Bu məqalədə heç bir məlumatın mənbəsi . |
Məsihi (1580, Kaşan, İsfahan ostanı – 1655) — mənşəcə Azərbaycan türklərindən olan məşhur şair və həkim.
Məsihi | |
---|---|
Rüknəddin Məsud Məsihi | |
Doğum tarixi | 1579/1580 |
Doğum yeri | Təbriz |
Vəfat tarixi | 1655/1656 |
Vəfat yeri | Kaşan |
Vətəndaşlığı | Səfəvilər |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | şair, yazıçı |
Əsərlərinin dili | Azərbaycan dili |
Tanınmış əsərləri | |
Rüknəddin Məsud Məsihi Vikimənbədə |
Həyatı
Məsihi XVII əsrin ən gorkəmli şair və həkimlərindən biridir. Əslən həkimlər sulaləsindən olan Məsihinin atası Nizaməddin Əli İran və Hindistanın müxtəlif hökmdarlarının saraylarında həkimbaşı olmuşdur. Onun qardaşları Qütbə və Nasir, eləcə də oğlu Məhəmməd Hüseyn də həkim olmuşlar. Onların hamısı o dövrün butun savadlı adamları kimi şer yazmışlar.
Nizaməddin Əli oğlunun təbabət sahəsində savadlanması ilə şəxsən məşğul olur və Məsihi artıq gənc yaşlarından nəinki müalicə fəaliyyətinə başlayır, hətta müalicə həkimləri üçün sonralar böyük şöhrət qazanmış "Zabitət ül-əlac" ( "Müalicə qaydaları") adlı kitab da yazır. Lakin poetik irsinin əksər qisminin itirilməsinə baxmayaraq, Məsihi hazırda daha çox şair kimi məşhurdur. Bir sıra kiçik həcmli lirik və epik əsərləri ilə yanaşı onun 1629-cu ildə Azərbaycan türkcəsində qələmə aldığı "Vərqa və Gülşa" poeması da bizə çatmış və şairə böyük şöhrət qazandırmışdır. Bu əsərin nadir əlyazma nüsxələri Britaniya muzeyində və Tehran universitetinin kitabxanasında saxlanır. Həmin nüsxələrdən ikincisi əvvəlcə alim və şairlərə himayədarlığı ilə şöhrət tapmış, özü də ortabab şair olan Qarabağ bəylərbəyi Qacara (bu vəzifəyə 1664-cü ildə təyin olunub) məxsus olmuşdur. Nüsxədə bu haqda qeyd də var. Sonradan bu nüsxə müəmmalı bir tərzdə Moskvada üzə çıxır və Məhəmməd Hatəmi oğlu Hüseynqulu Kahdamini 1749-1750-ci ildə onu oradan alıb, Tehrana aparır. London nüsxəsi poemanın yazılıb başa çatmasından 17 il sonra köçürülüb. Qarabağ nüsxəsi isə ondan 4 il sonra köçürülüb. Uğurlu xana məxsus nüsxəni cildləmiş ustanın adı da məlumdur: o, tanınmış Azərbaycan xəttatı .
Məsihi oz əsərlərində "Dane və dam" (Buğda və tələ), "Zənbur və əsəl" (Arı və bal) adlı, həmçinin Azərbaycan dilində yazdığı əsərlər haqqında məlumat verir. Lakin nə bu əsərlər, nə də Nizami poemalarının mövzularında yazdığı əsərlər bizə gəlib çatmamışdır, bunlar barədə şairin müasirləri məlumat verirlər. Məsihinin həyat və yaradıcılığı haqqında məlumatlar orta əsr təzkirəçilərinin əsərlərinin təhlili əsasında ədəbiyyatşünas Əliyar Səfərli tərəfindən nizama salınmışdır.
Həkim-şairin həyat dovru təqribən 1579/80-1655/56-cı illər arasında müəyyənləşdirilib. Məsihinin əsli Təbrizdəndir. Orası da məlumdur ki, onun atası əvvəlcə şah I Təhmasibin başqa saray əyanları ilə birlikdə Təbrizdən Qəzvinə, sonra isə Şah I Abbas paytaxtı köçürəndə İsfahana gəlib.
Şairin tam adı Ruknəddin Məsud Məsihidir. Cox zaman onu sadəcə Rukna da cağırırlar. Məsihi (Məsih, Məsiha) onun ədəbi təxəllüsüdür. Məsihi İsfahanda yaxşı təhsil alıb. Azərbaycan, fars və ərəb dillərində gözəl danışır, təbabət, fəlsəfə, məntiq, nücum, ilahiyyat və şerşunaslıq elmlərini dərindən bilirmiş. Müasirlərinin əksəriyyəti kimi xəttatlıqla maraqlanıb və bu sahədə özünün dediyinə görə, boyuk uğurlar qazanıb. Şerlərini əsasən, və fars dilində yazıb. Əsərlərinin tam külliyyatı 100 min beytə çatır.
Estafeti oz atasından qəbul edən Məsihi də şah Abbasın sarayında həkim kimi çalışıb. Özünün geniş dünyagörüşü, yüksək savadı və saray mühiti üçün vacib amil sayılan böyük poetik istedadı sayəsində tezliklə I Şah Abbasla yaxınlaşır və onun ən yaxın müşavirinə çevrilir. Orta əsr təzkirəçilərinin dediyinə görə, şah tez-tez Məsihinin evində qonaq olur və onun məclislərində iştirak edirdi. Məsihi şahın müşaviri kimi onu bir çox hərbi yürüşlərində də müşayiət edir. Lakin onların arası dəyir və Məsihi digər məşhur həkim dostu Heydərlə Hindistana üz tutur.
Hindistanda Məsihi muxtəlif səviyyəli hakimlərin, o cumlədən Böyuk Moğollar sülaləsindən olan şah Əkbər və Cahangirin saraylarında müalicə həkimi olur. Bir həkim kimi sarayda böyük nüfuza malik idi. sarayında çalışdığı dövrə aid bir məşhur əhvalat da bunu sübut edir. Hansısa qəbahətinə görə həkim Rüknadan tələb edirlər ki, saraydan getsin. Lakin üstündən heç bir il keçməmiş şah ağır xəstələnir və həkimlərdən heç biri onu sağalda bilməyəndə Məsihidən üzr istəyib, onu yenidən saraya qaytarırlar.
O, Allahabadda, Caypurda, Aqrada və Hindistanın başqa şəhərlərində yaşayır. Burada o, tez-tez həmyerlilərimizlə görüşürdü. Məsihi sarayda görkəmli Azərbaycan şairi Saib Təbrizi ilə tanış olur. Bir çox təzkirəçilər Saibi Məsihinin tələbəsi hesab edirdilər. Onların bu dostluğu hər iki şairin yaradıcılığına müsbət təsir göstərmişdi.
Məsihinin ilk "Divan"larından biri onun ölümündən sonra Saib tərəfindən tərtib olunmuşdur. Məsihinin şəxsi tanışlarından olan təzkirəçi yazır ki, Saibin evində onun on "Divan"ı varmış. olarkən Məsihi "Bürhane qate" lüğətinin müəllifi, Azərbaycan alimi ilə görüşmüşdür. 1632-ci ildə Məsihi Hindistanda 20 il yaşayandan sonra vətənə qayıdır. Onun qayıtması münasibətilə şair təxminən bu məzmunda bir şer də yazmışdı: "Allaha min şükürlər olsun ki, mənə həkim Rüknünü görmək qismət oldu. Onun həkimliyindən təptəzə qalmış çoxillik şərab kimi həkimlər can alır. Allah o adamın camını doldursun ki, mənim əllərimi bu qədəhə yetirdi."
Vətənə qayıtdıqdan sonra Məsihi hələ Hindistana getməzdən əvvəl Səfəvi şahı I Abbasın şərəfinə yazmağa başladığı "Vərqa və Gülşa" poemasını şah Səfiyə təqdim edir. Buna baxmayaraq, saray onu qəbul etmir və bu böyük şəxsiyyət ömrünün qalan hissəsini kasıblıqla keçirir.
Həkim Rukna 81 yaşında Kaşan şəhərində vəfat edir. Deyilənlərə görə, o, özünün həkimlik fəaliyyətini son günlərinə qədər dayandırmamışdır.
Mənbə
- Rüknəddin Məsud Məsihi (Həkim Rükna)
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqalede hec bir melumatin menbesi gosterilmemisdir Lutfen etibarli menbeler elave etmekle meqaleni tekmillesdirmeye komek edin Qerez yaradan menbesiz hisseler muzakiresiz siline biler Mesihi 1580 Kasan Isfahan ostani 1655 mensece Azerbaycan turklerinden olan meshur sair ve hekim MesihiRukneddin Mesud MesihiDogum tarixi 1579 1580Dogum yeri TebrizVefat tarixi 1655 1656Vefat yeri KasanVetendasligi SefevilerMilliyyeti azerbaycanliFealiyyeti sair yaziciEserlerinin dili Azerbaycan diliTaninmis eserleri Verqa ve GulsaRukneddin Mesud Mesihi VikimenbedeHeyatiMesihi XVII esrin en gorkemli sair ve hekimlerinden biridir Eslen hekimler sulalesinden olan Mesihinin atasi Nizameddin Eli Iran ve Hindistanin muxtelif hokmdarlarinin saraylarinda hekimbasi olmusdur Onun qardaslari Qutbe ve Nasir elece de oglu Mehemmed Huseyn de hekim olmuslar Onlarin hamisi o dovrun butun savadli adamlari kimi ser yazmislar Nizameddin Eli oglunun tebabet sahesinde savadlanmasi ile sexsen mesgul olur ve Mesihi artiq genc yaslarindan neinki mualice fealiyyetine baslayir hetta mualice hekimleri ucun sonralar boyuk sohret qazanmis Zabitet ul elac Mualice qaydalari adli kitab da yazir Lakin poetik irsinin ekser qisminin itirilmesine baxmayaraq Mesihi hazirda daha cox sair kimi meshurdur Bir sira kicik hecmli lirik ve epik eserleri ile yanasi onun 1629 cu ilde Azerbaycan turkcesinde qeleme aldigi Verqa ve Gulsa poemasi da bize catmis ve saire boyuk sohret qazandirmisdir Bu eserin nadir elyazma nusxeleri Britaniya muzeyinde ve Tehran universitetinin kitabxanasinda saxlanir Hemin nusxelerden ikincisi evvelce alim ve sairlere himayedarligi ile sohret tapmis ozu de ortabab sair olan Qarabag beylerbeyi Qacara bu vezifeye 1664 cu ilde teyin olunub mexsus olmusdur Nusxede bu haqda qeyd de var Sonradan bu nusxe muemmali bir terzde Moskvada uze cixir ve Mehemmed Hatemi oglu Huseynqulu Kahdamini 1749 1750 ci ilde onu oradan alib Tehrana aparir London nusxesi poemanin yazilib basa catmasindan 17 il sonra kocurulub Qarabag nusxesi ise ondan 4 il sonra kocurulub Ugurlu xana mexsus nusxeni cildlemis ustanin adi da melumdur o taninmis Azerbaycan xettati Mesihi oz eserlerinde Dane ve dam Bugda ve tele Zenbur ve esel Ari ve bal adli hemcinin Azerbaycan dilinde yazdigi eserler haqqinda melumat verir Lakin ne bu eserler ne de Nizami poemalarinin movzularinda yazdigi eserler bize gelib catmamisdir bunlar barede sairin muasirleri melumat verirler Mesihinin heyat ve yaradiciligi haqqinda melumatlar orta esr tezkirecilerinin eserlerinin tehlili esasinda edebiyyatsunas Eliyar Seferli terefinden nizama salinmisdir Hekim sairin heyat dovru teqriben 1579 80 1655 56 ci iller arasinda mueyyenlesdirilib Mesihinin esli Tebrizdendir Orasi da melumdur ki onun atasi evvelce sah I Tehmasibin basqa saray eyanlari ile birlikde Tebrizden Qezvine sonra ise Sah I Abbas paytaxti kocurende Isfahana gelib Sairin tam adi Rukneddin Mesud Mesihidir Cox zaman onu sadece Rukna da cagirirlar Mesihi Mesih Mesiha onun edebi texellusudur Mesihi Isfahanda yaxsi tehsil alib Azerbaycan fars ve ereb dillerinde gozel danisir tebabet felsefe mentiq nucum ilahiyyat ve sersunasliq elmlerini derinden bilirmis Muasirlerinin ekseriyyeti kimi xettatliqla maraqlanib ve bu sahede ozunun dediyine gore boyuk ugurlar qazanib Serlerini esasen ve fars dilinde yazib Eserlerinin tam kulliyyati 100 min beyte catir Estafeti oz atasindan qebul eden Mesihi de sah Abbasin sarayinda hekim kimi calisib Ozunun genis dunyagorusu yuksek savadi ve saray muhiti ucun vacib amil sayilan boyuk poetik istedadi sayesinde tezlikle I Sah Abbasla yaxinlasir ve onun en yaxin musavirine cevrilir Orta esr tezkirecilerinin dediyine gore sah tez tez Mesihinin evinde qonaq olur ve onun meclislerinde istirak edirdi Mesihi sahin musaviri kimi onu bir cox herbi yuruslerinde de musayiet edir Lakin onlarin arasi deyir ve Mesihi diger meshur hekim dostu Heyderle Hindistana uz tutur Hindistanda Mesihi muxtelif seviyyeli hakimlerin o cumleden Boyuk Mogollar sulalesinden olan sah Ekber ve Cahangirin saraylarinda mualice hekimi olur Bir hekim kimi sarayda boyuk nufuza malik idi sarayinda calisdigi dovre aid bir meshur ehvalat da bunu subut edir Hansisa qebahetine gore hekim Ruknadan teleb edirler ki saraydan getsin Lakin ustunden hec bir il kecmemis sah agir xestelenir ve hekimlerden hec biri onu sagalda bilmeyende Mesihiden uzr isteyib onu yeniden saraya qaytarirlar O Allahabadda Caypurda Aqrada ve Hindistanin basqa seherlerinde yasayir Burada o tez tez hemyerlilerimizle gorusurdu Mesihi sarayda gorkemli Azerbaycan sairi Saib Tebrizi ile tanis olur Bir cox tezkireciler Saibi Mesihinin telebesi hesab edirdiler Onlarin bu dostlugu her iki sairin yaradiciligina musbet tesir gostermisdi Mesihinin ilk Divan larindan biri onun olumunden sonra Saib terefinden tertib olunmusdur Mesihinin sexsi tanislarindan olan tezkireci yazir ki Saibin evinde onun on Divan i varmis olarken Mesihi Burhane qate lugetinin muellifi Azerbaycan alimi ile gorusmusdur 1632 ci ilde Mesihi Hindistanda 20 il yasayandan sonra vetene qayidir Onun qayitmasi munasibetile sair texminen bu mezmunda bir ser de yazmisdi Allaha min sukurler olsun ki mene hekim Ruknunu gormek qismet oldu Onun hekimliyinden tepteze qalmis coxillik serab kimi hekimler can alir Allah o adamin camini doldursun ki menim ellerimi bu qedehe yetirdi Vetene qayitdiqdan sonra Mesihi hele Hindistana getmezden evvel Sefevi sahi I Abbasin serefine yazmaga basladigi Verqa ve Gulsa poemasini sah Sefiye teqdim edir Buna baxmayaraq saray onu qebul etmir ve bu boyuk sexsiyyet omrunun qalan hissesini kasibliqla kecirir Hekim Rukna 81 yasinda Kasan seherinde vefat edir Deyilenlere gore o ozunun hekimlik fealiyyetini son gunlerine qeder dayandirmamisdir MenbeRukneddin Mesud Mesihi Hekim Rukna Hemcinin baxVikimenbede Muellif Rukneddin Mesud Mesihi ile elaqeli melumatlar var Verqa ve Gulsa Azerbaycan sairlerinin siyahisi