Nevfidan Pərtəvpiyalə Qadınəfəndi (v. 27 dekabr 1855, Konstantinopol, Osmanlı imperiyası) — 30-cu Osmanlı sultanı II Mahmudun xanımlarından biri.
Nevfidan Pərtəvpiyalə Qadınəfəndi | |
---|---|
Şəxsi məlumatlar | |
Vəfat tarixi | 27 dekabr 1855 |
Vəfat yeri | |
Dəfn yeri | |
Həyat yoldaşı | |
Uşaqları | Fatma Sultan (1809) Fatma Sultan (1810-1825) Əminə Sultan (1813-1814) Şahzadə Osman (1813-1814) Əminə Sultan (1815-1816) Adilə Sultan (övladlıq) |
Ailəsi | Osmanlı xanədanı |
Həyatı
Həyatının ilk illəri haqqında yetərli məlumat olmasa da, Sultan Mahmudun taxta çıxmadan öncə hərəminə alındığı məlumdur. Belə ki, taxta çıxdıqdan 6 ay sonra 4 fevral 1809-cu ildə doğulan ilk övladı Fatma Sultan məhz Nevfidan Sultandan dünyaya gəlmişdi. Bu münasibətlə sədrəzəm ya fərman göndərildi və bir həftə boyunca paytaxtın fərqli yerlərində gündə üç dəfə top atıldı. Nevfidan Qadınəfəndiyə müxtəlif hədiyyələr təqdim olundu. Dövrün saray şairlərindən Əndərunlu Vasif ilk qızının doğumuyla bağlı aşağıdakı şeiri yazmışdır.
Tulu ettikde doldu kalbine Vasıf bu tam tarih
Salınsın Fatma Sultan-ı dilcu mehd-i iffetde. (H. zilhiccə 1223)
Ancaq bu ilk övladı hələ bir yaşı tamam olmadan 5 avqust 1809-cu ildə vəfat etdi. Ertəsi il - 30 aprel 1810-cu ildə dünyaya gələn qızına da Fatma adını qoyan Sultan Mahmud bu övladını da 15 yaşında ikən çiçək xəstəliyindən itirdi. 12 iyun 1813-cü ildə Şahzadə Osman və onun əkizi Əminə Sultanı dünyaya gətirən Nevfidan Qadınəfəndi bu övladlarını da yaşı tamam olmadan itirdi. Son övladını 1815-ci ildə dünyaya gətirən Nevfidan Qadınəfəndi, Əminə Sultan adlı bu övladını da Bəylərbəyi sarayında çıxan yanğında uşaq yaşlarında ikən itirdi.
Bütün övladlarının körpə və ya uşaq yaşlarında vəfat etməsinin ardından, Sultan Mahmudun qızlarından Adilə Sultanı övladlığa götürən Nevfidan Qadınəfəndi qalan ömrünü 4 yaşında anasız qalan bu qızcığazın təlim-tərbiyəsi ilə keçirdi.
2 iyul 1839-cu ildə Sultan Mahmudun vəfatının ardından onun Bəzmialəm Sultandan doğulan oğlu Əbdülməcid taxta çıxarıldı. Mərhum sultanın baş qadınəfəndisi olan Bəzmialəm Sultan isə Validə Sultan elan edildi. Bu hadisənin ardından Sultan Əbdülməciddən icazə alaraq həcc ziyarətinə yollanan Nevfidan Qadınəfəndi, 1842-ci ildə ziyarətdən döndü və Hacə olaraq anılmağa başlandı. 1845-ci ildə analıq etdiyi Adilə Sultanı dövrün mühüm dövlət adamlarından Mehmed Əli Paşayla evləndirən Nevfidan Qadınəfəndi mərasimin ardından qızının Fındıqlıdakı sarayını tez-tez ziyarət etdi. Ögey övladları olan Sultan Əbdülməcid və Sultan Əbdüləziz tərəfindən tez-tez ziyarət edilən Nevfidan Qadınəfəndinin şərəfinə Sultan Əbdüləziz dövründə hazırlanan böyük bir gəmiyə Pərtəvpiyalə adı verildi.
Son illərini xeyriyyə işləriylə məşğul olan Nevfidan Qadınəfəndi İstanbul, Məkkə və Mədinədə bir çox xeyir işləri gördü. Olduqca dindar bir qadın olan Hacə Nevfidan Qadınəfəndi 27 dekabr 1855-ci ildə yaşadığı Bəylərbəyi səmtindəki Nafizpaşa köşkündə vəfat etdi. Cənazəsi Sultan Mahmud türbəsinə - mərhum həyat yoldaşının yanına dəfn olundu.
Övladları
- Fatma Sultan (d. 4 fevral 1809 - ö. 5 avqust 1809) — Çiçək xəstəliyi səbəbilə körpə ikən vəfat etdi. Nuruosmaniyə məscidində dəfn olunub.
- Fatma Sultan (d. 30 aprel 1810 - ö. 7 may 1825) — Çiçək xəstəliyi səbəbilə uşaq yaşlarında vəfat etdi. Nəqşidil Sultan türbəsinə dəfn olunub.
- Əminə Sultan (d. 12 iyun 1813 - ö. iyul 1814) — Şahzadə Osmanın əkizidir. Nuruosmaniyə məscidində dəfn olunub.
- Şahzadə Osman (d. 12 iyun 1813 - ö. 10 aprel 1814) — Əminə Sultanın əkizidir. Nuruosmaniyə məscidində dəfn olunub.
- Əminə Sultan (d. 7 yanvar 1815 - ö. 24 sentyabr 1816) — Bəylərbəyi sarayında çıxan yanğında həlak olmuşdur. Beşiktaşdakı Yəhya Əfəndi məzarlığına dəfn olunub.
Mənbə
- Sakaoğlu, Necdet (2008). Bu Mülkün Kadın Sultanları: Vâlide Sultanlar, Hâtunlar, Hasekiler, Kandınefendiler, Sultanefendiler. Oğlak Yayıncılık.
- Aynur, Hatice (1995). Saliha Sultan'ın düğününü anlatan surnâmeler, 1834: Kısım. İnceleme ve tenkitli metin. Harvard University
- Adra, Jamil (2005). Genealogy of the Imperial Ottoman Family 2005. p. 3
İstinadlar
- Uluçay, M. Çağatay (2011). Padişahların kadınları ve kızları. Ötüken.
- Peirce, Leslie (1993). The Imperial Harem: Women and Sovereignty in the Ottoman Empire. Oxford University Press. p. 108.
- Kolay, Arif (2017). Hayırsever, Dindar, Nazik ve Şâire Bir Padişah Kızı: Âdile Sultan
- Abdülhamid Ferid Paşanın Ruznamesinden 2022-08-29 at the Wayback Machine. Belleten, Volume 27, Issues 106. Türk Tarih Kurumu Basımevi. 1963. p. 262
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Nevfidan Pertevpiyale Qadinefendi v 27 dekabr 1855 Konstantinopol Osmanli imperiyasi 30 cu Osmanli sultani II Mahmudun xanimlarindan biri Nevfidan Pertevpiyale QadinefendiSexsi melumatlarVefat tarixi 27 dekabr 1855 1855 12 27 Vefat yeri Konstantinopol Osmanli imperiyasiDefn yeri Sultan Mahmud turbesiHeyat yoldasi II MahmudUsaqlari Fatma Sultan 1809 Fatma Sultan 1810 1825 Emine Sultan 1813 1814 Sahzade Osman 1813 1814 Emine Sultan 1815 1816 Adile Sultan ovladliq Ailesi Osmanli xanedaniHeyatiHeyatinin ilk illeri haqqinda yeterli melumat olmasa da Sultan Mahmudun taxta cixmadan once heremine alindigi melumdur Bele ki taxta cixdiqdan 6 ay sonra 4 fevral 1809 cu ilde dogulan ilk ovladi Fatma Sultan mehz Nevfidan Sultandan dunyaya gelmisdi Bu munasibetle sedrezem ya ferman gonderildi ve bir hefte boyunca paytaxtin ferqli yerlerinde gunde uc defe top atildi Nevfidan Qadinefendiye muxtelif hediyyeler teqdim olundu Dovrun saray sairlerinden Enderunlu Vasif ilk qizinin dogumuyla bagli asagidaki seiri yazmisdir Tulu ettikde doldu kalbine Vasif bu tam tarih Salinsin Fatma Sultan i dilcu mehd i iffetde H zilhicce 1223 Ancaq bu ilk ovladi hele bir yasi tamam olmadan 5 avqust 1809 cu ilde vefat etdi Ertesi il 30 aprel 1810 cu ilde dunyaya gelen qizina da Fatma adini qoyan Sultan Mahmud bu ovladini da 15 yasinda iken cicek xesteliyinden itirdi 12 iyun 1813 cu ilde Sahzade Osman ve onun ekizi Emine Sultani dunyaya getiren Nevfidan Qadinefendi bu ovladlarini da yasi tamam olmadan itirdi Son ovladini 1815 ci ilde dunyaya getiren Nevfidan Qadinefendi Emine Sultan adli bu ovladini da Beylerbeyi sarayinda cixan yanginda usaq yaslarinda iken itirdi Heyat yoldasi ve ozunun defn olundugu Sultan Mahmud turbesi Istanbul Butun ovladlarinin korpe ve ya usaq yaslarinda vefat etmesinin ardindan Sultan Mahmudun qizlarindan Adile Sultani ovladliga goturen Nevfidan Qadinefendi qalan omrunu 4 yasinda anasiz qalan bu qizcigazin telim terbiyesi ile kecirdi 2 iyul 1839 cu ilde Sultan Mahmudun vefatinin ardindan onun Bezmialem Sultandan dogulan oglu Ebdulmecid taxta cixarildi Merhum sultanin bas qadinefendisi olan Bezmialem Sultan ise Valide Sultan elan edildi Bu hadisenin ardindan Sultan Ebdulmecidden icaze alaraq hecc ziyaretine yollanan Nevfidan Qadinefendi 1842 ci ilde ziyaretden dondu ve Hace olaraq anilmaga baslandi 1845 ci ilde analiq etdiyi Adile Sultani dovrun muhum dovlet adamlarindan Mehmed Eli Pasayla evlendiren Nevfidan Qadinefendi merasimin ardindan qizinin Findiqlidaki sarayini tez tez ziyaret etdi Ogey ovladlari olan Sultan Ebdulmecid ve Sultan Ebduleziz terefinden tez tez ziyaret edilen Nevfidan Qadinefendinin serefine Sultan Ebduleziz dovrunde hazirlanan boyuk bir gemiye Pertevpiyale adi verildi Son illerini xeyriyye isleriyle mesgul olan Nevfidan Qadinefendi Istanbul Mekke ve Medinede bir cox xeyir isleri gordu Olduqca dindar bir qadin olan Hace Nevfidan Qadinefendi 27 dekabr 1855 ci ilde yasadigi Beylerbeyi semtindeki Nafizpasa koskunde vefat etdi Cenazesi Sultan Mahmud turbesine merhum heyat yoldasinin yanina defn olundu OvladlariFatma Sultan d 4 fevral 1809 o 5 avqust 1809 Cicek xesteliyi sebebile korpe iken vefat etdi Nuruosmaniye mescidinde defn olunub Fatma Sultan d 30 aprel 1810 o 7 may 1825 Cicek xesteliyi sebebile usaq yaslarinda vefat etdi Neqsidil Sultan turbesine defn olunub Emine Sultan d 12 iyun 1813 o iyul 1814 Sahzade Osmanin ekizidir Nuruosmaniye mescidinde defn olunub Sahzade Osman d 12 iyun 1813 o 10 aprel 1814 Emine Sultanin ekizidir Nuruosmaniye mescidinde defn olunub Emine Sultan d 7 yanvar 1815 o 24 sentyabr 1816 Beylerbeyi sarayinda cixan yanginda helak olmusdur Besiktasdaki Yehya Efendi mezarligina defn olunub MenbeSakaoglu Necdet 2008 Bu Mulkun Kadin Sultanlari Valide Sultanlar Hatunlar Hasekiler Kandinefendiler Sultanefendiler Oglak Yayincilik ISBN 978 6 051 71079 2 Aynur Hatice 1995 Saliha Sultan in dugununu anlatan surnameler 1834 Kisim Inceleme ve tenkitli metin Harvard University Adra Jamil 2005 Genealogy of the Imperial Ottoman Family 2005 p 3IstinadlarUlucay M Cagatay 2011 Padisahlarin kadinlari ve kizlari Otuken ISBN 978 9 754 37840 5 Peirce Leslie 1993 The Imperial Harem Women and Sovereignty in the Ottoman Empire Oxford University Press p 108 ISBN 0 19 508677 5 Kolay Arif 2017 Hayirsever Dindar Nazik ve Saire Bir Padisah Kizi Adile Sultan Abdulhamid Ferid Pasanin Ruznamesinden 2022 08 29 at the Wayback Machine Belleten Volume 27 Issues 106 Turk Tarih Kurumu Basimevi 1963 p 262