Nuxa-Hürriyyəti-Maarif Cəmiyyəti — XX əsrin əvvəllərində Şəkidə fəaliyyət göstərən və əsas məqsədi maarifçilik olan cəmiyyət. Nuxa-Hürriyyəti-Maarif Cəmiyyətinin hədəfləri mövcud təhsil müəssisələrinə yardım etmək, yeni məktəb və mədrəsələr açmaq, tələbələrə təqaüd vermək, müəllimlərin hazırlığını təmin etmək, teatr tamaşaları, elmi və ədəbi məclislər təşkil etmək, vacib kitabları çap etdirmək olub.
Nuxa-Hürriyyəti-Maarif Cəmiyyəti | |
---|---|
Növü | Qeyri-hökumət təşkilatı |
Yaranma tarixi | 1917 |
Mərkəzi | Şəki |
Haqqında
Nuxa Hürriyyəti Maarif Cəmiyyəti 1917-ci il aprel ayında yaranıb. Cəmiyyətin 18 nəfər fəxri, 76 nəfər həqiqi üzvü var idi. Cəmiyyətin fəxri sədri Nurmuhəmməd Əfəndi İmamzadə, sədrin müavini və xəzinədar Abdulla Əbdülrəhmanzadə, katibi isə Veysəl Mustafazadə olub. Cəmiyyətin hədəfləri mövcud təhsil müəssisələrinə yardım etmək, yeni məktəb və mədrəsələr açmaq, tələbələrə təqaüd vermək, müəllimlərin hazırlığını təmin etmək, teatr tamaşaları, elmi və ədəbi məclislər təşkil etmək, vacib kitabları çap etdirmək olub.
Cəmiyyət ilk olaraq 60 nəfərə yaxın tələbənin təhsil aldığı ibtidai məktəb müəllimi hazırlayan kurs açdı. Burada təhsil alanlar yalnız Şəkidən yox, həm də Şamaxı, Qaryagin və digər bölgələrdən idilər. Cəmiyyət tələbələrin məişət ehtiyaclarını ödəmək üçün təqaüd də verirdi. Üç aylıq təhsil prosesi başa çatdıqdan sonra uğurla imtahan verən 35 nəfər tələbəyə kursu bitirdikləri üçün diplom verildi.
Qısa müddət ərzində cəmiyyət tərəfindən qəzada 25 məktəb, təhsildən kənarda qalan 200 nəfər üçün isə Vətən məktəbi yaradıldı. Cəmiyyət ehtiyaclı uşaqları pulsuz paltar və məktəb ləvazimatları ilə də təmin edirdi. Bundan başqa cəmiyyətin vəsaiti ilə müəllimlərin əmək haqları verilir, Şəkidə açılan qiraətxanalar, konsert və teatr truppaları da fəaliyyət göstərirdi..
Nuxa-Hürriyyəti-Maarif Cəmiyyətinin sayəsində Şəkidə teatr inkişaf edir. 1920-ci ilə qədər həvəskar fəaliyyət göstərən teatr sonradan professional teatra çevrilib.
Cəmiyyətin maliyyə xərclərini Şəki sahibkarları və ziyalıları təmin edirdilər. Cəmiyyət fəaliyyətə başlayanda onun büdcəsinə Abdulla Əbdürrəhmanzadə 300 manat, tacir Cəfər Əbdürrəhmanzadənin oğulları 1000 manat, Mustafa bəy Əlibəyov 200 manat, Hacı Məmmədsadıq Əliyevin vəfatı ilə əlaqədar qardaşları ehsan olaraq 200 manat, Süleyman Məmmədzadə, Həmid Qasımoğlu və doktor Əliabbas Əfəndi Qədimov hər biri 100 manat ianə ediblər. Cəmiyyətin saxlanılmasına daimi olaraq 300 nəfər ianə edirdi. Onların sırasında Ədil xan İlisuyski, Xədicə Əlibəyova, Səlim xan Şəkixanov, Mahmudəli Xələfzadə, Əliabbas Əfəndi Qədimov, Əhməd bəy Şıxmalıbəy oğlu, Əhməd bəy Əfəndizadə və digərləri də var idi.
Cəmiyyət 1918-1919-cu illər ərzində 11 min 611 manat vəsait toplayıb. Bu vəsaitə Şəkidə yeni məktəblər, müəllim hazırlayan kurslar eləcə də şəhərin yuxarı baş hissəsində qızlar məktəbi açıblar.
Məramnaməsi
Nuxa-Hürriyyəti-Maarif Cəmiyyətinin məramnaməsi:
Cəmiyyətin qayəsi Cəmiyyətin ümdə məqsədi Nuxa şəhərində və qəzasında sakin türk millətdaşlarının arasında elm və maarifi nəşr etmək və mədəniyyət aləminə sövq etməkdir. 1. Sahei-fəaliyyət a) Hal-hazırda Nuxa şəhərində və qəzasında mövcud məktəb və mədrəsələrə maddi və mənəvi kömək ediyor. b) Təzə məktəb və mədrəsə açanları tərğib və təsviq edir və onlara müavinətdə bulunur. c) Cəmiyyət lazım bildiyi məhəldə və məkanda öz xərcinə ibtidai milli məktəblər açıyor. ç) Rüşdi edadi və darülfünunlarda oxuyan və oxumaq istəyən türk tələbələrinə maddi və mənəvi yardım ediyor. d) Nuxa şəhəri və qəzasında olan fəqir və yetim müsəlman balalarını Cəmiyyət öz himayəsinə alıyor və onların ibtidai təlim və tərbiyəsi haqqında lazımi tədbirlər ittixaz ediyor. 2. Məktəb sirininə qədər olan 57 yaşlı uşaqları tərbiyə üçün Cəmiyyət uşaq baxçaları (Darüttərbiyələr) təsis ediyor. 3. Camaat üçün qiraəti-ümumi məclisi və ümumi milli qiraətxana və kitabxana açıyor. 4. Camaat üçün gecə kursları, cümə məktəbləri və xalq darülfünunları açıyor. 5. Mütaliə üçün və məktəblərdə tədris olunmaq üçün hər qisim ədəbi, elmi, fənni və tarixi kitablar təb və nəşr ediyor və qüvvei-maliyyəsi artdıqca türk dilində qəzetə və məcmuə nəşr ediyor. 6. Millətimizin ədib və şairələrinin əsərlərini toplamaq üçün ədəbiyyat məcmuələri nəşr ediyor. 7. Məktəb və mədrəsələrdən ötrü müqtədir müəllim və müəllimələr tapmaq üçün lazım gələn yerlərə müraciət ediyor. 8. Milli ibtidai məktəblərə müəllim və müəllimələr hazırlamak üçün Qafqasiyada, Türkiyədə və sair məmləkətlərdə olan darül müəlliminlərə təhsil etməyi istedadlı müəllim və müəllimələrdən göndəriyor. 9. Qüvveyi maliyyəsi müsaid olursa, cəmiyyət öz xərcinə müəllimlər kursu, darülmüəllimat açıyor. 10. Müəllim və müəllimələr üçün təlim və tərbiyəyə dair məclislər, müəllimlər şurası və müəllimlər qurultayı düzəldir. 11. Hər zaman teatro, ədəbi müsamirələr, elmi və fənni söhbət məclisləri, seyri-ümumilər və s. bu kibi məclislər tərtib ediyor. 12. Milli musiqi və mahnılarımızı ehya etmək üçün Cəmiyyət lazım bildiyi məktəblərə musiqişünas müəllimlər və müğənnilər dəvət ediyor və yainki musiqi kursları açıyor. 13. Millətimiz arasında sinaət və ziraətin tərəqqi və intişarına təbliğat və təşviqatda bulunur. Bu məqsəd üçün Yevropada mövcud yeni üsuli-sinaət və ziraət haqqında mühazirələr tərtib veriyor və ki, kitabçalar nəşr ediyor və qüvvei maliyyəsi müsayid olursa, yerin əhval və şəraitinə görə arıçılıq, baramaçılıq və maldarlıq kursları, sinaət və ziraət məktəbləri güşad ediyor. 14. Cəmiyyət milli sport (tərbiyei-mədəniyyə) meydançaları təsis ediyor. 15. Millətimizin tarixi və milli asari ətiqələrini torlamaq üçün muzeyxana bina ediyor. 16. Cəmiyyət millətimizin mənafeyinə çalışan ümumtəşkilatlar ilə öz nümayəndələri vasitəsilə əlaqədə bulunur və hər cür milli təşkilatların vücuda gəlməsinə səy və guşəş ediyor. 17. Cəmiyyət əhali ilə daha sıx rabitədə bulunmaq üçün lazım bildiyi məhəllərdə və qəryələrdə öz şöbələrini güşad ediyor. |
Həmçinin bax
İstinadlar
- (PDF). Bakı: Elm və təhsil. 2020. səh. 11. Archived from the original on 2022-01-08. İstifadə tarixi: 2022-12-21.
- Kamil Adışirinov. XX əsr Şəki ədəbi-mədəni mühiti (1900-2000-ci illər) (PDF). I. Bakı: Elm və təhsil. 2015. səh. 60. 2022-09-19 tarixində (PDF). İstifadə tarixi: 2022-12-19.
- Həbibulla Manaflı. Öyünc və güvənc qaynağı. Bakı: Nuran. 2007. səh. 109.
- Həbibulla Manaflı. (PDF). Bakı. 2005. səh. 14. Archived from the original on 2022-07-05. İstifadə tarixi: 2022-12-19.
- Kamil Adışirinov. (PDF). Bakı: Elm və təhsil. 2020. səh. 14. ISBN . Archived from the original on 2022-06-28. İstifadə tarixi: 2022-12-21.
- Hüseyn Əhmədov. 150 yaşlı Şəki məktəbi. Bakı: Maarif. səh. 54.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Nuxa Hurriyyeti Maarif Cemiyyeti XX esrin evvellerinde Sekide fealiyyet gosteren ve esas meqsedi maarifcilik olan cemiyyet Nuxa Hurriyyeti Maarif Cemiyyetinin hedefleri movcud tehsil muessiselerine yardim etmek yeni mekteb ve medreseler acmaq telebelere teqaud vermek muellimlerin hazirligini temin etmek teatr tamasalari elmi ve edebi meclisler teskil etmek vacib kitablari cap etdirmek olub Nuxa Hurriyyeti Maarif CemiyyetiNovu Qeyri hokumet teskilatiYaranma tarixi 1917Merkezi SekiHaqqindaNuxa Hurriyyeti Maarif Cemiyyeti 1917 ci il aprel ayinda yaranib Cemiyyetin 18 nefer fexri 76 nefer heqiqi uzvu var idi Cemiyyetin fexri sedri Nurmuhemmed Efendi Imamzade sedrin muavini ve xezinedar Abdulla Ebdulrehmanzade katibi ise Veysel Mustafazade olub Cemiyyetin hedefleri movcud tehsil muessiselerine yardim etmek yeni mekteb ve medreseler acmaq telebelere teqaud vermek muellimlerin hazirligini temin etmek teatr tamasalari elmi ve edebi meclisler teskil etmek vacib kitablari cap etdirmek olub Cemiyyet ilk olaraq 60 nefere yaxin telebenin tehsil aldigi ibtidai mekteb muellimi hazirlayan kurs acdi Burada tehsil alanlar yalniz Sekiden yox hem de Samaxi Qaryagin ve diger bolgelerden idiler Cemiyyet telebelerin meiset ehtiyaclarini odemek ucun teqaud de verirdi Uc ayliq tehsil prosesi basa catdiqdan sonra ugurla imtahan veren 35 nefer telebeye kursu bitirdikleri ucun diplom verildi Qisa muddet erzinde cemiyyet terefinden qezada 25 mekteb tehsilden kenarda qalan 200 nefer ucun ise Veten mektebi yaradildi Cemiyyet ehtiyacli usaqlari pulsuz paltar ve mekteb levazimatlari ile de temin edirdi Bundan basqa cemiyyetin vesaiti ile muellimlerin emek haqlari verilir Sekide acilan qiraetxanalar konsert ve teatr truppalari da fealiyyet gosterirdi Nuxa Hurriyyeti Maarif Cemiyyetinin sayesinde Sekide teatr inkisaf edir 1920 ci ile qeder heveskar fealiyyet gosteren teatr sonradan professional teatra cevrilib Cemiyyetin maliyye xerclerini Seki sahibkarlari ve ziyalilari temin edirdiler Cemiyyet fealiyyete baslayanda onun budcesine Abdulla Ebdurrehmanzade 300 manat tacir Cefer Ebdurrehmanzadenin ogullari 1000 manat Mustafa bey Elibeyov 200 manat Haci Memmedsadiq Eliyevin vefati ile elaqedar qardaslari ehsan olaraq 200 manat Suleyman Memmedzade Hemid Qasimoglu ve doktor Eliabbas Efendi Qedimov her biri 100 manat iane edibler Cemiyyetin saxlanilmasina daimi olaraq 300 nefer iane edirdi Onlarin sirasinda Edil xan Ilisuyski Xedice Elibeyova Selim xan Sekixanov Mahmudeli Xelefzade Eliabbas Efendi Qedimov Ehmed bey Sixmalibey oglu Ehmed bey Efendizade ve digerleri de var idi Cemiyyet 1918 1919 cu iller erzinde 11 min 611 manat vesait toplayib Bu vesaite Sekide yeni mektebler muellim hazirlayan kurslar elece de seherin yuxari bas hissesinde qizlar mektebi aciblar MeramnamesiNuxa Hurriyyeti Maarif Cemiyyetinin meramnamesi Cemiyyetin qayesi Cemiyyetin umde meqsedi Nuxa seherinde ve qezasinda sakin turk milletdaslarinin arasinda elm ve maarifi nesr etmek ve medeniyyet alemine sovq etmekdir 1 Sahei fealiyyet a Hal hazirda Nuxa seherinde ve qezasinda movcud mekteb ve medreselere maddi ve menevi komek ediyor b Teze mekteb ve medrese acanlari tergib ve tesviq edir ve onlara muavinetde bulunur c Cemiyyet lazim bildiyi mehelde ve mekanda oz xercine ibtidai milli mektebler aciyor c Rusdi edadi ve darulfununlarda oxuyan ve oxumaq isteyen turk telebelerine maddi ve menevi yardim ediyor d Nuxa seheri ve qezasinda olan feqir ve yetim muselman balalarini Cemiyyet oz himayesine aliyor ve onlarin ibtidai telim ve terbiyesi haqqinda lazimi tedbirler ittixaz ediyor 2 Mekteb sirinine qeder olan 57 yasli usaqlari terbiye ucun Cemiyyet usaq baxcalari Darutterbiyeler tesis ediyor 3 Camaat ucun qiraeti umumi meclisi ve umumi milli qiraetxana ve kitabxana aciyor 4 Camaat ucun gece kurslari cume mektebleri ve xalq darulfununlari aciyor 5 Mutalie ucun ve mekteblerde tedris olunmaq ucun her qisim edebi elmi fenni ve tarixi kitablar teb ve nesr ediyor ve quvvei maliyyesi artdiqca turk dilinde qezete ve mecmue nesr ediyor 6 Milletimizin edib ve sairelerinin eserlerini toplamaq ucun edebiyyat mecmueleri nesr ediyor 7 Mekteb ve medreselerden otru muqtedir muellim ve muellimeler tapmaq ucun lazim gelen yerlere muraciet ediyor 8 Milli ibtidai mekteblere muellim ve muellimeler hazirlamak ucun Qafqasiyada Turkiyede ve sair memleketlerde olan darul muelliminlere tehsil etmeyi istedadli muellim ve muellimelerden gonderiyor 9 Quvveyi maliyyesi musaid olursa cemiyyet oz xercine muellimler kursu darulmuellimat aciyor 10 Muellim ve muellimeler ucun telim ve terbiyeye dair meclisler muellimler surasi ve muellimler qurultayi duzeldir 11 Her zaman teatro edebi musamireler elmi ve fenni sohbet meclisleri seyri umumiler ve s bu kibi meclisler tertib ediyor 12 Milli musiqi ve mahnilarimizi ehya etmek ucun Cemiyyet lazim bildiyi mekteblere musiqisunas muellimler ve mugenniler devet ediyor ve yainki musiqi kurslari aciyor 13 Milletimiz arasinda sinaet ve ziraetin tereqqi ve intisarina tebligat ve tesviqatda bulunur Bu meqsed ucun Yevropada movcud yeni usuli sinaet ve ziraet haqqinda muhazireler tertib veriyor ve ki kitabcalar nesr ediyor ve quvvei maliyyesi musayid olursa yerin ehval ve seraitine gore ariciliq baramaciliq ve maldarliq kurslari sinaet ve ziraet mektebleri gusad ediyor 14 Cemiyyet milli sport terbiyei medeniyye meydancalari tesis ediyor 15 Milletimizin tarixi ve milli asari etiqelerini torlamaq ucun muzeyxana bina ediyor 16 Cemiyyet milletimizin menafeyine calisan umumteskilatlar ile oz numayendeleri vasitesile elaqede bulunur ve her cur milli teskilatlarin vucuda gelmesine sey ve guses ediyor 17 Cemiyyet ehali ile daha six rabitede bulunmaq ucun lazim bildiyi mehellerde ve qeryelerde oz sobelerini gusad ediyor Hemcinin baxNicat Cemiyyeti Hidayet xeyriyye cemiyyeti Gence Muselman Xeyriyye CemiyyetiIstinadlar PDF Baki Elm ve tehsil 2020 seh 11 Archived from the original on 2022 01 08 Istifade tarixi 2022 12 21 Kamil Adisirinov XX esr Seki edebi medeni muhiti 1900 2000 ci iller PDF I Baki Elm ve tehsil 2015 seh 60 2022 09 19 tarixinde PDF Istifade tarixi 2022 12 19 Hebibulla Manafli Oyunc ve guvenc qaynagi Baki Nuran 2007 seh 109 Hebibulla Manafli PDF Baki 2005 seh 14 Archived from the original on 2022 07 05 Istifade tarixi 2022 12 19 Kamil Adisirinov PDF Baki Elm ve tehsil 2020 seh 14 ISBN 978 9952 8175 0 7 Archived from the original on 2022 06 28 Istifade tarixi 2022 12 21 Huseyn Ehmedov 150 yasli Seki mektebi Baki Maarif seh 54