Mikelancelo Buonarroti (it. Michelangelo di Lodovico di Leonardo di Buonarroti Simoni; 6 mart 1475[…], Kapreze-Mikelancelo[d], Florensiya Respublikası – 18 fevral 1564[…], Roma, Papa dövləti[…]) — italyan heykəltaraşı, rəssam, memar və şair. İntibah dövrü mədəniyyətinin ən görkəmli nümayəndələrindən biri.
Mikelancelo | |
---|---|
Doğum adı | Michelangelo di Lodovico Buonarroti Simoni |
Doğum tarixi | 6 mart 1475[…] |
Doğum yeri |
|
Vəfat tarixi | 18 fevral 1564[…](88 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri | |
Fəaliyyəti | heykəltaraş, memarlıq çertyojçusu[d], rəssam, memar, şair, mühəndis, yazıçı, vizual incəsənət rəssamı |
Təhsili | |
Stillər | Yüksək İntibah |
Tanınmış işləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
Həyatı
Mikelancelo Buonarroti 6 mart 1475-ci ildə müflisləşmiş zadəgan Lyudovik Buonarottinin ailəsində anadan olmuşdur.
Fəaliyyəti
Kapreze şəhər hakiminin oğlu olan Mikelancelo rəssam C. Girlandayo (1488–1489) və heykəltaraş Bertoldo di Covannidən (1489–1490) dərs almışdır. Yaradıcılığının inkişafına Cotto, Donatello, Mazaççonun, eləcə də antik heykəltaraşlığın böyük təsiri olmuşdur. İlk əsərləri - "Madonna pilləkən yanında", "Kentavrların döyüşü", hər ikisi mərmər, təqr. 1490–1492.
Mikelancelo yaradıcılığının başlıca cəhətləri — obrazların monumentallığı, plastik gücü və dramatizmi, insanpərvərlik hissləri bütün təfərrüatı ilə özünü büruzə verir. Romada olarkən yaratdığı "İsa üzərində ağlaşma" ("Pyeta", 1498–1501) heykəli Mikelancelo üslubunun püxtələşdiyini göstərir. Dərin mənalı bu əsərin əsas ideyası əsl insani kədər, övlada məhəbbət kimi nəcib hisslərin tərənnümüdür.
Mikelancelo 1501-ci ildə Florensiyaya qayıtmış, qəddar Mediçilərin hökmranlığına son qoymuş respublika vətəndaşlarının qəhrəmanlığını təcəssüm etdirən simvolik əsərlər üzərində işləmişdir (5 m-lik "David" heykəli, mərmər, 1501–1504). 1505-ci ildə Papa Mikelancelonu Romaya çağırmış və ona özünün məqbərəsini yaratmağı tapşırmışdı. Məqbərə həcmi, əzəməti, gözəlliyi baxımından dünyada yeganə və nadir sənət əsəri olmalı idi. Məqbərənin layihələri tez-tez dəyişdirildiyindən onun inşası yalnız 1545-ci ildə başa çatdırılmışdı. Mikelancelo məqbərə üçün nəzərdə tutulmuş bir sıra heykəllər yaratmışdır ("Musa", 1515–1516; "Üsyankar qul" və "Canverən qul", hər ikisi 1513–1516). Mikelancelonun ən möhtəşəm və əzəmətli rəngkarlıq əsəri Vatikandakı Sikstin kapellası tavanının (plafon) freskalarıdır (1508–1512). Tavanın mərkəzində doqquz düzbucaqlı lövhə, onların ətrafında 20 çılpaq gənc fiquru, mərmər taxtlarda oturmuş 7 müdrik peyğəmbərin və 5 sivillanın surətləri, həmçinin dramatik məzmunlu kompozisiyalar ("İşığın zülmətdən ayrılması", "Günəşin, ayın və bitkilərin yaradılması", "Torpağın sudan ayrılması", "Adəmin yaradılması", "Həvvanın yaradılması", "Günahkarlıq və cənnətdan qovulma", "Nuhun qurbanı", "Dünya daşqını" və s.) yerləşdirilmişdir.
Ümumiyyətlə kapellanın 18 m hündürlükdə olan plafonunda 343 insan fiquru təsvir edilmişdir. 1520-ci illərdə Mikelancelonun həyata münasibətində bədbinlik yaranmış, bu da onun Florensiyada San-Lorenso kilsəsində yaratdığı məşhur Mediçilərin sərdabası (1520–1534) heykəltaraşlıq və memarlıq ansamblında əksini tapmışdır. Mikelancelo 1534 ildə həmişəlik Romaya köçmüş, Sikstin kapellasının mehrabında "Məhşər günü" adlı monumental freska üzərində işləmişdir (1536–1541).
Mikelancelo təqr. 1537–1538-ci illərdə "Brut" büst-heykəlini, 1542–1550-ci illərdə Romada freskalarını, 1550–1555-ci illərdə isə öz qəbirüstü abidəsi üçün nəzərdə tutduğu "İsa üzərində ağlaşma" ("Pyeta") adlı dördfiqurlu heykəl yaratmışdır.
Mikelancelo memarlıq sahəsində
Mikelancelonun memarlıq sahəsindəki fəaliyyəti də diqqətəlayiqdir. O, 1546 ildən Romadakı Müqəddəs Pyotr baş kilsəsinin layihəsi üzərində işləmiş, onun mehrab hissəsini klassik memarlıq orderləri sistemi üzrə möhtəşəm dinamik formalarda həll etmişdir. Mikelancelo Renessans dövrü memarlığında monumental ansambl probleminin həlli sahəsində ilk təşəbbüs göstərərək Kapitoli meydanını layihələşdirmişdir.
Mikelancelo poeziyası
Mikelancelo qoca yaşlarında poeziyaya daha çox maraq göstərmiş, əsasən madriqal və sonetlər yazmışdır. Sağlığında şerləri dərc olunmamışdı. İlk "Şerlər" kitabı 1623-cü ildə nəşr edilmişdir (D. Şostakoviç Mikelancelonun sözlərinə vokal süita yazmışdır). Mikelancelo yaradıcılığı insan şəxsiyyətinə pərəstiş, insanın böyüklüyünə və gözəlliyinə inam hissləri ilə aşılanmışdır.
Əsərləri
İstinadlar
- Dussler L., Girardi E. N. BUONARROTI, Michelangelo // Dizionario Biografico degli Italiani (it.). 1972. Vol. 15.
- BeWeB.
- Arkitekter verksamma i Sverige. 2014.
- Mathematics Genealogy Project (ing.). 1997.
- Archivio Storico Ricordi. 1808.
- The Fine Art Archive.
- Artnet. 1998.
- http://www.artnet.com/artists/michelangelo/.
- "Samirə Mir-Bağırzadə. İncəsənət tarixi. Dərslik. Bakı, MSA, 2012. 116 səh" (PDF). 2022-06-16 tarixində (PDF). İstifadə tarixi: 2014-10-29.
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Mikelancelo Buonarroti it Michelangelo di Lodovico di Leonardo di Buonarroti Simoni 6 mart 1475 Kapreze Mikelancelo d Florensiya Respublikasi 18 fevral 1564 Roma Papa dovleti italyan heykeltarasi ressam memar ve sair Intibah dovru medeniyyetinin en gorkemli numayendelerinden biri MikelanceloDogum adi Michelangelo di Lodovico Buonarroti SimoniDogum tarixi 6 mart 1475 Dogum yeri Kapreze Mikelancelo d Florensiya RespublikasiVefat tarixi 18 fevral 1564 88 yasinda Vefat yeri Roma Papa dovleti Defn yeri Santa Korce BazilikasiFealiyyeti heykeltaras memarliq certyojcusu d ressam memar sair muhendis yazici vizual incesenet ressamiTehsili Florensiya UniversitetiStiller Yuksek IntibahTaninmis isleri Davud Pyeta Qiyamet gunu Sikstin kapellasinin tavani Muqeddes Pyotr kilsesi Laurensiana kitabxanasi Vikianbarda elaqeli mediafayllar Adi tarixde 100 en cox oyrenilmis sexsiyyetler siyahisina daxil edilib HeyatiMikelancelo Buonarroti 6 mart 1475 ci ilde muflislesmis zadegan Lyudovik Buonarottinin ailesinde anadan olmusdur FealiyyetiKapreze seher hakiminin oglu olan Mikelancelo ressam C Girlandayo 1488 1489 ve heykeltaras Bertoldo di Covanniden 1489 1490 ders almisdir Yaradiciliginin inkisafina Cotto Donatello Mazacconun elece de antik heykeltarasligin boyuk tesiri olmusdur Ilk eserleri Madonna pilleken yaninda Kentavrlarin doyusu her ikisi mermer teqr 1490 1492 Mikelancelo yaradiciliginin baslica cehetleri obrazlarin monumentalligi plastik gucu ve dramatizmi insanperverlik hissleri butun teferruati ile ozunu buruze verir Romada olarken yaratdigi Isa uzerinde aglasma Pyeta 1498 1501 heykeli Mikelancelo uslubunun puxtelesdiyini gosterir Derin menali bu eserin esas ideyasi esl insani keder ovlada mehebbet kimi necib hisslerin terennumudur Avtoportret Mikelancelo 1501 ci ilde Florensiyaya qayitmis qeddar Medicilerin hokmranligina son qoymus respublika vetendaslarinin qehremanligini tecessum etdiren simvolik eserler uzerinde islemisdir 5 m lik David heykeli mermer 1501 1504 1505 ci ilde Papa Mikelancelonu Romaya cagirmis ve ona ozunun meqberesini yaratmagi tapsirmisdi Meqbere hecmi ezemeti gozelliyi baximindan dunyada yegane ve nadir senet eseri olmali idi Meqberenin layiheleri tez tez deyisdirildiyinden onun insasi yalniz 1545 ci ilde basa catdirilmisdi Mikelancelo meqbere ucun nezerde tutulmus bir sira heykeller yaratmisdir Musa 1515 1516 Usyankar qul ve Canveren qul her ikisi 1513 1516 Mikelancelonun en mohtesem ve ezemetli rengkarliq eseri Vatikandaki Sikstin kapellasi tavaninin plafon freskalaridir 1508 1512 Tavanin merkezinde doqquz duzbucaqli lovhe onlarin etrafinda 20 cilpaq genc fiquru mermer taxtlarda oturmus 7 mudrik peygemberin ve 5 sivillanin suretleri hemcinin dramatik mezmunlu kompozisiyalar Isigin zulmetden ayrilmasi Gunesin ayin ve bitkilerin yaradilmasi Torpagin sudan ayrilmasi Ademin yaradilmasi Hevvanin yaradilmasi Gunahkarliq ve cennetdan qovulma Nuhun qurbani Dunya dasqini ve s yerlesdirilmisdir Umumiyyetle kapellanin 18 m hundurlukde olan plafonunda 343 insan fiquru tesvir edilmisdir 1520 ci illerde Mikelancelonun heyata munasibetinde bedbinlik yaranmis bu da onun Florensiyada San Lorenso kilsesinde yaratdigi meshur Medicilerin serdabasi 1520 1534 heykeltarasliq ve memarliq ansamblinda eksini tapmisdir Mikelancelo 1534 ilde hemiselik Romaya kocmus Sikstin kapellasinin mehrabinda Mehser gunu adli monumental freska uzerinde islemisdir 1536 1541 Mikelancelo teqr 1537 1538 ci illerde Brut bust heykelini 1542 1550 ci illerde Romada freskalarini 1550 1555 ci illerde ise oz qebirustu abidesi ucun nezerde tutdugu Isa uzerinde aglasma Pyeta adli dordfiqurlu heykel yaratmisdir Mikelancelo memarliq sahesinde Mikelancelonun memarliq sahesindeki fealiyyeti de diqqetelayiqdir O 1546 ilden Romadaki Muqeddes Pyotr bas kilsesinin layihesi uzerinde islemis onun mehrab hissesini klassik memarliq orderleri sistemi uzre mohtesem dinamik formalarda hell etmisdir Mikelancelo Renessans dovru memarliginda monumental ansambl probleminin helli sahesinde ilk tesebbus gostererek Kapitoli meydanini layihelesdirmisdir Mikelancelo poeziyasi Mikelancelo qoca yaslarinda poeziyaya daha cox maraq gostermis esasen madriqal ve sonetler yazmisdir Sagliginda serleri derc olunmamisdi Ilk Serler kitabi 1623 cu ilde nesr edilmisdir D Sostakovic Mikelancelonun sozlerine vokal suita yazmisdir Mikelancelo yaradiciligi insan sexsiyyetine perestis insanin boyukluyune ve gozelliyine inam hissleri ile asilanmisdir EserleriEsas meqale Mikelancelonun eserlerinin siyahisiIstinadlarDussler L Girardi E N BUONARROTI Michelangelo Dizionario Biografico degli Italiani it 1972 Vol 15 BeWeB Arkitekter verksamma i Sverige 2014 Mathematics Genealogy Project ing 1997 Archivio Storico Ricordi 1808 The Fine Art Archive Artnet 1998 http www artnet com artists michelangelo Samire Mir Bagirzade Incesenet tarixi Derslik Baki MSA 2012 116 seh PDF 2022 06 16 tarixinde PDF Istifade tarixi 2014 10 29 Xarici kecidlerDiger layihelerdeVikisitatda elaqeli sitatlarVikianbarda elaqeli media fayllar