Pekin Universiteti (çin. 北大) — Çin Xalq Respublikasının Pekin şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. Pekin Universiteti xalq arasında "Beyda" adlandırılır.
Pekin Universiteti | |
---|---|
Əsası qoyulub | 1898 |
Tip | Dövlət |
Tələbə sayı | 30167 |
Şəhər | Pekin şəhəri |
Ölkə | |
Sayt | pku.edu.cn english.pku.edu.cn |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Pekin Universiteti 1898-ci ilin dekabrında dövründə yaradılıb və ilkin olaraq İmperiya Paytaxt Universiteti adı ilə fəaliyyət göstərib. 1902-ci ildə universitetin hazırda Pekin Pedaqoji Universiteti kimi tanınan pedaqogika fakültəsi açılıb.
1912-ci il Sinxay inqilabından sonra İmperiya Paytaxt Universiteti Pekin Milli Universiteti adlandırılır. 1917-ci il yanvarın 4-də tanınmış alim Tsay Yuanpey bu ali təhsil ocağının rəhbəri təyin edilir. Onun təşəbbüsü ilə Pekin Milli Universiteti 14 departament və 2000-dən artıq tələbəsi ilə ölkənin ən böyük ali təhsil ocağına çevrilir. Alman akademik təhsil modelindən ilhamlanmış Tsay universitetə Hu Şi, Çen Duxui və Lu Sin kimi şəxsləri dəvət edir. 1919-cu ilin mayında Dördüncü May Hərəkatı iştirakçılarının əsas hissəsini Pekin Milli Universitetinin tələbələri təşkil edirlər. Beiyanq hökuməti bu cür hadisələrə son qoymaq məqsədilə Tsayı vəzifəsindən azad edir.
1920-ci ildən başlayaraq Pekin Milli Universitetinə qızlar qəbul edilirlər. Pekin Milli Universiteti Nankin Universitetindən sonra Çində qızların qəbul edildiyi ikinci ali məktəb olur. 1937-ci il İkinci Çin-Yapon müharibəsi dövründə Pekin Universiteti Çanşa əyalətinə köçür və Tsinxua, Nankin universitetləri ilə birləşdirilərək Çanşa Müvəqqəti Universiteti adlandırılır. 1938-ci ildə isə ali məktəb Kunmin şəhərinə köçürülür və burada Milli Cənub-Qərb Birləşmiş Universiteti adı altında fəaliyyət göstərir. İkinci Dünya müharibəsi bitdikdən sonra Pekin Milli Universiteti Pekin şəhərinə köçürülür. Həmin dövrdə universitetin tərkibində İncəsənət, Elm, Tibb, Mühəndislik və Kənd Təsərrüfatı məktəbləri, Humanitar Elmlər İnstitutu fəaliyyət göstərirdi, tələbələrin sayı 3000-ə qədər artmışdı.
1952-ci ildə Çin Xalq Respublikası yaradıldıqdan sonra Yençinq Universiteti Pekin Milli Universiteti ilə birləşdirilir, Pekin Universitetinin adından "milli" sözü götürülür. Həmin il universitet Pekin şəhərinin mərkəzindən Yençinq kampusuna köçürülür. 1966-cı ildə ali məktəbdə "mədəni inqilab" baş verir, 1966–1970-ci illər arasında burada dərslər dayandırılır.
2000-ci ildə Pekin Tibb Universiteti Pekin Universitetinə birləşdirilərək Pekin Universitetinin Həyat Elmləri Kampusu adlandırılır. Həmin kampusda hazırda 8 birləşdirilmiş xəstəxana və 12 klinika fəaliyyət göstərir. 2001-ci ildə Şençjendə universitetin peyk şəhərciyi açılır. 2004-cü ildə ali məktəbin ikinci Biznes Məktəbi yaradılır və bir müddət sonra həmin məktəbə Beyda HSBC Biznes Məktəbi adı verilir.
Müasir vəziyyəti
Hazırda Pekin Universitetinin yerləşdiyi Yan Yuan və Yençinq kampusu Pekin şəhərinin şimal-qərbində, bir çox kollec və universitetin cəmləşdiyi Haidian ərazisində fəaliyyət göstərir və 274 hektar sahəni əhatə edir. Kampusun yaxınlığında Pekinin tanınmış qədim bağları, sarayları (Yay Sarayı, Qədim Yay Sarayı) yerləşir.
Tsin sülaləsinə aid qədim, ənənəvi Çin üslubunda yaşıllaşdırılmış bağda yerləşən Pekin Universitetinin ərazisində qədim tikililər, paqodalar (Budda məbədi) mövcuddur. Kampusa giriş Şərq, Qərb, Cənub darvazalarından mümkündür, lakin onların arasında ən məşhuru divar naxışları ilə işlənmiş Qərb darvazasıdır. Kampus ilə əhatə olunub. Pekin Universitetinin kampusu qonşuluqda yerləşən Tsinxua Universitetinin kampusu ilə birgə dünyanın ən gözəl kampuslarından hesab olunur.
Əsas kampusdan əlavə, Süe Yuan ərazisində universitetin Sağlamlıq Elmi Mərkəzi yerləşir. Elmi tədqiqatlar üçün nəzərdə tutulmuş bu şəhərcik əsas kampusdan fərqli olaraq o qədər də estetik görünüşə malik deyil. 2001-ci ildə istifadəyə verilmiş Şençjen kampusu Şençjen şəhərinin şimal-qərb hissəsində yerləşir. Şençjen Ali Məktəbi Pekin Universitetinin bu kampusda fəaliyyət göstərən əsas obyektlərindən biridir.
Pekin Universiteti bakalavr pilləsində 95, magistratura pilləsində 199, doktorantura pilləsində isə 173 sahə üzrə ixtisaslaşmış 30 kollec (Riyaziyyat elmləri, Fizika, Kimya, Həyat elmləri, Şəhər və Ətraf Mühit elmləri, Yer və Kosmos, Elektronika və Kompüter elmləri, Mühəndislik, Proqram Təminatı və Mikroelektronika, Ekologiya elmləri və Texnika, Arxeologiya və Muzeyşünaslıq, Xarici dillər, İncəsənət, Çin dili xarici dil kimi, Beynəlxalq tədqiqatlar, İqtisadiyyat, Quanqhua İdarəetmə, Hüquq, Dövlətin idarəolunması, Marksizm, Jurnalistika və Kommunikasiya, Yuanpey, Qabaqcıl fənlərarası tədqiqatlar, Təhsil Ali, Şençjen Ali və s.) və 12 departamentdən (Psixologiya, Çin dili və ədəbiyyatı, Tarix, Fəlsəfə, Sosiologiya, İnformasiya idarəetməsi, Bədən tərbiyəsi və s.) ibarətdir. Burada fundamental elmlərin tədqiqat və tədrisinin daha yüksək səviyyədə olmasına baxmayaraq, tətbiqi elmlər də müvəffəqiyyətlə inkişaf etməkdədir. Hazırda universitetdə 216 institut (Kompüter elmləri və Texnologiyaları, Genişləndirilmiş Texnologiya, Demoqrafik Tədqiqatlar, İqtisadi Tədqiqatlar, Sosiologiya Tədqiqi, Molekulyar Tibb, Kavli Astronomiya və Astrofizika və s.), 2 Milli Elmi Tədqiqat Mərkəzi, 12 milli laboratoriya fəaliyyət göstərir.
Kitabxanası
Pekin Universitetinin kitabxanası 4,5 milyon cild kitab və digər materiallara malikdir. Universitet kitabxanası Asiyanın ən zəngin kitabxanalarından hesab olunur. Universitetin ərazisində Universitet tarixi, Artur Sakler adına İncəsənət və Arxeologiya muzeyləri mövcuddur. Muzeylərdə Çinin ən qədim dövrlərindən başlayaraq müxtəlif inkişaf mərhələlərini əhatə edən dəfn abidələri, qəbirlər, sərdabələr, insan qalıqları və digər tapıntılar, ölkənin tarixinə aid zəngin kolleksiya qorunur.
Administrasiyası
Pekin Universitetinin administrasiyasına (idarə olunmasına) Prezident ofisi, Universitet Şurası, İnkişaf və Planlaşdırma, Tələbə İşləri, Təhlükəsizlik, Pedaqoji Administrasiya, Elmi Tədqiqatlar, Sosial Elmlər, Ali Təhsil (magistratura və doktorantura, diplomdansonrakı təhsil), Fasiləsiz təhsil, İnsan resursları, Maliyyə, Beynəlxalq münasibətlər, Laboratoriya və Təchizatın İdarəolunması, İnformatizasiya, Logistika Xidməti, Daşınmaz Əmlakın İdarəolunması, Tikinti, Elm və Texnologiyanın İnkişafı idarələri, Universitetə Sərmayə Qoyan Müəssisələrlə İcra Komitəsi, Həmkarlar İttifaqı daxildir.
Pekin Universitetinin prezidenti 2008-ci ilin noyabr ayında bu vəzifəyə təyin edilmiş professor . O, həmçinin Çin Elmlər Akademiyasının akademiki, bir çox mükafatların laureatıdır. Pekin Universiteti Şurasının sədri, professor Min Veyfanqdır. Hazırda universitetdə 8000 nəfərdən çox işçi çalışır. İşçilərin 2900 nəfərini professor-müəllim heyəti, 5100 nəfərini isə inzibati heyət təşkil edir. Ali məktəbin əməkdaşları arasında 53 nəfər Çin Elmlər Akademiyasının, 7 nəfər Çin Mühəndislik Elmləri Akademiyasının və 14 nəfər Üçüncü Dünya Elmlər Akademiyasının üzvü var. Universitetdə hər bir əməkdaş üçün kompleks xidmət resursları təklif olunur, insan resursları proqramları nəticəsində işçilərin cəlb edilməsi, inkişafı, yüksək əməkhaqqı, müxtəlif mükafatlarla onların həvəsləndirilməsi, iş təyinatları və s. tədbirlər həyata keçirilir. Ali məktəbin əlaçı tələbələri üçün nəzərdə tutulmuş "Gəns İstedadlar Planı", "Çeunq Konq Alimlər Proqramı" və s. proqramlar mövcuddur.
Tələbə həyatı
2009–2010-cu tədris ilində Pekin Universitetində ümumilikdə 30167 nəfər tələbə qeydə alınmışdır. Onların 15128 nəfərini bakalavr, qalanlarını isə magistr və doktorantlar təşkil edirdi.
Hər il Pekin Universitetinə 2000-dən çox əcnəbi tələbə daxil olur. Onlar əsasən Qərbi Avropa, Avstraliya, Afrika, Şimali və Cənubi Amerika, Asiyanın bütün hissələrindən olan gənclərdir. Əcnəbi tələbələrin məskunlaşdıqları yataqxanalar Şao Yuan ərazisində yerləşir.
Pekin Universitetində gənclərin həyatı rəngarəngliyi və zənginliyi ilə seçilir. Burada 200-dən çox tələbə təşkilatı, idman komandaları və digər birliklər fəaliyyət göstərir. İl ərzində universitetdə müxtəlif festivallar, yarışlar, ekskursiyalar, iməciliklər, konsertlər, ədəbi, mədəni gecələr, müsabiqələr və s. tədbirlər təşkil olunur. Əcnəbi tələbələr ölkələrinin mədəniyyətini təcəssüm etdirən sərgi və digər məclislər hazırlayır. Bu cür tədbirlər tələbələr arasında dostluq hisslərini, liderlik bacarığını inkişaf etdirir, gənclərin dünyagörüşünü artırır, onlara zəngin həyat təcrübəsi bəxş edir.
Dünya üzrə tanınmış Pekin Universiteti müasir Çin ədəbiyyatı, poeziyası və incəsənətinə böyük töhfələr bəxş edib. Fəaliyyəti dövründə universitet özünü intellektual azadlıq məkanı kimi tanıdıb. Bu ali təhsil ocağını Lu Sin, Mao Tzedun, Hu Honqminq, Hu Şi, Li Da-Çjao, Çen Duxiu kimi dahi şəxslər, eləcə də Nobel mükafatçıları Yuan Tseh Li, Tzun-Dao Li və Yan Çen Nin bitirib. Çinin Yeni Mədəni, Dördüncü May hərəkatları, 1989-cu il Tyananmen meydanı yürüşü və digər əhəmiyyətli hadisələrinin yaranma nöqtəsi Pekin Universiteti olub. Son yüz il ərzində universitetin 400-dən çox məzunu Çinin müxtəlif nüfuzlu ali məktəblərinin prezidenti vəzifəsində çalışıb (Tsinxua Universitetinin prezidenti Luo Cialun, prezidenti Yuan Baohua, prezidenti Tsyan Sanqianq, Fudan Universitetinin prezidenti Çjan Jiranq, Nankin Universitetinin prezidenti Den Ueizao, Çin Elm və Texnologiya Universitetinin prezidenti Quan Ueiyan və s.).
Pekin Universiteti bütün elm və tədris sahələrinin cəmləşdiyi tədqiqat və təhsil mərkəzidir. Universitetin məqsədi XXI əsrdə dünyanın bir nömrəli ali məktəbinə çevrilmək, Çinin müasirləşdirilməsinə, dünyanın iqtisadi, sosial və texnoloji inkişafına öz töhfəsini vermək, yeni-yeni gənc istedadları aşkarlayıb dünyaya təqdim etməkdən ibarətdir.
Xarici əlaqələri
Pekin Universiteti Çin universitetlərini birləşdirən "C9 Liqası"na, Beynəlxalq Tədqiqat Universitetləri Alyansına daxildir. Şərqi Asiya Tədqiqat Universitetləri Assosiasiyasının üzvüdür.
Ali məktəb Çikaqo Universiteti ilə birgə Şərqi Asiya İncəsənət Mərkəzi, YUNESKO ilə birgə "Pekin Universiteti, kompüter qrafikası və dizayn", Çin mədəniyyəti, tarixi, dili və s. sahələri yaxından öyrənmək istəyənlər üçün Stenford Universiteti ilə "Pekində Stenford proqramları" və "Stenford-Pekin universitetləri yay proqramları", Kornel Universiteti ilə Çin və Asiya-Sakit Okean Tədqiqatları, Yel, Vaseda universitetləri və ilə, Miçiqan Ştat Universiteti ilə birgə akademik proqramlar və digər bir çox elmi-tədqiqat layihələrində iştirak edir.
Reytinqi
2010-cu ildə Çin Xalq Respublikasının özündə təşkil edilən reytinqlərə görə Pekin Universiteti ölkədə Tsinxua Universitetindən sonra ikinci yerdə olmuşdur.
2015/16 | 2014/15 | 2013/14 | 2012/13 | 2011/12 | 2010/11 |
---|---|---|---|---|---|
42 | 48 | 45 | 46 | 49 | 37 |
2015/16 | 2014/15 | 2013/14 | 2012/13 | 2011/12 | 2010/11 |
---|---|---|---|---|---|
41 | 57 | 46 | 44 | 46 | 47 |
2003 | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
201–300 | 202–301 | 203–300 | 201–300 | 203–304 | 201–302 | 201–302 | 151–200 | 201–300 | 151–200 | 151–200 | 101–150 | 101–150 |
Məşhur məzunları
Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar:
- – Çinin mədəniyyət naziri;
- – Çinin sabiq ticarət naziri;
- – Çin Yeni Mədəni hərəkatının lideri;
- – Çin Kommunist Partiyasının yaradıcılarından biri;
- – Çin Kommunist Partiyasının yaradıcılarından biri;
- – Çin Kommunist Partiyasının yaradıcılarından biri;
- – lideri;
- – fizika üzrə Nobel mükafatı laureatı;
- – fizika üzrə Nobel mükafatı laureatı;
- – kimya üzrə Nobel mükafatı laureatı;
- – Çində nüvə silahları proqramının aparıcı təşkilatçısı;
- – yazıçı, ilk Çin yazı maşınının ixtiraçısı;
- Lu Sin – tanınmış Çin yazıçısı;
- – yazıçı;
- – məşhur rəssam, universitetin İncəsənət Kollecinin dekanı.
- Mulatu Teşome – Efiopiya Federativ Demokratik Respublikasının prezidenti (7 oktyabr 2013-cü ildən).
Həmçinin bax
Mənbə
- Lamiyə Əliyeva, Dünya universitetləri: Pekin Universiteti 2014-09-09 at the Wayback Machine, "Azərbaycan müəllimi" qəzeti, 18.11.2010, № 45. (az.)
İstinadlar
- Directory of Open Access Journals. 2003.
- Members 2012-05-06 at the Wayback Machine. iaruni.org (ing.)
- 17 Members 2022-07-09 at the Wayback Machine. aearu.org (ing.)
- "THE World University Rankings (2015-2016)". Times Higher Education. 2015-10-04 tarixində . İstifadə tarixi: 11 mart 2016. (#apostrophe_markup)
- "THE World University Rankings (2014-2015)". Times Higher Education. 2015-05-29 tarixində . İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- "THE World University Rankings (2013-2014)". Times Higher Education. 2013-10-04 tarixində . İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- "THE World University Rankings (2012-2013)". Times Higher Education. 2015-05-30 tarixində . İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- "THE World University Rankings (2011-2012)". Times Higher Education. 2015-04-02 tarixində . İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- "THE World University Rankings (2010-2011)". Times Higher Education. 2015-05-30 tarixində . İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- "QS World University Rankings (2015)". 2016-02-06 tarixində . İstifadə tarixi: 2015-09-27.
- "QS World University Rankings (2014)". 2016-02-05 tarixində . İstifadə tarixi: 2015-09-27.
- "QS World University Rankings (2013)". 2016-10-21 tarixində . İstifadə tarixi: 2015-09-27.
- "QS World University Rankings (2012)". 2019-05-02 tarixində . İstifadə tarixi: 2015-09-27.
- . 2014-10-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-27.
- . 2011-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-27.
- . Shanghai Ranking Consultancy. 2015. 2015-12-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 noyabr 2015.
- . 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-20.
- . 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-20.
- . 2015-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-20.
- . 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-20.
- . 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-20.
- . 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-20.
- . 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-20.
- . 2015-12-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-20.
- "Academic Ranking of World Universities 2011". 2011-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-20.
- "Academic Ranking of World Universities 2012". 2013-04-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-20.
- . 2019-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-20.
- . 2015-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-20.
- . 2015-10-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-20.
- . . AFP. 7 October 2013. 10 October 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 October 2013.
- Kussa, Mulugeta. "Dr. Mulatu Teshome elected new President of Ethiopia". Ertagov.com. Ethiopian Radio and Television Agency. 7 October 2013. 20 October 2014 tarixində . İstifadə tarixi: 7 October 2013.
Xarici keçidlər
- pku.edu.cn — Pekin Universitetinin rəsmi saytı
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Pekin Universiteti cin 北大 Cin Xalq Respublikasinin Pekin seherinde yerlesen ali tehsil muessisesi olkenin en aparici ali tehsil ocaqlarindan biridir Pekin Universiteti xalq arasinda Beyda adlandirilir Pekin Universiteti39 59 23 sm e 116 18 19 s u Esasi qoyulub 1898Tip DovletTelebe sayi 30167Seher Pekin seheriOlke CinSayt pku edu cn english pku edu cn Vikianbarda elaqeli mediafayllarTarixiPekin Universiteti 1898 ci ilin dekabrinda dovrunde yaradilib ve ilkin olaraq Imperiya Paytaxt Universiteti adi ile fealiyyet gosterib 1902 ci ilde universitetin hazirda Pekin Pedaqoji Universiteti kimi taninan pedaqogika fakultesi acilib 1912 ci il Sinxay inqilabindan sonra Imperiya Paytaxt Universiteti Pekin Milli Universiteti adlandirilir 1917 ci il yanvarin 4 de taninmis alim Tsay Yuanpey bu ali tehsil ocaginin rehberi teyin edilir Onun tesebbusu ile Pekin Milli Universiteti 14 departament ve 2000 den artiq telebesi ile olkenin en boyuk ali tehsil ocagina cevrilir Alman akademik tehsil modelinden ilhamlanmis Tsay universitete Hu Si Cen Duxui ve Lu Sin kimi sexsleri devet edir 1919 cu ilin mayinda Dorduncu May Herekati istirakcilarinin esas hissesini Pekin Milli Universitetinin telebeleri teskil edirler Beiyanq hokumeti bu cur hadiselere son qoymaq meqsedile Tsayi vezifesinden azad edir 1920 ci ilden baslayaraq Pekin Milli Universitetine qizlar qebul edilirler Pekin Milli Universiteti Nankin Universitetinden sonra Cinde qizlarin qebul edildiyi ikinci ali mekteb olur 1937 ci il Ikinci Cin Yapon muharibesi dovrunde Pekin Universiteti Cansa eyaletine kocur ve Tsinxua Nankin universitetleri ile birlesdirilerek Cansa Muveqqeti Universiteti adlandirilir 1938 ci ilde ise ali mekteb Kunmin seherine kocurulur ve burada Milli Cenub Qerb Birlesmis Universiteti adi altinda fealiyyet gosterir Ikinci Dunya muharibesi bitdikden sonra Pekin Milli Universiteti Pekin seherine kocurulur Hemin dovrde universitetin terkibinde Incesenet Elm Tibb Muhendislik ve Kend Teserrufati mektebleri Humanitar Elmler Institutu fealiyyet gosterirdi telebelerin sayi 3000 e qeder artmisdi 1952 ci ilde Cin Xalq Respublikasi yaradildiqdan sonra Yencinq Universiteti Pekin Milli Universiteti ile birlesdirilir Pekin Universitetinin adindan milli sozu goturulur Hemin il universitet Pekin seherinin merkezinden Yencinq kampusuna kocurulur 1966 ci ilde ali mektebde medeni inqilab bas verir 1966 1970 ci iller arasinda burada dersler dayandirilir 2000 ci ilde Pekin Tibb Universiteti Pekin Universitetine birlesdirilerek Pekin Universitetinin Heyat Elmleri Kampusu adlandirilir Hemin kampusda hazirda 8 birlesdirilmis xestexana ve 12 klinika fealiyyet gosterir 2001 ci ilde Sencjende universitetin peyk seherciyi acilir 2004 cu ilde ali mektebin ikinci Biznes Mektebi yaradilir ve bir muddet sonra hemin mektebe Beyda HSBC Biznes Mektebi adi verilir Muasir veziyyetiHazirda Pekin Universitetinin yerlesdiyi Yan Yuan ve Yencinq kampusu Pekin seherinin simal qerbinde bir cox kollec ve universitetin cemlesdiyi Haidian erazisinde fealiyyet gosterir ve 274 hektar saheni ehate edir Kampusun yaxinliginda Pekinin taninmis qedim baglari saraylari Yay Sarayi Qedim Yay Sarayi yerlesir Tsin sulalesine aid qedim enenevi Cin uslubunda yasillasdirilmis bagda yerlesen Pekin Universitetinin erazisinde qedim tikililer paqodalar Budda mebedi movcuddur Kampusa giris Serq Qerb Cenub darvazalarindan mumkundur lakin onlarin arasinda en meshuru divar naxislari ile islenmis Qerb darvazasidir Kampus ile ehate olunub Pekin Universitetinin kampusu qonsuluqda yerlesen Tsinxua Universitetinin kampusu ile birge dunyanin en gozel kampuslarindan hesab olunur Esas kampusdan elave Sue Yuan erazisinde universitetin Saglamliq Elmi Merkezi yerlesir Elmi tedqiqatlar ucun nezerde tutulmus bu sehercik esas kampusdan ferqli olaraq o qeder de estetik gorunuse malik deyil 2001 ci ilde istifadeye verilmis Sencjen kampusu Sencjen seherinin simal qerb hissesinde yerlesir Sencjen Ali Mektebi Pekin Universitetinin bu kampusda fealiyyet gosteren esas obyektlerinden biridir Pekin Universiteti bakalavr pillesinde 95 magistratura pillesinde 199 doktorantura pillesinde ise 173 sahe uzre ixtisaslasmis 30 kollec Riyaziyyat elmleri Fizika Kimya Heyat elmleri Seher ve Etraf Muhit elmleri Yer ve Kosmos Elektronika ve Komputer elmleri Muhendislik Proqram Teminati ve Mikroelektronika Ekologiya elmleri ve Texnika Arxeologiya ve Muzeysunasliq Xarici diller Incesenet Cin dili xarici dil kimi Beynelxalq tedqiqatlar Iqtisadiyyat Quanqhua Idareetme Huquq Dovletin idareolunmasi Marksizm Jurnalistika ve Kommunikasiya Yuanpey Qabaqcil fenlerarasi tedqiqatlar Tehsil Ali Sencjen Ali ve s ve 12 departamentden Psixologiya Cin dili ve edebiyyati Tarix Felsefe Sosiologiya Informasiya idareetmesi Beden terbiyesi ve s ibaretdir Burada fundamental elmlerin tedqiqat ve tedrisinin daha yuksek seviyyede olmasina baxmayaraq tetbiqi elmler de muveffeqiyyetle inkisaf etmekdedir Hazirda universitetde 216 institut Komputer elmleri ve Texnologiyalari Genislendirilmis Texnologiya Demoqrafik Tedqiqatlar Iqtisadi Tedqiqatlar Sosiologiya Tedqiqi Molekulyar Tibb Kavli Astronomiya ve Astrofizika ve s 2 Milli Elmi Tedqiqat Merkezi 12 milli laboratoriya fealiyyet gosterir KitabxanasiPekin Universitetinin kitabxanasi 4 5 milyon cild kitab ve diger materiallara malikdir Universitet kitabxanasi Asiyanin en zengin kitabxanalarindan hesab olunur Universitetin erazisinde Universitet tarixi Artur Sakler adina Incesenet ve Arxeologiya muzeyleri movcuddur Muzeylerde Cinin en qedim dovrlerinden baslayaraq muxtelif inkisaf merhelelerini ehate eden defn abideleri qebirler serdabeler insan qaliqlari ve diger tapintilar olkenin tarixine aid zengin kolleksiya qorunur AdministrasiyasiPekin Universitetinin administrasiyasina idare olunmasina Prezident ofisi Universitet Surasi Inkisaf ve Planlasdirma Telebe Isleri Tehlukesizlik Pedaqoji Administrasiya Elmi Tedqiqatlar Sosial Elmler Ali Tehsil magistratura ve doktorantura diplomdansonraki tehsil Fasilesiz tehsil Insan resurslari Maliyye Beynelxalq munasibetler Laboratoriya ve Techizatin Idareolunmasi Informatizasiya Logistika Xidmeti Dasinmaz Emlakin Idareolunmasi Tikinti Elm ve Texnologiyanin Inkisafi idareleri Universitete Sermaye Qoyan Muessiselerle Icra Komitesi Hemkarlar Ittifaqi daxildir Pekin Universitetinin prezidenti 2008 ci ilin noyabr ayinda bu vezifeye teyin edilmis professor O hemcinin Cin Elmler Akademiyasinin akademiki bir cox mukafatlarin laureatidir Pekin Universiteti Surasinin sedri professor Min Veyfanqdir Hazirda universitetde 8000 neferden cox isci calisir Iscilerin 2900 neferini professor muellim heyeti 5100 neferini ise inzibati heyet teskil edir Ali mektebin emekdaslari arasinda 53 nefer Cin Elmler Akademiyasinin 7 nefer Cin Muhendislik Elmleri Akademiyasinin ve 14 nefer Ucuncu Dunya Elmler Akademiyasinin uzvu var Universitetde her bir emekdas ucun kompleks xidmet resurslari teklif olunur insan resurslari proqramlari neticesinde iscilerin celb edilmesi inkisafi yuksek emekhaqqi muxtelif mukafatlarla onlarin heveslendirilmesi is teyinatlari ve s tedbirler heyata kecirilir Ali mektebin elaci telebeleri ucun nezerde tutulmus Gens Istedadlar Plani Ceunq Konq Alimler Proqrami ve s proqramlar movcuddur Telebe heyati2009 2010 cu tedris ilinde Pekin Universitetinde umumilikde 30167 nefer telebe qeyde alinmisdir Onlarin 15128 neferini bakalavr qalanlarini ise magistr ve doktorantlar teskil edirdi Her il Pekin Universitetine 2000 den cox ecnebi telebe daxil olur Onlar esasen Qerbi Avropa Avstraliya Afrika Simali ve Cenubi Amerika Asiyanin butun hisselerinden olan genclerdir Ecnebi telebelerin meskunlasdiqlari yataqxanalar Sao Yuan erazisinde yerlesir Pekin Universitetinde genclerin heyati rengarengliyi ve zenginliyi ile secilir Burada 200 den cox telebe teskilati idman komandalari ve diger birlikler fealiyyet gosterir Il erzinde universitetde muxtelif festivallar yarislar ekskursiyalar imecilikler konsertler edebi medeni geceler musabiqeler ve s tedbirler teskil olunur Ecnebi telebeler olkelerinin medeniyyetini tecessum etdiren sergi ve diger meclisler hazirlayir Bu cur tedbirler telebeler arasinda dostluq hisslerini liderlik bacarigini inkisaf etdirir genclerin dunyagorusunu artirir onlara zengin heyat tecrubesi bexs edir Dunya uzre taninmis Pekin Universiteti muasir Cin edebiyyati poeziyasi ve incesenetine boyuk tohfeler bexs edib Fealiyyeti dovrunde universitet ozunu intellektual azadliq mekani kimi tanidib Bu ali tehsil ocagini Lu Sin Mao Tzedun Hu Honqminq Hu Si Li Da Cjao Cen Duxiu kimi dahi sexsler elece de Nobel mukafatcilari Yuan Tseh Li Tzun Dao Li ve Yan Cen Nin bitirib Cinin Yeni Medeni Dorduncu May herekatlari 1989 cu il Tyananmen meydani yurusu ve diger ehemiyyetli hadiselerinin yaranma noqtesi Pekin Universiteti olub Son yuz il erzinde universitetin 400 den cox mezunu Cinin muxtelif nufuzlu ali mekteblerinin prezidenti vezifesinde calisib Tsinxua Universitetinin prezidenti Luo Cialun prezidenti Yuan Baohua prezidenti Tsyan Sanqianq Fudan Universitetinin prezidenti Cjan Jiranq Nankin Universitetinin prezidenti Den Ueizao Cin Elm ve Texnologiya Universitetinin prezidenti Quan Ueiyan ve s Pekin Universiteti butun elm ve tedris sahelerinin cemlesdiyi tedqiqat ve tehsil merkezidir Universitetin meqsedi XXI esrde dunyanin bir nomreli ali mektebine cevrilmek Cinin muasirlesdirilmesine dunyanin iqtisadi sosial ve texnoloji inkisafina oz tohfesini vermek yeni yeni genc istedadlari askarlayib dunyaya teqdim etmekden ibaretdir Xarici elaqeleriPekin Universiteti Cin universitetlerini birlesdiren C9 Liqasi na Beynelxalq Tedqiqat Universitetleri Alyansina daxildir Serqi Asiya Tedqiqat Universitetleri Assosiasiyasinin uzvudur Ali mekteb Cikaqo Universiteti ile birge Serqi Asiya Incesenet Merkezi YUNESKO ile birge Pekin Universiteti komputer qrafikasi ve dizayn Cin medeniyyeti tarixi dili ve s saheleri yaxindan oyrenmek isteyenler ucun Stenford Universiteti ile Pekinde Stenford proqramlari ve Stenford Pekin universitetleri yay proqramlari Kornel Universiteti ile Cin ve Asiya Sakit Okean Tedqiqatlari Yel Vaseda universitetleri ve ile Miciqan Stat Universiteti ile birge akademik proqramlar ve diger bir cox elmi tedqiqat layihelerinde istirak edir Reytinqi2010 cu ilde Cin Xalq Respublikasinin ozunde teskil edilen reytinqlere gore Pekin Universiteti olkede Tsinxua Universitetinden sonra ikinci yerde olmusdur Times Higher Education World University Rankings deki yeri 2015 16 2014 15 2013 14 2012 13 2011 12 2010 1142 48 45 46 49 37 QS World University Rankings deki yeri 2015 16 2014 15 2013 14 2012 13 2011 12 2010 1141 57 46 44 46 47 Academic Ranking of World Universities deki yeri 2003 2004 2005 2006 2007 2008 2009 2010 2011 2012 2013 2014 2015201 300 202 301 203 300 201 300 203 304 201 302 201 302 151 200 201 300 151 200 151 200 101 150 101 150Meshur mezunlariBuranin mezunu olan meshurlardan misal olaraq asagidakilarin adlarini cekmek olar Cinin medeniyyet naziri Cinin sabiq ticaret naziri Cin Yeni Medeni herekatinin lideri Cin Kommunist Partiyasinin yaradicilarindan biri Cin Kommunist Partiyasinin yaradicilarindan biri Cin Kommunist Partiyasinin yaradicilarindan biri lideri fizika uzre Nobel mukafati laureati fizika uzre Nobel mukafati laureati kimya uzre Nobel mukafati laureati Cinde nuve silahlari proqraminin aparici teskilatcisi yazici ilk Cin yazi masininin ixtiracisi Lu Sin taninmis Cin yazicisi yazici meshur ressam universitetin Incesenet Kollecinin dekani Mulatu Tesome Efiopiya Federativ Demokratik Respublikasinin prezidenti 7 oktyabr 2013 cu ilden Hemcinin bax Universitet portaliMenbeLamiye Eliyeva Dunya universitetleri Pekin Universiteti 2014 09 09 at the Wayback Machine Azerbaycan muellimi qezeti 18 11 2010 45 az IstinadlarDirectory of Open Access Journals 2003 Members 2012 05 06 at the Wayback Machine iaruni org ing 17 Members 2022 07 09 at the Wayback Machine aearu org ing THE World University Rankings 2015 2016 Times Higher Education 2015 10 04 tarixinde Istifade tarixi 11 mart 2016 apostrophe markup THE World University Rankings 2014 2015 Times Higher Education 2015 05 29 tarixinde Istifade tarixi 12 aprel 2015 apostrophe markup THE World University Rankings 2013 2014 Times Higher Education 2013 10 04 tarixinde Istifade tarixi 12 aprel 2015 apostrophe markup THE World University Rankings 2012 2013 Times Higher Education 2015 05 30 tarixinde Istifade tarixi 12 aprel 2015 apostrophe markup THE World University Rankings 2011 2012 Times Higher Education 2015 04 02 tarixinde Istifade tarixi 12 aprel 2015 apostrophe markup THE World University Rankings 2010 2011 Times Higher Education 2015 05 30 tarixinde Istifade tarixi 12 aprel 2015 apostrophe markup QS World University Rankings 2015 2016 02 06 tarixinde Istifade tarixi 2015 09 27 QS World University Rankings 2014 2016 02 05 tarixinde Istifade tarixi 2015 09 27 QS World University Rankings 2013 2016 10 21 tarixinde Istifade tarixi 2015 09 27 QS World University Rankings 2012 2019 05 02 tarixinde Istifade tarixi 2015 09 27 2014 10 20 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 09 27 2011 04 03 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 09 27 Shanghai Ranking Consultancy 2015 2015 12 02 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 20 noyabr 2015 2015 04 30 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 11 20 2015 09 18 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 11 20 2015 04 24 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 11 20 2015 09 18 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 11 20 2015 04 30 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 11 20 2015 09 18 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 11 20 2015 04 30 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 11 20 2015 12 10 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 11 20 Academic Ranking of World Universities 2011 2011 08 23 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 11 20 Academic Ranking of World Universities 2012 2013 04 05 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 11 20 2019 03 11 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 11 20 2015 01 19 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 11 20 2015 10 30 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 11 20 AFP 7 October 2013 10 October 2013 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 7 October 2013 Kussa Mulugeta Dr Mulatu Teshome elected new President of Ethiopia Ertagov com Ethiopian Radio and Television Agency 7 October 2013 20 October 2014 tarixinde Istifade tarixi 7 October 2013 Xarici kecidlerpku edu cn Pekin Universitetinin resmi sayti