Hayao Miyazaki (yap. 宮﨑 駿 Miyazaki Hayao; 5 yanvar 1941[…], Bunkyo, Tokio) — Yaponiya film rejissoru, prodüseri, ssenari müəllifi, animasiyaçısı, yazıçısı və manqa rəssamı. Film və animasiya studiyası Studio Ghiblinin həmtəsisçisidir. O, usta hekayəçi və anime bədii filmləri yaradan rejissor kimi beynəlxalq bəyənmə qazanmışdır və ən böyük animasiya rejissorlarından biri olaraq qəbul edilir.
Hayao Miyazaki | |
---|---|
yap. 宮崎駿 | |
Doğum tarixi | 5 yanvar 1941[…](83 yaş) |
Doğum yeri | |
Uşaqları | |
Fəaliyyəti | kinorejissor, animasiyaçı, manqaka, ssenarist, montajçı[d], film prodüseri, söz yazıçısı[d], illüstrasiyaçı[d], ətraf mühit fəalı, rejissor, komiks rəssamı, personaj dizayneri[d] |
Fəaliyyət illəri | 1963-cü ildən |
Mükafatları | Oskar mükafatı və mükafatı ("Ruhlarla sovrulanlar" filminə görə) |
ghibli.jp | |
Vikianbarda əlaqəli mediafayllar |
Tokionun Bunkyo şəhərində anadan olan Miyazaki, erkən yaşlarında animasiya və manqaya marağını ifadə edərək, 1963-cü ildə Toei Animation şirkətinə qatıldı. Şirkətdə ilk illəri əsnasında rəssamlarla birgə çalışmış və sonralar rejissor İsao Takahata ilə əməkdaşlıq etmişdir. Miyazakinin şirkətdə işlədiyi zamanlar çəkilmiş görkəmli filmlərə "İtlər martı" (ing. Doggie March) və "Qulliverin aydan başqa səyahəti" (ing. Gulliver's Travels Beyond the Moon) daxildir. O, 1971-ci ildə Shin-Ei Animation şirkətinə keçməzdən əvvəl, Toei Animationda "Çəkməli pişik" (ing. Puss in Boots) və "Heyvan xəzinəsi adası" (ing. Animal Treasure Island) filmlərinə, daha sonra isə Takahata ilə birgə "Üçüncü Lupin: Birinci hissə" (ing. Lupin the Third Part I) filminə quruluş vermişdir. 1973-cü ildə Miyazaki Zuiyō Eizō (Daha sonralar Nippon Animation adı ilə tanınmışdır) şirkətinə qatılmış, burada "Dünya şahəsər teatrı" (ing. World Masterpiece Theater) filminin animasiyaçısı olmuş, "Kanon — gələcək oğlan" (ing. Future Boy Canon) televiziya serialına rejissorluq etmişdir. 1979-cu ildə Miyazaki Telecom Animation Film/Tokyo Movie Shinsha şirkətinə qatılmışdır və elə həmin ildə ilk bədii filmi olan "Kaqliostro qalası" (ing. The Castle of Cagliostro) filminə, 1984-cü ildə "Küləklər vadisindən Navsikaya" (ing. Nausicaä of the Valley of the Wind) filminə, eləcə də "Şerlok Hond" (ing. Sherlock Hound) televiziya serialına rəhbərlik etmişdir.
Miyazaki 1985-ci ildə Studio Ghibli şirkətini təsis etdi. Onun bu şirkətdə quruluş verdiyi çoxsaylı filmlərə, 1986-cı ildə "Səma qəsri Laputa" (ing. Castle in the Sky), 1988-ci ildə "Mənim qonşum Totoro" (ing. My Neighbor Totoro), 1989-cu ildə "Kikinin çatdırma xidməti" (ing. Kiki's Delivery Service), 1992-ci ildə "Porko Rosso" filmləri daxildir. Filmlər Yaponiyada kommersiv və tənqidi müvəffəqiyyətlərlə qarşılandı. Miyazakinin "Şahzadə Mononoke" (ing. Princess Mononoke) filmi ilk animasiya filmi olaraq Yaponiya Akademiyası İlin Filmi Mükafatını qazandı və 1997-ci ildə buraxıldıqdan sonra Yaponiyada ən yüksək gəlirli film oldu. Filmin Qərb dünyasında nümayiş etdirilməsi Studio Ghiblin şirkətinin nüfuzunu artırdı və Yaponiyanın xaricində təsiri oldu. Onun 2001-ci il istehsalı "Ruhlarla sovrulanlar" (ing. Spirited Away) cizgi-filmi Yaponiya film tarixində ən yüksək gəlirli filmə çevrilərək 75-ci Akademiya mükafatlarının Ən yaxşı anime filmi nominasiyasında Oskar mükafatını qazandı və son onillik ərzində ən yüksək film hesab edildi. Miyazakinin digər filmləri də — "Haulun yeriyən qəsri" (ing. Howl's Mowing Castle), "Ponyo" (ing. Ponyo) və "Rüzgarlar yüksəlir" (ing. The Wind Rises) kommersiv və tənqidi müvəffəqiyyətlər qazandı. "Rüzgarlar yüksəlir" filminin nümayiş etdirilməsindən sonra Miyazaki bədii filmlərdə öz istefasını bildirdi, buna baxmayaraq, o, bu işə dönərək 2016-cı ildə yeni bədii film üzərində işləməyə başladı.
Miyazakinin yaradıcılığında bəşəriyyətin təbiət və texnologiya ilə əlaqəsi, təbii və ənənəvi naxışların vəhdəti, incəsənətin və sənətkarlığın əhəmiyyəti, zorakı dünyada pasifist etikanın saxlanılması çətinliyi mövzularının təkrarlanması xarakterizə olunur. Onun filmlərində baş qəhrəmanlar çox vaxt güclü qızlar və ya gənc qadınlar olur və bir neçə filmlərində isə antoqonistlər şübhəli xarakterlərlə təmsil olunur. Miyazakinin əsərləri yüksək səviyyədə qiymətləndirilmiş və müxtəlif mükafatlara layiq görülmüşdür. 2012-ci ilin noyabrında o, mədəni töhfələrinə görə Mədəniyyət adamı fəxri adına uyğun görülmüş, 2014-cü ilin noyabrında isə animasiya və film sahəsində təsirinə görə Fəxri Akademiya Mükafatına layiq görülmüşdür. 2002-ci ildə Amerikalı kino tənqidçisi , Hayaonun filmlərinin dərinliyini və sənətkarlığını yüksək qiymətləndirərək, Miyazakinin tarixdə ən yaxşı animasiya film istehsalçısı ola biləcəyini bildirmişdi.
Erkən həyatı
Hayao Miyazaki 5 yanvar 1941-ci ildə Tokionun Bunkyo şəhərinin Akebono-ço kəndində, dörd övladın ikincisi olaraq dünyaya gəldi. Onun atası Katsuyi Miyazaki (d. 1915 – ö. 18 mart 1993),İkinci Dünya Müharibəsi ərzində döyüş təyyarələrinə sükan çarxı istehsal edən "Miyazaki təyyarəsi" şirkətinin rəhbəri idi. Bu iş Miyazakinin erkən yaşlarında ailəsinin zəngin olmasına imkan yaratmışdır. Müharibə əsnasında Miyazakinin üç yaşı olarkən, ailəsi Utsunomiyaya evakuasiya edildi. 1945-ci ilin iyulunda Ustonomiyanın bombalanmasından sonra, Miyazakinin ailəsi Kanumaya evakuasiya olundu. Ustonomiyanın bombalanması dörd yaşlı Miyazakinin yaddaşında, silinməz təəssüratlar yaratmışdı. 1947–1955-ci illərdə Miyazakanin anası onurğa vərəmi xəstəliyindən əziyyət çəkirdi. O, ilk bir neçə ilini xəstəxanada keçirtdi. Miyazakinin anası ciddi və ziyalı bir qadın idi. O, 1983-cü ilin iyulunda 71 yaşında vəfat etdi.
Miyazaki 1947-ci ildə Utsunomiyada ibtidai məktəbə başladı, birinci sinifdən üçüncü sinifə qədər burada oxudu. Sonralar onun ailəsi Suqinamiyə geri döndükdən sonra, Ōmiya İbtidai Məktəbində dördüncü sinifi və Eifuku İbtidai Məktəbində beşinci sinifi bitirdi. Eifuku məktəbində məzun olduqdan sonra, o, Ōmiya Orta Məktəbində təhsilini davam etdirdi. Miyazaki erkən yaşlarında manqa sənətkarı olmaq istədi, lakin o, insan şəkli çəkə bilmirdi. Bir neçə ildən sonra o yalnız təyyarələr, tanklar və döyüş gəmiləri çəkə bilirdi. Miyazaki bu mövzuda manqa sənətkarları Tetsuyi Fukuşima, Soyi Yamakaua və Osamu Tezukadan təsirlənmişdi. Miyazaki ilk işlərinin çoxunu məhv etmişdi. Buna səbəb olaraq o düşünürdü ki, bu, Tezukanın stilinin kopiyalanmasının "pis versiyası" idi və bu da onun bir sənətkar kimi özünü inkişaf etdirməsinə maneə olurdu. Ōmiya Orta Məktəbini bitirdikdən sonra, Miyazaki Toyotama Orta Məktəbinə qatıldı. Üç il ərzində, Miyazakidə animasiyaya qarşı marağı 1958-ci ildə istehsal edilmiş "Panda və sehrli ilan" (ing. Panda and the Magic Serpent) filmi doğurdu. O, filmin baş qəhrəmanına "aşiq oldu" və bu film onda güclü bir təəssürat yaratdı. Toyotoma məktəbini bitirən Miyazaki, Qakuşin Universitetinə qəbul oldu və orada o dövrlərdə komiks klublarına ən yaxın mahiyyətə malik "Uşaq Ədəbiyyatı Araşdırması" klubunun üzvü idi. Asudə vaxtlarında Miyazaki, orta məktəbdən olan incəsənət müəllimini ziyarət edər və onun emalatxanasında eskiz çəkər, burada 2 şəxs içki içər, "siyasətdən, həyatdan və digər mövzulardan danışardılar." Miyazaki 1963-cü ildə Qakuşin Universitetinin siyasi elm və iqtisadi nəzəriyyə fakültələrini bitirdi.
Karyerası
Erkən karyerası
Mövzular
Miyazakinin işləri envayromentalizm, pasifizm, feminizm, sevgi və ailə kimi mövzuların təkrarlanması ilə xarakterizə olunur. Onun hekayələrində qəhrəmanın xoşagəlməz antaqonistə qarşı döyüşməsinin olmaması nəzərə çarpır.
Miyazakinin filmlərində çox zaman çevrəçilik və Yer kürəsinin zərifliyi şişirdilir. Marqaret Talbot qeyd etmişdir ki, Miyazaki müasir texnologiyaya nifrət edir və inanır ki, müasir mədəniyyət çox "nazik, dayaz və saxtadır", həmçinin o, "yüksək mərtəbəli binaların" olmayacağı zamanı səbirsizliklə gözləyir. Miyazaki 1955–65-ci illərdə Şova dövründə böyüdüyü üçün məyus olmuş, bunun isə əsas səbəbi təbiətin — dağların, çayların iqtisadi inkişaf adına məhv edilməsi olmuşdur.
Şəxsi həyatı
Miyazaki 1965-ci ilin oktyabrında gənc animasiyaçı Akemi Ota ilə ailə həyatı qurmuşdur. Cütlüyün iki oğlu var: yanvar 1967 təvəllüdlü Qoro və aprel 1969 təvəllüdlü Keisuke. Miyazakinin öz sənətinə bağlılığı səbəbindən tez-tez yoxa çıxması Qoro ilə münasibətlərinə pis təsir göstərmişdir. Qoro atası ilə nadir hallarda ünsiyyət qurduğuna görə atasının işlərini izləyərək onu anlamağa çalışırdı. 2006-cı ildə "Dünya dənizindən nağıllar" (ing. Tales from Earthsea) filminin istehsalı zamanı Qoro atasına bir ata kimi sıfır, lakin bir rejissor kimi isə tam qiymət verdiyini söyləmişdir.
Mükafatlar və namizədliklər
Miyazaki 1979-cu ilin istehsalı "Kaqliostro qalası" (ing. The Castle of Cagliostro), 1984-cü ilin istehsalı "Küləklər vadisindən Navsikaya" (ing. Nausicaä of the Valley of the Wind), 1986-cı ilin istehsalı ildə "Səma qəsri Laputa" (ing. Castle in the Sky), 1988-ci ilin istehsalı "Mənim qonşum Totoro" (ing. My Neighbor Totoro) filmlərinə görə Mayniti film mükafatlarından Ōfuji Noburō mükafatını, 1989-cu ilin istehsalı "Kikinin çatdırma xidməti" (ing. Kiki's Delivery Service), 1992-ci ilin istehsalı "Porko Rosso" (ing. Porco Rosso), 1997-ci ilin istehsalı "Şahzadə Mononoke" (ing. Princess Mononoke), 2001-ci ilin istehsalı "Balina ovu" (ing. Whale Hunt) və "Ruhlarla sovrulanlar" (ing. Spirited Away) filmlərinə görə isə Mayniti film mükafatlarından Ən yaxşı animasiya filmi mükafatını qazanmışdır. "Ruhlarla sovrulanlar" filmi həmçinin Ən yaxşı animasiya filmi nominasiyasında Oskar mükafatını, 2004-cü ilin istehsalı "Haulun yeriyən qəsri" (ing. Howl's Moving Castle)
Qeydlər
- Şahzadə Mononoke (ing. Princess Mononoke) filmi buraxıldıqdan bir neçə ay sonra dövrün ən yüksək gəlirli filmi Titanik filmini kölgədə qoymuşdu.
- Miyazakinin qardaşları: Arata (d. iyul, 1939), Yutaka (d. yanvar, 1944) və Şirou.
- McCarthy, (1999) Miyazakinin evakuasiya olunarkən üç yaşında olduğunu və 1947-ci ildə məktəbə evakuasiya olunarkən başladığını bildirir.Nausicaa.net, (1994) bu evakuasiyanın 1944-1946-cı illərdə olduğunu istinad edir.
- Miyazakinin qardaşı Şiruo "Səma qəsri: Laputa" (ing. Laputa: Castle in the Sky) filmində Kapitan Dola personajının onun anasını "öz görünüşü ilə deyil, öz təfəkkürü ilə" xatırlatdığını bildirir.
- McCarthy, (1999) deyilir: o, dəbdə olanların eynisini edərək bir manqa yazıçısı kimi irəliləməyin axmaqlıq olduğunu anladı və axmaqca görünsə belə işlərində öz içindən gələn hisslərin ardınca getməyi qərara aldı.
- Regarding Spirited Away, Miyazaki, (2002) states: "the heroine [is] thrown into a place where the good and bad dwell together. […] She manages not because she has destroyed the 'evil', but because she has acquired the ability to survive."
- In Cappello, (2005), Talbot states: "[Miyazaki's] said, not entirely jokingly, that he looks forward to the time when Tokyo is submerged by the ocean and the NTV tower becomes an island, when the human population plummets and there are no more high-rises."
- Orijinal mətn: "私にとって、宮崎駿は、父としては0点でも、アニメーション映画監督としては満点なのです。"
İstinadlar
- Hayao Miyazaki (nid.).
- Miyazaki, Hayao // Who's Who in Animated Cartoon (ing.): An International Guide to Film and Television's Award-Winning and Legendary Animators. NY: Hal Leonard LLC, 2006.
- http://www.experienceproject.com/stories/Miyazaki/3511978.
- Ebert, 1999
- Ebert, 2002
- Nausicaa.net, 1994
- McCarthy, 1999. səh. 26
- Miyazaki, 1988
- McCarthy, 1999. səh. 27
- Miyazaki, 1996. səh. 193
- McCarthy, 1999. səh. 28
- Comic Box, 1982. səh. 80
- Miyazaki, 1996. səh. 436
- McCarthy, 1999. səh. 29
- Miyazaki, 1996. səh. 200
- McCarthy, 1999. səh. 30
- Batkin, 2017. səh. 141
- Mahmood, 2018
- Schellhase, 2014
- Loy, Goodhew, 2004. səh. 68
- Reinders, 2016. səh. 181
- Romano, 2013
- Miyazaki, 2002. səh. 15
- Cappello, 2005
- Schilling, 2008
- Miyazaki, 1996. səh. 438
- G. Miyazaki, 2006
- Animations, 2008
- Cavallaro, 2006. səh. 183
- Cavallaro, 2006. səh. 184
- Mainichi Shimbun
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Hayao Miyazaki yap 宮﨑 駿 Miyazaki Hayao 5 yanvar 1941 Bunkyo Tokio Yaponiya film rejissoru produseri ssenari muellifi animasiyacisi yazicisi ve manqa ressami Film ve animasiya studiyasi Studio Ghiblinin hemtesiscisidir O usta hekayeci ve anime bedii filmleri yaradan rejissor kimi beynelxalq beyenme qazanmisdir ve en boyuk animasiya rejissorlarindan biri olaraq qebul edilir Hayao Miyazakiyap 宮崎駿Dogum tarixi 5 yanvar 1941 1941 01 05 83 yas Dogum yeri Bunkyo Tokio YaponiyaUsaqlari Qoro MiyadzakiFealiyyeti kinorejissor animasiyaci manqaka ssenarist montajci d film produseri soz yazicisi d illustrasiyaci d etraf muhit feali rejissor komiks ressami personaj dizayneri d Fealiyyet illeri 1963 cu ildenMukafatlari Oskar mukafati ve mukafati Ruhlarla sovrulanlar filmine gore ghibli jp Vikianbarda elaqeli mediafayllar Tokionun Bunkyo seherinde anadan olan Miyazaki erken yaslarinda animasiya ve manqaya maragini ifade ederek 1963 cu ilde Toei Animation sirketine qatildi Sirketde ilk illeri esnasinda ressamlarla birge calismis ve sonralar rejissor Isao Takahata ile emekdasliq etmisdir Miyazakinin sirketde islediyi zamanlar cekilmis gorkemli filmlere Itler marti ing Doggie March ve Qulliverin aydan basqa seyaheti ing Gulliver s Travels Beyond the Moon daxildir O 1971 ci ilde Shin Ei Animation sirketine kecmezden evvel Toei Animationda Cekmeli pisik ing Puss in Boots ve Heyvan xezinesi adasi ing Animal Treasure Island filmlerine daha sonra ise Takahata ile birge Ucuncu Lupin Birinci hisse ing Lupin the Third Part I filmine qurulus vermisdir 1973 cu ilde Miyazaki Zuiyō Eizō Daha sonralar Nippon Animation adi ile taninmisdir sirketine qatilmis burada Dunya saheser teatri ing World Masterpiece Theater filminin animasiyacisi olmus Kanon gelecek oglan ing Future Boy Canon televiziya serialina rejissorluq etmisdir 1979 cu ilde Miyazaki Telecom Animation Film Tokyo Movie Shinsha sirketine qatilmisdir ve ele hemin ilde ilk bedii filmi olan Kaqliostro qalasi ing The Castle of Cagliostro filmine 1984 cu ilde Kulekler vadisinden Navsikaya ing Nausicaa of the Valley of the Wind filmine elece de Serlok Hond ing Sherlock Hound televiziya serialina rehberlik etmisdir Miyazaki 1985 ci ilde Studio Ghibli sirketini tesis etdi Onun bu sirketde qurulus verdiyi coxsayli filmlere 1986 ci ilde Sema qesri Laputa ing Castle in the Sky 1988 ci ilde Menim qonsum Totoro ing My Neighbor Totoro 1989 cu ilde Kikinin catdirma xidmeti ing Kiki s Delivery Service 1992 ci ilde Porko Rosso filmleri daxildir Filmler Yaponiyada kommersiv ve tenqidi muveffeqiyyetlerle qarsilandi Miyazakinin Sahzade Mononoke ing Princess Mononoke filmi ilk animasiya filmi olaraq Yaponiya Akademiyasi Ilin Filmi Mukafatini qazandi ve 1997 ci ilde buraxildiqdan sonra Yaponiyada en yuksek gelirli film oldu Filmin Qerb dunyasinda numayis etdirilmesi Studio Ghiblin sirketinin nufuzunu artirdi ve Yaponiyanin xaricinde tesiri oldu Onun 2001 ci il istehsali Ruhlarla sovrulanlar ing Spirited Away cizgi filmi Yaponiya film tarixinde en yuksek gelirli filme cevrilerek 75 ci Akademiya mukafatlarinin En yaxsi anime filmi nominasiyasinda Oskar mukafatini qazandi ve son onillik erzinde en yuksek film hesab edildi Miyazakinin diger filmleri de Haulun yeriyen qesri ing Howl s Mowing Castle Ponyo ing Ponyo ve Ruzgarlar yukselir ing The Wind Rises kommersiv ve tenqidi muveffeqiyyetler qazandi Ruzgarlar yukselir filminin numayis etdirilmesinden sonra Miyazaki bedii filmlerde oz istefasini bildirdi buna baxmayaraq o bu ise donerek 2016 ci ilde yeni bedii film uzerinde islemeye basladi Miyazakinin yaradiciliginda beseriyyetin tebiet ve texnologiya ile elaqesi tebii ve enenevi naxislarin vehdeti incesenetin ve senetkarligin ehemiyyeti zoraki dunyada pasifist etikanin saxlanilmasi cetinliyi movzularinin tekrarlanmasi xarakterize olunur Onun filmlerinde bas qehremanlar cox vaxt guclu qizlar ve ya genc qadinlar olur ve bir nece filmlerinde ise antoqonistler subheli xarakterlerle temsil olunur Miyazakinin eserleri yuksek seviyyede qiymetlendirilmis ve muxtelif mukafatlara layiq gorulmusdur 2012 ci ilin noyabrinda o medeni tohfelerine gore Medeniyyet adami fexri adina uygun gorulmus 2014 cu ilin noyabrinda ise animasiya ve film sahesinde tesirine gore Fexri Akademiya Mukafatina layiq gorulmusdur 2002 ci ilde Amerikali kino tenqidcisi Hayaonun filmlerinin derinliyini ve senetkarligini yuksek qiymetlendirerek Miyazakinin tarixde en yaxsi animasiya film istehsalcisi ola bileceyini bildirmisdi Erken heyatiHayao Miyazaki 5 yanvar 1941 ci ilde Tokionun Bunkyo seherinin Akebono co kendinde dord ovladin ikincisi olaraq dunyaya geldi Onun atasi Katsuyi Miyazaki d 1915 o 18 mart 1993 Ikinci Dunya Muharibesi erzinde doyus teyyarelerine sukan carxi istehsal eden Miyazaki teyyaresi sirketinin rehberi idi Bu is Miyazakinin erken yaslarinda ailesinin zengin olmasina imkan yaratmisdir Muharibe esnasinda Miyazakinin uc yasi olarken ailesi Utsunomiyaya evakuasiya edildi 1945 ci ilin iyulunda Ustonomiyanin bombalanmasindan sonra Miyazakinin ailesi Kanumaya evakuasiya olundu Ustonomiyanin bombalanmasi dord yasli Miyazakinin yaddasinda silinmez teessuratlar yaratmisdi 1947 1955 ci illerde Miyazakanin anasi onurga veremi xesteliyinden eziyyet cekirdi O ilk bir nece ilini xestexanada kecirtdi Miyazakinin anasi ciddi ve ziyali bir qadin idi O 1983 cu ilin iyulunda 71 yasinda vefat etdi Miyazaki 1947 ci ilde Utsunomiyada ibtidai mektebe basladi birinci sinifden ucuncu sinife qeder burada oxudu Sonralar onun ailesi Suqinamiye geri dondukden sonra Ōmiya Ibtidai Mektebinde dorduncu sinifi ve Eifuku Ibtidai Mektebinde besinci sinifi bitirdi Eifuku mektebinde mezun olduqdan sonra o Ōmiya Orta Mektebinde tehsilini davam etdirdi Miyazaki erken yaslarinda manqa senetkari olmaq istedi lakin o insan sekli ceke bilmirdi Bir nece ilden sonra o yalniz teyyareler tanklar ve doyus gemileri ceke bilirdi Miyazaki bu movzuda manqa senetkarlari Tetsuyi Fukusima Soyi Yamakaua ve Osamu Tezukadan tesirlenmisdi Miyazaki ilk islerinin coxunu mehv etmisdi Buna sebeb olaraq o dusunurdu ki bu Tezukanin stilinin kopiyalanmasinin pis versiyasi idi ve bu da onun bir senetkar kimi ozunu inkisaf etdirmesine manee olurdu Ōmiya Orta Mektebini bitirdikden sonra Miyazaki Toyotama Orta Mektebine qatildi Uc il erzinde Miyazakide animasiyaya qarsi maragi 1958 ci ilde istehsal edilmis Panda ve sehrli ilan ing Panda and the Magic Serpent filmi dogurdu O filmin bas qehremanina asiq oldu ve bu film onda guclu bir teessurat yaratdi Toyotoma mektebini bitiren Miyazaki Qakusin Universitetine qebul oldu ve orada o dovrlerde komiks klublarina en yaxin mahiyyete malik Usaq Edebiyyati Arasdirmasi klubunun uzvu idi Asude vaxtlarinda Miyazaki orta mektebden olan incesenet muellimini ziyaret eder ve onun emalatxanasinda eskiz ceker burada 2 sexs icki icer siyasetden heyatdan ve diger movzulardan danisardilar Miyazaki 1963 cu ilde Qakusin Universitetinin siyasi elm ve iqtisadi nezeriyye fakultelerini bitirdi KaryerasiErken karyerasi Miyazaki 1964 cu ilde ilk defe Isao Takahata ile calismisdir Bununla onlar arasinda uzunomurlu emekdasliq ve dostluq yaranmisdir MovzularMiyazakinin isleri envayromentalizm pasifizm feminizm sevgi ve aile kimi movzularin tekrarlanmasi ile xarakterize olunur Onun hekayelerinde qehremanin xosagelmez antaqoniste qarsi doyusmesinin olmamasi nezere carpir Miyazakinin filmlerinde cox zaman cevrecilik ve Yer kuresinin zerifliyi sisirdilir Marqaret Talbot qeyd etmisdir ki Miyazaki muasir texnologiyaya nifret edir ve inanir ki muasir medeniyyet cox nazik dayaz ve saxtadir hemcinin o yuksek mertebeli binalarin olmayacagi zamani sebirsizlikle gozleyir Miyazaki 1955 65 ci illerde Sova dovrunde boyuduyu ucun meyus olmus bunun ise esas sebebi tebietin daglarin caylarin iqtisadi inkisaf adina mehv edilmesi olmusdur Sexsi heyatiMiyazaki 1965 ci ilin oktyabrinda genc animasiyaci Akemi Ota ile aile heyati qurmusdur Cutluyun iki oglu var yanvar 1967 tevelludlu Qoro ve aprel 1969 tevelludlu Keisuke Miyazakinin oz senetine bagliligi sebebinden tez tez yoxa cixmasi Qoro ile munasibetlerine pis tesir gostermisdir Qoro atasi ile nadir hallarda unsiyyet qurduguna gore atasinin islerini izleyerek onu anlamaga calisirdi 2006 ci ilde Dunya denizinden nagillar ing Tales from Earthsea filminin istehsali zamani Qoro atasina bir ata kimi sifir lakin bir rejissor kimi ise tam qiymet verdiyini soylemisdir Mukafatlar ve namizedliklerMiyazaki 1979 cu ilin istehsali Kaqliostro qalasi ing The Castle of Cagliostro 1984 cu ilin istehsali Kulekler vadisinden Navsikaya ing Nausicaa of the Valley of the Wind 1986 ci ilin istehsali ilde Sema qesri Laputa ing Castle in the Sky 1988 ci ilin istehsali Menim qonsum Totoro ing My Neighbor Totoro filmlerine gore Mayniti film mukafatlarindan Ōfuji Noburō mukafatini 1989 cu ilin istehsali Kikinin catdirma xidmeti ing Kiki s Delivery Service 1992 ci ilin istehsali Porko Rosso ing Porco Rosso 1997 ci ilin istehsali Sahzade Mononoke ing Princess Mononoke 2001 ci ilin istehsali Balina ovu ing Whale Hunt ve Ruhlarla sovrulanlar ing Spirited Away filmlerine gore ise Mayniti film mukafatlarindan En yaxsi animasiya filmi mukafatini qazanmisdir Ruhlarla sovrulanlar filmi hemcinin En yaxsi animasiya filmi nominasiyasinda Oskar mukafatini 2004 cu ilin istehsali Haulun yeriyen qesri ing Howl s Moving Castle QeydlerSahzade Mononoke ing Princess Mononoke filmi buraxildiqdan bir nece ay sonra dovrun en yuksek gelirli filmi Titanik filmini kolgede qoymusdu Miyazakinin qardaslari Arata d iyul 1939 Yutaka d yanvar 1944 ve Sirou McCarthy 1999 Miyazakinin evakuasiya olunarken uc yasinda oldugunu ve 1947 ci ilde mektebe evakuasiya olunarken basladigini bildirir Nausicaa net 1994 bu evakuasiyanin 1944 1946 ci illerde oldugunu istinad edir Miyazakinin qardasi Siruo Sema qesri Laputa ing Laputa Castle in the Sky filminde Kapitan Dola personajinin onun anasini oz gorunusu ile deyil oz tefekkuru ile xatirlatdigini bildirir McCarthy 1999 deyilir o debde olanlarin eynisini ederek bir manqa yazicisi kimi irelilemeyin axmaqliq oldugunu anladi ve axmaqca gorunse bele islerinde oz icinden gelen hisslerin ardinca getmeyi qerara aldi Regarding Spirited Away Miyazaki 2002 states the heroine is thrown into a place where the good and bad dwell together She manages not because she has destroyed the evil but because she has acquired the ability to survive In Cappello 2005 Talbot states Miyazaki s said not entirely jokingly that he looks forward to the time when Tokyo is submerged by the ocean and the NTV tower becomes an island when the human population plummets and there are no more high rises Orijinal metn 私にとって 宮崎駿は 父としては0点でも アニメーション映画監督としては満点なのです IstinadlarHayao Miyazaki nid Miyazaki Hayao Who s Who in Animated Cartoon ing An International Guide to Film and Television s Award Winning and Legendary Animators NY Hal Leonard LLC 2006 ISBN 978 1 55783 671 7 http www experienceproject com stories Miyazaki 3511978 Ebert 1999 Ebert 2002 Nausicaa net 1994 McCarthy 1999 seh 26 Miyazaki 1988 McCarthy 1999 seh 27 Miyazaki 1996 seh 193 McCarthy 1999 seh 28 Comic Box 1982 seh 80 Miyazaki 1996 seh 436 McCarthy 1999 seh 29 Miyazaki 1996 seh 200 McCarthy 1999 seh 30 Batkin 2017 seh 141 Mahmood 2018 Schellhase 2014 Loy Goodhew 2004 seh 68 Reinders 2016 seh 181 Romano 2013 Miyazaki 2002 seh 15 Cappello 2005 Schilling 2008 Miyazaki 1996 seh 438 G Miyazaki 2006 Animations 2008 Cavallaro 2006 seh 183 Cavallaro 2006 seh 184 Mainichi Shimbun