Peyin — Torpağın münbitliyini və məhsuldarlığını artırmaq üçün torpağa verilən gübrədir. Bu gübrələr uzaq məsafələrə göndərilməyib yalnız istehsal olunduğu yerdə işlənildiyindən onlara yerli gübrələr də deyilir. Hazırkı intensiv əkinçilik sistemində peyin nəinki bitkilərin qidalanmasını yaxşılaşdırır, eyni zamanda o, torpaq əmələgəlmə prosesində münbitləşməyə təsir göstərən ən güclü ekoloji təmiz vasitədir
Tərkibi
Peyinin tərkibi bitkilərin qidalanması üçün lazım olan azot, fosfor, kalium, kalsium, maqnezium və kükürd kimi qiymətli elementlərlə zəngindir. Təzə peyində orta hesabla 75% su, 25% quru maddə, 0,5% azot, 0,25% fosfor, 0,6% kalium, 0,35% əhəng, 0,15% maqnezium olur. Göstərilən elementlərin orta hesabla miqdarı mal-qaranın növündən, yemlənməsindən və peyinin saxlanmasından asılı olaraq dəyişə bilər.Ən çox nəmliyə malik peyin qaramaldan ifraz olunur. Bu peyində bitki üçün lazım olan qida maddələrinin faizi nisbətən azdır. At və qoyun peyinin tərkibində nəmlik faizi qaramal peyininə nisbətən az olur, qidalı maddə ilə zəngindir. Burada əsasən azot və kaliumun miqdarı 0,67% −0,89%-ə qədər çatır. Donuz peyini qaramal və ata görə orta səviyyədə durur. Peyinin zənginliyi qidalı elementlərin hansı formada olmasından da çox asılıdır.
Növləri
Çürümə dərəcəsinə görə peyinlər müxtəlif olur: təzə, yarımçürümüş, çürümüş və çürüntü peyini. Təzə və az çürümüş peyin – o peyinə deyilir ki, döşənək üçün işlədilən küləş özünə xas rəngini və möhkəmliyini saxlayır. Bu cür peyindən çıxan sulu şirə qırmızımtıl-sarı və ya yaşımtıl rəngdə olur. Yarımçürümüş peyində — küləş öz möhkəmliyini itirir və tünd qəhvəyi rəng alır. Bu cür peyinin sulu şirəsi qəliz və qara rəngdə olur. Yarımçürümüş peyinin çəkisini təzə ilə müqayisə etdikdə 20–30 faiz azalır. Çürümüş və ya parçalanmış peyin – qara kütlə olub, onda ayrı-ayrı küləş hissələri və yaxud başqa növ döşənəyin fiziki elementləri görünür. Bu cür peyinin sulu şirəsi rəngsizdir. Çürümüş peyin ilk peyinin təxminən 50 faizini təşkil edir. Tam çürümüş peyini – üzvi maddələrlə zəngin qara, eynicinsli torpaqvari kütlədir. O, ilkin təzə peyinin 25 faizdən çoxunu təşkil edir.
İstifadə qaydaları
Peyinin tətbiqinin əsas üsulu onu səpinə qədər şum altına verməkdən ibarətdir. Belə olduqda onun birinci il və sonrakı təsiri çox güclü olur. Müxtəlif çürümə dərəcəsindən, gübrələnən bitkinin xüsusiyyətlərindən, torpaq və iqlim şəraitindən asılı olaraq şum altına verilən peyinin dozası müxtəlif olub, 1 hektara 10 tondan 40 tona qədərdir. Müxtəlif zonalarda dənli bitkilər əkiləcək sahələrə, o cümlədən payızlıq bitkilərin bir hektarına 15–25 ton (orta hesabla 18–30 t) peyin verilir. Peyinin, xüsusən çürümüş peyinin bundan yüksək dozalarını ölkənin şimal rayonlarında tətbiq edirlər. Quraqlıg rayonlarda torpaqlar suvarılmadıqda yaxşı çürümüş peyin vermək məsləhət göründüyünə görə dənli bitkilərə onun dozasını azaldır və hektara 12–15 ton verirlər. Bəzi dənli-paxlalı bitkilər (noxud, paxla, soya) əkiləcək sahələrə peyini yumrucuq bakteriyalarının fəaliyyətini artırmaq üçün verirlər və adətən belə halda onun dozası hektara 10 tondan artıq olmur.
İstinadlar
- 1.Zamanov P.B. Qida elementlərinin və gübrələrin torpaq xassələrinə və bitkilərin məhsuldarlığına təsirinin aqrokimyəvi əsasları Bakı-2013
Xarici keçidlər
- Навоз дает больший экономический эффект, чем минеральные удобрения
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Peyin Torpagin munbitliyini ve mehsuldarligini artirmaq ucun torpaga verilen gubredir Bu gubreler uzaq mesafelere gonderilmeyib yalniz istehsal olundugu yerde islenildiyinden onlara yerli gubreler de deyilir Hazirki intensiv ekincilik sisteminde peyin neinki bitkilerin qidalanmasini yaxsilasdirir eyni zamanda o torpaq emelegelme prosesinde munbitlesmeye tesir gosteren en guclu ekoloji temiz vasitedirTerkibiPeyinin terkibi bitkilerin qidalanmasi ucun lazim olan azot fosfor kalium kalsium maqnezium ve kukurd kimi qiymetli elementlerle zengindir Teze peyinde orta hesabla 75 su 25 quru madde 0 5 azot 0 25 fosfor 0 6 kalium 0 35 eheng 0 15 maqnezium olur Gosterilen elementlerin orta hesabla miqdari mal qaranin novunden yemlenmesinden ve peyinin saxlanmasindan asili olaraq deyise biler En cox nemliye malik peyin qaramaldan ifraz olunur Bu peyinde bitki ucun lazim olan qida maddelerinin faizi nisbeten azdir At ve qoyun peyinin terkibinde nemlik faizi qaramal peyinine nisbeten az olur qidali madde ile zengindir Burada esasen azot ve kaliumun miqdari 0 67 0 89 e qeder catir Donuz peyini qaramal ve ata gore orta seviyyede durur Peyinin zenginliyi qidali elementlerin hansi formada olmasindan da cox asilidir Novleri Curume derecesine gore peyinler muxtelif olur teze yarimcurumus curumus ve curuntu peyini Teze ve az curumus peyin o peyine deyilir ki dosenek ucun isledilen kules ozune xas rengini ve mohkemliyini saxlayir Bu cur peyinden cixan sulu sire qirmizimtil sari ve ya yasimtil rengde olur Yarimcurumus peyinde kules oz mohkemliyini itirir ve tund qehveyi reng alir Bu cur peyinin sulu siresi qeliz ve qara rengde olur Yarimcurumus peyinin cekisini teze ile muqayise etdikde 20 30 faiz azalir Curumus ve ya parcalanmis peyin qara kutle olub onda ayri ayri kules hisseleri ve yaxud basqa nov doseneyin fiziki elementleri gorunur Bu cur peyinin sulu siresi rengsizdir Curumus peyin ilk peyinin texminen 50 faizini teskil edir Tam curumus peyini uzvi maddelerle zengin qara eynicinsli torpaqvari kutledir O ilkin teze peyinin 25 faizden coxunu teskil edir Istifade qaydalari Peyinin tetbiqinin esas usulu onu sepine qeder sum altina vermekden ibaretdir Bele olduqda onun birinci il ve sonraki tesiri cox guclu olur Muxtelif curume derecesinden gubrelenen bitkinin xususiyyetlerinden torpaq ve iqlim seraitinden asili olaraq sum altina verilen peyinin dozasi muxtelif olub 1 hektara 10 tondan 40 tona qederdir Muxtelif zonalarda denli bitkiler ekilecek sahelere o cumleden payizliq bitkilerin bir hektarina 15 25 ton orta hesabla 18 30 t peyin verilir Peyinin xususen curumus peyinin bundan yuksek dozalarini olkenin simal rayonlarinda tetbiq edirler Quraqlig rayonlarda torpaqlar suvarilmadiqda yaxsi curumus peyin vermek meslehet gorunduyune gore denli bitkilere onun dozasini azaldir ve hektara 12 15 ton verirler Bezi denli paxlali bitkiler noxud paxla soya ekilecek sahelere peyini yumrucuq bakteriyalarinin fealiyyetini artirmaq ucun verirler ve adeten bele halda onun dozasi hektara 10 tondan artiq olmur Istinadlar1 Zamanov P B Qida elementlerinin ve gubrelerin torpaq xasselerine ve bitkilerin mehsuldarligina tesirinin aqrokimyevi esaslari Baki 2013Xarici kecidlerNavoz daet bolshij ekonomicheskij effekt chem mineralnye udobreniya