Hacı Kərim Sanıyev (tam adı: Hacı Kərim Kərbəlayi Hüseyn oğlu Sanıyev; 1878, Qazax – 1937) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, şair, maarifçi, ictimai xadim.
Hacı Kərim Sanılı | |
---|---|
Qazax general-qubernatoru | |
– iyun 1918 | |
Sonrakı | Məmməd Kovxa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1878 |
Doğum yeri | |
Vəfat tarixi | 1937 |
Fəaliyyəti | şair |
Həyatı
Hacı Kərim Sanılı 1878-ci ildə Qazax qəzasının Çaylı-Kəsəmən (indiki Çaylı) kəndində anadan olmuşdur. Bəy nəslindən olan atası Kərbəlayi Hüseynin Kiçik Qafqazın ətəklərində, Pir dağının güneyində, habelə Kürün sağ sahilində, Ceyrançöldə qoyun-quzu yataqları olub. Digər bir mənbədə isə çoban ailəsində anadan olduğu qeyd olunmuşdur. Atası Kərbəlayı Hüseyn varlı mülkədarların mal-qarasının otarar, ailəsini böyük ehtiyac içərisində dolandırarmış.
Təhsili
Hacı Kərim Sanılı ibtidai təhsilini 1886–1893-cü illərdə kənd mollaxanasında almışdır. O, kiçik yaşlarından iti hafizəsi, dərrakəsi, hazırcavablığı ilə seçilmişdir. Ona görə də dayısı Əbdülrəhman ağa 13 −14 yaşlı Hacı Kərimi oxutmaq arzusunda olduğunu bildirərək onu özünə şagird götürmək istəyən aşığa verməmişdir. O, 1893–1898-ci illərdə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında təhsil almış, orada Firidun bəy Köçərli ilə tanış olmuşdur. Hacı Kərim Sanılı bəy nəslindən olduğuna görə seminariyaya çox çətinliklə, dayısının köməyi ilə qəbul olmuşdu. Sonralar özü bu haqqda yazmışdır:
Seminariya! Gəncliyimin ən gözəl çağlarını səndə keçirdim və mən buna heyfsilənmirəm. Sən bizim xalqımızın gözünə işıq oldun, onu mədrəsələrdən işıqlı otaqlara çıxartdın, həsir üstə durmaqdan dizlərinin qapaqları döyənək olan uşaqlara yazığın gəldi, hazırlıq kursları açdın. Mən Səndə Derjavini, Karamzini, Çernışevskini, Puşkini, Tolstoyu, Lermontovu, Krılovu, Turgenevi oxudum. Onlardan öyrəndim, L.Tolstoyun məktəb və dərsliyinə marağım artdı. Nə olaydı, ömür aman verəydi, öyrəndiklərimi xalqıma çatdıraydım... |
Tiflisdə vaxtı ilə Qori seminariyasını bitirənlərin şəxsi işləri saxlanan muzeydə Hacı Kərim Sanılıya məxsus qovluq vardır. Həmin qovluqda Sanılıya məxsus bir sıra sənədlərlə yanaşı, xasiyyətnamələr və seminariyanı müvəffəqiyyətlə bitirməsi haqqında şəhadətnamə də saxlanılır.
Fəaliyyəti
Pedaqoji fəaliyyəti
Hacı Kərim Sanılı Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini bitirdikdən sonra doğma kəndi Çaylıda məktəb açıb rus dilindən dərs demək istəyir. Buna görə kəndin koxası Məşədi Məhəmmədə müraciət edərək ondan bina istəyir. Lakin koxa ona məktəb binası vermir. Məcburiyyət qarşısnıda qalan Sanılı Gəncə quberniyasının Zəngəzur qəzasına təyinat yerinə gedib müəllim işləyir. O, təyinat yerinə Zəngəzur qəzasının Xaçmaz kəndinə gedərək müəllimlik peşəsi ilə məşğul olur. Qızların təhsilə cəlb edilməsi Hacı Kərim Sanılının ən böyük arzularından biri olmuşdur. O, bu məqsədlə işlədiyi Xaçmaz kəndində və ona yaxın ərazilərdə savadsızlığı tam aradan qaldırmaq məqsədilə qızlar məktəbi açmaq istəmiş, lakin yerli ruhanilərin müqavimətinə rast gəlmişdir. Buna görə müəllimi öldürmək istəmiş, gecə ikən üç nəfər evinə hücum etmişdir.
Arzusunu həyata keçirə bilməyən pedaqoq məcbur olub səhərisi gün həmin kənddən ayrılmışdır. O, 1902–1904-cü illərdə Gəncə şəhər rus-müsəlman məktəbində müəllim iləyir. Daha sonra 1904-cü ildə Çaylıya qayıdır. Olduqca ağır maddi ehtiyac içində yaşayan şair nəhayət 1905-ci ildə Poylu kənd məktəbinə müəllim təyin edilir. Bir ildən sonra Dağ Kəsəmən 4 illik məktəbində müdir vəzifəsini icra edir. Orada işləyərkən Çayli kəndindən 17 nəfəri məktəbə qəbul edir.
Sanılı Dağ Kəsəmən məktəbində müdir olduğu zaman Qayıbov Hacı Kərim Sanılı haqqında Qafqaz canişinliyinə inqilabi işlə məşğul olması haqqında məlumat verir. Beləliklə, onun evində axtarış aparılır. Lakin dövlət əleyhinə heç bir sənəd tapılmır. Məktəb də əsaslı surətdə yoxlanılır. Ancaq buna baxmayaraq onu həbs edirlər. Altı ay Tiflisdə həbsdə qalan Sanılı əldə sübut olmadığından azad olunur və iş yerinə qayıdır.
Hacı Kərim Sanılı savadlı nəslin formalaşması üçün çox işlər görmüşdür. Belə ki, 1905-ci ildə Qazax qəzasının ayrı-ayrı kəndlərində yeddi məktəb binasının tikilməsi haqqında tərtib olunmuş layihəni çara təsdiq etdirən, həmin binaların tikintisinə lazımi qədər maliyyə vəsaiti buraxılmasına qol çəkdirən, icazə alan məhz Hacı Kərim Sanılı olmuşdur. Layihəyə əsasən, həmin binalardan birinin Çaylı kəndində tikilməsi nəzərdə tutulmuşdu. Lakin yerli adamlardan heç kim qıyıb öz torpağını vermir. Bunu eşidən əmisi oğlu Məhəmməd Hacı Kərimə deyir ki, sənin xətrinə mən öz torpağımdan 1,5 hektar yer ayırıram, gəl, məktəbi tikdir. Həmin tikili 1924-cü ildən 1989-cu ilədək Çaylı 1 saylı orta məktəbi kimi fəaliyyət göstərib.
Sanılı 1913-cü ildə pedaqoji sahədəki xidmətlərinə görə III dərəcəli müqəddəs Stanislov ordeni ilə təltif olunur. O, üç manat verib ordeni almır. Pedaqoq cəmiyyət içərisində hörmət və nüfuzuna görə özünə pul ilə orden almağı layiq görmür. Ancaq çar manifestindən sonra ordeni ala bilir.
Hacı Kərimin ictimai-siyasi hadisələrdəki fəallığı bəzi dairələrdə qısqanclıqla qarşılanır. Onu ictimai-siyasi hadisələrdən kənarlaşdırmaq üçün 1910-cu ilin iyun ayında Qafqaz Təhsil Dairəsi direktorunun göndərişi ilə Sankt-Peterburq Müəllimlər İnstitutunun nəzdində açılmış əl-əməyi kursuna ezam olunur. Orada oxuduğu illərdə Hacı Kərim rus inqilabçıları Belinski və Çernışevski ilə yaxından tanış olur. Bu tanışlıq və Peterburq həyatı Sanılının sonralar ictimai-siyasi cəhətdən formalaşmasında, vətənpərvərlik ruhunun yüksəlməsində mühüm rol oynayır. Kursu başa vurduqdan sonra Qazaxa qayıdan Sanılı nə qədər cəhd göstərsə də onu müəllim işləməyə qoymurlar. Çətinliklə də olsa, 1915-ci ildə Qazax seminariyasında müvəqqəti olaraq, qrafika incəsənəti müəlliminin köməkçisi təyin olunur.
1917-ci ildə çarizmin devrilməsi ilə əlaqədar yaranan əlverişli məqamdan uzaqgörənliklə istifadə edən Firidun bəy Köçərli Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini Gəncəyə köçürmək qərarına gəlir. Lakin Gəncənin yol uzaqlığından ehtiyat edən Firidun bəy məsələni təcili həll etmək üçün 1918-ci ildə Qazax qəza qubernatoru Hacı Kərim Sanılıya müraciət edir və Qori Seminariyasının Azərbaycan şöbəsinin Qazaxda yerləşdirilməsi üçün bina istəyir.
Hacı Kərim Qazaxın məşhur xeyriyyəçilərindən olan Məşədi İbrahimin köməkliyi ilə bina təsis edir. Heç bir təhsili və savadı olmayan, ancaq elmə, maarifə önəm verən Məşədi İbrahim bir iranlı tacirin Qazaxın mərkəzində satışa qoyduğu 17 otaqdan ibarət yaraşıqlı mülkü 150 qızıl pula alıb Firidun bəy Köçərliyə bağışlayır. Bu haqda akademik Bəkir Nəbiyev qeyd etmişdir:
1918-ci ildə Zaqafqaziyada vəziyyətin ağırlığı nəticəsində Qori seminariyası artıq əvvəlki rəsmiyyətini itirir, günlərlə dərs keçilmir, ona görə Köçərli uzun illərdən bəri uğrunda çalışdığı məqsədinə nail olmaq üçün ciddi əməli işə keçir. 1918-ci ilin sentyabr ayında seminariyanın Azərbaycan bölməsinin tədris ləvazımatı və avadanlığı Qazaxa köçürülür. 1918-ci ildə vəziyyətlə əlaqədar Qazaxla Gəncə arasında əlaqə kəsildiyi üçün F.Köçərlinin Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsinin materiallarını gətirdiyi qatar Ağstafa stansiyasında dayanır. F.Köçərli Sanılıya müraciət etməli olur. Firudun bəyin təklifini məmnuniyyətlə qəbul edib dərhal on iki araba təşkil etdirib seminariyanın ləvazımatını Qazaxa gətirdib Məşədi İbrahimin binasında yerləşdirir və ona ciddi nəzarət etməklə maddi yardım da edir. Seminariyanın yerləşməsindən bir neçə gün sonra onu geri qaytarmaq üçün canişinlikdən üç nəfər nümayəndə gəlir. Bir saatdan artıq söhbətdən sonra razılıq əldə edilərək onlar hörmətlə yola salınır. Beləliklə, 1918-ci ildə F.Köçərlinin xahişi ilə H.K.Sanılı Qori müəllimlər seminariyasının Azərbaycan bölməsini Qazaxda yerləşdirdi. |
Hacı Kərim Sanılı təkcə müəllimliklə məşğul olmamışdır. Onun həm də pedaqogika tarixində böyük xidmətlərindən biri də yüksək keyfiyyətli dərsliklər yazmaq olmuşdur. O, 1920-ci illərdə latın qrafikalı yeni əlifbanın yaradılmasında fəal iştirak etmiş, "Əlifba", "Böyüklər üçün əlifba" (1924), Ə. Seyidovla birgə "Türk əlifbası" (1927), "Üçüncü il" (1927), (təkrar nəşrləri 1929, 1930), "Türk əlifbası" (1930) və s. dərsliklərini tərtib etmişdir.
Rus, fransız və fars dillərini mükəmməl bilən Hacı Kərim Sanılı Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra da müəllimlik kimi fəaliyyətini davam etdirmişdir. Belə ki, 1922-ci ildə N. Nərimanovun təklifi ilə Bakıya köçüb 1922-ci ilin mayından 1924-cü ilin sonuna kimi Yeni Türk Əlifba Komitəsində Fərhad Ağazadə, Bəkir Çobanzadə, Xudadat Məlikaslanov, Mirzə Cabbar Məhəmmədzadə, Hüseyn İsrafilbəyov, Mirzə Hüseyn Camalzadə, Vəli Xuluflu, İdris Həsənli (Həsənov), Mənsur Qurbanzadə ilə birgə çalışıb, savadsızlığı ləğvetmə kurslarında dərs demişdir.
Hacı Kərim Sanılı həmçinin sovet dövründə bir sıra məsul vəzifələrdə çalışmışdır. O, 1933–1935-ci illərdə Azərbaycan İstehlak-Kooperasiya İnstitutunda, 1933–1936-cı illərdə Sovet Ticarəti İnstitutunun nəzdindəki işçi fakültəsində müəllim, 1936–1937-ci illərdə isə paytaxtın 25 saylı orta məktəbində rus dili müəllimi, , "Yeni kənd" jurnalının məsul katibi, Azərbaycan Kooperativ məktəbləri birliyində dərs hissə müdiri, Bakıda Kənd Təsərrüfatı İnstitutunda, Azərbaycan Sənaye İnstitutunda, Politexnik İnstitutunda, Azərbaycan Dövlət Elmi-tədqiqat İnstitutunda elmi işçi və Bakı xalq maarifi şöbəsində inspektor işləmişdir.
İctimai-siyasi fəaliyyəyti
Hacı Kərim Sanılı maarifçiliklə yanaşı, ictimai-siyasi işlərdə də fəallıq göstərmişdir. O, 1905-ci ildə siyasi fəaliyyətə başlamış və həmin ildə "Difai" təşkilatına üzv olmuşdur. Dağ Kəsəmən məktəbində işlədiyi vaxtlarda Sanılı ictimai-siyasi fəaliyyətini daha da gücləndirərək kəndlilərin hüququnu müdafiəyə etmiş, yeniliyə və tərəqqiyə çağıran müxtəlif çıxışlarda iştirak etmişdir. Bütün bunlar yerli xəfiyyə idarəsinin gözündən yayınmamış və Sanılı 1906-cı ildə həbs edilmişdir. Bu, dövrün ziyalılarının kəskin etirazına səbəb olmuş, onlar Sanılını müdafiəyə qalxmışlar. Bu barədə Firidun bəy Köçərli "İrşad" qəzetində "El üçün ağlayan gözdən olar" məqaləsi ilə çıxış edərək yazmışdır:
Paxıl və həsəd və iftira səbəbilə nahaq və bicərm məhbus olanlar həm Qazax mahalında cənab Ağabəy Qiyasbəyov və müəllim H.K.Sanıyevdir... Bunları güdaza verən ancaq içimizdən törəyən xaricməslək mürtədlər olubdur ki, divanbəyinin və uyezd naçalnikinin ətrafında quyruqlarını bulayıb dəyanət və rəzalətləri üzündən millət xadimlərini bad-fənaya verməyi özlərinə böyük hünər və qərəz bilirlər. |
("İrşad" qəzeti, 10 aprel, 1906).
Həbsdən azad olunduqdan sonra da Sanılı inqilabi fəaliyyətini dayandırmamış, "Müdafiə" təşkilatına üzv olub, həmin partiyanın təşkilatçılarından birinə çevrilmişdir. O, partiyanın müraciətnaməsinin çap olunmasında, kütlələr arasında yayılması üçün çalışmışdır. Bundan qorxuya düşən hakim dairələr dəfələrlə onu Qazaxdan uzaqlaşdırmağa çalışmışdır. Ölkəsini müstəmləkəçilik buxovundan qurtarmaq, millətini savadlı və elmli etmək üçün mübarizə aparan Sanılı ona olunan bu təklifi qəbul etməmişdir. Hacı Kərim Sanılı 1907-ci il fevralın 9-da yerli əhali tərəfindən seçilən nümayəndə kimi Bakıya gəlmiş, "Xeyriyyə cəmiyyəti"ndə olmuş və yoxsullara, imkansızlara maddi yardım göstərilməsi üçün əlindən gələni əsirgəməmişdir.
1917-ci ildə çarizmin devrilməsi ilə əlaqədar ictimai-siyasi hadisələrin təsiri Qazaxda da hiss olunurdu. Sanılı 1917-ci ildə Tiflis hümmətçilərinə qoşularaq Tiflis menşevik "Hümmət" təşkilatının fəal üzvlərindən biri olmuşdur. O, kəndliləri mübarizəyə çağırır, kütlələrin nümayişində iştirak edir, yığıncaq və mitinqlərdə nitqlər söyləyirdi. 1918-ci ildə Qazaxdakı kəndli üsyanları tədricən ciddi, mütəşəkkil inqilabi hərəkata çevrilir. Bu zaman Qazax qəzasının idarə edilməsi Hacı Kərim Sanılıya tapşırılmış və o, 1918-ci ildə Qazax qəzasının general-qubernatoru olmuşdur.
1918-ci ilin noyabrında Tiflis menşevik hümmətçiləri öz nümayəndələrinin Bakıya Müsavat partiyasının parlamentinə yola salırlar. Həmin nümayəndələr içərisində S. Ağamalıoğlu, Ə. Qarayev, Ə. Pepinov kimi peşəkar inqilabçılarla yanaşı, Sanılı da var idi. Hacı Kərim 1918-ci ilin noyabrında Tiflis "Hümmət" partiyasından Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinə seçilmişdir. O, sosialistlər fraksiyasının, sorğu komissiyasının üzvü olmuşdur. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Sanılı iki il Qazax qəzasının xalq hakimi vəzifəsində çalışmışdır. O, həmçinin Qazax seminariyasına maliyyə vəsaiti ayrılmasından ötrü parlamentin iclaslarında məsələ qaldırmış və buna nail olmuşdur.
Ailəsi
Hacı Kərim Sanılının ilk evliliyi Qazax qazisinin qızı Xuraman xanımla olmuşdur. Onların İslam adlı ilk övladları 1910-cu ildə dünyaya gəlmişdir. Bundan başqa Zəkiyyə, Bəhram və Lətif adlı övladları da olmuşdur. İslam (15 yaşında) və Zəkiyyə o dövrdə geniş yayılmış Xalyareya xəstəliyindən gənc yaşlarında vəfat edirlər. Xuraman xanım da həmin xəstəlik səbəbindən dünyasını dəyişir. Hacı Kərim Sanılı daha sonra Mahi Mənzar xanımla evlənmişdir.
Yaradıcılığı
Hacı Kərim Sanılı ədəbi yaradıcılığa 40 yaşında başlamışdır. Onun imzasına mətbuat səhifələrində yalnız 1918-ci ildən sonra təsadüf olunur. O, son dərəcə mürəkkəb, ağır və ziddiyyətli yaradıcılıq yolu keçmişdir. Ədib əsərlərini sadə, anlaşıqlı xalq dilində yazmışdır.
Hacı Kərim Sanılı aşıq məclislərində xalq ruhunda böyümüşdür. Bu da onun yaradıcılığına təsirsiz ötüşməmişdir. Şairin şeir və poemalarında, həmçinin pyesində şifahi xalq ədəbiyyatı ənənələri mühüm yer tutur. Dövrün inqilabi dəyişmələrinə böyük inam bəsləyən Sanılı xalqın həyat və mübarizəsindən maraqlı mövzular alaraq, onları öz əsərlərində günün tələblərinə uyğun bir şəkildə işıqlandırmağa çalışmışdır. Ədibin müxtəlif mövzularda yazılmış bir çox məqalələri və "Qara bəy" adlı kiçik pyesi var. Şair bu əsərlə səhnə əsəri sahəsində də qələmini sınamışdır.
Əhməd Cavadın "Azərbaycan" şeirinin Hacı Kərim Sanılıya aid olduğu da iddia edilir.
Poemaları
XX əsrdə Azərbaycan ədəbiyyatında ilk tarixi poema janrının əsasını Hacı Kərim Sanılı qoymuşdur. O, "Aran köçü", "Namus davası", "Zülmün sonu", "Novruz və Gülara", "Turut qaçaqları" poemasının müəllifidir. Şairin ilk poeması olan "Aran köçü" 1924-cü ildə çap olunmuşdur. Bu əsərin mövzusu kəndlilərin aran-yaylaq məişəti ilə bağlı həyatından götürülmüşdür. "Aran köçü" o zamanki Azərbaycan poeziyasında öz forma və yazılış tərzinə görə yeni idi. Azərbaycan xalqının uzun əsrlərin sınağından çıxmış milli adət və ənənələri "Aran köçü" poemasında əks olunmuşdur.
1927-ci ildə yazdığı "Namus davası" poemasında XIX əsrin ortalarından başlayaraq, feodal mülkiyyəti və imtiyazlığının getdikcə qüvvətlənib nüfuzlu xanlıqlar formasında təsis olunduğu konkret bir dövrdən danışılır. Sanılının "Zülmün sonu" (1927) poemasında istismar dünyasının haqsızlıqları, acı rəzalətləri böyük bir nifrətlə əks olunmuşdur. Şairin "Zülmün sonu" poeması dövri mətbuat səhifələrində — "Şərq qadını", "Maarif və mədəniyyət", "Yeni kənd", "Kəndli qəzetəsi", "Yeni yol", "Kommunist" və s. jurnal və qəzetlərdə çap olunmuşdur.
Həmçinin 1927-ci ildə qələmə aldığı "Oktyabr alovları" adlı almanaxda nəşr olunan "Novruz və Gülara" poemasında hər iki gəncin fərəhsiz uşaqlıq illəri, sonrakı həyatları müfəssəl təsvir olunmuşdu. Şairin son poeması olan, "Turut qaçaqları" (1935) istər ideya, istərsə də sənətkarlıq baxımından onun poetik yaradıcılığının təkamülü sayılır. Bu poemanın bu qədər qüvvətli olması onunla izah olunur ki, Sanılı Şəki qəzasında müəllimlik etdiyi zamanlar qaçaqların həyatını, psixologiyasını dərindən öyrənmişdi.
Şeirləri
Hacı Kərim Sanılı "Muğan", "Təzə mahnı", "Azərbaycan xalqına", "Əkinçilər", "Rəssam Əzim Əzimzadə", "Elm ocaqları" və s. kimi şeirlərin müəllifidir. Şairin şeirlərində ərəb, fars və digər dillərdən keçmə sözlərə rast gəlinmir. Dil məsələsinə çox ciddi yanaşan ədib 1934-cü ildə Azərbaycan yazıçılarının I qurultayında bu mövzu ilə əlaqədar çıxış edərkən öz dilini bəyənməyib, özgə dildə danışanlara bu cür müraciət etmişdir:
Bu yollara əlvan çiçək saçılar.
Özgə şivə, özgə sözdən qaçılar
Daha bir də biz uymarıq hər yada.Şairin fikrini başa düşməyənlər 1934-cü ildə Azərbaycan Yazıçılar İttifaqının I qurultayında Hüseyn Cavidlə, Əhməd Cavadla bərabər Hacı Kərim Sanılını da topa-tüfəngə tuturlar. Sanılının yalnız dövri mətbuat səhifələrində — "Şərq qadını", "Maarif və mədəniyyət", "Yeni kənd", "Kəndli qəzetəsi", "Yeni yol", "Kommunist" və s. jurnal və qəzetlərdə çap olunmuşdur.
Uşaqlar üçün şeirlər
- Dəli öküz
- İt və siçan
- Quşcığaz
- Şüurlu qarğa
- Saqqa quşu
- İt və pişik
- Kirpi
- Siçan
- Dolaşa
- Oxlu kirpi
- Leylək
- Meymun və ilan
- Bağım
- Bostanım
- Biçin
- Yaz işləri
- Payız işləri
- Payızın ortası
- Yay
- Qış
- Salamatlıq
- Bağ
- Sünbül
Kitabları
Hacı Kərim Sanılının ilk kitabı olan "Canavarlar hökuməti" 1918-ci ildə nəşr edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti zamanında — 1919-cu ildə Bakıda "Novruz" mətbəəsi tərəfindən "Yeni şərqilər" kitabı çap edilmişdir. Bundan sonra 1927-ci ildə üç kitabı — "Kəndimiz və Aran köçü", "Namus davası", "Zülmün sonu" və 1935 və 1964-cü ildə "Turud qaçaqları", 1993-cü ildə isə "Seçilmiş əsərləri" şeir kitabları nəşr edilmişdir.
Habelə Sanılının M. F. Axundzadə adına Respublika Milli Kitabxanasının arxivində "Yeni şərqilər" adlı kitabının surəti saxlanılır. Həmin kitab 1919-cu ildə AXC parlamentinin üzvü olduğu dövrdə çap olunumşdur. O, kitabçanı Azərbaycan aşiqlərinə ithaf etmişdir. Hacı Kərim Sanılı özünü "Yeni Şərqilər"in yazanı və çap edəni olaraq "Azərbaycan parlamentinin üzvü Hacı Kərim Sanılı" olaraq təqdim etmişdir. Yazarların bəzən "Mahnılar" adıyla təqdim etdikləri bu topluda müəllifin 14 şeiri toplanıb. İkinci şeir Buradakı bütün şeirlərin hamısı xalq yaradıcılığı üslubundadır. Kitabça "Elektrik Novruz" mətbəəsində çap olunmuşdur.
Maarifpərvər şair, metodist, pedaqoq Hacı Kərim Sanılı Əli Məhzunla birgə uşaqlar üçün "Meymun və ilan" mənzuməsini yazmışdır. Doqquz səhifədən ibarət olan bu kitabça 1929-cu ildə Bakı şəhərində Azərnəşrdə nəşr olunmuşdur. Kitabçaya səkkiz uşaq əsəri daxildir. Onlardan dördü Hacı Kərim Sanılının qələminin məhsuludur.
Qadın azadlığı məsələsi
Həyatın müxtəlif sahələrinə müraciət edən Sanılının poeziyasında qadın azadlığı mövzusu da aparıcı yerlərdən birini tutur. Bu mövzuda yazdığı şeirlərin çoxunu 1927–1928-ci illərdə "Şərq qadını" jurnalında dərc etdirmişdir. "Xoş gəlir", "Evdar qadınlara", "Qadınlar günü", "Kənd qızı", "Çadra əsirləri", "Zərbəçi qızlar" və s. bu kimi şeirlərin hər birində şair qadına cəmiyyətin bərabərhüquqlu vətəndaşı kimi baxmışdır. Prof. Bəkir Çobanzadə onun yaradıcılığını yüksək qimətləndirərək yazmışdır: ("Azərbaycan ədəbiyyatının yeni dövrü", Bakı, 1930, s.48).
Sanılının əsərləri indiyə kimi bəhs etdiyimiz yeni aşıq ədəbiyyatının zirvəsidir. |
Repressiya edilməsi
Hacı Kərim Sanılını 1937-ci il iyunun 3-də Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Muşfiq və Vəli Xulufludan bir gün qabaq həbs edirlər. Ədib öz yaşadığı evdə həbs edilir. O, həmin illərdə Bakı şəhəri, Füzuli küçəsində yaşayırdı. Ədibə "qolçomaq burjua yazıçısı", "xalq düşməni" damğası vurulur. NKVD-nin 1-ci şöbəsinin təhlükəsizlik leytenantı Klimentiç 12493 №-li istintaq işinin materiallarına əsaslanaraq heç bir partiyanın üzvü olmayan Hacı Kərim Sanılının əks-inqilabi-millətçi təşkilatında fəaliyyət göstərdiyini "müəyyənləşdirir" və vətənə xəyanət maddələri ilə həbs edir.
İstintaq işinə əsasən, 4-cü şöbənin rəisi, təhlükəsizlik üzrə kapitan Kinmanla razılaşdırılan və qəbul edilən qərar Xalq Daxili İşlər Komissarı Sumbatov tərəfindən təsdiq olunur. Onu sovet işğalına qarşı mübarizə aparan "Əzrayıl firqəsi"-nə üzv olmaqda və mühacirətdə mübarizə aparan Məhəmməd Əmin Rəsulzadə ilə əlaqə saxlamaqda ittiham edirlər. Hacı Kərim Sanılı haqqında qaldırılan cinayət işinin qərarında qeyd olunumuşdur:
Qolçomaq ailəsindən olan Hacı Kərim Sanılı Azərbaycanın sovetləşməsi zamanı "Əzrail" firqəsi adlı təşkilat yaratmışdır. Hazırda Ticarət və Kooperasiya İnstitutunun müəllimi olan şair, yazıçı Azərbaycan təhlükəsizlik işçilərinin nəzər-diqqətini cəlb etmişdir. |
İstintaq-sorğu protokollarından məlum olur ki, istər çarizm dövründə, istər Cümhuriyyət zamanında, istərsə də Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Hacı Kərim Sanılı xalqının azadlığı, vətəninin müstəqilliyi, millətinin savadlanması uğrunda mübarizələrdə fəal iştirakını təsdiq etmişdir. Hacı Kərim Sanılıya zindanda çox əzab verilirdi. O, NKVD zirzəmisində gündə bir neçə dəfə döyülüb təhqir olunurdu. Ədib həbs olunarkən Azərbaycan Yazıçıları İttifaqı bu məsələyə münasibətini bildirir. Həmin fikirləri 9 iyun 1937-ci ildə "Ədəbiyyat qəzeti"ndə çap etmişdir:
Sovet Yazıçılar İttifaqında Sovet ədəbiyyatını və onun əsasını dağıtmağa çalışan Y.V.Çəmənzəminli, H.K.Sanılı, H.Cavid, M.Müşfiq, A.Musaxanlı, S.Hüseyn kimi düşmənlərə yer yoxdur. |
İki aya yaxın NKVD zirzəmilərində əzab və işgəncələrə məruz qalan Hacı Kərim Sanılı məhkəməsiz ölüm kamerasında əzab və işgəncələrə tab gətirməyərək (guya ürək çatışmazlığından) dünyasını dəyişir. Digər bir mənbə də isə güllələnmə cəzasına məruz qaldığı göstərilir. Repressiyaya məruza qalan digər şəxsiyyətlər kimi Hacı Kərim Sanılının da qəbri məlum deyildir.
Ailə üzvlərinin sonrakı taleyi
Şairin övladlarından iki oğlu Lətif və Bəhram qalmışdır. Hər ikisi Azərbaycan Neft Kimya İnstitutunda təhsillərini yenicə tamamlamışdılar ki, Hacı Kərim Sanılı həbs edildi. Şairin övladları Bəhram və Lətif Azərbaycanı tərk etdilər və bir daha vətənə qayıtmadılar. Oğlanları təqib ediləcəklərindən çəkinərək Moskva şəhərinə köçdülər. Orada işlədilər. 1941-ci ilin müharibəsində hər ikisi hərbi xidmətə getdi. Kiçik oğlu Lətif müharibədən qayıtmadı.
Böyük oğlu Bəhram isə cəbhədən qayıdıb yenə də Moskvada yaşadı. Bəhram Sanıyev Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir. O, Moskvada ailə qurdu. Kamal adlı oğlu, Əzizə adlı qızı dünyaya gəldi. Sanıyev Kamal fizika elmləri doktorudur. Əzizə isə ali təhsillidir. Hər ikisi ailəlidir və Moskavada yaşayırlar. Hacı Kərim Sanılının həyat yoldaşı Mahi Mənzər xanım isə bəraətdən sonra həyat yoldaşının şəxsi arxivini Azərbaycan Respublikasının Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təqdim etmişdir.
Xarici keçidlər
İstinadlar
- "Hacı Kərim Sanılı" (az.). ens.az. 10 may 2019 tarixində .
- Rəhman Salmanlı. "Ölüm kamerasında "ürəyi dayanan" şair" (az.). anl.az. 30 aprel 2017 tarixində .
- Məhərrəmova K. "Sanılı dünyası". Bakı: "Elm-təhsil". 2015. 108.
- H.K.Sanılı. "Seçilmiş əsərləri". Bakı: Bakı Universiteti Nəşriyyatı. 1993. 260. ISBN .
- Nəsiman Yaqublu. Azərbaycan Milli Azadlıq Hərəkatı Ensiklopediyası. Bakı: Qanun Nəşriyyatı. 2018. səh. 97. ISBN .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Haci Kerim Saniyev tam adi Haci Kerim Kerbelayi Huseyn oglu Saniyev 1878 Qazax 1937 Azerbaycan Xalq Cumhuriyyeti Parlamentinin uzvu sair maarifci ictimai xadim Haci Kerim SaniliQazax general qubernatoru iyun 1918SonrakiMemmed KovxaSexsi melumatlarDogum tarixi 1878Dogum yeri Qazax Qazax qezasi Yelizavetpol quberniyasi Rusiya imperiyasiVefat tarixi 1937Fealiyyeti sairHeyatiHaci Kerim Sanili 1878 ci ilde Qazax qezasinin Cayli Kesemen indiki Cayli kendinde anadan olmusdur Bey neslinden olan atasi Kerbelayi Huseynin Kicik Qafqazin eteklerinde Pir daginin guneyinde habele Kurun sag sahilinde Ceyrancolde qoyun quzu yataqlari olub Diger bir menbede ise coban ailesinde anadan oldugu qeyd olunmusdur Atasi Kerbelayi Huseyn varli mulkedarlarin mal qarasinin otarar ailesini boyuk ehtiyac icerisinde dolandirarmis Tehsili Haci Kerim Sanili ibtidai tehsilini 1886 1893 cu illerde kend mollaxanasinda almisdir O kicik yaslarindan iti hafizesi derrakesi hazircavabligi ile secilmisdir Ona gore de dayisi Ebdulrehman aga 13 14 yasli Haci Kerimi oxutmaq arzusunda oldugunu bildirerek onu ozune sagird goturmek isteyen asiga vermemisdir O 1893 1898 ci illerde Zaqafqaziya Qori Muellimler Seminariyasinda tehsil almis orada Firidun bey Kocerli ile tanis olmusdur Haci Kerim Sanili bey neslinden olduguna gore seminariyaya cox cetinlikle dayisinin komeyi ile qebul olmusdu Sonralar ozu bu haqqda yazmisdir Seminariya Gencliyimin en gozel caglarini sende kecirdim ve men buna heyfsilenmirem Sen bizim xalqimizin gozune isiq oldun onu medreselerden isiqli otaqlara cixartdin hesir uste durmaqdan dizlerinin qapaqlari doyenek olan usaqlara yazigin geldi hazirliq kurslari acdin Men Sende Derjavini Karamzini Cernisevskini Puskini Tolstoyu Lermontovu Krilovu Turgenevi oxudum Onlardan oyrendim L Tolstoyun mekteb ve dersliyine maragim artdi Ne olaydi omur aman vereydi oyrendiklerimi xalqima catdiraydim Tiflisde vaxti ile Qori seminariyasini bitirenlerin sexsi isleri saxlanan muzeyde Haci Kerim Saniliya mexsus qovluq vardir Hemin qovluqda Saniliya mexsus bir sira senedlerle yanasi xasiyyetnameler ve seminariyani muveffeqiyyetle bitirmesi haqqinda sehadetname de saxlanilir FealiyyetiPedaqoji fealiyyeti Haci Kerim Sanili Zaqafqaziya Muellimler Seminariyasinin Azerbaycan sobesini bitirdikden sonra dogma kendi Caylida mekteb acib rus dilinden ders demek isteyir Buna gore kendin koxasi Mesedi Mehemmede muraciet ederek ondan bina isteyir Lakin koxa ona mekteb binasi vermir Mecburiyyet qarsisnida qalan Sanili Gence quberniyasinin Zengezur qezasina teyinat yerine gedib muellim isleyir O teyinat yerine Zengezur qezasinin Xacmaz kendine gederek muellimlik pesesi ile mesgul olur Qizlarin tehsile celb edilmesi Haci Kerim Sanilinin en boyuk arzularindan biri olmusdur O bu meqsedle islediyi Xacmaz kendinde ve ona yaxin erazilerde savadsizligi tam aradan qaldirmaq meqsedile qizlar mektebi acmaq istemis lakin yerli ruhanilerin muqavimetine rast gelmisdir Buna gore muellimi oldurmek istemis gece iken uc nefer evine hucum etmisdir Arzusunu heyata kecire bilmeyen pedaqoq mecbur olub seherisi gun hemin kendden ayrilmisdir O 1902 1904 cu illerde Gence seher rus muselman mektebinde muellim ileyir Daha sonra 1904 cu ilde Cayliya qayidir Olduqca agir maddi ehtiyac icinde yasayan sair nehayet 1905 ci ilde Poylu kend mektebine muellim teyin edilir Bir ilden sonra Dag Kesemen 4 illik mektebinde mudir vezifesini icra edir Orada isleyerken Cayli kendinden 17 neferi mektebe qebul edir Sanili Dag Kesemen mektebinde mudir oldugu zaman Qayibov Haci Kerim Sanili haqqinda Qafqaz canisinliyine inqilabi isle mesgul olmasi haqqinda melumat verir Belelikle onun evinde axtaris aparilir Lakin dovlet eleyhine hec bir sened tapilmir Mekteb de esasli suretde yoxlanilir Ancaq buna baxmayaraq onu hebs edirler Alti ay Tiflisde hebsde qalan Sanili elde subut olmadigindan azad olunur ve is yerine qayidir Haci Kerim Sanili savadli neslin formalasmasi ucun cox isler gormusdur Bele ki 1905 ci ilde Qazax qezasinin ayri ayri kendlerinde yeddi mekteb binasinin tikilmesi haqqinda tertib olunmus layiheni cara tesdiq etdiren hemin binalarin tikintisine lazimi qeder maliyye vesaiti buraxilmasina qol cekdiren icaze alan mehz Haci Kerim Sanili olmusdur Layiheye esasen hemin binalardan birinin Cayli kendinde tikilmesi nezerde tutulmusdu Lakin yerli adamlardan hec kim qiyib oz torpagini vermir Bunu esiden emisi oglu Mehemmed Haci Kerime deyir ki senin xetrine men oz torpagimdan 1 5 hektar yer ayiriram gel mektebi tikdir Hemin tikili 1924 cu ilden 1989 cu iledek Cayli 1 sayli orta mektebi kimi fealiyyet gosterib Sanili 1913 cu ilde pedaqoji sahedeki xidmetlerine gore III dereceli muqeddes Stanislov ordeni ile teltif olunur O uc manat verib ordeni almir Pedaqoq cemiyyet icerisinde hormet ve nufuzuna gore ozune pul ile orden almagi layiq gormur Ancaq car manifestinden sonra ordeni ala bilir Haci Kerimin ictimai siyasi hadiselerdeki fealligi bezi dairelerde qisqancliqla qarsilanir Onu ictimai siyasi hadiselerden kenarlasdirmaq ucun 1910 cu ilin iyun ayinda Qafqaz Tehsil Dairesi direktorunun gonderisi ile Sankt Peterburq Muellimler Institutunun nezdinde acilmis el emeyi kursuna ezam olunur Orada oxudugu illerde Haci Kerim rus inqilabcilari Belinski ve Cernisevski ile yaxindan tanis olur Bu tanisliq ve Peterburq heyati Sanilinin sonralar ictimai siyasi cehetden formalasmasinda vetenperverlik ruhunun yukselmesinde muhum rol oynayir Kursu basa vurduqdan sonra Qazaxa qayidan Sanili ne qeder cehd gosterse de onu muellim islemeye qoymurlar Cetinlikle de olsa 1915 ci ilde Qazax seminariyasinda muveqqeti olaraq qrafika inceseneti muelliminin komekcisi teyin olunur 1917 ci ilde carizmin devrilmesi ile elaqedar yaranan elverisli meqamdan uzaqgorenlikle istifade eden Firidun bey Kocerli Zaqafqaziya Qori Muellimler Seminariyasinin Azerbaycan sobesini Genceye kocurmek qerarina gelir Lakin Gencenin yol uzaqligindan ehtiyat eden Firidun bey meseleni tecili hell etmek ucun 1918 ci ilde Qazax qeza qubernatoru Haci Kerim Saniliya muraciet edir ve Qori Seminariyasinin Azerbaycan sobesinin Qazaxda yerlesdirilmesi ucun bina isteyir Haci Kerim Qazaxin meshur xeyriyyecilerinden olan Mesedi Ibrahimin komekliyi ile bina tesis edir Hec bir tehsili ve savadi olmayan ancaq elme maarife onem veren Mesedi Ibrahim bir iranli tacirin Qazaxin merkezinde satisa qoydugu 17 otaqdan ibaret yarasiqli mulku 150 qizil pula alib Firidun bey Kocerliye bagislayir Bu haqda akademik Bekir Nebiyev qeyd etmisdir 1918 ci ilde Zaqafqaziyada veziyyetin agirligi neticesinde Qori seminariyasi artiq evvelki resmiyyetini itirir gunlerle ders kecilmir ona gore Kocerli uzun illerden beri ugrunda calisdigi meqsedine nail olmaq ucun ciddi emeli ise kecir 1918 ci ilin sentyabr ayinda seminariyanin Azerbaycan bolmesinin tedris levazimati ve avadanligi Qazaxa kocurulur 1918 ci ilde veziyyetle elaqedar Qazaxla Gence arasinda elaqe kesildiyi ucun F Kocerlinin Qori muellimler seminariyasinin Azerbaycan sobesinin materiallarini getirdiyi qatar Agstafa stansiyasinda dayanir F Kocerli Saniliya muraciet etmeli olur Firudun beyin teklifini memnuniyyetle qebul edib derhal on iki araba teskil etdirib seminariyanin levazimatini Qazaxa getirdib Mesedi Ibrahimin binasinda yerlesdirir ve ona ciddi nezaret etmekle maddi yardim da edir Seminariyanin yerlesmesinden bir nece gun sonra onu geri qaytarmaq ucun canisinlikden uc nefer numayende gelir Bir saatdan artiq sohbetden sonra raziliq elde edilerek onlar hormetle yola salinir Belelikle 1918 ci ilde F Kocerlinin xahisi ile H K Sanili Qori muellimler seminariyasinin Azerbaycan bolmesini Qazaxda yerlesdirdi Haci Kerim Sanili tekce muellimlikle mesgul olmamisdir Onun hem de pedaqogika tarixinde boyuk xidmetlerinden biri de yuksek keyfiyyetli derslikler yazmaq olmusdur O 1920 ci illerde latin qrafikali yeni elifbanin yaradilmasinda feal istirak etmis Elifba Boyukler ucun elifba 1924 E Seyidovla birge Turk elifbasi 1927 Ucuncu il 1927 tekrar nesrleri 1929 1930 Turk elifbasi 1930 ve s dersliklerini tertib etmisdir Rus fransiz ve fars dillerini mukemmel bilen Haci Kerim Sanili Azerbaycan Xalq Cumhuriyyeti suqut etdikden sonra da muellimlik kimi fealiyyetini davam etdirmisdir Bele ki 1922 ci ilde N Nerimanovun teklifi ile Bakiya kocub 1922 ci ilin mayindan 1924 cu ilin sonuna kimi Yeni Turk Elifba Komitesinde Ferhad Agazade Bekir Cobanzade Xudadat Melikaslanov Mirze Cabbar Mehemmedzade Huseyn Israfilbeyov Mirze Huseyn Camalzade Veli Xuluflu Idris Hesenli Hesenov Mensur Qurbanzade ile birge calisib savadsizligi legvetme kurslarinda ders demisdir Haci Kerim Sanili hemcinin sovet dovrunde bir sira mesul vezifelerde calismisdir O 1933 1935 ci illerde Azerbaycan Istehlak Kooperasiya Institutunda 1933 1936 ci illerde Sovet Ticareti Institutunun nezdindeki isci fakultesinde muellim 1936 1937 ci illerde ise paytaxtin 25 sayli orta mektebinde rus dili muellimi Yeni kend jurnalinin mesul katibi Azerbaycan Kooperativ mektebleri birliyinde ders hisse mudiri Bakida Kend Teserrufati Institutunda Azerbaycan Senaye Institutunda Politexnik Institutunda Azerbaycan Dovlet Elmi tedqiqat Institutunda elmi isci ve Baki xalq maarifi sobesinde inspektor islemisdir Ictimai siyasi fealiyyeyti Haci Kerim Sanili maarifcilikle yanasi ictimai siyasi islerde de fealliq gostermisdir O 1905 ci ilde siyasi fealiyyete baslamis ve hemin ilde Difai teskilatina uzv olmusdur Dag Kesemen mektebinde islediyi vaxtlarda Sanili ictimai siyasi fealiyyetini daha da guclendirerek kendlilerin huququnu mudafieye etmis yeniliye ve tereqqiye cagiran muxtelif cixislarda istirak etmisdir Butun bunlar yerli xefiyye idaresinin gozunden yayinmamis ve Sanili 1906 ci ilde hebs edilmisdir Bu dovrun ziyalilarinin keskin etirazina sebeb olmus onlar Sanilini mudafieye qalxmislar Bu barede Firidun bey Kocerli Irsad qezetinde El ucun aglayan gozden olar meqalesi ile cixis ederek yazmisdir Paxil ve hesed ve iftira sebebile nahaq ve bicerm mehbus olanlar hem Qazax mahalinda cenab Agabey Qiyasbeyov ve muellim H K Saniyevdir Bunlari gudaza veren ancaq icimizden toreyen xaricmeslek murtedler olubdur ki divanbeyinin ve uyezd nacalnikinin etrafinda quyruqlarini bulayib deyanet ve rezaletleri uzunden millet xadimlerini bad fenaya vermeyi ozlerine boyuk huner ve qerez bilirler Irsad qezeti 10 aprel 1906 Hebsden azad olunduqdan sonra da Sanili inqilabi fealiyyetini dayandirmamis Mudafie teskilatina uzv olub hemin partiyanin teskilatcilarindan birine cevrilmisdir O partiyanin muracietnamesinin cap olunmasinda kutleler arasinda yayilmasi ucun calismisdir Bundan qorxuya dusen hakim daireler defelerle onu Qazaxdan uzaqlasdirmaga calismisdir Olkesini mustemlekecilik buxovundan qurtarmaq milletini savadli ve elmli etmek ucun mubarize aparan Sanili ona olunan bu teklifi qebul etmemisdir Haci Kerim Sanili 1907 ci il fevralin 9 da yerli ehali terefinden secilen numayende kimi Bakiya gelmis Xeyriyye cemiyyeti nde olmus ve yoxsullara imkansizlara maddi yardim gosterilmesi ucun elinden geleni esirgememisdir 1917 ci ilde carizmin devrilmesi ile elaqedar ictimai siyasi hadiselerin tesiri Qazaxda da hiss olunurdu Sanili 1917 ci ilde Tiflis hummetcilerine qosularaq Tiflis mensevik Hummet teskilatinin feal uzvlerinden biri olmusdur O kendlileri mubarizeye cagirir kutlelerin numayisinde istirak edir yigincaq ve mitinqlerde nitqler soyleyirdi 1918 ci ilde Qazaxdaki kendli usyanlari tedricen ciddi mutesekkil inqilabi herekata cevrilir Bu zaman Qazax qezasinin idare edilmesi Haci Kerim Saniliya tapsirilmis ve o 1918 ci ilde Qazax qezasinin general qubernatoru olmusdur 1918 ci ilin noyabrinda Tiflis mensevik hummetcileri oz numayendelerinin Bakiya Musavat partiyasinin parlamentine yola salirlar Hemin numayendeler icerisinde S Agamalioglu E Qarayev E Pepinov kimi pesekar inqilabcilarla yanasi Sanili da var idi Haci Kerim 1918 ci ilin noyabrinda Tiflis Hummet partiyasindan Azerbaycan Xalq Cumhuriyyeti Parlamentine secilmisdir O sosialistler fraksiyasinin sorgu komissiyasinin uzvu olmusdur Azerbaycanda Sovet hakimiyyeti qurulduqdan sonra Sanili iki il Qazax qezasinin xalq hakimi vezifesinde calismisdir O hemcinin Qazax seminariyasina maliyye vesaiti ayrilmasindan otru parlamentin iclaslarinda mesele qaldirmis ve buna nail olmusdur AilesiHaci Kerim Sanilinin ilk evliliyi Qazax qazisinin qizi Xuraman xanimla olmusdur Onlarin Islam adli ilk ovladlari 1910 cu ilde dunyaya gelmisdir Bundan basqa Zekiyye Behram ve Letif adli ovladlari da olmusdur Islam 15 yasinda ve Zekiyye o dovrde genis yayilmis Xalyareya xesteliyinden genc yaslarinda vefat edirler Xuraman xanim da hemin xestelik sebebinden dunyasini deyisir Haci Kerim Sanili daha sonra Mahi Menzar xanimla evlenmisdir YaradiciligiHaci Kerim Sanili edebi yaradiciliga 40 yasinda baslamisdir Onun imzasina metbuat sehifelerinde yalniz 1918 ci ilden sonra tesaduf olunur O son derece murekkeb agir ve ziddiyyetli yaradiciliq yolu kecmisdir Edib eserlerini sade anlasiqli xalq dilinde yazmisdir Haci Kerim Sanili asiq meclislerinde xalq ruhunda boyumusdur Bu da onun yaradiciligina tesirsiz otusmemisdir Sairin seir ve poemalarinda hemcinin pyesinde sifahi xalq edebiyyati eneneleri muhum yer tutur Dovrun inqilabi deyismelerine boyuk inam besleyen Sanili xalqin heyat ve mubarizesinden maraqli movzular alaraq onlari oz eserlerinde gunun teleblerine uygun bir sekilde isiqlandirmaga calismisdir Edibin muxtelif movzularda yazilmis bir cox meqaleleri ve Qara bey adli kicik pyesi var Sair bu eserle sehne eseri sahesinde de qelemini sinamisdir Ehmed Cavadin Azerbaycan seirinin Haci Kerim Saniliya aid oldugu da iddia edilir Poemalari XX esrde Azerbaycan edebiyyatinda ilk tarixi poema janrinin esasini Haci Kerim Sanili qoymusdur O Aran kocu Namus davasi Zulmun sonu Novruz ve Gulara Turut qacaqlari poemasinin muellifidir Sairin ilk poemasi olan Aran kocu 1924 cu ilde cap olunmusdur Bu eserin movzusu kendlilerin aran yaylaq meiseti ile bagli heyatindan goturulmusdur Aran kocu o zamanki Azerbaycan poeziyasinda oz forma ve yazilis terzine gore yeni idi Azerbaycan xalqinin uzun esrlerin sinagindan cixmis milli adet ve eneneleri Aran kocu poemasinda eks olunmusdur 1927 ci ilde yazdigi Namus davasi poemasinda XIX esrin ortalarindan baslayaraq feodal mulkiyyeti ve imtiyazliginin getdikce quvvetlenib nufuzlu xanliqlar formasinda tesis olundugu konkret bir dovrden danisilir Sanilinin Zulmun sonu 1927 poemasinda istismar dunyasinin haqsizliqlari aci rezaletleri boyuk bir nifretle eks olunmusdur Sairin Zulmun sonu poemasi dovri metbuat sehifelerinde Serq qadini Maarif ve medeniyyet Yeni kend Kendli qezetesi Yeni yol Kommunist ve s jurnal ve qezetlerde cap olunmusdur Hemcinin 1927 ci ilde qeleme aldigi Oktyabr alovlari adli almanaxda nesr olunan Novruz ve Gulara poemasinda her iki gencin ferehsiz usaqliq illeri sonraki heyatlari mufessel tesvir olunmusdu Sairin son poemasi olan Turut qacaqlari 1935 ister ideya isterse de senetkarliq baximindan onun poetik yaradiciliginin tekamulu sayilir Bu poemanin bu qeder quvvetli olmasi onunla izah olunur ki Sanili Seki qezasinda muellimlik etdiyi zamanlar qacaqlarin heyatini psixologiyasini derinden oyrenmisdi Seirleri Haci Kerim Sanili Mugan Teze mahni Azerbaycan xalqina Ekinciler Ressam Ezim Ezimzade Elm ocaqlari ve s kimi seirlerin muellifidir Sairin seirlerinde ereb fars ve diger dillerden kecme sozlere rast gelinmir Dil meselesine cox ciddi yanasan edib 1934 cu ilde Azerbaycan yazicilarinin I qurultayinda bu movzu ile elaqedar cixis ederken oz dilini beyenmeyib ozge dilde danisanlara bu cur muraciet etmisdir Bundan sonra teze yollar acilar Bu yollara elvan cicek sacilar Ozge sive ozge sozden qacilar Daha bir de biz uymariq her yada Sairin fikrini basa dusmeyenler 1934 cu ilde Azerbaycan Yazicilar Ittifaqinin I qurultayinda Huseyn Cavidle Ehmed Cavadla beraber Haci Kerim Sanilini da topa tufenge tuturlar Sanilinin yalniz dovri metbuat sehifelerinde Serq qadini Maarif ve medeniyyet Yeni kend Kendli qezetesi Yeni yol Kommunist ve s jurnal ve qezetlerde cap olunmusdur Usaqlar ucun seirler Deli okuz It ve sican Quscigaz Suurlu qarga Saqqa qusu It ve pisik Kirpi Sican Dolasa Oxlu kirpi Leylek Meymun ve ilan Bagim Bostanim Bicin Yaz isleri Payiz isleri Payizin ortasi Yay Qis Salamatliq Bag Sunbul Kitablari Haci Kerim Sanilinin ilk kitabi olan Canavarlar hokumeti 1918 ci ilde nesr edilmisdir Azerbaycan Xalq Cumhuriyyeti zamaninda 1919 cu ilde Bakida Novruz metbeesi terefinden Yeni serqiler kitabi cap edilmisdir Bundan sonra 1927 ci ilde uc kitabi Kendimiz ve Aran kocu Namus davasi Zulmun sonu ve 1935 ve 1964 cu ilde Turud qacaqlari 1993 cu ilde ise Secilmis eserleri seir kitablari nesr edilmisdir Habele Sanilinin M F Axundzade adina Respublika Milli Kitabxanasinin arxivinde Yeni serqiler adli kitabinin sureti saxlanilir Hemin kitab 1919 cu ilde AXC parlamentinin uzvu oldugu dovrde cap olunumsdur O kitabcani Azerbaycan asiqlerine ithaf etmisdir Haci Kerim Sanili ozunu Yeni Serqiler in yazani ve cap edeni olaraq Azerbaycan parlamentinin uzvu Haci Kerim Sanili olaraq teqdim etmisdir Yazarlarin bezen Mahnilar adiyla teqdim etdikleri bu topluda muellifin 14 seiri toplanib Ikinci seir Buradaki butun seirlerin hamisi xalq yaradiciligi uslubundadir Kitabca Elektrik Novruz metbeesinde cap olunmusdur Maarifperver sair metodist pedaqoq Haci Kerim Sanili Eli Mehzunla birge usaqlar ucun Meymun ve ilan menzumesini yazmisdir Doqquz sehifeden ibaret olan bu kitabca 1929 cu ilde Baki seherinde Azernesrde nesr olunmusdur Kitabcaya sekkiz usaq eseri daxildir Onlardan dordu Haci Kerim Sanilinin qeleminin mehsuludur Qadin azadligi meselesiHeyatin muxtelif sahelerine muraciet eden Sanilinin poeziyasinda qadin azadligi movzusu da aparici yerlerden birini tutur Bu movzuda yazdigi seirlerin coxunu 1927 1928 ci illerde Serq qadini jurnalinda derc etdirmisdir Xos gelir Evdar qadinlara Qadinlar gunu Kend qizi Cadra esirleri Zerbeci qizlar ve s bu kimi seirlerin her birinde sair qadina cemiyyetin beraberhuquqlu vetendasi kimi baxmisdir Prof Bekir Cobanzade onun yaradiciligini yuksek qimetlendirerek yazmisdir Azerbaycan edebiyyatinin yeni dovru Baki 1930 s 48 Sanilinin eserleri indiye kimi behs etdiyimiz yeni asiq edebiyyatinin zirvesidir Repressiya edilmesiHaci Kerim Sanilini 1937 ci il iyunun 3 de Huseyn Cavid Ehmed Cavad Mikayil Musfiq ve Veli Xulufludan bir gun qabaq hebs edirler Edib oz yasadigi evde hebs edilir O hemin illerde Baki seheri Fuzuli kucesinde yasayirdi Edibe qolcomaq burjua yazicisi xalq dusmeni damgasi vurulur NKVD nin 1 ci sobesinin tehlukesizlik leytenanti Klimentic 12493 li istintaq isinin materiallarina esaslanaraq hec bir partiyanin uzvu olmayan Haci Kerim Sanilinin eks inqilabi milletci teskilatinda fealiyyet gosterdiyini mueyyenlesdirir ve vetene xeyanet maddeleri ile hebs edir Istintaq isine esasen 4 cu sobenin reisi tehlukesizlik uzre kapitan Kinmanla razilasdirilan ve qebul edilen qerar Xalq Daxili Isler Komissari Sumbatov terefinden tesdiq olunur Onu sovet isgalina qarsi mubarize aparan Ezrayil firqesi ne uzv olmaqda ve muhaciretde mubarize aparan Mehemmed Emin Resulzade ile elaqe saxlamaqda ittiham edirler Haci Kerim Sanili haqqinda qaldirilan cinayet isinin qerarinda qeyd olunumusdur Qolcomaq ailesinden olan Haci Kerim Sanili Azerbaycanin sovetlesmesi zamani Ezrail firqesi adli teskilat yaratmisdir Hazirda Ticaret ve Kooperasiya Institutunun muellimi olan sair yazici Azerbaycan tehlukesizlik iscilerinin nezer diqqetini celb etmisdir Istintaq sorgu protokollarindan melum olur ki ister carizm dovrunde ister Cumhuriyyet zamaninda isterse de Azerbaycanda sovet hakimiyyeti qurulandan sonra Haci Kerim Sanili xalqinin azadligi veteninin musteqilliyi milletinin savadlanmasi ugrunda mubarizelerde feal istirakini tesdiq etmisdir Haci Kerim Saniliya zindanda cox ezab verilirdi O NKVD zirzemisinde gunde bir nece defe doyulub tehqir olunurdu Edib hebs olunarken Azerbaycan Yazicilari Ittifaqi bu meseleye munasibetini bildirir Hemin fikirleri 9 iyun 1937 ci ilde Edebiyyat qezeti nde cap etmisdir Sovet Yazicilar Ittifaqinda Sovet edebiyyatini ve onun esasini dagitmaga calisan Y V Cemenzeminli H K Sanili H Cavid M Musfiq A Musaxanli S Huseyn kimi dusmenlere yer yoxdur Iki aya yaxin NKVD zirzemilerinde ezab ve isgencelere meruz qalan Haci Kerim Sanili mehkemesiz olum kamerasinda ezab ve isgencelere tab getirmeyerek guya urek catismazligindan dunyasini deyisir Diger bir menbe de ise gullelenme cezasina meruz qaldigi gosterilir Repressiyaya meruza qalan diger sexsiyyetler kimi Haci Kerim Sanilinin da qebri melum deyildir Aile uzvlerinin sonraki taleyiSairin ovladlarindan iki oglu Letif ve Behram qalmisdir Her ikisi Azerbaycan Neft Kimya Institutunda tehsillerini yenice tamamlamisdilar ki Haci Kerim Sanili hebs edildi Sairin ovladlari Behram ve Letif Azerbaycani terk etdiler ve bir daha vetene qayitmadilar Oglanlari teqib edileceklerinden cekinerek Moskva seherine kocduler Orada islediler 1941 ci ilin muharibesinde her ikisi herbi xidmete getdi Kicik oglu Letif muharibeden qayitmadi Boyuk oglu Behram ise cebheden qayidib yene de Moskvada yasadi Behram Saniyev Qirmizi Emek Bayragi ordeni ile teltif edilmisdir O Moskvada aile qurdu Kamal adli oglu Ezize adli qizi dunyaya geldi Saniyev Kamal fizika elmleri doktorudur Ezize ise ali tehsillidir Her ikisi ailelidir ve Moskavada yasayirlar Haci Kerim Sanilinin heyat yoldasi Mahi Menzer xanim ise beraetden sonra heyat yoldasinin sexsi arxivini Azerbaycan Respublikasinin Merkezi Dovlet Edebiyyat ve Incesenet Arxivine teqdim etmisdir Xarici kecidlerVikimenbede Muellif Haci Kerim Sanili ile elaqeli melumatlar var Istinadlar Haci Kerim Sanili az ens az 10 may 2019 tarixinde Rehman Salmanli Olum kamerasinda ureyi dayanan sair az anl az 30 aprel 2017 tarixinde Meherremova K Sanili dunyasi Baki Elm tehsil 2015 108 H K Sanili Secilmis eserleri Baki Baki Universiteti Nesriyyati 1993 260 ISBN 5 8025 0059 X Nesiman Yaqublu Azerbaycan Milli Azadliq Herekati Ensiklopediyasi Baki Qanun Nesriyyati 2018 seh 97 ISBN 978 9952 36 521 4