Aid və ya Hades (yun. ᾍδης və ya Ἅιδης) — Yunan mifologiyasında yeraltı dünyanın və ölülərin tanrısı. Tanrı Zevs və Poseydonun qardaşı, Persefonanın əri. Qədim Roma mifologiyasında Pluton kimi tanınır.
Aid | |
---|---|
Mifologiya | Qədim Yunan |
Adının izahı | tanrısı |
Yunanca adı | ᾍδης – „Gözəgörünməz" |
Latınca adı | Pluto – "Zəngin" |
Cinsi | kişi[d] |
Atası | Kron |
Anası | Reya |
Qardaşı | Poseydon, Zevs, Hera, Demetra |
Bacısı | Hera |
Digər mədəniyyətlərdə | Pluton |
Vikianbarda əlaqəli mediafayllar |
Doğulması
Aid Kron və Reyanın oğludur. Rəvayətə görə Kron digər uşaqları kimi onu da doğulduqdan sonra udaraq yemişdir. Zevs atası Kronu əvvəlcə daşı, sonra uşaqları qusaraq geri qaytarmağa məcbur edir. O, qardaşları Aid və Poseydonun köməyilə atasını taxtdan salır. Onlar özləri taxt-taca sahib olurlar.Dünyanı bir yerdə idarə etməyin çətin olduğunu görüb 3 yerə bölürlər. Beləliklə, bütün yerüstü dünyanın tanrısı Zevs, yeraltı dünyanın – cəhənnəmin tanrısı Aid və dənizlərin tanrısı isə Poseydon olur.Yer altının bütün xəzinəsi Aidin olduğu üçün Romalılar onun adını dəyişib Pluton qoymuşdur.Arvadı Persefona ilə insafsız tanrılar olaraq yadda qalıblar.
Miflər
Aid arzuolunmaz, dəhşətli bəzən də "qonaqpərvər", "əliaçıq" tanrı kimi tanınırdı. Homer onu yeraltı Zevs adlandırırdı. O, müxtəlif rəvayətlərdə sehirli, onu gözəgörünməz edən papağı ilə (κυνέη – heyvan dərisindən olan başlıq) xatırlanır. Bu papağı ona, onları azad etdiyinə görə təpəgözlər hədiyyə etmişdirlər.Elə aid sözünün mənası da "görünməz" deməkdir.Aidin özünəməxsus "Bident" adlı iki uclu əsası var.Onun bir ucu ölümü digəri isə həyatı təmsil edir.Yer altı sərvətlərin sahibi olduğu üçün olduqca varlı tanrıdır. Aidin yeraltı səltənətinə düşən heç bir canlının yer üzünə qayıtmaq şansı yoxdur. Yeraltı dünyaya ölmədən də getmək mümkündür. Yalnız 4 insan( Odissey,,Tesey və Herakl) Aidin yanından yer üstünə qayıtmağı bacarmışdır.Qorxunc və amansız olsa da, sözündən dönməz və bir çox tanrının əksinə olaraq kaprizli deyil.Haqqında ən çox tanınan mif Persefonanı qaçırması ilə bağlıdır.
Persefonanın qaçırılması
Aidlə əlbir olan Zevs onu oğurlamaq üçün Geyaya müraciət edir. Geya bu məqsədlə çəmənlikdə çox gözəl və cəlb edici nərgiz gülü bitirir. Persefona öz rəfiqələrilə çəməndə çiçək toplarkən həmin nərgizin cazibəsinə düşüb onu üzmək istəyir. Qəflətən yerin tərki aralanır və Aid öz arabası ilə peyda olaraq onu yeraltı səltənətinə qaçırdır. Qəm və kədərdən üzülmüş Demetra doqquz gün qızını axtarır. Kömək üçün Heliosa müraciət edir. Göydən yerin nəzarətçisi olan Helios ona qızının kim tərəfindən qaçırıldığını deyir. Zevsi də bu işdə əli olduğunu bilən Demetra Olimpi tərk edir. Tam üzülmüş halda uzun-uzadı sərgərdanlıqdan sonra o, deyilən bir yerə çatır. Burada o, sadə insan cildinə girərək çar Kilenin oğlu Demefontanın, çarın müsafirpərvərliyi qarşısında tərbiyəsilə məşğul olur. Demetra Demefontanı ölməz etmək üçün onu gecələr odun üstündə saxlayır. Uşağın anası Metanira bunu görcək haray salır. Bu zaman Demetra öz həqiqi cildinə qayıdır. Bunu görən Elevsina əhli onun şərəfinə məbəd ucaldır. Demetra bu məbəddə qapanaraq bütün gecələri qızına yas saxlayaraq ağlayır və yer üzərindəki bütün bitkilər solmuş olur. Bunu görcək Zevs qardaşı Aidə Persefonanı buraxmağı tövsiyə edir. Aid razı olur, amma Persefonaya getməzdən əvvəl yemək üçün nar dənəsi verir: bu o deməkdir ki, Persefona mütləq ərinə geri dönəcəkdir. Beləliklə məsələ həll edilir: ilin dörd ayını Persefona əri ilə, qalan səkkiz ayını isə yer üzərində anasının yanında keçirməli olur. Persefonanın anasının yanında olduğu aylar Yer üzündə bolluq,bərəkət olur.Ərinin yanına qayıtdıqda isə Demetra ağlayıb sızlayır və Yer üzü soyuğa,qara və yağışa bürünür.
Aid və Herakl
"İlliada"dakı təsəvvürə görə Aid Heraklın Evrisfeya üçün cəhənnəm köpəyini ondan almaq üstündə döyüşərkən çiynindən yaralanır və yarasını sağaltmaq üçün səltənətini tərk edərək Olimpə həkim tanrı Peonun yanına getməli olur.
İstinadlar
- Аид // Azərbaycan Sovet Ensiklopediyası: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 187.
- Греческая Мифология, Катерина Серви, səhifə 36-37
Mənbə
- Греческая Мифология, Катерина Серви, EKDOTİKE ATHENON, Афины 2007 ,
- Софиа Сули, Греческая Мифология, Издателство Михалис Тубис А.О., 1995
- Panaghiotis Christou, Katharini Papastamatis, Griechische Mythologie, 2008
- Менелаос Стефанидис, Яннис Стефанидис, ГРЕЧЕСКАЯ МИФОЛОГИЯ, БОГИ ОЛИМПА, Издательство "СИГМА", 2009, Lekanidi St.30, GR-173 43 Athens, Greece
Xarici keçidlər
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Aid ve ya Hades yun ᾍdhs ve ya Ἅidhs Yunan mifologiyasinda yeralti dunyanin ve olulerin tanrisi Tanri Zevs ve Poseydonun qardasi Persefonanin eri Qedim Roma mifologiyasinda Pluton kimi taninir AidMifologiya Qedim YunanAdinin izahi tanrisiYunanca adi ᾍdhs Gozegorunmez Latinca adi Pluto Zengin Cinsi kisi d Atasi KronAnasi ReyaQardasi Poseydon Zevs Hera DemetraBacisi HeraDiger medeniyyetlerde Pluton Vikianbarda elaqeli mediafayllarDogulmasiAid Kron ve Reyanin ogludur Revayete gore Kron diger usaqlari kimi onu da dogulduqdan sonra udaraq yemisdir Zevs atasi Kronu evvelce dasi sonra usaqlari qusaraq geri qaytarmaga mecbur edir O qardaslari Aid ve Poseydonun komeyile atasini taxtdan salir Onlar ozleri taxt taca sahib olurlar Dunyani bir yerde idare etmeyin cetin oldugunu gorub 3 yere bolurler Belelikle butun yerustu dunyanin tanrisi Zevs yeralti dunyanin cehennemin tanrisi Aid ve denizlerin tanrisi ise Poseydon olur Yer altinin butun xezinesi Aidin oldugu ucun Romalilar onun adini deyisib Pluton qoymusdur Arvadi Persefona ile insafsiz tanrilar olaraq yadda qaliblar MiflerAid arzuolunmaz dehsetli bezen de qonaqperver eliaciq tanri kimi taninirdi Homer onu yeralti Zevs adlandirirdi O muxtelif revayetlerde sehirli onu gozegorunmez eden papagi ile kyneh heyvan derisinden olan basliq xatirlanir Bu papagi ona onlari azad etdiyine gore tepegozler hediyye etmisdirler Ele aid sozunun menasi da gorunmez demekdir Aidin ozunemexsus Bident adli iki uclu esasi var Onun bir ucu olumu digeri ise heyati temsil edir Yer alti servetlerin sahibi oldugu ucun olduqca varli tanridir Aidin yeralti seltenetine dusen hec bir canlinin yer uzune qayitmaq sansi yoxdur Yeralti dunyaya olmeden de getmek mumkundur Yalniz 4 insan Odissey Tesey ve Herakl Aidin yanindan yer ustune qayitmagi bacarmisdir Qorxunc ve amansiz olsa da sozunden donmez ve bir cox tanrinin eksine olaraq kaprizli deyil Haqqinda en cox taninan mif Persefonani qacirmasi ile baglidir Persefonanin qacirilmasiAidle elbir olan Zevs onu ogurlamaq ucun Geyaya muraciet edir Geya bu meqsedle cemenlikde cox gozel ve celb edici nergiz gulu bitirir Persefona oz refiqelerile cemende cicek toplarken hemin nergizin cazibesine dusub onu uzmek isteyir Qefleten yerin terki aralanir ve Aid oz arabasi ile peyda olaraq onu yeralti seltenetine qacirdir Qem ve kederden uzulmus Demetra doqquz gun qizini axtarir Komek ucun Heliosa muraciet edir Goyden yerin nezaretcisi olan Helios ona qizinin kim terefinden qacirildigini deyir Zevsi de bu isde eli oldugunu bilen Demetra Olimpi terk edir Tam uzulmus halda uzun uzadi sergerdanliqdan sonra o deyilen bir yere catir Burada o sade insan cildine girerek car Kilenin oglu Demefontanin carin musafirperverliyi qarsisinda terbiyesile mesgul olur Demetra Demefontani olmez etmek ucun onu geceler odun ustunde saxlayir Usagin anasi Metanira bunu gorcek haray salir Bu zaman Demetra oz heqiqi cildine qayidir Bunu goren Elevsina ehli onun serefine mebed ucaldir Demetra bu mebedde qapanaraq butun geceleri qizina yas saxlayaraq aglayir ve yer uzerindeki butun bitkiler solmus olur Bunu gorcek Zevs qardasi Aide Persefonani buraxmagi tovsiye edir Aid razi olur amma Persefonaya getmezden evvel yemek ucun nar denesi verir bu o demekdir ki Persefona mutleq erine geri donecekdir Belelikle mesele hell edilir ilin dord ayini Persefona eri ile qalan sekkiz ayini ise yer uzerinde anasinin yaninda kecirmeli olur Persefonanin anasinin yaninda oldugu aylar Yer uzunde bolluq bereket olur Erinin yanina qayitdiqda ise Demetra aglayib sizlayir ve Yer uzu soyuga qara ve yagisa burunur Aid ve Herakl Illiada daki tesevvure gore Aid Heraklin Evrisfeya ucun cehennem kopeyini ondan almaq ustunde doyuserken ciyninden yaralanir ve yarasini sagaltmaq ucun seltenetini terk ederek Olimpe hekim tanri Peonun yanina getmeli olur IstinadlarAid Azerbaycan Sovet Ensiklopediyasi 10 ҹilddә I ҹild A Balzak Baky Azәrbaјҹan Sovet Ensiklopediјasynyn Bash Redaksiјasy Bash redaktor Ҹ B Guliјev 1976 S 187 Grecheskaya Mifologiya Katerina Servi sehife 36 37MenbeGrecheskaya Mifologiya Katerina Servi EKDOTIKE ATHENON Afiny 2007 ISBN 960 213 378 3 ISBN 978 960 213 378 1 Sofia Suli Grecheskaya Mifologiya Izdatelstvo Mihalis Tubis A O 1995 ISBN 960 540 118 5 Panaghiotis Christou Katharini Papastamatis Griechische Mythologie 2008 ISBN 978 88 476 2283 8 Menelaos Stefanidis Yannis Stefanidis GREChESKAYa MIFOLOGIYa BOGI OLIMPA Izdatelstvo SIGMA 2009 Lekanidi St 30 GR 173 43 Athens Greece ISBN 978 960 425 078 3Xarici kecidlerVikianbarda Aid ile elaqeli mediafayllar var Hemcinin bax