Müstəqillik Günü və ya köhnə adı ilə Respublika Günü — 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 1990-cı ildən Respublika günü dövlət bayramı kimi qeyd edilir. 15 oktyabr 2021-ci ildən Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü olmuşdur.
Tarix
1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində çar devrildi. Bununla da Rusiyada monarxiyaya son qoyuldu. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Məhəmməd Əmin Rəsulzadənin başçılığı altında Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur.
Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.
Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski idi. Milli Şura 10 gün Tiflisdə işlədikdən sonra Gəncəyə köçürüldü. Yalnız 1918-ci ilin sentyabrında Qafqaz İslam Ordusu tərəfindən Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü.
Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə etmişdir. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin etmişdir.
Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olmuşdur. Həmin tarixi hadisə 4 iyun 1918-ci ildə baş vermişdir.
1918-ci il 9 noyabr tarixində Məhəmməd Əmin Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edilmişdir. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdə idi.
Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına dolmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.
İstiqlal Bəyannaməsi
1918-ci ilin may ayının 28-də Azərbaycan milli şurası "İstiqlaliyyət Bəyannaməsi" ilə Azərbaycanın şimal torpaqlarında Azərbaycan Demokratik Cümhuriyyəti yarandığını elan etdi. Bu tarixi sənədə görə Azərbaycan qonşu xalqlar və dövlətlərlə dostluq münasibəti quracaqdır. Müstəqil Azərbaycan dövlətinin təşkil idarəsi xalq cümhuriyyətidir. Azərbaycan Xalq Cümhuriyyəti, millət, məzhəb, sinif və cins fərqi görmür və bütün vətəndaşların siyasi hüquqlarını təmin etməlidir.
Respublika Günü haqqında qanun
1991-ci ilin dekabrında SSRİ dağıldıqdan sonra Azərbaycan özünü Xalq Cümhuriyyətinin varisi elan edib və ölkənin müstəqiliyi yenidən bərpa olunub.
1990-cı ildən Respublika günü – dövlət müstəqilliyinin bərpa edilməsi günü dövlət bayramı kimi qeyd edilir. 15 oktyabr 2021-ci il tarixindən bu gün Müstəqillik günü adlandırılmağa başlandı.
28 may tarixi ABŞ-ın Nevada və Arizona ştatlarında, Vaşinqton və Qərbi Hollivud şəhərlərində Azərbaycanın müstəqillik günü elan edilmişdir.
İstinadlar
- . 2018-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-10-18.
- Xalq qəzeti, 24 may 2011 11 mart 2016 at the Wayback Machine – "Kaliforniyanın "Sonoma" qəzeti 28 May – Respublika günü münasibətilə Azərbaycan xalqını təbrik edən sadə amerikalı vətəndaşın məktubunu dərc etmişdir"
- "Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu". 2022-05-28 tarixində . İstifadə tarixi: 2022-03-07.
- . 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-22.
- . 2010-05-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-05-26.
- . 2011-05-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-05-26.
- "Respublika Gününün adının dəyişdirilməsi haqda qanun qəbul edildi". 2023-05-18 tarixində . İstifadə tarixi: 2023-05-18.
- "May 28 proclaimed as Azerbaijan National Day in Washington". 2020-10-22 tarixində . İstifadə tarixi: 2024-05-23.
- "May 28 declares "Azerbaijani National Day" in the U.S., Nevada". 2024-06-01 tarixində . İstifadə tarixi: 2024-05-23.
- "West Hollywood declares May 28 "Azerbaijan National Day"". 2024-06-01 tarixində . İstifadə tarixi: 2024-05-23.
- "Arizona state declares May 28 "Azerbaijan National Day"". 2024-06-01 tarixində . İstifadə tarixi: 2024-05-23.
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Musteqillik Gunu ve ya kohne adi ile Respublika Gunu 1918 ci ilde muselman Serqinde ilk dunyevi demokratik dovlet olan Azerbaycan Xalq Cumhuriyyetinin yarandigi gundur 1990 ci ilden Respublika gunu dovlet bayrami kimi qeyd edilir 15 oktyabr 2021 ci ilden Respublika Gununun adi deyisdirilerek Musteqillik Gunu olmusdur 1918 ci il iyunun 24 de hokumet qerarina esasen qebul olunmus Azerbaycan Xalq Cumhuriyyetinin ilk bayragiAzerbaycan Xalq Cumhuriyyetinin hal hazirda ise Azerbaycan Respublikasinin bayragiTarix2019 cu ilde Istiqlaliyyet kucesinde kecirilen merasim 1917 ci ilde Rusiyada bas vermis Fevral inqilabi neticesinde car devrildi Bununla da Rusiyada monarxiyaya son qoyuldu Olkede carizmin mezlum veziyyete saldigi xalqlarin milli herekati baslandi 1918 ci il mayin 28 de Mehemmed Emin Resulzadenin basciligi altinda Azerbaycan Xalq Cumhuriyyeti 1918 1920 muselman Serqinde ilk dunyevi demokratik dovlet yaradildi Bu respublika azerbaycanlilarin tarixi yaddasinda Azerbaycan dovletciliyinin ilk tecrubesi kimi iz qoymusdur Mehemmed Emin Resulzade terefinden esasi qoyulan Azerbaycan Xalq Cumhuriyyeti turk ve islam dunyasinda ilk parlamentli respublika ve ilk demokratik huquqi ve dunyevi dovlet numunesi idi Azerbaycan muveqqeti hokumetinin ilk bascisi ise Feteli Xan Xoyski idi Milli Sura 10 gun Tiflisde isledikden sonra Genceye kocuruldu Yalniz 1918 ci ilin sentyabrinda Qafqaz Islam Ordusu terefinden Baki dasnak rus quvvelerden temizlendikden sonra milli hokumet Genceden Bakiya kocdu Musteqil Azerbaycan Cumhuriyyeti qisa omrunde boyuk nailiyyetler ve qalibiyyetler elde etmisdir Ilk defe qadinlara secim huququ taniyan ve qadin kisi beraberliyini temin eden cumhuriyyet o cumleden milli ordu milli pul demokratlasma milli bank azad seckiler beynelxalq elaqeler ve beynelxalq ictimaiyyet terefinden Azerbaycan istiqlalinin resmiyyete taninmasi Azerbaycanin butovluyunu temin etmek iqtisadi islahat ve s musteqil Azerbaycan Cumhuriyyeti temin etmisdir Azerbaycan Demokratik Respublikasini resmi suretde taniyan ilk dovlet Osmanli dovleti olmusdur Hemin tarixi hadise 4 iyun 1918 ci ilde bas vermisdir 1918 ci il 9 noyabr tarixinde Mehemmed Emin Resulzadenin teklifi esasinda Azerbaycan Demokratik Respublikasinin uc rengli bayragi qebul edilmisdir O zamana qeder Azerbaycan Demokratik Respublikasinin bayragi qirmizi rengde idi Azerbaycan Demokratik Respublikasi gergin ve murekkeb ictimai siyasi seraitde cemi 23 ay fealiyyet gostere bildi Teessufler olsun ki musteqil Azerbaycan Cumhuriyyeti iki yasina dolmadan bolseviklerin hucumuna meruz qalib muveqqeti olaraq devrildi Sovetler Birliyi Azerbaycani mecburi suretde oz terkibine daxil etdi Bolsevikler terefinden devrilmesine baxmayaraq istiqlal ideyasi yenilmedi ve 1991 ci ilde Sovet Imperiyasinin dagilmasi ile Azerbaycan yeniden oz musteqilliyini elan etdi Istiqlal BeyannamesiMehemmed Emin ResulzadeEsas meqale Azerbaycanin Istiqlal Beyannamesi 1918 ci ilin may ayinin 28 de Azerbaycan milli surasi Istiqlaliyyet Beyannamesi ile Azerbaycanin simal torpaqlarinda Azerbaycan Demokratik Cumhuriyyeti yarandigini elan etdi Bu tarixi senede gore Azerbaycan qonsu xalqlar ve dovletlerle dostluq munasibeti quracaqdir Musteqil Azerbaycan dovletinin teskil idaresi xalq cumhuriyyetidir Azerbaycan Xalq Cumhuriyyeti millet mezheb sinif ve cins ferqi gormur ve butun vetendaslarin siyasi huquqlarini temin etmelidir Respublika Gunu haqqinda qanun1991 ci ilin dekabrinda SSRI dagildiqdan sonra Azerbaycan ozunu Xalq Cumhuriyyetinin varisi elan edib ve olkenin musteqiliyi yeniden berpa olunub 1990 ci ilden Respublika gunu dovlet musteqilliyinin berpa edilmesi gunu dovlet bayrami kimi qeyd edilir 15 oktyabr 2021 ci il tarixinden bu gun Musteqillik gunu adlandirilmaga baslandi 28 may tarixi ABS in Nevada ve Arizona statlarinda Vasinqton ve Qerbi Hollivud seherlerinde Azerbaycanin musteqillik gunu elan edilmisdir Istinadlar 2018 01 11 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2011 10 18 Xalq qezeti 24 may 2011 11 mart 2016 at the Wayback Machine Kaliforniyanin Sonoma qezeti 28 May Respublika gunu munasibetile Azerbaycan xalqini tebrik eden sade amerikali vetendasin mektubunu derc etmisdir Musteqillik Gunu haqqinda Azerbaycan Respublikasinin Qanunu 2022 05 28 tarixinde Istifade tarixi 2022 03 07 2016 03 04 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2021 01 22 2010 05 11 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2010 05 26 2011 05 31 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2010 05 26 Respublika Gununun adinin deyisdirilmesi haqda qanun qebul edildi 2023 05 18 tarixinde Istifade tarixi 2023 05 18 May 28 proclaimed as Azerbaijan National Day in Washington 2020 10 22 tarixinde Istifade tarixi 2024 05 23 May 28 declares Azerbaijani National Day in the U S Nevada 2024 06 01 tarixinde Istifade tarixi 2024 05 23 West Hollywood declares May 28 Azerbaijan National Day 2024 06 01 tarixinde Istifade tarixi 2024 05 23 Arizona state declares May 28 Azerbaijan National Day 2024 06 01 tarixinde Istifade tarixi 2024 05 23 Hemcinin baxAzerbaycan Demokratik Respublikasi Azerbaycan bayragi Musteqilliyin Berpasi Gunu Azerbaycan