Hadrut döyüşləri — İkinci Qarabağ müharibəsi zamanı 2020-ci il oktyabrın əvvəlində Azərbaycanın Xocavənd rayonunda yerləşən və birinci Dağlıq Qarabağ müharibəsi zamanı Ermənistan qoşunları tərəfindən işğal edilmiş Hadrutda və ona bitişik kənd və yüksəkliklərdə baş verən döyüşlərdir.
Hadrut döyüşü | |||
---|---|---|---|
2020-ci ilin Qarabağ döyüşləri | |||
Tarix | 7 oktyabr 2020—15 oktyabr 2020 | ||
Yeri | Hadrut, Azərbaycan | ||
Səbəbi | Hadrut qəsəbəsinin işğaldan azad edilməsi | ||
Nəticəsi | Azərbaycanın qələbəsi. Azərbaycan ordusu Hadrut qəsəbəsini və ətraf kəndlərini işğaldan azad etdi. | ||
Münaqişə tərəfləri | |||
| |||
Komandan(lar) | |||
| |||
Tərəflərin qüvvəsi | |||
| |||
İtkilər | |||
| |||
Erkən hadisələr
Ermənistan Birinci Qarabağ müharibəsi nəticəsində Azərbaycana məxsus keçmiş DQMV ərazisini və ətraf 7 rayonu işğal etmişdi. Keçmiş DQMV-nin cənubunda yerləşən Hadrutda işğaldan sonra Ermənistan geniş hərbi infrastruktur qurmağa başladı. Burada 9-cu, 1-ci, 2-ci və 3-cü olmaqla 4 alaydan ibarət Hadrut diviziyası yerləşirdi və Qarabağın cənub hissəsinin işğal olunmuş ərazilərinə nəzarət edirdi.
27 sentyabr 2020-ci ildə Azərbaycanla Ermənistan arasında İkinci Qarabağ müharibəsi başladı. 29 sentyabrda Azərbaycan qüvvələri Hadrutda ermənilərin komanda-müşahidə məntəqəsini məhv edir. Oktyabrın 1-də erməni tərəfi Hadrutun Azərbaycan artilleriyası tərəfindən atəşə tutulduğunu bildirdi. Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycan qüvvələri Hadrutdakı hərbi obyektlərə, yəni 18-ci motoatıcı diviziyanın qərargahına, həmçinin adıçəkilən diviziyanın 1-ci motoatıcı alayının infrastrukturuna zərbələr endirib. Növbəti gün erməni tərəfi Hadrutun iki dəfə Smerç raket sistemi ilə atəşə tutulduğunu bildirdi. Oktyabrın 7-də Azərbaycan ordusu Hadrutun cənubunda yerləşən Cəbrayıl şəhərini işğaldan azad edərək Hadruta yaxınlaşmağa başladı.
Döyüşlər
Azərbaycan ordusu cənub cəbhəsində irəliləyərək düşmənin gözləmədiyi istiqamətə-Hadruta yönəldi. Hadrutun azad edilməsi böyük ölçüdə müharibənin taleyini həll edən əməliyyat idi. Çünki məhz Hadrutu azad edəndən sonra Azərbaycan ordusunun xüsusi təyinatlıları həmin istiqamətdən Şuşaya doğru irəliləməyə başladı. Hansı ki, düşmən Şuşaya hücumun bu istiqamətdən olacağını heç ağlına da gətirməmişdi və onlar hücumu iki istiqamətdən-Laçın dəhlizindən və Qırmızı Bazar istiqamətindən gözləyirdi.
Oktyabrın 7-dən başlayaraq ağır artilleriya döyüşləri başladı, oktyabrın 9-də isə Azərbaycan qoşunları qəsəbə yaxınlığında yerləşən strateji əhəmiyyətli kəndləri və yüksəklikləri nəzarət altına aldılar. Əvvəlcə hər iki tərəf qəsəbəyə nəzarət etdiyini bəyan edirdi. Hadrutun azad edilməsi barədə ziddiyətli məlumatlar yayılırdı. Çünki qəsəbənin ətrafındakı hakim yüksəkliklər düşmənin nəzarətində olduğu halda xüsusi təyinatlılar düşmən müdafiəsinin dərinliklərinə sızaraq Hadruta daxil olmuşdu. Digər qruplar isə Hadruta cənub istiqamətindən gələn yolları (Cəbrayıl və Xocavənd istiqamətindən) nəzarətə götürmüşdü.
Oktyabrın 10-da səhər saatlarında erməni hərbçiləri "Azərbaycan qüvvələrinin cənubi Qarabağda Hadruta quru hücumu və Ermənistanın cənubunda Qafan bölgəsinə PUA hücumları həyata keçirdiyini" xəbər verdi. Həmin gün Cəbrayıl istiqamətindən hərəkət edən Azərbaycan qoşunları Hadruta şimal istiqamətindən daxil olmağa başladı. Daha sonra həmin gün erməni tərəfi şəhərdəki Azərbaycan qüvvələrini "mühasirəyə aldığını" elan etdi. Ancaq döyüşlərin davam etməsi ilə bir neçə gün sonra Hadrutdakı erməni qoşunları özləri mərmi alovunun əhatəsinə düşdü. Ermənistandan çağırılmış ehtiyatda olan əsgərlərin oktyabrın 10-u səhər çağı Hadrutun şimalından təşviş içində qaçmağa başladılar. "Qondarma Dağlıq Qarabağ" prezidenti Araik Arutyunyan onları geri qaytarmağa çalışsa da, bu mümkün olmamışdı. Həmin gün Hadrutda cəmi 50–70 Azərbaycan XTQ əsgəri olsa da, 500-dən artıq erməni əsgər və ehtiyatda olan əsgər onlara qarşı müqavimət göstərə bilmədi. Müharibədən sonra verdiyi müsahibədə Araik Arutyunyan Hadrutda 1500 erməni əsgərinin olduğunu, lakin buna baxmayaraq 50 azərbaycanlı diversantın Hadruta daxil olması anında onların hamısının Hadrutdan qaçdığını demişdi. Erməni bölmələri panikada olduğundan bəzi hallarda müntəzəm ordu əsgərləri qorxudan qaçan ehtiyatda olan əsgərləri azərbaycanlılar hesab edərək özününkülərə atəş açmışdı. Həmin gün Hadrutda olan erməni hərbçilərin əksəriyyəti Cəbrayıldakı bazasından yenicə geri çəkilmiş 9-cu alayın tədris batalyonuna aid təcrübəsiz və yeni əsgərlərdən ibarət idi. Ermənistandan gəlmiş xüsusi təyinatlı dəstə də Hadrutda idi; onun komandirlərindən biri mayor Arutyun Manuçaryan Hadrutun cənubundakı döyüşdə öldürüldü. Hadrutda yerləşən diviziya komandirinin müavini, polkovnik Hrayr Davtyan və təcrübəli kəşfiyyat zabiti Hrant Firəngiyan da öldürülənlər arasında idi. Davtyan diviziya qərargahına rəhbərlik edirdi və onun ölümü qərargahın həmin gün Azərbaycan XTQ tərəfindən ələ keçirildiyini göstərir. Digər ölümcül insident isə əksəriyyəti olan təxminən 20 Yerkrapa könüllüsünün içində olduğu yük maşının PUA tərəfindən vurularaq dağ yolundan yuvarlanması oldu. Əməliyyatın sonrakı gedişində Hadrut ətrafındakı yüksəkliklər də azad edildi və təxminən 2–3 gün davam edən döyüşlərdən sonra qəsəbə tamamilə Azərbaycan ordusunun nəzarətinə keçdi. Bitərəf mənbələr bildiriblər ki, Azərbaycan qüvvələri 14 və ya 15 oktyabrda Hadrutu tam ələ keçiriblər. Sonrakı günlərdə qəsəbənin şimalında və qərbində oktyabrın 30-dək digər kəndlər və yüksəkliklər uğrunda yeni döyüşlər baş verib.
İstinadlar
- "Hadruta hücum: yolu kəsib 80-ə yaxın düşmən hərbçisini məhv etdilər". 2021-01-29 tarixində . İstifadə tarixi: 2021-01-22.
- "2020-ci il müharibəsinin ən qanlı günü: 10 oktyabr". politicon.co (az.). Topçubaşov Mərkəzi. 2022-01-20 tarixində . İstifadə tarixi: 20 yanvar 2022.
- "Azerbaijan's MoD: Enemy's command-and-observation post on site of Hadrut completely destroyed". APA.az (ingilis). 29 September 2020. 8 November 2020 tarixində . İstifadə tarixi: 18 October 2020.
- "Azerbaijani armed forces strike Karabakh's Hadrut with Smerch MLRS, civilians injured: MOD". Aysor.am (ingilis). 2 October 2020. 1 November 2020 tarixində . İstifadə tarixi: 18 October 2020.
- "Defense ministry: Azerbaijani army strikes only at military facilities" (ingilis). . 1 October 2020. 20 October 2020 tarixində . İstifadə tarixi: 18 October 2020.
- "Azerbaijan again targets civilians, attacks Hadrut with artillery: MOD representative". Aysor.am (ingilis). 2 October 2020. 19 October 2020 tarixində . İstifadə tarixi: 18 October 2020.
- "Azerbaijan strikes Hadrut with Smerch for the second time today: MOD representative". Aysor.am (ingilis). 2 October 2020. 30 October 2020 tarixində . İstifadə tarixi: 18 October 2020.
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Hadrut doyusleri Ikinci Qarabag muharibesi zamani 2020 ci il oktyabrin evvelinde Azerbaycanin Xocavend rayonunda yerlesen ve birinci Dagliq Qarabag muharibesi zamani Ermenistan qosunlari terefinden isgal edilmis Hadrutda ve ona bitisik kend ve yuksekliklerde bas veren doyuslerdir Hadrut doyusu2020 ci ilin Qarabag doyusleriTarix 7 oktyabr 2020 15 oktyabr 2020Yeri Hadrut AzerbaycanSebebi Hadrut qesebesinin isgaldan azad edilmesiNeticesi Azerbaycanin qelebesi Azerbaycan ordusu Hadrut qesebesini ve etraf kendlerini isgaldan azad etdi Munaqise terefleriAzerbaycan Ermenistan Dagliq QarabagKomandan lar Ilham Eliyev Zakir Hesenov Mais Berxudarov Nikol Pasinyan David Tonoyan Arayik Harutyunyan Celal HarutyunyanTereflerin quvvesiAzerbaycan Ordusu 1 500 Ermenistan Ordusu 10 000ItkilerAzerbaycan menbelerine esasen Bilinmir Ermenistan menbelerine esasen Bilinmir Ermenistan menbelerine esasen 10 herbci helak olub Azerbaycan menbelerine esasen 800 herbci oldurulub 1 komanda musahide menteqesi mehv edilib 15 top vurulub 40 tank mehv edilib 66 avtomobil mehv edilib 10 sursatla dolu avtomobil vurulub 3 PUA endirilib 3 PDM mehv edilib 1 lokator vurulubErken hadiselerErmenistan Birinci Qarabag muharibesi neticesinde Azerbaycana mexsus kecmis DQMV erazisini ve etraf 7 rayonu isgal etmisdi Kecmis DQMV nin cenubunda yerlesen Hadrutda isgaldan sonra Ermenistan genis herbi infrastruktur qurmaga basladi Burada 9 cu 1 ci 2 ci ve 3 cu olmaqla 4 alaydan ibaret Hadrut diviziyasi yerlesirdi ve Qarabagin cenub hissesinin isgal olunmus erazilerine nezaret edirdi 27 sentyabr 2020 ci ilde Azerbaycanla Ermenistan arasinda Ikinci Qarabag muharibesi basladi 29 sentyabrda Azerbaycan quvveleri Hadrutda ermenilerin komanda musahide menteqesini mehv edir Oktyabrin 1 de ermeni terefi Hadrutun Azerbaycan artilleriyasi terefinden atese tutuldugunu bildirdi Azerbaycan Mudafie Nazirliyi beyan edib ki Azerbaycan quvveleri Hadrutdaki herbi obyektlere yeni 18 ci motoatici diviziyanin qerargahina hemcinin adicekilen diviziyanin 1 ci motoatici alayinin infrastrukturuna zerbeler endirib Novbeti gun ermeni terefi Hadrutun iki defe Smerc raket sistemi ile atese tutuldugunu bildirdi Oktyabrin 7 de Azerbaycan ordusu Hadrutun cenubunda yerlesen Cebrayil seherini isgaldan azad ederek Hadruta yaxinlasmaga basladi DoyuslerAzerbaycan ordusu cenub cebhesinde irelileyerek dusmenin gozlemediyi istiqamete Hadruta yoneldi Hadrutun azad edilmesi boyuk olcude muharibenin taleyini hell eden emeliyyat idi Cunki mehz Hadrutu azad edenden sonra Azerbaycan ordusunun xususi teyinatlilari hemin istiqametden Susaya dogru irelilemeye basladi Hansi ki dusmen Susaya hucumun bu istiqametden olacagini hec aglina da getirmemisdi ve onlar hucumu iki istiqametden Lacin dehlizinden ve Qirmizi Bazar istiqametinden gozleyirdi Oktyabrin 7 den baslayaraq agir artilleriya doyusleri basladi oktyabrin 9 de ise Azerbaycan qosunlari qesebe yaxinliginda yerlesen strateji ehemiyyetli kendleri ve yukseklikleri nezaret altina aldilar Evvelce her iki teref qesebeye nezaret etdiyini beyan edirdi Hadrutun azad edilmesi barede ziddiyetli melumatlar yayilirdi Cunki qesebenin etrafindaki hakim yukseklikler dusmenin nezaretinde oldugu halda xususi teyinatlilar dusmen mudafiesinin derinliklerine sizaraq Hadruta daxil olmusdu Diger qruplar ise Hadruta cenub istiqametinden gelen yollari Cebrayil ve Xocavend istiqametinden nezarete goturmusdu Oktyabrin 10 da seher saatlarinda ermeni herbcileri Azerbaycan quvvelerinin cenubi Qarabagda Hadruta quru hucumu ve Ermenistanin cenubunda Qafan bolgesine PUA hucumlari heyata kecirdiyini xeber verdi Hemin gun Cebrayil istiqametinden hereket eden Azerbaycan qosunlari Hadruta simal istiqametinden daxil olmaga basladi Daha sonra hemin gun ermeni terefi seherdeki Azerbaycan quvvelerini muhasireye aldigini elan etdi Ancaq doyuslerin davam etmesi ile bir nece gun sonra Hadrutdaki ermeni qosunlari ozleri mermi alovunun ehatesine dusdu Ermenistandan cagirilmis ehtiyatda olan esgerlerin oktyabrin 10 u seher cagi Hadrutun simalindan tesvis icinde qacmaga basladilar Qondarma Dagliq Qarabag prezidenti Araik Arutyunyan onlari geri qaytarmaga calissa da bu mumkun olmamisdi Hemin gun Hadrutda cemi 50 70 Azerbaycan XTQ esgeri olsa da 500 den artiq ermeni esger ve ehtiyatda olan esger onlara qarsi muqavimet gostere bilmedi Muharibeden sonra verdiyi musahibede Araik Arutyunyan Hadrutda 1500 ermeni esgerinin oldugunu lakin buna baxmayaraq 50 azerbaycanli diversantin Hadruta daxil olmasi aninda onlarin hamisinin Hadrutdan qacdigini demisdi Ermeni bolmeleri panikada oldugundan bezi hallarda muntezem ordu esgerleri qorxudan qacan ehtiyatda olan esgerleri azerbaycanlilar hesab ederek ozununkulere ates acmisdi Hemin gun Hadrutda olan ermeni herbcilerin ekseriyyeti Cebrayildaki bazasindan yenice geri cekilmis 9 cu alayin tedris batalyonuna aid tecrubesiz ve yeni esgerlerden ibaret idi Ermenistandan gelmis xususi teyinatli deste de Hadrutda idi onun komandirlerinden biri mayor Arutyun Manucaryan Hadrutun cenubundaki doyusde olduruldu Hadrutda yerlesen diviziya komandirinin muavini polkovnik Hrayr Davtyan ve tecrubeli kesfiyyat zabiti Hrant Firengiyan da oldurulenler arasinda idi Davtyan diviziya qerargahina rehberlik edirdi ve onun olumu qerargahin hemin gun Azerbaycan XTQ terefinden ele kecirildiyini gosterir Diger olumcul insident ise ekseriyyeti olan texminen 20 Yerkrapa konullusunun icinde oldugu yuk masinin PUA terefinden vurularaq dag yolundan yuvarlanmasi oldu Emeliyyatin sonraki gedisinde Hadrut etrafindaki yukseklikler de azad edildi ve texminen 2 3 gun davam eden doyuslerden sonra qesebe tamamile Azerbaycan ordusunun nezaretine kecdi Biteref menbeler bildiribler ki Azerbaycan quvveleri 14 ve ya 15 oktyabrda Hadrutu tam ele keciribler Sonraki gunlerde qesebenin simalinda ve qerbinde oktyabrin 30 dek diger kendler ve yukseklikler ugrunda yeni doyusler bas verib Istinadlar Hadruta hucum yolu kesib 80 e yaxin dusmen herbcisini mehv etdiler 2021 01 29 tarixinde Istifade tarixi 2021 01 22 2020 ci il muharibesinin en qanli gunu 10 oktyabr politicon co az Topcubasov Merkezi 2022 01 20 tarixinde Istifade tarixi 20 yanvar 2022 Azerbaijan s MoD Enemy s command and observation post on site of Hadrut completely destroyed APA az ingilis 29 September 2020 8 November 2020 tarixinde Istifade tarixi 18 October 2020 Azerbaijani armed forces strike Karabakh s Hadrut with Smerch MLRS civilians injured MOD Aysor am ingilis 2 October 2020 1 November 2020 tarixinde Istifade tarixi 18 October 2020 Defense ministry Azerbaijani army strikes only at military facilities ingilis 1 October 2020 20 October 2020 tarixinde Istifade tarixi 18 October 2020 Azerbaijan again targets civilians attacks Hadrut with artillery MOD representative Aysor am ingilis 2 October 2020 19 October 2020 tarixinde Istifade tarixi 18 October 2020 Azerbaijan strikes Hadrut with Smerch for the second time today MOD representative Aysor am ingilis 2 October 2020 30 October 2020 tarixinde Istifade tarixi 18 October 2020 Xarici kecidler