Mirzə Saleh Təbrizi (?-?) — XVII əsr Azərbaycan şairi.
Mirzə Saleh Təbrizi | |
---|---|
Doğum yeri | |
Fəaliyyəti | şair |
Mirzə Saleh Təbrizi Vikimənbədə |
Həyatı
Azərbaycan dilini ictimai həyatın bütün sahələrində yaymağa, dövlət dili səviyyəsinə qaldırmağa çalışan Şah İsmayıl Xətaidən sonra da Səfəvilər dövlətində türk dili ən yüksək dairələrdə öz nüfuzunu kifayət qədər saxlamışdı. Doğrudur, ardı-arası kəsilməyən Osmanlı-Səfəvi hərbi toqquşmaları nəticəsində Azərbaycan XVII əsrdə Səfəvilər dövlətinin siyasi-iqtisadi mərkəzi rolunu itirmiş, paytaxt I Şah Təhmasib Səfəvinin (1524-1576) dövründə Təbrizdən Qəzvinə, I Şah Abbas Səfəvinin (1587-1629) dövründə isə Qəzvindən İranın daxilində yerləşən İsfahana köçürülmüşdü. Buna baxmayaraq, Azərbaycan türkcəsi Təbrizdə və Qəzvində olduğu kimi, İsfahanda da sarayın və qoşunun işlək dili olaraq qalırdı.
1684-1685-ci illərdə İranda olmuş alman səyyahı Engelbert Kempfer Azərbaycan türkcəsinin Səfəvilər sarayında rəsmi dil olması haqqında məlumat vermişdir. Görkəmli Azərbaycan alimi Turxan Gəncəyi Avropa səyyahları–Petra della Valle, Adam Oleari, Şevalye , Şanson və Rafael dü Manın əsərlərini, Şah Səfinin (1629-1642) Avstriya-Macarıstan imperatoru II Ferdinanda və Şah Sultan Hüseynin (1696-1722) Saksoniya hersoqu və Polşa kralı Avqusta məktubunu nümunə gətirərək Azərbaycan türkcəsinin İsfahandakı Səfəvi sarayında yüksək mövqeyə malik olduğunu göstərir. Alim 1636-cı ilin noyabrından 1638-ci ilin fevralına qədər İranda yaşamış alman səfiri Adam Olearinin belə bir məlumatından sitat gətirir: “ Türk dili İsfahanda o qədər əhəmiyyətə malikdir ki, orada çox nadir hallarda farsca bir söz eşidirsən”. 1648-ci ildə İsveç səfirinin başçılıq etdiyi İrana gələn heyətin katibi və həkimi olan alman Engelbert Kempferin yazdıqları isə həmin dövrdə sarayda yuxarı təbəqənin nümayəndələri arasında fars dilinin üstünlük təşkil etməsi barədə fikirləri tamamilə alt-üst edir: “Sarayda işlənən türk dili daha çox hakim sülalənin ana dilidir, nəinki sadə camaatın, bu dil saray vasitəsilə əyan-əşraf ailələrində elə geniş yayılmışdır ki, indi imtiyazlı təbəqədən olan hər hansı şəxsin onu bilməməsi utanc gətirən bir haldır”. XVII əsrdə Səfəvilər dövründə ən yüksək vəzifələrə sahib olan, türkcə şeirlər yazan şəxslərin adlarının sadalanması dediklərimizi bir daha təsdiqləyir. I Şah Abbas və II Şah Abbasın ana dilindəki şeirləri artıq məlum faktdır. XVII əsrin əvvəlindən sonuna qədər 95 il ömür sürmüş, Şah Süleymanın (1666-1694) hakimiyyəti dövründə dövlətdə ikinci şəxs-sədri-əzəm, baş vəzir olmuş Vəhid Qəzvininin Berlin Dövlət Kitabxanasında saxlanan türkcə divanı tərəfimizdən geniş ön sözlə çap etdirilmişdir. Farsca divanında ana dilində şeirləri aşkar edilmiş Müsahib Gəncəvi II Şah Abbasın sarayında eşikağasıbaşı, şahın nədimi-müsahibi, Qum şəhərinin darğası, Gəncə-Qarabağ vilayətinin bəylərbəyi olub. Ana dilində divan müəllifi, “Zəfər” təxəllüslü Şah Səfi və II Şah Abbasın dövründə eşikağasıbaşı, divanbəyi, qorçubaşı, Kerman vilayəti valisi, Şeyx Səfiəddin türbəsinin mütəvəllisi, Ərdəbil vəziri olmuşdur. Türkcə kiçik həcmli divanının əlyazması Tehran Universiteti Kitabxanasında saxlanan Səfiqulu bəy Səfi Məşhəd valisi, Herat bəylərbəyi vəzifələrini icra edib. Mürtəzaqulu sultan Şamlu Şah Süleyman taxta çıxarkən (1666) qorçubaşı, sonralar Qumun hakimi təyin edilmişdir. XVII əsrdə anadilli ədəbiyyatımızın inkişafında müəyyən rol oynamış iki şair-Mövci Əhəri və Mirzə Saleh Təbrizi yüksək rütbəli din xadimi-şeyxül-islam olmuşlar. Mirzə Salehin bu yaxınlarda əldə etdiyimiz farsca divanında onun türkcə şeirləri də vardır. Qeyd etmək istərdik ki, Mirzə Salehin divanının surətini Tehranın Məclis Kitabxanasında saxlanan əlyazmasından çıxararaq bizə göndərən Almaniyada yaşayan həmvətənimiz Məhəmmədəli Hüseynidir. Mirzə Saleh Təbrizi barədə bildiklərimiz çox azdır. Vəliqulu bəy ibn Davudqulu Şamlu h. 1072-ci ildə (m.1661) bitirdiyi “Qisəsül-xaqani” adlı təzkirəsində şair haqqında yazır: “Mirzə Saleh Təbrizin şeyxül-islamıdır. O, bəzən Füzuli təbiətlidir və Nəvai kəlamının ardınca gedir.... Bu alimin doğulduğu yer Təbrizdir.... O, cənabın türkcə və farsca şeirlərinin cənnətnişan ölkəmizdə çox böyük şöhrəti var”. Göründüyü kimi, Vəliqulu bəy şairin Füzuli ədəbi məktəbinin davamçısı olduğunu qeyd etmişdir. Məhəmməd Tahir Nəsrabadi (1623-1711) 1672-1679-cu illərdə yazdığı “Təzkireyi-Nəsrabadi” əsərində Mirzə Saleh barədə yazır: “Təbriz kübarlarındandır. O, yüksək insan, səlahiyyətdar və yumşaq bir şəxsdir. Təbrizin şeyxül-islamı vəzifəsində elə bir yol götürmüşdür ki, bir kimsənin ondan şikayəti yoxdur. Türk və fars nəzmində təbi, qüdrəti olan bir şairdir...” “Səfineyi-Xoşgu” və “Sühufi-İbrahim” təzkirələrinin müəllifləri şair barədə fərqli bir fikir söyləməmişlər. Divanının surətini Tehranın Məclis kitabxanasından əldə etdiyimiz XVII əsrin ikinci yarısı –XVIII əsrin əvvəllərində yaşamış təbrizli şair Şükrinin əsərlərini oxuduqda onun Mirzə Salehin farsca şeirlərinə nəzirə yazdığını gördük. Bundan başqa, məlum oldu ki, Şükri qürbətdə yaşayarkən Mirzə Salehlə məktublaşmışdır. 2008-ci ildə M.Hüseyni ilə birlikdə tərtib etdiyimiz “XVII əsr Azərbaycan lirikası” antologiyasında Mirzə Saleh Təbrizinin Məclis kitabxanasında saxlanan Azərbaycan dilindəki bir neçə şeirini nəşr etdirmişik. Bu yaxınlarda şairin Tehranın Məclis kitabxanasında saxlanan divanının surətini bütövlükdə əldə etmişik. Şairin əsasən farsca şeirlərinin toplandığı bu topluya onun türkcə əsərləri də daxil edilmişdir. 102 səhifədən ibarət divanın 65-79-cu səhifələrində onun Azərbaycan türkcəsində 36 şeiri-qəzəl, qitə, nəzm və təkbeytlər cəmi 149 beyt həcmində toplanmışdır. Mirzə Salehin buradakı anadilli şeirlərində ilkin diqqəti cəlb edən cəhətlərdən biri onun Füzuli yaradıcılığından bəhrələnməsi, dahi şairin təsiri ilə əsərlər yazmasıdır. M. S. Təbrizinin divanına salınmış anadili əsərlərindən “Yeriməz salik olan rahi-rizadən qeyri” misrası ilə başalanan 10 beytlik qəzəli Füzulinin şeirinə nəzirədir. Əsərində Füzulinin “Qeyri” rədifli üç qəzəlinin (“Yar qılmazsa mənə cövrü cəfadən qeyri”, “Nə görər əhli-cəfa məndə vəfadən qeyri”, “Hasilim yox səri-kuyində bəladən qeyri” misraları ilə başlanan 7 beytlik qəzəllər) qafiyə sözlərini təkrar etdiyinə əsasən deyə bilərik ki, Mirzə Saleh dahi şairin hər üç şeirini oxumuşdur. Füzulinin “Qeyri” rədifli 1-ci və 2-ci qəzəlində “Xudadən” qafiyə sözü təkrar olunur. 1-ci qəzəlində o, sirri-qeybini Tanrıdan başqa heç kimin bilmədiyindən danışır. 2-ci qəzəldə isə şair deyir ki, yarını sevdiyinə görə hamı ona əğyar oldu, Xudadan başqa ona yar olası heç kimsə qalmadı. Mirzə Salehin nəzirəsində “Xudadən” qafiyə sözü ilə iki beyt vardır: Əhli-məal nəvü mehrü nəvü kini nə ola, Saymadım heç kimi mövcud Xudadən qeyri... Qapı çox gəzdimü göz yaşımı bica tökdüm, Yox imiş dadə yetən kimsə Xudadən qeyri. Bu beytlər mənaca Füzulinin 2-ci qəzəlindəki beytə daha yaxın olsalar da, ondan müəyyən qədər fərqli fikir ifadə edirlər. Mirzə Saleh 1-ci beytində “əhli-məal” (“məna əhli”) adlandırdığı nasehlərin, zahidlərin məhəbbət və kinlərini heçə saydığını, Xudadan başqa heç kimi mövcud bilmədiyini elan edir. 2-ci beytində isə deyir ki, çox qapılar gəzib göz yaşları tökdümsə də, Tanrıdan başqa dada yetən olmadı. M. S. Təbrizi qəzəlin məqtə beytində orijinal qafiyə kimi bir az dəyişdirərək öz adından (və təxəllüsündən) istifadə edir: Salehi mən` edərlər meyü məşuqindən, Mənə heç kim sitəm etməz Salehadən qeyri. Yəni, şairə meyi və eşqi qadağan edirlər. Lakin ona özündən başqa heç kim nəyi isə yasaq edə, əziyyət verə bilməz. Maraqlıdır ki, Vəliqulu bəy Şamlunun “Qisəsül-xaqani” təzkirəsində Mirzə Salehin misal gətirdiyi beyt onun əlimizdə olan şeirində yoxdur: Kimsə açmaz qapımı badi-səbadən qeyri, Tanımaz kimsə məni dərdü bəladən qeyri. Bu beyt Füzulinin eyni rədifli 3-cü qəzəlinin 5-ci beytinə daha yaxındır: Nə yanar kimsə mənə atəşi-dildən özgə, Nə açar kimsə qapım badi-səbadən qeyri. Göründüyü kimi, Füzulinin insan tənhalığını yüksək bədii formada təsvir etdiyi misralarından birini Mirzə Saleh, demək olar ki, təkrar etmişdir. M. S. Təbrizinin haqqında danışdığımız qəzəlinə düşməyən beytin mövcudluğu şairin “Qeyri” rədifli digər qəzəlinin də olması ehtimalını irəli sürməyə imkan verir. Mirzə Salehin anadilli şeirlərində nəzərə çarpan cəhətlərdən biri də danışıq dilinin söz və ifadələrindən, atalar sözü və məsələlərdən istifadə etməsidir. Onun şeirində “kərə” mənasında işlənən “kərəz” sözü dövrün ədəbi dilinin, tarixi leksikasının öyrənilməsi baxımından maraq doğurur: Ola, yarəb, bir kərəz yarım bəni yad eyləyə, Afəti-qəm görməsin hər kim bəni şad eyləyə. Mirzə Salehin müasirləri-, Saib Təbrizi və Məczub Təbrizinin də anadilli şeirlərində rast gəlinən bu söz Cənubi Azərbaycanın Maku bölgəsində indi də işlənməkdədir. İnanırıq ki, Mirzə Saleh Təbrizinin surətini yeni əldə etdiyimiz divanı şairin XVII əsr ədəbiyyatımızdakı mövqeyini müəyyənləşdirməyə kömək edəcəkdir.
Yaradıcılığı
Yeriməz salik olan rahi-rizadən qeyri,
İstəməz arif olan cövrü cəfadən qeyri.
Varıdır hər nə gərək mehrü vəfadən qeyri,
Yoxudur, istəməyin cövrü cəfadən qeyri.
Görmədim mehr təriqində sitəmdən özgə,
Gəlmədi eşqdə başımğa bəladən qeyri.
Görgəc ol xosrovi-xubanı nə əfğanlar edim,
İti söz kimsə deməz şahə gədadən qeyri.
Yardan başqa dü aləmdə muradım yoxdur,
Nə gərək dərdi olan canə dəvadən qeyri.
Könlini saf elə xəlq iləvü asudə diril,
İstəməz ayinə heç kimsə səfadən qeyri.
Əhli-məal nəvü mehri nəvü kini nə ola,
Saymadım heç kimi mövcud Xudadən qeyri.
Qədü baləvü gözü qaşilə yox bazarım,
Könlümü seyd etməz imiş hüsn ədadən qeyri.
Qapı çox gəzdimü göz yaşımı bica tökdüm,
Yox imiş dadə yetən kimsə Xudadən qeyri.
Salehi mən edərlər meyü məşuqindən,
Bana heç kim sitəm etməz Salehadən qeyri.
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Mirze Saleh Tebrizi XVII esr Azerbaycan sairi Mirze Saleh TebriziDogum yeri TebrizFealiyyeti sairMirze Saleh Tebrizi VikimenbedeHeyatiAzerbaycan dilini ictimai heyatin butun sahelerinde yaymaga dovlet dili seviyyesine qaldirmaga calisan Sah Ismayil Xetaiden sonra da Sefeviler dovletinde turk dili en yuksek dairelerde oz nufuzunu kifayet qeder saxlamisdi Dogrudur ardi arasi kesilmeyen Osmanli Sefevi herbi toqqusmalari neticesinde Azerbaycan XVII esrde Sefeviler dovletinin siyasi iqtisadi merkezi rolunu itirmis paytaxt I Sah Tehmasib Sefevinin 1524 1576 dovrunde Tebrizden Qezvine I Sah Abbas Sefevinin 1587 1629 dovrunde ise Qezvinden Iranin daxilinde yerlesen Isfahana kocurulmusdu Buna baxmayaraq Azerbaycan turkcesi Tebrizde ve Qezvinde oldugu kimi Isfahanda da sarayin ve qosunun islek dili olaraq qalirdi 1684 1685 ci illerde Iranda olmus alman seyyahi Engelbert Kempfer Azerbaycan turkcesinin Sefeviler sarayinda resmi dil olmasi haqqinda melumat vermisdir Gorkemli Azerbaycan alimi Turxan Genceyi Avropa seyyahlari Petra della Valle Adam Oleari Sevalye Sanson ve Rafael du Manin eserlerini Sah Sefinin 1629 1642 Avstriya Macaristan imperatoru II Ferdinanda ve Sah Sultan Huseynin 1696 1722 Saksoniya hersoqu ve Polsa krali Avqusta mektubunu numune getirerek Azerbaycan turkcesinin Isfahandaki Sefevi sarayinda yuksek movqeye malik oldugunu gosterir Alim 1636 ci ilin noyabrindan 1638 ci ilin fevralina qeder Iranda yasamis alman sefiri Adam Olearinin bele bir melumatindan sitat getirir Turk dili Isfahanda o qeder ehemiyyete malikdir ki orada cox nadir hallarda farsca bir soz esidirsen 1648 ci ilde Isvec sefirinin basciliq etdiyi Irana gelen heyetin katibi ve hekimi olan alman Engelbert Kempferin yazdiqlari ise hemin dovrde sarayda yuxari tebeqenin numayendeleri arasinda fars dilinin ustunluk teskil etmesi barede fikirleri tamamile alt ust edir Sarayda islenen turk dili daha cox hakim sulalenin ana dilidir neinki sade camaatin bu dil saray vasitesile eyan esraf ailelerinde ele genis yayilmisdir ki indi imtiyazli tebeqeden olan her hansi sexsin onu bilmemesi utanc getiren bir haldir XVII esrde Sefeviler dovrunde en yuksek vezifelere sahib olan turkce seirler yazan sexslerin adlarinin sadalanmasi dediklerimizi bir daha tesdiqleyir I Sah Abbas ve II Sah Abbasin ana dilindeki seirleri artiq melum faktdir XVII esrin evvelinden sonuna qeder 95 il omur surmus Sah Suleymanin 1666 1694 hakimiyyeti dovrunde dovletde ikinci sexs sedri ezem bas vezir olmus Vehid Qezvininin Berlin Dovlet Kitabxanasinda saxlanan turkce divani terefimizden genis on sozle cap etdirilmisdir Farsca divaninda ana dilinde seirleri askar edilmis Musahib Gencevi II Sah Abbasin sarayinda esikagasibasi sahin nedimi musahibi Qum seherinin dargasi Gence Qarabag vilayetinin beylerbeyi olub Ana dilinde divan muellifi Zefer texelluslu Sah Sefi ve II Sah Abbasin dovrunde esikagasibasi divanbeyi qorcubasi Kerman vilayeti valisi Seyx Sefieddin turbesinin mutevellisi Erdebil veziri olmusdur Turkce kicik hecmli divaninin elyazmasi Tehran Universiteti Kitabxanasinda saxlanan Sefiqulu bey Sefi Meshed valisi Herat beylerbeyi vezifelerini icra edib Murtezaqulu sultan Samlu Sah Suleyman taxta cixarken 1666 qorcubasi sonralar Qumun hakimi teyin edilmisdir XVII esrde anadilli edebiyyatimizin inkisafinda mueyyen rol oynamis iki sair Movci Eheri ve Mirze Saleh Tebrizi yuksek rutbeli din xadimi seyxul islam olmuslar Mirze Salehin bu yaxinlarda elde etdiyimiz farsca divaninda onun turkce seirleri de vardir Qeyd etmek isterdik ki Mirze Salehin divaninin suretini Tehranin Meclis Kitabxanasinda saxlanan elyazmasindan cixararaq bize gonderen Almaniyada yasayan hemvetenimiz Mehemmedeli Huseynidir Mirze Saleh Tebrizi barede bildiklerimiz cox azdir Veliqulu bey ibn Davudqulu Samlu h 1072 ci ilde m 1661 bitirdiyi Qisesul xaqani adli tezkiresinde sair haqqinda yazir Mirze Saleh Tebrizin seyxul islamidir O bezen Fuzuli tebietlidir ve Nevai kelaminin ardinca gedir Bu alimin doguldugu yer Tebrizdir O cenabin turkce ve farsca seirlerinin cennetnisan olkemizde cox boyuk sohreti var Gorunduyu kimi Veliqulu bey sairin Fuzuli edebi mektebinin davamcisi oldugunu qeyd etmisdir Mehemmed Tahir Nesrabadi 1623 1711 1672 1679 cu illerde yazdigi Tezkireyi Nesrabadi eserinde Mirze Saleh barede yazir Tebriz kubarlarindandir O yuksek insan selahiyyetdar ve yumsaq bir sexsdir Tebrizin seyxul islami vezifesinde ele bir yol goturmusdur ki bir kimsenin ondan sikayeti yoxdur Turk ve fars nezminde tebi qudreti olan bir sairdir Sefineyi Xosgu ve Suhufi Ibrahim tezkirelerinin muellifleri sair barede ferqli bir fikir soylememisler Divaninin suretini Tehranin Meclis kitabxanasindan elde etdiyimiz XVII esrin ikinci yarisi XVIII esrin evvellerinde yasamis tebrizli sair Sukrinin eserlerini oxuduqda onun Mirze Salehin farsca seirlerine nezire yazdigini gorduk Bundan basqa melum oldu ki Sukri qurbetde yasayarken Mirze Salehle mektublasmisdir 2008 ci ilde M Huseyni ile birlikde tertib etdiyimiz XVII esr Azerbaycan lirikasi antologiyasinda Mirze Saleh Tebrizinin Meclis kitabxanasinda saxlanan Azerbaycan dilindeki bir nece seirini nesr etdirmisik Bu yaxinlarda sairin Tehranin Meclis kitabxanasinda saxlanan divaninin suretini butovlukde elde etmisik Sairin esasen farsca seirlerinin toplandigi bu topluya onun turkce eserleri de daxil edilmisdir 102 sehifeden ibaret divanin 65 79 cu sehifelerinde onun Azerbaycan turkcesinde 36 seiri qezel qite nezm ve tekbeytler cemi 149 beyt hecminde toplanmisdir Mirze Salehin buradaki anadilli seirlerinde ilkin diqqeti celb eden cehetlerden biri onun Fuzuli yaradiciligindan behrelenmesi dahi sairin tesiri ile eserler yazmasidir M S Tebrizinin divanina salinmis anadili eserlerinden Yerimez salik olan rahi rizaden qeyri misrasi ile basalanan 10 beytlik qezeli Fuzulinin seirine neziredir Eserinde Fuzulinin Qeyri redifli uc qezelinin Yar qilmazsa mene covru cefaden qeyri Ne gorer ehli cefa mende vefaden qeyri Hasilim yox seri kuyinde beladen qeyri misralari ile baslanan 7 beytlik qezeller qafiye sozlerini tekrar etdiyine esasen deye bilerik ki Mirze Saleh dahi sairin her uc seirini oxumusdur Fuzulinin Qeyri redifli 1 ci ve 2 ci qezelinde Xudaden qafiye sozu tekrar olunur 1 ci qezelinde o sirri qeybini Tanridan basqa hec kimin bilmediyinden danisir 2 ci qezelde ise sair deyir ki yarini sevdiyine gore hami ona egyar oldu Xudadan basqa ona yar olasi hec kimse qalmadi Mirze Salehin neziresinde Xudaden qafiye sozu ile iki beyt vardir Ehli meal nevu mehru nevu kini ne ola Saymadim hec kimi movcud Xudaden qeyri Qapi cox gezdimu goz yasimi bica tokdum Yox imis dade yeten kimse Xudaden qeyri Bu beytler menaca Fuzulinin 2 ci qezelindeki beyte daha yaxin olsalar da ondan mueyyen qeder ferqli fikir ifade edirler Mirze Saleh 1 ci beytinde ehli meal mena ehli adlandirdigi nasehlerin zahidlerin mehebbet ve kinlerini hece saydigini Xudadan basqa hec kimi movcud bilmediyini elan edir 2 ci beytinde ise deyir ki cox qapilar gezib goz yaslari tokdumse de Tanridan basqa dada yeten olmadi M S Tebrizi qezelin meqte beytinde orijinal qafiye kimi bir az deyisdirerek oz adindan ve texellusunden istifade edir Salehi men ederler meyu mesuqinden Mene hec kim sitem etmez Salehaden qeyri Yeni saire meyi ve esqi qadagan edirler Lakin ona ozunden basqa hec kim neyi ise yasaq ede eziyyet vere bilmez Maraqlidir ki Veliqulu bey Samlunun Qisesul xaqani tezkiresinde Mirze Salehin misal getirdiyi beyt onun elimizde olan seirinde yoxdur Kimse acmaz qapimi badi sebaden qeyri Tanimaz kimse meni derdu beladen qeyri Bu beyt Fuzulinin eyni redifli 3 cu qezelinin 5 ci beytine daha yaxindir Ne yanar kimse mene atesi dilden ozge Ne acar kimse qapim badi sebaden qeyri Gorunduyu kimi Fuzulinin insan tenhaligini yuksek bedii formada tesvir etdiyi misralarindan birini Mirze Saleh demek olar ki tekrar etmisdir M S Tebrizinin haqqinda danisdigimiz qezeline dusmeyen beytin movcudlugu sairin Qeyri redifli diger qezelinin de olmasi ehtimalini ireli surmeye imkan verir Mirze Salehin anadilli seirlerinde nezere carpan cehetlerden biri de danisiq dilinin soz ve ifadelerinden atalar sozu ve meselelerden istifade etmesidir Onun seirinde kere menasinda islenen kerez sozu dovrun edebi dilinin tarixi leksikasinin oyrenilmesi baximindan maraq dogurur Ola yareb bir kerez yarim beni yad eyleye Afeti qem gormesin her kim beni sad eyleye Mirze Salehin muasirleri Saib Tebrizi ve Meczub Tebrizinin de anadilli seirlerinde rast gelinen bu soz Cenubi Azerbaycanin Maku bolgesinde indi de islenmekdedir Inaniriq ki Mirze Saleh Tebrizinin suretini yeni elde etdiyimiz divani sairin XVII esr edebiyyatimizdaki movqeyini mueyyenlesdirmeye komek edecekdir YaradiciligiYerimez salik olan rahi rizaden qeyri Istemez arif olan covru cefaden qeyri Varidir her ne gerek mehru vefaden qeyri Yoxudur istemeyin covru cefaden qeyri Gormedim mehr teriqinde sitemden ozge Gelmedi esqde basimga beladen qeyri Gorgec ol xosrovi xubani ne efganlar edim Iti soz kimse demez sahe gedaden qeyri Yardan basqa du alemde muradim yoxdur Ne gerek derdi olan cane devaden qeyri Konlini saf ele xelq ilevu asude diril Istemez ayine hec kimse sefaden qeyri Ehli meal nevu mehri nevu kini ne ola Saymadim hec kimi movcud Xudaden qeyri Qedu balevu gozu qasile yox bazarim Konlumu seyd etmez imis husn edaden qeyri Qapi cox gezdimu goz yasimi bica tokdum Yox imis dade yeten kimse Xudaden qeyri Salehi men ederler meyu mesuqinden Bana hec kim sitem etmez Salehaden qeyri Hemcinin baxAzerbaycan edebiyyati