Nəqşi Cahan Meydanı (fars. ميدان نقش جهان Meydān-e naḳş-e cahān; “Dünyanın şəkli meydanı” ya da fars. ميدان شاه Meydān-e Şāh; “Şahın meydanı”) — Həmdə İmam meydanı adı ilə tanınır. İsfahanın mərkəzində olan meydan, İranın ve cənub-şərqi Asiyanın ən geniş meydanıdır. Meydanın 4 küncündə 4 fərqli bina tikilmişdir: qərbdə Ali Qapı sarayı, şimalda Qeysəriyyə bazarı, şərqdə dini mərkəz olan Şeyx Lütfullah məscidi, cənubda isə İmam məscidi yerləşir. Meydanın üstü açıq hissəsi isə bir çox mərasimlər üçün ictimai məkan kimi fəaliyyət göstərir. Meydan İranın 20.000 rial əskinasının arxa tərəfində təsvir olunub. Abidə UNESCO-nun Ümumdünya irsi siyahısına daxildir.
Nəqşi Cahan meydanı | |
---|---|
fars. ميدان نقش جهان | |
Ölkə | İran |
Şəhər | İsfahan |
Yerləşir | İsfahan |
Aidiyyatı | Səfəvilər imperiyası |
Tikilmə tarixi | 1598 |
Üslubu | , |
Vəziyyəti | stabil |
Tipi | Mədəni |
Kriteriya | i,v,vi |
Təyin edilib | 1979 |
İstinad nöm. | 115 |
Dövlət | İran |
Region | Asiya |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Nəqşi Cahan meydanı qurulduğu gündən etibarən həm şəhər, həm ümümulikdə İran nəzdində öz orginallığını və toxunulmazlığını qoruyub saxlayan məkanlardan biridir. Meydanın inşası 1598-ci ildə başlasa da təxminən 1632-ci ildə başa çatmışdır. Nəqşi Cahan meydanının layihələndirilməsi və tikintisi ideyası şah I Abbasın dövründə İsfahan şəhərinin cənub-qərbində təklif edilmiş və həyata keçirilmişdir. 1598-ci ildə Şah Abbas ölkənin paytaxtını Qəzvindən, İsfahan şəhərinə köçürməyə qərar verir. O səfəvi tarixindəki ən böyük şəhərsalma layihəsinin təşəbbüskarı olur. Bu nəhəng şəhərsalma proyektinin baş memarı Şeyx Bəhai (Bəhaəddin əl-Amili) idi Bu layihə Şah Abbasın baş planının iki əsas xüsusiyyəti üzərində cəmləmişdir: Şəhərin hər iki cinahında,bütün görkəmli qurumların, məsələn, bütün xarici dövlətlərin iqamətgahlarının yerləşdiyi Çaharbağ prospekti və Nəqşi Cahan Meydanı (“ Dünyanın Nümunəsi ”).Şahın hakimiyyətə gəlişindən əvvəl ölkədə mərkəzləşdirilməmiş güc strukturu var idi: müxtəlif qurumlar, hərbçilər ( qızılbaşlar ) hakimiyyət uğrunda mübarizə aparırdılar.) və imperiyanı təşkil edən müxtəlif əyalətlərin qubernatorları. Şah Abbas bu siyasi quruluşu sarsıtmaq istəyirdi və İsfahanın imperiyanın paytaxtı kimi yenidən qurulması hakimiyyətin mərkəzləşdirilməsində mühüm addım idi. Meydanın əhəmiyyəti ondan ibarət idi ki, Şah Abbas onu inşa etidrməklə Səfəvi hakimiyyətin üç əsas komponentini burada cəmləyəcəkdi; Şah Məscidi ruhanilərin gücünü,Bazar tacirlərin gücünü və təbii ki, Ali Qapı sarayı isə burada yaşayan şahın gücünün simvolu idi.
Meydan
Şah Abbasın dövründə İsfahanı ziyarət edən avropalılar da Şah Meydanına heyran olublar. Səfəvi sarayında qonaq olmuş alman səfir Adam Oleari meydan barədə öz qeydlərində yazır:
Şəhərin meydanı genişdir, uzunluğu təxminən 700 fut (213 m) və eni 200 (61 m) futdur. Qərbdə zərgərlik fəaliyyətləri üçün gözəl və vahid tağ fasadları tikilir. Onların önündə isə ağaclar əkilmişdir. Şərqdə Serena və nağara çalmaq üçün daha geniş tağ fasadları var. Cənubda Sahib Əl-Zaman məscidi, şimalda bazar yerləşir və meydanın mərkəzində idman tədbirləri keçirilir. Şah sarayının ətrafını hündür divarlar əhatə edir. Onu gündüzlər 3-4 nəfər, gecələr isə 15 nəfər qoruyur |
İtalyan səyyah Petro Della Valli də meydandan bəhs edərkən yazır:
Meydanın ətrafında dərə axır və bu dərə üzərində piyadaların yerişini təmin etmək üçün daşlar yerləşdirilib. Dərə və dükanlarla paralel formada ağaclar əkilmişdirki,zənnimcə bu ağaclar yarpaqlayan zaman dünyadaki ən gözəl mənzərə yaranacaqdır. Meydanın mərkəzi incə daş piltələrlə örtülmüşdür. Qaçış və at sürmək üçün bundan daha əlverişli yer yoxdur |
Bazar girişinin qarşısında sahəsi 21 metr, dərinliyi isə 3 m olan dərə yerləşir. Şarden izah edir ki, meydanın ətrafı sərt kərpic və ya qara daşla hörülmüşdür. Dərənin kənarında 4 insanın rahat hərəkət edə biləcəyi 2 metr enində səki var. Çay ilə meydanın ətrafındakı otaqlar arasında məsafə 6 metrdir. Gündüzlər meydanın çox hissəsini dövlətə həftəlik kirayə pulu ödəyən tacirlərin çadırları və tövlələri tuturdu. Burada həmçinin əyləncə nümayişçiləri və aktyorlar da var idi. Aclar üçün hazır yeməklər və ya qovun dilimləri qoyulurdu, su stəkanları isə su paylayanlar tərəfindən pulsuz paylanırdı.Böyük bazarın girişində insanlar bir fincan təzə qəhvə və su içərək ilə dincələ biləcəyi qəhvəxanalar var idi. Əslində ötən əsrlərdə qəhvə çay qədər dəbdə olmasa da bu qəhvxanalar günümüzdə də fəaliyyətini davam etdirirlər. Bəzi xüsusi günlərdə meydan ictimai mərasimlər və şənliklər üçün təmizlənərdi. Belə günlərdən biri də hər il keçirilən Novruz bayramı idi. Həmçinin, Ali Qapı sarayında yaşayan şahıburada polo idmanını da izləyərdi. Şah Abbas tərəfindən ucaldılmış mərmər qapı dirəkləri hələ də meydanın hər iki ucunda dayanır. Şah Abbasın dövründə İsfahan çox kosmopolit bir şəhərə çevrilmişdi. Burada daimi əhali olan türklərlə yanaşı, gürcülər, ermənilər, hindlilər, çinlilər və sayı getdikcə artan avropalılar da yaşayırdı. Şah Abbas şah emalatxanalarında işləmək və çini sənətini öyrətmək üçün 300-ə yaxın çinli sənətkarı Çindən İsfahana gətirtmişdi. Hindlilər özlərinə ayrılan karvansaraylarda yaşayır və əsasən tacir, sərraf kimi işlərdə çalışırdılar. Avropalılar isə burada tacir, Roma Katolik missionerləri, rəssamlar və sənətkarlar olaraq fəaliyyət göstərirdilər. Hətta adətən artilleriya sahəsində təcrübəyə malik olan əsgərlər də yaşamaq üçün Avropadan Səfəvi imperiyasına səyahət edərdilər. Portuqaliyanın Səfəvi sarayındakı səfiri De Quvea öz qeydlərində yazır:
İsfahanlılar əcnəbilərlə münasibətdə çox açıqdırlar, hər gün bir neçə başqa millətin adamları ilə ünsiyyət qurmaq məcburiyyətindədirlər |
İmam məscidi
Məscidin dörd tərəfindəki eyvanları tağlar birləşdirir. Kəbə istiqamətdə olan eyvan isə ən böyük və möhtəşəmdir. Onun mavi günbəzi çox gözəldir. Baş günbəzin hündürlüyü 52, minarələrin yüksəkliyi isə 42 metrdir. İçərisi unikal naxışlar, rəsmlər, ornamentlər və xəttat yazıları ilə bəzənmiş məscidin ümumi sahəsi 20 min kvadrat metrdir. Ən maraqlısı isə məsciddəki akustikadır. Belə ki, məscidin qarşı tərəfindəki ən uzaq küncdə oturanın pıçıltısını bu tərəfdəki adamlar eşidirlər. 1611-cı ildə tikintisinə başlanan və inşası 30 il davam edən İmam məscidinin inşasına Ustad Əbül Qasım rəhbərlik etmiş, memarı isə Əli Əkbər İsfahanidir. Binanın planı 4 eyvanlıdır. Əsas ibadət məkanınn cənub-qərbi və cənub-şərqi mədrəsələrlə əhatə olunmuşdurş Bu mədrəslərdən biri Süleymani digəri isə Nəsiri adlanır. Yan tərəflərində iki hündür minarəsi olan sivri tağlı tacqapı var. İçəridə kiçik qübbəli düzbucaqlı məkandan keçən şimal eyvanı ilə üzbəüz olan və arxasında əsas ibadət otağının yerləşdiyi qiblə eyvanı bütün diqqəti qibləyə cəlb edir. Əsas ibadət otağının qiblə eyvanının arxasındakı hündür hissəsi kvadrat planlıdır və qübbə ilə örtülüdür. Xarici qübbə 54 m, minarələr isə 48 m hündürlükdədir. Qiblə eyvanı ilə 27.40 m hündürlüyündə, meydana baxan tacqapı harmoniya nümayiş etdirir. Daxili qübbənin hündürlüyü 38 m-dir.
Ali Qapı
Ali qapı sarayı Nəqşi Cahan meydanının qərbində, Şeyx Lütfullah məscidinin qarşısında yerləşir. Saray Səfəvi şahlarının rəsmi iqamətgahı olmuşdur. Abidə qırx səkkiz metr hündürlükdə, yeddi mərtəbəlidir. İlk mərtəbə giriş kimi istifadə olunur. Ölçüləri 20x 19 metrdir və hündürlüyü isə 13 metrdir. İkinci mərtəbədən baxdıqda Şeyx Lütfullah məscidini görmək mümkündür. 3-cü mərtəbədə 18 ədəd taxta ilə bəzədilmiş sütunlar mövcuddur. Bu mərtəbə bir çox yan təsirlərə məruz qaldığından II Şah Abbas tərəfindən yenidən bərpa edilmişdir. Abidənin 6-cı mərtəbəsində musiqi zalı vardır ki, onun divarlarında akustik dəyəri olan dərin dairəvi boşluqlar yerləşir. Sarayın adı “Ali” farsca “yüksək” “görkəmli” , qapı isə Azərbaycan tükcəsindən götürülmüşdür. Mənası yüksək qapı deməkdir. Bu saray on yeddinci əsrdə Şah I Abbasın fərmanı ilə inşa edilmişdir. Saray bu dövrdə əyanları və xarici səfirləri əyləndirmək üçün istifadə olunmuşdur. Şah ilk dəfə burada 1597-ci ildə Novruz bayramını qeyd etmişdir. Mərasim yeri olan Ali Qapı, kompleksin qapalı quruluşu ilə meydanın ictimailiyi arasında simvolik keçid rolunu oynayırdı. Ali Qapının bir hissəsi olduğu Dövlətxana Saray Kompleksi bir-birinə bağlı olan və müxtəlif funksiyalar üçün istifadə edilən çoxlu binalardan ibarət idi. Bu kompleksin tikintisinə I Şah Abbasın dövründə başlanmışdır; dövründə yeni bölmələr əlavə edilmiş və bütün tikinti II Şah Abbas tərəfindən sona çatıdırlmışdır. Kompleks dövlətxanə, hərəmxana, dəftərxana, səfirlərin qəbul olunduğu Talar-e Tavile adlı kiçik pavilyon və Ali Qapı Sarayı da daxil olmaqla bir sıra binadan ibarətidi. Səfəvi saraylarının ən fərqləndirici xüsusiyyətlərindən biri də odur ki, onların ətraflarında qalın divarlar və ya qalalar olmur. Görünürlük və açıqlıq Səfəvi şahlarının və dövlətin təmsil olunduğu saray memarlığının səciyyəvi xüsusiyyətləri idi. Səfəvi paytaxtının mərkəzində yerləşən Ali Qapı sarayı qalın və hündür divarlarla əhatə olunmuş intruziv Osmanlı və Moğol saraylarından fərqli olaraq şəhərin ən canlı ticarət və dini mərkəzlərindən birinin tərkib hissəsi kimi tikilmişdir. Səfəvi şahları öz müasirlərindən fərqli olaraq, yer üzündə imamların nümayəndəsi olmaq iddiasından çıxış etmiş, təvazökarlıq və səxavət məfhumlarına daha çox önəm vermiş, onları mərasim və memarlıq fəaliyyətlərində də göstərməyə çalışmışdırlar. Ali Qapı Sarayı ilə meydan arasında vasitəsiz vizual və məkan əlaqəsi də bu memarlıq mədəniyyətinin təzahürüdür. İranın 20.000 rial əskinasının arxa tərəfində saray təsvir edilmişdir. Saray 1953-cü il tarixli İran 20 rial əskinaslarının arxa tərəfində də təsvir edilmişdir.
Şeyx Lütfullah məscidi
Səfəvi dini memarlığının ən məşhur nümunələrindən biri olan məscid Meydan-ı Şahın şərq tərəfində yerləşir. Saray əhlinin şəxsi istifadəsi üçün tikilən məscidə Ali Qapı sarayından enərək getmək mümkündür. Həmin meydanın cənub tərəfində digər saray üzvlərinin ibadətləri üçün tikilmiş İmam məscidi yerləşir. Ali qapı sarayından bu məscidi uzun keçid vasitəsilə enilirdi. Keçid boyunca daimi mühafizəçilər yerləşdirilmişdir ki, onların məqsədi hərəmin qadınlarını buraya daxil ola biləcək kənar şəxslərdən qorumaq idi. Əsas girişdə də mühafiizəçilər varidi və məscidin qapıları hər zaman qapalı saxlanılırdı. Günümüzdə bu qapılar ziyarətçilərin üzünə açıqdır və keçid artıq istifadə olunmur.
Tarixi mənbələrə əsasən məscid əvvəllər müxtəlif adlarla anılmışdır. Cünabadi buranı “Qubbat Məscid” yəni günbəzli məscid, müasir tarixçi İsgəndər bəy Münşi isə paklıq və gözəllik məscidi adlandırmışdır. Digər tərəfdən isə avropalı səyyahlardan Şarden məsciddən günümüzdəki adı ilə bəhs etmişdir. 1602-1618 illəri arasında inşa edilən məscid əvvəllər Sədr və Fətullah məscidi kimi tanınsa da, sonradan Şah Abbasın qayınatası, şiə alimi Şeyx Lütfullahın adını daşımaqdadır.
Sarayın və məscidin meydanda birgə inşası Səfəvi hakimiyyətinin həm nəzəri, həm də praktiki olaraq dünyəvi və ruhani köklərini simvollaşdırır. Xaricdəki və daxildəki ərəb yazılarının məzmunu da binanın bu rolu ilə bağlıdır. Məscidin tikinti kitabələri və günbəz çarxı yazıları Əli Rza Abbasinin əsəridir. Kitabələrdə adı keçən digər ustalar isə Bəkir-i Bənna və dir.
Qeysəriyyə bazarı
Nəqşi Cahan meydanının şimal hissəsində yerləşən bazar İsfahanın və Orta Şərqin ən qədim və böyük bazarlarından biri hesab olunur. Burada əsasən xalça və kilim satılırdı. Bazarın 1000 ilə yaxın tarixi onun Səfəvilərdən öncə Səlçuk imperiyası zamanında inşa edildiyini göstərir. Bu, köhnə şəhəri yeni şəhərlə birləşdirən tağlı, iki kilometrlik küçədir.
Şəkillər
Mənbə
- E. Nathalie Rothman. Brokering Empire: Trans-Imperial Subjects between Venice and Istanbul. Cornell University Press. 2015. ISBN .
- Nora Fathalipour. The Sheikh Lotfollah Mosque. B.A. Law and History of Art and Archaeology. 2015.
- Shahani, Mohammadhossein. "Sheikh Lotfollah Mosque: A Story of Daylight in Sequential Spaces". Space and Culture. 24. June 18, 2018: 19–36. doi:10.1177/1206331218782406.
- Hamed Hayaty,Zahra Fazeli, Nima Alipoor. A REVIEW ON THE IDENTITY IN IRANIAN ARCHITECTURE. The Turkish Online Journal of Design, Art and Communication. 2016.
- . 2019-10-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-09-25.
İstinadlar
- "Archived copy". 2009-07-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-10-12.
- Hayaty, 2016. səh. 1525
- Rothman, 2015. səh. 236
- . 2019-10-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-09-25.
- . 2017-10-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-09-25.
- "Iran 20 Rials banknote 1953 Mohammad Reza Shah Pahlavi". www.worldbanknotescoins.com. 2022-01-23 tarixində . İstifadə tarixi: 2017-04-21.
- Brend, Barbara. Islamic Art. Harvard University Press. 1991. səh. 153. ISBN . İstifadə tarixi: 2012-04-07.
- ; ; . The Cambridge History of Islam. Cambridge University Press. 1977. səh. 737. ISBN . 2022-09-21 tarixində . İstifadə tarixi: 2012-04-07.
- Fathalipour, 2015. səh. 32
- . Archnet.org. 2006-02-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-07-19.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Neqsi Cahan Meydani fars ميدان نقش جهان Meydan e naḳs e cahan Dunyanin sekli meydani ya da fars ميدان شاه Meydan e Sah Sahin meydani Hemde Imam meydani adi ile taninir Isfahanin merkezinde olan meydan Iranin ve cenub serqi Asiyanin en genis meydanidir Meydanin 4 kuncunde 4 ferqli bina tikilmisdir qerbde Ali Qapi sarayi simalda Qeyseriyye bazari serqde dini merkez olan Seyx Lutfullah mescidi cenubda ise Imam mescidi yerlesir Meydanin ustu aciq hissesi ise bir cox merasimler ucun ictimai mekan kimi fealiyyet gosterir Meydan Iranin 20 000 rial eskinasinin arxa terefinde tesvir olunub Abide UNESCO nun Umumdunya irsi siyahisina daxildir Neqsi Cahan meydanifars ميدان نقش جهان 32 39 29 sm e 51 40 38 s u Olke IranSeher IsfahanYerlesir IsfahanAidiyyati Sefeviler imperiyasiTikilme tarixi 1598Uslubu Veziyyeti stabilUNESCO Umumdunya IrsiTipiMedeniKriteriyai v viTeyin edilib1979Istinad nom 115DovletIranRegionAsiya Vikianbarda elaqeli mediafayllarTarixiNeqsi Cahan meydani quruldugu gunden etibaren hem seher hem umumulikde Iran nezdinde oz orginalligini ve toxunulmazligini qoruyub saxlayan mekanlardan biridir Meydanin insasi 1598 ci ilde baslasa da texminen 1632 ci ilde basa catmisdir Neqsi Cahan meydaninin layihelendirilmesi ve tikintisi ideyasi sah I Abbasin dovrunde Isfahan seherinin cenub qerbinde teklif edilmis ve heyata kecirilmisdir 1598 ci ilde Sah Abbas olkenin paytaxtini Qezvinden Isfahan seherine kocurmeye qerar verir O sefevi tarixindeki en boyuk sehersalma layihesinin tesebbuskari olur Bu neheng sehersalma proyektinin bas memari Seyx Behai Behaeddin el Amili idi Bu layihe Sah Abbasin bas planinin iki esas xususiyyeti uzerinde cemlemisdir Seherin her iki cinahinda butun gorkemli qurumlarin meselen butun xarici dovletlerin iqametgahlarinin yerlesdiyi Caharbag prospekti ve Neqsi Cahan Meydani Dunyanin Numunesi Sahin hakimiyyete gelisinden evvel olkede merkezlesdirilmemis guc strukturu var idi muxtelif qurumlar herbciler qizilbaslar hakimiyyet ugrunda mubarize aparirdilar ve imperiyani teskil eden muxtelif eyaletlerin qubernatorlari Sah Abbas bu siyasi qurulusu sarsitmaq isteyirdi ve Isfahanin imperiyanin paytaxti kimi yeniden qurulmasi hakimiyyetin merkezlesdirilmesinde muhum addim idi Meydanin ehemiyyeti ondan ibaret idi ki Sah Abbas onu insa etidrmekle Sefevi hakimiyyetin uc esas komponentini burada cemleyecekdi Sah Mescidi ruhanilerin gucunu Bazar tacirlerin gucunu ve tebii ki Ali Qapi sarayi ise burada yasayan sahin gucunun simvolu idi MeydanSah Abbasin dovrunde Isfahani ziyaret eden avropalilar da Sah Meydanina heyran olublar Sefevi sarayinda qonaq olmus alman sefir Adam Oleari meydan barede oz qeydlerinde yazir Seherin meydani genisdir uzunlugu texminen 700 fut 213 m ve eni 200 61 m futdur Qerbde zergerlik fealiyyetleri ucun gozel ve vahid tag fasadlari tikilir Onlarin onunde ise agaclar ekilmisdir Serqde Serena ve nagara calmaq ucun daha genis tag fasadlari var Cenubda Sahib El Zaman mescidi simalda bazar yerlesir ve meydanin merkezinde idman tedbirleri kecirilir Sah sarayinin etrafini hundur divarlar ehate edir Onu gunduzler 3 4 nefer geceler ise 15 nefer qoruyur Italyan seyyah Petro Della Valli de meydandan behs ederken yazir Meydanin etrafinda dere axir ve bu dere uzerinde piyadalarin yerisini temin etmek ucun daslar yerlesdirilib Dere ve dukanlarla paralel formada agaclar ekilmisdirki zennimce bu agaclar yarpaqlayan zaman dunyadaki en gozel menzere yaranacaqdir Meydanin merkezi ince das piltelerle ortulmusdur Qacis ve at surmek ucun bundan daha elverisli yer yoxdur Bazar girisinin qarsisinda sahesi 21 metr derinliyi ise 3 m olan dere yerlesir Sarden izah edir ki meydanin etrafi sert kerpic ve ya qara dasla horulmusdur Derenin kenarinda 4 insanin rahat hereket ede bileceyi 2 metr eninde seki var Cay ile meydanin etrafindaki otaqlar arasinda mesafe 6 metrdir Gunduzler meydanin cox hissesini dovlete heftelik kiraye pulu odeyen tacirlerin cadirlari ve tovleleri tuturdu Burada hemcinin eylence numayiscileri ve aktyorlar da var idi Aclar ucun hazir yemekler ve ya qovun dilimleri qoyulurdu su stekanlari ise su paylayanlar terefinden pulsuz paylanirdi Boyuk bazarin girisinde insanlar bir fincan teze qehve ve su icerek ile dincele bileceyi qehvexanalar var idi Eslinde oten esrlerde qehve cay qeder debde olmasa da bu qehvxanalar gunumuzde de fealiyyetini davam etdirirler Bezi xususi gunlerde meydan ictimai merasimler ve senlikler ucun temizlenerdi Bele gunlerden biri de her il kecirilen Novruz bayrami idi Hemcinin Ali Qapi sarayinda yasayan sahiburada polo idmanini da izleyerdi Sah Abbas terefinden ucaldilmis mermer qapi direkleri hele de meydanin her iki ucunda dayanir Sah Abbasin dovrunde Isfahan cox kosmopolit bir sehere cevrilmisdi Burada daimi ehali olan turklerle yanasi gurculer ermeniler hindliler cinliler ve sayi getdikce artan avropalilar da yasayirdi Sah Abbas sah emalatxanalarinda islemek ve cini senetini oyretmek ucun 300 e yaxin cinli senetkari Cinden Isfahana getirtmisdi Hindliler ozlerine ayrilan karvansaraylarda yasayir ve esasen tacir serraf kimi islerde calisirdilar Avropalilar ise burada tacir Roma Katolik missionerleri ressamlar ve senetkarlar olaraq fealiyyet gosterirdiler Hetta adeten artilleriya sahesinde tecrubeye malik olan esgerler de yasamaq ucun Avropadan Sefevi imperiyasina seyahet ederdiler Portuqaliyanin Sefevi sarayindaki sefiri De Quvea oz qeydlerinde yazir Isfahanlilar ecnebilerle munasibetde cox aciqdirlar her gun bir nece basqa milletin adamlari ile unsiyyet qurmaq mecburiyyetindedirlerImam mescidiEsas meqale Imam mescidi Isfahan Imam mescidi gece gorunusu Mescidin dord terefindeki eyvanlari taglar birlesdirir Kebe istiqametde olan eyvan ise en boyuk ve mohtesemdir Onun mavi gunbezi cox gozeldir Bas gunbezin hundurluyu 52 minarelerin yuksekliyi ise 42 metrdir Icerisi unikal naxislar resmler ornamentler ve xettat yazilari ile bezenmis mescidin umumi sahesi 20 min kvadrat metrdir En maraqlisi ise mesciddeki akustikadir Bele ki mescidin qarsi terefindeki en uzaq kuncde oturanin piciltisini bu terefdeki adamlar esidirler 1611 ci ilde tikintisine baslanan ve insasi 30 il davam eden Imam mescidinin insasina Ustad Ebul Qasim rehberlik etmis memari ise Eli Ekber Isfahanidir Binanin plani 4 eyvanlidir Esas ibadet mekaninn cenub qerbi ve cenub serqi medreselerle ehate olunmusdurs Bu medreslerden biri Suleymani digeri ise Nesiri adlanir Yan tereflerinde iki hundur minaresi olan sivri tagli tacqapi var Iceride kicik qubbeli duzbucaqli mekandan kecen simal eyvani ile uzbeuz olan ve arxasinda esas ibadet otaginin yerlesdiyi qible eyvani butun diqqeti qibleye celb edir Esas ibadet otaginin qible eyvaninin arxasindaki hundur hissesi kvadrat planlidir ve qubbe ile ortuludur Xarici qubbe 54 m minareler ise 48 m hundurlukdedir Qible eyvani ile 27 40 m hundurluyunde meydana baxan tacqapi harmoniya numayis etdirir Daxili qubbenin hundurluyu 38 m dir Ali QapiEsas meqale Ali QapiAli Qapi sarayi Ali qapi sarayi Neqsi Cahan meydaninin qerbinde Seyx Lutfullah mescidinin qarsisinda yerlesir Saray Sefevi sahlarinin resmi iqametgahi olmusdur Abide qirx sekkiz metr hundurlukde yeddi mertebelidir Ilk mertebe giris kimi istifade olunur Olculeri 20x 19 metrdir ve hundurluyu ise 13 metrdir Ikinci mertebeden baxdiqda Seyx Lutfullah mescidini gormek mumkundur 3 cu mertebede 18 eded taxta ile bezedilmis sutunlar movcuddur Bu mertebe bir cox yan tesirlere meruz qaldigindan II Sah Abbas terefinden yeniden berpa edilmisdir Abidenin 6 ci mertebesinde musiqi zali vardir ki onun divarlarinda akustik deyeri olan derin dairevi bosluqlar yerlesir Sarayin adi Ali farsca yuksek gorkemli qapi ise Azerbaycan tukcesinden goturulmusdur Menasi yuksek qapi demekdir Bu saray on yeddinci esrde Sah I Abbasin fermani ile insa edilmisdir Saray bu dovrde eyanlari ve xarici sefirleri eylendirmek ucun istifade olunmusdur Sah ilk defe burada 1597 ci ilde Novruz bayramini qeyd etmisdir Merasim yeri olan Ali Qapi kompleksin qapali qurulusu ile meydanin ictimailiyi arasinda simvolik kecid rolunu oynayirdi Ali Qapinin bir hissesi oldugu Dovletxana Saray Kompleksi bir birine bagli olan ve muxtelif funksiyalar ucun istifade edilen coxlu binalardan ibaret idi Bu kompleksin tikintisine I Sah Abbasin dovrunde baslanmisdir dovrunde yeni bolmeler elave edilmis ve butun tikinti II Sah Abbas terefinden sona catidirlmisdir Kompleks dovletxane heremxana defterxana sefirlerin qebul olundugu Talar e Tavile adli kicik pavilyon ve Ali Qapi Sarayi da daxil olmaqla bir sira binadan ibaretidi Sefevi saraylarinin en ferqlendirici xususiyyetlerinden biri de odur ki onlarin etraflarinda qalin divarlar ve ya qalalar olmur Gorunurluk ve aciqliq Sefevi sahlarinin ve dovletin temsil olundugu saray memarliginin seciyyevi xususiyyetleri idi Sefevi paytaxtinin merkezinde yerlesen Ali Qapi sarayi qalin ve hundur divarlarla ehate olunmus intruziv Osmanli ve Mogol saraylarindan ferqli olaraq seherin en canli ticaret ve dini merkezlerinden birinin terkib hissesi kimi tikilmisdir Sefevi sahlari oz muasirlerinden ferqli olaraq yer uzunde imamlarin numayendesi olmaq iddiasindan cixis etmis tevazokarliq ve sexavet mefhumlarina daha cox onem vermis onlari merasim ve memarliq fealiyyetlerinde de gostermeye calismisdirlar Ali Qapi Sarayi ile meydan arasinda vasitesiz vizual ve mekan elaqesi de bu memarliq medeniyyetinin tezahurudur Iranin 20 000 rial eskinasinin arxa terefinde saray tesvir edilmisdir Saray 1953 cu il tarixli Iran 20 rial eskinaslarinin arxa terefinde de tesvir edilmisdir Seyx Lutfullah mescidiEsas meqale Isfahanin Seyx Lutfellah Mescidi Sefevi dini memarliginin en meshur numunelerinden biri olan mescid Meydan i Sahin serq terefinde yerlesir Saray ehlinin sexsi istifadesi ucun tikilen mescide Ali Qapi sarayindan enerek getmek mumkundur Hemin meydanin cenub terefinde diger saray uzvlerinin ibadetleri ucun tikilmis Imam mescidi yerlesir Ali qapi sarayindan bu mescidi uzun kecid vasitesile enilirdi Kecid boyunca daimi muhafizeciler yerlesdirilmisdir ki onlarin meqsedi heremin qadinlarini buraya daxil ola bilecek kenar sexslerden qorumaq idi Esas girisde de muhafiizeciler varidi ve mescidin qapilari her zaman qapali saxlanilirdi Gunumuzde bu qapilar ziyaretcilerin uzune aciqdir ve kecid artiq istifade olunmur Tarixi menbelere esasen mescid evveller muxtelif adlarla anilmisdir Cunabadi burani Qubbat Mescid yeni gunbezli mescid muasir tarixci Isgender bey Munsi ise pakliq ve gozellik mescidi adlandirmisdir Diger terefden ise avropali seyyahlardan Sarden mescidden gunumuzdeki adi ile behs etmisdir 1602 1618 illeri arasinda insa edilen mescid evveller Sedr ve Fetullah mescidi kimi taninsa da sonradan Sah Abbasin qayinatasi sie alimi Seyx Lutfullahin adini dasimaqdadir Sarayin ve mescidin meydanda birge insasi Sefevi hakimiyyetinin hem nezeri hem de praktiki olaraq dunyevi ve ruhani koklerini simvollasdirir Xaricdeki ve daxildeki ereb yazilarinin mezmunu da binanin bu rolu ile baglidir Mescidin tikinti kitabeleri ve gunbez carxi yazilari Eli Rza Abbasinin eseridir Kitabelerde adi kecen diger ustalar ise Bekir i Benna ve dir Qeyseriyye bazariNeqsi Cahan meydaninin simal hissesinde yerlesen bazar Isfahanin ve Orta Serqin en qedim ve boyuk bazarlarindan biri hesab olunur Burada esasen xalca ve kilim satilirdi Bazarin 1000 ile yaxin tarixi onun Sefevilerden once Selcuk imperiyasi zamaninda insa edildiyini gosterir Bu kohne seheri yeni seherle birlesdiren tagli iki kilometrlik kucedir SekillerMenbeE Nathalie Rothman Brokering Empire Trans Imperial Subjects between Venice and Istanbul Cornell University Press 2015 ISBN 978 0801463129 Nora Fathalipour The Sheikh Lotfollah Mosque B A Law and History of Art and Archaeology 2015 Shahani Mohammadhossein Sheikh Lotfollah Mosque A Story of Daylight in Sequential Spaces Space and Culture 24 June 18 2018 19 36 doi 10 1177 1206331218782406 Hamed Hayaty Zahra Fazeli Nima Alipoor A REVIEW ON THE IDENTITY IN IRANIAN ARCHITECTURE The Turkish Online Journal of Design Art and Communication 2016 2019 10 05 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2018 09 25 Istinadlar Archived copy 2009 07 03 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2016 10 12 Hayaty 2016 seh 1525 Rothman 2015 seh 236 2019 10 05 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2018 09 25 2017 10 22 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2018 09 25 Iran 20 Rials banknote 1953 Mohammad Reza Shah Pahlavi www worldbanknotescoins com 2022 01 23 tarixinde Istifade tarixi 2017 04 21 Brend Barbara Islamic Art Harvard University Press 1991 seh 153 ISBN 0 674 46866 X Istifade tarixi 2012 04 07 The Cambridge History of Islam Cambridge University Press 1977 seh 737 ISBN 0 521 29138 0 2022 09 21 tarixinde Istifade tarixi 2012 04 07 Fathalipour 2015 seh 32 Archnet org 2006 02 26 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2007 07 19