Nağıl — şifahi xalq ədəbiyyatının epik növünün ən qədim və ən çox yayılmış janrıdır. Nağıllar xalq nağılları və müəllif nağılları olmaqla iki qrupa bölünür. Müəllif nağıllarından fərqli olaraq xalq nağıllarının yazıldığı tarix və müəllifi bəlli olmur.
Xüsusiyyətləri
Nağıllarda xalqın həyatı və məişəti, dünyagörüşü və inancları, arzu və xəyalları əks olunur. Nağıllar əsasən, qaravəlli adlandırılan girişlə başlayır. Bu girişlər nağılın məzmunu ilə bağlı olmur. Məsələn, "Hamam hamam içində, xəlbir saman içində, dəvə dəlləklik eylər köhnə hamam içində, hamamçının tası yox, baltaçının baltası yox, orda bir tazı gördüm, onun da xaltası yox. Nağıl-mağıl bilmərəm, bilsəm də söyləmərəm, xandan gəlmiş nökərəm, dinmə böyrünü sökərəm" Nağılın əvvəlində "Biri vardı, biri yox", sonunda isə "Göydən üç alma düşdü: biri mənim, biri özümün, biri də nağıl deyənin" sözləri işlənir. Başlanğıcda və sonluqda verilən həmin epik formullarla yanaşı qəhrəmanlarla, hadisələrlə bağlı formullardan da istifadə olunur. Məsələn, "Qız nə qız, görən bunun camalına heyrandı, qaş qara, gözlər sürməyi, boyu sərv…", "dərələrdən sel kimi, təpələrdən yel kimi, badi-sərsər kimi", "Dağların dabanıynan, yolların qırağıynan, ayaq üzəngidə, diz qabırğada…" və s. Nağıllar mövzu və məzmunca dörd növə bölünür: sehrli nağıllar, məişət nağılları, heyvanlar haqqında nağıllar, tarixi nağıllar, lakin bəzən sehrli və heyvanlar haqqındakı nağılları əfsanəvi nağıl altında birləşdirirlər.
Sehrli nağıllar
İnsanların mifik təsəvvürləri əks olunan sehrli nağıllarda sehrli qüvvələr – uçan xalça, sehrli papaq, sehrli tütək, divlər, yeddibaşlı əjdahalar, əfsanəvi quşlar və s. iştirak edirlər. Bu nağıllarda süjet əfsanəvi məkan və zaman daxilində baş verir, lakin xəyali səltənət və ölkələrlə yanaşı, həqiqi dünya – kəndlər, şəhərlər, təbiət, göllər, meşələr, dağlar əks olunur. Bu nağıllarda sehrli qüvvələr xeyri və şəri təmsil edirlər. Məsələn; Zümrüd quşu, sehrli xalça, sehrli üzük, sehrli papaq və s. əsasən nağıl qəhrəmanına kömək edərək, onu dardan qurtarır. Divlər, əjdəhalar, küpəgirən qarılar isə şər işlərdə iştirak edirlər. "Şahzadə Mütalib" nağılında isə div qəhrəmana kömək edir. Ən məşhur sehrli nağıllardan olan "Məlikməmməd" nağılında sehrli obrazlar sırasında sehrli almalar, zümrüd quşu, Yel atı, ağ qoç, qara qoç və s. vardır. Nağılda işıqlı və qaranlıq dünya təsvir edilmişdir. Xeyirlə şərin mübarizəsi atəşpərəstlik dövrünün xüsusiyyətlərini əks etdirir. Məlikməmməd padşahın kiçik oğludur. Qardaşlarının xəyanəti nəticəsində zülmət dünyasına düşən qəhrəman Zümrüd quşunun köməyilə işıqlı dünyaya çıxır. Sehirli nağıllar digər nağıl qruplarından sabit strukturuna, özünəməxsus obrazlar sisteminə və qəhrəman tipinə görə fərqlənir. İlk növbədə qeyd etmək lazımdır ki, sehirli nağıl qəhrəmanı passiv qəhrəmandır. Köməkçi əldə etdikdən sonra qəhrəman passivləşir, sehirli əşya və köməkçi onun əvəzindən fəaliyyət göstərir. Başqa sözlə, sehirli nağıl qəhrəmanı qarşıya qoyduğu məqsədə sehirli əşya və köməkçilərin köməyi ilə çatır. Sehirli nağıllarda köməkçi rolunda o dünya varlıqları – əsasən dərya atı, div, Simurq quşu, göyərçin cildinə girmiş pəri qızlar, sehirli əşya kimi isə o dünya varıqlarına məxsus predmetlər – onların sehirli üzüyü, papağı, qılıncı, yaxud da həmin varlıqların yaşadığı məkana məxsus əşyalar – orada bitən ağacın meyvəsi, çubuğu və sair çıxış edir. Bir qayda olaraq qəhrəman müəyyən sınaqlardan keçdikdən sonra bu köməkçi vasitələrə yiyələnir. Sehirli nağılların digər bir əlaməti onların ikiqütblü olmasıdır. Bir tərəfdə ideallaşdırılan nağıl qəhrəmanı, digər tərəfdə isə antoqonis və ya yalançı qəhrəman, bir tərəfdə idealizə edilən işıqlı dünya, digər tərəfdə qaranlıq, yeraltı dünya vardır. Bu dünyaların arasında isə marginal zonalar yerləşir ki, hər iki dünyanın sərhədində olduğu üçün bu zonalar mediator (vasitəçi, əlaqələndirici) funksiyası yerinə yetirirlər.
Məişət nağılları haqqında
Məişət nağılları daha çox inandırıcı olur, real hadisələrdən bəhs edir və ailə-məişətlə bağlı olur. Real qəhrəmanlarla bağlı olan məişət nağılları bu xüsusiyyətlərinə görə realist nağıl da adlanır. Qəhrəman şər qüvvələrlə mübarizədə sehrli qüvvələrin köməyilə deyil, öz diribaşlığı və bacarığı sayəsində qalib çıxır. "Daşdəmirin nağılı" realist nağıllardan hesab edilir, Burada Daşdəmirə sehrli qüvvələr deyil, müəllimi Mirzə Möhsün və padşah qızı Nardam xanım kömək edirlər. Onun silahı biliyidir. Ağıllı və qorxmaz Daşdəmir bağban oğlu olsa da, əsərin sonunda zülmkar adamlara qalib gəlir.
Məişət nağıllarına din və etiqadla aparılan mübarizə daha çox xarakterikdir. Burada molla və qazıların bütün yalanları, ehtirasları, tamahkarlıqları,bir sözlə, bütün alçaqlıqlarını örtən pərdə yırtılıb göz qabağına qoyulmuşdur. Məişət nağılları məzmununa görə iki yerə ayrılır: ciddi məzmunlu məişət nağılları, komik məzmunlu məişət nağılları. Birinci bölümə aid edilən məişət nağıllarında təhkiyə ciddi şəkildə aparılır. Süjet qəhrəmanın sınaqlardan, çətinliklərdən keçməsi, həlli çətin, mürəkkəb olan şərtlərin yerinə yetirilməsi üzərində qurulur. Bu nağılların bir qismində baş qəhrəman sehrli nağıllarda olduğu kimi ideallaşdırılır. Onlar igid, ağıllı, ən müşkül hadisələrdən baş çıxaran, çətinliklərin öhdəsindən gələn, qorxmaz, cəsarətli qəhrəmanlar kimi göz önünə gəlirlər. “Dərzi şagirdi Əhməd” bu tip nağıllara bir nümunə ola bilər. Komik məzmunlu məişət nağıllarında, xüsusilə keçəllə bağlı nağıllarda süjet mənfi qəhrəmanın rüsvay edilməsilə sonayetir. Bu baxımdan “Keçəl” nağılı çox səciyyəvidir.
Heyvanlar haqqında nağıllar
Bu nağıllar folklorun qədim nümunələrindəndir və heyvanlar aləmindən bəhs edir. Belə nağılların qəhrəmanları ayı, qurd, şir, dovşan, tülkü, at, it, qoyun və digər heyvanlar və quşlar olurlar. "Tülkü ilə qurd", "Tülkü ilə canavar", "Şəngülüm, Şüngülüm və Məngülüm" və s. örnəkləri vardır. Bu nağıllarda heyvanlar aləmi insan fikiri və hissi, onun həyati görüşlərinin əks forması kimi ifadə olunur. İnsan kimi düşünən, özünü insan kimi aparan, danışan heyvanlar poetik şərtilik daşıyır.Heyvanlar haqqındakı nağıllar folklorun ən qədim janrlarındandır. Onda heyvanların və quşların mənşəyi, heyvanlar və insanlar arasındakı əlaqə, totem heyvanlar barədə süjetlərə rast gəlinir. Heyvanlar haqqında nağıllarda yırtıcılar – şir, pələng, ayı, canavar, tülkü bütün başqa xırda meşə heyvanlarına və quşlarına, eləcə də ev heyvanlarına qarşı qoyulur. Bu tip nağıllarda antiteza güclü-zəif, böyük-kiçik, yırtıcıqeyri-yırtıcı prinsipi ilə qoyulur. Bununla yanaşı nağıl yırtıcı, vəhşi heyvanların aralarındakı toqquşmanı da göstərir. Vəhşi heyvanlarla digər heyvanların qarşıdurmasını əks etdirən nağıllarda hadisələr vəhşi heyvanların deyil, əks tərəfin üstünlüyü ilə sona yetir. “Şəngülüm, Şüngülüm, Məngülüm” nağılında da bu cəhət özünü qabarıq şəkildə göstərir.
Tarixi nağıllar
Tarixidən əsaslanır. Şahlar və vəzirlər həmişə zalım, zülmkar kimi göstərilmir, əksinə, hökmdarların hərəkətləri dinləyicidə maraq yaradır. Bununla belə, bu nağıllarda müsbət qəhrəmanlar əsasən kütlə içindən çıxan, zəhmətlə dolanan adamlar olurlar.
Novellistik nağıllar
Novellistik nağılların öz süjet dövrəsi, obrazları, spesifik bədii təsvir vasitələri vardır. Sehirli nağıllardan fərqli olaraq, onlar tamamilə başqa ideya və zəmin əsasında qurulur. Xalqın əxlaqi görüşləri, ədalətli hökmdar haqqında təsəvvürləri onların məzmununu müəyyənləşdirir. Novellistik nağılların qəhrəmanı həqiqi dünyada yaşayır, öz zirəkliyi, ağlı ilə istəyinə çatır. Əgər sehrli nağıllarda qəhrəman qarşıya qoyduğu məqsədə sehrli əşya və köməkçilərin köməyi ilə çatırsa, novellistik nağıllarda ağlın, zəkanın, hazırcavablığın köməyi ilə buna nail olur.
Bahadırlıq nağılları
Bahadırlıq nağılları qəhrəmanın fiziki gücünün öyüldüyü, onun bahdırlıq cizgilərinin qabardıldığı nağıl qruplarından biridir. Sehrli nağıllarda qəhrəmanın uşaqlıq dövrü elə bir əhəmiyyət kəsb etmədiyi üçün onun ayla, günlə böyüdüyü qeyd olunaraq bu mərhələnin üstündən keçilirsə, bahadırlıq nağıllarında qəhrəmanın uşaqlıq dövrü epik genişlik qazanır və onu təşkil edən motivlərin rəngarəngliyinə görə digər qruplardan seçilir. Bu mərhələ qeyri-adi mayalanma, qeyri-adi doğuluş, erkən yaşlarından dil açıb yerimə, ad qoyma və erkən qəhrəmanlıq motivlərini özündə ehtiva edir. Bahadırlıq nağıllarında qəhrəman demonik varlıqlarla birbaşa təmasdan və ya onlara məxsus müəyyən əşyaların qəbulundan doğulur. Demonik varlıqlardan törədiyi üçün qəhrəman onlara məxsus xüsusiyyətlərin daşıyıcısı olur. Məsələn, Qaraqaş bir cüt qara qaş şəklində, "Ceyran" nağılının eyni adlı qəhrəmanı yarı insan, yarı ceyran şəklində dünyaya gəlir. Belə əlamətlərlə doğulan uşaqlar qüsurlu hesab olunduğuna görə onlar çox vaxt valideynləri tərəfindən qəbul edilmir. Hadisələrin sonrakı inkişafı zamanı həmin əlamətlər aradan qaldırılır. Nəticədə assimmetrik vəziyyətdən çıxarılmış bahadır həm də epik sosium daxilində yaşamaq hüququ əldə etmiş olur. Bahadırlıq nağılları üçün xarakterik kompozisiya vahidlərindən biri də qəhrəmanın kiçik yaşlarında ikən mifoloji varlıqların himayəsi altında böyüməsidir. Bahadırlıq nağıllarında fiziki güc qəhrəmana, adətən, onun demonik mənşəyindən keçir. Belə bir mənşədən məhrum bahadırlar isə sonradan həmin varlıqların himayəsi altında böyüməklə qeyri-adi gücə yiyələnirlər. Bu baxımdan demonik varlıqlardan törəmə ilə onların himayəsi altında böyümə arasında elə bir funksional fərq yoxdur. Hər iki motiv bahadırın fiziki gücünü motivləşdirməyə xidmət edir. Sehrli nağıllarda qəhrəman qarşıya qoyulan məqsədə sehrli əşya və köməkçinin köməyi ilə, bahadırlıq nağıllarında isə fiziki gücü hesabına çatır. Sehrli nağıllarda köməkçi əldə etdikdən sonra qəhrəman passivləşirsə, bahadırlıq nağıllarında əksinə, sehrli əşyaların nağıl strukturundan çıxması və köməkçinin funksiyalarını itirməsi qəhrəmanın aktivləşməsinə səbəb olur. Öz funksiyalarının bir hissəsini itirmiş köməkçi bahadırlıq nağıllarında, əsasən, qəhrəmana məsləhət verən, yol göstərən, onu at və silahla təmin edən, dara düşdükdə ona kömək edən və himayəçi rolunda fəaliyyətini davam etdirir. Sehrli nağıl personajları biri, birisi, padşah, div və s. bu kimi ümumi ad altında təqdim olunan qeyri-müəyyən personajlardır. Hətta baş rolun ifaçısı belə xüsusi inisiala sahib olsa da, bu, onu fərdi obraza çevirmir. Bahadırlıq nağıllarında isə əksinə, nəinki baş rolun ifaçısı, hətta antoqonist personajlar belə xüsusi inisiala sahib fərdi obrazlardır. Söyləyici sehrli nağıllarda istənilən qəhrəmanı Məlikməmməd adı altında təqdim edə bilirsə, bahadırlıq nağıllarında bu, mümkün deyildir. Bahadırlıq nağıllarında ad obraza onun hansısa bir əlamətinə görə – ya doğulma vəziyyətinə, ya şəxsi keyfiyyətinə, ya da sosial vəziyyətinə görə verilir. Məsələn, "Tapdıq" nağılında bahadıra yoldan tapıldığına görə, "Qaraqaş" nağılında bir cüt qara qaş şəklində doğulduğuna görə, "Ağ quş" nağılında isə şirin himayəsində böyüdüyünə görə ad verilir. Adla obraz arasındakı bu cür bağlılıq obrazı fərdiləşdirir, onu fərdi bir personaja çevirir. Bahadırlıq nağıllarında kişi personajlarla yanaşı, qadın obrazlarının fəaliyyətində də fiziki güc əsas rol oynayır. Qadınlarda zahiri gözəlliklə yanaşı, döyüşkənlik, qorxmazlıq kimi keyfiyyətlər ön plana çıxarılır.
Mənbə
- Bədii ədəbiyyat, ədəbiyyatşünaslıq və onun sahələri 2008-01-23 at the Wayback Machine
- Şifahi xalq ədəbiyyatı 2011-08-07 at the Wayback Machine
- Azərbaycan türklərinin xalq yaradıcılığı
İstinadlar
- H.Zeynallı. Azərbaycan nağılları. Bakı: Şərq-Qərb. 2005. səh. 360.
- Oruc Əliyev. Azərbaycan nağıllarının poetikası. Bakı. 2022. səh. 56.
- Ə.Axundov. Azərbaycan nağılları. 5 cilddə, III cild. Bakı: Şərq-Qərb. 2005. səh. 149-160. ISBN .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Nagil sifahi xalq edebiyyatinin epik novunun en qedim ve en cox yayilmis janridir Nagillar xalq nagillari ve muellif nagillari olmaqla iki qrupa bolunur Muellif nagillarindan ferqli olaraq xalq nagillarinin yazildigi tarix ve muellifi belli olmur XususiyyetleriNagillarda xalqin heyati ve meiseti dunyagorusu ve inanclari arzu ve xeyallari eks olunur Nagillar esasen qaravelli adlandirilan girisle baslayir Bu girisler nagilin mezmunu ile bagli olmur Meselen Hamam hamam icinde xelbir saman icinde deve delleklik eyler kohne hamam icinde hamamcinin tasi yox baltacinin baltasi yox orda bir tazi gordum onun da xaltasi yox Nagil magil bilmerem bilsem de soylemerem xandan gelmis nokerem dinme boyrunu sokerem Nagilin evvelinde Biri vardi biri yox sonunda ise Goyden uc alma dusdu biri menim biri ozumun biri de nagil deyenin sozleri islenir Baslangicda ve sonluqda verilen hemin epik formullarla yanasi qehremanlarla hadiselerle bagli formullardan da istifade olunur Meselen Qiz ne qiz goren bunun camalina heyrandi qas qara gozler surmeyi boyu serv derelerden sel kimi tepelerden yel kimi badi serser kimi Daglarin dabaniynan yollarin qiragiynan ayaq uzengide diz qabirgada ve s Nagillar movzu ve mezmunca dord nove bolunur sehrli nagillar meiset nagillari heyvanlar haqqinda nagillar tarixi nagillar lakin bezen sehrli ve heyvanlar haqqindaki nagillari efsanevi nagil altinda birlesdirirler Albert Edelfelt s illustration of Adalmina s Pearl a Finnish fairy tale by Zachris Topelius Sehrli nagillar Insanlarin mifik tesevvurleri eks olunan sehrli nagillarda sehrli quvveler ucan xalca sehrli papaq sehrli tutek divler yeddibasli ejdahalar efsanevi quslar ve s istirak edirler Bu nagillarda sujet efsanevi mekan ve zaman daxilinde bas verir lakin xeyali seltenet ve olkelerle yanasi heqiqi dunya kendler seherler tebiet goller meseler daglar eks olunur Bu nagillarda sehrli quvveler xeyri ve seri temsil edirler Meselen Zumrud qusu sehrli xalca sehrli uzuk sehrli papaq ve s esasen nagil qehremanina komek ederek onu dardan qurtarir Divler ejdehalar kupegiren qarilar ise ser islerde istirak edirler Sahzade Mutalib nagilinda ise div qehremana komek edir En meshur sehrli nagillardan olan Melikmemmed nagilinda sehrli obrazlar sirasinda sehrli almalar zumrud qusu Yel ati ag qoc qara qoc ve s vardir Nagilda isiqli ve qaranliq dunya tesvir edilmisdir Xeyirle serin mubarizesi atesperestlik dovrunun xususiyyetlerini eks etdirir Melikmemmed padsahin kicik ogludur Qardaslarinin xeyaneti neticesinde zulmet dunyasina dusen qehreman Zumrud qusunun komeyile isiqli dunyaya cixir Sehirli nagillar diger nagil qruplarindan sabit strukturuna ozunemexsus obrazlar sistemine ve qehreman tipine gore ferqlenir Ilk novbede qeyd etmek lazimdir ki sehirli nagil qehremani passiv qehremandir Komekci elde etdikden sonra qehreman passivlesir sehirli esya ve komekci onun evezinden fealiyyet gosterir Basqa sozle sehirli nagil qehremani qarsiya qoydugu meqsede sehirli esya ve komekcilerin komeyi ile catir Sehirli nagillarda komekci rolunda o dunya varliqlari esasen derya ati div Simurq qusu goyercin cildine girmis peri qizlar sehirli esya kimi ise o dunya variqlarina mexsus predmetler onlarin sehirli uzuyu papagi qilinci yaxud da hemin varliqlarin yasadigi mekana mexsus esyalar orada biten agacin meyvesi cubugu ve sair cixis edir Bir qayda olaraq qehreman mueyyen sinaqlardan kecdikden sonra bu komekci vasitelere yiyelenir Sehirli nagillarin diger bir elameti onlarin ikiqutblu olmasidir Bir terefde ideallasdirilan nagil qehremani diger terefde ise antoqonis ve ya yalanci qehreman bir terefde idealize edilen isiqli dunya diger terefde qaranliq yeralti dunya vardir Bu dunyalarin arasinda ise marginal zonalar yerlesir ki her iki dunyanin serhedinde oldugu ucun bu zonalar mediator vasiteci elaqelendirici funksiyasi yerine yetirirler Ivan Bilibinin gozel Vasilisa haqqinda rus nagilinin tesviriMeiset nagillari haqqinda Meiset nagillari daha cox inandirici olur real hadiselerden behs edir ve aile meisetle bagli olur Real qehremanlarla bagli olan meiset nagillari bu xususiyyetlerine gore realist nagil da adlanir Qehreman ser quvvelerle mubarizede sehrli quvvelerin komeyile deyil oz diribasligi ve bacarigi sayesinde qalib cixir Dasdemirin nagili realist nagillardan hesab edilir Burada Dasdemire sehrli quvveler deyil muellimi Mirze Mohsun ve padsah qizi Nardam xanim komek edirler Onun silahi biliyidir Agilli ve qorxmaz Dasdemir bagban oglu olsa da eserin sonunda zulmkar adamlara qalib gelir 1865 ci ilde Alexander Zick terefinden Hop o My Thumb ve div tesviri Meiset nagillarina din ve etiqadla aparilan mubarize daha cox xarakterikdir Burada molla ve qazilarin butun yalanlari ehtiraslari tamahkarliqlari bir sozle butun alcaqliqlarini orten perde yirtilib goz qabagina qoyulmusdur Meiset nagillari mezmununa gore iki yere ayrilir ciddi mezmunlu meiset nagillari komik mezmunlu meiset nagillari Birinci bolume aid edilen meiset nagillarinda tehkiye ciddi sekilde aparilir Sujet qehremanin sinaqlardan cetinliklerden kecmesi helli cetin murekkeb olan sertlerin yerine yetirilmesi uzerinde qurulur Bu nagillarin bir qisminde bas qehreman sehrli nagillarda oldugu kimi ideallasdirilir Onlar igid agilli en muskul hadiselerden bas cixaran cetinliklerin ohdesinden gelen qorxmaz cesaretli qehremanlar kimi goz onune gelirler Derzi sagirdi Ehmed bu tip nagillara bir numune ola biler Komik mezmunlu meiset nagillarinda xususile kecelle bagli nagillarda sujet menfi qehremanin rusvay edilmesile sonayetir Bu baximdan Kecel nagili cox seciyyevidir Heyvanlar haqqinda nagillar Bu nagillar folklorun qedim numunelerindendir ve heyvanlar aleminden behs edir Bele nagillarin qehremanlari ayi qurd sir dovsan tulku at it qoyun ve diger heyvanlar ve quslar olurlar Tulku ile qurd Tulku ile canavar Sengulum Sungulum ve Mengulum ve s ornekleri vardir Bu nagillarda heyvanlar alemi insan fikiri ve hissi onun heyati goruslerinin eks formasi kimi ifade olunur Insan kimi dusunen ozunu insan kimi aparan danisan heyvanlar poetik sertilik dasiyir Heyvanlar haqqindaki nagillar folklorun en qedim janrlarindandir Onda heyvanlarin ve quslarin menseyi heyvanlar ve insanlar arasindaki elaqe totem heyvanlar barede sujetlere rast gelinir Heyvanlar haqqinda nagillarda yirticilar sir peleng ayi canavar tulku butun basqa xirda mese heyvanlarina ve quslarina elece de ev heyvanlarina qarsi qoyulur Bu tip nagillarda antiteza guclu zeif boyuk kicik yirticiqeyri yirtici prinsipi ile qoyulur Bununla yanasi nagil yirtici vehsi heyvanlarin aralarindaki toqqusmani da gosterir Vehsi heyvanlarla diger heyvanlarin qarsidurmasini eks etdiren nagillarda hadiseler vehsi heyvanlarin deyil eks terefin ustunluyu ile sona yetir Sengulum Sungulum Mengulum nagilinda da bu cehet ozunu qabariq sekilde gosterir Covanni Francesko Straparolanin Straparolanin Uzlu Geceleri kitabindanTarixi nagillar Tarixiden esaslanir Sahlar ve vezirler hemise zalim zulmkar kimi gosterilmir eksine hokmdarlarin hereketleri dinleyicide maraq yaradir Bununla bele bu nagillarda musbet qehremanlar esasen kutle icinden cixan zehmetle dolanan adamlar olurlar Novellistik nagillar Novellistik nagillarin oz sujet dovresi obrazlari spesifik bedii tesvir vasiteleri vardir Sehirli nagillardan ferqli olaraq onlar tamamile basqa ideya ve zemin esasinda qurulur Xalqin exlaqi gorusleri edaletli hokmdar haqqinda tesevvurleri onlarin mezmununu mueyyenlesdirir Novellistik nagillarin qehremani heqiqi dunyada yasayir oz zirekliyi agli ile isteyine catir Eger sehrli nagillarda qehreman qarsiya qoydugu meqsede sehrli esya ve komekcilerin komeyi ile catirsa novellistik nagillarda aglin zekanin hazircavabligin komeyi ile buna nail olur Gustave Dore terefinden yazilmis edebi nagillari oxuyan Ana Qazin sekliBenovseyi nagil kitabi 1906 Bahadirliq nagillari Bahadirliq nagillari qehremanin fiziki gucunun oyulduyu onun bahdirliq cizgilerinin qabardildigi nagil qruplarindan biridir Sehrli nagillarda qehremanin usaqliq dovru ele bir ehemiyyet kesb etmediyi ucun onun ayla gunle boyuduyu qeyd olunaraq bu merhelenin ustunden kecilirse bahadirliq nagillarinda qehremanin usaqliq dovru epik genislik qazanir ve onu teskil eden motivlerin rengarengliyine gore diger qruplardan secilir Bu merhele qeyri adi mayalanma qeyri adi dogulus erken yaslarindan dil acib yerime ad qoyma ve erken qehremanliq motivlerini ozunde ehtiva edir Bahadirliq nagillarinda qehreman demonik varliqlarla birbasa temasdan ve ya onlara mexsus mueyyen esyalarin qebulundan dogulur Demonik varliqlardan torediyi ucun qehreman onlara mexsus xususiyyetlerin dasiyicisi olur Meselen Qaraqas bir cut qara qas seklinde Ceyran nagilinin eyni adli qehremani yari insan yari ceyran seklinde dunyaya gelir Bele elametlerle dogulan usaqlar qusurlu hesab olunduguna gore onlar cox vaxt valideynleri terefinden qebul edilmir Hadiselerin sonraki inkisafi zamani hemin elametler aradan qaldirilir Neticede assimmetrik veziyyetden cixarilmis bahadir hem de epik sosium daxilinde yasamaq huququ elde etmis olur Bahadirliq nagillari ucun xarakterik kompozisiya vahidlerinden biri de qehremanin kicik yaslarinda iken mifoloji varliqlarin himayesi altinda boyumesidir Bahadirliq nagillarinda fiziki guc qehremana adeten onun demonik menseyinden kecir Bele bir menseden mehrum bahadirlar ise sonradan hemin varliqlarin himayesi altinda boyumekle qeyri adi guce yiyelenirler Bu baximdan demonik varliqlardan toreme ile onlarin himayesi altinda boyume arasinda ele bir funksional ferq yoxdur Her iki motiv bahadirin fiziki gucunu motivlesdirmeye xidmet edir Sehrli nagillarda qehreman qarsiya qoyulan meqsede sehrli esya ve komekcinin komeyi ile bahadirliq nagillarinda ise fiziki gucu hesabina catir Sehrli nagillarda komekci elde etdikden sonra qehreman passivlesirse bahadirliq nagillarinda eksine sehrli esyalarin nagil strukturundan cixmasi ve komekcinin funksiyalarini itirmesi qehremanin aktivlesmesine sebeb olur Oz funksiyalarinin bir hissesini itirmis komekci bahadirliq nagillarinda esasen qehremana meslehet veren yol gosteren onu at ve silahla temin eden dara dusdukde ona komek eden ve himayeci rolunda fealiyyetini davam etdirir Sehrli nagil personajlari biri birisi padsah div ve s bu kimi umumi ad altinda teqdim olunan qeyri mueyyen personajlardir Hetta bas rolun ifacisi bele xususi inisiala sahib olsa da bu onu ferdi obraza cevirmir Bahadirliq nagillarinda ise eksine neinki bas rolun ifacisi hetta antoqonist personajlar bele xususi inisiala sahib ferdi obrazlardir Soyleyici sehrli nagillarda istenilen qehremani Melikmemmed adi altinda teqdim ede bilirse bahadirliq nagillarinda bu mumkun deyildir Bahadirliq nagillarinda ad obraza onun hansisa bir elametine gore ya dogulma veziyyetine ya sexsi keyfiyyetine ya da sosial veziyyetine gore verilir Meselen Tapdiq nagilinda bahadira yoldan tapildigina gore Qaraqas nagilinda bir cut qara qas seklinde dogulduguna gore Ag qus nagilinda ise sirin himayesinde boyuduyune gore ad verilir Adla obraz arasindaki bu cur bagliliq obrazi ferdilesdirir onu ferdi bir personaja cevirir Bahadirliq nagillarinda kisi personajlarla yanasi qadin obrazlarinin fealiyyetinde de fiziki guc esas rol oynayir Qadinlarda zahiri gozellikle yanasi doyuskenlik qorxmazliq kimi keyfiyyetler on plana cixarilir MenbeBedii edebiyyat edebiyyatsunasliq ve onun saheleri 2008 01 23 at the Wayback Machine Sifahi xalq edebiyyati 2011 08 07 at the Wayback Machine Azerbaycan turklerinin xalq yaradiciligiIstinadlarH Zeynalli Azerbaycan nagillari Baki Serq Qerb 2005 seh 360 Oruc Eliyev Azerbaycan nagillarinin poetikasi Baki 2022 seh 56 E Axundov Azerbaycan nagillari 5 cildde III cild Baki Serq Qerb 2005 seh 149 160 ISBN 9952 418 72 5