Kələxana türbələri — Şamaxı şəhərindən 6 km aralıda, Kələxana kəndi yaxınlığında yerləşən və 250x140 m ərazini əhatə edən tübələr kompleksidir. Kompleksə daxil olmuş doqquz türbədən səkkizi dövrümüzə çatmışdır ki, onlardan da biri ciddi dağıntılarıa məruz qalmışdır. Digər türbələr dövrümüzə yaxşı vəziyyətdə çatmış, bəzilərində isə heç bir dağıntı baş verməmişdir.
Kələxana türbələri | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Şamaxı |
Yerləşir | Kələxana |
Aidiyyatı | Sufizm |
Tikilmə tarixi | XVII əsr |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
İstinad nöm. | 4961 |
Kateqoriya | Kompleks |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Türbələrdən yalnız biri üzərində kitabə qalmışdır. Həmin kitabədə abidənin inşa tarixi və dəfn edilənin kimliyi haqqında məlumat verilmişdir. Həmin kitabədən məlum olur ki, türbə hicri tarixlə 1074-cü ildə (miladi 1663/1664) sərkar rütbəli memar Əmir Əli oğlu Əbdüləzim tərəfindən inşa edilmişdir.
Tarixi
XIX əsrin sonlarına kimi Kələxana türbələri elmi ədəbiyyatda ötəri olaraq vurğulanmış, komplksə daxil olan abidələrin mümarlıq xüsusiyyətləri isə əsaslı tədqiq edilməmişdir.
Kompleksə daxil olmuş doqquz türbədən səkkizi dövrümüzə çatmışdır ki, onlardan da biri ciddi dağıntılarıa məruz qalmışdır. Digər türbələr dövrümüzə yaxşı vəziyyətdə çatmış, bəzilərində isə heç bir dağıntı baş verməmişdir. Tübələrdən üçünü əhatə edən müdafiə divarlarının qalıqları da dövrümüzə çatmışdır. Onlardan yalnız biri tikilinin ilkin görünüşünün elmi bərpasına imkan verəcək vəziyyətdədir.
Kornelius de Bruinin kitabında verdiyi təsvirdə (XVIII əsrin əvvəlləri) doqquz türbədən beşi portallı girişə malik divarlarla əhatə edilmişdir. Ən kənarda yerləşən türbə isə ikiqat divarla əhatə olunmuşdu. Arxeoloq yazır ki, birinci türbədə 5 qəbir, ikinci türbədə 3 qəbir var idi:"İlk baxışda doqquzdan az türbə görünməyinə baxmayaraq bu təpəni yeddi günbəz adlandırırlar" De Bruyn həmçinin türbələr kompleksinin yerində əvvəllər bir qalanın olduğunu və yaxınlıqda bulağın mövcud olduğunu qeyd edir.
Türbələrdən yalnız biri üzərində kitabə qalmışdır. Həmin kitabədə abidənin inşa tarixi və dəfn edilənin kimliyi haqqında məlumat verilmişdir. Yazıda deyilir:
Bu məzarda Çilgər şeyxlərindən olan şeyx İsrafilin nəslindən olan, yüksək tanrı tərəfindən bağışlanmış şeyx İbrahimin oğlu Əmir Əhməd dəfn edilmişdir. Sərkar Əmir Əli oğlu Əbdüləzim. Allah bağışlasın onu! İl min yetmiş dörd. |
Həmin kitabədən məlum olur ki, türbə hicri tarixlə 1074-cü ildə (miladi 1663/1664) sərkar rütbəli memar Əbdüləzim tərəfindən inşa edilmişdir.
Kələxana türbələri, orta əsrlər Azərbaycan memarlıq abidələri arasında eyni dövrdə yaranmış nadir kompleks tikililərindən biridir. Kompleksə daxil olan türbələrin eyni vaxtda inşa edilməsini göstərən əsas faktlardan biri odur ki, 1636-cı ildə həmin ərazidə olmuş səyyah Adam Oleari türbələr haqqında heç bir məlumat verməsə də, XVIII əsrin əvvəlində Şirvana səfər etmiş Kornelius de Bruin kitabında yerləşdirdiyi rəsmdə artıq doqquz türbənin hər birini göstərir. Türbə üzərində dövrümüzə çatmış tarix (1663/1664) də nəzərə alındıqda, digər türbələrin də təxminən həmin illərdə, mümkün ki, eyni memar tərəfindən inşa edilməsini düşünmək olar. Ola bilsin ki, kitabədə inşaatçının sərkar adlandırılması onunla əlaqəlidir ki, o, eyni zamanda bütün türbələrin inşasına nəzarət etmişdir.
Memarlıq xüsusiyyətləri
Tarixi bəlli olan türbə planda səkkizguşəli formaya malik olmaqla 4.8 metr diametrə malikdir. Türbənin gövdəsi səkkizguşəki prizma formasında olub cənub tərəfdə çıxışa malikdir. Prizmanın hündürlüyü 4.11 metrə bərabərdir. Türbənin gövdəsi yalnız piramidal dam örtüyü ilə birləşmə sayəsində ciddi və dəqiq ifadə edilmiş vertikal forma alır. Türbə kiçik stilobat üzərində inşa edilmişdir.
Bütün ornamental bəzəklərdən məhrum edilmiş türbə hissələrin ölçüsünün yaxşı uyğunlaşdırılması, detalların dəqiq çəkilməsi və mükəmməl yerinə yetirilməsi sayəsində güclü təsir bağışlayır. Şirvan türbələri üçün xarakterik olan güclü vurğulanmış giriş sərhəddinə Kələxana türbələrində də rast gəlmək mümkündür. Həmin sərhəddin həll edilməsi giriş səthinin kiçik relyefli portalla vurğulanması ilə ifadə edilmişdir. Buna baxmayaraq sadə çərçivələmə dəqiq kompozisiya nüvəsi yaratmaqla bütün tikiliyə reprezentativ görüntü verir. Portal çərçivələri arasında xarici çərçivə ilə müqayisədə daha nazik olan daxili çərçivə xüsusi qeyd edilmişdir. Ə. Salamzadənin fikrincə tikilinin kiçik ölçülərini nəzərə alan memar xariçi çərçivənin yuxarı hissəsinin süni olaraq kiçildilməsi yolu ilə izləyicilərin gözü qarşısında tikilinin böyüdülməsinə nail olmaq istəmişdir. Oxvari giriş tağının kiçik ölçülü olması da həmin məqsədə xidmət edir.
Ə. Salamzadə qeyd edir ki, “Çoxdan formalaşmış səkkizguşəli daş türbə tipi daxilində Kələxana türbələrinin hər birinə özünəməxsus individual sima verilməsi Şirvan memarlarının peşəkarlığı və yetkinliyini göstərir.” Türbələrin özünəməxsusluğu əsasən onların hər birinin fərqli giriş portalı ilə vurğulanmışdır.
Qərb tərəfdən ən kənarda yerləşən türbə yalnız portal detallarının incə işlənməsi ilə deyil, həm də digər türbələrlə müqayisədə bu türbəni əhatə edən divarların və divarın ortasında yerləşən portalın yaxşı saxlanması ilə seçilir. Divarlar hər bir türbənin daha yaxşı saxlanması və türbə ərazisinə girişin qismən də olsa məhdudlaşdırılması məqsədi ilə inşa edilmişdir. Müdafiə xarakteri ilə yanaşı həmin divarlar həm də kompozisiya baxımından əhəmiyyətli rol oynayırlar. Kiçik portal və türbə ilə birlikdə həmin divarlar xırda tikili kompleksi yaratmaqla, hər üç element arasında yaxşı tapılmış həcm yanaşmasına görə abidəyə mühüm ifadəlik qazandırmışdır.
Qərb tərəfdə yerləşən stalaktitli türbə nisbətlərinin uzunluğu və memarlıq detallarının incə işlənməsi ilə kompleksə daxil olan digər türbələrdən seçilir. Oxvari giriş oxvari çərçivə ilə əhatə olunmuşdur. Girişin üstündə divar səthindən qabağa çıxan kitabə yeri vardır. İnşaatda istifadə edilən daşların çox yüksək səviyyədə yonulmuş olması, abidənin bağışladığı bitkinlik və incəlik təəssüratını daha da gücləndirir.
Kompleksə daxil olan digər bir türbə isə hörgüsündə iri ölçülü daşların istifadə edilməsi ilə seçilir. Tikilinin iri ölçülü daşlarla üzlənməsi qonşu türbələrlə müqayisədə ona daha böyük görkəm qazandırır. Məsələn, kitabəli türbənin üzlənməsində istifadə edilmiş ən böyük daşların ölçüsü 25x45 sm-ə bərabərdirsə, bu türbənin üzlənməsində 41x64 sm ölçülü daşlardan istifadə edilmişdir. Bu türbənin digər bir xarakterik xüsusiyyəti isə prizmatik həcmin yuxarı firz kəməri və aşağı hissə olmaqla iki hissəyə bölünməsidir. Korpusun bu cür bölünməsinə demək olar ki, Azərbaycanın XII-XV əsrlərə aid bütün kərpic türbələrində rast gəlmək mümkün olsa da, Şirvan ərazidində ucaldılmış daş türbələrdə bu cür hallarla nadir qarşılaşılır.Şirvan-Abşeron memarlıq məktəbi tikililəri arasında bu cür bölünmənin ən parlaq nümunəsi kimi, Şirvanşahlar saray kompleksinə daxil olan Seyid Yəhya Bakuvinin türbəsini göstərmək olar. Kələxana tübəsinin ayırıcı kəməri də Bakuvi türbəsinin kəmərinin naxışlarını təkrarlayır.
Portal çərçivəsi kompleksə daxil olan digər türbələrin portal çərçivəsinə identik olsa da, yuxarı hissəsi yalnız çərçivənin xarici hissəsi ilə əlaqələndirilən oxvari tağla tamamlanır. Daş yonma sənətkarlarının peşəkarlığı giriş hissəsinin tağ timpanlarında verilmiş həndəsi ornamentli rozetlərdə öz əksini tapmışdır.
Konstruktiv baxımdan Kələxana türbələri Şirvan-Abşeron memarlıq məktəbi üçün xarakterik olan xüsusiyyətlərə malikdirlər. Yaxşı yonulmuş daşların arası əhəng məhlulu ilə bərkidilmişdir. Maraqlı cəhət əhəng məhluluna ağac kömürünün də əlavə edilməsidir. Gəc məhluluna möhkəmlik vermək üçün kömürün əlavə edilməsi Bərdə və Naxçıvan ərazisində yayılmış XII-XV əsr türbələrində də izlənilən haldır.
İstinadlar
- Сысоев, В. М. Поездка в Шемахинский уезд с археологической целью (Изв. Археологического комитета). 1926.
- А. В. Саламзаде, А. А. Садыхзаде. Некоторые памятники Шемахинского района (Архитектурные памятники Азербайджана, вып.1). Баку. 1946. 90.
- Саламзаде, 1964. səh. 42
- Саламзаде, 1964. səh. 43
- de Bruins, Cornelis. Reizen over Moskovie door Persie en Indie. Amsterdam. 1711.
- Саламзаде, 1964. səh. 45
- Саламзаде, 1964. səh. 44
- Саламзаде, 1964. səh. 46
Ədəbiyyat
- Саламзаде, А. В. Архитектура Азербайдана XVI-XIX вв. Баку: Издательство Академии наук Азербайджанской ССР. 1964.
Həmçinin bax
Xarici keçidlər
- Şamaxıdakı dərviş türbələri
- Kələxana türbələri
- Kələxana türbələri
- Kələxana türbələri - Tərk edilmiş tarix (Şamaxı)
- Мавзолейный комплекс XVII века
- Yararsız hala düşmüş Kələxana türbələri
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Kelexana turbeleri Samaxi seherinden 6 km aralida Kelexana kendi yaxinliginda yerlesen ve 250x140 m erazini ehate eden tubeler kompleksidir Komplekse daxil olmus doqquz turbeden sekkizi dovrumuze catmisdir ki onlardan da biri ciddi dagintilaria meruz qalmisdir Diger turbeler dovrumuze yaxsi veziyyetde catmis bezilerinde ise hec bir daginti bas vermemisdir Kelexana turbeleriKomplekse daxil olan turbelerden birinin muasir veziyyeti40 35 24 sm e 48 36 06 s u Olke AzerbaycanSeher SamaxiYerlesir KelexanaAidiyyati SufizmTikilme tarixi XVII esrUslubu Sirvan Abseron memarliq mektebiAzerbaycandaki tarixi abidelerin milli qeydiyyatiIstinad nom 4961KateqoriyaKompleksEhemiyyetiYerli ehemiyyetli Vikianbarda elaqeli mediafayllar Turbelerden yalniz biri uzerinde kitabe qalmisdir Hemin kitabede abidenin insa tarixi ve defn edilenin kimliyi haqqinda melumat verilmisdir Hemin kitabeden melum olur ki turbe hicri tarixle 1074 cu ilde miladi 1663 1664 serkar rutbeli memar Emir Eli oglu Ebdulezim terefinden insa edilmisdir TarixiKornelius de Bruin Kelexana turbelerinin tesviri 1703 XIX esrin sonlarina kimi Kelexana turbeleri elmi edebiyyatda oteri olaraq vurgulanmis komplkse daxil olan abidelerin mumarliq xususiyyetleri ise esasli tedqiq edilmemisdir Komplekse daxil olmus doqquz turbeden sekkizi dovrumuze catmisdir ki onlardan da biri ciddi dagintilaria meruz qalmisdir Diger turbeler dovrumuze yaxsi veziyyetde catmis bezilerinde ise hec bir daginti bas vermemisdir Tubelerden ucunu ehate eden mudafie divarlarinin qaliqlari da dovrumuze catmisdir Onlardan yalniz biri tikilinin ilkin gorunusunun elmi berpasina imkan verecek veziyyetdedir Kornelius de Bruinin kitabinda verdiyi tesvirde XVIII esrin evvelleri doqquz turbeden besi portalli girise malik divarlarla ehate edilmisdir En kenarda yerlesen turbe ise ikiqat divarla ehate olunmusdu Arxeoloq yazir ki birinci turbede 5 qebir ikinci turbede 3 qebir var idi Ilk baxisda doqquzdan az turbe gorunmeyine baxmayaraq bu tepeni yeddi gunbez adlandirirlar De Bruyn hemcinin turbeler kompleksinin yerinde evveller bir qalanin oldugunu ve yaxinliqda bulagin movcud oldugunu qeyd edir Turbelerden yalniz biri uzerinde kitabe qalmisdir Hemin kitabede abidenin insa tarixi ve defn edilenin kimliyi haqqinda melumat verilmisdir Yazida deyilir Bu mezarda Cilger seyxlerinden olan seyx Israfilin neslinden olan yuksek tanri terefinden bagislanmis seyx Ibrahimin oglu Emir Ehmed defn edilmisdir Serkar Emir Eli oglu Ebdulezim Allah bagislasin onu Il min yetmis dord Hemin kitabeden melum olur ki turbe hicri tarixle 1074 cu ilde miladi 1663 1664 serkar rutbeli memar Ebdulezim terefinden insa edilmisdir Kelexana turbeleri orta esrler Azerbaycan memarliq abideleri arasinda eyni dovrde yaranmis nadir kompleks tikililerinden biridir Komplekse daxil olan turbelerin eyni vaxtda insa edilmesini gosteren esas faktlardan biri odur ki 1636 ci ilde hemin erazide olmus seyyah Adam Oleari turbeler haqqinda hec bir melumat vermese de XVIII esrin evvelinde Sirvana sefer etmis Kornelius de Bruin kitabinda yerlesdirdiyi resmde artiq doqquz turbenin her birini gosterir Turbe uzerinde dovrumuze catmis tarix 1663 1664 de nezere alindiqda diger turbelerin de texminen hemin illerde mumkun ki eyni memar terefinden insa edilmesini dusunmek olar Ola bilsin ki kitabede insaatcinin serkar adlandirilmasi onunla elaqelidir ki o eyni zamanda butun turbelerin insasina nezaret etmisdir Memarliq xususiyyetleriTarixi belli olan turbe planda sekkizguseli formaya malik olmaqla 4 8 metr diametre malikdir Turbenin govdesi sekkizguseki prizma formasinda olub cenub terefde cixisa malikdir Prizmanin hundurluyu 4 11 metre beraberdir Turbenin govdesi yalniz piramidal dam ortuyu ile birlesme sayesinde ciddi ve deqiq ifade edilmis vertikal forma alir Turbe kicik stilobat uzerinde insa edilmisdir Butun ornamental bezeklerden mehrum edilmis turbe hisselerin olcusunun yaxsi uygunlasdirilmasi detallarin deqiq cekilmesi ve mukemmel yerine yetirilmesi sayesinde guclu tesir bagislayir Sirvan turbeleri ucun xarakterik olan guclu vurgulanmis giris serheddine Kelexana turbelerinde de rast gelmek mumkundur Hemin serheddin hell edilmesi giris sethinin kicik relyefli portalla vurgulanmasi ile ifade edilmisdir Buna baxmayaraq sade cerciveleme deqiq kompozisiya nuvesi yaratmaqla butun tikiliye reprezentativ goruntu verir Portal cerciveleri arasinda xarici cercive ile muqayisede daha nazik olan daxili cercive xususi qeyd edilmisdir E Salamzadenin fikrince tikilinin kicik olculerini nezere alan memar xarici cercivenin yuxari hissesinin suni olaraq kicildilmesi yolu ile izleyicilerin gozu qarsisinda tikilinin boyudulmesine nail olmaq istemisdir Oxvari giris taginin kicik olculu olmasi da hemin meqsede xidmet edir E Salamzade qeyd edir ki Coxdan formalasmis sekkizguseli das turbe tipi daxilinde Kelexana turbelerinin her birine ozunemexsus individual sima verilmesi Sirvan memarlarinin pesekarligi ve yetkinliyini gosterir Turbelerin ozunemexsuslugu esasen onlarin her birinin ferqli giris portali ile vurgulanmisdir Kompleksin qerb terefinde yerlesen turbenin plani Plan baximindan komplekse daxil olan abideler bir birini tekrarlayir Qerb terefden en kenarda yerlesen turbe yalniz portal detallarinin ince islenmesi ile deyil hem de diger turbelerle muqayisede bu turbeni ehate eden divarlarin ve divarin ortasinda yerlesen portalin yaxsi saxlanmasi ile secilir Divarlar her bir turbenin daha yaxsi saxlanmasi ve turbe erazisine girisin qismen de olsa mehdudlasdirilmasi meqsedi ile insa edilmisdir Mudafie xarakteri ile yanasi hemin divarlar hem de kompozisiya baximindan ehemiyyetli rol oynayirlar Kicik portal ve turbe ile birlikde hemin divarlar xirda tikili kompleksi yaratmaqla her uc element arasinda yaxsi tapilmis hecm yanasmasina gore abideye muhum ifadelik qazandirmisdir Qerb terefde yerlesen stalaktitli turbe nisbetlerinin uzunlugu ve memarliq detallarinin ince islenmesi ile komplekse daxil olan diger turbelerden secilir Oxvari giris oxvari cercive ile ehate olunmusdur Girisin ustunde divar sethinden qabaga cixan kitabe yeri vardir Insaatda istifade edilen daslarin cox yuksek seviyyede yonulmus olmasi abidenin bagisladigi bitkinlik ve incelik teessuratini daha da guclendirir Komplekse daxil olan diger bir turbe ise horgusunde iri olculu daslarin istifade edilmesi ile secilir Tikilinin iri olculu daslarla uzlenmesi qonsu turbelerle muqayisede ona daha boyuk gorkem qazandirir Meselen kitabeli turbenin uzlenmesinde istifade edilmis en boyuk daslarin olcusu 25x45 sm e beraberdirse bu turbenin uzlenmesinde 41x64 sm olculu daslardan istifade edilmisdir Bu turbenin diger bir xarakterik xususiyyeti ise prizmatik hecmin yuxari firz kemeri ve asagi hisse olmaqla iki hisseye bolunmesidir Korpusun bu cur bolunmesine demek olar ki Azerbaycanin XII XV esrlere aid butun kerpic turbelerinde rast gelmek mumkun olsa da Sirvan erazidinde ucaldilmis das turbelerde bu cur hallarla nadir qarsilasilir Sirvan Abseron memarliq mektebi tikilileri arasinda bu cur bolunmenin en parlaq numunesi kimi Sirvansahlar saray kompleksine daxil olan Seyid Yehya Bakuvinin turbesini gostermek olar Kelexana tubesinin ayirici kemeri de Bakuvi turbesinin kemerinin naxislarini tekrarlayir Portal cercivesi komplekse daxil olan diger turbelerin portal cercivesine identik olsa da yuxari hissesi yalniz cercivenin xarici hissesi ile elaqelendirilen oxvari tagla tamamlanir Das yonma senetkarlarinin pesekarligi giris hissesinin tag timpanlarinda verilmis hendesi ornamentli rozetlerde oz eksini tapmisdir Konstruktiv baximdan Kelexana turbeleri Sirvan Abseron memarliq mektebi ucun xarakterik olan xususiyyetlere malikdirler Yaxsi yonulmus daslarin arasi eheng mehlulu ile berkidilmisdir Maraqli cehet eheng mehluluna agac komurunun de elave edilmesidir Gec mehluluna mohkemlik vermek ucun komurun elave edilmesi Berde ve Naxcivan erazisinde yayilmis XII XV esr turbelerinde de izlenilen haldir IstinadlarSysoev V M Poezdka v Shemahinskij uezd s arheologicheskoj celyu Izv Arheologicheskogo komiteta 1926 A V Salamzade A A Sadyhzade Nekotorye pamyatniki Shemahinskogo rajona Arhitekturnye pamyatniki Azerbajdzhana vyp 1 Baku 1946 90 Salamzade 1964 seh 42 Salamzade 1964 seh 43 de Bruins Cornelis Reizen over Moskovie door Persie en Indie Amsterdam 1711 Salamzade 1964 seh 45 Salamzade 1964 seh 44 Salamzade 1964 seh 46EdebiyyatSalamzade A V Arhitektura Azerbajdana XVI XIX vv Baku Izdatelstvo Akademii nauk Azerbajdzhanskoj SSR 1964 Hemcinin baxSirvan Abseron memarliq mektebi Yeddigunbez turbeler kompleksiXarici kecidlerSamaxidaki dervis turbeleri Kelexana turbeleri Kelexana turbeleri Kelexana turbeleri Terk edilmis tarix Samaxi Mavzolejnyj kompleks XVII veka Yararsiz hala dusmus Kelexana turbeleri