Halldor Kilyan Laksness (isl. Halldór Kiljan Laxness, doğru transkripsiya Haltour Kilyan Laxsness, doğum adı Halldór Guðjónsson, Haltour Qvyudyounsson; 23 aprel 1902[…], Reykyavik, İslandiya, Danimarka krallığı – 8 fevral 1998)) — island yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı (1955) və ədəbiyyat mükafatı laureatı. Katolik, sosialist. İslandiya-SSRİ Dostluğu cəmiyyətinin sədri olmuş, SSRİ-yə səfərləri haqqında "Şərqə yol" və "Rus nağılı" kitablarını yazmışdır.
Halldor Laksness | |
---|---|
Doğum adı | Halldór Kiljan Laxness |
Doğum tarixi | 23 aprel 1902[…] |
Doğum yeri | |
Vəfat tarixi | 8 fevral 1998(95 yaşında) |
Vəfat səbəbi | Altsheymer xəstəliyi |
Fəaliyyəti | dilçi, roman yazıçısı, tərcüməçi, dramaturq, şair, filosof, yazıçı |
Fəaliyyət illəri | 1916-cı ildən |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Əsl adı Halldor Qudonsson olan island yazıçısı Halldor Kilyan Laksness Reykyavikdə, yol nəzarətçisi ailəsində doğulmuşdu. O, üç yaşında ikən ailələri Laksness adlı fermaya köçmüşdü. İsland dilində "maral yarımadası" mənasını verən bu söz sonralar yazıçının təxəllüsünə çevrilmişdi. Kiçik yaşlarından atasından island saqaları dinləyən Halldor yenə də onun təşviqi nəticəsində musiqi ilə maraqlanmış, skripka ifaçılığına yiyələnmişdi. Yazmağa məktəb illərində başlamışdı. "Təbiətin övladı" adlı ilk povesti çap ediləndə Laksnessin cəmisi 17 yaşı vardı.
Atasının ölümündən sonra (1919) Avropa ölkələrinə səyahətə çıxmış, Danimarka, Avstriya, Almaniya və Fransada olmuşdu. Parisdə sürrealistlərlə yaxınlaşmışdı. Avropa səyahəti dini əqidəsində ciddi təbəddülat yaratmışdı. Laksness 1923-cü ildə Lüksemburqda lüteranlıqdan katolikliyə keçmişdi. Yazıçının bir island uşağının həyatını təsvir edən "Müqəddəs dağın ətəyində" romanı 1924-cü ildə çap olunmuşdu. Eyni ildə İslandiyaya qısamüddətli qayıdışdan sonra Laksness Siciliyaya köçmüş və bir müddət burada yaşamışdı. İlk iri həcmli əsəri — "Kəşmirli böyük toxucu" (1927) romanı da İtaliyada yazılmışdı. Məzmunca avtobioqrafik, yazı manerası baxımından sürrealist olan roman Avropada Laksnessin ədəbi uğuru kimi qiymətləndirilmişdi. Lakin üslubi eksperimentlərin ifratlığına, habelə əcnəbi söz və ifadələrdən yersiz, bol istifadəyə görə İslandiyada romanı milli mədəniyyətin qayə və prinsipləri ilə uzlaşmayan əsər adlandırmışdılar.
1927–1929-cu illərdə Laksness Şimali Amerikada yaşamışdı. Kanadadakı island mühacirlərinin acınacaqlı həyatını gerçək boyalarla təsvir etdiyinə görə yazıçı deportasiya təhdidi ilə üzləşmişdi. Onun dini-siyasi baxışlarında da ciddi dəyişiklik yaranmışdı. Laksness bir neçə il əvvəl qızğın tərəfdarı olduğu katolisizmdən uzaqlaşaraq solçu-sosialist mövqeyinə keçmişdi.
İsland parlamentinin min illik yubileyinin qeyd olunduğu 1930-cu ildə yazıçı doğma vətəninə qayıtmışdı. İki cildlik "Salka Valka" romanının nəşri (1931–1932) və bir müddət sonra ingilis dilinə tərcüməsi Laksnessi ABŞ və Avropada orijinal yaradıcılıq üslubuna malik təkrarsız island sənətkarı kimi tanıtmışdı.
30-cu illərin ortalarında yazıçı digər dialogiyasını — "İmkanlı adamlar"ı (1934–1935) çap etdirmişdi. Hər iki roman island cəmiyyətinin aşağı təbəqəsini təşkil edən insanların ağır, əzab və məhrumiyyətlərlə dolu həyatından söz açırdı. İsland insanının üzləşdiyi problemlər, onun təbiəti, dünyaya baxışı, istək və arzuları milli ədəbiyyat nümayəndəsinin əsərlərində ilk dəfə belə psixoloji dəqiqlik, epik genişlik və fəlsəfi dərinliklıə əks olunurdu.
Müasir saqa adlandırdığı dörd cildlik "Dünyanın işığı" (1937–1940) romanını Laksness nəsr yaradıcılığının zirvəsi sayırdı. Romanda dünya ədəbiyyatı üçün universal sayılan mövzulardan biri — sənətkar və cəmiyyət problemi island reallıqları nöqteyi-nəzərindən işıqlandırılmışdı. "İsland zəngi" trilogiyasında isə (1943–1946) yazıçı ilk dəfə tarixi mövzuya üz tutaraq XVII əsrdə Danimarka ağalığı altına düşən İslandiya xalqının iztirab və mübarizələrini əks etdirməyə çalışmışdı.
Bir sıra Avropa intellektualları kimi Laksness də 30-cu illərdə "dünyadakı ilk fəhlə-kəndli hökumətinə" — SSRİ-yə rəğbəti ilə seçilirdi. O, 1933-cü ildə Sovet İttifaqında olmuş və səfər təəssüratlarını "Şərqə yol" (1933), "Rus nağılı" (1938) kitablarında əks etdirmişdi. Yazıçının kommunizmə rəğbəti bədii əsərlərinin, ilk növbədə isə atom epoxası haqqındakı satirik əhvali-ruhiyyəli "Atom stansiyası" (1948) romanının mövzusuna çevrilmişdi. Laksnessin 1950-ci ildə "İslandiya-SSRİ cəmiyyəti"nin sədri seçilməsi də onun siyasi rəğbəti ilə bağlı idi.
İslandiyanın kiçik və kasıb ölkə olduğunu, hətta ən məşhur yazıçının da burada qələmi ilə dolana bilməyəcəyini nəzərə alan hökumət 40-cı illərdə Laksnessə xüsusi təqaüd ayırmışdı. Lakin təqaüdün miqdarı ilbəil azaldığından yazıçı bir müddətdən sonra ondan imtina etməli olmuşdu.
1955-ci ildə Halldor Laksness "İslandiyanın böyük təhkiyə sənətini dirçəldən parlaq epik gücə malik əsərlərinə görə" Nobel mükafatı aldı. İsveç Akademiyasının üzvü E. Vessenin fikrincə, Laksness island ədəbiyyatını öz həqiqi mənşəyinə qaytarmış və müasir məzmunu ifadə etmək üçün milli dili yeni ifadə vasitələri ilə zənginləşdirmişdi. Laureat Nobel mühazirəsində bütün uğurları üçün ilk növbədə, orijinal ədəbi janr olan və dünyanın ən ifadəli dillərindən birinin yaranmasına təkan verən island saqalarının naməlum müəlliflərinə minnətdar olduğunu bildirmişdi.
Laksnessin 50–60-cı illərdəki yaradıcılığı və ictimai-siyasi baxışları bir sıra dəyişikliklərlə səciyyəvidir. Məsələn, "Balıq oxumağı bacarır" (1957) romanında o, əvvəlki əsərləri üçün çox da səciyyəvi olmayan lirik-emosional mövzu və təhkiyəyə üstünlük vermişdi. Tərcümeyi-halı kimi düşünülmüş "Poetik əsr" kitabında (1963) isə siyasi mövqeyini dəyişərək kommunizmin sovet modelini kəskin tənqid etmişdi.
İsland ədəbiyyatının XX yüzillikdəki inkişaf yolu əsrin əvvəllərində doğulan, sonunda isə vəfat edən Halldor Laksnessin şəxsiyyətində və yaradıcılığında özünün ən parlaq ifadəsini tapmışdır.
Əsərləri
- Barn náttúrunnar (Təbiətin övladı) (1919)
- Undir Helgahnúk (Müqəddəs dağın ətəyində) (1924)
- Vefarinn mikli frá Kasmír (Kəşmirli böyük toxucu) (1927)
İstinadlar
- Halldor Laxness // Encyclopædia Britannica (ing.).
- Halldór Laxness // Nationalencyklopedin (швед.). 1999.
- The Fine Art Archive. 2003.
Mənbə
- Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.
Xarici keçidlər
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Halldor Kilyan Laksness isl Halldor Kiljan Laxness dogru transkripsiya Haltour Kilyan Laxsness dogum adi Halldor Gudjonsson Haltour Qvyudyounsson 23 aprel 1902 Reykyavik Islandiya Danimarka kralligi 8 fevral 1998 island yazici Edebiyyat uzre Nobel mukafati 1955 ve edebiyyat mukafati laureati Katolik sosialist Islandiya SSRI Dostlugu cemiyyetinin sedri olmus SSRI ye seferleri haqqinda Serqe yol ve Rus nagili kitablarini yazmisdir Halldor LaksnessDogum adi Halldor Kiljan LaxnessDogum tarixi 23 aprel 1902 1902 04 23 Dogum yeri Reykyavik Islandiya Danimarka kralligiVefat tarixi 8 fevral 1998 1998 02 08 95 yasinda Vefat sebebi Altsheymer xesteliyiFealiyyeti dilci roman yazicisi tercumeci dramaturq sair filosof yaziciFealiyyet illeri 1916 ci ildenMukafatlari Vikianbarda elaqeli mediafayllarHeyatiEsl adi Halldor Qudonsson olan island yazicisi Halldor Kilyan Laksness Reykyavikde yol nezaretcisi ailesinde dogulmusdu O uc yasinda iken aileleri Laksness adli fermaya kocmusdu Island dilinde maral yarimadasi menasini veren bu soz sonralar yazicinin texellusune cevrilmisdi Kicik yaslarindan atasindan island saqalari dinleyen Halldor yene de onun tesviqi neticesinde musiqi ile maraqlanmis skripka ifaciligina yiyelenmisdi Yazmaga mekteb illerinde baslamisdi Tebietin ovladi adli ilk povesti cap edilende Laksnessin cemisi 17 yasi vardi Atasinin olumunden sonra 1919 Avropa olkelerine seyahete cixmis Danimarka Avstriya Almaniya ve Fransada olmusdu Parisde surrealistlerle yaxinlasmisdi Avropa seyaheti dini eqidesinde ciddi tebeddulat yaratmisdi Laksness 1923 cu ilde Luksemburqda luteranliqdan katolikliye kecmisdi Yazicinin bir island usaginin heyatini tesvir eden Muqeddes dagin eteyinde romani 1924 cu ilde cap olunmusdu Eyni ilde Islandiyaya qisamuddetli qayidisdan sonra Laksness Siciliyaya kocmus ve bir muddet burada yasamisdi Ilk iri hecmli eseri Kesmirli boyuk toxucu 1927 romani da Italiyada yazilmisdi Mezmunca avtobioqrafik yazi manerasi baximindan surrealist olan roman Avropada Laksnessin edebi uguru kimi qiymetlendirilmisdi Lakin uslubi eksperimentlerin ifratligina habele ecnebi soz ve ifadelerden yersiz bol istifadeye gore Islandiyada romani milli medeniyyetin qaye ve prinsipleri ile uzlasmayan eser adlandirmisdilar 1927 1929 cu illerde Laksness Simali Amerikada yasamisdi Kanadadaki island muhacirlerinin acinacaqli heyatini gercek boyalarla tesvir etdiyine gore yazici deportasiya tehdidi ile uzlesmisdi Onun dini siyasi baxislarinda da ciddi deyisiklik yaranmisdi Laksness bir nece il evvel qizgin terefdari oldugu katolisizmden uzaqlasaraq solcu sosialist movqeyine kecmisdi Island parlamentinin min illik yubileyinin qeyd olundugu 1930 cu ilde yazici dogma vetenine qayitmisdi Iki cildlik Salka Valka romaninin nesri 1931 1932 ve bir muddet sonra ingilis diline tercumesi Laksnessi ABS ve Avropada orijinal yaradiciliq uslubuna malik tekrarsiz island senetkari kimi tanitmisdi 30 cu illerin ortalarinda yazici diger dialogiyasini Imkanli adamlar i 1934 1935 cap etdirmisdi Her iki roman island cemiyyetinin asagi tebeqesini teskil eden insanlarin agir ezab ve mehrumiyyetlerle dolu heyatindan soz acirdi Island insaninin uzlesdiyi problemler onun tebieti dunyaya baxisi istek ve arzulari milli edebiyyat numayendesinin eserlerinde ilk defe bele psixoloji deqiqlik epik genislik ve felsefi derinliklie eks olunurdu Muasir saqa adlandirdigi dord cildlik Dunyanin isigi 1937 1940 romanini Laksness nesr yaradiciliginin zirvesi sayirdi Romanda dunya edebiyyati ucun universal sayilan movzulardan biri senetkar ve cemiyyet problemi island realliqlari noqteyi nezerinden isiqlandirilmisdi Island zengi trilogiyasinda ise 1943 1946 yazici ilk defe tarixi movzuya uz tutaraq XVII esrde Danimarka agaligi altina dusen Islandiya xalqinin iztirab ve mubarizelerini eks etdirmeye calismisdi Bir sira Avropa intellektuallari kimi Laksness de 30 cu illerde dunyadaki ilk fehle kendli hokumetine SSRI ye regbeti ile secilirdi O 1933 cu ilde Sovet Ittifaqinda olmus ve sefer teessuratlarini Serqe yol 1933 Rus nagili 1938 kitablarinda eks etdirmisdi Yazicinin kommunizme regbeti bedii eserlerinin ilk novbede ise atom epoxasi haqqindaki satirik ehvali ruhiyyeli Atom stansiyasi 1948 romaninin movzusuna cevrilmisdi Laksnessin 1950 ci ilde Islandiya SSRI cemiyyeti nin sedri secilmesi de onun siyasi regbeti ile bagli idi Islandiyanin kicik ve kasib olke oldugunu hetta en meshur yazicinin da burada qelemi ile dolana bilmeyeceyini nezere alan hokumet 40 ci illerde Laksnesse xususi teqaud ayirmisdi Lakin teqaudun miqdari ilbeil azaldigindan yazici bir muddetden sonra ondan imtina etmeli olmusdu 1955 ci ilde Halldor Laksness Islandiyanin boyuk tehkiye senetini dircelden parlaq epik guce malik eserlerine gore Nobel mukafati aldi Isvec Akademiyasinin uzvu E Vessenin fikrince Laksness island edebiyyatini oz heqiqi menseyine qaytarmis ve muasir mezmunu ifade etmek ucun milli dili yeni ifade vasiteleri ile zenginlesdirmisdi Laureat Nobel muhaziresinde butun ugurlari ucun ilk novbede orijinal edebi janr olan ve dunyanin en ifadeli dillerinden birinin yaranmasina tekan veren island saqalarinin namelum muelliflerine minnetdar oldugunu bildirmisdi Laksnessin 50 60 ci illerdeki yaradiciligi ve ictimai siyasi baxislari bir sira deyisikliklerle seciyyevidir Meselen Baliq oxumagi bacarir 1957 romaninda o evvelki eserleri ucun cox da seciyyevi olmayan lirik emosional movzu ve tehkiyeye ustunluk vermisdi Tercumeyi hali kimi dusunulmus Poetik esr kitabinda 1963 ise siyasi movqeyini deyiserek kommunizmin sovet modelini keskin tenqid etmisdi Island edebiyyatinin XX yuzillikdeki inkisaf yolu esrin evvellerinde dogulan sonunda ise vefat eden Halldor Laksnessin sexsiyyetinde ve yaradiciliginda ozunun en parlaq ifadesini tapmisdir EserleriBarn natturunnar Tebietin ovladi 1919 Undir Helgahnuk Muqeddes dagin eteyinde 1924 Vefarinn mikli fra Kasmir Kesmirli boyuk toxucu 1927 IstinadlarHalldor Laxness Encyclopaedia Britannica ing Halldor Laxness Nationalencyklopedin shved 1999 The Fine Art Archive 2003 MenbeVilayet Quliyev Edebiyyat sahesinde Nobel mukafati laureatlari Baki Kitab alemi Nesriyyat Poliqrafiya Merkezi 2009 seh Xarici kecidlerHemcinin bax