Sultan III Toğrul (1169 – 19 mart 1194, Rey) — Arslan şahın oğlu və sonuncu İraq Səlcuq sultanı.
III Toğrul | |
---|---|
Toğrul ibn Arslan şah fars. طغرل سوم | |
1176 – 1194 | |
Əvvəlki | Arslan şah |
İraq Sultanlığının Sultanı (ikinci dəfə) | |
1191 – 1194 | |
Əvvəlki | Qızıl Arslan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vəfat tarixi | |
Vəfat yeri | Rey |
Atası | Arslan şah |
Həyat yoldaşı | İnanc xatun |
Həyatı
1175-ci ildə Atası Arslan şah Həmədanda ölüm ayağında olarkən İraq Səlcuq sultanlığının idarəsini Məhəmməd Cahan Pəhləvana tapşırdıqdan ona tapşırdıqdan az sonra vəfat edir. Atabəy, Arslan şahın 7 yaşlı oğlu III Toğrulu 1177-ci ildə sultanlıq taxtında əyləşdirir, özü də onun atabəyi olur.
Sultan III Toğrulun əmisi şahzadə Məhəmməd onun hakimiyyətini qəbul etmir və III Toğrul hakimiyyətə gətirildikdən sonra İsfahana gedərək Atabəy Cahan Pəhləvana qarşı qoşun yığmağa başladı. Lakin məğlub edildi və əsir alınaraq Sərcahan qalasında həbsə atıldı.
Cahan Pəhləvan ölümündən əvvəl öz övladları arasında hakimiyyəti bölüşdürmüşdü. Azərbaycan və Arranın iradəsini oğlu Əbu Bəkrə tapşırmış, qardaşı Qızıl Arslanı da onun atabəyi təyin etmişdi. Rey, İsfahan və Əcəm İraqının idarəsi Qutluq İnanc ilə Əmir Əmiran Ömərə, Həmədanı isə Özbəyə vermişdi. Lakin atabəyin qəfil ölümü onun qoyduğu qayda-qanunu pozdu. Varisi Qızıl Arslan yalnız sultan III Toğrulun deyil, eləcə də qardaşının dul arvadı İnanc xatunun və onun İraq Səlcuq əmirləri arasındakı tərəfdarlarının müqavimətləri ilə üzləşməli oldu.
Cahan Pəhləvanın əmrindəki məmlüklər və əmirlər də taxt iddiaçıları arasında üçə bölünmüşdülər. Ordunun böyük bir hissəsi Qızıl Arslanın tərəfində idi. Əmirbar Mahmud Anasıoğlu, Qəzvin əmiri Nurəddin Qara, Natanz hakimi Nurəddin Qıran Huvan, Rey əmiri Siracəddin Qaymaz, Qarac valisi Əbu Duləf, Fərrazin hakimi və Atabəy Pəhləvanın məlikül-ümərası Cəmaləddin Uluq Barbəy Ay-Aba əl-Fərrazin Qızıl Arslanın atabəyliyini dəstəkləyirdilər. Cəmaləddin Ay-Aba, Seyfəddin Rus və Cəmaləddin Öz-Aba Qutluq İnanc ilə Əmir Əmiran Ömərin, İzzəddin Miyak əl-Atabəyi, Qaragöz əl-Atabəyi, Bəşir və Sevinc Aba sultan III Toğrulun tərəfini tuturdular.
İnanc xatunun narazılığına baxmayaraq, əmirlərin əksəriyyəti belə bir nəticəyə gəldilər ki, Cahan Pəhləvanın varisi məhz Qızıl Arslan olmalıdır. 1186-cı ildə Onlar sədaqətlərini Qızıl Arslana bildirərək, ondan Həmədana gəlməyi və dövlətin idarəsini öhdəsinə götürməyi xahiş edirlər. Sultan III Toğrul da Qızıl Arslanı özünün atabəyi təyin etməyə məcbur oldu.
Qızıl Arslana olan bu münasibət, mövqeyinin möhkəmlənməsi İnanc xatunu heç də qane etmirdi. O, mərhum ərinin sabiq məmlükləri Əmir Camaləddin Ay-Aba və Seyfəddin Rusla gizli danışığa girərək, onların Sultan III Toğrulun tərəfinə keçmələrinə nail oldu.Zəncan, Əbhər və Marağa hakimləri də onlara qoşuldular. 1187-ci ildə Həmədan yaxınlığında birləşmiş qüvvələrlə Qızıl Arslanın ordusu arasında bir neçə gün davam edən döyüşlərdən sonra Qızıl Arslanın ordusu geri çəkildi.
Bundan sonra Sultanın əmri ilə onun tərəfdarları Qızıl Arslanın tərəfdarlarına divan tutmağa başladılar. Belə ki, III Toğrulun vəziri İzzəddin, Həmədanın rəisi Fəxrəddin, Qızıl Arslanın əmirləri Siracəddin Qaymaz, Bədrəddin Qaragöz və başqalan öldürüldü. Bundan sonra yerli hakimlər, xüsusən ətraf ərazinin hakimləri Sultanla əlaqəni kəsməyə başladılar.
Qızıl Arslan əvvəlcə Bağdad xəlifəsi ən-Nasir Lidinillaha müraciət etdi. Xəlifə ən-Nasir Qızıl Arslanın təklifini qəbul etdi və Cəlaləddin ibn Yunisin başçılığı ilə Həmədana qoşun göndərdi. Həmədan ətrafındakı Day-Mərgdə meydana gələn döyüşdə Qızıl Arslanın gəlməsini gözləməyib döyüşə girən xəlifə qüvvələri 6 may 1188-ci ildə III Toğrul tərəfindən darmadağın edildilər.
Məğlubiyyət xəbərini eşidən xəlifə təcili ikinci bir ordu təşkil etdi və başına da Mücahidəddin Xalis əl-Xassi gətirdi. 1188-ci ilin dekabrında Xəlifə ilə Sultan arasında ikinci vuruşma meydana gəldi. Bu dəfə III Toğrul Həmədanı tərk edib İsfahana qaçdı və Abbasi ordusu paytaxtı tutdu. Qızıl Arslan da buraya gəldi. Həmədanda xəlifənin əmriylə taxta Qızıl Arslan oturduldu və Bağdadda onun adına "hökmdar və möminlər əmirinin köməkçisi" adıyla xütbə oxuduldu.
Qızıl Arslanın Həmədanda olmasından istifadə edən sultan III Toğrul öz qoşunu ilə Uşnu, Xoy, Urmiya və Səlmas şəhərlərinə soxulub, hər yeri talan etdi və Səlahəddin Əyyubiyə müraciət edərək, yardım göstərməsini xahiş etdi. Səlahəddin, Qızıl Arslanla III Toğrulu barışdırmağa cəhd göstərsə də bu heçbir nəticə vermədi. Əvvəl barışığa razı olan III Toğrul, yenidən Qızıl Arslanla müharibə etmək qərarına gələrək, 1190-cı ilin oktyabrında Qızıl Arslanın üzərinə hücuma keçdi. Qızıl Arslan digər rəqibi İnanc xatunun oğulları ilə barışıq imzaladı, onları öz yanında xidmətə götürdü və nəhayət mərhum qardaşının dul qalmış arvadı İnanc xatunla evləndi. Beləliklə yalnız bu tədbirlərdən sonra 1191-ci ildə III Toğrulla qarşılaşan Qızıl Arslan Sultanı məğlub edərək həbsə atdı.
Cahan Pəhləvanın silahdaşlarından olan Mahmud Anas 1192-ci ildə sultan III Toğrulu həbsdən çıxardı. Qutluq İnancın üzərinə hücuma keçən III Toğrul Qəzvin yaxınlığındakı döyüşdə İnancın 15 minlik qoşununu məğlub etdi. Ordusunun xəyanətinə uğrayan Qutluq İnanc Reyə çəkildi. Bu qələbədən sonra sultan III Toğrulun təntənəli surətdə Həmədana daxil oldu və yenidən sultan taxtına sahibləndi.
Məğlub olan Qutluq İnanc xarəzmşah Təkişə elçilər vasitəsilə III Toğrula qarşı mübarizə üçün yardım istədi. Xarəzmşah Təkiş Əcəm İraqında vəziyyətin gərginliyindən istifadə edərək, 1193-cü ilin əvvəlində Əcəm İraqını işğal etmək üçün qoşun göndərdi. Xarəzm qoşunları hücuma keçərək Reyi və Təbərkək qalasını ələ keçirdilər. Qutluq İnanc Xarəzmşah qoşunlarının qüvvəsindən qorxaraq, qaçıb Sərcahan qalasında sığındı. Bundan istifadə edən edən III Toğrul Təkişə külli miqdarda bəxşiş göndərdi və Qutluq İnanca qarşı mübarizədə ondan kömək dilədi. Kömək əvəzi olaraq III Toğrul öz qızını Təkişin qardaşı Yunis xana verdi və hətta onun adı ilə pul kəsdirməyə, onun adına xütbə oxutmağa söz verirdi.
Bu vaxt xarəzmşah Təkişin qardaşı Sultanşah ona qarşı üsyan qaldırdı, Gürgənci zəbt etdi və Xarəzmi mühasirəyə aldı. Ona görə də Təkiş zəbt olunmuş torpaqlardan xərac toplayaraq, Rey və Təbərəkdə əmir Tamqaçın başçılığı ilə Xarəzm qoşun dəstələrini qoyub tezliklə Xarəzmə qayıtdı. III Toğrul Xarəzmşahın getməsindən istifadə edərək, 1193-cü ilin mart-aprelində Xarəzmşahların qoşun dəstəsinə hücum edərək, onları qılıncdan keçirdi. Rey və Təbərək qalasını ələ keçirdi və məğlub olaraq öldürülmüş Əmir Tamqaçın başını Xarəzmə göndərdi.
Hadisələrin belə şəkil alması İnanc xatunu III Toğrula münasibətdə siyasəti dəyişməyə vadar edir. O, III Toğrula müraciət edərək, dostluq münasibətləri və özünün sərvətləri müqabilində onunla evlənmək təklifini qəbul etməyi xahiş edir. Lakin evləndikdən az sonra Toğrula xəbər verirlər ki, İnanc xatun onu zəhərləmək fikrindədir. Bu xəbər Toğrula çatan kimi təşkil etdiyi sui-qəsd İnanc xatunun özünə qarşı istifadə edilir və İnan xatun öldürülür.
1193-cü Xarəzmşahın hücum xəbərini eşidən III Toğrul təcili surətdə qoşunları ilə Reyə tərəf üz qoydu və əsas qüvvələrinin yaxınlaşmasını gözləmədən Xarəzmşahla müharibəyə girmək qərarına gəldi. 1194-cü ilin martın 4-də III Toğrul 60 nəfər qulamla Rey yaxınlığında Xarəzm ordusunun Qutluq İnancın başçılıq etdiyi qabaq dəstələri üzərinə hücuma keçdi. Toqquşma zamanı oxla gözündən yaralanaraq və atdan yıxılan Sultan, Qutluq İnanc tərəfindən öldürüldü və başı Xarəzmşaha aparıldı. Xorazmşah Tuğrulun başını Bağdada Abbasi xəlifəsinə göndərdi
Həmçinin bax
İstinadlar
- Azərbaycan tarixi.313.
- Ziya Bünyadov.s.59–60.
- Süleyman Əliyarlı.s.121.
- Azərbaycan tarixi.314–315.
- Əkbər N. Nəcəf.s.35.
- Azərbaycan tarixi.314
- Süleyman Əliyarlı.s.122.
- Əkbər N. Nəcəf.s.35–36.
- Ziya Bünyadov.s.71.
- Erdoğan Merçil.s. 95.
- Əkbər N. Nəcəf.s.36.
- Süleyman Əliyarlı.s.123.
- Azərbaycan tarixi.316.
- Ziya Bünyadov.s.77–78.
- Azərbaycan tarixi.317–318.
- Ziya Bünyadov.s.78.
- Azərbaycan tarixi.318.
- Ziya Bünyadov.s.79.Orijinal mətn (az.)
"Lakin kəbin kəsildikdən az sonra Toğrula xəbər verirlər ki, İnanc xatın onu zəhərləmək qəsdindədir. Qulluqçu qızlardan biri III Toğrula xəbər verir ki, onun xanımı sultanın içkisinə zəhər qatıb. III Toğrul İnanc xatını həmin içkini içməyə məcbur edir və o zəhərlənir. Bu dövr Atabəylər dövlətinin siyasi həyatında həddən artıq sui-qəsd və intriqalar törədilməsində dəhşətli rol oynamış həmin qadının həyatı belə sona çatır".
- Ziya Bünyadov.s.80–81.
Ədəbiyyat
- Ziya Bünyadov. Azərbaycan Atabəyləri dövləti (1136–1225-ci illər) Bakı, "Şərq-Qərb", 2007, 312 səh.
- Əkbər N. Nəcəf. Səlcuqlu dövlətləri və atabəyləri tarixi (Oğuzların ortaya çıxmasından — XIV əsrə qədər). Bakı: Qanun, 2010
- Azərbaycan tarixi. Yeddi cilddə. II cild (III–XIII əsrin I rübü). Bakı. "Elm". 2007. 608 səh. — 24 səh.
- Erdoğan Merçil. İldenizliler: Azurbaycan Atabegleri, Doğuştan Günümüze Büyük İslam Tarihi, İstanbul 1993, c. 8.
- Süleyman Əliyarlı. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, "Çıraq", 2007. 400 səh.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Sultan III Togrul 1169 19 mart 1194 Rey Arslan sahin oglu ve sonuncu Iraq Selcuq sultani III TogrulTogrul ibn Arslan sah fars طغرل سوم Iraq Selcuq sultanliginin VIII sultani1176 1194EvvelkiArslan sahIraq Sultanliginin Sultani ikinci defe 1191 1194EvvelkiQizil ArslanSexsi melumatlarDogum tarixi 1170Vefat tarixi 1191Vefat yeri ReyAtasi Arslan sahHeyat yoldasi Inanc xatunHeyati1175 ci ilde Atasi Arslan sah Hemedanda olum ayaginda olarken Iraq Selcuq sultanliginin idaresini Mehemmed Cahan Pehlevana tapsirdiqdan ona tapsirdiqdan az sonra vefat edir Atabey Arslan sahin 7 yasli oglu III Togrulu 1177 ci ilde sultanliq taxtinda eylesdirir ozu de onun atabeyi olur Sultan III Togrulun emisi sahzade Mehemmed onun hakimiyyetini qebul etmir ve III Togrul hakimiyyete getirildikden sonra Isfahana gederek Atabey Cahan Pehlevana qarsi qosun yigmaga basladi Lakin meglub edildi ve esir alinaraq Sercahan qalasinda hebse atildi Cahan Pehlevan olumunden evvel oz ovladlari arasinda hakimiyyeti bolusdurmusdu Azerbaycan ve Arranin iradesini oglu Ebu Bekre tapsirmis qardasi Qizil Arslani da onun atabeyi teyin etmisdi Rey Isfahan ve Ecem Iraqinin idaresi Qutluq Inanc ile Emir Emiran Omere Hemedani ise Ozbeye vermisdi Lakin atabeyin qefil olumu onun qoydugu qayda qanunu pozdu Varisi Qizil Arslan yalniz sultan III Togrulun deyil elece de qardasinin dul arvadi Inanc xatunun ve onun Iraq Selcuq emirleri arasindaki terefdarlarinin muqavimetleri ile uzlesmeli oldu Cahan Pehlevanin emrindeki memlukler ve emirler de taxt iddiacilari arasinda uce bolunmusduler Ordunun boyuk bir hissesi Qizil Arslanin terefinde idi Emirbar Mahmud Anasioglu Qezvin emiri Nureddin Qara Natanz hakimi Nureddin Qiran Huvan Rey emiri Siraceddin Qaymaz Qarac valisi Ebu Dulef Ferrazin hakimi ve Atabey Pehlevanin melikul umerasi Cemaleddin Uluq Barbey Ay Aba el Ferrazin Qizil Arslanin atabeyliyini destekleyirdiler Cemaleddin Ay Aba Seyfeddin Rus ve Cemaleddin Oz Aba Qutluq Inanc ile Emir Emiran Omerin Izzeddin Miyak el Atabeyi Qaragoz el Atabeyi Besir ve Sevinc Aba sultan III Togrulun terefini tuturdular Inanc xatunun naraziligina baxmayaraq emirlerin ekseriyyeti bele bir neticeye geldiler ki Cahan Pehlevanin varisi mehz Qizil Arslan olmalidir 1186 ci ilde Onlar sedaqetlerini Qizil Arslana bildirerek ondan Hemedana gelmeyi ve dovletin idaresini ohdesine goturmeyi xahis edirler Sultan III Togrul da Qizil Arslani ozunun atabeyi teyin etmeye mecbur oldu Qizil Arslana olan bu munasibet movqeyinin mohkemlenmesi Inanc xatunu hec de qane etmirdi O merhum erinin sabiq memlukleri Emir Camaleddin Ay Aba ve Seyfeddin Rusla gizli danisiga girerek onlarin Sultan III Togrulun terefine kecmelerine nail oldu Zencan Ebher ve Maraga hakimleri de onlara qosuldular 1187 ci ilde Hemedan yaxinliginda birlesmis quvvelerle Qizil Arslanin ordusu arasinda bir nece gun davam eden doyuslerden sonra Qizil Arslanin ordusu geri cekildi Bundan sonra Sultanin emri ile onun terefdarlari Qizil Arslanin terefdarlarina divan tutmaga basladilar Bele ki III Togrulun veziri Izzeddin Hemedanin reisi Fexreddin Qizil Arslanin emirleri Siraceddin Qaymaz Bedreddin Qaragoz ve basqalan olduruldu Bundan sonra yerli hakimler xususen etraf erazinin hakimleri Sultanla elaqeni kesmeye basladilar Qizil Arslan evvelce Bagdad xelifesi en Nasir Lidinillaha muraciet etdi Xelife en Nasir Qizil Arslanin teklifini qebul etdi ve Celaleddin ibn Yunisin basciligi ile Hemedana qosun gonderdi Hemedan etrafindaki Day Mergde meydana gelen doyusde Qizil Arslanin gelmesini gozlemeyib doyuse giren xelife quvveleri 6 may 1188 ci ilde III Togrul terefinden darmadagin edildiler Meglubiyyet xeberini esiden xelife tecili ikinci bir ordu teskil etdi ve basina da Mucahideddin Xalis el Xassi getirdi 1188 ci ilin dekabrinda Xelife ile Sultan arasinda ikinci vurusma meydana geldi Bu defe III Togrul Hemedani terk edib Isfahana qacdi ve Abbasi ordusu paytaxti tutdu Qizil Arslan da buraya geldi Hemedanda xelifenin emriyle taxta Qizil Arslan oturduldu ve Bagdadda onun adina hokmdar ve mominler emirinin komekcisi adiyla xutbe oxuduldu Qizil Arslanin Hemedanda olmasindan istifade eden sultan III Togrul oz qosunu ile Usnu Xoy Urmiya ve Selmas seherlerine soxulub her yeri talan etdi ve Selaheddin Eyyubiye muraciet ederek yardim gostermesini xahis etdi Selaheddin Qizil Arslanla III Togrulu barisdirmaga cehd gosterse de bu hecbir netice vermedi Evvel barisiga razi olan III Togrul yeniden Qizil Arslanla muharibe etmek qerarina gelerek 1190 ci ilin oktyabrinda Qizil Arslanin uzerine hucuma kecdi Qizil Arslan diger reqibi Inanc xatunun ogullari ile barisiq imzaladi onlari oz yaninda xidmete goturdu ve nehayet merhum qardasinin dul qalmis arvadi Inanc xatunla evlendi Belelikle yalniz bu tedbirlerden sonra 1191 ci ilde III Togrulla qarsilasan Qizil Arslan Sultani meglub ederek hebse atdi Cahan Pehlevanin silahdaslarindan olan Mahmud Anas 1192 ci ilde sultan III Togrulu hebsden cixardi Qutluq Inancin uzerine hucuma kecen III Togrul Qezvin yaxinligindaki doyusde Inancin 15 minlik qosununu meglub etdi Ordusunun xeyanetine ugrayan Qutluq Inanc Reye cekildi Bu qelebeden sonra sultan III Togrulun tenteneli suretde Hemedana daxil oldu ve yeniden sultan taxtina sahiblendi Meglub olan Qutluq Inanc xarezmsah Tekise elciler vasitesile III Togrula qarsi mubarize ucun yardim istedi Xarezmsah Tekis Ecem Iraqinda veziyyetin gerginliyinden istifade ederek 1193 cu ilin evvelinde Ecem Iraqini isgal etmek ucun qosun gonderdi Xarezm qosunlari hucuma kecerek Reyi ve Teberkek qalasini ele kecirdiler Qutluq Inanc Xarezmsah qosunlarinin quvvesinden qorxaraq qacib Sercahan qalasinda sigindi Bundan istifade eden eden III Togrul Tekise kulli miqdarda bexsis gonderdi ve Qutluq Inanca qarsi mubarizede ondan komek diledi Komek evezi olaraq III Togrul oz qizini Tekisin qardasi Yunis xana verdi ve hetta onun adi ile pul kesdirmeye onun adina xutbe oxutmaga soz verirdi Bu vaxt xarezmsah Tekisin qardasi Sultansah ona qarsi usyan qaldirdi Gurgenci zebt etdi ve Xarezmi muhasireye aldi Ona gore de Tekis zebt olunmus torpaqlardan xerac toplayaraq Rey ve Teberekde emir Tamqacin basciligi ile Xarezm qosun destelerini qoyub tezlikle Xarezme qayitdi III Togrul Xarezmsahin getmesinden istifade ederek 1193 cu ilin mart aprelinde Xarezmsahlarin qosun destesine hucum ederek onlari qilincdan kecirdi Rey ve Teberek qalasini ele kecirdi ve meglub olaraq oldurulmus Emir Tamqacin basini Xarezme gonderdi Hadiselerin bele sekil almasi Inanc xatunu III Togrula munasibetde siyaseti deyismeye vadar edir O III Togrula muraciet ederek dostluq munasibetleri ve ozunun servetleri muqabilinde onunla evlenmek teklifini qebul etmeyi xahis edir Lakin evlendikden az sonra Togrula xeber verirler ki Inanc xatun onu zeherlemek fikrindedir Bu xeber Togrula catan kimi teskil etdiyi sui qesd Inanc xatunun ozune qarsi istifade edilir ve Inan xatun oldurulur 1193 cu Xarezmsahin hucum xeberini esiden III Togrul tecili suretde qosunlari ile Reye teref uz qoydu ve esas quvvelerinin yaxinlasmasini gozlemeden Xarezmsahla muharibeye girmek qerarina geldi 1194 cu ilin martin 4 de III Togrul 60 nefer qulamla Rey yaxinliginda Xarezm ordusunun Qutluq Inancin basciliq etdiyi qabaq desteleri uzerine hucuma kecdi Toqqusma zamani oxla gozunden yaralanaraq ve atdan yixilan Sultan Qutluq Inanc terefinden olduruldu ve basi Xarezmsaha aparildi Xorazmsah Tugrulun basini Bagdada Abbasi xelifesine gonderdiHemcinin baxEldenizlerIstinadlarAzerbaycan tarixi 313 Ziya Bunyadov s 59 60 Suleyman Eliyarli s 121 Azerbaycan tarixi 314 315 Ekber N Necef s 35 Azerbaycan tarixi 314 Suleyman Eliyarli s 122 Ekber N Necef s 35 36 Ziya Bunyadov s 71 Erdogan Mercil s 95 Ekber N Necef s 36 Suleyman Eliyarli s 123 Azerbaycan tarixi 316 Ziya Bunyadov s 77 78 Azerbaycan tarixi 317 318 Ziya Bunyadov s 78 Azerbaycan tarixi 318 Ziya Bunyadov s 79 Orijinal metn az Lakin kebin kesildikden az sonra Togrula xeber verirler ki Inanc xatin onu zeherlemek qesdindedir Qulluqcu qizlardan biri III Togrula xeber verir ki onun xanimi sultanin ickisine zeher qatib III Togrul Inanc xatini hemin ickini icmeye mecbur edir ve o zeherlenir Bu dovr Atabeyler dovletinin siyasi heyatinda hedden artiq sui qesd ve intriqalar toredilmesinde dehsetli rol oynamis hemin qadinin heyati bele sona catir Ziya Bunyadov s 80 81 EdebiyyatZiya Bunyadov Azerbaycan Atabeyleri dovleti 1136 1225 ci iller Baki Serq Qerb 2007 312 seh Ekber N Necef Selcuqlu dovletleri ve atabeyleri tarixi Oguzlarin ortaya cixmasindan XIV esre qeder Baki Qanun 2010 Azerbaycan tarixi Yeddi cildde II cild III XIII esrin I rubu Baki Elm 2007 608 seh 24 seh Erdogan Mercil Ildenizliler Azurbaycan Atabegleri Dogustan Gunumuze Buyuk Islam Tarihi Istanbul 1993 c 8 Suleyman Eliyarli Azerbaycan tarixi uzre qaynaqlar Baki Ciraq 2007 400 seh