Heykəltaraşlıq — təsviri sənətin növlərindən biridir. Heykəltaraşlıqda insan və ya hər hansı təsvir obyekt həcmli formada yaradılır.
Növləri
Heykəltaraşlıq əsasən 2 növə ayrılır:
- həcmli və ya dairəvi
- relyef (barelyef, qorelyef).
Heykəlin daha yaxşı alınması üçün əsas plan, işıq müstəvisi, kütlə və həcm böyük rol oynayır.
Haqqında
Adətən, insan, bəzən isə heyvan təsvir edən (animalistik janr) heykəltaraşlığın imkanları boyakarlığa nisbətən bir qədər məhdud olur. Heykəltaraşlığın ən ibtidai forması — daşdan hazırlanan fiqurlardır. Orta əsrlərə aid edilən, Şamaxı və Ağdam şəhərləri ətrafında tapılmış daş insan fiqurları heykəltaraşlığımızın daha təkmilləşmiş nümunəsi hesab edilir. Bayıl qəsrindəki daşoyma nümunələri (XIII əsr), məzarlar üzərinə qoyulan at və qoç fiqurlarını (XV–XIX əsrlər) da heykəltaraşlığın yeni və yaddaqalan səhifəsi saymaq mümkündür. Naxçıvanın bölgəsinin Biləv kəndində hicri 1088-ci ildə (miladi 1677–1678 illər) vəfat etmiş Səfərəlinin xatirəsinə hazırlanmış daş qoç fiquru var. Abidə üzərində qoyulan imzadan belə məlum olur ki, qoç heykəlini Abid hazırlayıb. İndiyədək kənddəki qəbrisitanlıqda qalan və XVII yüzilliyə aid olan çoxsaylı daş qoç fiquru tipli qəbirüstü xatirə abidələrinin bir hissəsini də həmin yüzillikdə yaşamış bu heykəltaraş — Abid hazırlayıb. Heykəltaraşlıq sənətinin ən məşhur nümunələri arasında XIII əsrdə Bakı limanında tikilmiş Şirvanşahların "Bayıl qəsri", yaxud "Səbayıl" adlanan memarlıq abidəsini göstərmək olar. Bu abidələr üzərindəki yazı və qabartma təsvirləri binanın dekorativ tərtibində həlledici rol oynayıb. "Bayıl daşlarında" yazılarla birlikdə insan və heyvan (pələng, dəvə, at, öküz, quş) təsvirləri dərin oyma üslubunda işlənilib. Friz xarakteri daşıyan "Bayıl daşları" vaxtilə quruda yerləşən möhtəşəm memarlıq abidəsinin dekorativ elementini təşkil edib.
Heykəllərin hazırlanması
Heykəllərin hazırlanmasında müxtəlf materiallardan istifadə olunur: daş (mərmər, əhəngdaşı, qumdaşı, qranit və s.), taxta, sümük, metal (bürünc, dəmir, tunc və s.), gil, yanmış gil, keramika (terrakota, mayolika, saxsı, çini və s.) gips və digərləri. Ənənəvi materiallarla yanaşı, müasir heykəltaraşlıqda tamamilə fərqli materiallardan da istifadə olunur: şüşədən, buzdan, qardan, kağızdan da heykəl hazırlanır.
Sahələri
Heykəltaraşlıq sənətinin ən qədim dövrlərdən bəri üç sahəsi məlumdur:
- monumental
- dekorativ
- dəzgah heykəltaraşlığı.
Monumental heykəltaraşlıq əsərləri əksər hallarda açıq havada, böyük şəhərlərin meydanlarında, bağlarda və bəzən isə ictimai binaların daxilində qoyulur. İri şəhərlərin meydanlarında mühüm tarixi hadisələrin, siyasi xadimlərin, sərkərdələrin, mütəfəkkirlərin, yazıçıların, xalqın rəğbətini və hörmətini qazanmış şəxsiyyətlərin şərəfinə möhtəşəm heykəltaraşlıq abidələri yüksəlir. Sərgilərdə nümayiş etdirilən 3 ölçülü heykəllər dəzgah heykəltaraşlığı nümunələri sayılır.
Azərbaycanın professional heykəltaraşlığı
Azərbaycanın professional heykəltaraşlığı XX əsrin əvvəlində formalaşaraq inkişaf etmişdir. Daha dəqiq, milli heykəltaraşlığımızın əsas inkişafı 1930–1940-cı illərə təsadüf edir. Cəlal Qaryağdı , Fuad Əbdürəhmanov, Pyotr Sabsay, Mirəli Mirqasımov , Tokay Məmmədov, Ömər Eldarovun adı ilə bağlı olmuşdur. Fuad Əbdüləhmanov hələ otuzuncu illərdə yaratdığı obrazlarda monumental formalara üstünlük verirdi. Firdovsinin Şahnamə poemasındakı surətlərdən biri "Ox atan gənc" fiquru buna gözəl nümunə ola bilər. Fuad Əbdürəhmanovun "Nizami" abidəsi xüsusilə diqqət çəkəndir. Cəlal Qaryağdının yaradıcılığında "Xosrov və Şirin" poemasının motivləri əsasında "Fərhad dağı yarır" qorelyefini xüsusi qeyd etmək lazımdır.
Müasir dövrdə Azərbaycan heykəltaraşlığı
Müasir dövrdə Azərbaycan heykəltaraşlığı Ömər Eldarov (H. Cavid, Bakı, 1993, tunc; Atatürk, Bakı, 2010, tunc), Tokay Məmmədov (Koroğlu, Bakı, 2012, tunc) kimi klassiklərlə yanaşı, Fuad Salayev (R. Behbudov, Bakı, 2016, tunc), Fazil Nəcəfov (Q. Qarayev, Bakı, 2014, qranit), Akif Əsgərov (akad. Y. Məmmədəliyev, Bakı, 1998, tunc), Natiq Əliyev (Zivər bəy Əhmədbəyov, Bakı, 2011, tunc), Görüş Babayev (Dədə Qorqud, Bakı, 2013, tunc) və başqalarının yaradıcılığı ilə təmsil olunur. Müstəqillik dövründə paytaxt Bakı ilə yanaşı, bölgələrdə də yaddaqalan heykəllər qoyulmuşdu. Şərif Şərifovun Gəncədə (Həyat ağacı, 2015, tunc), Elman Cəfərovun Naxçıvanda (Dədə Qorqud, 1999, tunc) ucaltdığı monumental əsərləri maraqlı kompozisiya həlli ilə seçilir. Azərbaycanın bir çox heykəltaraşlarının ölkəmizin hüdudlarından kənarda da əsərləri ucaldılmışdı. Ömər Eldarovun (Ü. Hacıbəyli, Vyana, Avstriya, 2006, tunc, mərmər), Səlhab Məmmədov və Əli İbadullayevin (Nizami Gəncəvi, Roma, İtaliya, 2012, tunc), İmran Mehdiyevin (Xurşudbanu Natəvan, Vaterloo, Belçika, 2016, tunc) yaratdığı əsərlər məhz bu qəbildəndir. Müasir dövr Azərbaycan heykəltaraşlığı XX əsr heykəltaraşlıq ənənələrindən bəhrələnərək yeni formalar axtarışındadır.
İnkişaf tarixi
Heykəltaraşlığın bugünkü mənzərəsinin yaranmasında Bakıda açılan rəssamlıq məktəbi və yerli kadrların SSRİ-nin müxtəlif mərkəzi şəhərlərində heykəltaraşlıq sənətinə yiyələnmələri böyük rol oynayıb. Azərbaycan heykəltaraşlarının bir araya gətirilməsi və onların bir təşkilat ətrafında birləşdirilməsi Sovet dövrünün payına düşüb. Lakin bundan qabaq da Azərbaycanda plastika sənətinin biliciləri olmuşdur. Son illərin araşdırmaları sübut edir ki, 1920-ci ilə qədər də Azərbaycanda heykəltaraşlıq əsərləri yaradılıb. Bu nümunələr həm xalq sənətkarları, həm də Rusiyada və Avropada təhsil almış peşəkar heykəltaraşlar, sənətşünaslar tərəfindən hazırlanıb. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə də hələlik adları məlum olmayan heykəltaraşlar fəaliyyət göstəriblər. Qısa müddətdə fəaliyyət göstərmiş AXC-də bütün layihələrin həyata keçirilə bilməməsi səbəbindən nə əsərlərin özü, nə də müəlliflər barədə dəqiq məlumatlar yoxdur. Lakin bu layihələrin mövcudluğu haqqında mənbələrdə kifayət qədər informasiyalar gedib. Məsələn, dövlət gerbinin, bir sıra orden və medalların hazırlanmasında ilk peşəkar heykəltaraş Zeynal Əlizadənin fəal iştirakı olub. Azərbaycan müasir peşəkar heykəltaraşlığının təşəkkülü ilə bağlı Bakıda bir sıra monumental abidələr qoyulmuş, milli heykəltaraşlıq kadrları yetişmişdir. 1920–30-cu illərdə ilk azərbaycanlı heykəltaraşlardan İbrahim Quliyev, eləcə də Azərbaycanda yaşayan Yelizaveta Tripolskaya, Pinxos Sabsay və b. heykəltaraşların iştirakı ilə Bakıda heykəllər qoyulmağa başladı.
İstinadlar
- Azərbaycan dilinin orfoqrafiya lüğəti (az.). Elm nəşriyyatı. 2021. səh. 255. ISBN .
heykəltaraşlıq
- "Heykəltaraşlıq–Azərbaycan Dövlət Rəsm Qalereyası" (az.). http://azgallery.az/. 2021-09-23 tarixində . İstifadə tarixi: 2020-09-13.
- (az.). http://intangible.az/. 2020-10-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-09-13.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Heykeltarasliq tesviri senetin novlerinden biridir Heykeltarasliqda insan ve ya her hansi tesvir obyekt hecmli formada yaradilir NovleriHeykeltarasliq esasen 2 nove ayrilir hecmli ve ya dairevi relyef barelyef qorelyef Heykelin daha yaxsi alinmasi ucun esas plan isiq mustevisi kutle ve hecm boyuk rol oynayir HaqqindaAdeten insan bezen ise heyvan tesvir eden animalistik janr heykeltarasligin imkanlari boyakarliga nisbeten bir qeder mehdud olur Heykeltarasligin en ibtidai formasi dasdan hazirlanan fiqurlardir Orta esrlere aid edilen Samaxi ve Agdam seherleri etrafinda tapilmis das insan fiqurlari heykeltarasligimizin daha tekmillesmis numunesi hesab edilir Bayil qesrindeki dasoyma numuneleri XIII esr mezarlar uzerine qoyulan at ve qoc fiqurlarini XV XIX esrler da heykeltarasligin yeni ve yaddaqalan sehifesi saymaq mumkundur Naxcivanin bolgesinin Bilev kendinde hicri 1088 ci ilde miladi 1677 1678 iller vefat etmis Seferelinin xatiresine hazirlanmis das qoc fiquru var Abide uzerinde qoyulan imzadan bele melum olur ki qoc heykelini Abid hazirlayib Indiyedek kenddeki qebrisitanliqda qalan ve XVII yuzilliye aid olan coxsayli das qoc fiquru tipli qebirustu xatire abidelerinin bir hissesini de hemin yuzillikde yasamis bu heykeltaras Abid hazirlayib Heykeltarasliq senetinin en meshur numuneleri arasinda XIII esrde Baki limaninda tikilmis Sirvansahlarin Bayil qesri yaxud Sebayil adlanan memarliq abidesini gostermek olar Bu abideler uzerindeki yazi ve qabartma tesvirleri binanin dekorativ tertibinde helledici rol oynayib Bayil daslarinda yazilarla birlikde insan ve heyvan peleng deve at okuz qus tesvirleri derin oyma uslubunda islenilib Friz xarakteri dasiyan Bayil daslari vaxtile quruda yerlesen mohtesem memarliq abidesinin dekorativ elementini teskil edib Heykellerin hazirlanmasiHeykellerin hazirlanmasinda muxtelf materiallardan istifade olunur das mermer ehengdasi qumdasi qranit ve s taxta sumuk metal burunc demir tunc ve s gil yanmis gil keramika terrakota mayolika saxsi cini ve s gips ve digerleri Enenevi materiallarla yanasi muasir heykeltarasliqda tamamile ferqli materiallardan da istifade olunur suseden buzdan qardan kagizdan da heykel hazirlanir SaheleriHeykeltarasliq senetinin en qedim dovrlerden beri uc sahesi melumdur monumental dekorativ dezgah heykeltarasligi Monumental heykeltarasliq eserleri ekser hallarda aciq havada boyuk seherlerin meydanlarinda baglarda ve bezen ise ictimai binalarin daxilinde qoyulur Iri seherlerin meydanlarinda muhum tarixi hadiselerin siyasi xadimlerin serkerdelerin mutefekkirlerin yazicilarin xalqin regbetini ve hormetini qazanmis sexsiyyetlerin serefine mohtesem heykeltarasliq abideleri yukselir Sergilerde numayis etdirilen 3 olculu heykeller dezgah heykeltarasligi numuneleri sayilir Azerbaycanin professional heykeltarasligiAzerbaycanin professional heykeltarasligi XX esrin evvelinde formalasaraq inkisaf etmisdir Daha deqiq milli heykeltarasligimizin esas inkisafi 1930 1940 ci illere tesaduf edir Celal Qaryagdi Fuad Ebdurehmanov Pyotr Sabsay Mireli Mirqasimov Tokay Memmedov Omer Eldarovun adi ile bagli olmusdur Fuad Ebdulehmanov hele otuzuncu illerde yaratdigi obrazlarda monumental formalara ustunluk verirdi Firdovsinin Sahname poemasindaki suretlerden biri Ox atan genc fiquru buna gozel numune ola biler Fuad Ebdurehmanovun Nizami abidesi xususile diqqet cekendir Celal Qaryagdinin yaradiciliginda Xosrov ve Sirin poemasinin motivleri esasinda Ferhad dagi yarir qorelyefini xususi qeyd etmek lazimdir Muasir dovrde Azerbaycan heykeltarasligiMuasir dovrde Azerbaycan heykeltarasligi Omer Eldarov H Cavid Baki 1993 tunc Ataturk Baki 2010 tunc Tokay Memmedov Koroglu Baki 2012 tunc kimi klassiklerle yanasi Fuad Salayev R Behbudov Baki 2016 tunc Fazil Necefov Q Qarayev Baki 2014 qranit Akif Esgerov akad Y Memmedeliyev Baki 1998 tunc Natiq Eliyev Ziver bey Ehmedbeyov Baki 2011 tunc Gorus Babayev Dede Qorqud Baki 2013 tunc ve basqalarinin yaradiciligi ile temsil olunur Musteqillik dovrunde paytaxt Baki ile yanasi bolgelerde de yaddaqalan heykeller qoyulmusdu Serif Serifovun Gencede Heyat agaci 2015 tunc Elman Ceferovun Naxcivanda Dede Qorqud 1999 tunc ucaltdigi monumental eserleri maraqli kompozisiya helli ile secilir Azerbaycanin bir cox heykeltaraslarinin olkemizin hududlarindan kenarda da eserleri ucaldilmisdi Omer Eldarovun U Hacibeyli Vyana Avstriya 2006 tunc mermer Selhab Memmedov ve Eli Ibadullayevin Nizami Gencevi Roma Italiya 2012 tunc Imran Mehdiyevin Xursudbanu Natevan Vaterloo Belcika 2016 tunc yaratdigi eserler mehz bu qebildendir Muasir dovr Azerbaycan heykeltarasligi XX esr heykeltarasliq enenelerinden behrelenerek yeni formalar axtarisindadir Inkisaf tarixi Heykeltarasligin bugunku menzeresinin yaranmasinda Bakida acilan ressamliq mektebi ve yerli kadrlarin SSRI nin muxtelif merkezi seherlerinde heykeltarasliq senetine yiyelenmeleri boyuk rol oynayib Azerbaycan heykeltaraslarinin bir araya getirilmesi ve onlarin bir teskilat etrafinda birlesdirilmesi Sovet dovrunun payina dusub Lakin bundan qabaq da Azerbaycanda plastika senetinin bilicileri olmusdur Son illerin arasdirmalari subut edir ki 1920 ci ile qeder de Azerbaycanda heykeltarasliq eserleri yaradilib Bu numuneler hem xalq senetkarlari hem de Rusiyada ve Avropada tehsil almis pesekar heykeltaraslar senetsunaslar terefinden hazirlanib Azerbaycan Xalq Cumhuriyyeti AXC dovrunde de helelik adlari melum olmayan heykeltaraslar fealiyyet gosteribler Qisa muddetde fealiyyet gostermis AXC de butun layihelerin heyata kecirile bilmemesi sebebinden ne eserlerin ozu ne de muellifler barede deqiq melumatlar yoxdur Lakin bu layihelerin movcudlugu haqqinda menbelerde kifayet qeder informasiyalar gedib Meselen dovlet gerbinin bir sira orden ve medallarin hazirlanmasinda ilk pesekar heykeltaras Zeynal Elizadenin feal istiraki olub Azerbaycan muasir pesekar heykeltarasliginin tesekkulu ile bagli Bakida bir sira monumental abideler qoyulmus milli heykeltarasliq kadrlari yetismisdir 1920 30 cu illerde ilk azerbaycanli heykeltaraslardan Ibrahim Quliyev elece de Azerbaycanda yasayan Yelizaveta Tripolskaya Pinxos Sabsay ve b heykeltaraslarin istiraki ile Bakida heykeller qoyulmaga basladi IstinadlarAzerbaycan dilinin orfoqrafiya lugeti az Elm nesriyyati 2021 seh 255 ISBN 978 9952 523 37 9 heykeltarasliq Heykeltarasliq Azerbaycan Dovlet Resm Qalereyasi az http azgallery az 2021 09 23 tarixinde Istifade tarixi 2020 09 13 az http intangible az 2020 10 21 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2020 09 13