Olivera Despina Xatun (1372 – 1444) — 4-cü Osmanlı sultanı İldırım Bəyazidin xanımı və Serbiya knyazı Lazar Xrebelyanoviçin qızı.
Olivera Despina Xatun | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1372 |
Vəfat tarixi | 1444 |
Fəaliyyəti | əsilzadə |
Atası | Lazar Xrebelyanoviç |
Anası | Militsa Xrebelyanoviç |
Həyat yoldaşı | |
Uşaqları | Uruz Xatun Paşa Mələk Xatun |
Həyatı
1372-ci ildə dünyaya gəldiyi ehtimal olunur. Atası Serbiya knyazı Lazar Xrebelyanoviç, anası isə kraliça Militsadır. Ailəsinin altıncı övladı olan Oliveranın yolu Osmanlılarla ilk dəfə 1389-cu ildə baş tutan Birinci Kosovo döyüşündə kəsişdi. Belə ki, qəti Osmanlı qələbəsiylə nəticələnən döyüş əsnasında atası həlak olmuş, Osmanlı sultanı Murad Hüdavəndigar isə serb əsilzadəsi Miloş Obiliçin tərtiblədiyi sui-qəsdlə qətlə yetirilmişdi. Atasının ölümündən sonra hakimiyyəti ələ alan anası kraliça Militsa və qardaşı hakimiyyəti əllərində saxlamaq üçün Osmanlı təbəəliyini qəbul etməyə məcbur oldular.
Yenicə taxta çıxan Osmanlı sultanı İldırım Bəyazidlə aparılan danışıqlar nəticəsində 1391-ci ildə tərəflər arasında sülh bağlandı. Sülhün şərtlərinə görə, Serbiya knyazlığı Osmanlı təbəəliyini qəbul etdi və illik xəracla tələb olunduğu halda əsgər göndərməyi öhdəliyinə götürdü. Bunun qarşılığında isə Osmanlılar daha öncə fəth olunan Səməndirə qalası və ətrafını serblərə geri verdilər. Sülhün təminatı olaraq isə yeni knyaz bacısı olan Olivera Despina Osmanlı sultanıyla evləndirildi. Sultanla olan evliliyinə baxmayaraq Olivera Despina Xatun İslam dinini qəbul etmədi və ölümünə qədər pravoslav xristian olaraq qaldı. Bu evliliyin ardından serblərlə Osmanlı dövləti arasında yaxın əlaqələr quruldu. Belə ki, Niqbolu (1396) və Ankara döyüşlərində (1402) serblər öz hərbi birlikləriylə Osmanlı cəbhəsində vuruşmuşdur.
Bir çox mühüm Osmanlı tarixçisinə görə, Olivera Despina Xatun İldırım Bəyazidin içkiyə qurşanmasının baş səbəbkarıdır. Belə ki, bu evliliyin ardından Bursa sarayında keçirilən içkili məclislər və əyləncələrin sayı artmışdır. Ancaq İldırım Bəyazidin 1390-ci ildə çıxdığı Anadolu səfərinə qatılan Bizans imperatoru II Manuil Paleoloq öz xatirələrində Osmanlı sultanını içki aludəçisi olaraq qeyd edir. Üstəlik yenə onun xatirələrinə görə, Osmanlı ordusunun qərargahlarında və ordunun qışlaq məkanlarında tez-tez içkili məclislər quurlur, Osmanlı sultanı da bu məclislərdə yaxından iştirak edirdi. Buna görə də, onu içkiyə qurşandıranın Olivera Despina Xatun olmadığı sübut olunur.
20 iyul 1402-ci ildə baş tutan Ankara döyüşündəki məğlubiyyətin ardından əri İldırım Bəyazid, oğulları Mustafa Çələbi və Musa Çələbiylə birlikdə Teymurilərə əsir düşdü. Ardından 3 avqustda Bursaya hücum edən Teymurilərin şəhəri yağmalaması əsnasında ələ keçirilən Olivera Despina Xatun və 2 qızı əsir alınaraq Kütahyada olan Əmir Teymurun yanına göndərildi. Burada əsarətdə tutulan əri İldırım Bəyazidlə bir yerdə saxlanılan Olivera Despina Xatun, bəzi oryantalist mənbələrə görə, keçirilən bir məclisdə içki paylamış, ancaq bu hadisə nə Teymuri, nə də Osmanlı mənbələrində qeyd olunmamışdır. Özüylə birlikdə əsir alınan qızları 1403-cü ildə Əmir Teymur tərəfindən evləndirildilər. Böyük qızı Uruz Xatun əmirin nəvəsi Əbubəkr Mirzəylə, digər qızı Paşa Mələk Xatun isə məşhur Teymuri əmiri Şəmsəddin Məhəmmədin oğlu Əmir Cəlaləddinlə evləndirildi.
Əri İldırım Bəyazidin 8 mart 1403-cü ildə əsarət altında vəfat etməsinin ardından, ərinin cənazəsi Musa Çələbinin rəhbərliyiylə Bursaya göndərildi. Cənazəylə birlikdə mərhum sultanın əsir tutulan ailə üzvləri, eləcə də Olivera Despina Xatun azad edildi. Bir müddət Bursada yaşadıqdan sonra davam edən taxt mübarizəsindən bezən Olivera Despina Xatun Serbiyaya geri döndü. Bir müddət Belqradda yaşadı. Belə ki, 1427-ci ildə qardaşı ölüm xəbərini gətirən elçini Belqradda qarşılayanlar arasında Olivera Despina Xatun da var idi. Qardaşının vəfatından sonra macarların Belqradı işğal etməsiylə Olivera Despina Xatun da Səməndirəyə köçdü. 1443-cü ilin martında vəfat edən bacısı Yelenanın vəsiyyətnaməsinə əsasən, müəyyən bir məbləğ aldı və bu vəsiyyət sənədi onun adına hazırlanan son sənəddir. Bu səbəblə onun 1444-cü ildə vəfat etdiyi güman edilir.
Övladları
- Uruz Xatun (d. 1391) — 1403-cü ildə Əmir Teymurun Miranşahın oğlu Əbubəkr Mirzəylə evləndirildi. Səmərqənddə vəfat etmişdir.
- Paşa Mələk Xatun (d. 1392) — 1403-cü ildə Əmir Teymurun sərkərdəsi Şəmsəddin Məhəmmədin oğlu Əmir Cəlaləddinlə evləndirildi.
Mənbə
- Sakaoğlu, Necdet, Bu mülkün kadın sultanları: Vâlide sultanlar, hâtunlar, hasekiler, kadınefendiler, sultanefendiler, Oğlak Yayıncılık. (2008)
- Bahadıroğlu, Yavuz, Resimli Osmanlı Tarihi, Nesil Yayınları, 15. Baskı, 2009,
- Uluçay, M. Çağatay (2011). Padişahların kadınları ve kızları. Ötüken.
İstinadlar
- Deutsche Nationalbibliothek Record #14203147X // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- Peirce, Leslie P., The Imperial Harem: Women and Sovereignty in the Ottoman Empire, Oxford University Press, 1993,
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Olivera Despina Xatun 1372 1444 4 cu Osmanli sultani Ildirim Beyazidin xanimi ve Serbiya knyazi Lazar Xrebelyanovicin qizi Olivera Despina Xatun Knyaz Lazar ve ailesi soldan birinci Sexsi melumatlarDogum tarixi 1372Vefat tarixi 1444Fealiyyeti esilzadeAtasi Lazar XrebelyanovicAnasi Militsa XrebelyanovicHeyat yoldasi Ildirim BeyazidUsaqlari Uruz Xatun Pasa Melek XatunHeyati1372 ci ilde dunyaya geldiyi ehtimal olunur Atasi Serbiya knyazi Lazar Xrebelyanovic anasi ise kralica Militsadir Ailesinin altinci ovladi olan Oliveranin yolu Osmanlilarla ilk defe 1389 cu ilde bas tutan Birinci Kosovo doyusunde kesisdi Bele ki qeti Osmanli qelebesiyle neticelenen doyus esnasinda atasi helak olmus Osmanli sultani Murad Hudavendigar ise serb esilzadesi Milos Obilicin tertiblediyi sui qesdle qetle yetirilmisdi Atasinin olumunden sonra hakimiyyeti ele alan anasi kralica Militsa ve qardasi hakimiyyeti ellerinde saxlamaq ucun Osmanli tebeeliyini qebul etmeye mecbur oldular Yenice taxta cixan Osmanli sultani Ildirim Beyazidle aparilan danisiqlar neticesinde 1391 ci ilde terefler arasinda sulh baglandi Sulhun sertlerine gore Serbiya knyazligi Osmanli tebeeliyini qebul etdi ve illik xeracla teleb olundugu halda esger gondermeyi ohdeliyine goturdu Bunun qarsiliginda ise Osmanlilar daha once feth olunan Semendire qalasi ve etrafini serblere geri verdiler Sulhun teminati olaraq ise yeni knyaz bacisi olan Olivera Despina Osmanli sultaniyla evlendirildi Sultanla olan evliliyine baxmayaraq Olivera Despina Xatun Islam dinini qebul etmedi ve olumune qeder pravoslav xristian olaraq qaldi Bu evliliyin ardindan serblerle Osmanli dovleti arasinda yaxin elaqeler quruldu Bele ki Niqbolu 1396 ve Ankara doyuslerinde 1402 serbler oz herbi birlikleriyle Osmanli cebhesinde vurusmusdur Bir cox muhum Osmanli tarixcisine gore Olivera Despina Xatun Ildirim Beyazidin ickiye qursanmasinin bas sebebkaridir Bele ki bu evliliyin ardindan Bursa sarayinda kecirilen ickili meclisler ve eylencelerin sayi artmisdir Ancaq Ildirim Beyazidin 1390 ci ilde cixdigi Anadolu seferine qatilan Bizans imperatoru II Manuil Paleoloq oz xatirelerinde Osmanli sultanini icki aludecisi olaraq qeyd edir Ustelik yene onun xatirelerine gore Osmanli ordusunun qerargahlarinda ve ordunun qislaq mekanlarinda tez tez ickili meclisler quurlur Osmanli sultani da bu meclislerde yaxindan istirak edirdi Buna gore de onu ickiye qursandiranin Olivera Despina Xatun olmadigi subut olunur 20 iyul 1402 ci ilde bas tutan Ankara doyusundeki meglubiyyetin ardindan eri Ildirim Beyazid ogullari Mustafa Celebi ve Musa Celebiyle birlikde Teymurilere esir dusdu Ardindan 3 avqustda Bursaya hucum eden Teymurilerin seheri yagmalamasi esnasinda ele kecirilen Olivera Despina Xatun ve 2 qizi esir alinaraq Kutahyada olan Emir Teymurun yanina gonderildi Burada esaretde tutulan eri Ildirim Beyazidle bir yerde saxlanilan Olivera Despina Xatun bezi oryantalist menbelere gore kecirilen bir meclisde icki paylamis ancaq bu hadise ne Teymuri ne de Osmanli menbelerinde qeyd olunmamisdir Ozuyle birlikde esir alinan qizlari 1403 cu ilde Emir Teymur terefinden evlendirildiler Boyuk qizi Uruz Xatun emirin nevesi Ebubekr Mirzeyle diger qizi Pasa Melek Xatun ise meshur Teymuri emiri Semseddin Mehemmedin oglu Emir Celaleddinle evlendirildi Eri Ildirim Beyazidin 8 mart 1403 cu ilde esaret altinda vefat etmesinin ardindan erinin cenazesi Musa Celebinin rehberliyiyle Bursaya gonderildi Cenazeyle birlikde merhum sultanin esir tutulan aile uzvleri elece de Olivera Despina Xatun azad edildi Bir muddet Bursada yasadiqdan sonra davam eden taxt mubarizesinden bezen Olivera Despina Xatun Serbiyaya geri dondu Bir muddet Belqradda yasadi Bele ki 1427 ci ilde qardasi olum xeberini getiren elcini Belqradda qarsilayanlar arasinda Olivera Despina Xatun da var idi Qardasinin vefatindan sonra macarlarin Belqradi isgal etmesiyle Olivera Despina Xatun da Semendireye kocdu 1443 cu ilin martinda vefat eden bacisi Yelenanin vesiyyetnamesine esasen mueyyen bir mebleg aldi ve bu vesiyyet senedi onun adina hazirlanan son seneddir Bu sebeble onun 1444 cu ilde vefat etdiyi guman edilir OvladlariUruz Xatun d 1391 1403 cu ilde Emir Teymurun Miransahin oglu Ebubekr Mirzeyle evlendirildi Semerqendde vefat etmisdir Pasa Melek Xatun d 1392 1403 cu ilde Emir Teymurun serkerdesi Semseddin Mehemmedin oglu Emir Celaleddinle evlendirildi MenbeSakaoglu Necdet Bu mulkun kadin sultanlari Valide sultanlar hatunlar hasekiler kadinefendiler sultanefendiler Oglak Yayincilik 2008 ISBN 978 9 753 29623 6 Bahadiroglu Yavuz Resimli Osmanli Tarihi Nesil Yayinlari 15 Baski 2009 ISBN 978 975 269 299 2 Ulucay M Cagatay 2011 Padisahlarin kadinlari ve kizlari Otuken ISBN 978 975 437 840 5IstinadlarDeutsche Nationalbibliothek Record 14203147X Umumi tenzimleme nezareti GND alm 2012 2016 Peirce Leslie P The Imperial Harem Women and Sovereignty in the Ottoman Empire Oxford University Press 1993 ISBN 0 19 508677 5