Bu məqaləni lazımdır. |
Məmduh Şövkət Esendal (29 mart 1883, Çorlu - 16 may 1952, Ankara) — Türk yazıçısı, diplomat, siyasətçi, Türkiyənin Azərbaycanda ilk səfiri.
Məmduh Şövkət Esendal | |
---|---|
Doğum tarixi | |
Vəfat tarixi | (69 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi, diplomat, yazıçı |
Partiyası | |
Vikianbarda əlaqəli mediafayllar |
Fəaliyyəti
Azərbaycan—Türkiyə münasibətlərindən söz açarkən "ilk" epitetinə tez-tez müraciət etmək lazım gəlir. Cümhuriyyət elanından bir həftə sonra 1918-ci il iyunun 4-də Azərbaycanla Osmanlı imperatorluğu arasında dostluq və qarşılıqlı yardım haqqında müqavilə imzalanmışdı. Bu müstəqil dövlət kimi Azərbaycanın imzaladığı ilk beynəlxalq hüquqi-diplomatik sənəd idi.
1991-ci il noyabrın 11-də, keçmiş SSRİ-nin de-fakto mövcudluğu şəraitində siyasi iradə və qətiyyət nümayiş etdirərək hələ müttəfiq sovet respublikalarından biri sayılan Azərbaycan SSR-nın müstəqilliyini tanıyan ilk dövlət Türkiyə Cümhuriyyəti olmuşdu. Maraqlıdır ki, 1920-22-ci illərdə hələ müstəqilliyin müəyyən atributlarına malik olan Azərbaycan SSR-lə diplomatik münasibətlər quran və Bakıya öz təmsilçisini göndərən ilk dövlət yenə də Türkiyə, bu dəfə milli müstəqillik uğrunda Qurtuluş Savaşına başlamış Mustafa Kamal Türkiyəsi idi. Azərbaycan Cümhuriyyətinin süqutundan 5 gün sonra, 1920-ci il mayın 3-də qurulan Ankara hökuməti həmin il avqustun 12-də özünün ilk xarici təmsilçisini başqa bir ölkəyə deyil, məhz Azərbaycana göndərmişdi.
Yeni Türkiyəni sovet Bakısında təmsil edən ilk türk diplomatı isə tanınmış yazıçı və ictimai-siyasi xadim Məmduh Şövkət Esendal (1883-1952) olmuşdu. O, patriarxal Osmanlı əyalətlərindən birində – Tekirdağın Çorlu ilçəsində, əkinçi ailəsində doğulmuşdu. Ailəsinin yoxsulluğu üzündən ardıcıl və sistemli təhsil ala bilməmişdi. 1906-cı ildə hələ gizli fəaliyyət göstərən "İttihad və Tərəqqi" cəmiyyətinə qoşulmuşdu. İttihadçıların hakimiyyətə gəldiyi 1908-ci ildən sonra isə 10 il müddətində partiya müfəttişi kimi imperiyanın müxtəlif yerlərində çalışmış, həmişə insanlarla ünsiyyət və təmasda olmuşdu. 1918-ci ildə ittihadçılar devrildikdə həbs ediləcəyini görərək gizlincə Osmanlı hüdudlarını tərk etmiş, bir il siyasi mühacir kimi İtaliyada yaşamışdı. Anadolu torpaqlarında Mustafa Kamal Paşanın rəhbərliyi ilə Qurtuluş Savaşı başlayanda bir çox türk vətənpərvərləri kimi o da, Ankaraya dönmüş və milli qüvvələrin sırasında yer almışdı. Universitet diplomuna malik olmasa da, daim özünütəkmilləşdirmə yolu ilə dövrünün savadlı, ziyalı şəxslərindən biri kimi tanınmışdı.
1920-ci ilin aprelində Azərbaycanda milli hakimiyyətin silah gücü ilə devrilməsinə və ölkənin yenidən Rusiyanın, lakin bu dəfə sovet Rusiyasının tərkibinə daxil edilməsinə baxmayaraq Atatürk hökuməti Bakı ilə geniş və hərtərəfli əlaqələrin qurulmasında maraqlı idi. Bunun bir neçə səbəbi vardı. Əsas səbəblərdən biri Mudros və Sevr müqavilələri ilə Osmanlı imperiyasının güclü və müstəqil bir dövlət kimi mövcudluğuna son qoymağa çalışan beynəlxalq imperializmə qarşı Mustafa Kamal Paşanın rəhbərliyi ilə başlanan milli-azadlıq mübarizəsində türk xalqını və yeni Türkiyəni dəstəkləyən yeganə qüvvənin Sovet Rusiyası olması idi.
Bolşeviklər öz vəziyyətlərinin bütün çətinliyinə və ağırlığına baxmayaraq Atatürk hərəkatının sonda bir kommunist inqilabına, Türkiyənin isə müsəlman Şərqində daha bir sosialist dövlətinə çevriləcəyi ümidi ilə ona yardım göstərirdilər. Bu yardımın alınması və Moskva ilə daha sıx əlaqələr qurulması baxımından sovet Azərbaycanı Türkiyə üçün mühüm siyasi mərkəz və hərbi plasdarm idi. O biri tərəfdən, həmin dövrdə sovet rejimi milli respublikaların tam müstəqilliyi təbliğatı ilə beynəlxalq ictimai fikri məharətlə çaşdıra bildiyindən Azərbaycanla diplomatik münasibətlər qurulması yeni Türkiyənin siyasi təcrid vəziyyətindən çıxması və qardaş ölkə ilə bərabərhüquqlu dostluq və əməkdaşlıq əlaqələrinin yaradılması baxımından da əhəmiyyətli sayılırdı.
Qafqaz regionuna və Azərbaycana yaxından bələd olan türk ordusunun Şərq Cəbhəsi komandanı Kazım Qarabəkir Paşanın həmin dövrdə Türkiyə Böyük Millət Məclisinin (TBMM) başkanı Mustafa Kamal Paşaya göndərdiyi 21 iyul 1920-ci il tarixli şifrəli teleqramda Bakı ilə diplomatik əlaqələrin mümkün qədər tez yaradılmasının vacibliyi təkidlə qeyd edilirdi. Teleqramda deyilirdi: "Bakıda bir səfirimizin olması çox mühümdür və tez bir zamanda təyin edilməsi zəruridir. Göndəriləcək şəxsin fəhlə və əsgərə özünü sevdirməyi bacaran adam olması, Anadolu xalqının içindən çıxması və hər hansı bir dil bilməsi daha məqsədəuyğun olardı".
Azərbaycanın sovetləşməsində müəyyən rolu olan Xəlil Paşa (Yoldaş Xəlil) da öz növbəsində avqustun 2-də və 13-də Şərq Cəbhəsi komandanlığına göndərdiyi teleqramlarda "Azərbaycanın başlı-başına müstəqil bir Sosialist Sovet Cümhuriyyəti olduğunu", burada "vəziyyətin təbii bir şəklə düşdüyünü" və "Sovet Sosialist hökumətinin olduqca sərbəst çalışmağa başladığını" qeyd edərək Bakıda tezliklə Ankara hökumətinin səfirliyinin, yaxud təmsilçiliyinin açılmasının zəruriliyini vurğulayırdı. Xəlil Paşanın fikrincə, Sovet Azərbaycanına Ankara diplomatının göndərilməsi buradakı türk müharibə əsirlərini vətənə qaytarmaq, habelə Anadolunu silah-sursatla təmin etmək baxımından da çox önəmli idi: "Bakıda bu işləri Hökuməti–Osmaniyyənin (Türkiyə) bir müməssili-rəsmisi (rəsmi təmsilçisi – V.Q.) sifəti ilə idarə edəcək nə bir heyəti-əsgəriyyə, nə bir səfarət və ya məsləhətgüzar və yaxud da müməssili-əsgəri və siyasi mövcuddur. Yalnız üsəra (əsirlər) müamiləsi deyil, əsliha (silahlar) və cəbhəxana nəqliyyatı və osmanlılara aid bir çox müamilələr mövcuddur ki, bu gün hamısı üzü üstə qalmışdır". O, məsələnin həllinin sürətləndirilməsi üçün Mustafa Kamal Paşaya da ayrıca müraciət etdiyini xatırladırdı.
1920-ci ilin sentyabrında Bakıda Şərq xalqlarının I qurultayının işə başlaması da Azərbaycana Ankara təmsilçisinin gəlişinin mümkün qədər tezləşdirilməsini tələb edirdi. TBMM-nə ünvanladığı 17 avqust tarixli teleqramda bu fakta diqqəti çəkərək yazırdı: "Bakıda əqd edilən konqresdə iştirakımızın və bununla bərabər islam və islam siyasətinə mərkəz olduğu və getdikcə daha ziyadə kəsbi-əhəmiyyət edəcəyi anlaşılan Bakıda bir səfarət heyətimizin bulunmasının dərəceyi-lüzum və əhəmiyyətini təkidlə ərz edirəm. Gərək konqreyə təyin ediləcək zəvatın (şəxslərin), gərək səfirimizin pək zəki və əhvali-ümumiyyəmizə vükufu (bələdliyi) tam sahib olmaları və kəndilərinin ən səri (sürətli) bir surətdə Bakıya yetişdirilmiş bulunmaları əlzəmdir (lazımlıdır–V.Q.)".
Lakin bu həyəcanlı teleqramlar müəyyən mənada gecikmiş sayıla bilərdi. Çünki, avqustun 12-də TBMM nəinki diplomatik sahədə, ümumiyyətlə, dövlət qulluğunda çalışmayan keçmiş ittihadçı Məmduh Şövkət Esendalın Azərbaycana diplomatik təmsilçi təyin olunması haqqında qərar qəbul etmiş, avqustun 15-də isə onun etimad məktubu Mustafa Kamal Paşa tərəfindən imzalanmışdı. Artıq yuxarıda da qeyd edildiyi kimi, o, Ankara hökumətinin xaricdəki ilk diplomatik təmsilçisi olmuşdu.
Bəs nə üçün belə bir mühüm vəzifə peşəkar diplomata deyil, türklər özləri demişkən, bu sahədə "əcəmi" olan bir şəxsə həvalə edilmişdi? Həmin dövrdə Sovet Azərbaycanında xalq hakimiyyəti, fəhlə-kəndli hökuməti qurulduğunu nəzərə alaraq Anadolu hökuməti bu ölkəyə klassik tipli diplomat deyil, bir "xalq adamı" göndərilməsini daha məqsədəuyğun saymışdı.
Türk diplomatiyasının tarixinə dair bir sıra araşdırmaların müəllifi, keçmis səfir Bilal Şəmşirin Məmduh Şövkətin özünün xatirələrinə və digər qaynaqlara əsaslanaraq yazdığına görə, Azərbaycana göndəriləcək Türkiyə təmsilçisi ilə bağlı Kazım Qarabəkirin irəli sürdüyü tələblərə daha çox Məmduh Şövkətin uyğun gəldiyi qənaəti hasil olunmuş və Atatürk öz əli ilə Ankara yaxınlığındakı kəndlərdən birində istirahət edən Məmduh bəyə belə bir məktub yazmışdı: "Bakı üçün məndən avamdan yetişmiş (burada xalq arasından çıxmış mənasında işlənmişdir) bir təmsilçi istədilər. Ağlıma sən gəldin. Görüşmək üzrə Ankarada gözləyirəm. Mustafa Kamal".
Yeni "xariciyyəçi" elə Atatürkün etimad məktubunu imzaladığı gün vaxt itirmədən Bakıya yola düşmüşdü.Məmduh Şövkətin Bakı yolçuluğu özünün bir çox cəhətləri ilə orta əsr elçilərinin diplomatik səfərlərini xatırladırdı. TBMM hökumətinin təmsilçisi Ankaradan Bakıya qədər olan yolu təxminən bir ay müddətinə, at belində, faytonla, bəzən hətta piyada qət etməli olmuşdu. Xarici İşlər Nazirliyinin göstərişinə əsasən Türkiyə təmsilçisi Ərzurumda Şərq Cəbhəsi komandanı Kazım Qarabəkir Paşa ilə, Naxçıvanda isə Xəlil Paşa ilə görüşüb gələcək fəaliyyəti ilə bağlı onlardan bir sıra zəruri məlumat və təlimatlar almışdı. İki ölkə arasında diplomatik münasibətlər hələ başlanğıc mərhələsində olduğundan Məmduh Şövkət Bakıya tam səlahiyyətli səfir deyil, diplomatik təmsilçi (müməssil) kimi göndərilmişdi... Bakıda gedən proseslər və yeni Azərbaycan hökumətinin yürütdüyü daxili və xarici siyasət dost və qonşu dövlət kimi Ankaranı yaxından maraqlandırırdı. Odur ki, Türkiyə XİN tərəfindən Məmduh Şövkətə verilmiş yazılı təlimatda ondan qısa müddət ərzində Bakıdakı sovet hökumətinin hansı prinsiplər əsasında qurulması, hökumət üzvlərinin vəzifələrini nə dərəcədə uğurla yerinə yetirməsi, hakimiyyətdə monolit komandanın, yoxsa fərqli mövqələrə malik insanların olması, qonşularla münasibət, Azərbaycan–Ermənistan və Azərbaycan–Gürcüstan münasibətləri, bu ölkələrlə iqtisadi və ticari ilişgilər, üç Cənubi Qafqaz cümhuriyyətinin federasiya şəklində birləşmə perspektivləri və Sovet Rusiyası ilə əlaqələri, müxalifət partiyalarının movcud olub-olmaması, hökumət nümayəndələrinin və sıravi vətəndaşların Türkiyə ilə bağlı düşüncə və görüşləri, bölgəyə Britaniya təsiri imkanları və s. barəsində əhatəli məlumatlar hazırlayıb göndərmək tələb olunurdu.
Bütün bunlarla bir sırada, Məmduh Şövkət Ankara hökumətini Cənubi Azərbaycanda gedən proseslər, ölkənin şimalı ilə cənubu arasında əlaqələr və lazım gələrsə, bu əlaqələrin hansı yollarla daha genişləndirilməsi barəsində də məlumatlandırmalı idi. Türkiyə təmsilçisi kimi onun üzərinə qoyulan başqa bir vəzifə isə Azərbaycandakı türklərin, xüsusi ilə də Qafqaz İslam ordusunun tərkibində ölkəyə gələn, döyüşlər zamanı həlak olan, yaxud geri qayıda bilməyən türk vətəndaşları barəsində bilgilərin toplanması və Ankaraya çatdırılması idi. Yeri gəlmişkən, xatırladaq ki, Bakı uğrunda döyüşlərdə şəhid olmuş qəhrəman türk əsgərlərinin adlarının vaxtilə müəyyənləşdirilməsində və bizim günlərdə Dağüstü parkdakı–Şəhidlər Xiyabanındakı abidədə əbədiləşdirilməsində Məmduh Şövkətin müəyyən xidməti gərəkli olmuşdur.
1920-22-ci illər xarici siyasət baxımından Azərbaycanın nisbi müstəqillik dövrü idi. 1920-ci ilin sentyabrında Bakıda Türkiyə diplomatı Məmduh Şövkətin etimad məktubunu qəbul edən Azərbaycan XKS-nin sədri N.Nərimanovun aradan bir il keçəndən sonra sovet Azərbaycanının ilk diplomatlarından olan İbrahim Əbilovu ölkəsinin Türkiyə səfiri kimi Ankaraya göndərməsi məhz bu nisbi müstəqilliyin sayəsində mümkün olmuşdu...
Həmin dövrdə Türkiyə başdan-başa müharibə alovları içərisində olduğundan dövlət idarəçiliyinin bir çox mühüm sahələri ilə bağlı qərarlar ilk növbədə hərbçilərlə razılaşdırılır, onların təklif və tövsiyələri əsas götürülürdü. Bakıdakı türk təmsilçiliyinin səfirliyə çevrilməsi məsələsi gündəliyə çıxanda da ilk növbədə Şərq Cəbhəsi komandanı Kazım Qarabəkir Paşanın rəyi soruşulmuşdu. Kazım Qarabəkir öz növbəsində bu məsələdə hələlik tələsməməyi məsləhət görmüşdü... Lakin Məmduh Şövkətin diplomatik fəaliyyətini 1924-cü ilin aprelinə qədər davam etdirməsinə, habelə bir müddət sonra Azərbaycanın Türkiyəyə səlahiyyətli səfir göndərməsinə baxmayaraq bu məsələ üzərinə bir daha qayıdılmamışdı. Görünür, fəaliyyəti yalnız bir neçə ay çəkən səfir İ.Əbilovun 1923-cü ilin fevralında Ankarada qəfil ölümündən sonra Bakıdan yeni səfirin təyin olunmaması, o biri tərəfdən isə sovet milli respublikalarının müstəqilliyi ilə bağlı illüziyaların tezliklə dağılması Türkiyə tərəfini Azərbaycandakı diplomatik təmsilçiliyi səfirlik səviyyəsinə qaldırmaq fikrindən daşındırmışdı. İki ölkə arasında bərabərhüquqlu beynəlxalq münasibətlərin qurulması üçün 67 il gözləmək lazım gəlmişdi...
Ankaradan gələn heyət o vaxt Bakıda yüksək səviyyədə qarşılanmış, Azərbaycan hökumətinin başçısı Nəriman Nərimanov tərəfindən qəbul olunmuşdu. Rza Nur "Moskva–Sakarya xatirələri" adlı memuarlarında N.Nərimanovla görüşlərindən və müzakirə olunan əməkdaşlıq planlarından bəhs edərək yazır: "Kəndisinə Türkiyə ilə Azərbaycan arasında mühaidə yapmağı (saziş bağlamağı) təklif etdik. Bundan məqsədimizin Azərbaycanı müstəqil dövlət kimi tanımaq olduğunu dedik. Can atdı, nereye baş vurduysa vurdu, gəldi. Olamayacağını söylədi". Səbəb aydındır – Moskvanın icazəsi olmadan Azərbaycan hər hansı beynəlxalq müqaviləyə imza ata bilməzdi"...
Həmin dövrdə Azərbaycan rəhbərliyinə daxil olan milli ruhlu siyasətçilər, ilk növbədə isə N.Nərimanov bu acı həqiqəti aydın başa düşür, imkan daxilində narazılıq və etirazını Moskvaya, sovet rəhbərliyinə bildirirdi. Bakıda Anadoludan gəlmiş heyətlə görüşən N.Nərimanov türkiyəli nazirlər və diplomatlarla Azərbaycan xalqının aldadıldığı, yenidən əsarət altına düşdüyü haqda açıq danışmaqdan çəkinməmişdi. Bu barədə o vaxt N.Nərimanovla görüşmüş maarif naziri Rza Nurun xatirələrində oxuyuruq: "Azəri hökuməti kommunist bir cümhuriyyət. Komisserlərdən mürəkkəb (ibarət) bir hökumət, bunun başında da baş komisser olaraq Nəriman Nərimanov var. Bu zat ağlı başında bir adam. Məlumatlıdır, mühərrirdir. Epeyicə, sıx-sıx və baş-başa görüşdüm. Baxdım ki, iyi bir adam. Kəndisinə etimad təlqin etdim. Açıldı və dedi ki, "Bolşeviklik nə? Bu rəzalət bizə gəlməz. Biz türküz, milliyyət ilə yaşarız". Çox xoşuma getdi. Və pək sevindim. Amma ruslardan fəna korkuyor. Haqqı da var, şakaları (zarafat) yok. Dərhal insanı öldürüyorlar". 1921-ci ilin yanvar-fevral aylarındakı Azərbaycan–Türkiyə danışıqlarının inam və etimad şəraitində keçməsində Azərbaycan tərəfinin xoş niyyəti və siyasi iradəsi ilə birlikdə diplomatik təmsilçi kimi Məmduh Şövkətin şəxsi nüfuzu və işgüzar əlaqələrinin də mühüm rolu olmuşdu. Bakıdakı fəaliyyəti dövründə o, dövlət və hökumət dairələri, ziyalı təbəqə və sadə vətəndaşlarla səmimi münasibətlər qurmağı bacarmış, sadəliyi, Atatürkün dediyi kimi, "avamdan yetişmiş olması" ilə çoxlarının etibar və etimadını qazana bilmişdi. Azərbaycanda yaşadığı üç il yarım ərzində türk diplomatı rus dilini də yazıb-oxumaq və ünsiyyət qurmaq səviyyəsində öyrənmişdi...
O dövrdə Azərbaycan yalnız türk əsgərinin deyil, bəlkə, daha artıq dərəcədə türk müəlliminin və ziyalısının yardımına ehtiyac duyurdu. N.Nərimanovun milli ruhu gücləndirməyə və "Şərqdə nümunəvi bir respublikaya" çevirməyə çalışdığı Azərbaycanda ana dilində təhsil verən məktəbə və müəllimə çox böyük ehtiyac vardı. Türkiyənin özü bu sahədə ciddi problemlərlə üzləşsə də, bir tərəfdən Azərbaycan hökumətinin, o biri tərəfdən isə Məmduh Şövkətin səyi nəticəsində 20-ci illərin birinci yarısında ölkəyə müəyyən miqdar türk müəllimlərinin gəlişi təmin olunmuşdu. Onların arasında sıravi maarif işçiləri ilə yanaşı, sonralar Azərbaycan–Türkiyə ədəbi-mədəni əlaqələri tarixində mühüm izlər qoyan professor İsmayıl Hikmət, tarixçi Şövkət Sürəyya Aydəmir kimi tanınmış şəxsiyyətlər də vardı. Bir ziyalı və diplomat kimi Məmduh Şövkətin Bakıda yaxından maraqlandığı və sıx-sıx müzakirə etdiyi məsələlərdən biri də latın əlifbasına keçidlə bağlı idi...
1921-ci il avqustun 30-da türk xalqı Qurtuluş Savaşında özünün ən böyük qələbələrindən birini qazandı – İzmir yunan işğal qüvvələrindən təmizləndi. Çağdaş Türkiyədə hər il Zəfər bayramı kimi qeyd olunan bu tarixi hadisə o vaxt Bakıda sevinclə qarşılanmışdı...
Təəssüf ki, Azərbaycan–Türkiyə münasibətlərinin hərarətli dövrü çox tezliklə arxada qaldı. 1922-ci ilin dekabrında SSRİ-nin yaradılması ilə müttəfiq respublikalar, o cümlədən Azərbaycan öz səlahiyyət və müstəqilliklərini, demək olar ki, tamamilə itirdilər. Bu xüsusi ilə xarici siyasət sahəsinə aid idi. Bakıdakı xarici ölkələrin təmsilçilik və nümayəndəlikləri biri-birinin ardınca bağlandı. Mövqelərini möhkəmləndirən bolşeviklər daha müstəqillik tamaşası oynamağa lüzum görmürdülər.
1924-cü il martın 31-də Bakıdakı türk təmsilçiliyi də fəaliyyətini dayandırdı. Türkiyə Cümhuriyyətinin (1923-cü il oktyabrın 29-da Türkiyədə Cümhuriyyət elan olunmuşdu.) 30 avqust Zəfər bayramının Azərbaycanda doğurduğu böyük sevinc və qürur hissi ilə bağlı hökumətinə müfəssəl məlumatlar göndərən Məmduh Şövkət bu dəfə yazmağa bir söz tapmamışdı. Artıq N.Nərimanov da Bakıda deyildi və Türkiyənin yeni siyasi tarixindəki bu böyük hadisə ilə bağlı ölkə rəsmilərindən heç biri türk elçiliyinə gəlməmişdi.
Türkiyənin Sovet Azərbaycanında ilk və son diplomatik nümayəndəsi az sonra Ankaraya qayıtmalı oldu. Və bununla da iki ölkə arasındakı qısamüddətli diplomatik ilişkilərə son qoyuldu...
İstinadlar
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqaleni vikilesdirmek lazimdir Lutfen meqaleni umumvikipediya ve redakte qaydalarina uygun sekilde tertib edin Memduh Sovket Esendal 29 mart 1883 Corlu 16 may 1952 Ankara Turk yazicisi diplomat siyasetci Turkiyenin Azerbaycanda ilk sefiri Memduh Sovket EsendalDogum tarixi 29 mart 1883Vefat tarixi 16 may 1952 69 yasinda Vefat yeri Ankara Ankara ili TurkiyeDefn yeri Cebeci Esri qebiristanligiFealiyyeti siyasetci diplomat yaziciPartiyasi CHP Vikianbarda elaqeli mediafayllarFealiyyetiAzerbaycan Turkiye munasibetlerinden soz acarken ilk epitetine tez tez muraciet etmek lazim gelir Cumhuriyyet elanindan bir hefte sonra 1918 ci il iyunun 4 de Azerbaycanla Osmanli imperatorlugu arasinda dostluq ve qarsiliqli yardim haqqinda muqavile imzalanmisdi Bu musteqil dovlet kimi Azerbaycanin imzaladigi ilk beynelxalq huquqi diplomatik sened idi 1991 ci il noyabrin 11 de kecmis SSRI nin de fakto movcudlugu seraitinde siyasi irade ve qetiyyet numayis etdirerek hele muttefiq sovet respublikalarindan biri sayilan Azerbaycan SSR nin musteqilliyini taniyan ilk dovlet Turkiye Cumhuriyyeti olmusdu Maraqlidir ki 1920 22 ci illerde hele musteqilliyin mueyyen atributlarina malik olan Azerbaycan SSR le diplomatik munasibetler quran ve Bakiya oz temsilcisini gonderen ilk dovlet yene de Turkiye bu defe milli musteqillik ugrunda Qurtulus Savasina baslamis Mustafa Kamal Turkiyesi idi Azerbaycan Cumhuriyyetinin suqutundan 5 gun sonra 1920 ci il mayin 3 de qurulan Ankara hokumeti hemin il avqustun 12 de ozunun ilk xarici temsilcisini basqa bir olkeye deyil mehz Azerbaycana gondermisdi Yeni Turkiyeni sovet Bakisinda temsil eden ilk turk diplomati ise taninmis yazici ve ictimai siyasi xadim Memduh Sovket Esendal 1883 1952 olmusdu O patriarxal Osmanli eyaletlerinden birinde Tekirdagin Corlu ilcesinde ekinci ailesinde dogulmusdu Ailesinin yoxsullugu uzunden ardicil ve sistemli tehsil ala bilmemisdi 1906 ci ilde hele gizli fealiyyet gosteren Ittihad ve Tereqqi cemiyyetine qosulmusdu Ittihadcilarin hakimiyyete geldiyi 1908 ci ilden sonra ise 10 il muddetinde partiya mufettisi kimi imperiyanin muxtelif yerlerinde calismis hemise insanlarla unsiyyet ve temasda olmusdu 1918 ci ilde ittihadcilar devrildikde hebs edileceyini gorerek gizlince Osmanli hududlarini terk etmis bir il siyasi muhacir kimi Italiyada yasamisdi Anadolu torpaqlarinda Mustafa Kamal Pasanin rehberliyi ile Qurtulus Savasi baslayanda bir cox turk vetenperverleri kimi o da Ankaraya donmus ve milli quvvelerin sirasinda yer almisdi Universitet diplomuna malik olmasa da daim ozunutekmillesdirme yolu ile dovrunun savadli ziyali sexslerinden biri kimi taninmisdi 1920 ci ilin aprelinde Azerbaycanda milli hakimiyyetin silah gucu ile devrilmesine ve olkenin yeniden Rusiyanin lakin bu defe sovet Rusiyasinin terkibine daxil edilmesine baxmayaraq Ataturk hokumeti Baki ile genis ve herterefli elaqelerin qurulmasinda maraqli idi Bunun bir nece sebebi vardi Esas sebeblerden biri Mudros ve Sevr muqavileleri ile Osmanli imperiyasinin guclu ve musteqil bir dovlet kimi movcudluguna son qoymaga calisan beynelxalq imperializme qarsi Mustafa Kamal Pasanin rehberliyi ile baslanan milli azadliq mubarizesinde turk xalqini ve yeni Turkiyeni destekleyen yegane quvvenin Sovet Rusiyasi olmasi idi Bolsevikler oz veziyyetlerinin butun cetinliyine ve agirligina baxmayaraq Ataturk herekatinin sonda bir kommunist inqilabina Turkiyenin ise muselman Serqinde daha bir sosialist dovletine cevrileceyi umidi ile ona yardim gosterirdiler Bu yardimin alinmasi ve Moskva ile daha six elaqeler qurulmasi baximindan sovet Azerbaycani Turkiye ucun muhum siyasi merkez ve herbi plasdarm idi O biri terefden hemin dovrde sovet rejimi milli respublikalarin tam musteqilliyi tebligati ile beynelxalq ictimai fikri meharetle casdira bildiyinden Azerbaycanla diplomatik munasibetler qurulmasi yeni Turkiyenin siyasi tecrid veziyyetinden cixmasi ve qardas olke ile beraberhuquqlu dostluq ve emekdasliq elaqelerinin yaradilmasi baximindan da ehemiyyetli sayilirdi Qafqaz regionuna ve Azerbaycana yaxindan beled olan turk ordusunun Serq Cebhesi komandani Kazim Qarabekir Pasanin hemin dovrde Turkiye Boyuk Millet Meclisinin TBMM baskani Mustafa Kamal Pasaya gonderdiyi 21 iyul 1920 ci il tarixli sifreli teleqramda Baki ile diplomatik elaqelerin mumkun qeder tez yaradilmasinin vacibliyi tekidle qeyd edilirdi Teleqramda deyilirdi Bakida bir sefirimizin olmasi cox muhumdur ve tez bir zamanda teyin edilmesi zeruridir Gonderilecek sexsin fehle ve esgere ozunu sevdirmeyi bacaran adam olmasi Anadolu xalqinin icinden cixmasi ve her hansi bir dil bilmesi daha meqsedeuygun olardi Azerbaycanin sovetlesmesinde mueyyen rolu olan Xelil Pasa Yoldas Xelil da oz novbesinde avqustun 2 de ve 13 de Serq Cebhesi komandanligina gonderdiyi teleqramlarda Azerbaycanin basli basina musteqil bir Sosialist Sovet Cumhuriyyeti oldugunu burada veziyyetin tebii bir sekle dusduyunu ve Sovet Sosialist hokumetinin olduqca serbest calismaga basladigini qeyd ederek Bakida tezlikle Ankara hokumetinin sefirliyinin yaxud temsilciliyinin acilmasinin zeruriliyini vurgulayirdi Xelil Pasanin fikrince Sovet Azerbaycanina Ankara diplomatinin gonderilmesi buradaki turk muharibe esirlerini vetene qaytarmaq habele Anadolunu silah sursatla temin etmek baximindan da cox onemli idi Bakida bu isleri Hokumeti Osmaniyyenin Turkiye bir mumessili resmisi resmi temsilcisi V Q sifeti ile idare edecek ne bir heyeti esgeriyye ne bir sefaret ve ya meslehetguzar ve yaxud da mumessili esgeri ve siyasi movcuddur Yalniz usera esirler muamilesi deyil esliha silahlar ve cebhexana neqliyyati ve osmanlilara aid bir cox muamileler movcuddur ki bu gun hamisi uzu uste qalmisdir O meselenin hellinin suretlendirilmesi ucun Mustafa Kamal Pasaya da ayrica muraciet etdiyini xatirladirdi 1920 ci ilin sentyabrinda Bakida Serq xalqlarinin I qurultayinin ise baslamasi da Azerbaycana Ankara temsilcisinin gelisinin mumkun qeder tezlesdirilmesini teleb edirdi TBMM ne unvanladigi 17 avqust tarixli teleqramda bu fakta diqqeti cekerek yazirdi Bakida eqd edilen konqresde istirakimizin ve bununla beraber islam ve islam siyasetine merkez oldugu ve getdikce daha ziyade kesbi ehemiyyet edeceyi anlasilan Bakida bir sefaret heyetimizin bulunmasinin dereceyi luzum ve ehemiyyetini tekidle erz edirem Gerek konqreye teyin edilecek zevatin sexslerin gerek sefirimizin pek zeki ve ehvali umumiyyemize vukufu beledliyi tam sahib olmalari ve kendilerinin en seri suretli bir suretde Bakiya yetisdirilmis bulunmalari elzemdir lazimlidir V Q Lakin bu heyecanli teleqramlar mueyyen menada gecikmis sayila bilerdi Cunki avqustun 12 de TBMM neinki diplomatik sahede umumiyyetle dovlet qullugunda calismayan kecmis ittihadci Memduh Sovket Esendalin Azerbaycana diplomatik temsilci teyin olunmasi haqqinda qerar qebul etmis avqustun 15 de ise onun etimad mektubu Mustafa Kamal Pasa terefinden imzalanmisdi Artiq yuxarida da qeyd edildiyi kimi o Ankara hokumetinin xaricdeki ilk diplomatik temsilcisi olmusdu Bes ne ucun bele bir muhum vezife pesekar diplomata deyil turkler ozleri demisken bu sahede ecemi olan bir sexse hevale edilmisdi Hemin dovrde Sovet Azerbaycaninda xalq hakimiyyeti fehle kendli hokumeti quruldugunu nezere alaraq Anadolu hokumeti bu olkeye klassik tipli diplomat deyil bir xalq adami gonderilmesini daha meqsedeuygun saymisdi Turk diplomatiyasinin tarixine dair bir sira arasdirmalarin muellifi kecmis sefir Bilal Semsirin Memduh Sovketin ozunun xatirelerine ve diger qaynaqlara esaslanaraq yazdigina gore Azerbaycana gonderilecek Turkiye temsilcisi ile bagli Kazim Qarabekirin ireli surduyu teleblere daha cox Memduh Sovketin uygun geldiyi qenaeti hasil olunmus ve Ataturk oz eli ile Ankara yaxinligindaki kendlerden birinde istirahet eden Memduh beye bele bir mektub yazmisdi Baki ucun menden avamdan yetismis burada xalq arasindan cixmis menasinda islenmisdir bir temsilci istediler Aglima sen geldin Gorusmek uzre Ankarada gozleyirem Mustafa Kamal Yeni xariciyyeci ele Ataturkun etimad mektubunu imzaladigi gun vaxt itirmeden Bakiya yola dusmusdu Memduh Sovketin Baki yolculugu ozunun bir cox cehetleri ile orta esr elcilerinin diplomatik seferlerini xatirladirdi TBMM hokumetinin temsilcisi Ankaradan Bakiya qeder olan yolu texminen bir ay muddetine at belinde faytonla bezen hetta piyada qet etmeli olmusdu Xarici Isler Nazirliyinin gosterisine esasen Turkiye temsilcisi Erzurumda Serq Cebhesi komandani Kazim Qarabekir Pasa ile Naxcivanda ise Xelil Pasa ile gorusub gelecek fealiyyeti ile bagli onlardan bir sira zeruri melumat ve telimatlar almisdi Iki olke arasinda diplomatik munasibetler hele baslangic merhelesinde oldugundan Memduh Sovket Bakiya tam selahiyyetli sefir deyil diplomatik temsilci mumessil kimi gonderilmisdi Bakida geden prosesler ve yeni Azerbaycan hokumetinin yurutduyu daxili ve xarici siyaset dost ve qonsu dovlet kimi Ankarani yaxindan maraqlandirirdi Odur ki Turkiye XIN terefinden Memduh Sovkete verilmis yazili telimatda ondan qisa muddet erzinde Bakidaki sovet hokumetinin hansi prinsipler esasinda qurulmasi hokumet uzvlerinin vezifelerini ne derecede ugurla yerine yetirmesi hakimiyyetde monolit komandanin yoxsa ferqli movqelere malik insanlarin olmasi qonsularla munasibet Azerbaycan Ermenistan ve Azerbaycan Gurcustan munasibetleri bu olkelerle iqtisadi ve ticari ilisgiler uc Cenubi Qafqaz cumhuriyyetinin federasiya seklinde birlesme perspektivleri ve Sovet Rusiyasi ile elaqeleri muxalifet partiyalarinin movcud olub olmamasi hokumet numayendelerinin ve siravi vetendaslarin Turkiye ile bagli dusunce ve gorusleri bolgeye Britaniya tesiri imkanlari ve s baresinde ehateli melumatlar hazirlayib gondermek teleb olunurdu Butun bunlarla bir sirada Memduh Sovket Ankara hokumetini Cenubi Azerbaycanda geden prosesler olkenin simali ile cenubu arasinda elaqeler ve lazim gelerse bu elaqelerin hansi yollarla daha genislendirilmesi baresinde de melumatlandirmali idi Turkiye temsilcisi kimi onun uzerine qoyulan basqa bir vezife ise Azerbaycandaki turklerin xususi ile de Qafqaz Islam ordusunun terkibinde olkeye gelen doyusler zamani helak olan yaxud geri qayida bilmeyen turk vetendaslari baresinde bilgilerin toplanmasi ve Ankaraya catdirilmasi idi Yeri gelmisken xatirladaq ki Baki ugrunda doyuslerde sehid olmus qehreman turk esgerlerinin adlarinin vaxtile mueyyenlesdirilmesinde ve bizim gunlerde Dagustu parkdaki Sehidler Xiyabanindaki abidede ebedilesdirilmesinde Memduh Sovketin mueyyen xidmeti gerekli olmusdur 1920 22 ci iller xarici siyaset baximindan Azerbaycanin nisbi musteqillik dovru idi 1920 ci ilin sentyabrinda Bakida Turkiye diplomati Memduh Sovketin etimad mektubunu qebul eden Azerbaycan XKS nin sedri N Nerimanovun aradan bir il kecenden sonra sovet Azerbaycaninin ilk diplomatlarindan olan Ibrahim Ebilovu olkesinin Turkiye sefiri kimi Ankaraya gondermesi mehz bu nisbi musteqilliyin sayesinde mumkun olmusdu Hemin dovrde Turkiye basdan basa muharibe alovlari icerisinde oldugundan dovlet idareciliyinin bir cox muhum saheleri ile bagli qerarlar ilk novbede herbcilerle razilasdirilir onlarin teklif ve tovsiyeleri esas goturulurdu Bakidaki turk temsilciliyinin sefirliye cevrilmesi meselesi gundeliye cixanda da ilk novbede Serq Cebhesi komandani Kazim Qarabekir Pasanin reyi sorusulmusdu Kazim Qarabekir oz novbesinde bu meselede helelik telesmemeyi meslehet gormusdu Lakin Memduh Sovketin diplomatik fealiyyetini 1924 cu ilin apreline qeder davam etdirmesine habele bir muddet sonra Azerbaycanin Turkiyeye selahiyyetli sefir gondermesine baxmayaraq bu mesele uzerine bir daha qayidilmamisdi Gorunur fealiyyeti yalniz bir nece ay ceken sefir I Ebilovun 1923 cu ilin fevralinda Ankarada qefil olumunden sonra Bakidan yeni sefirin teyin olunmamasi o biri terefden ise sovet milli respublikalarinin musteqilliyi ile bagli illuziyalarin tezlikle dagilmasi Turkiye terefini Azerbaycandaki diplomatik temsilciliyi sefirlik seviyyesine qaldirmaq fikrinden dasindirmisdi Iki olke arasinda beraberhuquqlu beynelxalq munasibetlerin qurulmasi ucun 67 il gozlemek lazim gelmisdi Ankaradan gelen heyet o vaxt Bakida yuksek seviyyede qarsilanmis Azerbaycan hokumetinin bascisi Neriman Nerimanov terefinden qebul olunmusdu Rza Nur Moskva Sakarya xatireleri adli memuarlarinda N Nerimanovla goruslerinden ve muzakire olunan emekdasliq planlarindan behs ederek yazir Kendisine Turkiye ile Azerbaycan arasinda muhaide yapmagi sazis baglamagi teklif etdik Bundan meqsedimizin Azerbaycani musteqil dovlet kimi tanimaq oldugunu dedik Can atdi nereye bas vurduysa vurdu geldi Olamayacagini soyledi Sebeb aydindir Moskvanin icazesi olmadan Azerbaycan her hansi beynelxalq muqavileye imza ata bilmezdi Hemin dovrde Azerbaycan rehberliyine daxil olan milli ruhlu siyasetciler ilk novbede ise N Nerimanov bu aci heqiqeti aydin basa dusur imkan daxilinde naraziliq ve etirazini Moskvaya sovet rehberliyine bildirirdi Bakida Anadoludan gelmis heyetle gorusen N Nerimanov turkiyeli nazirler ve diplomatlarla Azerbaycan xalqinin aldadildigi yeniden esaret altina dusduyu haqda aciq danismaqdan cekinmemisdi Bu barede o vaxt N Nerimanovla gorusmus maarif naziri Rza Nurun xatirelerinde oxuyuruq Azeri hokumeti kommunist bir cumhuriyyet Komisserlerden murekkeb ibaret bir hokumet bunun basinda da bas komisser olaraq Neriman Nerimanov var Bu zat agli basinda bir adam Melumatlidir muherrirdir Epeyice six six ve bas basa gorusdum Baxdim ki iyi bir adam Kendisine etimad telqin etdim Acildi ve dedi ki Bolseviklik ne Bu rezalet bize gelmez Biz turkuz milliyyet ile yasariz Cox xosuma getdi Ve pek sevindim Amma ruslardan fena korkuyor Haqqi da var sakalari zarafat yok Derhal insani olduruyorlar 1921 ci ilin yanvar fevral aylarindaki Azerbaycan Turkiye danisiqlarinin inam ve etimad seraitinde kecmesinde Azerbaycan terefinin xos niyyeti ve siyasi iradesi ile birlikde diplomatik temsilci kimi Memduh Sovketin sexsi nufuzu ve isguzar elaqelerinin de muhum rolu olmusdu Bakidaki fealiyyeti dovrunde o dovlet ve hokumet daireleri ziyali tebeqe ve sade vetendaslarla semimi munasibetler qurmagi bacarmis sadeliyi Ataturkun dediyi kimi avamdan yetismis olmasi ile coxlarinin etibar ve etimadini qazana bilmisdi Azerbaycanda yasadigi uc il yarim erzinde turk diplomati rus dilini de yazib oxumaq ve unsiyyet qurmaq seviyyesinde oyrenmisdi O dovrde Azerbaycan yalniz turk esgerinin deyil belke daha artiq derecede turk muelliminin ve ziyalisinin yardimina ehtiyac duyurdu N Nerimanovun milli ruhu guclendirmeye ve Serqde numunevi bir respublikaya cevirmeye calisdigi Azerbaycanda ana dilinde tehsil veren mektebe ve muellime cox boyuk ehtiyac vardi Turkiyenin ozu bu sahede ciddi problemlerle uzlesse de bir terefden Azerbaycan hokumetinin o biri terefden ise Memduh Sovketin seyi neticesinde 20 ci illerin birinci yarisinda olkeye mueyyen miqdar turk muellimlerinin gelisi temin olunmusdu Onlarin arasinda siravi maarif iscileri ile yanasi sonralar Azerbaycan Turkiye edebi medeni elaqeleri tarixinde muhum izler qoyan professor Ismayil Hikmet tarixci Sovket Sureyya Aydemir kimi taninmis sexsiyyetler de vardi Bir ziyali ve diplomat kimi Memduh Sovketin Bakida yaxindan maraqlandigi ve six six muzakire etdiyi meselelerden biri de latin elifbasina kecidle bagli idi 1921 ci il avqustun 30 da turk xalqi Qurtulus Savasinda ozunun en boyuk qelebelerinden birini qazandi Izmir yunan isgal quvvelerinden temizlendi Cagdas Turkiyede her il Zefer bayrami kimi qeyd olunan bu tarixi hadise o vaxt Bakida sevincle qarsilanmisdi Teessuf ki Azerbaycan Turkiye munasibetlerinin heraretli dovru cox tezlikle arxada qaldi 1922 ci ilin dekabrinda SSRI nin yaradilmasi ile muttefiq respublikalar o cumleden Azerbaycan oz selahiyyet ve musteqilliklerini demek olar ki tamamile itirdiler Bu xususi ile xarici siyaset sahesine aid idi Bakidaki xarici olkelerin temsilcilik ve numayendelikleri biri birinin ardinca baglandi Movqelerini mohkemlendiren bolsevikler daha musteqillik tamasasi oynamaga luzum gormurduler 1924 cu il martin 31 de Bakidaki turk temsilciliyi de fealiyyetini dayandirdi Turkiye Cumhuriyyetinin 1923 cu il oktyabrin 29 da Turkiyede Cumhuriyyet elan olunmusdu 30 avqust Zefer bayraminin Azerbaycanda dogurdugu boyuk sevinc ve qurur hissi ile bagli hokumetine mufessel melumatlar gonderen Memduh Sovket bu defe yazmaga bir soz tapmamisdi Artiq N Nerimanov da Bakida deyildi ve Turkiyenin yeni siyasi tarixindeki bu boyuk hadise ile bagli olke resmilerinden hec biri turk elciliyine gelmemisdi Turkiyenin Sovet Azerbaycaninda ilk ve son diplomatik numayendesi az sonra Ankaraya qayitmali oldu Ve bununla da iki olke arasindaki qisamuddetli diplomatik iliskilere son qoyuldu Istinadlar