Leyla Rəsulzadə (əsl adı Vanda Rozanska, pol. Wanda Różańska; 23 iyun 1895, Polşa – 21 may 1974, Ankara, Türkiyə) — polyak əsilli pedaqoq, Məhəmməd Əmin Rəsulzadənin ikinci həyat yoldaşı. O, həyat yoldaşı ilə birlikdə mühacirət dövrünü yaşamış və onun siyasi mübarizəsində mənəvi dəstəkçisi olmuşdur.
Leyla Rəsulzadə | |
---|---|
Wanda Różańska | |
![]() Leyla Rəsulzadə və həyat yoldaşı Məhəmməd Əmin Rəsulzadə | |
Doğum tarixi | |
Doğum yeri | Polşa |
Vəfat tarixi | (78 yaşında) |
Vəfat yeri | Ankara, Türkiyə |
Dəfn yeri | Ankara, Cəbəci Əsri qəbiristanlığı, xristian bölməsi, 504-cü ada 55 parsel. |
Həyat yoldaşı | Məhəmməd Əmin Rəsulzadə |
Milliyyəti | polyak |
Dini | Roma-Katolik kilsəsi |
Təhsili | Varşava Universiteti, fransız filologiyası fakültəsi |
Erkən həyatı və təhsili
Vanda Rozanska 23 iyun 1895-ci ildə Polşada anadan olmuşdur. Atasının adı Yan, anasının adı isə Anila idi. O, Varşava Universitetinin fransız filologiyası fakültəsini bitirmişdir. Tələbəlik illərində inqilabi fəaliyyətlə məşğul olmuş və özünü "inqilabçı" adlandırmışdır. Bu dövrdə o, sosialist ideyalarına maraq göstərmiş və siyasi hərəkatlarda iştirak etmişdir. Onun görkəmli polyak dövlət xadimi Yuzef Pilsudski ilə qohum bağları olması təqziblənir.
Məhəmməd Əmin Rəsulzadə ilə tanışlığı və evliliyi
Vanda Rozanska Parisdə Məhəmməd Əmin Rəsulzadə ilə tanış olmuşdur. Onların arasında dərin bir sevgi və hörmət yaranmışdır. Onlar 3 may 1930-cı ildə Parisdə evlənmişlər. Evləndikdən sonra Vanda xanımın adının Leyla olaraq dəyişdirilsə də, onun İslamı qəbul etmədiyi qeyd edilir. Məhəmməd Əmin Rəsulzadə ona "Leyli və Məcnun" poemasından ilhamlanaraq, "Leyla" deyə müraciət edirdi. Adını dəyişdirdiyinə baxmayaraq, Leyla Rəsulzadə xristian katolik dini baxışlarına sadiq qalmışdı. Dindar olmasa da, həftə sonları İtalya səfirliyinin baxçasındakı katolik kilsəsinə dua etməyə gedirdi.
Mühacirət dövrü və ailə həyatı
Evləndikdən sonra cütlük Polşa və Almaniyada yaşamışdır. İkinci Dünya Müharibəsi illərində Almaniyada çətin şəraitdə yaşadıqları bildirilir. Leyla xanım həyat yoldaşına bütün dövrlərdə dəstək olmuş və onun siyasi mübarizəsində yanında olmuşdur.
1947-ci ildə cütlük Türkiyəyə köçmüş və Ankarada məskunlaşmışdır. Onların övladı olmamışdır. Ankarada yaşadıqları müddətdə Leyla Rəsulzadə ərinin siyasi mübarizəsində ona mənəvi dəstək göstərmiş, eyni zamanda sadə bir həyat sürmüşdür.
Türkiyə Təhsil naziri Tevfik İlerinin köməyi ilə Ankara Milli Kitabxanasında çalışmışdı. Ankarada yaşayarkən universitetin coğrafiya fakültəsinin rus dili və ədəbiyyatı bölümündə dərs vermək təklifi alıb və mövcud işindən daha artıq maaş təklif olunduğu halda, dərhal rədd etmişdir. Rus dilini ana dili kimi bilməsinə rəğmən, rus dili müəlliməsi kimi çalışmağı qəbul etməmişdi.
1955-ci ildə Məhəmməd Əmin Rəsulzadənin vəfatından sonra Leyla Rəsulzadə Ankarada yaşamışdır. Onun həyat yoldaşına dərin bağlılığı vardı və ölümündən sonra tənha və yoxsul bir həyat sürməyə başlamışdır.
Qonşusu olan iqtisadçı Bülent Danışoğlunun xatirələri:[1]
Leyla xanımı 1970-ci illərdə tanıdım. Qızılırmak sokakda, indi Ankapol sinemasının olduğu yerdəki binanın bir zirzəmi qatında qalırdı. Həmin küçəyə köçdüyümüz gündən bəri hər gün itinin ipindən tutaraq titrək addımlarla yeridiyini görərdik. Arıq, ağbəniz, gülərüzlü, yaşlı, amma gözləri parıldayan bir qadın idi. Məhəllə əsnafı ona 'madam' deyə xitab edərdi. |
Ölümü və məzarı
Leyla Rəsulzadə 21 may 1974-cü ildə mədə qanamasından müalicə aldığı Ankara xəstəxanasında vəfat etmişdir. O, Cəbəci Əsri məzarlığının xristian bölməsində, 504-cü ada 55 parseldə dəfn edilmişdir.
Leyla Rəsulzadənin ölümü ilə bağlı Türkiyədə mühacirlər tərəfindən nəşr olunan “Azerbaycan” dərgisinin 1974-cü ildə çap edilmiş 210-cu sayında nekroloq dərc edilmişdir. Bu nekroloqda onun fədakar bir qadın olduğu vurğulanmış və həyat yoldaşı Məhəmməd Əmin Rəsulzadənin mühacirət dövründə ona göstərdiyi mənəvi dəstək xüsusilə qeyd olunmuşdur: [2]
May ayının sonunda Məhəmməd Əmin Rəsulzadənin mühacirətdəki həyat yoldaşı Leyla xanım da mədə qanamasından müalicə aldığı Ankara xəstəxanasında fani dünyaya vida etdi. Ömrünün 30 ilini xroniki şəkər xəstəliyi ilə mücadilə içində keçirən mərhum milli öndərimiz Rəsulzadə 1930-cu illərdə Varşavada mətbu fəaliyyəti zamanı bir tərəfdən düşmənin əsir türklərə qarşı davam etdirdikləri politik, ekonomik və mədəni basqı və sömürgəçiliyi sərt qələmi ilə cavablamaqla məşğul ikən, digər tərəfdən də içini gəmirən xəstəliklə mücadilə etmək məcburiyyətində qalırdı. Şəkər xəstəliyinin başlıca müalicə üsulu hesab edilən pəhriz rejiminə sıx şəkildə əməl etmək gərəkli idi. Bu isə ancaq vəfalı bir həyat yoldaşının olması ilə mümkün idi. Ona görə də Əmin bəy xarici bir mühitdə polyak əsilli Leyla xanımı özünə həyat yoldaşı olaraq seçmişdi. Əmin bəy 1955-ci ilin martında həyata gözlərini qapadığı ana qədər vəfalı yoldaşı Leyla xanım istər nisbi sağlığında, istərsə də xəstəliyinin ağır vaxtlarında başının üstündən bir an belə ayrılmayıb, sevə-sevə, hər cür məşəqqətlərə qatlanaraq bir xəstə baxıcısı kimi qulluq edib. Bütün bunları edərkən, Leyla xanım sadəcə bir həyat yoldaşı kimi deyil, eyni zamanda Əmin bəyin böyüklüyünü və müştərək düşmənə qarşı mücadilədə güclü şəxsiyyətini nəzərə alıb hərəkət edirdi. Buna görədir ki, Əmin bəyi sevən hər kəs Leyla xanıma da ürəkdən sayğı duyur, təqdir edərdi. Ruhu şad olsun. |
2017-ci ildə Türkiyədə yaşayan azərbaycanlı jurnalist Könül Şamilqızı məzarın yerini tapa bilib.[3] Həmin ildə, Azərbaycan Kültür Dərnəyin təşəbbüsü və Anıtlar Dərnəyinin dəstəyi ilə məzar bərpa edildi.
İstinadlar
- "Mehmet Emin Resulzade. War Time Card File (Registration cards, employees' record books, individual correspondence). Number of documents 2943170". Arolsen Archives. İstifadə tarixi: 2022-12-24.
- "Leyla Resulzade. War Time Card File (Registration cards, employees' record books, individual correspondence). Number of documents 2943170". Arolsen Archives (alman). 2022-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-24.
- Nuri, Elmin. "Məhəmməd Əmin Rəsulzadənin polyak xanımı Vanda - ARAŞDIRMA". Modern.az. 28.01.2014. İstifadə tarixi: 09.02.2025.
- Əhmədov, Hafiz. "Rəsulzadənin xanımı onun qardaşı qızı deyil` – Marşal Pilsudskinin ailəsi (EKSKLÜZİV MÜSAHİBƏ)". HafizTimes. 20.07.2023. İstifadə tarixi: 09.02.2025.
- Əhmədov, Hafiz. "Rəsulzadənin həyat yoldaşı Leyla Rəsulzadə səfalət içində öldü". pravda.az. 22.05.2020. İstifadə tarixi: 09.02.2025.
- Yaqublu, Nəsiman. Məhəmməd Əmin Rəsulzadə Ensklopediyası (az.) (1-ci nəşr). Bakı: Bakı Kitab Klubu. 2013. 43–44. ISBN .
- Əhmədov, Hafiz. "Yazıq qadın səfalət içində öldü` – Rəsulzadənin zirzəmidə günəşə həsrət qalan Böyük Eşqinin dostları". HafizTimes. 21.04.2020. İstifadə tarixi: 09.02.2025.
- Əhməd, Dilqəm. "Rəsulzadəni böyük məhəbbətlə sevən qadın". Teleqraf.az. 30.01.2017.
- "Rəsulzadənin xanımının məzarı bərpa edildi". Müsavat. 19.12.2017. İstifadə tarixi: 09.02.2025.
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Leyla Resulzade esl adi Vanda Rozanska pol Wanda Rozanska 23 iyun 1895 Polsa 21 may 1974 Ankara Turkiye polyak esilli pedaqoq Mehemmed Emin Resulzadenin ikinci heyat yoldasi O heyat yoldasi ile birlikde muhaciret dovrunu yasamis ve onun siyasi mubarizesinde menevi destekcisi olmusdur Leyla ResulzadeWanda RozanskaLeyla Resulzade ve heyat yoldasi Mehemmed Emin ResulzadeDogum tarixi 23 iyun 1895Dogum yeri PolsaVefat tarixi 21 may 1974 78 yasinda Vefat yeri Ankara TurkiyeDefn yeri Ankara Cebeci Esri qebiristanligi xristian bolmesi 504 cu ada 55 parsel Heyat yoldasi Mehemmed Emin ResulzadeMilliyyeti polyakDini Roma Katolik kilsesiTehsili Varsava Universiteti fransiz filologiyasi fakultesi Erken heyati ve tehsili Vanda Rozanska 23 iyun 1895 ci ilde Polsada anadan olmusdur Atasinin adi Yan anasinin adi ise Anila idi O Varsava Universitetinin fransiz filologiyasi fakultesini bitirmisdir Telebelik illerinde inqilabi fealiyyetle mesgul olmus ve ozunu inqilabci adlandirmisdir Bu dovrde o sosialist ideyalarina maraq gostermis ve siyasi herekatlarda istirak etmisdir Onun gorkemli polyak dovlet xadimi Yuzef Pilsudski ile qohum baglari olmasi teqziblenir Mehemmed Emin Resulzade ile tanisligi ve evliliyi Vanda Rozanska Parisde Mehemmed Emin Resulzade ile tanis olmusdur Onlarin arasinda derin bir sevgi ve hormet yaranmisdir Onlar 3 may 1930 ci ilde Parisde evlenmisler Evlendikden sonra Vanda xanimin adinin Leyla olaraq deyisdirilse de onun Islami qebul etmediyi qeyd edilir Mehemmed Emin Resulzade ona Leyli ve Mecnun poemasindan ilhamlanaraq Leyla deye muraciet edirdi Adini deyisdirdiyine baxmayaraq Leyla Resulzade xristian katolik dini baxislarina sadiq qalmisdi Dindar olmasa da hefte sonlari Italya sefirliyinin baxcasindaki katolik kilsesine dua etmeye gedirdi Muhaciret dovru ve aile heyati Evlendikden sonra cutluk Polsa ve Almaniyada yasamisdir Ikinci Dunya Muharibesi illerinde Almaniyada cetin seraitde yasadiqlari bildirilir Leyla xanim heyat yoldasina butun dovrlerde destek olmus ve onun siyasi mubarizesinde yaninda olmusdur 1947 ci ilde cutluk Turkiyeye kocmus ve Ankarada meskunlasmisdir Onlarin ovladi olmamisdir Ankarada yasadiqlari muddetde Leyla Resulzade erinin siyasi mubarizesinde ona menevi destek gostermis eyni zamanda sade bir heyat surmusdur Turkiye Tehsil naziri Tevfik Ilerinin komeyi ile Ankara Milli Kitabxanasinda calismisdi Ankarada yasayarken universitetin cografiya fakultesinin rus dili ve edebiyyati bolumunde ders vermek teklifi alib ve movcud isinden daha artiq maas teklif olundugu halda derhal redd etmisdir Rus dilini ana dili kimi bilmesine regmen rus dili muellimesi kimi calismagi qebul etmemisdi 1955 ci ilde Mehemmed Emin Resulzadenin vefatindan sonra Leyla Resulzade Ankarada yasamisdir Onun heyat yoldasina derin bagliligi vardi ve olumunden sonra tenha ve yoxsul bir heyat surmeye baslamisdir Qonsusu olan iqtisadci Bulent Danisoglunun xatireleri 1 Leyla xanimi 1970 ci illerde tanidim Qizilirmak sokakda indi Ankapol sinemasinin oldugu yerdeki binanin bir zirzemi qatinda qalirdi Hemin kuceye kocduyumuz gunden beri her gun itinin ipinden tutaraq titrek addimlarla yeridiyini gorerdik Ariq agbeniz guleruzlu yasli amma gozleri parildayan bir qadin idi Mehelle esnafi ona madam deye xitab ederdi Olumu ve mezari Leyla Resulzade 21 may 1974 cu ilde mede qanamasindan mualice aldigi Ankara xestexanasinda vefat etmisdir O Cebeci Esri mezarliginin xristian bolmesinde 504 cu ada 55 parselde defn edilmisdir Leyla Resulzadenin olumu ile bagli Turkiyede muhacirler terefinden nesr olunan Azerbaycan dergisinin 1974 cu ilde cap edilmis 210 cu sayinda nekroloq derc edilmisdir Bu nekroloqda onun fedakar bir qadin oldugu vurgulanmis ve heyat yoldasi Mehemmed Emin Resulzadenin muhaciret dovrunde ona gosterdiyi menevi destek xususile qeyd olunmusdur 2 May ayinin sonunda Mehemmed Emin Resulzadenin muhaciretdeki heyat yoldasi Leyla xanim da mede qanamasindan mualice aldigi Ankara xestexanasinda fani dunyaya vida etdi Omrunun 30 ilini xroniki seker xesteliyi ile mucadile icinde keciren merhum milli onderimiz Resulzade 1930 cu illerde Varsavada metbu fealiyyeti zamani bir terefden dusmenin esir turklere qarsi davam etdirdikleri politik ekonomik ve medeni basqi ve somurgeciliyi sert qelemi ile cavablamaqla mesgul iken diger terefden de icini gemiren xestelikle mucadile etmek mecburiyyetinde qalirdi Seker xesteliyinin baslica mualice usulu hesab edilen pehriz rejimine six sekilde emel etmek gerekli idi Bu ise ancaq vefali bir heyat yoldasinin olmasi ile mumkun idi Ona gore de Emin bey xarici bir muhitde polyak esilli Leyla xanimi ozune heyat yoldasi olaraq secmisdi Emin bey 1955 ci ilin martinda heyata gozlerini qapadigi ana qeder vefali yoldasi Leyla xanim ister nisbi sagliginda isterse de xesteliyinin agir vaxtlarinda basinin ustunden bir an bele ayrilmayib seve seve her cur meseqqetlere qatlanaraq bir xeste baxicisi kimi qulluq edib Butun bunlari ederken Leyla xanim sadece bir heyat yoldasi kimi deyil eyni zamanda Emin beyin boyukluyunu ve musterek dusmene qarsi mucadilede guclu sexsiyyetini nezere alib hereket edirdi Buna goredir ki Emin beyi seven her kes Leyla xanima da urekden saygi duyur teqdir ederdi Ruhu sad olsun 2017 ci ilde Turkiyede yasayan azerbaycanli jurnalist Konul Samilqizi mezarin yerini tapa bilib 3 Hemin ilde Azerbaycan Kultur Derneyin tesebbusu ve Anitlar Derneyinin desteyi ile mezar berpa edildi Istinadlar Mehmet Emin Resulzade War Time Card File Registration cards employees record books individual correspondence Number of documents 2943170 Arolsen Archives Istifade tarixi 2022 12 24 Leyla Resulzade War Time Card File Registration cards employees record books individual correspondence Number of documents 2943170 Arolsen Archives alman 2022 12 26 tarixinde arxivlesdirilib Istifade tarixi 2022 12 24 Nuri Elmin Mehemmed Emin Resulzadenin polyak xanimi Vanda ARASDIRMA Modern az 28 01 2014 Istifade tarixi 09 02 2025 Ehmedov Hafiz Resulzadenin xanimi onun qardasi qizi deyil Marsal Pilsudskinin ailesi EKSKLUZIV MUSAHIBE HafizTimes 20 07 2023 Istifade tarixi 09 02 2025 Ehmedov Hafiz Resulzadenin heyat yoldasi Leyla Resulzade sefalet icinde oldu pravda az 22 05 2020 Istifade tarixi 09 02 2025 Yaqublu Nesiman Mehemmed Emin Resulzade Ensklopediyasi az 1 ci nesr Baki Baki Kitab Klubu 2013 43 44 ISBN ISBN 978 9952 8202 2 5 Ehmedov Hafiz Yaziq qadin sefalet icinde oldu Resulzadenin zirzemide gunese hesret qalan Boyuk Esqinin dostlari HafizTimes 21 04 2020 Istifade tarixi 09 02 2025 Ehmed Dilqem Resulzadeni boyuk mehebbetle seven qadin Teleqraf az 30 01 2017 Resulzadenin xaniminin mezari berpa edildi Musavat 19 12 2017 Istifade tarixi 09 02 2025 Hemcinin baxMehemmed Emin Resulzade Azerbaycan ekzoqam aileleri