Müseyib Əli oğlu Şahbazov (oktyabr 1898, Petrovsk-Port, Dağıstan vilayəti – 2 yanvar 1938, Bakı) — Azərbaycan-sovet partiya və dövlət xadimi, inqilabçı, Azərbaycan SSR xalq maarif komissarı (1932–1933, 1935–1937). Azərbaycan Respublikasının əməkdar rəssamı Müseyib Arif oğlu Əmirovun babasıdır.
Müseyib Şahbazov | |
---|---|
1935 – 1937 | |
Əvvəlki | Məmməd Cuvarlinski |
Sonrakı | Məmmədsadıq Əfəndiyev |
29 fevral 1932 – 1933 | |
Əvvəlki | Maqsud Məmmədov (dövlət xadimi) |
Sonrakı | Mahmud Ağayev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | oktyabr 1898 |
Doğum yeri | |
Vəfat tarixi | 2 yanvar 1938 (39 yaşında) |
Vəfat yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
| |
Təltifləri |
Həyatı
Müseyib Əli oğlu Şahbazov 1898-ci ildə Dağıstan vilayətinin Petrovsk-Port şəhərində (hazırkı Mahaçqala) xırda tacir ailəsində anadan olmuşdur. İlk təhsilini kənd məktəbində aldıqdan sonra atası ilə Həştərxana gedib, bir müddət sonra Dərbənddəki realnı məktəbdə təhsilini davam etdirmişdir. Həmin dövrdə burada təhsil alan Məzahir Rzayev, İsay Yakimoviç, Kərim Məmmədbəyov və başqaları ilə tanışlıq etmişdir, onda ictimai işlərlə maraqlanmağa başlamışdır.
Məktəb yaşlarından ictimai həyatla yaxından maraqlanaraq bədii dərnəklərə qoşulmuş və qadağan edilmiş kitablar oxumuşdur. Tədricən marksist ədəbiyyatını öyrənməyə, fəhlə yığıncaqları və mitinqlərə getməyə başlamışdır. Onun inqilabi fəaliyyətinin ilk dövrləri Dağıstanda keçmişdir. Sonra hökumət tərəfindən təqiblərə məruz qalmış və Həştərxana getmişdir. 1918-ci il aprelin əvvəlində Həştərxana gələn Müseyib Şahbazov, Nəriman Nərimanovun başçılıq etdiyi RK(b)P quberniya komitəsi yanında təşkil edilmiş müsəlman bölməsi ilə əlaqə yaratmış və partiya sıralarına qoşulmuşdur.
Müseyib Şahbazov RK(b)P quberniya komitəsinin zəmanəti ilə Moskvaya oxumağa göndərilmiş, Moskva Qırmızı Professura Ədəbiyyat İnstitutunu bitirdikdən sonra XIII Ordunun siyasi şöbəsində işləməyə səfərbər edilmişdir. 1918-ci ildən həmin ordunun siyasi şöbəsində təbliğatçılıq etmiş, Həştərxanda "Hümmət" təşkilatının katibi, Dərbənd inqilab komitəsinin katibi, RK(b)P Cənubi Dağıstan və və Qaytaq-Tabasaran dairə komitələrinin katibi olmuşdur.
1921-ci ildə Sovet Azərbaycanına gəlmiş, əvvəlcə əksinqilabla mübarizə aparan Fövqəladə Komissiyada işləməyə başlamış, sonra Gəncə Qəza İcraiyyə Komitəsinə rəhbərlik etmiş, Azərbaycan SSR xalq ədliyyə komissarının müavini işləmişdir. 1923-cü ildən AK(b)P MK-nın təbliğat-təşviqat şöbəsinin müdiri, AK(b)P Gəncə Qəza Komitəsinin katibi işləmişdir.
Müseyib Şahbazov 22 iyun 1929-cu ildə Tağı Şahbazinin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar Azərbaycan Dövlət Universitetinə rektor seçilmişdir. O, bu vəzifədə həmin ilin təxminən avqustun əvvəlinə kimi işləmişdir.
O, "Yeni yol" qəzetinin redaktoru olmuş və onun təşəbbüsü ilə Azərbaycanda ilk dəfə 1934-cü ildə "Müəllimə kömək" jurnalı nəşr olunmuşdur.
1935–1937-ci illərdə Azərbaycanın xalq maarif komissarı işləmiş Müseyib Şahbazov latın əlifbasına keçməyin əhəmiyyəti mövzusunda məqalələrlə çıxış etmişdir.
Müseyib Şahbazov AK(b)P MK, Azərbaycan SSR MİK və ZSFSR MİK-in üzvü olmuşdur. O, ÜİK(b)P 14-cü qurultayının nümayəndəsi, Zaqafqaziya Həmkarlar İttifaqları Şurasına və Maarif İşçiləri Həmkarlar İttifaqı MK-ya üzv seçilmişdir. 27 yanvar 1936-cı ildə ilə təltif olunmuşdur.
Müseyib Şahbazov Lyubov Martınovna ilə ailə həyatı qurmuş, Svetlana və Leyla adlı iki qızı olmuşdur. Leyla Şahbazova Azərbaycan SSR əməkdar hüquqşünası idi.
Müseyib Şahbazov 1937-ci ilin sentyabrında "xalq düşməni" adı ilə həbs edilmiş və 1938-ci ildə güllələnmişdir. Ölümündən sonra, 3 sentyabr 1955-ci ildə ona bəraət verilmişdir.
İstinadlar
- М. Шаһбазов // Азәрбайҹанда Совет һакимиййәти уғрунда фәал мүбаризләр. Бакы: Азәрбайҹан Дөвләт Нәшрийяаты. 1958. səh. 278–279.
- Azərbaycanın təhsil nazirləri. Bakı: Bakınəşr. 2010. səh. 78–81. ISBN .
- Ҹәсур ингилабчы, гајғыкеш маарифчи // Коммунист. № 232 (20700). 5 октјабр 1988-ҹи ил. С. 3.
- Шаһбазов Мүсејиб Әли оғлу // Azərbaycan Sovet Ensiklopediyası: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 475.
Xarici keçidlər
- "Шахбазов Мусеиб Алиевич (1898)" (rus). 1 iyul 2021 tarixində . İstifadə tarixi: 1 iyul 2021.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Museyib Eli oglu Sahbazov oktyabr 1898 Petrovsk Port Dagistan vilayeti 2 yanvar 1938 Baki Azerbaycan sovet partiya ve dovlet xadimi inqilabci Azerbaycan SSR xalq maarif komissari 1932 1933 1935 1937 Azerbaycan Respublikasinin emekdar ressami Museyib Arif oglu Emirovun babasidir Museyib SahbazovAzerbaycan SSR xalq maarif komissari1935 1937EvvelkiMemmed CuvarlinskiSonrakiMemmedsadiq Efendiyev29 fevral 1932 1933EvvelkiMaqsud Memmedov dovlet xadimi SonrakiMahmud AgayevSexsi melumatlarDogum tarixi oktyabr 1898Dogum yeri Petrovsk Port Temirxan Sura dairesi Dagistan vilayeti Rusiya imperiyasiVefat tarixi 2 yanvar 1938 1938 01 02 39 yasinda Vefat yeri Baki Azerbaycan SSR SSRIPartiya Sovet Ittifaqi Kommunist PartiyasiFealiyyeti siyasetciTeltifleri 1936HeyatiMuseyib Eli oglu Sahbazov 1898 ci ilde Dagistan vilayetinin Petrovsk Port seherinde hazirki Mahacqala xirda tacir ailesinde anadan olmusdur Ilk tehsilini kend mektebinde aldiqdan sonra atasi ile Hesterxana gedib bir muddet sonra Derbenddeki realni mektebde tehsilini davam etdirmisdir Hemin dovrde burada tehsil alan Mezahir Rzayev Isay Yakimovic Kerim Memmedbeyov ve basqalari ile tanisliq etmisdir onda ictimai islerle maraqlanmaga baslamisdir Mekteb yaslarindan ictimai heyatla yaxindan maraqlanaraq bedii derneklere qosulmus ve qadagan edilmis kitablar oxumusdur Tedricen marksist edebiyyatini oyrenmeye fehle yigincaqlari ve mitinqlere getmeye baslamisdir Onun inqilabi fealiyyetinin ilk dovrleri Dagistanda kecmisdir Sonra hokumet terefinden teqiblere meruz qalmis ve Hesterxana getmisdir 1918 ci il aprelin evvelinde Hesterxana gelen Museyib Sahbazov Neriman Nerimanovun basciliq etdiyi RK b P quberniya komitesi yaninda teskil edilmis muselman bolmesi ile elaqe yaratmis ve partiya siralarina qosulmusdur Museyib Sahbazov RK b P quberniya komitesinin zemaneti ile Moskvaya oxumaga gonderilmis Moskva Qirmizi Professura Edebiyyat Institutunu bitirdikden sonra XIII Ordunun siyasi sobesinde islemeye seferber edilmisdir 1918 ci ilden hemin ordunun siyasi sobesinde tebligatciliq etmis Hesterxanda Hummet teskilatinin katibi Derbend inqilab komitesinin katibi RK b P Cenubi Dagistan ve ve Qaytaq Tabasaran daire komitelerinin katibi olmusdur 1921 ci ilde Sovet Azerbaycanina gelmis evvelce eksinqilabla mubarize aparan Fovqelade Komissiyada islemeye baslamis sonra Gence Qeza Icraiyye Komitesine rehberlik etmis Azerbaycan SSR xalq edliyye komissarinin muavini islemisdir 1923 cu ilden AK b P MK nin tebligat tesviqat sobesinin mudiri AK b P Gence Qeza Komitesinin katibi islemisdir Museyib Sahbazov 22 iyun 1929 cu ilde Tagi Sahbazinin selahiyyet muddetinin basa catmasi ile elaqedar Azerbaycan Dovlet Universitetine rektor secilmisdir O bu vezifede hemin ilin texminen avqustun evveline kimi islemisdir O Yeni yol qezetinin redaktoru olmus ve onun tesebbusu ile Azerbaycanda ilk defe 1934 cu ilde Muellime komek jurnali nesr olunmusdur 1935 1937 ci illerde Azerbaycanin xalq maarif komissari islemis Museyib Sahbazov latin elifbasina kecmeyin ehemiyyeti movzusunda meqalelerle cixis etmisdir Museyib Sahbazov AK b P MK Azerbaycan SSR MIK ve ZSFSR MIK in uzvu olmusdur O UIK b P 14 cu qurultayinin numayendesi Zaqafqaziya Hemkarlar Ittifaqlari Surasina ve Maarif Iscileri Hemkarlar Ittifaqi MK ya uzv secilmisdir 27 yanvar 1936 ci ilde Qirmizi emek bayragi ordeni ile teltif olunmusdur Museyib Sahbazov Lyubov Martinovna ile aile heyati qurmus Svetlana ve Leyla adli iki qizi olmusdur Leyla Sahbazova Azerbaycan SSR emekdar huquqsunasi idi Museyib Sahbazov 1937 ci ilin sentyabrinda xalq dusmeni adi ile hebs edilmis ve 1938 ci ilde gullelenmisdir Olumunden sonra 3 sentyabr 1955 ci ilde ona beraet verilmisdir IstinadlarM Shaһbazov Azәrbajҹanda Sovet һakimijjәti ugrunda fәal mүbarizlәr Baky Azәrbajҹan Dovlәt Nәshrijyaaty 1958 seh 278 279 Azerbaycanin tehsil nazirleri Baki Bakinesr 2010 seh 78 81 ISBN 978 9952 8145 0 7 Ҹәsur ingilabchy gaјgykesh maarifchi Kommunist 232 20700 5 oktјabr 1988 ҹi il S 3 Shaһbazov Mүseјib Әli oglu Azerbaycan Sovet Ensiklopediyasi 10 ҹilddә X ҹild Frost Shүshtәr Baky Azәrbaјҹan Sovet Ensiklopediјasynyn Bash Redaksiјasy Bash redaktor Ҹ B Guliјev 1987 S 475 Xarici kecidler Shahbazov Museib Alievich 1898 rus 1 iyul 2021 tarixinde Istifade tarixi 1 iyul 2021