini senetkarlarini dovlet xadimlerini xalqin azadliq mubarizelerini eks etdiren bir romandir Ordubadi evvelki romanlarindan ferqli olaraq daha uzaq kecmisden behs etdiyinden burada etrafli tedqiqat isi aparmisdir Eser kulli miqdarda tarixi elmi edebi mexeze istinaden yazilmisdir Nizami haqqinda xususile onun heyati barede melumatin azligi muellifin bir cox halda oz yazici texeyyulune qanad vermeye vadar etmisdir Tarixi senedlilikle bedii texeyyul romanda ustaliqla elaqelendirilmisdir Buna gore de deye bilerik ki diger tarixi romanlarina nisbeten Qilinc ve qelem de yazici suretlerin tersiminde daha serbest hereket etmisdir Eserde Nizami Gencevinin sureti merkezi yer tutur Lakin muellif tek bununla kifayetlenmeyerek Nizami dovrunun genis herterefli menzeresini yaratmaga calismisdir Burada Ordubadi romanciliginin bir muhum xususiyyeti genisliye ehateliliye coxplanliliga meyil ozunu daha bariz sekilde gosterir ve bu Qilinc ve qelem romaninin Nizami haqqinda bioqrafik roman cercivesinden cixarir Umumiyyetle M S Ordubadi romanda bir sexsin taleyi bir hadise bir qisa dovrun konkret menzeresini vermekle kifayetlenmir onun ilhami bir qayda olaraq genis meydan axtarir engin semada qanad calmagi sevir mezmun dolgunlugu sertile genislik enginlik de verir Qilinc ve qelem de de beledir Muellif Nizaminin heyat ve fealiyyetini muxtelif dovrle xalq heyati ve meiseti ile six elaqede tesvir etmis xalq heyatinin genis lovhelerini yaratmisdir Buna goredir ki roman bas qehremaninin adi ile adlandirmir eser heyat materialinda muhum yer tutan ilk amilin xalqin menevi ve fiziki quvvesinin remzi olan Qilinc ve qelem adlandirmisdir En qedim zamanlardan Azerbaycan xalqinin azadliq ve istiqlaliyyet ugrunda mubarizelerde ad cixarmasi Azerbaycan qosunlarinin butun Serqde sohret qazanmasi romanda iftixar hissi ile qeyd olunur Igid xalq qehremani Fexreddinin basciligi ile isgalcilara qarsi veteni mudafieye qalxan Azerbaycan ogullari dar gunde qonsu xalqlarin da komeyine gedir hemise muzeffer qayidirlar Mubarize muharibe usyan sehneleri her yerde Fexreddinin adi ile baglidirsa onun esas meslehetcisi Nizamidir Nizami ile birlikde saire Mehseti Gencevinin sureti de eserde boyuk yer tutur Mehseti eserin mukemmel islenmis suretlerindendir Edebiyyatimizda ilk defe Qilinc ve qelem romaninda XII esr Azerbaycaninin edebi muhiti senetkarlarin bedii suretleri yaradilmisdir Xaqani Sirvani Mucireddin Beyleqani Ebul Ula Gencevi ve diger senetkarlar vasitesi ile edib dovrun seir ve senet meselelerini isiqlandirmisdir Romanda zengin suretler qalereyasi diqqeti celb edir Azerbaycan atabeyleri Atabey Mehemmed Qizil Arslan Togrul Ebubekr Atabey Ozbek suretleri bas qehremanin siyasi ictimai goruslerinin dovrun tesvirine komek edirse Seba xanim Husameddin ve basqalari munaqise xettinin davamini temin edir Qetibe Emir Inanc Toxtamis ve diger saray adamlarinin suretleri de dolgun tesir bagislayir Menfi planda verilmis saray edebiyyati numayendeleri Zehir Belxi Kemaleddin Nizaminin felsefi estetik goruslerinde tenqid hedefleri kimi verilmisler Butun ehvalat ve sexsiyyetleri murekkeb hadiseleri gergin sujet xetti etrafinda birlesdiren muxtelif celbedici maraqli axiradek oxucunu ardinca apara bilen qurulus tapmisdir Romanin sonunda melum olur ki Xarezmsah Celaleddin Azerbaycani isgal etdikden sonra son Eldeniz hokmdari Ozbeyi Elenciq qalasina saldirir qalada iki esir qoca bir birine oz serguzestlerini danisir Qocalardan biri Atabey Mehemmedin boyuk oglu Qutluq Inanc digeri kendli qizi Gozelden olan kicik oglu Ozbekdir Ictimai hadiselerin son derece maraqli tesvir olundugu Qilinc ve qelem Ordubadi yaradiciligina xas maceraciliq romani uslubunda yazilmisdir Maraqli ve yigcam quruluslu bu eser Ordubadinin zengin edebi irsinde subhesiz muhum yer tutan oxucularda Nizami ve onun dovrunu oyrenmeye boyuk heves oyadan romandir Xarici dillerde nesrleriRoman 2024 cu ilde ozbek dilinde nesr olunmusdur Tarixi romani ozbek diline alimler Nezire Eliyeva Mohsun Hemidov ve Rustem Kamilov tercume edibler Hemcinin baxRomani oxu I hisse II hisse Istinadlar 2017 06 15 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2021 01 21 Arxivlenmis suret PDF 2017 04 15 tarixinde PDF Istifade tarixi 2017 10 29 Real TV Qilinc ve qelem ozbek dilinde nesr edilib az Youtube com 04 02 2024 2024 02 04 tarixinde Istifade tarixi 2024 02 04 Xarici kecidler