Hökumə İsmayıl qızı Sultanova (dekabr 1909, Bakı – 10 noyabr 1981, Bakı) — Azərbaycan ictimai-siyasi və dövlət xadimi, Azərbaycan Qadınlar Şurasının rəhbəri, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1954–1958), Azərbaycan SSR Nazirlər Soveti yanında İncəsənət İşləri İdarəsinin rəisi (1947–1951).
Hökumə Sultanova | |
---|---|
8 may 1954 – 30 avqust 1958 | |
Sədr | Sadıq Rəhimov Vəli Axundov |
18 noyabr 1947 – 18 avqust 1951 | |
Əvvəlki | Hacı Rəhimov |
Sonrakı | Xəlil Əfəndiyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | dekabr 1909 |
Doğum yeri | |
Vəfat tarixi | 10 noyabr 1981 (71 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya |
|
| |
Təltifləri | |
Həyatı
Hökumə İsmayıl qızı Sultanova 1909-cu ildə Bakının Qara Şəhər qəsəbəsində fəhlə ailəsində anadan olmuşdur. Atası vəfat etdikdən sonra o, doqquz yaşında olarkən böyük qardaşı inqilabçı Qasım İsmayılovun himayəsində böyümüşdür. Azərbaycanın sovetləşməsindən sonra 1-ci və 2-ci dərəcəli məktəblərdə oxumuş, ictimai işlərdə çalışmış, 1924-cü ildən Lenin komsomolu sıralarına qoşulmuşdur. 1928–1932-ci illərdə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin şöbə müdiri işləmiş, sonra isə bu mərkəzi komitənin katibi olmuşdur. 1930-cu ildən ÜİK(b)P (Sov. İKP) üzvü olan Hökumə İsmayılova 1936-cı ildə Marksizm-Leninizm İnstitutunu bitirmişdir. Daha sonra o, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində mədəni-maarif şöbəsi müdirinin müavini vəzifəsinə irəli çəkilmiş, ardınca bu şöbənin müdiri olmuşdur.Azərbaycan SSR Xalq Komissarları Sovetində qrup rəhbəri olmuşdur.
Hökumə Sultanova Stalin repressiyaları dövründə SSRİ Xalq Daxili İşlər Komissarlığı Xüsusi Müşavirəsinin göstərişinə əsasən 23 iyul 1938-ci ildə əks-inqilabi-millətçi təşkilatın iştirakçısı kimi təqsirli bilinərək həbs edilmişdir. 9 avqust 1939-cu ildə onun işinə yenidən baxılmış, işi sübuta yetirilmədiyi və əməlində cinayət tərkibi olmadığı üçün SSRİ XDİK Xüsusi Müşavirəsinin 28 dekabr 1939-cu il tarixli orderi ilə azad edilmişdir.
Hökumə Sultanova sonrakı illərdə mətbuat sahəsində fəaliyyət göstərmiş, "Hücum", "Şərq qadını" jurnallarının redaktoru olmuş, 1941–1947-ci illərdə Azərbaycan Dövlət Nəşriyyatının direktoru vəzifəsində işləmişdir. 1947–1951-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında İncəsənət İşləri İdarəsinin rəisi, 1952–1954-cü illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Azərbaycan SSR Baş Mətbuat (Litoqrafiya) İdarəsinin rəisi, 1954-cü ildən isə Nazirlər Soveti sədrinin müavini (bu vəzifədə ilk azərbaycanlı qadındır) vəzifələrində çalışmışdır.
1960-cı ildən ömrünün sonlarınadək Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Partiya Tarixi İnstitutunda işləyən Hökumə Sultanova Azərbaycan Kommunist Partiyası və Azərbaycanda qadın hərəkatı problemlərini tədqiqi ilə məşğul olmuş, bir sıra elmi əsərlər çap etdirmişdir. O, eyni zamanda təşkilatçılıq fəaliyyəti də göstərərək Azərbaycan KP MK yanında Azərbaycan Qadınlar Şurasına rəhbərlik etmiş, "Azərbaycan qadını" redaksiya heyətinin üzvü olmuşdur. "40 bahar", "Sovet Azərbaycanının xoşbəxt qadınları", "Ayna Sultanova", "Səadət", "Ceyran Bayramova" kimi kitabların müəllifi olmuşdur. "Üç bacı" əsəri isə vəfat etdiyi üçün nəşr olunmamışdır.
Hökumə Sultanova dəfələrlə Azərbaycan KP Mərkəzi və Bakı komitələrinin üzvü seçilmiş, Bakı Sovetinin deputatı olmuşdur. Azərbaycan SSR Ali Sovetinin 3–4-cü çağırış deputatı seçilmişdir.
Hökumə Sultanova 1981-ci ilin noyabr ayında vəfat etmişdir.
Ailəsi
Hökumə Sultanova əslən İsmayıllının Lahıc kəndindəndir. O, inqilabçı Qasım İsmayılovun, Azərbaycan SSR xalq maarifi komissarı Ağa Sultanovun və Azərbaycanın ilk təyyarəçilərindən olan Yaqub Sultanovun bacısıdır.
Təltif və mükafatları
- "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adı — 21 oktyabr 1967
- — 25 fevral 1946
İstinadlar
- Qərənfil Dünyaminqızı. Stalinizmi canından artıq sevən Hökümə xanım // Kaspi. 2014.
- Ҹәннәт Нағыјева. Мә'налы өмүр: [Һ. И. Султанованын анадан олмасынын 80 иллији] // Коммунист. № 292 (21060). 22 декабр 1989-ҹу ил. С. 3.
- Һөкумә Исмайыл гызы Султанова // Альбом плакатов-биографий депутатов Верховного Совета Азербайджанской ССР четвертого созыва. 6 марта 1955 года. Бакы. 1956. С. 254.
- Һ. И. Султанова // Коммунист. № 263 (17897). 12 нојабр 1981-ҹи ил. С. 3.
- Şəfiqə Məmmədova. Sultanova Hökümə İsmayıl qızı // Anaların fəryadı. Bakı: "Gənclik" nəşriyyatı. 2006. səh. 444. ISBN .
- Əliyeva, Məhsəti. "Nəsillərə örnək". Azərbaycan. 7 mart 2010. səh. 6. 2024-02-03 tarixində . İstifadə tarixi: 2024-02-03.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Hokume Ismayil qizi Sultanova dekabr 1909 Baki 10 noyabr 1981 Baki Azerbaycan ictimai siyasi ve dovlet xadimi Azerbaycan Qadinlar Surasinin rehberi Azerbaycan SSR Nazirler Soveti sedrinin muavini 1954 1958 Azerbaycan SSR Nazirler Soveti yaninda Incesenet Isleri Idaresinin reisi 1947 1951 Hokume SultanovaAzerbaycan SSR Nazirler Soveti sedrinin muavini8 may 1954 30 avqust 1958SedrSadiq Rehimov Veli AxundovAzerbaycan SSR Nazirler Soveti yaninda Incesenet Isleri Idaresinin reisi18 noyabr 1947 18 avqust 1951EvvelkiHaci RehimovSonrakiXelil EfendiyevSexsi melumatlarDogum tarixi dekabr 1909Dogum yeri Baki Baki quberniyasi Rusiya imperiyasiVefat tarixi 10 noyabr 1981 1981 11 10 71 yasinda Vefat yeri Baki Azerbaycan SSR SSRIDefn yeri II Fexri XiyabanPartiya Sovet Ittifaqi Kommunist Partiyasi 1930 1981 TeltifleriHeyatiHokume Ismayil qizi Sultanova 1909 cu ilde Bakinin Qara Seher qesebesinde fehle ailesinde anadan olmusdur Atasi vefat etdikden sonra o doqquz yasinda olarken boyuk qardasi inqilabci Qasim Ismayilovun himayesinde boyumusdur Azerbaycanin sovetlesmesinden sonra 1 ci ve 2 ci dereceli mekteblerde oxumus ictimai islerde calismis 1924 cu ilden Lenin komsomolu siralarina qosulmusdur 1928 1932 ci illerde Azerbaycan Lenin Kommunist Gencler Ittifaqi Merkezi Komitesinin sobe mudiri islemis sonra ise bu merkezi komitenin katibi olmusdur 1930 cu ilden UIK b P Sov IKP uzvu olan Hokume Ismayilova 1936 ci ilde Marksizm Leninizm Institutunu bitirmisdir Daha sonra o Azerbaycan Kommunist Partiyasi Merkezi Komitesinde medeni maarif sobesi mudirinin muavini vezifesine ireli cekilmis ardinca bu sobenin mudiri olmusdur Azerbaycan SSR Xalq Komissarlari Sovetinde qrup rehberi olmusdur Hokume Sultanova Stalin repressiyalari dovrunde SSRI Xalq Daxili Isler Komissarligi Xususi Musaviresinin gosterisine esasen 23 iyul 1938 ci ilde eks inqilabi milletci teskilatin istirakcisi kimi teqsirli bilinerek hebs edilmisdir 9 avqust 1939 cu ilde onun isine yeniden baxilmis isi subuta yetirilmediyi ve emelinde cinayet terkibi olmadigi ucun SSRI XDIK Xususi Musaviresinin 28 dekabr 1939 cu il tarixli orderi ile azad edilmisdir Hokume Sultanova sonraki illerde metbuat sahesinde fealiyyet gostermis Hucum Serq qadini jurnallarinin redaktoru olmus 1941 1947 ci illerde Azerbaycan Dovlet Nesriyyatinin direktoru vezifesinde islemisdir 1947 1951 ci illerde Azerbaycan SSR Nazirler Soveti yaninda Incesenet Isleri Idaresinin reisi 1952 1954 cu illerde Azerbaycan SSR Nazirler Soveti yaninda Azerbaycan SSR Bas Metbuat Litoqrafiya Idaresinin reisi 1954 cu ilden ise Nazirler Soveti sedrinin muavini bu vezifede ilk azerbaycanli qadindir vezifelerinde calismisdir 1960 ci ilden omrunun sonlarinadek Azerbaycan Kommunist Partiyasi Merkezi Komitesi yaninda Partiya Tarixi Institutunda isleyen Hokume Sultanova Azerbaycan Kommunist Partiyasi ve Azerbaycanda qadin herekati problemlerini tedqiqi ile mesgul olmus bir sira elmi eserler cap etdirmisdir O eyni zamanda teskilatciliq fealiyyeti de gostererek Azerbaycan KP MK yaninda Azerbaycan Qadinlar Surasina rehberlik etmis Azerbaycan qadini redaksiya heyetinin uzvu olmusdur 40 bahar Sovet Azerbaycaninin xosbext qadinlari Ayna Sultanova Seadet Ceyran Bayramova kimi kitablarin muellifi olmusdur Uc baci eseri ise vefat etdiyi ucun nesr olunmamisdir Hokume Sultanova defelerle Azerbaycan KP Merkezi ve Baki komitelerinin uzvu secilmis Baki Sovetinin deputati olmusdur Azerbaycan SSR Ali Sovetinin 3 4 cu cagiris deputati secilmisdir Hokume Sultanova 1981 ci ilin noyabr ayinda vefat etmisdir AilesiHokume Sultanova eslen Ismayillinin Lahic kendindendir O inqilabci Qasim Ismayilovun Azerbaycan SSR xalq maarifi komissari Aga Sultanovun ve Azerbaycanin ilk teyyarecilerinden olan Yaqub Sultanovun bacisidir Teltif ve mukafatlari Azerbaycan SSR emekdar medeniyyet iscisi fexri adi 21 oktyabr 1967 Qirmizi emek bayragi ordeni 25 fevral 1946 Seref nisani ordeniIstinadlarQerenfil Dunyaminqizi Stalinizmi canindan artiq seven Hokume xanim Kaspi 2014 Ҹәnnәt Nagyјeva Mә naly omүr Һ I Sultanovanyn anadan olmasynyn 80 illiјi Kommunist 292 21060 22 dekabr 1989 ҹu il S 3 Һokumә Ismajyl gyzy Sultanova Albom plakatov biografij deputatov Verhovnogo Soveta Azerbajdzhanskoj SSR chetvertogo sozyva 6 marta 1955 goda Baky 1956 S 254 Һ I Sultanova Kommunist 263 17897 12 noјabr 1981 ҹi il S 3 Sefiqe Memmedova Sultanova Hokume Ismayil qizi Analarin feryadi Baki Genclik nesriyyati 2006 seh 444 ISBN 5 8020 1719 8 Eliyeva Mehseti Nesillere ornek Azerbaycan 7 mart 2010 seh 6 2024 02 03 tarixinde Istifade tarixi 2024 02 03