No (yap. 能) və ya Noqaku (能楽, Nōgaku) — ənənəvi yapon dram teatr sənəti. “No” sözü yapon dilindən tərcümədə “ustalıq”, “bacarıq” və “istedad” mənasını daşıyır.
Müxtəlif emosiyaları əks etdirən No maskaları. Berlin muzeyi |
No və ya noqaku XIV-XV əsrlərdə yaransada omun tarixi VIII əsrdən, yəni snqaku sənətinin Çindən Yaponiyaya gətirildiyi vaxta təsadüf edir. No əsas Yapon teatr sənətidir və üz təsirini yapon kukla teatrına və eləcə də kabuki teatrına göstərib.
Ənənəvi ədəbiyyat nağıllarının əsasında qurulan no teatrı özündə rəqs əsaslı səhnələri, maskaların, geyimlərin və müxtəlif rekvizitdən istifadə etməni özündə cəmləşdirir.
1983-cü ildə Milli No Teatrının əsası qoyulub. 2008-ci ildə isə no YUNESKO-nun mənəvi irsi siyahısına daxil edilir.
Nonu meydana gətirən üç ana ünsür vardır;
Oyuncular maskalar istifadə edərlər və yavaş rəqslər edərlər.Oyuncular ümumiyyətlə kişidir.Özlərinə atadan keçmə bir qabiliyyət verildiyinə inanılar.Bu səbəblə qadın tələb edən rollarda belə kişilər bu işi maskalar ilə həll edər. No musiqiləri ümumi olaraq baraban və flüt üzərinə edilir. Nonun beş növü mövcuddur;
- Kami mono (神物) ya vaki nō (脇能)
- Şura mono (修羅物) ya aşura nō (阿修羅能, savaşçı oyunlar)
- Katsura mono (鬘物, takma saç oyunlar) ya onna mono (女物, qadın oyunlar)
- 94 "müxtəlifnövlü" oyunlar, o cümlədən kyōran mono (狂乱物) or dəlilik oyunlar, onryō mono (怨霊物) ya qisasçılıq xortlaq oyunlar, və qenzai mono (現在物)
- Kiri nō (切り能, son oyunlar) ya oni mono (鬼物, iblis oyunlar)
No teatrının maskaları
Maska No teatrının əsas elementidir və təsadüfi deyildir ki, bu teatrı bütün dünya mədəniyyəti “maska teatrı” kimi də tanıyır. No teatrının maskaları Maska-Amplua qismində təsnif olunur və 5 qrupa ayrılır: 1) qoca maskaları; 2) kişi maskaları; 3) qadın maskaları; 4) tanrı, ruh, əcinə maskaları; 5) xüsusi personajlar üçün hazırlanmış maskalar. Bu gün No teatrında 86 adda maska məlumdur. Hər aktyorun adətən bir neçə maskası olur. Pyes üçün seçdiyi maskadan asılı olaraq aktyor öz personajının xarakterini bu və ya digər tərzdə mənalandırır. Bu teatrda maska niqab xarakteri daşımır. O,ifa olunduğu obrazın məğzinin, mahiyyətinin, daxili aləminin ifadəçisidir. Maska personajın əkizi deyil, həqiqətidir, həqiqi üzüdür, yugen deyilən məxfi ideyanı, mənanı, ruhun gizlinlərini əyaniləşdirən eyhamdır.
No maskalarını həmişə pariklə birgə taxırlar. Üç parik növü var: katsura, tare və kasira. Katsura qadın maskaları üçündür, qısa parikdir, qulaqların üstünü və boynu yaxalığa qədər örtür. Tare tanrıların geyindiyi parikdir. Bu parikdə oynayan aktyorlar başlarına mütləq şlyapa və ya tac qoyurlar. Kasira pariki döşəməyə kimi uzanan saç düzümüdür. Qara kasira kişilər, qırmızı əcinələr, ağ isə qocalar üçündür. Parik enli, dekorativ, süsləmələrlə işlənmiş lent vasitəsilə qafaya bərkidilir.
Yapon teatr mədəniyyətində bir sıra əşyalar kimi No maskaları da ecazkar, mistik qüvvənin daşıyıcısı sayılırlar. Bu da Yaponiyada özünəməxsus bir inancdır. No aktyoru heç vaxt yerə düşmüş teatr maskasının üstündən adlayıb keçməz. Bu teatrda maskalar müqəddəs bütlər qismində qorunub saxlanılır. Aktyorlar maskaya, maska ustasına, onun xatirəsinə daim böyük hörmət və ehtiramla yanaşırlar. Hətta Yaponiyada cansız taxta maskalara ad vermək dəbi də mövcud olmuşdur. Bu maskalar əksərən onları düzətmiş ustad sənətkarların şərəfinə adlandırılardı. Məsələn, “c(dz)o-onna” qadın maskası onu kötükdən ovub çıxarmış Coami adlı ustanın adı ilə bağlıdır. Yaponiyada Edo dövrünədək tanınan maskalar xommen, yəni həqiqi, adlandırılmışdır. Bundan sonra yaradılmış maskalara isə utsusi, yəni surət maskalar deyirlər. No teatrının maskalarının əsl fəxrediləsi bir tarixi var. Yapon No maskalarının tarixinin dövrləşdirilməsinə əsasən ilk maskalar, guya ki, tanrılar tərəfindən düzəldilmişdi. Həmçinin deyirlər ki, bu maskalar VI əsrdə yaşamış imperator Cyoqu Taysinin öz əlinin işidir. Bu, No maska tarixinin mifoloji mərhələsidir. Amma fakt bundan ibarət ki, No teatrından öncə YIII əsrdə Yaponiyada öz çiçəklənmə çağlarını yaşayan giqaku sənətində (Budda məbədlətində oynanılan misteriya növüdür) də maskalardan istifadə edilmişdir. Maskalar heç də No teatrının eksperimenti deyil: onlar bu teatrın yaranış formasının ayrılmaz hissəsidir.
Yapon teatrşünaslığı X-XV əsrlərin No maska ustalarından 10 nəfərin adını dəqiq bilir: Nikko, Miroku, Yasya, Bunce, Tatsuyemon, Syakucuru, Ximi, Eti, Kousi, Tokuvaka. Tarix yalnız bu 10 ustanın hazırladıqları maskalar haqqında məlumatlıdır. Güman olunur ki, bu dövr sənətkarları maskalara ölmüş şəxslərin üz cizgilərini həkk edirmişlər. Bu versiya daha çox rahib-usta Ximinin adı ilə əlaqədardır. XVI əsr cəmi 6 həkkakın adını açıqlayır: Coami, Syünvaka, Tiqusa, Fukurai, Xurai və Sankobo. XVII əsrdən etibarən isə sənətin bu sahəsində ixtisaslaşmış ailələr nəsilbənəsil fəaliyyət göstərirlər. Bu istiqamətdə ən məşhur ad Eticen ailəsinə mənsubdur.
Maska düzəltmək Yaponiyada, təbii ki, xüsusi bir sənət hesab olunur. Bu sənət xırda detallarına qədər peşə ədəbiyyatında işıqlandırılır. Maska yapon çinarı xinokidən ovulub çıxarılır. Çünki bu ağac olduqca yüngül və yumşaqdır: asanlıqla yonulur. Xinoki rəngləri də özünə yaxşı hopdurur. Maska üçün ideal material yalnız Kiso çayının vadisində bitən çinarlar sayılır. Ağac kəsildikdən sonra 10-12 il müddətində aşılanıb lazımi vəziyyətə gətirilir. Əvvəlcə 5-6 il çayın yatağında su içində saxlanılır və bir o qədər də təbii üsulla qurudulur. Bununla ağac tam təmizlənir və çox davamlı olur. Əvvəlcə qurudulmuş kötükdən maska enində dəyirmi bir təbəqə qoparılır. Ən əsas iş bu kötük parçasının üstündə aparılır: usta alnın, yanaqların, ağzın və buxağın yerlərini təqribi şəkildə müəyyənləşdirir, artıq hissələri balaca çəkic və bıçaqla yonub götürür. Sonra o, qaşıqvari iskənə ilə maskanın içini qarpız kimi oyur. Axırda maska üz və arxa tərəfdən layiqincə hamarlanır, laklanır. Növbəti mərhələ rənglənmə prosesidir. Birinci olaraq maskanın üzünə 15 qatdan ibarət rəng astarı çəkilir. Astarın tərkibi dəniz balıqqulağılarından hazırlanır. Onun köməyilə ağacın təbii rəng fonu itirilir. Bu astar əslində heç də rəng deyil, sıyıq xəmir kimi bir şeydir. Maska üçün rəng isə xırda dənəli təbaşirdən düzəldilir. Bu rəng maskaya beş dəfə vurulur. Rənglənmə ideal vəziyyətə gətirilib qurtararkən maska hisə tutulur ki, onun görkəmində bir qədimilik (“kosyöku”) peyda olsun. Maskanı hisə verdikdən sonra ona üz cizgiləri çəkilir. Birinci olaraq qırmızı rənglə dodaqlar, qara sürmə ilə gözlər rənglənir. Gözlərin rənglənməsində də qırmızı rəngdən istifadə edilir. Nəhayət, qaşlar qoyulur. İşin ən çətin və məsuliyyətli məqamı saçların maska üzərində çəkilməsidir. Bundan ötrü usta nəfəsini saxlayıb iri topalı fırça ilə saçı bir dəfəyə maskaya “oturtmalıdır”. Saçın kəm-kəsirləri axırdan-axıra nazik fırça ilə düzəldilir. Usta bu vaxt qara tuşdan faydalanır. Bu “əməliyyat” yalnız kişi maskaları üçündür. Qadın maskalarına çəkilmiş saç gərək olmur.
21.1x13.6x6.8 sm. ölçülərində (kişi maskaları bundan da kiçikdir) olan maskalar adi insan sifətini örtməyə bəs etmir. Bu da birbaşa şəkildə Yaponiyanın estetik mədəniyyətində qəbul olunmuş gözəllik parametrlərinə söykənir. Yapon estetik mədəniyyətinin ənənələrinə görə kübar insanın cüssəli bədənində balaca qafa olmalıdır. Qadının hündür geniş alnı isə onun əsl-nəcabətinin bildiricisidir. Odur ki, yapon qadınları makiyaj zamanı öz həqiqi qaşlarını tərtəmiz yolub onları alnın ən yuxarı hissəsindən çəkirdilər. Ona görə də No qadın maskalarında qaşlar həmişə yuxarıdan qoyulurdu. Heç də əbəs deyil ki, bütün dünya No teatrını yaponların milli tarixi dəblərinin və estetik ənənələrinin saxlanc yeri kimi dəyərləndirir.
Maska yalnız site personajından ötrüdür. Nadir hallarda “cure” rollarının ifaçıları da maska geyinirlər. Vakinin maskası olmur: tamaşa vaxtı onun öz şəxsi üzü donuqlaşıb, ifadəsizləşib maskaya çevrilməlidir. Xor üzvlərinin, kokenin və sazəndələrin üzləri də heç bir emosiya əks etdirməməlidir, yəni bir növ maska olmalıdır. Maska personajın daxili ovqatının aynasıdır: o, aktyora səhnə obrazını yaratmağa kömək edir. Ona görə də aktyor yüksək sənətçi peşəkarlığına yiyələnməlidir ki, maskadan öz məqsədləri üçün istifadə edə bilsin.
İstinadlar
- Но // Azərbaycan Sovet Ensiklopediyası: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 289.
Biblioqrafiya
- James R. Brandon (editor). "Nō and kyōgen in the contemporary world." (foreword by Ricardo D. Trimillos) Honolulu : University of Hawaiʻi Press. 1997.
- . Traditional Japanese Theater: An Anthology of Plays. New York: Columbia University Press. 1998.
- Eric Rath. The Ethos of Noh: Actors and Their Art. Harvard University Asia Center Press, 2004.
- (ed. & trans.). Japanese Nō Dramas. London: . 1992
- . Noh plays of Japan. Tuttle Shokai Inc. 2009
Xarici keçidlər
- No teatrının YUNESKO-nun rəsmi saytında səhifəsi
- An Introduction to Noh & Kyogen
- Noh Stories in English 2018-11-01 at the Wayback Machine Ohtsuki Noh Theatre Foundation
- Nō Plays -Translations of thirteen Noh plays- Japanese Text Initiative, University of Virginia Library
- Virtual Reality and Virtual Irreality On Noh-Plays and Icons
- "Noh & Kyogen". Japan Arts Council.
- Page on the variable expressions of Noh masks
- Noh plays Photo Story and Story Paper the-Noh.com : Comprehensive Site on Noh
- "Hachi-No-Ki, A Perspective" 2012-06-02 at the Wayback Machine
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
No yap 能 ve ya Noqaku 能楽 Nōgaku enenevi yapon dram teatr seneti No sozu yapon dilinden tercumede ustaliq bacariq ve istedad menasini dasiyir No aktyoruMuxtelif emosiyalari eks etdiren No maskalari Berlin muzeyi No ve ya noqaku XIV XV esrlerde yaransada omun tarixi VIII esrden yeni snqaku senetinin Cinden Yaponiyaya getirildiyi vaxta tesaduf edir No esas Yapon teatr senetidir ve uz tesirini yapon kukla teatrina ve elece de kabuki teatrina gosterib Enenevi edebiyyat nagillarinin esasinda qurulan no teatri ozunde reqs esasli sehneleri maskalarin geyimlerin ve muxtelif rekvizitden istifade etmeni ozunde cemlesdirir 1983 cu ilde Milli No Teatrinin esasi qoyulub 2008 ci ilde ise no YUNESKO nun menevi irsi siyahisina daxil edilir Nonu meydana getiren uc ana unsur vardir Mai Reqsler Hayasi Musiqi Utai Sozler Oyuncular maskalar istifade ederler ve yavas reqsler ederler Oyuncular umumiyyetle kisidir Ozlerine atadan kecme bir qabiliyyet verildiyine inanilar Bu sebeble qadin teleb eden rollarda bele kisiler bu isi maskalar ile hell eder No musiqileri umumi olaraq baraban ve flut uzerine edilir Nonun bes novu movcuddur Kami mono 神物 ya vaki nō 脇能 Sura mono 修羅物 ya asura nō 阿修羅能 savasci oyunlar Katsura mono 鬘物 takma sac oyunlar ya onna mono 女物 qadin oyunlar 94 muxtelifnovlu oyunlar o cumleden kyōran mono 狂乱物 or delilik oyunlar onryō mono 怨霊物 ya qisasciliq xortlaq oyunlar ve qenzai mono 現在物 Kiri nō 切り能 son oyunlar ya oni mono 鬼物 iblis oyunlar No teatrinin maskalariMaska No teatrinin esas elementidir ve tesadufi deyildir ki bu teatri butun dunya medeniyyeti maska teatri kimi de taniyir No teatrinin maskalari Maska Amplua qisminde tesnif olunur ve 5 qrupa ayrilir 1 qoca maskalari 2 kisi maskalari 3 qadin maskalari 4 tanri ruh ecine maskalari 5 xususi personajlar ucun hazirlanmis maskalar Bu gun No teatrinda 86 adda maska melumdur Her aktyorun adeten bir nece maskasi olur Pyes ucun secdiyi maskadan asili olaraq aktyor oz personajinin xarakterini bu ve ya diger terzde menalandirir Bu teatrda maska niqab xarakteri dasimir O ifa olundugu obrazin megzinin mahiyyetinin daxili aleminin ifadecisidir Maska personajin ekizi deyil heqiqetidir heqiqi uzudur yugen deyilen mexfi ideyani menani ruhun gizlinlerini eyanilesdiren eyhamdir No maskalarini hemise parikle birge taxirlar Uc parik novu var katsura tare ve kasira Katsura qadin maskalari ucundur qisa parikdir qulaqlarin ustunu ve boynu yaxaliga qeder ortur Tare tanrilarin geyindiyi parikdir Bu parikde oynayan aktyorlar baslarina mutleq slyapa ve ya tac qoyurlar Kasira pariki dosemeye kimi uzanan sac duzumudur Qara kasira kisiler qirmizi ecineler ag ise qocalar ucundur Parik enli dekorativ suslemelerle islenmis lent vasitesile qafaya berkidilir Yapon teatr medeniyyetinde bir sira esyalar kimi No maskalari da ecazkar mistik quvvenin dasiyicisi sayilirlar Bu da Yaponiyada ozunemexsus bir inancdir No aktyoru hec vaxt yere dusmus teatr maskasinin ustunden adlayib kecmez Bu teatrda maskalar muqeddes butler qisminde qorunub saxlanilir Aktyorlar maskaya maska ustasina onun xatiresine daim boyuk hormet ve ehtiramla yanasirlar Hetta Yaponiyada cansiz taxta maskalara ad vermek debi de movcud olmusdur Bu maskalar ekseren onlari duzetmis ustad senetkarlarin serefine adlandirilardi Meselen c dz o onna qadin maskasi onu kotukden ovub cixarmis Coami adli ustanin adi ile baglidir Yaponiyada Edo dovrunedek taninan maskalar xommen yeni heqiqi adlandirilmisdir Bundan sonra yaradilmis maskalara ise utsusi yeni suret maskalar deyirler No teatrinin maskalarinin esl fexredilesi bir tarixi var Yapon No maskalarinin tarixinin dovrlesdirilmesine esasen ilk maskalar guya ki tanrilar terefinden duzeldilmisdi Hemcinin deyirler ki bu maskalar VI esrde yasamis imperator Cyoqu Taysinin oz elinin isidir Bu No maska tarixinin mifoloji merhelesidir Amma fakt bundan ibaret ki No teatrindan once YIII esrde Yaponiyada oz ciceklenme caglarini yasayan giqaku senetinde Budda mebedletinde oynanilan misteriya novudur de maskalardan istifade edilmisdir Maskalar hec de No teatrinin eksperimenti deyil onlar bu teatrin yaranis formasinin ayrilmaz hissesidir Yapon teatrsunasligi X XV esrlerin No maska ustalarindan 10 neferin adini deqiq bilir Nikko Miroku Yasya Bunce Tatsuyemon Syakucuru Ximi Eti Kousi Tokuvaka Tarix yalniz bu 10 ustanin hazirladiqlari maskalar haqqinda melumatlidir Guman olunur ki bu dovr senetkarlari maskalara olmus sexslerin uz cizgilerini hekk edirmisler Bu versiya daha cox rahib usta Ximinin adi ile elaqedardir XVI esr cemi 6 hekkakin adini aciqlayir Coami Syunvaka Tiqusa Fukurai Xurai ve Sankobo XVII esrden etibaren ise senetin bu sahesinde ixtisaslasmis aileler nesilbenesil fealiyyet gosterirler Bu istiqametde en meshur ad Eticen ailesine mensubdur Maska duzeltmek Yaponiyada tebii ki xususi bir senet hesab olunur Bu senet xirda detallarina qeder pese edebiyyatinda isiqlandirilir Maska yapon cinari xinokiden ovulub cixarilir Cunki bu agac olduqca yungul ve yumsaqdir asanliqla yonulur Xinoki rengleri de ozune yaxsi hopdurur Maska ucun ideal material yalniz Kiso cayinin vadisinde biten cinarlar sayilir Agac kesildikden sonra 10 12 il muddetinde asilanib lazimi veziyyete getirilir Evvelce 5 6 il cayin yataginda su icinde saxlanilir ve bir o qeder de tebii usulla qurudulur Bununla agac tam temizlenir ve cox davamli olur Evvelce qurudulmus kotukden maska eninde deyirmi bir tebeqe qoparilir En esas is bu kotuk parcasinin ustunde aparilir usta alnin yanaqlarin agzin ve buxagin yerlerini teqribi sekilde mueyyenlesdirir artiq hisseleri balaca cekic ve bicaqla yonub goturur Sonra o qasiqvari iskene ile maskanin icini qarpiz kimi oyur Axirda maska uz ve arxa terefden layiqince hamarlanir laklanir Novbeti merhele renglenme prosesidir Birinci olaraq maskanin uzune 15 qatdan ibaret reng astari cekilir Astarin terkibi deniz baliqqulagilarindan hazirlanir Onun komeyile agacin tebii reng fonu itirilir Bu astar eslinde hec de reng deyil siyiq xemir kimi bir seydir Maska ucun reng ise xirda deneli tebasirden duzeldilir Bu reng maskaya bes defe vurulur Renglenme ideal veziyyete getirilib qurtararken maska hise tutulur ki onun gorkeminde bir qedimilik kosyoku peyda olsun Maskani hise verdikden sonra ona uz cizgileri cekilir Birinci olaraq qirmizi rengle dodaqlar qara surme ile gozler renglenir Gozlerin renglenmesinde de qirmizi rengden istifade edilir Nehayet qaslar qoyulur Isin en cetin ve mesuliyyetli meqami saclarin maska uzerinde cekilmesidir Bundan otru usta nefesini saxlayib iri topali firca ile saci bir defeye maskaya oturtmalidir Sacin kem kesirleri axirdan axira nazik firca ile duzeldilir Usta bu vaxt qara tusdan faydalanir Bu emeliyyat yalniz kisi maskalari ucundur Qadin maskalarina cekilmis sac gerek olmur 21 1x13 6x6 8 sm olculerinde kisi maskalari bundan da kicikdir olan maskalar adi insan sifetini ortmeye bes etmir Bu da birbasa sekilde Yaponiyanin estetik medeniyyetinde qebul olunmus gozellik parametrlerine soykenir Yapon estetik medeniyyetinin enenelerine gore kubar insanin cusseli bedeninde balaca qafa olmalidir Qadinin hundur genis alni ise onun esl necabetinin bildiricisidir Odur ki yapon qadinlari makiyaj zamani oz heqiqi qaslarini tertemiz yolub onlari alnin en yuxari hissesinden cekirdiler Ona gore de No qadin maskalarinda qaslar hemise yuxaridan qoyulurdu Hec de ebes deyil ki butun dunya No teatrini yaponlarin milli tarixi deblerinin ve estetik enenelerinin saxlanc yeri kimi deyerlendirir Maska yalniz site personajindan otrudur Nadir hallarda cure rollarinin ifacilari da maska geyinirler Vakinin maskasi olmur tamasa vaxti onun oz sexsi uzu donuqlasib ifadesizlesib maskaya cevrilmelidir Xor uzvlerinin kokenin ve sazendelerin uzleri de hec bir emosiya eks etdirmemelidir yeni bir nov maska olmalidir Maska personajin daxili ovqatinin aynasidir o aktyora sehne obrazini yaratmaga komek edir Ona gore de aktyor yuksek senetci pesekarligina yiyelenmelidir ki maskadan oz meqsedleri ucun istifade ede bilsin IstinadlarNo Azerbaycan Sovet Ensiklopediyasi 10 ҹilddә VII ҹild Misir Prado Baky Azәrbaјҹan Sovet Ensiklopediјasynyn Bash Redaksiјasy Bash redaktor Ҹ B Guliјev 1983 S 289 BiblioqrafiyaJames R Brandon editor Nō and kyōgen in the contemporary world foreword by Ricardo D Trimillos Honolulu University of Hawaiʻi Press 1997 Traditional Japanese Theater An Anthology of Plays New York Columbia University Press 1998 Eric Rath The Ethos of Noh Actors and Their Art Harvard University Asia Center Press 2004 ed amp trans Japanese Nō Dramas London 1992 ISBN 0 14 044539 0 Noh plays of Japan Tuttle Shokai Inc 2009 ISBN 4 8053 1033 2 ISBN 978 4 8053 1033 5Xarici kecidlerNo teatrinin YUNESKO nun resmi saytinda sehifesi An Introduction to Noh amp Kyogen Noh Stories in English 2018 11 01 at the Wayback Machine Ohtsuki Noh Theatre Foundation Nō Plays Translations of thirteen Noh plays Japanese Text Initiative University of Virginia Library Virtual Reality and Virtual Irreality On Noh Plays and Icons Noh amp Kyogen Japan Arts Council Page on the variable expressions of Noh masks Noh plays Photo Story and Story Paper the Noh com Comprehensive Site on Noh Hachi No Ki A Perspective 2012 06 02 at the Wayback Machine