Kornell Universiteti (ing. Cornell University) — ABŞ-nin Nyu-York ştatının İtaka şəhərində yerləşən ali təhsil müəssisəsi. Ölkənin nüfuzlu və ən böyük ali məktəblərindən biridir.
Kornell Universiteti | |
---|---|
Cornell University | |
Əsası qoyulub | 1865 |
Tələbə sayı | 23.620, 24.900 |
Ölkə | |
Sayt | cornell.edu |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Kornell Universitetinin yaranmasında biznesmen, teleqraf sənayesinin əsasını qoymuş və tanınmış alim, siyasətçi Endryu Vaytın böyük rolu olub. Hələ XIX əsrin 50-ci illərində Kornell və Vayt bir-birindən xəbərsiz ümummilli, ən qabaqcıl tədris metoduna malik, elmi-texniki tərəqqinin tələblərinə cavab verə biləcək bir ali təhsil müəssisəsi yaratmaq fikrinə düşürlər. E. Kornell teleqraf biznesindən əldə etdiyi gəlirlərin yarısını xeyriyyə məqsədlərinə sərf etmək qərarına gəlir. Hər iki mesenat – Kornell və Vayt universitet yaratmaq məqsədilə ABŞ prezidenti A. Linkolna müraciət edir, lakin onların planlarının həyata keçməsinə həmin dövrdə baş verən Vətəndaş müharibəsi mane olur.
Kornell və Vayt 1862-ci ildə Nyu-York ştatında senat üzvü olarkən tanış olurlar və hər ikisi xüsusi səylə yeni universitet yaratmaq layihəsi üzərində işləyir. Onlar milliyyətindən, cinsindən, təbəqəsindən və dinindən asılı olmayaraq, hər kəsin istənilən ixtisas üzrə təhsil ala biləcəyi ali təhsil ocağı yaratmağı planlaşdırırlar. Kornellin "Mən elə bir təhsil müəssisəsi yaratmaq istəyirəm ki, orada hər kəs istədiyi fənni öyrənə bilsin" ifadəsindən sonralar universitetin devizi yaranır: "İstənilən şəxs – istənilən elm".
Kornell şəxsi büdcəsi hesabına İtaka şəhərində 1,2 hektar ərazi alır. 27 aprel 1865-ci ildə Nyu-York ştatının qubernatoru Royben Fenton universitetin yaradılması haqqındakı sənədi imzalayır və bu tarixi hadisə Kornell Universitetinin yarandığı gün kimi qeyd olunur. Endryu Vayt yeni yaranmış universitetə prezident təyin olunur. Vayt universitetə rəhbər təyin edilən gündən təhsil müəssisəsinin idarəetmə prinsipini, tədris proqramlarını hazırlayır, qabaqcıl müəllimləri bu ali məktəbə cəlb edir. Sonra o, Avropa universitetlərinin təcrübəsi ilə tanış olmaq, tədris və metodik vəsaitlər əldə etmək məqsədilə dünya ölkələrinə səfər edir, Kornell isə universitet binalarının tikintisi ilə məşğul olur. Universitetin rəsmi açılışı 7 oktyabr 1868-ci il tarixinə təsadüf edir. Bu tarixdən bir gün əvvəl qəbul imtahanı keçirilir və 412 abituriyent uğurla imtahan verərək Kornell Universitetinin ilk tələbələri olurlar. Qeyd edək ki, həmin vaxta qədər heç bir yeni yaranmış Amerika universiteti bu qədər tələbə qəbul etməmişdi.
Yarandığı gündən Kornell Universitetinə oğlanlarla yanaşı, qızlar da qəbul olunur. Lakin qız tələbələr üçün yataqxananın olmaması onların sayının daha da artmasına ciddi maneə yaradır. Universitetdə qızlar üçün ilk yataqxana 1875-ci ildə tikilir. Bu ali təhsil müəssisəsinin bakalvr pilləsini 1873-cü ildə bitirmiş ilk qız məzun Emma İstmen, ilk doktorluq dərəcəsini 1880-ci ildə almış qadın isə Mey Preston olub.
1868-ci ildə Kornell Universitetinin tələbələri müstəqil və sərbəst surətdə fənn seçmək, öz tədris proqramlarını hazırlamaq hüququ qazanırlar. Bu addım, sözün əsl mənasında, inqilab kimi dəyərləndirilir və tələbələrin hazırladıqları həmin proqram onilliklər keçdikdən sonra ABŞ-nin adi tədris proqramına çevrilir. 1892-ci ildə universitetin 3-cü prezidenti inauqurasiyası zamanı çıxışında Nyu-York ştatının rəhbərliyinə müraciət edərək, onlardan universitet üçün ərazi və bu təhsil ocağının inkişafına kömək istəyir. Rəhbərlik həmin müraciətə cavab olaraq, Kornell Universitetinin nəzdində Baytarlıq Kollecinin yaradılması üçün subsidiya ayırır, eləcə də hər il kollecə maliyyə yardımı göstərir. Beləliklə, Kornell Universiteti ABŞ-də dövlət tərəfindən yardım alan ilk özəl ali məktəb kimi tanınır və bundan sonra Kornell Universitetində təhsil alan nyu-yorklu tələbələrə təhsil haqqının ödənilməsində güzəştlər edilir.
XX əsrdə universitet sürətlə inkişaf etməyə başlayır, həmin əsrin ortalarına qədər məktəb və kolleclərin sayı 10-dan çox olur. Bütün kollec və məktəblər muxtariyyət hüququna malik olur, öz akademik proqramlarını yaradır və qiymət sistemini tətbiq edir. Məsələn, bakalavr dərəcəsi almaq üçün ümumi universitet imtahanına üzgüçülük və idmanın başqa növü üzrə imtahanlar daxil edilir. Eyni zamanda hər bir tələbə oxuduğu fakültədən asılı olmayaraq, istənilən başqa fakültənin proqramını öyrənə bilər. Universitetdə mütəmadi olaraq fakültələrarası proqramlar və kurslar təşkil edilir.
Kornell Universitetinin nəşriyyatı 1889-cu ildə yaradılıb. Mexaniki İncəsənət Kollecində fəaliyyət göstərən ilk nəşriyyat sonradan Mühəndislik Məktəbinə köçür. Nəşriyyatın burada fəaliyyət göstərməsindən irəli gələrək, müəllim və tələbələr çap işini çox yaxşı bilirdilər. Burada dərslik, elmi nəşrlər, həftəlik tələbə jurnalları, pamfletlər, rəsmi universitet sənədləri də çap olunur. İl ərzində antropologiya, ədəbiyyat, tarix, fəlsəfə, siyasət, beynəlxalq münasibətlər, psixologiya, psixiatriya və s. sahələr üzrə 150-dən çox nəşr dərc olunur.
Müasir vəziyyəti
Kornell Universitetinin əsas kampusu Nyu-York ştatının İtaka şəhərində yerləşir. Universitet yarandığı vaxtlar 1,2 hektar ərazidə yerləşirdisə, hazırda onun İtakada ərazisi 3 hektara yaxındır. Bu ərazidə yerləşən 260 bina Mərkəzi və Şimali kampuslar arasında bölünüb. Universitetin bütün tədris korpusları, laboratoriyalar, muzeylər, inzibati binalar, yataqxanalar Mərkəzi kampusda cəmlənib. Kampusun binaları elektrik, qotik, viktorian, neoklassik və modern üslublarda inşa edilib.
Kornell Universitetinin Nyu-Yorkda da kampusu mövcuddur. Burada universitetin bakalavrlar üçün Veyl Tibb Kolleci və aspirantlar üçün Veyl Ali Tibb Kolleci yerləşir. Bu kolleclər 1927-ci ildən Nyu-Presbiterian hospitalı ilə birgə fəaliyyət göstərir. Universitetin Nyu-Yorkda Kornell xidmət proqramı da mövcuddur. Proqram tələbələrə Nyu-Yorkdakı kasıb uşaq, ailə və icmalara köməyi təklif edir. Buradakı İnsan Ekologiyası, Kənd Təsərrüfatı və Həyat Elmi kollecləri, Sənaye və Əmək Əlaqələri Məktəbi də həmin məqsədlərə xidmət edir. Mühüm maliyyə rayonu olan Manhettendəki Mühəndislik Kolleci biznes-tədqiqatların optimallaşması, sənayenin, ictimai əməkdaşlığın gücləndirilməsi və digər bu kimi işlər görür.
Kollecləri
Kornell Universitetinin nəzdində bakalavr, magistrant və aspirantlar üçün kolleclər fəaliyyət göstərir. Bakalavrların təhsil ala biləcəyi kolleclər bunlardır:
- Kənd Təsərrüfatı və Həyat Elmi Kolleci – tələbələrinin sayına görə Kornell Universitetinin ikinci ən böyük kollecidir. öz sahəsi üzrə apardığı tədqiqatlara görə kollec ölkədə birincidir.
- Memarlıq, İncəsənət və Planlaşdırma Kolleci – şəhər və reqional planlaşdırma, təsviri və vizual incəsənət, memarlığın tarixi və nəzəriyyəsi və s. sahələr üzrə tələbə hazırlayır.
- İncəsənət və Elmlər Kolleci – tələbələrinin sayına görə Kornell Universitetinin ən böyük kollecidir, tələbələrini yüksək səviyyəli humanitar təhsil ilə təmin edir.
- Mühəndislik Kolleci – texnologiya və innovasiya tədqiqatları aparılır.
- Hotel Administrasiyası Məktəbi – texniki əməkdaşlar, istiqamətləndirilmiş xidməti personal hazırlayır.
- İnsan Ekologiyası Kolleci – real həyatda insanın imkanlarının, onun həyat tərzinin, liderlik xüsusiyyətlərinin inkişafını və əhali ilə təmas, ekologiya və ətraf mühitin mühafizə edilməsini öyrədir.
- Sənaye və Əmək Əlaqələri Məktəbi – ölkədə bu sahə üzrə yaranan ilk ali məktəbdir.
- Hesablama və informasiya elmləri fakültəsi – kompüter elmləri üzrə ixtisaslaşıb.
Magistr və aspirantlar üçün aşağıdakı məktəblər fəaliyyət göstərir:
- Kornell Ali Məktəbi – 90-dan çox sahə üzrə magistr, aspirant, doktorant dərəcələri təqdim edir.
- Kornell Hüquq Məktəbi – qanun, qanunvericilik, geniş dünyagörüşünə malik hüquqşünaslar və liderlər hazırlayır.
- Conson adına Ali Menecment Məktəbi – menecment sahəsi üzrə tədqiqat və araşdırmalar aparır.
- Veyl Tibb Kolleci (Nyu-York) – akademik təbabət və biotibbi tədqiqatlar üzrə dünyada məşhurdur, görkəmli həkim və alimlər hazırlayır. Nyu-Presbiterian Hospitalı və Memorial Sloan-Ketterinq Xərçəng Mərkəzi ilə sıx əlaqələr qurur.
- Veyl Tibb Kolleci (Doha, Qətər) – Nyu-Yorkda yerləşən kollecin filialıdır.
- Veyl Ali Tibb Elmləri Kolleci (Nyu-York) – biotibbi elmlər, elmi metodların aparılması, tədqiqatlar üzrə mükəmməl proqramlar həyata keçirir. Veyl Tibb Kolleci və Sloan-Ketterinq Xərçəng Mərkəzi bu kollecin bünövrəsi hesab edilir.
- Baytarlıq Məktəbi – heyvanlar üzərində aparılan təcrübələr sayəsində bir çox xəstəliklərin müalicəsini aşkarlayıb, burada mühüm kəşflər edilib və məktəb dünya elminə xeyli nailiyyətlər verib.
- Təhsilin Davametdirilməsi Məktəbi və Yay Sessiyaları – universitetdən xaric olunan tələbələrin, yuxarı kurs tələbələrinin, Kornell Universiteti əməkdaşları və məzunlarının, yerli əhalinin təhsili ilə məşğuldur.
Kornell Universiteti geniş beynəlxalq əlaqə layihələrini həyata keçirir. Burada tələbələrə Afrika, fransız, alman, yəhudi, latın, Yaxın Şərq, Uzaq Şərq, rus, roman dilləri, ədəbiyyatı və mədəniyyəti üzrə proqramlar təklif edir. Universitetin Asiya ölkələri üzrə tədqiqatlar proqramı mövcuddur. Bu məqsədlə Kornell Universitetinin Mühəndislik Kolleci Pekinin Sinxua, Hotel Administrasiyası Məktəbi Sinqapurun Nanyanq Texnologiya, Kənd Təsərrüfatı və Həyat Elmi Kolleci Filippinin Los-Banyos universitetləri və Yaponiya Milli Aqrobiologiya Elmləri İnstitutu ilə müqavilələr bağlayıb. Kornell Universiteti Kanadanın Kraliça (Queen) Universiteti ilə birgə MBA proqramı həyata keçirir.
Kitabxana sistemi
Kornell Universitetinin kitabxana sistemi böyüklüyünə görə ABŞ-də 11-ci yerdə durur. Kitabxana sisteminə 7,5 milyon cilddən çox kitab, 8,2 milyon mikrofilm və mikrofişlər, 440 min xəritə, kino, DVD, səsyazma, kompüter faylları, arxivlər və rəqəmsal resurs aiddir. Bu, İnternet şəbəkəsinə qoşulan ilk ABŞ kitabxanalarındandır. Kitabxanaların çoxu İtakada yerləşən kampusda cəmləşib. Nyu-York və Qətərdə də universitetin kitabxanaları mövcuddur. Universitetin kitabxana sisteminə Adelson (Ornitologiya laboratoriyası), Afrikan, Katervud, Entomologiya, təsviri incəsənət, Cenevrə təcrübə stansiyası, kroç, hüquq, idarəetmə, mann, riyaziyyat, tibb, musiqi, nestle (Hotel Administrasiyası Məktəbinin kitabxanası), Oloin və Yuris, fiziki elmlər, baytarlıq kitabxanaları daxildir.
Yataqxanaları
Dünyanın başqa universitetlərində olduğu kimi, Kornell Universitetinin tələbələri də təhsil aldıqları məktəbin ərazisində məskunlaşırlar. Tələbə yataqxanaları, əsasən, Şimal, Qərb və Kollectaun kampuslarında yerləşir. Şimal kampusda birinci kurs tələbələri qalırlar, lakin burada yuxarı kurs tələbələri üçün də bir neçə yataqxana – Risli, Yalnız musiqi, Ekologiya evi, Hollandiya beynəlxalq yaşayış mərkəzi, Latino yaşayış mərkəzi, Akvekon və Ujamaa rezidensiyaları mövcuddur. Latino yaşayış mərkəzi, Akvekon və Ujamaa yataqxanalarında tez-tez irqi və etnik qarşıdurmalar baş verir. Kornell Universitetinin tələbələri üçün ildən-ilə yeni, daha yüksək şəraitə malik yataqxanalar tikilir – 2004-cü ildə Alisa Kuk, 2005-ci ildə Karl Beker, 2007-ci ildə Hans Beth, 2008-ci ildə Uilyam Kiton, Flora Rouz və s.
Elmi nailiyyətləri
1962-ci ildən başlayaraq Kornell Universitetinin tədqiqatçıları Mars planetinə pilotsuz uçuşu və XXI əsrdə "Mars Araşdırma Səyyahı" ("Mars Exploration Rover") missiyasını həyata keçirib. 2004-cü ildə "səyyahlar" elmi nailiyyətlərinə görə "İlin uğuru" mükafatına layiq görülüblər. Onlar Marsda apardıqları tədqiqatlardan əlavə, Uran planetinin ətrafında mövcud olan halqaları müəyyən ediblər. Aresiboda (Puerto-Riko adasında ərazi) Kornell Universitetinin dünyada ən böyük və həssas radioteleskopu yerləşir.
Xarici əlaqələri
Kornell Universiteti ABŞ-nin səkkiz nüfuzlu ali məktəbini birləşdirən Sarmaşıq Liqasına daxildir və bu qurumun ən gənc üzvüdür.
Kornell Universiteti beynəlxalq təhsil və elmi əməkdaşlıq sahələri üzrə hər zaman fəal mövqe tutmağı ilə seçilib. Son zamanlar onun fəaliyyətində məhz bu sahə daha sürətlə inkişaf edir. Qətərdə yerləşən Veyl Kornell Tibb Kolleci, Çin, Hindistan, Sinqapur və s. ölkələrin universitetləri ilə bağlanmış əməkdaşlıq müqavilələri Kornell Universitetinin "dünyanın ilk transmilli universiteti" adlandırılmasına səbəb olur.
Büdcəsi
Universitetin 2008–2009-cu tədris ili üçün gəlirləri 2,92 milyard, 2007–2008-ci tədris ilində isə 2,81 milyard olub. Kornell Universitetinin builki büdcəsinin 726,4 milyon dolları təhsil haqqından, 241 milyon dolları isə ianə və yardımlardan daxil olan vəsaitlərdir. Universitetin ianələr hesabına formalaşmış fondundakı vəsaitlərin həcmi hazırda 4,5 milyard ABŞ dollarıdır.
Təhsil haqqı
Universitetdə illik təhsil haqqı tələbələrin seçdiyi ixtisasa, oxuduğu kursa uyğun olaraq, 19–52 min ABŞ dolları arasında dəyişir. Digər Amerika universitetlərində olduğu kimi, bu ali məktəbdə də universitetin yerləşdiyi ştatdan olan tələbələrə təhsil xərclərində xüsusi güzəştlər tətbiq olunur.
Reytinqi
"U. S. News & World Report" ("ABŞ xəbərləri və dünya hesabatı") jurnalının reytinqinə görə, Kornell Universiteti Amerikada mühəndislik elmləri və mühəndislik fizikası sahələri üzrə birinci, psixiatriya və ortopedik cərrahiyyə üzrə isə ikinci yerdə dayanır.
2003 | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
12 | 12 | 12 | 12 | 12 | 12 | 12 | 12 | 13 | 13 | 13 | 13 | 13 |
2015/16 | 2014/15 | 2013/14 | 2012/13 | 2011/12 | 2010/11 |
---|---|---|---|---|---|
17 | 19 | 15 | 14 | 15 | 16 |
2015/16 | 2014/15 | 2013/14 | 2012/13 | 2011/12 | 2010/11 |
---|---|---|---|---|---|
18 | 19 | 19 | 18 | 20 | 14 |
Məşhur məzunları
- – Çin Xalq Respublikasının sabiq prezidenti
- – Kubanın sabiq prezidenti
- – İran İslam Respublikasının sabiq baş naziri
- – ABŞ-nin sabiq prezidenti Bill Klintonun milli təhlükəsizlik üzrə məsləhətçisi
- – ABŞ-nin sabiq prezidenti Corc Buşun milli təhlükəsizlik üzrə məsləhətçisi
- – Dünya Bankının sabiq prezidenti
- – ABŞ-nin sabiq dövlət katibi
- – ABŞ-nin sabiq dövlət katibi
- – ABŞ-nin sabiq baş prokuroru
- – ABŞ Ali Məhkəməsinin sabiq hakimi
- – fizika üzrə Nobel mükafatı laureatı
- – fizika üzrə Nobel mükafatı laureatı
- – fizika üzrə Nobel mükafatı laureatı
- – kimya üzrə Nobel mükafatı laureatı
- – kimya üzrə Nobel mükafatı laureatı
- – kimya üzrə Nobel mükafatı laureatı
- – psixologiya və tibb üzrə Nobel mükafatı laureatı
- – psixologiya və tibb üzrə Nobel mükafatı laureatı
- – psixologiya və tibb üzrə Nobel mükafatı laureatı
- – sülh üzrə Nobel mükafatı laureatı
- Amartya Sen – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı
- Oktavio Pas – ədəbiyyat üzrə Nobel mükafatı laureatı
- Vole Şoyinka – ədəbiyyat üzrə Nobel mükafatı laureatı
1952-ci ildə Kornell Aviasiya Elmi-Tədqiqat Laboratoriyasının əməkdaşı Con Mur "Avtomobildə qəza travmalarının aradan qaldırılması üzrə araşdırma" layihəsini həyata keçirir. O, təcrübələrini manekenlərin deyil, meyitlərin üzərində aparır və belə nəticəyə gəlir ki, sükan çarxının enerjisini mənimsəyən qapının qıfılının genişləndirilməsi, yumşaq panel və təhlükəsizlik kəməri zədələrin faiz nisbətini xeyli azaldır. Layihənin nəticəsi olaraq, 1956-cı ildə "Kornell təhlükəsizlik avtomobili" nümayiş edilir, bu isə avtomobil istehsalçılarında müsbət dönüş yaradır və onlar həmin yenilikləri tətbiq etməyə başlayırlar.
1984-cü ildə universitetin Milli elm fondu 5 yeni superkompüter istehsalı mərkəzi yaradır. 1985-ci ildə fond ARPANET-ə qoşula biləcək NSFNET, TCP/IP-şəbəkə kompüterləri istehsal edir. NSFNET İnternetin sürətli inkişafı üçün dönüş nöqtəsi olur və ümümdünya hörumçək torunun inkişafına gətirib çıxarır.
Kornell Universitetinin alimləri 70 ildən çoxdur ki, elementar hissəciklərin tədqiqatı ilə məşğuldurlar. Universitetin fizikləri, xüsusilə Hans Bete nüvə fizikasının inkişafına nail olur. Onlar həmçinin Manhetten layihəsinin iştirakçılarıdırlar. 1930-cu ildə Kornell Universitetində ABŞ-də ikinci dəfə olaraq siklotron quraşdırılıb, 1950-ci ildə ilk dəfə burada sinxron şüalanma öyrənilib. 1990-cı ildə universitetdə dünyada birinci olaraq ən yüksək işıqlılıq qabiliyyətinə malik elektron-pozitron kollayder yaradılır. Sinxotronu yaratdıqdan sonra alim Robert Vilson ABŞ-də ən böyük sürətləndirici quraşdırmağı nəzərdə tutan "Fermilab"ı yaratmaq üçün məzuniyyətə çıxır.
Hazırda universitet Beynəlxalq xətt kollayderinin tikintisi ilə məşğuldur. Kollayderin quraşdırılmasının 2010-cu ildə bitəcəyi nəzərdə tutulur. Beynəlxalq xətt kollayderinin Böyük Adron kollayderini tamamlayacağı qeyd edilir. Bunun isə materiyanın eyniliyi və əlavə ölçülərin mövcudluğu kimi suallara aydınlıq gətirəcəyi bildirilir.
ABŞ-nin başqa universitetləri kimi, Kornell Universiteti də təbiətin mühafizəsi üzrə müxtəlif proqramlar həyata keçirir. 2007-ci ildə burada Sabit gələcək mərkəzi yaradılıb. Universitetdə xüsusi zavodlar mövcuddur ki, onlar öz tullantılarını emal edərək təhsil müəssisəsini 100% enerji və istiliklə təmin edir.
Hazırda Kornell Universitetinin İtakada yerləşən kampusunda 1594, Nyu-Yorkdakı təhsil müəssisələrində 1005, Qətərdəki kollecdə isə 34 nəfərlik professor-müəllim heyəti fəaliyyət göstərir. Universitetdə çalışan məşhur alimlər arasında Karl Saqan, çarlz Evans Hyuz, Norman Malkolm, Vladimir Nabokov, M. H. Abrams, Riçard Feynman, Kip Torn, Arçi Rendolf Ammons, Piter Debay, Allan Blum, Pol de Man, Jak Derid və digərlərinin adları vardır. 2008 və 2009-cu illərdə ABŞ-nin "Ali təhsil xronikası" jurnalı Kornell Universitetini "Böyük robot kolleci" adlandırıb. Bu ad universitetə rəhbərlik işinin yüksək səviyyədə qurulması, əməkdaşların işləməkdən zövq alması, onlara təqaüdə çıxdıqdan sonra yüksək məbləğdə təqaüd və kompensasiya ödənilməsi, tələbələrin, eləcə də digər əməkdaşların burada oxuyub fəaliyyət göstərdikləri üçün verilib. Kornell Universitetinin müəllim və məzunlarından 41 nəfər Nobel mükafatına layiq görülüb.
Mənbə
- Lamiyə Əliyeva, Dünya universitetləri: Kornell Universiteti 2014-09-09 at the Wayback Machine, "Azərbaycan müəllimi" qəzeti, 11. dekabr 2009, № 48. (az.)
İstinadlar
- Integrated Postsecondary Education Data System. 1992.
- (ing.). National Association of College and University Business Officers, 2023.
- Global Research Identifier Database (ing.). 2015.
- . Shanghai Ranking Consultancy. 2014. 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 aprel 2015.
- . 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- . 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- . 2015-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- . 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- . 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- . 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- . 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- . 2015-12-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- "Academic Ranking of World Universities 2011". 2011-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- . 2012-06-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- . 2019-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- . 2015-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- . 2015-10-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-25.
- "QS World University Rankings (2015)". 2016-02-06 tarixində . İstifadə tarixi: 2015-09-16.
- "QS World University Rankings (2014)". 2016-02-05 tarixində . İstifadə tarixi: 2015-04-11.
- "QS World University Rankings (2013)". 2016-10-21 tarixində . İstifadə tarixi: 2015-04-11.
- "QS World University Rankings (2012)". 2019-05-02 tarixində . İstifadə tarixi: 2015-04-11.
- "QS World University Rankings (2011)". 2012-05-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- . 2011-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- "THE World University Rankings (2015–2016)". Times Higher Education. 2016-10-31 tarixində . İstifadə tarixi: 11 mart 2016. (#apostrophe_markup)
- "THE World University Rankings (2014–2015)". Times Higher Education. 2015-05-29 tarixində . İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- "THE World University Rankings (2013–2014)". Times Higher Education. 2013-10-04 tarixində . İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- "THE World University Rankings (2012–2013)". Times Higher Education. 2015-05-30 tarixində . İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- "THE World University Rankings (2011–2012)". Times Higher Education. 2015-04-02 tarixində . İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- "THE World University Rankings (2010–2011)". Times Higher Education. 2015-05-30 tarixində . İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
Xarici keçidlər
- cornell.edu — Kornell Universitetinin rəsmi saytı
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Kornell Universiteti ing Cornell University ABS nin Nyu York statinin Itaka seherinde yerlesen ali tehsil muessisesi Olkenin nufuzlu ve en boyuk ali mekteblerinden biridir Kornell UniversitetiCornell University42 26 50 sm e 76 28 59 q u Esasi qoyulub 1865Telebe sayi 23 620 24 900Olke ABSSayt cornell edu Vikianbarda elaqeli mediafayllarTarixiKornell Universitetinin yaranmasinda biznesmen teleqraf senayesinin esasini qoymus ve taninmis alim siyasetci Endryu Vaytin boyuk rolu olub Hele XIX esrin 50 ci illerinde Kornell ve Vayt bir birinden xebersiz umummilli en qabaqcil tedris metoduna malik elmi texniki tereqqinin teleblerine cavab vere bilecek bir ali tehsil muessisesi yaratmaq fikrine dusurler E Kornell teleqraf biznesinden elde etdiyi gelirlerin yarisini xeyriyye meqsedlerine serf etmek qerarina gelir Her iki mesenat Kornell ve Vayt universitet yaratmaq meqsedile ABS prezidenti A Linkolna muraciet edir lakin onlarin planlarinin heyata kecmesine hemin dovrde bas veren Vetendas muharibesi mane olur Kornell ve Vayt 1862 ci ilde Nyu York statinda senat uzvu olarken tanis olurlar ve her ikisi xususi seyle yeni universitet yaratmaq layihesi uzerinde isleyir Onlar milliyyetinden cinsinden tebeqesinden ve dininden asili olmayaraq her kesin istenilen ixtisas uzre tehsil ala bileceyi ali tehsil ocagi yaratmagi planlasdirirlar Kornellin Men ele bir tehsil muessisesi yaratmaq isteyirem ki orada her kes istediyi fenni oyrene bilsin ifadesinden sonralar universitetin devizi yaranir Istenilen sexs istenilen elm Kornell sexsi budcesi hesabina Itaka seherinde 1 2 hektar erazi alir 27 aprel 1865 ci ilde Nyu York statinin qubernatoru Royben Fenton universitetin yaradilmasi haqqindaki senedi imzalayir ve bu tarixi hadise Kornell Universitetinin yarandigi gun kimi qeyd olunur Endryu Vayt yeni yaranmis universitete prezident teyin olunur Vayt universitete rehber teyin edilen gunden tehsil muessisesinin idareetme prinsipini tedris proqramlarini hazirlayir qabaqcil muellimleri bu ali mektebe celb edir Sonra o Avropa universitetlerinin tecrubesi ile tanis olmaq tedris ve metodik vesaitler elde etmek meqsedile dunya olkelerine sefer edir Kornell ise universitet binalarinin tikintisi ile mesgul olur Universitetin resmi acilisi 7 oktyabr 1868 ci il tarixine tesaduf edir Bu tarixden bir gun evvel qebul imtahani kecirilir ve 412 abituriyent ugurla imtahan vererek Kornell Universitetinin ilk telebeleri olurlar Qeyd edek ki hemin vaxta qeder hec bir yeni yaranmis Amerika universiteti bu qeder telebe qebul etmemisdi Yarandigi gunden Kornell Universitetine oglanlarla yanasi qizlar da qebul olunur Lakin qiz telebeler ucun yataqxananin olmamasi onlarin sayinin daha da artmasina ciddi manee yaradir Universitetde qizlar ucun ilk yataqxana 1875 ci ilde tikilir Bu ali tehsil muessisesinin bakalvr pillesini 1873 cu ilde bitirmis ilk qiz mezun Emma Istmen ilk doktorluq derecesini 1880 ci ilde almis qadin ise Mey Preston olub 1868 ci ilde Kornell Universitetinin telebeleri musteqil ve serbest suretde fenn secmek oz tedris proqramlarini hazirlamaq huququ qazanirlar Bu addim sozun esl menasinda inqilab kimi deyerlendirilir ve telebelerin hazirladiqlari hemin proqram onillikler kecdikden sonra ABS nin adi tedris proqramina cevrilir 1892 ci ilde universitetin 3 cu prezidenti inauqurasiyasi zamani cixisinda Nyu York statinin rehberliyine muraciet ederek onlardan universitet ucun erazi ve bu tehsil ocaginin inkisafina komek isteyir Rehberlik hemin muraciete cavab olaraq Kornell Universitetinin nezdinde Baytarliq Kollecinin yaradilmasi ucun subsidiya ayirir elece de her il kollece maliyye yardimi gosterir Belelikle Kornell Universiteti ABS de dovlet terefinden yardim alan ilk ozel ali mekteb kimi taninir ve bundan sonra Kornell Universitetinde tehsil alan nyu yorklu telebelere tehsil haqqinin odenilmesinde guzestler edilir XX esrde universitet suretle inkisaf etmeye baslayir hemin esrin ortalarina qeder mekteb ve kolleclerin sayi 10 dan cox olur Butun kollec ve mektebler muxtariyyet huququna malik olur oz akademik proqramlarini yaradir ve qiymet sistemini tetbiq edir Meselen bakalavr derecesi almaq ucun umumi universitet imtahanina uzguculuk ve idmanin basqa novu uzre imtahanlar daxil edilir Eyni zamanda her bir telebe oxudugu fakulteden asili olmayaraq istenilen basqa fakultenin proqramini oyrene biler Universitetde mutemadi olaraq fakultelerarasi proqramlar ve kurslar teskil edilir Kornell Universitetinin nesriyyati 1889 cu ilde yaradilib Mexaniki Incesenet Kollecinde fealiyyet gosteren ilk nesriyyat sonradan Muhendislik Mektebine kocur Nesriyyatin burada fealiyyet gostermesinden ireli gelerek muellim ve telebeler cap isini cox yaxsi bilirdiler Burada derslik elmi nesrler heftelik telebe jurnallari pamfletler resmi universitet senedleri de cap olunur Il erzinde antropologiya edebiyyat tarix felsefe siyaset beynelxalq munasibetler psixologiya psixiatriya ve s saheler uzre 150 den cox nesr derc olunur Muasir veziyyetiKornell Universitetinin esas kampusu Nyu York statinin Itaka seherinde yerlesir Universitet yarandigi vaxtlar 1 2 hektar erazide yerlesirdise hazirda onun Itakada erazisi 3 hektara yaxindir Bu erazide yerlesen 260 bina Merkezi ve Simali kampuslar arasinda bolunub Universitetin butun tedris korpuslari laboratoriyalar muzeyler inzibati binalar yataqxanalar Merkezi kampusda cemlenib Kampusun binalari elektrik qotik viktorian neoklassik ve modern uslublarda insa edilib Kornell Universitetinin Nyu Yorkda da kampusu movcuddur Burada universitetin bakalavrlar ucun Veyl Tibb Kolleci ve aspirantlar ucun Veyl Ali Tibb Kolleci yerlesir Bu kollecler 1927 ci ilden Nyu Presbiterian hospitali ile birge fealiyyet gosterir Universitetin Nyu Yorkda Kornell xidmet proqrami da movcuddur Proqram telebelere Nyu Yorkdaki kasib usaq aile ve icmalara komeyi teklif edir Buradaki Insan Ekologiyasi Kend Teserrufati ve Heyat Elmi kollecleri Senaye ve Emek Elaqeleri Mektebi de hemin meqsedlere xidmet edir Muhum maliyye rayonu olan Manhettendeki Muhendislik Kolleci biznes tedqiqatlarin optimallasmasi senayenin ictimai emekdasligin guclendirilmesi ve diger bu kimi isler gorur KollecleriKornell Universitetinin nezdinde bakalavr magistrant ve aspirantlar ucun kollecler fealiyyet gosterir Bakalavrlarin tehsil ala bileceyi kollecler bunlardir Kend Teserrufati ve Heyat Elmi Kolleci telebelerinin sayina gore Kornell Universitetinin ikinci en boyuk kollecidir oz sahesi uzre apardigi tedqiqatlara gore kollec olkede birincidir Memarliq Incesenet ve Planlasdirma Kolleci seher ve reqional planlasdirma tesviri ve vizual incesenet memarligin tarixi ve nezeriyyesi ve s saheler uzre telebe hazirlayir Incesenet ve Elmler Kolleci telebelerinin sayina gore Kornell Universitetinin en boyuk kollecidir telebelerini yuksek seviyyeli humanitar tehsil ile temin edir Muhendislik Kolleci texnologiya ve innovasiya tedqiqatlari aparilir Hotel Administrasiyasi Mektebi texniki emekdaslar istiqametlendirilmis xidmeti personal hazirlayir Insan Ekologiyasi Kolleci real heyatda insanin imkanlarinin onun heyat terzinin liderlik xususiyyetlerinin inkisafini ve ehali ile temas ekologiya ve etraf muhitin muhafize edilmesini oyredir Senaye ve Emek Elaqeleri Mektebi olkede bu sahe uzre yaranan ilk ali mektebdir Hesablama ve informasiya elmleri fakultesi komputer elmleri uzre ixtisaslasib Magistr ve aspirantlar ucun asagidaki mektebler fealiyyet gosterir Kornell Ali Mektebi 90 dan cox sahe uzre magistr aspirant doktorant dereceleri teqdim edir Kornell Huquq Mektebi qanun qanunvericilik genis dunyagorusune malik huquqsunaslar ve liderler hazirlayir Conson adina Ali Menecment Mektebi menecment sahesi uzre tedqiqat ve arasdirmalar aparir Veyl Tibb Kolleci Nyu York akademik tebabet ve biotibbi tedqiqatlar uzre dunyada meshurdur gorkemli hekim ve alimler hazirlayir Nyu Presbiterian Hospitali ve Memorial Sloan Ketterinq Xerceng Merkezi ile six elaqeler qurur Veyl Tibb Kolleci Doha Qeter Nyu Yorkda yerlesen kollecin filialidir Veyl Ali Tibb Elmleri Kolleci Nyu York biotibbi elmler elmi metodlarin aparilmasi tedqiqatlar uzre mukemmel proqramlar heyata kecirir Veyl Tibb Kolleci ve Sloan Ketterinq Xerceng Merkezi bu kollecin bunovresi hesab edilir Baytarliq Mektebi heyvanlar uzerinde aparilan tecrubeler sayesinde bir cox xesteliklerin mualicesini askarlayib burada muhum kesfler edilib ve mekteb dunya elmine xeyli nailiyyetler verib Tehsilin Davametdirilmesi Mektebi ve Yay Sessiyalari universitetden xaric olunan telebelerin yuxari kurs telebelerinin Kornell Universiteti emekdaslari ve mezunlarinin yerli ehalinin tehsili ile mesguldur Kornell Universiteti genis beynelxalq elaqe layihelerini heyata kecirir Burada telebelere Afrika fransiz alman yehudi latin Yaxin Serq Uzaq Serq rus roman dilleri edebiyyati ve medeniyyeti uzre proqramlar teklif edir Universitetin Asiya olkeleri uzre tedqiqatlar proqrami movcuddur Bu meqsedle Kornell Universitetinin Muhendislik Kolleci Pekinin Sinxua Hotel Administrasiyasi Mektebi Sinqapurun Nanyanq Texnologiya Kend Teserrufati ve Heyat Elmi Kolleci Filippinin Los Banyos universitetleri ve Yaponiya Milli Aqrobiologiya Elmleri Institutu ile muqavileler baglayib Kornell Universiteti Kanadanin Kralica Queen Universiteti ile birge MBA proqrami heyata kecirir Kitabxana sistemiKornell Universitetinin kitabxana sistemi boyukluyune gore ABS de 11 ci yerde durur Kitabxana sistemine 7 5 milyon cildden cox kitab 8 2 milyon mikrofilm ve mikrofisler 440 min xerite kino DVD sesyazma komputer fayllari arxivler ve reqemsal resurs aiddir Bu Internet sebekesine qosulan ilk ABS kitabxanalarindandir Kitabxanalarin coxu Itakada yerlesen kampusda cemlesib Nyu York ve Qeterde de universitetin kitabxanalari movcuddur Universitetin kitabxana sistemine Adelson Ornitologiya laboratoriyasi Afrikan Katervud Entomologiya tesviri incesenet Cenevre tecrube stansiyasi kroc huquq idareetme mann riyaziyyat tibb musiqi nestle Hotel Administrasiyasi Mektebinin kitabxanasi Oloin ve Yuris fiziki elmler baytarliq kitabxanalari daxildir YataqxanalariDunyanin basqa universitetlerinde oldugu kimi Kornell Universitetinin telebeleri de tehsil aldiqlari mektebin erazisinde meskunlasirlar Telebe yataqxanalari esasen Simal Qerb ve Kollectaun kampuslarinda yerlesir Simal kampusda birinci kurs telebeleri qalirlar lakin burada yuxari kurs telebeleri ucun de bir nece yataqxana Risli Yalniz musiqi Ekologiya evi Hollandiya beynelxalq yasayis merkezi Latino yasayis merkezi Akvekon ve Ujamaa rezidensiyalari movcuddur Latino yasayis merkezi Akvekon ve Ujamaa yataqxanalarinda tez tez irqi ve etnik qarsidurmalar bas verir Kornell Universitetinin telebeleri ucun ilden ile yeni daha yuksek seraite malik yataqxanalar tikilir 2004 cu ilde Alisa Kuk 2005 ci ilde Karl Beker 2007 ci ilde Hans Beth 2008 ci ilde Uilyam Kiton Flora Rouz ve s Elmi nailiyyetleri1962 ci ilden baslayaraq Kornell Universitetinin tedqiqatcilari Mars planetine pilotsuz ucusu ve XXI esrde Mars Arasdirma Seyyahi Mars Exploration Rover missiyasini heyata kecirib 2004 cu ilde seyyahlar elmi nailiyyetlerine gore Ilin uguru mukafatina layiq gorulubler Onlar Marsda apardiqlari tedqiqatlardan elave Uran planetinin etrafinda movcud olan halqalari mueyyen edibler Aresiboda Puerto Riko adasinda erazi Kornell Universitetinin dunyada en boyuk ve hessas radioteleskopu yerlesir Xarici elaqeleriKornell Universiteti ABS nin sekkiz nufuzlu ali mektebini birlesdiren Sarmasiq Liqasina daxildir ve bu qurumun en genc uzvudur Kornell Universiteti beynelxalq tehsil ve elmi emekdasliq saheleri uzre her zaman feal movqe tutmagi ile secilib Son zamanlar onun fealiyyetinde mehz bu sahe daha suretle inkisaf edir Qeterde yerlesen Veyl Kornell Tibb Kolleci Cin Hindistan Sinqapur ve s olkelerin universitetleri ile baglanmis emekdasliq muqavileleri Kornell Universitetinin dunyanin ilk transmilli universiteti adlandirilmasina sebeb olur BudcesiUniversitetin 2008 2009 cu tedris ili ucun gelirleri 2 92 milyard 2007 2008 ci tedris ilinde ise 2 81 milyard olub Kornell Universitetinin builki budcesinin 726 4 milyon dollari tehsil haqqindan 241 milyon dollari ise iane ve yardimlardan daxil olan vesaitlerdir Universitetin ianeler hesabina formalasmis fondundaki vesaitlerin hecmi hazirda 4 5 milyard ABS dollaridir Tehsil haqqiUniversitetde illik tehsil haqqi telebelerin secdiyi ixtisasa oxudugu kursa uygun olaraq 19 52 min ABS dollari arasinda deyisir Diger Amerika universitetlerinde oldugu kimi bu ali mektebde de universitetin yerlesdiyi statdan olan telebelere tehsil xerclerinde xususi guzestler tetbiq olunur Reytinqi U S News amp World Report ABS xeberleri ve dunya hesabati jurnalinin reytinqine gore Kornell Universiteti Amerikada muhendislik elmleri ve muhendislik fizikasi saheleri uzre birinci psixiatriya ve ortopedik cerrahiyye uzre ise ikinci yerde dayanir Academic Ranking of World Universities deki yeri 2003 2004 2005 2006 2007 2008 2009 2010 2011 2012 2013 2014 201512 12 12 12 12 12 12 12 13 13 13 13 13 QS World University Rankings deki yeri 2015 16 2014 15 2013 14 2012 13 2011 12 2010 1117 19 15 14 15 16 Times Higher Education World University Rankings deki yeri 2015 16 2014 15 2013 14 2012 13 2011 12 2010 1118 19 19 18 20 14Meshur mezunlari Cin Xalq Respublikasinin sabiq prezidenti Kubanin sabiq prezidenti Iran Islam Respublikasinin sabiq bas naziri ABS nin sabiq prezidenti Bill Klintonun milli tehlukesizlik uzre meslehetcisi ABS nin sabiq prezidenti Corc Busun milli tehlukesizlik uzre meslehetcisi Dunya Bankinin sabiq prezidenti ABS nin sabiq dovlet katibi ABS nin sabiq dovlet katibi ABS nin sabiq bas prokuroru ABS Ali Mehkemesinin sabiq hakimi fizika uzre Nobel mukafati laureati fizika uzre Nobel mukafati laureati fizika uzre Nobel mukafati laureati kimya uzre Nobel mukafati laureati kimya uzre Nobel mukafati laureati kimya uzre Nobel mukafati laureati psixologiya ve tibb uzre Nobel mukafati laureati psixologiya ve tibb uzre Nobel mukafati laureati psixologiya ve tibb uzre Nobel mukafati laureati sulh uzre Nobel mukafati laureati Amartya Sen iqtisadiyyat uzre Nobel mukafati laureati Oktavio Pas edebiyyat uzre Nobel mukafati laureati Vole Soyinka edebiyyat uzre Nobel mukafati laureati 1952 ci ilde Kornell Aviasiya Elmi Tedqiqat Laboratoriyasinin emekdasi Con Mur Avtomobilde qeza travmalarinin aradan qaldirilmasi uzre arasdirma layihesini heyata kecirir O tecrubelerini manekenlerin deyil meyitlerin uzerinde aparir ve bele neticeye gelir ki sukan carxinin enerjisini menimseyen qapinin qifilinin genislendirilmesi yumsaq panel ve tehlukesizlik kemeri zedelerin faiz nisbetini xeyli azaldir Layihenin neticesi olaraq 1956 ci ilde Kornell tehlukesizlik avtomobili numayis edilir bu ise avtomobil istehsalcilarinda musbet donus yaradir ve onlar hemin yenilikleri tetbiq etmeye baslayirlar 1984 cu ilde universitetin Milli elm fondu 5 yeni superkomputer istehsali merkezi yaradir 1985 ci ilde fond ARPANET e qosula bilecek NSFNET TCP IP sebeke komputerleri istehsal edir NSFNET Internetin suretli inkisafi ucun donus noqtesi olur ve umumdunya horumcek torunun inkisafina getirib cixarir Kornell Universitetinin alimleri 70 ilden coxdur ki elementar hisseciklerin tedqiqati ile mesguldurlar Universitetin fizikleri xususile Hans Bete nuve fizikasinin inkisafina nail olur Onlar hemcinin Manhetten layihesinin istirakcilaridirlar 1930 cu ilde Kornell Universitetinde ABS de ikinci defe olaraq siklotron qurasdirilib 1950 ci ilde ilk defe burada sinxron sualanma oyrenilib 1990 ci ilde universitetde dunyada birinci olaraq en yuksek isiqliliq qabiliyyetine malik elektron pozitron kollayder yaradilir Sinxotronu yaratdiqdan sonra alim Robert Vilson ABS de en boyuk suretlendirici qurasdirmagi nezerde tutan Fermilab i yaratmaq ucun mezuniyyete cixir Hazirda universitet Beynelxalq xett kollayderinin tikintisi ile mesguldur Kollayderin qurasdirilmasinin 2010 cu ilde biteceyi nezerde tutulur Beynelxalq xett kollayderinin Boyuk Adron kollayderini tamamlayacagi qeyd edilir Bunun ise materiyanin eyniliyi ve elave olculerin movcudlugu kimi suallara aydinliq getireceyi bildirilir ABS nin basqa universitetleri kimi Kornell Universiteti de tebietin muhafizesi uzre muxtelif proqramlar heyata kecirir 2007 ci ilde burada Sabit gelecek merkezi yaradilib Universitetde xususi zavodlar movcuddur ki onlar oz tullantilarini emal ederek tehsil muessisesini 100 enerji ve istilikle temin edir Hazirda Kornell Universitetinin Itakada yerlesen kampusunda 1594 Nyu Yorkdaki tehsil muessiselerinde 1005 Qeterdeki kollecde ise 34 neferlik professor muellim heyeti fealiyyet gosterir Universitetde calisan meshur alimler arasinda Karl Saqan carlz Evans Hyuz Norman Malkolm Vladimir Nabokov M H Abrams Ricard Feynman Kip Torn Arci Rendolf Ammons Piter Debay Allan Blum Pol de Man Jak Derid ve digerlerinin adlari vardir 2008 ve 2009 cu illerde ABS nin Ali tehsil xronikasi jurnali Kornell Universitetini Boyuk robot kolleci adlandirib Bu ad universitete rehberlik isinin yuksek seviyyede qurulmasi emekdaslarin islemekden zovq almasi onlara teqaude cixdiqdan sonra yuksek meblegde teqaud ve kompensasiya odenilmesi telebelerin elece de diger emekdaslarin burada oxuyub fealiyyet gosterdikleri ucun verilib Kornell Universitetinin muellim ve mezunlarindan 41 nefer Nobel mukafatina layiq gorulub MenbeLamiye Eliyeva Dunya universitetleri Kornell Universiteti 2014 09 09 at the Wayback Machine Azerbaycan muellimi qezeti 11 dekabr 2009 48 az IstinadlarIntegrated Postsecondary Education Data System 1992 ing National Association of College and University Business Officers 2023 Global Research Identifier Database ing 2015 Shanghai Ranking Consultancy 2014 2015 09 18 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 26 aprel 2015 2015 04 30 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 26 2015 09 18 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 26 2015 04 24 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 26 2015 09 18 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 26 2015 04 30 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 26 2015 09 18 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 26 2015 04 30 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 26 2015 12 10 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 26 Academic Ranking of World Universities 2011 2011 08 23 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 26 2012 06 25 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 26 2019 03 11 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 26 2015 01 19 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 26 2015 10 30 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 08 25 QS World University Rankings 2015 2016 02 06 tarixinde Istifade tarixi 2015 09 16 QS World University Rankings 2014 2016 02 05 tarixinde Istifade tarixi 2015 04 11 QS World University Rankings 2013 2016 10 21 tarixinde Istifade tarixi 2015 04 11 QS World University Rankings 2012 2019 05 02 tarixinde Istifade tarixi 2015 04 11 QS World University Rankings 2011 2012 05 07 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 11 2011 04 03 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 11 THE World University Rankings 2015 2016 Times Higher Education 2016 10 31 tarixinde Istifade tarixi 11 mart 2016 apostrophe markup THE World University Rankings 2014 2015 Times Higher Education 2015 05 29 tarixinde Istifade tarixi 12 aprel 2015 apostrophe markup THE World University Rankings 2013 2014 Times Higher Education 2013 10 04 tarixinde Istifade tarixi 12 aprel 2015 apostrophe markup THE World University Rankings 2012 2013 Times Higher Education 2015 05 30 tarixinde Istifade tarixi 12 aprel 2015 apostrophe markup THE World University Rankings 2011 2012 Times Higher Education 2015 04 02 tarixinde Istifade tarixi 12 aprel 2015 apostrophe markup THE World University Rankings 2010 2011 Times Higher Education 2015 05 30 tarixinde Istifade tarixi 12 aprel 2015 apostrophe markup Xarici kecidlercornell edu Kornell Universitetinin resmi sayti