Leonard Kleynrok (ing. Leonard Kleinrock; d. 13 iyun 1934, Nyu-York, ABŞ) — informasiya texnologiyaları və kompüter şəbəkələri sahəsində amerikalı mühəndis və alimdir. O, Mühəndislik işi Məktəbinin və Los-Anceles Kaliforniya Universitetinin tətbiqi elmlər üzrə professorudur. Kleynrok kompüter şəbəkələrinin inkişafına mühüm töhfələr verib və internetin sələfi olan ARPANET şəbəkəsinin inkişafında əhəmiyyətli rol oynayıb.
Leonard Kleynrok | |
---|---|
ing. Leonard Kleinrock | |
Doğum tarixi | |
Doğum yeri | ABŞ, Nyu-York |
Təhsili |
|
Fəaliyyəti | riyaziyyatçı, informatik, patent sahibi ixtiraçı[d], professor |
Üzvlüyü | |
lk.cs.ucla.edu/index.html | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Leonard Kleynrok 13 iyun 1934-cü ildə Nyu-Yorkda yəhudi ailəsində dünyaya gəlib. O, 1951-ci ilində Bronks Ali Elmi Məktəbini, 1957-ci ildə elektrotexnika üzrə bakalavr dərəcəsi ilə Siti kolleci bitirib. 1959-cu ildə Massaçusets Texnologiya İnstitutunda elektrotexnika və informatika üzrə magistr dərəcəsinə yiyələnib və 1963-cü ildə həmin ali məktəbdə sözügedən istiqamət üzrə doktorluq elmi dərəcəsinə layiq görülüb. Tezliklə o, Kaliforniya Universitetinin professor-müəllim heyətinə qoşulur.
Kleynrok 1961-ci ildə "Böyük rabitə şəbəkələrində informasiya axını" rəqəmli rabitə şəbəkəsinə həsr edilmiş elmi işini dərc etdirir. Bu ideyalar onun doktorluq dissertasiyasının əsasını təşkil etdi. Kleynrokun çıxardığı nəticələr "Rabitə şəbəkələri" nəşrində (1964) dərc edilir. Kitabda müasir internet texnologiyasının əsasını təşkil edən paket kommutasiyasının əsas prinsipləri ifadə edilmişdi. Qeyd edək ki, hesablama şəbəkələrində paket kommutasiyası verilənlərin ötürülməsinin əsas üsuludur. Bu, paket kommutasiyası zamanı verilənlərin VÖŞ(verilənləri ötürmə şəbəkəsi) vasitəsilə ötürülməsi zamanı gecikmələrin az olmasına və bir sıra səbəblərə əsaslanır. Kanal kommutasiyası üsulu tələb edir ki, kanalı yaradan bütün əlaqə xətləri eyni ötürmə qabiliyyətinə malik olsun, bu da VÖŞ-ün strukturuna olan tələbi sərtləşdirir. Məlumatların və paketlərin kommutasiyası isə verilənlərin istənilən ötürmə qabiliyyətli əlaqə xətləri ilə ötürülməsinə imkan verir. Bunlar hesablama şəbəkələrində informasiya ötürülməsi üsulu kimi paket kommutasiyasından istifadə edilməsini vacib edir.
Kleynrok 1988-ci ildə o, ABŞ Konqresində milli şəbəkənin yaradılması haqqında məruzəni təqdim etmiş qrupun sədri idi. 1991-95-ci illərdə Kleynrok Kaliforniya Universitetinin kompüter elmlərinin Departamentinin sədri vəzifəsini tuturdu.
Kleynrok ABŞ-nin ən yüksək elmi mükafatı olan Milli elmi medala layiq görülüb. Medalı 29 sentyabr 2008-ci il tarixində Ağ Evdə prezident kiçik Corc Buş ona təqdim edib.
2012-ci ildə Kleynrok İnternet Cəmiyyətinin şöhrət zalına daxil edilib. Eyni zamanda həmin ildə Aleksandr Qreham Bell adına Qızıl medalla mükafatlandırılıb.
Zamanı qabaqlan ideyaları
Kleynrok müsahibələrinin birində deyir:
"Tələbə olarkən mənim kurs yoldaşlarımın əksəriyyəti informasiya nəzəriyyəsi və kodlaşdırma sahəsində tədqiqatlarla məşğul olmağa başladılar. Bizim universitetimizdə çox gözəl tədqiqatçı, elmi maraq dairəsinə bu növ problemlərin daxil olduğu Klod Şennon idi. Mən bu sahədə fəaliyyətə başlamaq istəyirdim. Təhsil prosesində bir çox hesablama maşınları məni əhatə edirdi və mən anladım ki, onların arasında ünsiyyət təşkil etmək lazım olacaq. Beləliklə, mən kompüterlərin arasında effektiv məlumat mübadiləsinin texnologiyasını hazırlamağa qərar verdim".
Onun ideyaları zamanı qabaqlayırdı, buna görə də yalnız 1960-cı illərin sonlarında öz geniş tətbiqini tapdı. Fəaliyyət istiqamətlərinin hərbi hədəflər üçün kompüter texnologiyalarının, xüsusilə də rabitənin yaradılmasından ibarət olan Qabaqcıl Tədqiqat Layihələri Agentliyi (ARPA) ideyalarla maraqlanmağa başladı. ARPA-da əsas məsələ belə qoyulmuşdu - nüvə hücumundan müdafiə üçün hərbi sahədə istifadə edə bilən kompüter şəbəkəsini yaratmaq. Şəbəkə ABŞ müdafiə sisteminin nəzarət məntəqələrini əlaqələndirməli idi. Bundan başqa şəbəkələr üzrə verilən informasiyanın məxfiliyinin saxlanılması şərtlərini təmin etmək lazım idi. Bu şərtin icrası üçün iki əsas ideyaya əsaslanan şəbəkənin konsepsiyası təklif edilmişdi: mərkəzi kompüterin yoxluğu(şəbəkənin bütün kompüterləri bərabər hüquqlu olmalı idi), şəbəkə ilə faylların ötürülməsinin paket üsulu.
İnternet
Leonard Kleynrok "Röyter" agentliyinə verdiyi müsahibədə qeyd edir:
1969-cu il, 29 oktyabr tarixində Kaliforniya Universitetinin kompüter mütəxəssisləri qrupu öz kompüterləri ilə Kaliforniyanın şimalındakı Stenford elmi tədqiqat institutunun kompüterini birləşdirməyə qərar verdi. Bir alim Kaliforniya Universitetində kompüter arxasında otururdu və Stenford İnstitutunun alimi ilə telefonla danışırdı.
Birinci “log” sözü yazılmalı idi və öz növbəsində Stenfordun mütəxəssisi cavabda “in” yazmalı idi, buna görə də “login” sözü yaranmalı idi. Kaliforniya Universitetində oturan əvvəlcə “l” yazdı və telefonla Stenforddakı kolleqasından hərfin çatıb-çatmadığını soruşdu. Cavab müsbət idi. Müvəffəqiyyətlə göndərilmişdi. Ancaq sonra “hər şey dağıldı”. Amma başlanğıc qoyulmuşdu. Əvvəlcə şəbəkə yalnız alimlərə müxtəlif mərkəzlərdə kolleqalarının kompüterlərində olan informasiyadan istifadə etməyə kömək edirdi. Onda hələ heç kəsə ağlına gəlmirdi, internet hansı miqyasa nail olacaq. Bu tarix internetin dünyada ilk dəfə meydana gəldiyi tarix hesab olunur.
İnternetin sonrakı inkişafı
Artıq 1971-ci ildə 15 müxtəlif obyektlərdə olan kompüterləri vahid şəbəkədə birləşdirmək mümkün olmuşdu. Bu sistemin adı ilk illər ARPANET idi. 1972-ci ildə ARPANET vasitəsilə elektron məktub göndərilməsinə imkan verən proqram yaradıldı. İlk dəfə olaraq @ işarəsi elektron poçt ünvanlarında işlədilməyə başlandı və 1980-ci ildə bu işarə Beynalxalq standart kimi təsdiqləndi. 1973-1974-cü illərdə TCP/İP protokolu meydana çıxdı. TCP/İP protokolu 2 rabitə protokolundan ibarətdir. Transmission Control Protocol ötürməyə nəzarət protokolu – verilənlərin ötürülməsinə nəzarət edən protokol və İnternet Protocol yəni internet protokolu. 1980-ci ildə DNS yaradıldı. 1985-ci ildə ABŞ milli elm fonduna məxsus NSFNET – Milli elm fondu şəbəkəsi yaradıldı. Həmin ildə ilk dəfə olaraq 56 kb/saniyə sürətilə informasiya ötürülməsinin üsulu tapıldı. Növbəti ildə isə informasiya ötürülməsi üçün 1,5 Mb sürət əldə edildi. Lakin ilk illərdə bu sürəti qlobal olaraq hər yerdə deyil, yalnız laboratoriya daxilində tətbiq etmək olurdu.
Şəbəkə vasitəsilə kompüterlərdə olan çoxlu sayda sənədlərdən hamı eyni vaxtda istifadə edə bilməsi üçün 1989-1990-cı illərdə www sistemi yaradıldı. Tim Berner Li hiper mətnli sənədlər texnologiyasını yaratdı. İnternetin qloballaşması 1988-1989-cu illərə təsadüf edir. Bu illərdə Kanada, Fransa, Almaniya və 1992-ci ildə Böyük Britaniya və Latviya NSFNET vasitəsilə internetə qoşuldular. İnternet sözü isə ilk dəfə olaraq 1990-cı ildə istifadə olunmağa başlayıb. 1994-cü ildə ilk dəfə olaraq internetdən elektron kommersiya məqsədilə istifadəyə başlanılıb. Azərbaycanda isə internetdən ilk dəfə olaraq 1995-ci ildə istifadə olunmağa başlanılıb.
İşləri
- . "Information Flow in Large Communication Nets". Ph.D. Thesis Proposal. . May 1961.
- . "Information Flow in Large Communication Nets". RLE Quarterly Progress Report. . July 1961.
- . "Information Flow in Large Communication Nets". RLE Quarterly Progress Report. . April 1962.
- . "Message Delay in Communication Nets with Storage" (PDF). (PhD thesis). Cambridge, MA: . December 1962.
- . Communication Nets: Stochastic Message Flow and Design. McGraw-Hill. 1964. 220. ISBN .
- . Queueing Systems: Volume I – Theory. New York: Wiley Interscience. 2 January 1975. 417. ISBN .
- . Queueing Systems: Volume II – Computer Applications. New York: Wiley Interscience. 22 April 1976. 576. ISBN .
- ; Kamoun, Farok. "Hierarchical Routing for Large Networks, Performance Evaluation and Optimization". Computer Networks. 1 (3). January 1977: 155–174.
- ; Gail, Richard. Queueing Systems: Problems and Solutions. Wiley-Interscience. 12 April 1996. 240. ISBN .
Həmçinin bax
Mənbə
- Cahangir Atakişiyev. . № 32 (779), 23 avqust 2013, səh. 27. (az.)
Xarici keçidlər
- "Leonard Kleinrock's Home Page". . İstifadə tarixi: 11 February 2004.
- "KIHC: The Kleinrock Internet History Center at UCLA". . İstifadə tarixi: 11 November 2004.
- "Bibliography". . İstifadə tarixi: 24 May 2012.
- "Network history links". İstifadə tarixi: 11 November 2004.
- "Oral history interview with Leonard Kleinrock". University of Minnesota, Minneapolis: . 3 April 1990. İstifadə tarixi: 15 May 2008. Kleinrock discusses his work on the ARPANET.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Leonard Kleynrok ing Leonard Kleinrock d 13 iyun 1934 Nyu York ABS informasiya texnologiyalari ve komputer sebekeleri sahesinde amerikali muhendis ve alimdir O Muhendislik isi Mektebinin ve Los Anceles Kaliforniya Universitetinin tetbiqi elmler uzre professorudur Kleynrok komputer sebekelerinin inkisafina muhum tohfeler verib ve internetin selefi olan ARPANET sebekesinin inkisafinda ehemiyyetli rol oynayib Leonard Kleynroking Leonard KleinrockDogum tarixi 13 iyun 1934 90 yas Dogum yeri ABS Nyu YorkTehsili Nyu York Seher Kolleci 1951 1957 Massacusets Texnologiya Institutu 1963 Fealiyyeti riyaziyyatci informatik patent sahibi ixtiraci d professorUzvluyu Amerika Incesenet ve Elmler Akademiyasi Hesablama Texnikasi Assosiasiyasilk cs ucla edu index html Vikianbarda elaqeli mediafayllarHeyatiLeonard Kleynrok 13 iyun 1934 cu ilde Nyu Yorkda yehudi ailesinde dunyaya gelib O 1951 ci ilinde Bronks Ali Elmi Mektebini 1957 ci ilde elektrotexnika uzre bakalavr derecesi ile Siti kolleci bitirib 1959 cu ilde Massacusets Texnologiya Institutunda elektrotexnika ve informatika uzre magistr derecesine yiyelenib ve 1963 cu ilde hemin ali mektebde sozugeden istiqamet uzre doktorluq elmi derecesine layiq gorulub Tezlikle o Kaliforniya Universitetinin professor muellim heyetine qosulur Kleynrok 1961 ci ilde Boyuk rabite sebekelerinde informasiya axini reqemli rabite sebekesine hesr edilmis elmi isini derc etdirir Bu ideyalar onun doktorluq dissertasiyasinin esasini teskil etdi Kleynrokun cixardigi neticeler Rabite sebekeleri nesrinde 1964 derc edilir Kitabda muasir internet texnologiyasinin esasini teskil eden paket kommutasiyasinin esas prinsipleri ifade edilmisdi Qeyd edek ki hesablama sebekelerinde paket kommutasiyasi verilenlerin oturulmesinin esas usuludur Bu paket kommutasiyasi zamani verilenlerin VOS verilenleri oturme sebekesi vasitesile oturulmesi zamani gecikmelerin az olmasina ve bir sira sebeblere esaslanir Kanal kommutasiyasi usulu teleb edir ki kanali yaradan butun elaqe xetleri eyni oturme qabiliyyetine malik olsun bu da VOS un strukturuna olan telebi sertlesdirir Melumatlarin ve paketlerin kommutasiyasi ise verilenlerin istenilen oturme qabiliyyetli elaqe xetleri ile oturulmesine imkan verir Bunlar hesablama sebekelerinde informasiya oturulmesi usulu kimi paket kommutasiyasindan istifade edilmesini vacib edir Kleynrok 1988 ci ilde o ABS Konqresinde milli sebekenin yaradilmasi haqqinda meruzeni teqdim etmis qrupun sedri idi 1991 95 ci illerde Kleynrok Kaliforniya Universitetinin komputer elmlerinin Departamentinin sedri vezifesini tuturdu Kleynrok ABS nin en yuksek elmi mukafati olan Milli elmi medala layiq gorulub Medali 29 sentyabr 2008 ci il tarixinde Ag Evde prezident kicik Corc Bus ona teqdim edib 2012 ci ilde Kleynrok Internet Cemiyyetinin sohret zalina daxil edilib Eyni zamanda hemin ilde Aleksandr Qreham Bell adina Qizil medalla mukafatlandirilib Zamani qabaqlan ideyalariKleynrok musahibelerinin birinde deyir Telebe olarken menim kurs yoldaslarimin ekseriyyeti informasiya nezeriyyesi ve kodlasdirma sahesinde tedqiqatlarla mesgul olmaga basladilar Bizim universitetimizde cox gozel tedqiqatci elmi maraq dairesine bu nov problemlerin daxil oldugu Klod Sennon idi Men bu sahede fealiyyete baslamaq isteyirdim Tehsil prosesinde bir cox hesablama masinlari meni ehate edirdi ve men anladim ki onlarin arasinda unsiyyet teskil etmek lazim olacaq Belelikle men komputerlerin arasinda effektiv melumat mubadilesinin texnologiyasini hazirlamaga qerar verdim Onun ideyalari zamani qabaqlayirdi buna gore de yalniz 1960 ci illerin sonlarinda oz genis tetbiqini tapdi Fealiyyet istiqametlerinin herbi hedefler ucun komputer texnologiyalarinin xususile de rabitenin yaradilmasindan ibaret olan Qabaqcil Tedqiqat Layiheleri Agentliyi ARPA ideyalarla maraqlanmaga basladi ARPA da esas mesele bele qoyulmusdu nuve hucumundan mudafie ucun herbi sahede istifade ede bilen komputer sebekesini yaratmaq Sebeke ABS mudafie sisteminin nezaret menteqelerini elaqelendirmeli idi Bundan basqa sebekeler uzre verilen informasiyanin mexfiliyinin saxlanilmasi sertlerini temin etmek lazim idi Bu sertin icrasi ucun iki esas ideyaya esaslanan sebekenin konsepsiyasi teklif edilmisdi merkezi komputerin yoxlugu sebekenin butun komputerleri beraber huquqlu olmali idi sebeke ile fayllarin oturulmesinin paket usulu InternetEsas meqale Internet Leonard Kleynrok Royter agentliyine verdiyi musahibede qeyd edir 1969 cu il 29 oktyabr tarixinde Kaliforniya Universitetinin komputer mutexessisleri qrupu oz komputerleri ile Kaliforniyanin simalindaki Stenford elmi tedqiqat institutunun komputerini birlesdirmeye qerar verdi Bir alim Kaliforniya Universitetinde komputer arxasinda otururdu ve Stenford Institutunun alimi ile telefonla danisirdi Birinci log sozu yazilmali idi ve oz novbesinde Stenfordun mutexessisi cavabda in yazmali idi buna gore de login sozu yaranmali idi Kaliforniya Universitetinde oturan evvelce l yazdi ve telefonla Stenforddaki kolleqasindan herfin catib catmadigini sorusdu Cavab musbet idi Muveffeqiyyetle gonderilmisdi Ancaq sonra her sey dagildi Amma baslangic qoyulmusdu Evvelce sebeke yalniz alimlere muxtelif merkezlerde kolleqalarinin komputerlerinde olan informasiyadan istifade etmeye komek edirdi Onda hele hec kese aglina gelmirdi internet hansi miqyasa nail olacaq Bu tarix internetin dunyada ilk defe meydana geldiyi tarix hesab olunur Internetin sonraki inkisafi Artiq 1971 ci ilde 15 muxtelif obyektlerde olan komputerleri vahid sebekede birlesdirmek mumkun olmusdu Bu sistemin adi ilk iller ARPANET idi 1972 ci ilde ARPANET vasitesile elektron mektub gonderilmesine imkan veren proqram yaradildi Ilk defe olaraq isaresi elektron poct unvanlarinda isledilmeye baslandi ve 1980 ci ilde bu isare Beynalxalq standart kimi tesdiqlendi 1973 1974 cu illerde TCP IP protokolu meydana cixdi TCP IP protokolu 2 rabite protokolundan ibaretdir Transmission Control Protocol oturmeye nezaret protokolu verilenlerin oturulmesine nezaret eden protokol ve Internet Protocol yeni internet protokolu 1980 ci ilde DNS yaradildi 1985 ci ilde ABS milli elm fonduna mexsus NSFNET Milli elm fondu sebekesi yaradildi Hemin ilde ilk defe olaraq 56 kb saniye suretile informasiya oturulmesinin usulu tapildi Novbeti ilde ise informasiya oturulmesi ucun 1 5 Mb suret elde edildi Lakin ilk illerde bu sureti qlobal olaraq her yerde deyil yalniz laboratoriya daxilinde tetbiq etmek olurdu Sebeke vasitesile komputerlerde olan coxlu sayda senedlerden hami eyni vaxtda istifade ede bilmesi ucun 1989 1990 ci illerde www sistemi yaradildi Tim Berner Li hiper metnli senedler texnologiyasini yaratdi Internetin qloballasmasi 1988 1989 cu illere tesaduf edir Bu illerde Kanada Fransa Almaniya ve 1992 ci ilde Boyuk Britaniya ve Latviya NSFNET vasitesile internete qosuldular Internet sozu ise ilk defe olaraq 1990 ci ilde istifade olunmaga baslayib 1994 cu ilde ilk defe olaraq internetden elektron kommersiya meqsedile istifadeye baslanilib Azerbaycanda ise internetden ilk defe olaraq 1995 ci ilde istifade olunmaga baslanilib Isleri Information Flow in Large Communication Nets Ph D Thesis Proposal May 1961 Information Flow in Large Communication Nets RLE Quarterly Progress Report July 1961 Information Flow in Large Communication Nets RLE Quarterly Progress Report April 1962 Message Delay in Communication Nets with Storage PDF PhD thesis Cambridge MA December 1962 Communication Nets Stochastic Message Flow and Design McGraw Hill 1964 220 ISBN 978 0486611051 Queueing Systems Volume I Theory New York Wiley Interscience 2 January 1975 417 ISBN 978 0471491101 Queueing Systems Volume II Computer Applications New York Wiley Interscience 22 April 1976 576 ISBN 978 0471491118 Kamoun Farok Hierarchical Routing for Large Networks Performance Evaluation and Optimization Computer Networks 1 3 January 1977 155 174 Gail Richard Queueing Systems Problems and Solutions Wiley Interscience 12 April 1996 240 ISBN 978 0471555681 Hemcinin baxInformatikaMenbeCahangir Atakisiyev 32 779 23 avqust 2013 seh 27 az Xarici kecidler Leonard Kleinrock s Home Page Istifade tarixi 11 February 2004 KIHC The Kleinrock Internet History Center at UCLA Istifade tarixi 11 November 2004 Bibliography Istifade tarixi 24 May 2012 Network history links Istifade tarixi 11 November 2004 Oral history interview with Leonard Kleinrock University of Minnesota Minneapolis 3 April 1990 Istifade tarixi 15 May 2008 Kleinrock discusses his work on the ARPANET