Kultural feminizm — Müasir cəmiyyətdə maskulin davranışa deyil, feminin davranışa üstünlük verməyi tövsiyə edən feminizm qolu; radikal feminizmin içərisində bir qol olub müxtəlif məsələlərdə fərqli baxışlara sahibdir.
Haqqında
Kultural feminizm, feminizmin elə bir qoludur ki, burada müasir cəmiyyətdə maskulin davranışa deyil, feminin davranışa üstünlük vermək tövsiyə olunur. Bununla kultural feministlər nəyi nəzərdə tuturlar? Onlara görə müasir dünyada kişilər aqressiv və rəqabətcildirlər. Müasir dünyada bu keyfiyyətlər daim təbliğ edilir. Bu gün biznesdə uğur qazanan kişilərin hamısında bu keyfiyyətlər müşahidə olunur. Bu keyfiyyətlər yüksək çinli məmurlarda, senatorlarda və hətta prezidentlərdə də təsadüf edilir. Ola bilsin ki, rəqabət qabiliyyəti və aqressivlik bəzi kontekstlərdə faydalıdır, lakin kultural feministlər iddia edirlər ki, insanlara bu keyfiyyətləri aşılamaqla onlara neqativ hislər ötürülür və nəticədə cinayətlərin – qətllərin, məişət zorakılığının sayı artır. Kultural feministlər iddia edirlər ki, aqressiv kişi davranışı əvəzinə ənənəvi qadın davranışları tətbiq olunsa, cəmiyyət bundan udar. Bununla hansı xüsusiyyətlər nəzərdə tutulur? Bunlar xeyirxahlıq, qayğıkeşlik və əməkdaşlıqdır. İnsanlar bu keyfiyyətlərə üstünlük versələr, cəmiyyət daha fərqli olar. Bütün qurumlarda (ailə, məktəb, səhiyyə və s.) proqres olar. Kultural feministlər əmindirlər ki, feminin keyfiyyətlər dünyanı pislikdən xilas edə bilər. Feminizmin gender bərabərsizliyini aradan qaldırmaq üçün irəli sürdüyü ən əsas arqument ondan ibarətdir ki, qadını kişi istismarından azad etmək lazımdır, çünki qadın zəif olduğuna görə deyil, sosial və mədəni amillərə görə kişi istismarına məruz qalır. Bunu düzəltməkdən ötrü ilk növbədə, qadınlara da kişilərin sahib olduğu hüquq və imkanlar verilməlidir. Bunlar olarsa, qadınlar da kişilərin əldə etdiyi eyni üstünlüklərə sahib ola bilərlər.
Ədəbiyyat
Гапова Е. И. Культурный феминизм // Словарь гендерных терминов / Под ред. А. А. Денисовой / Региональная общественная организация "Вovegcток-Запад: Женские Инновационные Проекты". М.: Информация XXI век, 2002. — 256 с. — Режим доступа: http://www.owl.ru/gender/191.htm arxivləşdirilmişdir 18 noyabr 2016 — Wayback Machine (son istifadə tarixi 17.09.2015).
Həmçinin bax
İstinadlar
- Kifayət Ağayeva. "ABŞ-də gender məsələləri". Bakı, "Elm və təhsil", 2018, s. 56–57
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Kultural feminizm Muasir cemiyyetde maskulin davranisa deyil feminin davranisa ustunluk vermeyi tovsiye eden feminizm qolu radikal feminizmin icerisinde bir qol olub muxtelif meselelerde ferqli baxislara sahibdir HaqqindaKultural feminizm feminizmin ele bir qoludur ki burada muasir cemiyyetde maskulin davranisa deyil feminin davranisa ustunluk vermek tovsiye olunur Bununla kultural feministler neyi nezerde tuturlar Onlara gore muasir dunyada kisiler aqressiv ve reqabetcildirler Muasir dunyada bu keyfiyyetler daim teblig edilir Bu gun biznesde ugur qazanan kisilerin hamisinda bu keyfiyyetler musahide olunur Bu keyfiyyetler yuksek cinli memurlarda senatorlarda ve hetta prezidentlerde de tesaduf edilir Ola bilsin ki reqabet qabiliyyeti ve aqressivlik bezi kontekstlerde faydalidir lakin kultural feministler iddia edirler ki insanlara bu keyfiyyetleri asilamaqla onlara neqativ hisler oturulur ve neticede cinayetlerin qetllerin meiset zorakiliginin sayi artir Kultural feministler iddia edirler ki aqressiv kisi davranisi evezine enenevi qadin davranislari tetbiq olunsa cemiyyet bundan udar Bununla hansi xususiyyetler nezerde tutulur Bunlar xeyirxahliq qaygikeslik ve emekdasliqdir Insanlar bu keyfiyyetlere ustunluk verseler cemiyyet daha ferqli olar Butun qurumlarda aile mekteb sehiyye ve s proqres olar Kultural feministler emindirler ki feminin keyfiyyetler dunyani pislikden xilas ede biler Feminizmin gender berabersizliyini aradan qaldirmaq ucun ireli surduyu en esas arqument ondan ibaretdir ki qadini kisi istismarindan azad etmek lazimdir cunki qadin zeif olduguna gore deyil sosial ve medeni amillere gore kisi istismarina meruz qalir Bunu duzeltmekden otru ilk novbede qadinlara da kisilerin sahib oldugu huquq ve imkanlar verilmelidir Bunlar olarsa qadinlar da kisilerin elde etdiyi eyni ustunluklere sahib ola bilerler EdebiyyatGapova E I Kulturnyj feminizm Slovar gendernyh terminov Pod red A A Denisovoj Regionalnaya obshestvennaya organizaciya Vovegctok Zapad Zhenskie Innovacionnye Proekty M Informaciya XXI vek 2002 256 s Rezhim dostupa http www owl ru gender 191 htm arxivlesdirilmisdir 18 noyabr 2016 Wayback Machine son istifade tarixi 17 09 2015 Hemcinin baxSosialist feminizm Marksist feminizm Radikal feminizm Liberal feminizmIstinadlarKifayet Agayeva ABS de gender meseleleri Baki Elm ve tehsil 2018 s 56 57