Nəcib Məhfuz (ərəb. نجيب محفوظ; 11 dekabr 1911[…], Qahirə, Misir – 30 avqust 2006[…], əl-Cizə mühafəzəsi[d]) — Misir yazıçısı, tanınmış roman ustası, dramaturq, ssenarist, Ədəbiyyat üzrə Nobel mükafatı alan yeganə ərəb (1988).
Nəcib Məhfuz | |
---|---|
ərəb. نجيب محفوظ | |
Doğum adı | نجيب محفوظ عبد العزيز إبراهيم أحمد الباشا |
Doğum tarixi | 11 dekabr 1911[…] |
Doğum yeri | |
Vəfat tarixi | 30 avqust 2006[…](94 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | Xroniki böyrək çatışmazlığı |
Dəfn yeri | |
Uşağı | 2 |
Təhsili |
|
Fəaliyyəti | roman yazıçısı, ssenarist, tərcüməçi, dramaturq, yazıçı, intellektual, jurnalist, hekayə yazıçısı[d], avtobioqraf[d] |
Fəaliyyət illəri | 1932–2004 |
Janrlar | roman, hekayə |
Üzvlüyü |
|
Mükafatları | |
Nəcib Məhfuz Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Müsəlman dünyasının ədəbiyyat sahəsində ilk Nobel mükafatı laureatı, ərəb yazıçısı, dramaturq və ssenariçi Nəcib Məhfuz Qahirədə, məmur ailəsində doğulmuşdu. Yeddi uşağın böyüdüyü ailə dindarlığı və islam ehkamlarına dərindən bağlılığı ilə seçilirdi. Nəcib Məhfuz müsahibələrinin birində belə mühitdən yazıçı yetişəcəyini heç kəsin ağlına gətirməyəcəyini demişdi. O, 1934-cü ildə Qahirə universitetinin fəlsəfə fakültəsini bitirmişdi. Sonra təxminən qırx il Misirin müxtəlif nazirliklərində çalışmışdı. "Ağılsızlıq rüzgarı" (1938) adlı ilk hekayələr məcmuəsi ərəb cəmiyyətinin təzadlarından bəhs edirdi.
Təxminən yetmiş il davam edən yaradıcılıq həyatı dövründə Nəcib Məhfuz 34 roman, 350-dən çox hekayə, 5 pyes və bir neçə film ssenarisi yazmışdı. Tovfiq əl-Hakimlə birlikdə o, ərəb ədəbiyyatının yenilənməsi prosesinin öncüllərindən idi. Yaradıcılığının ilk dövründə mövzusu qədim Misirlə bağlı "Taleyin oyunları" (1939), "Radobis" (1943), "Fivin mübarizəsi" (1944) romanlarını çap etdirmişdi.
Bu əsərlərlə Məhfuz həmvətənlərinə necə qədim tarixə və zəngin irsə malik olduqlarını göstərmək istəyirdi. O, ərəb milliyyətçiliyinin öncüllərindən olmasa da, xalqın öz tarixini və ənənələrini dərindən bilməsinə böyük önəm verirdi. Məhfuzun əsərlərinin əksəriyyəti ekranlaşdırılmış və təkcə vətənində deyil, bütün ərəb dünyasında populyarlıq qazanmışdır.
Misir cəmiyyətində dəyişikliklər rüzgarının əsməyə başladığı 40-cı illərin sonunda Məhfuz yenidən müasir mövzulara qayıtmışdı. Qahirə həyatından bəhs edən "Yeni Qahirə" (1945), "Xan-əl-Xəlil" (1946), "Middak küçəsi" (1947), "Başlanğıc və son" (1949) romanlarında kiçik və orta burjuaziyanın, tələbə gənclərin həyatını və problemlərini işıqlandırmağa çalışmışdı. 1957-ci ildə çap etdirdiyi "Qahirə" trilogiyasına görə müəllif Misirin dövlət mükafatını almışdı.
Qahirə küçələrinin adları ("Beyn-əl-Qəsreyn", "Qəsr aş-Şouk", "As-Sukariyə") verilən romanlarda orta hallı ərəb ailəsinin üç nəslinin həyatı fonunda Misir cəmiyyətinin məruz qaldığı sosial və siyasi dəyişikliklər əks olunmuşdu. Epik təhkiyənin genişliyinə və çoxplanlılığına görə bu trilogiyanı bir sıra hallarda Balzak, Dikkens, Lev Tolstoy və Qolsuorsi yaradıcılığı ilə müqayisə edirlər.
50-ci illər Misirin ictimai-siyasi həyatında mürəkkəb dövr idi. 1952-ci ildə Camal Əbdül Nasirin rəhbərliyi ilə milli ruhlu gənc zabitlər kral I Fuadı devirərək hakimiyyəti ələ keçirmişdilər. Onların ölkəni hansı səmtə aparacaqları heç kəsə, hətta özlərinə də yaxşı bəlli deyildi. Buna görə də ziyalılar ilk vaxtlar hərbçilərə inamsızlıqla yanaşırdılar. Nasirin başlanğıc mərhələdə islahatlar yolunu tutması, o biri tərəfdən isə İsrail təcavüzü vəziyyəti nisbətən dəyişdirdi. Lakin Nəcib Məhfuz tezliklə Hasir hakimiyyətinin ümidləri doğrultmayacağını başa düşdü.
Yazıçının 1959-cu ildə çap olunan "Bizim küçənin uşaqları" romanı Misir cəmiyyətində kəskin mübahisələr doğurmuşdu. Xüsusilə islam təməlçiləri İsa və Məhəmməd peyğəmbərin prototiplərinin yaradıldığı əsəri ciddi narazılıqla qarşılamışdılar. Roman Misirdə qadağan edilmişdi. Məhz öz həyatındakı acı təcrübənin nəticəsi kimi 1989-cu ildə Ayətullah Xomeyni "Şeytan ayələri"nin müəllifi Salman Rüşdinin ölümünə fitva verəndə ərəb ziyalıları arasında buna qarşı ilk etiraz səsini qaldıran Nəcib Məhfuz olmuşdu. O, həm söz azadlığından eybəcər şəkildə istifadə edən Rüşdini, həm də fərqli düşüncəyə görə dəhşətli fitva verən Xomeynini eyni sərtliklə qınamışdı.
"Bizim küçənin uşaqları" çap olunanda Misirin islam təməlçiləri də Məhfuza ölüm hökmü çıxarmışdılar. "Şeytan ayələri" ilə bağlı yazıçının növqeyindən xəbər tutanda isə dinçilərdən biri demişdi: "Əgər biz Məhfuzu vaxtında öldürsəydik, bu gün Salman Rüşdi də olmazdı". Xomeyni və Salman Rüşdi ilə bağlı məşhur bəyanatından sonra Məhfuzu hər yerdə mühafizəçilər qoruyurdular.
Lakin təməlçilər 1994-cü ildə hədələrini qismən də olsa, həyata keçirə bilmişdilər. Yaşadığı evin yaxınlığında 82 yaşlı yazıçıya hücum edən fanatik onu boyun nahiyəsindən bıçaqla ağır yaralamışdı. Əsəb sistemi zədələndiyindən o vaxtdan Məhfuzun sağ qolu işləmirdi. Amma aldığı yara və çoxsaylı xəstəlikləri də onu həyatının sonuna qədər yazmaq fikrindən çəkindirə bilməmişdi.
60-cı illərdə Məhfuz yaradıcılığında forma və üslub baxımından müəyyən dəyişikliklər baş vermişdi. O, daha çox kiçik həcmli əsərlər — hekayə və novellalar yazırdı. Romanları isə süjet xəttinin sürətli inkişafı, dialoqların qısalığı və bolluğu ilə seçilirdi. Mövzu baxımından Məhfuz əsasən ölkənin yaxın tarixi keçmişinə və çevrəsindəki insanların həyatına müraciət edirdi.
Nəcib Məhfuzun milli mədəniyyət qarşısındakı mühüm xidmətlərindən biri də ərəb ədəbi dilinin inkişafı ilə bağlıdır. XX əsrdə ərəb yazıçıları əslində üç fərqli dildən — klassik, müasir və danışıq dilindən istifadə edirdilər. Məhfuz bu müxtəlifliyi məharətlə aradan götürərək ərəb ədəbi dilinin xalqa yaxınlaşması və üslubi baxımdan zənginləşməsi üçün böyük işlər görmüşdü.
Onilliklər boyu davam edən ərəb-İsrail münaqişəsi ərəb dünyasının əksər ziyalıları kimi Nəcib Məhfuzun da həyatında mühüm izlər buraxmışdı. 1967-ci ildə İsraillə müharibədə ölkəsinin uğradığı məğlubiyyət yazıçını son dərəcə sarsıtmışdı. Lakin o, həmişə iki qədim, qonşu və qohum xalq arasında münaqişənin dinc yolla nizamlanması tərəfdarı kimi çıxış etmişdi. Buna görə də, Kemp-Devid anlaşmasına imza atan Ənvər Sədatın mövqeyini mütaliə etmişdi. Nəticədə yalnız vətəni Misirdə deyil, bir çox ərəb ölkələrində əsərlərinin nəşri dayandırılmış, kitabları yandırılmış, yaxud kütləvi şəkildə müəllifə qaytarılmışdı.
Misirli yazıçının 70-80-ci illərdə çap olunan "Güzgü" (1972), "Möhtərəm cənab" (1975), "Min gecənin gecəsi" (1982) romanları əvvəlki onilliklərdə olduğu kimi onun sənətinin özünə xas ən yaxşı keyfiyyətləri yaşatdığının və xeyli zənginləşdirdiyinin aydın təcəssümü idi.
1988-ci ildə Nəcib Məhfuz "bütün bəşər mədəniyyəti üçün əhəmiyyətli olan ərəb hekayəçiliyinin zəngin çalarlarına və əsərlərinin realizminə görə" Nobel mükafatı almışdı. Məhfuz zəngin və çoxcəhətli yaradıcılığı ilə bu mükafata tam layiq olsa da, İsveç Akademiyasının qərarı yenə müəyyən mübahisələr və fikir ayrılıqları doğurmuşdu. Bəziləri məhz ərəb yazıçısına mükafat verilməsini ərəb-İsrail münaqişəsinin tənzimlənməsi ilə əlaqələndirməyə çalışmışdılar.
Müxtəlif dövrlərdə Məhfuza münasibət fərqli olsa da, Misirdə ərəb dünyasının ilk Nobel laureatı ilə həmişə fəxr etmişdilər. Hələ sağlığında Qahirənin Mühəndisin rayonunda yazıçının bürünc bütsü ucaldılmışdı.
Həyatının son illərində görmə qabiliyyətini itirən, habelə bir sıra digər xəstəliklərdən əziyyət çəkən Nəcib Məhfuz 95 yaşında, müalicə üçün aparıldığı Qahirə hospitalında vəfat etmişdi. O, Bertran Rassel və Halldor Laksnessdən sonra ən uzunömürlü Nobel mükafatı laureatı olmuşdu.
Əsərləri
Romanlarının siyahısı
- Dəlilik rüzgarı (1938)
- Taleyin oyunları (və ya Xeopsun müdrikliyi) (1939)
- Radobis (1943)
- Fivlərin mübarizəsi (1944)
- Yeni Qahirə (1945)
- Xan əl-Xəlili (1946)
- Middak küçəsi (1947)
- Başlanğıc və son (1949)
- Malikanələr arasında — 1956-1957-ci illərdə işıq üzü görən trilogiyanın ilk romanı
- Arzular malikanəsi - trilogiyanın ikinci romanı
- Şəkər ev — trilogiyanın üçüncü romanı
- Avlad Xaratina (1959)
- Payız bildirçinləri (1965)
- Nil üzərində laqqırtı (1966)
- Miramar pansionu (1966)
- Güzgülər (1972)
- Hörmətli cənab (1975)
- Xara fişey epopeyası (1977)
- Min gecələrin gecələri (1982)
Novellalar toplularının siyahısı
- Dəlilik rüzgarı (1938)
- Yer üzü (1963)
- Pis ad çıxarmış ev (1965)
- Qara pişiyin meyxanası (1968)
- Çardaq altında (1969)
Filmoqrafiya
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Naguib Mahfouz // Internet Speculative Fiction Database (ing.). 1995.
- http://news.bbc.co.uk/1/hi/world/middle_east/5297470.stm.
- Махфуз Нагиб // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
Mənbə
- Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.
Xarici keçidlər
- Nəcib Məhfuzun bioqrafiyası (rusca), foto şəkilləri
- Nəcib Məhfuzun əsərləri (rusca) 2008-05-03 at the Wayback Machine
- Nəcib Məhfuz Nobel komitəsinin saytında (ingiliscə)
Esat Ayyıldız, Necîb Mahfûz’un Hân el-Halîlî Adlı Romanındaki Psikanalitik Yaklaşımlar, Filoloji Alanında Yeni Ufuklar, Ankara: Gece Kitaplığı, 2019. s. 77-99.
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Necib Mehfuz ereb نجيب محفوظ 11 dekabr 1911 Qahire Misir 30 avqust 2006 el Cize muhafezesi d Misir yazicisi taninmis roman ustasi dramaturq ssenarist Edebiyyat uzre Nobel mukafati alan yegane ereb 1988 Necib Mehfuzereb نجيب محفوظ Dogum adi نجيب محفوظ عبد العزيز إبراهيم أحمد الباشاDogum tarixi 11 dekabr 1911 1911 12 11 Dogum yeri Qahire MisirVefat tarixi 30 avqust 2006 2006 08 30 94 yasinda Vefat yeri el Cize muhafezesi d MisirVefat sebebi Xroniki boyrek catismazligiDefn yeri QahireUsagi 2Tehsili Qahire Universiteti d Fealiyyeti roman yazicisi ssenarist tercumeci dramaturq yazici intellektual jurnalist hekaye yazicisi d avtobioqraf d Fealiyyet illeri 1932 2004Janrlar roman hekayeUzvluyu Amerika Incesenet ve Elmler Akademiyasi Amerika Incesenet ve Edebiyyat Akademiyasi d MukafatlariNecib Mehfuz Vikimenbede Vikianbarda elaqeli mediafayllarHeyatiMuselman dunyasinin edebiyyat sahesinde ilk Nobel mukafati laureati ereb yazicisi dramaturq ve ssenarici Necib Mehfuz Qahirede memur ailesinde dogulmusdu Yeddi usagin boyuduyu aile dindarligi ve islam ehkamlarina derinden bagliligi ile secilirdi Necib Mehfuz musahibelerinin birinde bele muhitden yazici yetiseceyini hec kesin aglina getirmeyeceyini demisdi O 1934 cu ilde Qahire universitetinin felsefe fakultesini bitirmisdi Sonra texminen qirx il Misirin muxtelif nazirliklerinde calismisdi Agilsizliq ruzgari 1938 adli ilk hekayeler mecmuesi ereb cemiyyetinin tezadlarindan behs edirdi Texminen yetmis il davam eden yaradiciliq heyati dovrunde Necib Mehfuz 34 roman 350 den cox hekaye 5 pyes ve bir nece film ssenarisi yazmisdi Tovfiq el Hakimle birlikde o ereb edebiyyatinin yenilenmesi prosesinin oncullerinden idi Yaradiciliginin ilk dovrunde movzusu qedim Misirle bagli Taleyin oyunlari 1939 Radobis 1943 Fivin mubarizesi 1944 romanlarini cap etdirmisdi Bu eserlerle Mehfuz hemvetenlerine nece qedim tarixe ve zengin irse malik olduqlarini gostermek isteyirdi O ereb milliyyetciliyinin oncullerinden olmasa da xalqin oz tarixini ve enenelerini derinden bilmesine boyuk onem verirdi Mehfuzun eserlerinin ekseriyyeti ekranlasdirilmis ve tekce veteninde deyil butun ereb dunyasinda populyarliq qazanmisdir Misir cemiyyetinde deyisiklikler ruzgarinin esmeye basladigi 40 ci illerin sonunda Mehfuz yeniden muasir movzulara qayitmisdi Qahire heyatindan behs eden Yeni Qahire 1945 Xan el Xelil 1946 Middak kucesi 1947 Baslangic ve son 1949 romanlarinda kicik ve orta burjuaziyanin telebe genclerin heyatini ve problemlerini isiqlandirmaga calismisdi 1957 ci ilde cap etdirdiyi Qahire trilogiyasina gore muellif Misirin dovlet mukafatini almisdi Qahire kucelerinin adlari Beyn el Qesreyn Qesr as Souk As Sukariye verilen romanlarda orta halli ereb ailesinin uc neslinin heyati fonunda Misir cemiyyetinin meruz qaldigi sosial ve siyasi deyisiklikler eks olunmusdu Epik tehkiyenin genisliyine ve coxplanliligina gore bu trilogiyani bir sira hallarda Balzak Dikkens Lev Tolstoy ve Qolsuorsi yaradiciligi ile muqayise edirler 50 ci iller Misirin ictimai siyasi heyatinda murekkeb dovr idi 1952 ci ilde Camal Ebdul Nasirin rehberliyi ile milli ruhlu genc zabitler kral I Fuadi devirerek hakimiyyeti ele kecirmisdiler Onlarin olkeni hansi semte aparacaqlari hec kese hetta ozlerine de yaxsi belli deyildi Buna gore de ziyalilar ilk vaxtlar herbcilere inamsizliqla yanasirdilar Nasirin baslangic merhelede islahatlar yolunu tutmasi o biri terefden ise Israil tecavuzu veziyyeti nisbeten deyisdirdi Lakin Necib Mehfuz tezlikle Hasir hakimiyyetinin umidleri dogrultmayacagini basa dusdu Yazicinin 1959 cu ilde cap olunan Bizim kucenin usaqlari romani Misir cemiyyetinde keskin mubahiseler dogurmusdu Xususile islam temelcileri Isa ve Mehemmed peygemberin prototiplerinin yaradildigi eseri ciddi naraziliqla qarsilamisdilar Roman Misirde qadagan edilmisdi Mehz oz heyatindaki aci tecrubenin neticesi kimi 1989 cu ilde Ayetullah Xomeyni Seytan ayeleri nin muellifi Salman Rusdinin olumune fitva verende ereb ziyalilari arasinda buna qarsi ilk etiraz sesini qaldiran Necib Mehfuz olmusdu O hem soz azadligindan eybecer sekilde istifade eden Rusdini hem de ferqli dusunceye gore dehsetli fitva veren Xomeynini eyni sertlikle qinamisdi Bizim kucenin usaqlari cap olunanda Misirin islam temelcileri de Mehfuza olum hokmu cixarmisdilar Seytan ayeleri ile bagli yazicinin novqeyinden xeber tutanda ise dincilerden biri demisdi Eger biz Mehfuzu vaxtinda oldurseydik bu gun Salman Rusdi de olmazdi Xomeyni ve Salman Rusdi ile bagli meshur beyanatindan sonra Mehfuzu her yerde muhafizeciler qoruyurdular Lakin temelciler 1994 cu ilde hedelerini qismen de olsa heyata kecire bilmisdiler Yasadigi evin yaxinliginda 82 yasli yaziciya hucum eden fanatik onu boyun nahiyesinden bicaqla agir yaralamisdi Eseb sistemi zedelendiyinden o vaxtdan Mehfuzun sag qolu islemirdi Amma aldigi yara ve coxsayli xestelikleri de onu heyatinin sonuna qeder yazmaq fikrinden cekindire bilmemisdi 60 ci illerde Mehfuz yaradiciliginda forma ve uslub baximindan mueyyen deyisiklikler bas vermisdi O daha cox kicik hecmli eserler hekaye ve novellalar yazirdi Romanlari ise sujet xettinin suretli inkisafi dialoqlarin qisaligi ve bollugu ile secilirdi Movzu baximindan Mehfuz esasen olkenin yaxin tarixi kecmisine ve cevresindeki insanlarin heyatina muraciet edirdi Necib Mehfuzun milli medeniyyet qarsisindaki muhum xidmetlerinden biri de ereb edebi dilinin inkisafi ile baglidir XX esrde ereb yazicilari eslinde uc ferqli dilden klassik muasir ve danisiq dilinden istifade edirdiler Mehfuz bu muxtelifliyi meharetle aradan goturerek ereb edebi dilinin xalqa yaxinlasmasi ve uslubi baximdan zenginlesmesi ucun boyuk isler gormusdu Onillikler boyu davam eden ereb Israil munaqisesi ereb dunyasinin ekser ziyalilari kimi Necib Mehfuzun da heyatinda muhum izler buraxmisdi 1967 ci ilde Israille muharibede olkesinin ugradigi meglubiyyet yazicini son derece sarsitmisdi Lakin o hemise iki qedim qonsu ve qohum xalq arasinda munaqisenin dinc yolla nizamlanmasi terefdari kimi cixis etmisdi Buna gore de Kemp Devid anlasmasina imza atan Enver Sedatin movqeyini mutalie etmisdi Neticede yalniz veteni Misirde deyil bir cox ereb olkelerinde eserlerinin nesri dayandirilmis kitablari yandirilmis yaxud kutlevi sekilde muellife qaytarilmisdi Misirli yazicinin 70 80 ci illerde cap olunan Guzgu 1972 Mohterem cenab 1975 Min gecenin gecesi 1982 romanlari evvelki onilliklerde oldugu kimi onun senetinin ozune xas en yaxsi keyfiyyetleri yasatdiginin ve xeyli zenginlesdirdiyinin aydin tecessumu idi 1988 ci ilde Necib Mehfuz butun beser medeniyyeti ucun ehemiyyetli olan ereb hekayeciliyinin zengin calarlarina ve eserlerinin realizmine gore Nobel mukafati almisdi Mehfuz zengin ve coxcehetli yaradiciligi ile bu mukafata tam layiq olsa da Isvec Akademiyasinin qerari yene mueyyen mubahiseler ve fikir ayriliqlari dogurmusdu Bezileri mehz ereb yazicisina mukafat verilmesini ereb Israil munaqisesinin tenzimlenmesi ile elaqelendirmeye calismisdilar Muxtelif dovrlerde Mehfuza munasibet ferqli olsa da Misirde ereb dunyasinin ilk Nobel laureati ile hemise fexr etmisdiler Hele sagliginda Qahirenin Muhendisin rayonunda yazicinin burunc butsu ucaldilmisdi Heyatinin son illerinde gorme qabiliyyetini itiren habele bir sira diger xesteliklerden eziyyet ceken Necib Mehfuz 95 yasinda mualice ucun aparildigi Qahire hospitalinda vefat etmisdi O Bertran Rassel ve Halldor Laksnessden sonra en uzunomurlu Nobel mukafati laureati olmusdu EserleriRomanlarinin siyahisi Delilik ruzgari 1938 Taleyin oyunlari ve ya Xeopsun mudrikliyi 1939 Radobis 1943 Fivlerin mubarizesi 1944 Yeni Qahire 1945 Xan el Xelili 1946 Middak kucesi 1947 Baslangic ve son 1949 Malikaneler arasinda 1956 1957 ci illerde isiq uzu goren trilogiyanin ilk romani Arzular malikanesi trilogiyanin ikinci romani Seker ev trilogiyanin ucuncu romani Avlad Xaratina 1959 Payiz bildircinleri 1965 Nil uzerinde laqqirti 1966 Miramar pansionu 1966 Guzguler 1972 Hormetli cenab 1975 Xara fisey epopeyasi 1977 Min gecelerin geceleri 1982 Novellalar toplularinin siyahisi Delilik ruzgari 1938 Yer uzu 1963 Pis ad cixarmis ev 1965 Qara pisiyin meyxanasi 1968 Cardaq altinda 1969 FilmoqrafiyaEtiraf film 1992 IstinadlarBibliotheque nationale de France BnF identifikatoru fr aciq melumat platformasi 2011 Naguib Mahfouz Internet Speculative Fiction Database ing 1995 http news bbc co uk 1 hi world middle east 5297470 stm Mahfuz Nagib Bolshaya sovetskaya enciklopediya rus v 30 t pod red A M Prohorov 3 e izd Moskva Sovetskaya enciklopediya 1969 MenbeVilayet Quliyev Edebiyyat sahesinde Nobel mukafati laureatlari Baki Kitab alemi Nesriyyat Poliqrafiya Merkezi 2009 seh Xarici kecidlerNecib Mehfuzun bioqrafiyasi rusca foto sekilleri Necib Mehfuzun eserleri rusca 2008 05 03 at the Wayback Machine Necib Mehfuz Nobel komitesinin saytinda ingilisce Esat Ayyildiz Necib Mahfuz un Han el Halili Adli Romanindaki Psikanalitik Yaklasimlar Filoloji Alaninda Yeni Ufuklar Ankara Gece Kitapligi 2019 s 77 99 Hemcinin bax