Hacı Şəhla məscidi — Bakının Balaxanı qəsəbəsində yerləşən XIV əsrə aid memarlıq abidəsi. Məscidin kitabəsində onun 1385-1386-cı illərdə Hacı Şəhla bin Şakir bin Mustafa Köşkinin sifarişi ilə Ustad memar Arif bin ustad Musa Cibal tərəfindən inşa edildiyi göstərilib.
Hacı şəhla məscidi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | Balaxanı |
Memar | Musa Cibal |
Sifarişçi | Hacı Şəhla bin Şakir bin Mustafa Köşki |
Tikilmə tarixi | 1385/86 |
Vəziyyəti | bərpa olunub |
Tipi | Mədəni |
İstinad nöm. | 127 |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Tarixi
Hacı Şəhla məscidi 1385-1386-cı illərdəŞirvanşahlar dövründə Balaxanı qəsəbəsinin qəbiristanlığında hündür bir təpənin üzərində tikilib. Məscid giriş portalı və daxili otaqdan ibarətdir. Giriş qapısının üstündə iki sətirlik kitabədə bunlar yazılıb:
"Bu imarət Hacı Şəhla bin Şakir bin Mustafa Köşkinindir. Yeddi yüz səksən yeddinci il (787-1385/86)”.
Bu kitabədən bir az solda, qapı çərçivəsindən bir az aralı yerləşən kitabədə məscidi tikən ustanın adı yazılıb. İki sətirlik bu kitabədə “Ustad Arif bin ustad Musa Cibalın işidir” yazılıb. Qeyd edək ki, üzərində olan kitabələrdə məscid imarət adlandırılıb.
1918-ci ildə erməni daşnakları tərəfindən törədilən Mart soyqırımı Balaxanı kəndində də davam edib. Kənd camaatı da məscidin yerləşdiyi təpədə səngər qazaraq düşməndən müdafiə olunublar. Bu hadisədən sonra qəsəbə sakinləri tərəfindən məscidin yerləşdiyi təpə “səngər” adlandırılıb.
Sovet işğalında
Sovet işğalından sonra rəsmi şəkildə 1928-ci ildən dinlə mübarizəyə başlanılıb. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi.
Bundan sonra məscid bağlanıb istifadəsiz qaldığına görə dağıntılara məruz qalıb.
Müstəqillikdən sonra
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
2017-ci ildə Hacı Şəhla məscidi Balaxanı qəsəbəsi sakinlərindən olan xeyriyyəçi insanların maliyyə dəstəyi ilə bərpa edilib. Təmir-bərpa işləri Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzarəti altında mütəxəssislər tərəfindən həyata keçirilib. Abidə bərpa olunarkən tarixi tikilinin divarlarında Mart soyqırımında baş tutmuş döyüşlərdən qalan güllə izləri saxlanılıb.
İstinadlar
- "Hacı Şəhla məscidi bərpa olunub". azertag.az. AzərTac. 08.01.2019. 2021-02-24 tarixində . İstifadə tarixi: 10 iyul 2019.
- Щеблыкин, И.П. Памятники Азербайджанского зодчества эпохи Низами (rus). Bakı: Изд-во АзФАН. 1943. 33. 2023-11-20 tarixində . İstifadə tarixi: 2023-11-20.
- "Hacı Şəhla məscidi bərpa olunub". medeniyyet.az (ingilis). 2023-11-20 tarixində . İstifadə tarixi: 2023-11-20.
- Arif Yunusov. Ислам в Азербайджане (PDF). Bakı: Zaman. 2004. səh. 78. ISBN . 2023-07-05 tarixində (PDF). İstifadə tarixi: 2022-12-30.
- "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2001-08-02. 2021-07-07 tarixində (PDF). İstifadə tarixi: 2023-11-02.
- "Ölkə və yerli əhəmiyyətli Memarlıq və Arxeoloji abidələr". sabunchu-ih.gov.az. 2023-11-20 tarixində . İstifadə tarixi: 2023-11-20.
- ONA.az. "Balaxanıda erməni vəhşiliyi, güllələnmiş məscid - 31 MART GERÇƏKLƏRİ - VİDEO". ONA. 2021-03-31. 2023-11-21 tarixində . İstifadə tarixi: 2023-11-20.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Haci Sehla mescidi Bakinin Balaxani qesebesinde yerlesen XIV esre aid memarliq abidesi Mescidin kitabesinde onun 1385 1386 ci illerde Haci Sehla bin Sakir bin Mustafa Koskinin sifarisi ile Ustad memar Arif bin ustad Musa Cibal terefinden insa edildiyi gosterilib Haci sehla mescidiHaci Sehla mescidi40 27 49 sm e 49 55 12 s u Olke AzerbaycanSeher BakiYerlesir BalaxaniMemar Musa CibalSifarisci Haci Sehla bin Sakir bin Mustafa KoskiTikilme tarixi 1385 86Veziyyeti berpa olunubAzerbaycandaki tarixi abidelerin milli qeydiyyatiTipiMedeniIstinad nom 127KateqoriyaMescidEhemiyyetiOlke ehemiyyetliMescidin plani Vikianbarda elaqeli mediafayllar Azerbaycan musteqilliyini yeniden berpa etdikden sonra bina Azerbaycan Respublikasi Nazirler Kabinetinin 2 avqust 2001 ci ilde verdiyi 132 nomreli qerar ile olke ehemiyyetli dasinmaz tarix ve medeniyyet abidelerinin siyahisina salinib TarixiHaci Sehla mescidi 1385 1386 ci illerdeSirvansahlar dovrunde Balaxani qesebesinin qebiristanliginda hundur bir tepenin uzerinde tikilib Mescid giris portali ve daxili otaqdan ibaretdir Giris qapisinin ustunde iki setirlik kitabede bunlar yazilib Bu imaret Haci Sehla bin Sakir bin Mustafa Koskinindir Yeddi yuz seksen yeddinci il 787 1385 86 Bu kitabeden bir az solda qapi cercivesinden bir az arali yerlesen kitabede mescidi tiken ustanin adi yazilib Iki setirlik bu kitabede Ustad Arif bin ustad Musa Cibalin isidir yazilib Qeyd edek ki uzerinde olan kitabelerde mescid imaret adlandirilib 1918 ci ilde ermeni dasnaklari terefinden toredilen Mart soyqirimi Balaxani kendinde de davam edib Kend camaati da mescidin yerlesdiyi tepede senger qazaraq dusmenden mudafie olunublar Bu hadiseden sonra qesebe sakinleri terefinden mescidin yerlesdiyi tepe senger adlandirilib Sovet isgalinda Sovet isgalindan sonra resmi sekilde 1928 ci ilden dinle mubarizeye baslanilib Hemin ilin dekabrinda Azerbaycan KP MK i bir cox mescid kilse ve sinaqoqlari maariflendirici istiqametlerde istifade ucun klublarin balansina verdi Eger 1917 ci ilde Azerbaycanda 3 000 mescid var idise 1927 ci ilde bu reqem 1 700 1933 cu ilde ise 17 idi Bundan sonra mescid baglanib istifadesiz qaldigina gore dagintilara meruz qalib Musteqillikden sonra Azerbaycan musteqilliyini yeniden berpa etdikden sonra mescid Azerbaycan Respublikasi Nazirler Kabinetinin 2 avqust 2001 ci ilde verdiyi 132 nomreli qerar ile olke ehemiyyetli dasinmaz tarix ve medeniyyet abidelerinin siyahisina salinib 2017 ci ilde Haci Sehla mescidi Balaxani qesebesi sakinlerinden olan xeyriyyeci insanlarin maliyye desteyi ile berpa edilib Temir berpa isleri Medeniyyet Nazirliyi yaninda Medeni Irsin Qorunmasi Inkisafi ve Berpasi uzre Dovlet Xidmetinin nezareti altinda mutexessisler terefinden heyata kecirilib Abide berpa olunarken tarixi tikilinin divarlarinda Mart soyqiriminda bas tutmus doyuslerden qalan gulle izleri saxlanilib Istinadlar Haci Sehla mescidi berpa olunub azertag az AzerTac 08 01 2019 2021 02 24 tarixinde Istifade tarixi 10 iyul 2019 Sheblykin I P Pamyatniki Azerbajdzhanskogo zodchestva epohi Nizami rus Baki Izd vo AzFAN 1943 33 2023 11 20 tarixinde Istifade tarixi 2023 11 20 Haci Sehla mescidi berpa olunub medeniyyet az ingilis 2023 11 20 tarixinde Istifade tarixi 2023 11 20 Arif Yunusov Islam v Azerbajdzhane PDF Baki Zaman 2004 seh 78 ISBN 9952 8052 0 9 2023 07 05 tarixinde PDF Istifade tarixi 2022 12 30 Azerbaycan Respublikasi Nazirler Kabinetinin 2001 ci il 2 avqust Tarixli 132 nomreli qerari ile tesdiq edilmisdir PDF az mct gov az 2001 08 02 2021 07 07 tarixinde PDF Istifade tarixi 2023 11 02 Olke ve yerli ehemiyyetli Memarliq ve Arxeoloji abideler sabunchu ih gov az 2023 11 20 tarixinde Istifade tarixi 2023 11 20 ONA az Balaxanida ermeni vehsiliyi gullelenmis mescid 31 MART GERCEKLERI VIDEO ONA 2021 03 31 2023 11 21 tarixinde Istifade tarixi 2023 11 20