Mixail Mixailoviç Prişvin (rus. Михаи́л Миха́йлович При́швин; 23 yanvar (4 fevral) 1873[…], Xruşyovo-Lyovşino[d], Yelets qəzası[d], Orlov quberniyası[d], Rusiya imperiyası – 16 yanvar 1954[…], Moskva) — rus və sovet yazıçısı, filosofu.
Mixail Prişvin | |
---|---|
Təxəllüsü | Михаил Хрущевский, М. Алпатов |
Doğum tarixi | 23 yanvar (4 fevral) 1873[…] |
Doğum yeri |
|
Vəfat tarixi | 16 yanvar 1954[…](80 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | mədə xərçəngi |
Dəfn yeri |
|
Təhsili |
|
Fəaliyyəti | yazıçı, jurnalist, aqronom, uşaq ədəbiyyatı yazıçısı, nasir, publisist, gündəlik yazıçısı[d], fotoqraf, pedaqoq, kitabxanaçı, hərbi müxbir[d] |
Fəaliyyət illəri | 1905–1954 |
Əsərlərinin dili | rus dili |
Janrlar | hekayə, roman, gündəlik |
Mükafatları | |
Mixail Prişvin Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Mixail Mixailoviç Prişvin 23 yanvar 1873-cü ildə Rusiya imperiyasının Orlov quberniyasında anadan olmuşdu. O, sakit bir həyat yaşayıb: tacir ailəsində doğulub, Yelets gimnaziyasında, sonra isə aqronomluq bölməsində oxuyub, Klində zemstvo idarəsində aqronom işləyib, Petrov kənd təsərrüfatı akademiyasının (indiki İ.Timirzayev adına akademiya) laboratoriyasında fəliyyət göstərib, aqronomluğa aid elmi əsərlər nəşr etdirib. Sanki hər şey çox gözəl, çox böyük uğurla gedirdi! Ancaq Prişvin 33 yaşında qəfildən işini atır, silah alır və yalnız yol çantası ilə qeyd kitabçasını götürüb payi-piyada şimala, “qorxmaz quşlar diyarına” üz tutur.
İlk baxışda qəribə görünən bu səyahətin yol qeydləri onun ilk kitabının özülünü təşkil edir. Ardınca yeni səyahətlər gəlir (o, bütün Şimalı, mərkəzi Rusiyanı, Uzaq Şərq və Qazaxıstanı dolaşır) və yeni kitablar nəşr olunur. Sakit və dinc həyatını belə kəskin dəyişməyə məcbur edən nə idi, hansı “sualtı daşlar” onun axınını dəyişmişdi? Prişvinin “gizli saxlanılmış” “Gündəliklər”ində uzaq uşaqlıq illərinin o qədər də əhəmiyyətli görüməyən epizodu xatırlanır. Yeniyetmə Mixail dəlisov böyük qız olan Dunyaşanın xoşuna gəlirdi. Uzun illər sonra Prişvin artıq yaşa dolduqdan sonra xatırlayır ki, onların arasında yaxınlığın yarana biləcəyi ən qızğın məqamda sanki gözəgörünməz “qəyyumun” səsini eşidir: “Yox, dayan, olmaz!” “Əgər bu, baş versəydi, mən tamam başqa adam olardım. “Cazibənin inkarı” kimi özünü göstərən ruhi keyfiyyət məni yazıçı etdi. Mənim bütün özəlliklərim, xarakterimin bütün mənbələri fiziki romantizmimdən qaynaqlanır”. Köhnə əhvalat Prişvinin təbiətini formalaşdıraraq onun bütün həyatında dərin iz buraxmışdı. Uşaqlıqda keçirdiyi qorxu hissi sonralar həmişə qadınlarla münasibətdə daxili özünənəzarətin ifrat dərəcəyə çatmasında özünü göstərirdi. Uğursuzluqla nəticələnən ilk təcrübə çox vaxt zərif və romantik xarakterlərin yalnız uca və təmiz, platonik məhəbbətə üstünlük verməsi ilə nəticələnir. Leypsiq universitetində oxuyarkən tanışlarından biri demişdi: “Siz necə də knyaz Mışkinə oxşayırsınız – heyrətamiz dərəcədə!” Ünsiyyətdə olduğu qadınlar bu oxşarlığı göydə tuturdular. Qadınlarla münasibətlərin ideallaşdırılması cizgiləri, “gizli romantizm” həqiqətən də onun xarakterinin əsas xüsusiyyətinə çevrilmişdi. Bu səbəbdən onun ruhi aləmi çoxlarına müəmmalı görünürdü. Yazıçı isə möhkəm əmin idi ki, kişi ilə qadın arasında yaxınlıq ancaq qarşılıqlı güclü məhəbbət zamanı mümkündür.
1902-ci ildə Parisdə kiçik tətil zamanı 29 yaşlı Prişvin Varenka – Sarbonna Universitetinin tarix fakültəsinin tələbəsi, Peterburq məmurunun qızı Varvara Petrovna İzmalkova ilə tanış olur. Onların üç həftəlik, coşqun, lakin platonik macəraları Prişvinin qəlbində dərin iz buraxaraq ona iztirab verən təzadlarda özünü büruzə verdi. İki sevgilinin zərif hisləri ayrılıqla birdi, həm də onun günahı ucbatından. Prişvin bu barərdə öz gündəiyində dəfələrlə müxtəlif illərdə acı hislərlə xatırlayır: “Bir vaxtlar sevdiyimə onun yerinə yetirə bilməyəcəyi tələblər qoymuşdum. Mən onu heyvani hislərlə alçalda bilməzdim – mənim ağılsızlığım da elə bunda idi. O, isə adi evlilik istəyirdi. Həyatıma ömürlük düyün vurulmuşdu”. Hətta 30 il sonra belə Prişvin heç cür sakitləşə bilmir. Dönə-dönə özündən soruşurdu: “O gənclik məhəbbəti nikahla bitsəydi, necə olardı?” Və özü də cavab verir: “...indi aydındır ki, nəğməm oxunmamış qalardı”. Yazıçı hesab edir ki, məhz həlledilməmiş ziddiyyətlər üzündən çəkdiyi istirab və əzablar onu əsl yazıçı edib. Artıq yaşlandıqdan sonra yazırdı ki, taleyin ona bəxş etdiyi o yeganə səadət anını əldən buraxıb. Yenə də özünə bəraət qazandıraq üçün mühüm dəlillər axtarır və tapır: “...həyatıma nə qədər çox nəzər salıramsa, o qədər daha çox aydın olur ki, O, mənə yalnız öz əlçatmazlığı ilə lazım idi, ruhumun kəşf edilməsi və yüksəklərə qalxması üçün gərək idi”. Təhsilini bitirdikdən sonra Rusiyaya qayıdan Prişvin aqronom işləyir və hər kəsdə ünsiyyətcil, fəal və işgüzar adam təsiri bağışlayır. Ancaq kimsə onun qəlbinə nəzər salmağı bacarsaydı, qarşısında romantik xarakteri üzündən iztirablarını kənar gözlərdən gizlətməyə məcbur olan və onları yalnız gündəlik səhifələrinə köçürə bilən dərin kədər içərisindəki insanın dayandığını anlayardı. “Heç yaxşı deyildim – heyvani və ruhani hislər arasında mübarizə gedirdi, “yeganə” qadınla nikaha girmək istəyirdim”. Bəs həyatın əsas ziddiyyəti ilə - yüksək mənəvi məhəbbətə çatmaq və kişinin təbii, cismani arzuları ilə necə edim? Bir dəfə o, kədərli gözləri olan gözəl kəndli qadına rast olur. Qadın ərindən ayrıldıqdan sonra qucağındakı bir yaşlı uşağı ilə tək qalmışdı. Bu qadın Prişvinin birinci arvadı Yefrosinya Pavlovna Smoqaleva idi. Ancaq lap əvvəlcədən də gözlənildiyi kimi, bu nikah yaxşı heç nə vermədi. “Frosya zalım Ksantippə çevrildi”, ər-arvad arasındakı münasibətlər lap başından düz gətirmədi – daxili aləmləri və tərbiyələri baxımından tamamilə fərqli insanlar idilər. Ən əsası isə qadın Prişvinin məhəbbət haqqındakı yüksək ideallarına cavab vermirdi. Bununla belə, bu nikah nə az-nə çox, düz otuz illik bir ömür yaşadı. Odur ki, Prişvin qəlbinin ağrı-acılarından qaçmaq, deyingən arvadı ilə ünsiyyətdən qurtulmaq üçün Rusiyanı səyahətə çıxır, böyük həvəslə ovçuluq və yazıçılıqla məşğul olur və ən əsası bütün bunlarla dərdini, kədərini gizləməyə çalışır. Səyahətdən qayıdan yazıçı mənəvi tənhalıqdan əzab çəkir, özü öz əli ilə məhv etdiyi ilk məhəbbtətinin acısı ona rahatlıq vermir, sevgilisini yuxularda görür. “Ömründə ancaq bir qadını sevə bilən bütün kişilər kimi hələ də onu gözləyirdim və o da həmişə yuxularıma gəlirdi. Uzun illər sonra anladım ki, şairlərin belə sevgililərinə Muza deyirlər”. Prişvin tamamilə təsadüfən öyrənir ki, Varya İzmalkova universiteti bitirdikdən sonra Paris banklarından birində işləyir. Tərəddüd etmədən məktub göndərir və etiraf edir ki, ona olan hisləri sönməyib, o, əvvəlki kimi qəlbindədir. Görünür, Varenka da öz romantik macərasını unuda bilməmişdi. Odur ki, münasibətlərini yeniləmək və bəlkə də həyatlarını birləşdirmək üçün bir daha cəhd etmək qərarına gəlir. Ancaq ağlagəlməz bir şey baş verir. Çox illər sonra yazıçı həyatının o “biabırçı anı”nı böyük bir kədərlə xatırlayaraq yazır ki, fikri dağınıq olduğundan günləri səhv salmış və təyin olunan görüşə getməmişdi. Varvara Petrovna isə məsələyə heç bir aydınlıq gətirilməsini istəmədən bu laqeydliyi bağışlamır. Parisə qayıdaraq Prişvinə qəzəb dolu məktub yazır və əlaqələrini qəti olaraq kəsir. Prişvin bu faciəni birtəhər adlatmaq üçün yenidən səyahətə yollanır və ona geniş şöhrət qazandıran kitablarını yazır. Ancaq ümidsizlik hissi, həyatındakı və dünyadakı yeganə Qadına qarşı duyduğu həsrət, məhəbbət və ailə xoşbəxtliyi haqqındakı xəyalları onu tərk etmir. “Yazmaq ehtiyacı – tənhalıqdan qurtulmaq, qüssə və sevincini insanlarla bölüşmək ehtiyacıdır... Ancaq mən acımı özümə saxladıım, oxucularla isə yalnız sevincimi bölüşdüm”. Beləliklə də yazının bütün ömrü çırpınma və daxili təlatümlər içərisində keçir. Və nəhayət, ahıl yaşlarında tale Mixail Prişvinə sözün əsl mənasında şahlara layiq hədiyyə bəxs edir. 1940-cı il. Prişvinin 67 yaşı var. Artıq bir neçə ildir ki, uzun çək-çevirdən sonra Moskada Lavruşinck döngəsində aldığı mənzilində tənha yaşayır: arvadı Zaqorskdadır, əlbəttə, hərdən ona baş çəkir, maddi yardım göstərir. Adəti tənhalığını iki ov iti ilə bölüşür. “Budur, bu da arzuladığım mənzil, amma dərdləşməyə bir kimsə yox... Mən tənhayam. Uzun evlilik həytımı “yarımrahib” kimi yaşadım... ” Ancaq bir dəfə Prişvinin evində bir qadın peyda olur – tanış yazıçının məsləhəti ilə uzun illər yazdığı gündəliklərini səliqəyə salmaq üçün bir katibə tutmuşdu. Yazıçının köməkçidən bircə tələbi var idi – gündəlik qeydlərinin xüsusi şəxsiliyini nəzərə alaraq həddindən artıq nəzakətli və ədəbli olmaq.
Valeri Dmitriyevna Liorkun 40 yaşı var idi. Taleyi haradasa Prişvinin qismətinə bənzəyirdi. Gəncliyində o da böyük məhəbbət yaşamışdı. İki xöşbəxtlik axtarıcısının ilk görüşü 16 yanvar 1940-cı ildə baş tutdu. Əvvəlcə bir-birini bəyənmədilər. Ancaq artıq 23 martda Prişvinin gündəliyində əlamətdar bir qeyd yazılır: “Həyatımda iki “ulduz görüşü” olub – 29 yaşımda “səhər ulduzu” və 67 yaşımda “axşam ulduzu”. Aralarında 36 illik həsrət, intizar var”. Maydakı qeydlər isə əvvəl yazılanları bir daha təsdiqləyir: “Səninlə rastlaşandan sonra, nəhayət, səyahətlər haqqında düşünməkdən daşındım... Sən məhəbbətinin bəxşişlərini üstümə saçdın, mən isə bir bəxtəvər kimi onları qəbul etdim... Sonra kirimişcə, ayaqyalın mətbəxə keçdim, səhərədək orada oturdum, sübhü qarşıladım və sübh tezdən anladım ki, tale məni ən xoşbəxt insan yaradıb”. Arvadı ilə rəsmi ayrılıq çox çətin başa gəldi – Yefrosinya Petrovna qalmaqal törətdi, hətta Yazıçılar İttifaqına şikayət belə etdi. Münaqişələrdən zəhləsi gedən Prişvin Yazıçılar İttifaqının katibliyinə gələrək bildirdi: “Mən hər şeyi verməyə hazıram, yalnız məhəbbətimə dəyməyin”. Moskvadakı mənzil arvadına verildi və ancaq bundan sonra boşanmağa razılıq əldə edildi. Prişvin ömründə ilk dəfə idi ki, xoşbəxt idi, səyahətlər və sərgandan həyatı unutmuşdu – uzun illər həsrətində olduğu, onu anlayan və olduğu kimi qəbul edən sevimli qadını tapmışdı. Ömrün payızında olsa da, ailə istiliyini, ruhən yaxın insanla ünsiyyət və paylaşmaq sevincini dadmışdı. Daha 14 il birgə keçəcək və Prişvin hər il 16 yanvarda, ilk görüş günündə gündəliyini yazacaq, gözlənilməz və gözəl hədiyyə üçün Tanrıya təşəkkür edəcək. 1953-cü ildə, həyatının sonuncu 16 yanvarında o, yazır: “V. ilə görüşdüyümüz gün. Arxada xoşbəxtliyimizin 13 ili qalıb”. Bu illər ərzində Prişvin çoxlu əsərlər yazır, gündəlikərini çapa hazırlayır. Və doğrudan da inanılmazdır ki, Mixail Prişvin məhz 16 yanvar 1954-cü ildə həyatla vidalaşır.
İstinadlar
- Печко Л. П. Пришвин М. // Краткая литературная энциклопедия (rus.). Москва: Советская энциклопедия, 1962. Т. 9. С. 23–25.
- ПРИШВИН // Большая российская энциклопедия (rus.). Москва: Большая российская энциклопедия, 2004.
- Пришвин Михаил Михайлович (rus.). / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Пришвин Михаил Михайлович // Литераторы Санкт-Петербурга. ХХ век (rus.). / под ред. О. В. Богданова
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Mixail Mixailovic Prisvin rus Mihai l Miha jlovich Pri shvin 23 yanvar 4 fevral 1873 Xrusyovo Lyovsino d Yelets qezasi d Orlov quberniyasi d Rusiya imperiyasi 16 yanvar 1954 Moskva rus ve sovet yazicisi filosofu Mixail PrisvinTexellusu Mihail Hrushevskij M AlpatovDogum tarixi 23 yanvar 4 fevral 1873 Dogum yeri Xrusyovo Lyovsino d Yelets qezasi d Orlov quberniyasi d Rusiya imperiyasiVefat tarixi 16 yanvar 1954 1954 01 16 80 yasinda Vefat yeri Moskva RSFSR SSRIVefat sebebi mede xercengiDefn yeri Vvenedenskoye qebiristanligi d Tehsili Leypsiq Universiteti 1902 Fealiyyeti yazici jurnalist aqronom usaq edebiyyati yazicisi nasir publisist gundelik yazicisi d fotoqraf pedaqoq kitabxanaci herbi muxbir d Fealiyyet illeri 1905 1954Eserlerinin dili rus diliJanrlar hekaye roman gundelikMukafatlariMixail Prisvin Vikimenbede Vikianbarda elaqeli mediafayllarHeyatiMixail Mixailovic Prisvin 23 yanvar 1873 cu ilde Rusiya imperiyasinin Orlov quberniyasinda anadan olmusdu O sakit bir heyat yasayib tacir ailesinde dogulub Yelets gimnaziyasinda sonra ise aqronomluq bolmesinde oxuyub Klinde zemstvo idaresinde aqronom isleyib Petrov kend teserrufati akademiyasinin indiki I Timirzayev adina akademiya laboratoriyasinda feliyyet gosterib aqronomluga aid elmi eserler nesr etdirib Sanki her sey cox gozel cox boyuk ugurla gedirdi Ancaq Prisvin 33 yasinda qefilden isini atir silah alir ve yalniz yol cantasi ile qeyd kitabcasini goturub payi piyada simala qorxmaz quslar diyarina uz tutur Ilk baxisda qeribe gorunen bu seyahetin yol qeydleri onun ilk kitabinin ozulunu teskil edir Ardinca yeni seyahetler gelir o butun Simali merkezi Rusiyani Uzaq Serq ve Qazaxistani dolasir ve yeni kitablar nesr olunur Sakit ve dinc heyatini bele keskin deyismeye mecbur eden ne idi hansi sualti daslar onun axinini deyismisdi Prisvinin gizli saxlanilmis Gundelikler inde uzaq usaqliq illerinin o qeder de ehemiyyetli gorumeyen epizodu xatirlanir Yeniyetme Mixail delisov boyuk qiz olan Dunyasanin xosuna gelirdi Uzun iller sonra Prisvin artiq yasa dolduqdan sonra xatirlayir ki onlarin arasinda yaxinligin yarana bileceyi en qizgin meqamda sanki gozegorunmez qeyyumun sesini esidir Yox dayan olmaz Eger bu bas verseydi men tamam basqa adam olardim Cazibenin inkari kimi ozunu gosteren ruhi keyfiyyet meni yazici etdi Menim butun ozelliklerim xarakterimin butun menbeleri fiziki romantizmimden qaynaqlanir Kohne ehvalat Prisvinin tebietini formalasdiraraq onun butun heyatinda derin iz buraxmisdi Usaqliqda kecirdiyi qorxu hissi sonralar hemise qadinlarla munasibetde daxili ozunenezaretin ifrat dereceye catmasinda ozunu gosterirdi Ugursuzluqla neticelenen ilk tecrube cox vaxt zerif ve romantik xarakterlerin yalniz uca ve temiz platonik mehebbete ustunluk vermesi ile neticelenir Leypsiq universitetinde oxuyarken tanislarindan biri demisdi Siz nece de knyaz Miskine oxsayirsiniz heyretamiz derecede Unsiyyetde oldugu qadinlar bu oxsarligi goyde tuturdular Qadinlarla munasibetlerin ideallasdirilmasi cizgileri gizli romantizm heqiqeten de onun xarakterinin esas xususiyyetine cevrilmisdi Bu sebebden onun ruhi alemi coxlarina muemmali gorunurdu Yazici ise mohkem emin idi ki kisi ile qadin arasinda yaxinliq ancaq qarsiliqli guclu mehebbet zamani mumkundur 1902 ci ilde Parisde kicik tetil zamani 29 yasli Prisvin Varenka Sarbonna Universitetinin tarix fakultesinin telebesi Peterburq memurunun qizi Varvara Petrovna Izmalkova ile tanis olur Onlarin uc heftelik cosqun lakin platonik maceralari Prisvinin qelbinde derin iz buraxaraq ona iztirab veren tezadlarda ozunu buruze verdi Iki sevgilinin zerif hisleri ayriliqla birdi hem de onun gunahi ucbatindan Prisvin bu barerde oz gundeiyinde defelerle muxtelif illerde aci hislerle xatirlayir Bir vaxtlar sevdiyime onun yerine yetire bilmeyeceyi telebler qoymusdum Men onu heyvani hislerle alcalda bilmezdim menim agilsizligim da ele bunda idi O ise adi evlilik isteyirdi Heyatima omurluk duyun vurulmusdu Hetta 30 il sonra bele Prisvin hec cur sakitlese bilmir Done done ozunden sorusurdu O genclik mehebbeti nikahla bitseydi nece olardi Ve ozu de cavab verir indi aydindir ki negmem oxunmamis qalardi Yazici hesab edir ki mehz helledilmemis ziddiyyetler uzunden cekdiyi istirab ve ezablar onu esl yazici edib Artiq yaslandiqdan sonra yazirdi ki taleyin ona bexs etdiyi o yegane seadet anini elden buraxib Yene de ozune beraet qazandiraq ucun muhum deliller axtarir ve tapir heyatima ne qeder cox nezer saliramsa o qeder daha cox aydin olur ki O mene yalniz oz elcatmazligi ile lazim idi ruhumun kesf edilmesi ve yukseklere qalxmasi ucun gerek idi Tehsilini bitirdikden sonra Rusiyaya qayidan Prisvin aqronom isleyir ve her kesde unsiyyetcil feal ve isguzar adam tesiri bagislayir Ancaq kimse onun qelbine nezer salmagi bacarsaydi qarsisinda romantik xarakteri uzunden iztirablarini kenar gozlerden gizletmeye mecbur olan ve onlari yalniz gundelik sehifelerine kocure bilen derin keder icerisindeki insanin dayandigini anlayardi Hec yaxsi deyildim heyvani ve ruhani hisler arasinda mubarize gedirdi yegane qadinla nikaha girmek isteyirdim Bes heyatin esas ziddiyyeti ile yuksek menevi mehebbete catmaq ve kisinin tebii cismani arzulari ile nece edim Bir defe o kederli gozleri olan gozel kendli qadina rast olur Qadin erinden ayrildiqdan sonra qucagindaki bir yasli usagi ile tek qalmisdi Bu qadin Prisvinin birinci arvadi Yefrosinya Pavlovna Smoqaleva idi Ancaq lap evvelceden de gozlenildiyi kimi bu nikah yaxsi hec ne vermedi Frosya zalim Ksantippe cevrildi er arvad arasindaki munasibetler lap basindan duz getirmedi daxili alemleri ve terbiyeleri baximindan tamamile ferqli insanlar idiler En esasi ise qadin Prisvinin mehebbet haqqindaki yuksek ideallarina cavab vermirdi Bununla bele bu nikah ne az ne cox duz otuz illik bir omur yasadi Odur ki Prisvin qelbinin agri acilarindan qacmaq deyingen arvadi ile unsiyyetden qurtulmaq ucun Rusiyani seyahete cixir boyuk hevesle ovculuq ve yaziciliqla mesgul olur ve en esasi butun bunlarla derdini kederini gizlemeye calisir Seyahetden qayidan yazici menevi tenhaliqdan ezab cekir ozu oz eli ile mehv etdiyi ilk mehebbtetinin acisi ona rahatliq vermir sevgilisini yuxularda gorur Omrunde ancaq bir qadini seve bilen butun kisiler kimi hele de onu gozleyirdim ve o da hemise yuxularima gelirdi Uzun iller sonra anladim ki sairlerin bele sevgililerine Muza deyirler Prisvin tamamile tesadufen oyrenir ki Varya Izmalkova universiteti bitirdikden sonra Paris banklarindan birinde isleyir Tereddud etmeden mektub gonderir ve etiraf edir ki ona olan hisleri sonmeyib o evvelki kimi qelbindedir Gorunur Varenka da oz romantik macerasini unuda bilmemisdi Odur ki munasibetlerini yenilemek ve belke de heyatlarini birlesdirmek ucun bir daha cehd etmek qerarina gelir Ancaq aglagelmez bir sey bas verir Cox iller sonra yazici heyatinin o biabirci ani ni boyuk bir kederle xatirlayaraq yazir ki fikri daginiq oldugundan gunleri sehv salmis ve teyin olunan goruse getmemisdi Varvara Petrovna ise meseleye hec bir aydinliq getirilmesini istemeden bu laqeydliyi bagislamir Parise qayidaraq Prisvine qezeb dolu mektub yazir ve elaqelerini qeti olaraq kesir Prisvin bu facieni birteher adlatmaq ucun yeniden seyahete yollanir ve ona genis sohret qazandiran kitablarini yazir Ancaq umidsizlik hissi heyatindaki ve dunyadaki yegane Qadina qarsi duydugu hesret mehebbet ve aile xosbextliyi haqqindaki xeyallari onu terk etmir Yazmaq ehtiyaci tenhaliqdan qurtulmaq qusse ve sevincini insanlarla bolusmek ehtiyacidir Ancaq men acimi ozume saxladiim oxucularla ise yalniz sevincimi bolusdum Belelikle de yazinin butun omru cirpinma ve daxili telatumler icerisinde kecir Ve nehayet ahil yaslarinda tale Mixail Prisvine sozun esl menasinda sahlara layiq hediyye bexs edir 1940 ci il Prisvinin 67 yasi var Artiq bir nece ildir ki uzun cek cevirden sonra Moskada Lavrusinck dongesinde aldigi menzilinde tenha yasayir arvadi Zaqorskdadir elbette herden ona bas cekir maddi yardim gosterir Adeti tenhaligini iki ov iti ile bolusur Budur bu da arzuladigim menzil amma derdlesmeye bir kimse yox Men tenhayam Uzun evlilik heytimi yarimrahib kimi yasadim Ancaq bir defe Prisvinin evinde bir qadin peyda olur tanis yazicinin mesleheti ile uzun iller yazdigi gundeliklerini seliqeye salmaq ucun bir katibe tutmusdu Yazicinin komekciden birce telebi var idi gundelik qeydlerinin xususi sexsiliyini nezere alaraq heddinden artiq nezaketli ve edebli olmaq Valeri Dmitriyevna Liorkun 40 yasi var idi Taleyi haradasa Prisvinin qismetine benzeyirdi Gencliyinde o da boyuk mehebbet yasamisdi Iki xosbextlik axtaricisinin ilk gorusu 16 yanvar 1940 ci ilde bas tutdu Evvelce bir birini beyenmediler Ancaq artiq 23 martda Prisvinin gundeliyinde elametdar bir qeyd yazilir Heyatimda iki ulduz gorusu olub 29 yasimda seher ulduzu ve 67 yasimda axsam ulduzu Aralarinda 36 illik hesret intizar var Maydaki qeydler ise evvel yazilanlari bir daha tesdiqleyir Seninle rastlasandan sonra nehayet seyahetler haqqinda dusunmekden dasindim Sen mehebbetinin bexsislerini ustume sacdin men ise bir bextever kimi onlari qebul etdim Sonra kirimisce ayaqyalin metbexe kecdim seheredek orada oturdum subhu qarsiladim ve subh tezden anladim ki tale meni en xosbext insan yaradib Arvadi ile resmi ayriliq cox cetin basa geldi Yefrosinya Petrovna qalmaqal toretdi hetta Yazicilar Ittifaqina sikayet bele etdi Munaqiselerden zehlesi geden Prisvin Yazicilar Ittifaqinin katibliyine gelerek bildirdi Men her seyi vermeye haziram yalniz mehebbetime deymeyin Moskvadaki menzil arvadina verildi ve ancaq bundan sonra bosanmaga raziliq elde edildi Prisvin omrunde ilk defe idi ki xosbext idi seyahetler ve sergandan heyati unutmusdu uzun iller hesretinde oldugu onu anlayan ve oldugu kimi qebul eden sevimli qadini tapmisdi Omrun payizinda olsa da aile istiliyini ruhen yaxin insanla unsiyyet ve paylasmaq sevincini dadmisdi Daha 14 il birge kececek ve Prisvin her il 16 yanvarda ilk gorus gununde gundeliyini yazacaq gozlenilmez ve gozel hediyye ucun Tanriya tesekkur edecek 1953 cu ilde heyatinin sonuncu 16 yanvarinda o yazir V ile gorusduyumuz gun Arxada xosbextliyimizin 13 ili qalib Bu iller erzinde Prisvin coxlu eserler yazir gundelikerini capa hazirlayir Ve dogrudan da inanilmazdir ki Mixail Prisvin mehz 16 yanvar 1954 cu ilde heyatla vidalasir Mixail Prisvin 16 yanvar 1954 cu ilde vefat edib IstinadlarPechko L P Prishvin M Kratkaya literaturnaya enciklopediya rus Moskva Sovetskaya enciklopediya 1962 T 9 S 23 25 PRIShVIN Bolshaya rossijskaya enciklopediya rus Moskva Bolshaya rossijskaya enciklopediya 2004 Prishvin Mihail Mihajlovich rus pod red A M Prohorov 3 e izd Moskva Sovetskaya enciklopediya 1969 Bibliotheque nationale de France BnF identifikatoru fr aciq melumat platformasi 2011 Prishvin Mihail Mihajlovich Literatory Sankt Peterburga HH vek rus pod red O V BogdanovaXarici kecidler Yazici ile elaqedar bu meqale qaralama halindadir Meqaleni redakte ederek Vikipediyani zenginlesdirin