Mirzəbəyovun mədaxil evi — Bakı şəhərində, İstiqlaliyyət küçəsi, 29/31 və Şeyx Şamil küçəsi 3/5 kəsişməsində, Bakı metropoliteninin İçərişəhər metrostansiyası və Filarmoniya bağı ilə üzbəüz yerləşən yeddi mərtəbəli tarixi binadır. Bina, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınmışdır.
Mirzəbəyovun mədaxil evi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | İstiqlaliyyət küçəsi, 29/31 və Şeyx Şamil küçəsi 3/5 kəsişməsi |
Aidiyyatı | Musa Nağıyev (1915-ci ildən) |
Memar | Vartan Sarkisov |
Sifarişçi | Mirzəbəyov |
Tikilmə tarixi | 1911 - 1915, 1917 |
Üslubu | İntibah memarlığı, Klassisizm |
İstinad nöm. | 3291 |
Kateqoriya | Bina |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Əsası 1911-ci ildə qoyulmuş binanın inşasına Mirzəbəyov (Mirzabekyants) qardaşlarının sifarişi ilə başlansa da, 1915-ci ildə Birinci Dünya müharibəsinin başlanmasından sonra sifarişçi inşaatı hələ tamamlanmamış binanı Musa Nağıyevə sataraq Bakını tərk etmişdir.
Binanın memarı mülki-mühəndis Vartan Sarkisovdur. Klassik memarlıq elementlərindən geniş istifadə ilə intibah memarlığı üslubunda inşa edilmiş bina demək olar ki, bütöv bir kvartalı əhatə edir.
Tarixi
Bina keçmiş Qubernator bağı, hazırda Filarmoniya bağı adlandırılan şəhər bağı ilə üzbəüz, İstiqlaliyyət küçəsi, 29/31 və Şeyx Şamil küçəsi 3/5 kəsişməsində yerləşir. Əsası 1911-ci ildə qoyulmuş binanın inşasına Mirzəbəyov (Mirzabekyants) qardaşlarının sifarişi ilə başlansa da, 1915-ci ildə Birinci Dünya müharibəsinin başlanmasından sonra sifarişçi inşaatı hələ tamamlanmamış binanı 1.200.000 qızıl rubla Bakı milyonçularından Musa Nağıyevə sataraq pulları ABŞ banklarından birində yerləşdirmiş, özü isə Nyu-Yorka köçmüşdür.
Sonradan binanın inşaat işləri 1917-ci ilə kimi Musa Nağıyevin hesabına aparılmışdır. Evin birinci sahibinə hörmət əlaməti olaraq Nağıyev binanın fasadında Mirzəbəyovların venzelinin saxlanılmasına qərar vermişdir.
Bina inşa edilməzdən əvvəl onun yerində bir neçə yarımdağılmış vəziyyətdə olan daxmalar var idi. Mirzəbəyov həmin evlərin sahiblərinə yaxşı pul ödəyərək ərazini alır. Yalnız ev sahiblərindən biri — Hacı Qarabalanın varisi Hacı Zülfüqar Manafov nə qədər pul təklif edilsə də, sahib olduğu evi satmaqdan imtina edir. Mirzəbəyovlar dəfələrlə onunla razılaşmağa cəhd edirlər, vasitəçilər axtarırlar, təklif edilən məbləği dəfələrlə artırırlar, laki, bunların heç biri fayda vermir. Ev sahibi bildirir ki, "əsl kişi, ata ocağını gəlmə adama satmaz". O, bildirir ki, "bu daxmanın yerində mən elə bir ev tikdirəcəm ki, sizin yeddi mərtəbəli evinizi kölgədə qoyacaq." Həqiqətən də sonradan Manafov Mirzəbəyovların nəhəng yeddi mərtəbəli binasından daha incə görünüşə malik üç mərtəbəli malikanə inşa etdirir. Manafovun evi küçə tərəfdən kiçik görünsə də. həyət tərəfdən geniş və həcmlidir. Hazırda Mirzəbəyovun evinin həyəti yerləşən hissədə isə o zaman Zülfüqar Manafovun hamamı mövcud olmuşdur. Evin küçəyə baxan hissəsində birinci mərtəbədə dükan açan Manafov, alıcılara ilin fəsillərinə uyğun təzə meyvə və giləmeyvələr təklif edirdi.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə binada Ukraynanın Azərbaycandakı səfirliyi yerləşmişdi. SSRİ dövründə isə binada müxtəlif dövlət orqanları fəaliyyət göstərmişdir. Hazırda bina ofis mərkəzi və çoxmənzilli yaşayış evi kimi istifadə olunur. Həmçinin bir neçə dövlət təşkilatı bu binada qərarlaşıb.
Memarlıq xüsusiyyətləri
Binanın İstiqlaliyyət küçəsinə baxan fasadı
Fasadın memarlıq detalları
Binanın memarı mülki-mühəndis Vartan Sarkisovdur. Klassik memarlıq elementlərindən geniş istifadə ilə intibah memarlığı üslubunda inşa edilmiş binanın fasadları İstiqlal və Şeyx Şamil küçələrinə baxır və tikili demək olar ki, bütöv bir kvartalı əhatə edir.
Bina magistralın şəhərsalma dominantlarından biridir. Kiçik gümbəz tamamlanması ilə xüsusi olaraq nəzərə çarpdırılaraq çox sərfəli künc mövqeyini tutmaqla, yaşayış evi nəinki küçənin miqyas və xarakterini müəyyən edir, həm də order sistemində özünün klassik formaları, fasadların zövqlə işlənmiş plastikası ilə bu üslub istiqamətində Bakının ən yaxşı tikililəri sırasına daxil ola bilir.
Burada, Bakı şəhərində, memarlığın klassik üsullar sistemi vasitəsilə müasir tələblərə cavab verən bina yaradılmasına cəhd göstərilmişdir. Binanın pilləkən meydançaları liftlə təmin edilmişdir. Binadan gizli çəkilmiş elektrik şəbəkəsi, mənzillərdə mərmər vannalar və sanitar avadanlığı var.
Əsas fasadın mərkəzi hissəsi Korinf orderi ilə xüsusi olaraq nəzərə çarpdırılmışdır. Zəngin məzmunlu pərvaz bir az yüklənmişdir. Bütöv əhəngdaşı bloklardan dərin relyefli üsulla yonulmuş aslanlar, qadın və kişi başlarının maskaları çox incə şəkildə işlənmişdir. Binanın daş memarlıq detalları tamamilə qabarıqdır və dekorativ-tətbiqi incəsənət abidələri olmaqla bədii ifadə ilə zəngindir.
İstinadlar
- Сулейманов, Манаф. Дни минувшие (Исторические очерки). Баку: Азернешр. 1990. səh. 13. (#accessdate_missing_url)
- "«Печальный очерк о бакинской улице Независимости» - Часть первая". day.az. 1 июня 2007. 12 April 2021 tarixində . İstifadə tarixi: 1 may 2016.
- Fətullayev-Fiqarov, Şamil. Bakının Memarlıq Ensiklopediyası. Bakı: Azərbaycan Memarlar İttifaqı. 2013. səh. 146. (#accessdate_missing_url)
Mənbə
- Манаф Сулейманов — Дни минувшие (Исторические очерки), Баку, Азернешр, 340 səhifə.
- Şamil Fətullayev-Fiqarov — Bakının Memarlıq Ensiklopediyası. Bakı, Azərbaycan Memarlar İttifaqı, 528 səhifə
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Mirzebeyovun medaxil evi Baki seherinde Istiqlaliyyet kucesi 29 31 ve Seyx Samil kucesi 3 5 kesismesinde Baki metropoliteninin Iceriseher metrostansiyasi ve Filarmoniya bagi ile uzbeuz yerlesen yeddi mertebeli tarixi binadir Bina Azerbaycan Respublikasi Nazirler Kabinetinin 2 avqust 2001 ci il tarixli 132 nomreli qerari ile yerli ehemiyyetli memarliq abidesi kimi qeydiyyata alinmisdir Mirzebeyovun medaxil evi40 21 55 sm e 49 49 49 s u Olke AzerbaycanSeher Baki BakiYerlesir Istiqlaliyyet kucesi 29 31 ve Seyx Samil kucesi 3 5 kesismesiAidiyyati Musa Nagiyev 1915 ci ilden Memar Vartan SarkisovSifarisci MirzebeyovTikilme tarixi 1911 1915 1917Uslubu Intibah memarligi KlassisizmAzerbaycandaki tarixi abidelerin milli qeydiyyatiIstinad nom 3291KateqoriyaBinaEhemiyyetiYerli ehemiyyetliMirzebeyovun medaxil evi Vikianbarda elaqeli mediafayllar Esasi 1911 ci ilde qoyulmus binanin insasina Mirzebeyov Mirzabekyants qardaslarinin sifarisi ile baslansa da 1915 ci ilde Birinci Dunya muharibesinin baslanmasindan sonra sifarisci insaati hele tamamlanmamis binani Musa Nagiyeve sataraq Bakini terk etmisdir Binanin memari mulki muhendis Vartan Sarkisovdur Klassik memarliq elementlerinden genis istifade ile intibah memarligi uslubunda insa edilmis bina demek olar ki butov bir kvartali ehate edir Tarixi1915 ci ilde Musa Nagiyev yarimciq insa edilmis binani almis ve insaat isleri 1917 ci ilde tamamlanmisdir Bina kecmis Qubernator bagi hazirda Filarmoniya bagi adlandirilan seher bagi ile uzbeuz Istiqlaliyyet kucesi 29 31 ve Seyx Samil kucesi 3 5 kesismesinde yerlesir Esasi 1911 ci ilde qoyulmus binanin insasina Mirzebeyov Mirzabekyants qardaslarinin sifarisi ile baslansa da 1915 ci ilde Birinci Dunya muharibesinin baslanmasindan sonra sifarisci insaati hele tamamlanmamis binani 1 200 000 qizil rubla Baki milyoncularindan Musa Nagiyeve sataraq pullari ABS banklarindan birinde yerlesdirmis ozu ise Nyu Yorka kocmusdur Sonradan binanin insaat isleri 1917 ci ile kimi Musa Nagiyevin hesabina aparilmisdir Evin birinci sahibine hormet elameti olaraq Nagiyev binanin fasadinda Mirzebeyovlarin venzelinin saxlanilmasina qerar vermisdir Bina insa edilmezden evvel onun yerinde bir nece yarimdagilmis veziyyetde olan daxmalar var idi Mirzebeyov hemin evlerin sahiblerine yaxsi pul odeyerek erazini alir Yalniz ev sahiblerinden biri Haci Qarabalanin varisi Haci Zulfuqar Manafov ne qeder pul teklif edilse de sahib oldugu evi satmaqdan imtina edir Mirzebeyovlar defelerle onunla razilasmaga cehd edirler vasiteciler axtarirlar teklif edilen meblegi defelerle artirirlar laki bunlarin hec biri fayda vermir Ev sahibi bildirir ki esl kisi ata ocagini gelme adama satmaz O bildirir ki bu daxmanin yerinde men ele bir ev tikdirecem ki sizin yeddi mertebeli evinizi kolgede qoyacaq Heqiqeten de sonradan Manafov Mirzebeyovlarin neheng yeddi mertebeli binasindan daha ince gorunuse malik uc mertebeli malikane insa etdirir Manafovun evi kuce terefden kicik gorunse de heyet terefden genis ve hecmlidir Hazirda Mirzebeyovun evinin heyeti yerlesen hissede ise o zaman Zulfuqar Manafovun hamami movcud olmusdur Evin kuceye baxan hissesinde birinci mertebede dukan acan Manafov alicilara ilin fesillerine uygun teze meyve ve gilemeyveler teklif edirdi Azerbaycan Xalq Cumhuriyyeti dovrunde binada Ukraynanin Azerbaycandaki sefirliyi yerlesmisdi SSRI dovrunde ise binada muxtelif dovlet orqanlari fealiyyet gostermisdir Hazirda bina ofis merkezi ve coxmenzilli yasayis evi kimi istifade olunur Hemcinin bir nece dovlet teskilati bu binada qerarlasib Memarliq xususiyyetleriBinanin Istiqlaliyyet kucesine baxan fasadi Fasadin memarliq detallari Binanin memari mulki muhendis Vartan Sarkisovdur Klassik memarliq elementlerinden genis istifade ile intibah memarligi uslubunda insa edilmis binanin fasadlari Istiqlal ve Seyx Samil kucelerine baxir ve tikili demek olar ki butov bir kvartali ehate edir Bina magistralin sehersalma dominantlarindan biridir Kicik gumbez tamamlanmasi ile xususi olaraq nezere carpdirilaraq cox serfeli kunc movqeyini tutmaqla yasayis evi neinki kucenin miqyas ve xarakterini mueyyen edir hem de order sisteminde ozunun klassik formalari fasadlarin zovqle islenmis plastikasi ile bu uslub istiqametinde Bakinin en yaxsi tikilileri sirasina daxil ola bilir Burada Baki seherinde memarligin klassik usullar sistemi vasitesile muasir teleblere cavab veren bina yaradilmasina cehd gosterilmisdir Binanin pilleken meydancalari liftle temin edilmisdir Binadan gizli cekilmis elektrik sebekesi menzillerde mermer vannalar ve sanitar avadanligi var Esas fasadin merkezi hissesi Korinf orderi ile xususi olaraq nezere carpdirilmisdir Zengin mezmunlu pervaz bir az yuklenmisdir Butov ehengdasi bloklardan derin relyefli usulla yonulmus aslanlar qadin ve kisi baslarinin maskalari cox ince sekilde islenmisdir Binanin das memarliq detallari tamamile qabariqdir ve dekorativ tetbiqi incesenet abideleri olmaqla bedii ifade ile zengindir IstinadlarSulejmanov Manaf Dni minuvshie Istoricheskie ocherki Baku Azerneshr 1990 seh 13 accessdate missing url Pechalnyj ocherk o bakinskoj ulice Nezavisimosti Chast pervaya day az 1 iyunya 2007 12 April 2021 tarixinde Istifade tarixi 1 may 2016 Fetullayev Fiqarov Samil Bakinin Memarliq Ensiklopediyasi Baki Azerbaycan Memarlar Ittifaqi 2013 seh 146 accessdate missing url MenbeManaf Sulejmanov Dni minuvshie Istoricheskie ocherki Baku Azerneshr 340 sehife Samil Fetullayev Fiqarov Bakinin Memarliq Ensiklopediyasi Baki Azerbaycan Memarlar Ittifaqi 528 sehife