Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Məsiağa Əhməd oğlu Məhəmmədi (1 may 1963, Əli-Bayramlı) — şərqşünas-alim və tərcüməçi, filologiya üzrə fəlsəfə doktoru (1991), Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Məsiağa Məhəmmədi | |
---|---|
Doğum tarixi | 1 may 1963 (61 yaş) |
Doğum yeri | |
Elm sahələri | filologiya, şərqşünaslıq |
Elmi dərəcəsi | Filologiya üzrə fəlsəfə doktoru (1991) |
Elmi rəhbəri | Rüstəm Əliyev |
Mükafatları | |
mesiha.blogspot.com |
Həyatı
1963-cü il mayın 1-də Əli-Bayramlı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1985–1987-ci illərdə Əfqanıstanda tərcüməçi kimi hərbi xidmətdə olmuşdur. 1987-ci ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyası Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda laborant, kiçik elmi işçi, böyük elmi işçi, bölmə müdiri, direktor müavini vəzifələrində çalışmışdır. 2004-cü ildən həmin institutun İran filologiyası şöbəsinin müdiridir.
1993-cü ildə Qarabağ müharibəsində iştirak etmiş, 1993–1994-cü illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi) xarici dillər kafedrasının dosenti olmuşdur. 2003–2004-cü illərdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində elmi işlər üzrə direktor müavini işləmişdir.
2011–2019-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin İran üzrə eksperti olmuşdur.
Fəaliyyəti
1991-ci ildə şərqşünas, professor Rüstəm Əliyevin rəhbərliyi altında "Saib Təbrizinin lirikası və farsdilli poeziyada "hind üslubu" problemi" mövzusunda dissertasiya müdafiə etmiş, həmin tədqiqat təkcə Azərbaycanda deyil, Rusiya, Özbəkistan, Gürcüstan, İran və Almaniyada yaşayan mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Dissertasiyada ilk dəfə olaraq, "hind üslubu"nun təkamül mərhələləri, ideoloji və estetik əsası müəyyən edilmişdir.
Bundan əlavə, Nizami, Sədi, Xacu, Hafiz, Füzuli, Tərzi Əfşar, Kəlim Kaşani, Şəhriyar və s. kimi şairlərin yaradıcılığı haqqında elmi yeniliyi ilə seçilən araşdırmaların müəllifidir.
Məqalələri Bakıdan əlavə, Moskvada, Sankt-Peterburqda, Daşkənddə, Təbrizdə, Tehranda, İstanbulda çap olunmuşdur.
Elmi fəaliyyətinin mühüm bir istiqaməti də mənbəşünaslıqdır. "Qızılbaşlar tarixi" adlı anonim mənbəni, Yusif Qarabağinin "Yeddi bağ" risaləsini geniş şərhlərlə fars dilindən Azərbaycan dilinə tərcümə və çap etmişdir. Həmçinin İmam Qəzzalinin "Kimiyayi-səadət" əsərindən müəyyən parçaları, Əbu Səid Əbül-Xeyr, Baba Kuhi Bakuvi, Şəms Təbrizi, Cəlaləddin Rumi, Şeyx Məhəmməd Xiyabani yaradıcılığından müəyyən nümunələri dilimizə çevirmişdir.
Müasir İran və Əfqanıstan ədəbiyyatından tərcümələr də etmişdir, xüsusən fars şairi Söhrab Sepehridən etdiyi tərcümələr elmi-ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.
Bir sıra beynəlxalq və respublika konfranslarında iştirak və çıxış etmiş, çoxsaylı elmi monoqrafiya və topluların redaktoru olmuşdur. Rəsmi opponent və üzv qismində Dissertasiya Şuralarının işində iştirak etmişdir.
Pedaqoji fəliyyətlə də məşğul olmuş, Azərbaycan Universitetində və Bakı Dövlət Universitetində Şərq ədəbiyyatı tarixindən mühazirələr oxumuşdur.
Mətbuat sahəsində də fəaliyyət göstərmiş, bir sıra qəzet və jurnalların redaktoru və redaksiya heyətinin üzvü olmuşdur.
1992-ci ildə yaranmış Vətəndaş Həmrəyliyi Partiyasının qurucularından biri və partiyanın siyasi məsələlər üzrə ilk katibi olmuşdur. Hazırda bitərəfdir.
Kitabları
Elmi araşdırmaları
- Saib Təbrizi və farsdilli poeziyada "hind üslubu". Bakı, "Elm", 1994
- Sədi və Hafiz. Bakı, "Nurlan", 2004
- Tədqiqlər və Tərcümələr. Bakı, "Nafta-press", 2004
- Şəms və Mövlana. Bakı, "Nurlan", 2010
- Güney Azərbaycan məsələləri. Bakı, "Bakı Çap Evi" nəşriyyatı, 2012
- Şəhriyar və zəmanəmiz. Bakı, ADMİU nəşriyyatı, 2015
- Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə. Bakı, "Poliart", 2017
- İran İslam Respublikasında siyasi partiyalar. Bakı, "Costco Company" MMC, 2018
Tərcümələri
- Qızılbaşlar tarixi. Fars dilindən tərcümə və şərhlər. Bakı, "Azərbaycan", 1993
- Yusif Qarabaği. Yeddi bağ. Fars dilindən tərcümə, ön söz və şərhlər. Bakı, "İrşad", 1997
- Müdərris Rəzəvi. Nəsirəddin Tusinin həyatı və əsərləri. Fars dilindən tərcümə (Vidadi Mustafayevlə birlikdə). Bakı, "Nurlan 2002
- Söhrab Sipehri. Suyun ayaq səsi (şeirlər və poema). Fars dilindən tərcümə və ön söz. Bakı, "Mütərcim", 2010
- Tərcümə çələngi. Bakı, "Nurlan", 2012
Tərtib etdiyi kitablar
- Şərqin aktual problemləri: tarix və müasirlik (akad. Z. M. Bünyadovun 80 illiyinə həsr olunmuş toplu). Bakı, "Nurlan", 2003
- "Şərq" tərcümə toplusu. Bakı, "Araz", 2004
- Rüstəm Əliyev fenomeni. Bakı, "Nurlan", 2004
- Rza Bərahəni: Şeirlər, Müsahibələr, Araşdırma. Bakı, "Qanun", 2009
- Söz mülkünün Şəhriyarı. Bakı, "Bakı Çap Evi", 2011
- Восточные общества: традиции и современность (Материалы II съезда молодых востоковедов стран СНГ). Москва-Баку, 2014
Redaktoru olduğu nəşrlər
- "Cahan" — elmi, ədəbi, ictimai jurnal – 1997–1998.
- "Elita" – ictimai-siyasi qəzet – 1998–1999
- "Hikmət" – elmi araşdırmalar toplusu – 2003–2004
- "Bakı-Təbriz" – dünya azərbaycanlılarının dərgisi – 2006–2010
Mükafatları
- SSRİ Ali Soveti Rəyasət Heyətinin 23.07.1987-ci il tarixli fərmanı ilə "Döyüş xidmətlərinə görə" medalı ilə təltif olunmuşdur.
- Əfqanıstan Demokratik Respublikası İnqilab Şurasının sədri Bəbrək Karməlin 05.05.1987-ci il tarixli fərmanı ilə "Əla hərbi xidmətə görə" medalı ilə təltif olunmuşdur.
- SSRİ Ali Soveti Rəyasət Heyətinin 28.01.1988-ci il tarixli fərmanı ilə "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı ilə təltif olunmuşdur.
- Əfqanıstan Respublikasının prezidenti Nəcibullanın 15.05.1988-ci il tarixli fərmanı ilə "Beynəlmiləlçi döyüşçüyə minnətdar əfqan xalqından" medalı ilə təltif olunmuşdur.
- 2013-cü ildə "Dünya ədəbiyyatı" jurnalının "Ustad" mükafatı ilə təltif olunmuşdur.
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10.11.2017-ci il tarixli sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.
- Tərcüməçilik fəaliyyətinə görə 02.05.2019-cu il tarixdə Azərbaycan Yazıçılar Birliyinin Əhməd bəy Ağaoğlu adına mükafatına layiq görülmüşdür.
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25.07.2019-cu il tarixli sərəncamı ilə ilə təltif olunmuşdur.
- Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 30.12.2021-ci il tarixdə "Nizami Gəncəvinin 880 illiyi (1141-2021)" xatirə nişanı ilə təltif olunmuşdur.
Haqqında
- Məsiağa Məhəmmədi – 50. Bakı, "Bakı Çap Evi", 2013
Xarici keçidlər
- Zümrüd Rəhimova. Elmin kamillik zirvəsi
- Qurban Bayramov. Tanıdığımız və tanımadığımız Məsiağa Məhəmmədi
- İlham Əliyev tanınmış alimi təltif etdi
- Yazıçılar Birliyi tərcüməçiləri mükafatlandırıb
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqalenin sonunda menbe siyahisi var lakin metndaxili menbeler hec ve ya kifayet qeder istifade edilmediyi ucun bezi melumatlarin menbesi bilinmir Lutfen menbeleri uygun sekilde metnin daxilinde yerlesdirerek meqalenin tekmillesdirilmesine komek edin Mesiaga Ehmed oglu Mehemmedi 1 may 1963 Eli Bayramli serqsunas alim ve tercumeci filologiya uzre felsefe doktoru 1991 Azerbaycan Yazicilar Birliyinin uzvu Mesiaga MehemmediDogum tarixi 1 may 1963 1963 05 01 61 yas Dogum yeri Eli Bayramli Azerbaycan SSR SSRIElm saheleri filologiya serqsunasliqElmi derecesi Filologiya uzre felsefe doktoru 1991 Elmi rehberi Rustem EliyevMukafatlarimesiha blogspot comHeyati1963 cu il mayin 1 de Eli Bayramli seherinde anadan olmusdur Azerbaycan Dovlet Universitetinin serqsunasliq fakultesini ferqlenme diplomu ile bitirmisdir 1985 1987 ci illerde Efqanistanda tercumeci kimi herbi xidmetde olmusdur 1987 ci ilden etibaren Azerbaycan Milli Elmler Akademiyasi Ziya Bunyadov adina Serqsunasliq Institutunda laborant kicik elmi isci boyuk elmi isci bolme mudiri direktor muavini vezifelerinde calismisdir 2004 cu ilden hemin institutun Iran filologiyasi sobesinin mudiridir 1993 cu ilde Qarabag muharibesinde istirak etmis 1993 1994 cu illerde Baki Ali Birlesmis Komandanliq Mektebinin indiki Heyder Eliyev adina Azerbaycan Ali Herbi Mektebi xarici diller kafedrasinin dosenti olmusdur 2003 2004 cu illerde Nizami Gencevi adina Milli Azerbaycan Edebiyyati Muzeyinde elmi isler uzre direktor muavini islemisdir 2011 2019 cu illerde Azerbaycan Respublikasinin Prezidenti yaninda Strateji Arasdirmalar Merkezinin Iran uzre eksperti olmusdur Fealiyyeti1991 ci ilde serqsunas professor Rustem Eliyevin rehberliyi altinda Saib Tebrizinin lirikasi ve farsdilli poeziyada hind uslubu problemi movzusunda dissertasiya mudafie etmis hemin tedqiqat tekce Azerbaycanda deyil Rusiya Ozbekistan Gurcustan Iran ve Almaniyada yasayan mutexessisler terefinden yuksek qiymetlendirilmisdir Dissertasiyada ilk defe olaraq hind uslubu nun tekamul merheleleri ideoloji ve estetik esasi mueyyen edilmisdir Bundan elave Nizami Sedi Xacu Hafiz Fuzuli Terzi Efsar Kelim Kasani Sehriyar ve s kimi sairlerin yaradiciligi haqqinda elmi yeniliyi ile secilen arasdirmalarin muellifidir Meqaleleri Bakidan elave Moskvada Sankt Peterburqda Daskendde Tebrizde Tehranda Istanbulda cap olunmusdur Elmi fealiyyetinin muhum bir istiqameti de menbesunasliqdir Qizilbaslar tarixi adli anonim menbeni Yusif Qarabaginin Yeddi bag risalesini genis serhlerle fars dilinden Azerbaycan diline tercume ve cap etmisdir Hemcinin Imam Qezzalinin Kimiyayi seadet eserinden mueyyen parcalari Ebu Seid Ebul Xeyr Baba Kuhi Bakuvi Sems Tebrizi Celaleddin Rumi Seyx Mehemmed Xiyabani yaradiciligindan mueyyen numuneleri dilimize cevirmisdir Muasir Iran ve Efqanistan edebiyyatindan tercumeler de etmisdir xususen fars sairi Sohrab Sepehriden etdiyi tercumeler elmi edebi ictimaiyyet terefinden maraqla qarsilanmisdir Bir sira beynelxalq ve respublika konfranslarinda istirak ve cixis etmis coxsayli elmi monoqrafiya ve toplularin redaktoru olmusdur Resmi opponent ve uzv qisminde Dissertasiya Suralarinin isinde istirak etmisdir Pedaqoji feliyyetle de mesgul olmus Azerbaycan Universitetinde ve Baki Dovlet Universitetinde Serq edebiyyati tarixinden muhazireler oxumusdur Metbuat sahesinde de fealiyyet gostermis bir sira qezet ve jurnallarin redaktoru ve redaksiya heyetinin uzvu olmusdur 1992 ci ilde yaranmis Vetendas Hemreyliyi Partiyasinin qurucularindan biri ve partiyanin siyasi meseleler uzre ilk katibi olmusdur Hazirda biterefdir KitablariElmi arasdirmalari Saib Tebrizi ve farsdilli poeziyada hind uslubu Baki Elm 1994 Sedi ve Hafiz Baki Nurlan 2004 Tedqiqler ve Tercumeler Baki Nafta press 2004 Sems ve Movlana Baki Nurlan 2010 Guney Azerbaycan meseleleri Baki Baki Cap Evi nesriyyati 2012 Sehriyar ve zemanemiz Baki ADMIU nesriyyati 2015 Efqanistan Sovet isgalindan Amerika mudaxilesine Baki Poliart 2017 Iran Islam Respublikasinda siyasi partiyalar Baki Costco Company MMC 2018 Tercumeleri Qizilbaslar tarixi Fars dilinden tercume ve serhler Baki Azerbaycan 1993 Yusif Qarabagi Yeddi bag Fars dilinden tercume on soz ve serhler Baki Irsad 1997 Muderris Rezevi Nesireddin Tusinin heyati ve eserleri Fars dilinden tercume Vidadi Mustafayevle birlikde Baki Nurlan 2002 Sohrab Sipehri Suyun ayaq sesi seirler ve poema Fars dilinden tercume ve on soz Baki Mutercim 2010 Tercume celengi Baki Nurlan 2012 Tertib etdiyi kitablar Serqin aktual problemleri tarix ve muasirlik akad Z M Bunyadovun 80 illiyine hesr olunmus toplu Baki Nurlan 2003 Serq tercume toplusu Baki Araz 2004 Rustem Eliyev fenomeni Baki Nurlan 2004 Rza Beraheni Seirler Musahibeler Arasdirma Baki Qanun 2009 Soz mulkunun Sehriyari Baki Baki Cap Evi 2011 Vostochnye obshestva tradicii i sovremennost Materialy II sezda molodyh vostokovedov stran SNG Moskva Baku 2014Redaktoru oldugu nesrler Cahan elmi edebi ictimai jurnal 1997 1998 Elita ictimai siyasi qezet 1998 1999 Hikmet elmi arasdirmalar toplusu 2003 2004 Baki Tebriz dunya azerbaycanlilarinin dergisi 2006 2010MukafatlariSSRI Ali Soveti Reyaset Heyetinin 23 07 1987 ci il tarixli fermani ile Doyus xidmetlerine gore medali ile teltif olunmusdur Efqanistan Demokratik Respublikasi Inqilab Surasinin sedri Bebrek Karmelin 05 05 1987 ci il tarixli fermani ile Ela herbi xidmete gore medali ile teltif olunmusdur SSRI Ali Soveti Reyaset Heyetinin 28 01 1988 ci il tarixli fermani ile SSRI Silahli Quvvelerinin 70 illiyi yubiley medali ile teltif olunmusdur Efqanistan Respublikasinin prezidenti Necibullanin 15 05 1988 ci il tarixli fermani ile Beynelmilelci doyuscuye minnetdar efqan xalqindan medali ile teltif olunmusdur 2013 cu ilde Dunya edebiyyati jurnalinin Ustad mukafati ile teltif olunmusdur Azerbaycan Respublikasinin Prezidenti Ilham Eliyevin 10 11 2017 ci il tarixli serencami ile Tereqqi medali ile teltif olunmusdur Tercumecilik fealiyyetine gore 02 05 2019 cu il tarixde Azerbaycan Yazicilar Birliyinin Ehmed bey Agaoglu adina mukafatina layiq gorulmusdur Azerbaycan Respublikasinin Prezidenti Ilham Eliyevin 25 07 2019 cu il tarixli serencami ile Azerbaycan Xalq Cumhuriyyetinin 100 illiyi 1918 2018 yubiley medali ile teltif olunmusdur Azerbaycan Respublikasinin Medeniyyet Nazirliyi terefinden 30 12 2021 ci il tarixde Nizami Gencevinin 880 illiyi 1141 2021 xatire nisani ile teltif olunmusdur HaqqindaMesiaga Mehemmedi 50 Baki Baki Cap Evi 2013Xarici kecidlerZumrud Rehimova Elmin kamillik zirvesi Qurban Bayramov Tanidigimiz ve tanimadigimiz Mesiaga Mehemmedi Ilham Eliyev taninmis alimi teltif etdi Yazicilar Birliyi tercumecileri mukafatlandirib