Hacı Səlim Axundzadə (tam adı: Hacı Mirzə Səlim Mirzə İsmayıl Qasir oğlu Axundzadə; 1872, Lənkəran, Lənkəran qəzası – 15 dekabr 1930, Ənzəli, Gilan ostanı) – ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü.
Hacı Səlim Axundzadə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1872 |
Doğum yeri | |
Vəfat tarixi | 15 dekabr 1930 |
Vəfat yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Hacı Səlim Axundzadə 1872-ci ildə Lənkəran şəhərində dünyaya gəlib. Hacı Mirzə Səlim ilk təhsilini atasının dərs dədiyi məktəbdə alır. O, atasın Mirzə İsmayıl Qasirin 1805–1900-cu illərdə açdığı "Üsuli-cədid"də fars və ərəb dillərini öyrənəndən sonra o dövrdə Lənkəranda fəaliyyət göstərən rus gimnaziyasına daxil olur. Sonra dini təhsil almaq məqsədilə Ərdəbil, Zəncan və Nəcəf şəhərlərinə gedir və ilahiyyat elmlərinə yiyələnir. Onun bu təhsili düz 8 il davam edir. Aprel işğalından (1920) İranın Ənzəli şəhərinə köçmüş, orada hökumət məktəbində şəriətdən dərs demişdi. Hacı Mirzə Səlim Axundzadə 1930-cu il dekabrın 15-də, 58 yaşında vəfat edir. Onu Ənzəlidə torpağa tapşırırlar.
Ailəsi
Hacı Səlim Axundzadə 42 yaşında evlənəndən sonra Ayişə və Cəmilə adında iki qız övladı dünyaya gəlir. Hələ Vətəndə olarkən başı siyasi qovğalara qarışan Hacı Səlim ailə qayğıları ilə düz əməlli məşğul ola bilmir. Atası mühacirətə gedəndən bir il sonra Ayişə atasızlığa dözə bilməyib dünyasını dəyişir. İki il sonra – 1923-cü ildə Axundzadənin ikinci qız övladı – Cəmilə vəfat edir.
Öz doğma yurdunda qərib kimi yaşamaq məcburiyyətində qalan Axundzadələr zamanın sərt sınaqları ilə üz-üzə qalır. Təqiblər, təhqirlər, repressiyalar bu nəslin nümayəndələrini cana doyurur. Ərinin bir daha Vətənə dönə bilməyəcəyini anlayan Mirzə Səlimin ömür-gün yoldaşı onun dalınca İrana qaçmağa qərar verir.
1924-cü ildə Hacı Səlim Axundzadənin qaynı Məşədi Tağı bəy öz bacısını Lerik yolu ilə onun yanına Ərdəbilə aparır. Amma belə bir cəsarətli addım ona həyatı bahasına başa gəlir. Məşədi Tağı bəy Lənkərana qayıdan kimi onu həbs edirlər. Sorğu-sual o qədər də uzun çəkmir. Onu gedər-gəlməzə – Sibirə sürgün edirlər və doğma vətənə qayıtmaq ona bir daha nəsib olmur. O, elə Sibirdəcə vəfat edir.
1927-ci ildə Hacı Səlim Axundzadənin İşıq (Rövşən), 1930-cu ildə isə Zahir adlı oğlanları dünyaya gəlir. Zahir dünyaya gələndə Hacı Səlim Axundzadənin 58 yaşı vardı və çox keçmir ki, o, vəfat edir.
Atası
Atası Mirzə İsmayıl Qasir (1805–1900) öz dövrünün tanınmış şairi və görkəmli maarifçisi idi. O Şirvandan Lənkərana köçəndən sonra "Üsuli-cədid" məktəbi yaradaraq, maarifçiliklə məşğul olmuşdur.
Fəaliyyəti
Türkiyə və bir sıra Avropa ölkələrinə uzun müddətli səyahətə gedən Axundzadə Vətənə qayıdandan sonra şəhər polis idarəsində sonralar isə mülkədar Əskər xan Talışinskinin yanında katib işləmiş, 1911–1916-cı illərdə isə Lənkəran şəhər gimnaziyasında islam dini və şəriət dərsləri ilə yanaşı fransız dilindən də dərs deyir.
Siyasi fəaliyyəti
Hacı Səlim Axundzadə 1916-cı ildə yenidən Türkiyəyə səyahət edir, Rusiyada fevral burjua demokratik inqilabı baş verəndən dörd ay sonra Lənkərana qayıdır. "Türk Ədəmi-Mərkəziyyət "Müsavat" partiyasına daxil olmuşdur. Partiyanın birinci qurultayında (1917, 26–31 oktyabr) iştirak etmiş, Zaqafqaziya komissarlığında fəaliyyət göstərmiş, Zaqafqaziya seyminin Müsəlman fraksiyasının üzvü olmuşdur. Axundzadə Azərbaycan Milli Şurasının üzvü idi. 1918-ci ildə daşnak cəlladı Andronik Zəngəzurda azərbaycanlı əhalini amansızcasına qətlə yetirdikdə, Axundzadə mahalın erməni quldurlarında təmizlənməsində önəmli fəaliyyət göstərmişdi. Axundzdə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilmiş, Müsavat Partiyasının ikinci qurultayında (1919, 2–11 dekabr) yaxından iştirak etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda və Azərbaycanın digər bölgələrində həyata keçirilən mədəni-maarif tədbirlərinin təşkilatçılarından olmuşdur. Axundzadə Azərbaycan Milli Şuranın üzvü kimi "İstiqlal bəyannaməsi"nin imzalanmasında iştirak edib.
Hər yerdə olduğu kimi Cənubda da fevral inqilabının təsirilə ictimai-siyasi canlanma başlayır, yerli, məhəlli icraiyyə komitələri yaradılır. Bu təşkilatlar yerlərdə asayişi təmin etmək, xaos və qarmaqarışıqlığı aradan qaldırmaq məqsədilə fəaliyyət göstərirlər.
1918-ci il yanvarın 9-da Bakıdan teleqram göndərib, bir nəfər rus dili bilən lənkəranlının da Tiflisə gedib erməni və gürcülərlə birlikdə "Seym"in işində iştirak edəcəyini bildirirlər. Çox illər sonra qürbətdə yaşayan 58 yaşlı Hacı Səlim Axundzadə bu hadisəni belə xatırlayacaq:
"Mən təklif etdim ki, Ağa Məhəmmədəli getsin. Lakin təşkilatın üzvləri mənim getməyimi məsləhət gördülər. 1918-ci il yanvarın 10-da Bakıya gəlib "Açıq söz" idarəsinə getdim və "Xeyriyyə"də sakin oldum. |
Məhəmməd Əmin Rəsulzadə məni görcək ehtiram göstərdi. Həmin gün axşam saat 8-də Bakıdan qatarla Tiflisə yola çıxdıq. Heyyətimizdən adları yadımda qalan yoldaşlarım bunlar idi: Məhəmməd Əmin Rəsulzadə, Xəlil bəy Xasməmmədov, Məhəmmədhəsən bəy Hacınski, Mehdi bəy Hacıbababəyov, Cavad bəy Məlikyeqanov, Mehdi bəy Mustafabəyov, Mahmudov, Məmməd Yusif Cəfərov, Fətəli xan Xoyski, doktor Həsən bəy Ağayev və İslam bəy Qəbulzadə. Gəncədə Nəsib bəy Yusifbəyli vaqona minib bizə qatıldı. "İttihat" firqəsindən Sultan Məcid Qənizadə, doktor Miryaqub və Həybətqulu bəy də bizimlə idi. Qatar yavaş-yavaş hərəkət edirdi. Hər Bir münasib yerdə dayanıb bura toplaşan camaat üçün müvafiq nitqlər edilirdi… Yanvarın 12-də günorta vaxtı Tiflisə varid olduq…"
Türk qoşunlarının Azərbaycana gəlişi ilə də bağlı Axundzadənin xatirələrində bir sıra maraqlı bilgilər var. Belə ki, türk qoşunu Batuma yaxınlaşanda almanlar gürcüləri öyrədirdilər ki, türkləri Batumdan keçməyə qoymasınlar. Buna görə də, Nuru paşa yolu dəyişib başqa tərəfdən Gəncəyə gəldi. Bununla da Qafqaz müsəlman əhlinə böyük bir qüvvə hasil oldu. Sonra Gəncədən 4 min türk əsgəri Hacı Mirzə Səlim Axund Axundzadənin nümayəndələri ilə Zəngəzura tərəf hərəkət edir ki, orada ermənilərin mühasirəsində olan azərbaycanlıları azad etsin. Və buna nail olurlar. Odur ki, sonralar Zəngəzur camaatı Hacı Mirzə Səlim Axundzadəni Azərbaycan Cümhuriyyəti parlamentinə deputat seçmişdi.
Mühacir həyatı
1920-ci ilin aprel işğalından sonra, o dövrün görkəmli siyasi xadimləri, hökumət üzvləri kimi Axundzadə də zorən vətəni tərk etməli olur. İrana gedir, əvvəlcə Ərdəbildə məskunlaşır, sonra Ənzəli şəhərinə köçur. Hökumət mədrəsəsində müəllimlik etməyə başlayır. Axundzadə İranda mühacirətdə olarkən "Azərbaycan torpağına türbət demişəm" adlı kitabı qələmə alıb.
Rus-bolşevik işğalından sonra digər ictimai-siyasi xadimlər kimi Axundzadə də mübarizəni dayandırmır. Şərqdə, xüsusilə yaxın müsəlman ölkələrində böyük nüfuz sahibi olan Hacı Səlim həmin ölkələrə üz tutur. Onun əsas məqsədi müsəlman dünyasından hərbi yardım almaq, Vətəni yadelli işğalçılardan xilas etmək idi. Elə bu məqsədlə də o, İrandan Əfqanıstana yollanır. Ötən əsrin 20-ci illərində Əfqanıstanda hakimiyyətdə olan rusiyameylli Əmənullaxan Hacı Səlimin bu xahişini qulaqardına vurur. Ona bu mübarizədən əl çəkməyi və Əfqanıstanda qalmağı təklif edir. Axundzadə bu təklifi qəbul etməyib, Tac-bəy sarayını tərk edir. Bir tərəfdən işğal altında olan Azərbaycan dərdi, digər tərəfdən qürbətdə doğma od-ocaq həsrəti, övlad nisgili onu əzir.
Həmçinin bax
İstinadlar
- "Azərbaycan torpağına türbət demişəm"
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, "Lider nəşriyyat", Bakı-2004, səh. 111
- "İstiqlal yolunun şanlı mücahidləri — Cümhuriyyət dövrünün dövlət və hökumət xadimləri". 2020-02-15 tarixində . İstifadə tarixi: 2019-01-11.
Xarici keçidlər
- İstiqlal Muzeyində sərgi və kitab təqdimatı keçiriləcək[ölü keçid]
- #ADR nın ICTIMAI SIYASI XADIMLERINDEN AXUNDZADE HACI SELIM
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Haci Selim Axundzade tam adi Haci Mirze Selim Mirze Ismayil Qasir oglu Axundzade 1872 Lenkeran Lenkeran qezasi 15 dekabr 1930 Enzeli Gilan ostani ictimai siyasi xadim Azerbaycan Xalq Cumhuriyyeti Parlamentinin uzvu Haci Selim AxundzadeSexsi melumatlarDogum tarixi 1872Dogum yeri Lenkeran Lenkeran qezasi Baki quberniyasi Rusiya imperiyasiVefat tarixi 15 dekabr 1930 1930 12 15 Vefat yeri Enzeli Bender Enzeli sehristani Gilan ostani Iran Vikianbarda elaqeli mediafayllarHeyatiHaci Selim Axundzade 1872 ci ilde Lenkeran seherinde dunyaya gelib Haci Mirze Selim ilk tehsilini atasinin ders dediyi mektebde alir O atasin Mirze Ismayil Qasirin 1805 1900 cu illerde acdigi Usuli cedid de fars ve ereb dillerini oyrenenden sonra o dovrde Lenkeranda fealiyyet gosteren rus gimnaziyasina daxil olur Sonra dini tehsil almaq meqsedile Erdebil Zencan ve Necef seherlerine gedir ve ilahiyyat elmlerine yiyelenir Onun bu tehsili duz 8 il davam edir Aprel isgalindan 1920 Iranin Enzeli seherine kocmus orada hokumet mektebinde serietden ders demisdi Haci Mirze Selim Axundzade 1930 cu il dekabrin 15 de 58 yasinda vefat edir Onu Enzelide torpaga tapsirirlar AilesiHaci Selim Axundzade 42 yasinda evlenenden sonra Ayise ve Cemile adinda iki qiz ovladi dunyaya gelir Hele Vetende olarken basi siyasi qovgalara qarisan Haci Selim aile qaygilari ile duz emelli mesgul ola bilmir Atasi muhacirete gedenden bir il sonra Ayise atasizliga doze bilmeyib dunyasini deyisir Iki il sonra 1923 cu ilde Axundzadenin ikinci qiz ovladi Cemile vefat edir Oz dogma yurdunda qerib kimi yasamaq mecburiyyetinde qalan Axundzadeler zamanin sert sinaqlari ile uz uze qalir Teqibler tehqirler repressiyalar bu neslin numayendelerini cana doyurur Erinin bir daha Vetene done bilmeyeceyini anlayan Mirze Selimin omur gun yoldasi onun dalinca Irana qacmaga qerar verir 1924 cu ilde Haci Selim Axundzadenin qayni Mesedi Tagi bey oz bacisini Lerik yolu ile onun yanina Erdebile aparir Amma bele bir cesaretli addim ona heyati bahasina basa gelir Mesedi Tagi bey Lenkerana qayidan kimi onu hebs edirler Sorgu sual o qeder de uzun cekmir Onu geder gelmeze Sibire surgun edirler ve dogma vetene qayitmaq ona bir daha nesib olmur O ele Sibirdece vefat edir 1927 ci ilde Haci Selim Axundzadenin Isiq Rovsen 1930 cu ilde ise Zahir adli oglanlari dunyaya gelir Zahir dunyaya gelende Haci Selim Axundzadenin 58 yasi vardi ve cox kecmir ki o vefat edir Atasi Atasi Mirze Ismayil Qasir 1805 1900 oz dovrunun taninmis sairi ve gorkemli maarifcisi idi O Sirvandan Lenkerana kocenden sonra Usuli cedid mektebi yaradaraq maarifcilikle mesgul olmusdur FealiyyetiTurkiye ve bir sira Avropa olkelerine uzun muddetli seyahete geden Axundzade Vetene qayidandan sonra seher polis idaresinde sonralar ise mulkedar Esker xan Talisinskinin yaninda katib islemis 1911 1916 ci illerde ise Lenkeran seher gimnaziyasinda islam dini ve seriet dersleri ile yanasi fransiz dilinden de ders deyir Siyasi fealiyyeti Azerbaycan parlamentinin uzvu Mirze Salim Axundzadenin vesiqesi 1918 ci il Ereb herfleriyle Azerbaycan dilinde yazilib Sehadetname Lenkeran vekili Axund Haci Mirze Selim Axundzadenin Azerbaycan Cumhuriyyeti Meclisi Mebusan ezasindan oldugu tesdiq edilir Meclisi Mebusan reisi doktor Agayev Haci Selim Axundzade 1916 ci ilde yeniden Turkiyeye seyahet edir Rusiyada fevral burjua demokratik inqilabi bas verenden dord ay sonra Lenkerana qayidir Turk Edemi Merkeziyyet Musavat partiyasina daxil olmusdur Partiyanin birinci qurultayinda 1917 26 31 oktyabr istirak etmis Zaqafqaziya komissarliginda fealiyyet gostermis Zaqafqaziya seyminin Muselman fraksiyasinin uzvu olmusdur Axundzade Azerbaycan Milli Surasinin uzvu idi 1918 ci ilde dasnak celladi Andronik Zengezurda azerbaycanli ehalini amansizcasina qetle yetirdikde Axundzade mahalin ermeni quldurlarinda temizlenmesinde onemli fealiyyet gostermisdi Axundzde Azerbaycan Xalq Cumhuriyyeti Parlamentinin uzvu secilmis Musavat Partiyasinin ikinci qurultayinda 1919 2 11 dekabr yaxindan istirak etmisdir Azerbaycan Xalq Cumhuriyyeti dovrunde Bakida ve Azerbaycanin diger bolgelerinde heyata kecirilen medeni maarif tedbirlerinin teskilatcilarindan olmusdur Axundzade Azerbaycan Milli Suranin uzvu kimi Istiqlal beyannamesi nin imzalanmasinda istirak edib Her yerde oldugu kimi Cenubda da fevral inqilabinin tesirile ictimai siyasi canlanma baslayir yerli mehelli icraiyye komiteleri yaradilir Bu teskilatlar yerlerde asayisi temin etmek xaos ve qarmaqarisiqligi aradan qaldirmaq meqsedile fealiyyet gosterirler 1918 ci il yanvarin 9 da Bakidan teleqram gonderib bir nefer rus dili bilen lenkeranlinin da Tiflise gedib ermeni ve gurculerle birlikde Seym in isinde istirak edeceyini bildirirler Cox iller sonra qurbetde yasayan 58 yasli Haci Selim Axundzade bu hadiseni bele xatirlayacaq Men teklif etdim ki Aga Mehemmedeli getsin Lakin teskilatin uzvleri menim getmeyimi meslehet gorduler 1918 ci il yanvarin 10 da Bakiya gelib Aciq soz idaresine getdim ve Xeyriyye de sakin oldum Mehemmed Emin Resulzade meni gorcek ehtiram gosterdi Hemin gun axsam saat 8 de Bakidan qatarla Tiflise yola cixdiq Heyyetimizden adlari yadimda qalan yoldaslarim bunlar idi Mehemmed Emin Resulzade Xelil bey Xasmemmedov Mehemmedhesen bey Hacinski Mehdi bey Hacibababeyov Cavad bey Melikyeqanov Mehdi bey Mustafabeyov Mahmudov Memmed Yusif Ceferov Feteli xan Xoyski doktor Hesen bey Agayev ve Islam bey Qebulzade Gencede Nesib bey Yusifbeyli vaqona minib bize qatildi Ittihat firqesinden Sultan Mecid Qenizade doktor Miryaqub ve Heybetqulu bey de bizimle idi Qatar yavas yavas hereket edirdi Her Bir munasib yerde dayanib bura toplasan camaat ucun muvafiq nitqler edilirdi Yanvarin 12 de gunorta vaxti Tiflise varid olduq Turk qosunlarinin Azerbaycana gelisi ile de bagli Axundzadenin xatirelerinde bir sira maraqli bilgiler var Bele ki turk qosunu Batuma yaxinlasanda almanlar gurculeri oyredirdiler ki turkleri Batumdan kecmeye qoymasinlar Buna gore de Nuru pasa yolu deyisib basqa terefden Genceye geldi Bununla da Qafqaz muselman ehline boyuk bir quvve hasil oldu Sonra Genceden 4 min turk esgeri Haci Mirze Selim Axund Axundzadenin numayendeleri ile Zengezura teref hereket edir ki orada ermenilerin muhasiresinde olan azerbaycanlilari azad etsin Ve buna nail olurlar Odur ki sonralar Zengezur camaati Haci Mirze Selim Axundzadeni Azerbaycan Cumhuriyyeti parlamentine deputat secmisdi Muhacir heyati1920 ci ilin aprel isgalindan sonra o dovrun gorkemli siyasi xadimleri hokumet uzvleri kimi Axundzade de zoren veteni terk etmeli olur Irana gedir evvelce Erdebilde meskunlasir sonra Enzeli seherine kocur Hokumet medresesinde muellimlik etmeye baslayir Axundzade Iranda muhaciretde olarken Azerbaycan torpagina turbet demisem adli kitabi qeleme alib Rus bolsevik isgalindan sonra diger ictimai siyasi xadimler kimi Axundzade de mubarizeni dayandirmir Serqde xususile yaxin muselman olkelerinde boyuk nufuz sahibi olan Haci Selim hemin olkelere uz tutur Onun esas meqsedi muselman dunyasindan herbi yardim almaq Veteni yadelli isgalcilardan xilas etmek idi Ele bu meqsedle de o Irandan Efqanistana yollanir Oten esrin 20 ci illerinde Efqanistanda hakimiyyetde olan rusiyameylli Emenullaxan Haci Selimin bu xahisini qulaqardina vurur Ona bu mubarizeden el cekmeyi ve Efqanistanda qalmagi teklif edir Axundzade bu teklifi qebul etmeyib Tac bey sarayini terk edir Bir terefden isgal altinda olan Azerbaycan derdi diger terefden qurbetde dogma od ocaq hesreti ovlad nisgili onu ezir Hemcinin baxVikianbarda Haci Selim Axundzade ile elaqeli mediafayllar var Azerbaycan Demokratik Respublikasi parlamentiIstinadlar Azerbaycan torpagina turbet demisem Azerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasi I cild Lider nesriyyat Baki 2004 seh 111 Istiqlal yolunun sanli mucahidleri Cumhuriyyet dovrunun dovlet ve hokumet xadimleri 2020 02 15 tarixinde Istifade tarixi 2019 01 11 Xarici kecidlerIstiqlal Muzeyinde sergi ve kitab teqdimati kecirilecek olu kecid ADR nin ICTIMAI SIYASI XADIMLERINDEN AXUNDZADE HACI SELIM