Gəgəli — Azərbaycan Respublikasının Ağsu rayonunun Gəgəli kənd inzibati ərazi dairəsində kənd.
Gəgəli | |
---|---|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 153 m |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0618 |
Ləngəbiz silsiləsinin ətəyindədir.
Tarixi
Gəgəli kəndinin əsasını Axtaçı oymaqından olan padarlar qoymuşdur. Dördüncü Axtaçı obası olan Axtaçı-Gəgəli obası yaylaqlarının adı ilə sonradan Gəgəli adlanmışdır. 1821, 1831-ci il siyahıalınmalarında Axtaçı, 1847, 1863, 1874, 1886-cı il siyahıyalınmalarında isə kəndin adı Axtaçı-Gəgəli kimi qeydə alınmışdır. Kənd əhalisinin müxtəlif yerlərdən köçməsi haqqında rəvayətlər siyahıyalınmalarda öz əksini tapmamışdır. Artıq XIX əsrin 40-50-ci illərindən başlayaraq Gəgəli adlı Axtaçı obası Ağsu və Bico kəndləri arasındakı yazlaq sahəsini daimi binə yeri seçmişdir. Həmin binə yeri antik dövr Nərgizava yaşayış yerinin qalıqlarını tamam əhatə edir və Yasamal torpağı adlanır. 1862-63-cü illərin rəsmi dövlət sənədində belə arayış var: «Bakı Quberniyasının Yerölçmə Mütəxəssisi cənablarına. Xançoban dairəsi Gəgəli obasının sakinləri Şamaxı Qəza Rəisi cənablarına Yasamal adlanan məxsusi torpaqda və icma qışlaqlarında oturaq həyata başlamağa icazə haqqında ərizə ilə müraciət etmişlər. Şamaxı Qəza Rəisinin topladığı məlumatlardan aydın olur ki: 1. Yasamal torpağı Gəgəlilərə məxsus olub, təxminən 2,25 verst (2,4 km) uzunluğunda və 2,5 verst (2,6 km) enində sahəni əhatə edir. O şərqdən Qobu-Yasamal, qərbdən Mollalar obasına məxsus torpaqlar, cənubdan Söyüdlü-Arx və şimaldan Qərib-Yalı adlanan dərə ilə sərhəddir. 2.Gəgəlilərin istifadə etdiyi Qobu-Qışlaq, Həsən-Təpəsi, Çoban-Təpəsi, Şirin-Əli, Buğnuca, Yarımca-Amdam adlı qışlaqlar şərqdən Hacı Qədirli obasının torpaqları, qərbdən Ərəb obasının torpaqları, cənubdan Cani-Qobusu, şimaldan Şamaxıya gedən yolla sərhəd olub, 6,5 verst (6,9 km) uzunluğunda və 6 verst (6,4 km) enində sahəni əhatə edir. 3. Baxmayaraq ki, yuxarıda təsvir olunmuş torpağın yaxınlığında tarlaları suvarmaq üçün su var, amma istifadə üçün yararsızdır. Odur ki, lazım olan içməli suyu Ağsu çayından gəgəlilərin çoxdan çəkdikləri Ömər-Laic və Qazan-Arxı adlı arxlar vasitəsilə götürürlər. 4. Şamaxı Qəza Rəisinin təminatına görə yuxarıda adı çəkilən torpaqda məskunlaşan 74 ailə ətraf sakinlərdən heç kimi sıxışdırmayıblar. Şamaxı Qəza Rəisinin keçən 31 yanvar 602 saylı raportuna əsasən Sizin Cənabınıza əmr edirəm ki, yuxarıda adı çəkilən torpağın planını çəkəsiniz və gəgəlilərə qanuna uyğun hər ailəyə 25 desyatin (27 hektar) olmaqla bölüb verəsiniz. Planı əllə çəkilmiş layihə ilə birlikdə Quberniya idarəsinə iki nüsxədə gələcək sərəncamlar üçün təqdim edəsiniz. Qubernator əvəzi - Vitse Qubernator Müşavir və Stolonaçalnik əvəzi».
Əhalisi tarixən qışlaq, yaylaq və yazlaq torpaqlarında maldarlıqla məşğul olmuş bu türk obasının bəzi folklor nümunələri özünəməxsusluq təşkil edir. Axır çərşənbədə oturma hadisəsi və insanlarla yanaşı heyvanların da çərşənbə tonqalından keçirilməsi adətinin təhlili bu obanın timsalında əski türklərdə axır çərşənbə mərasiminin necə önəmə malik olduğunu görməyə imkan verir.
Axtaçı adının etimologiyası, yerləşdiyi coğrafi məkanın tarixi, axır çərşənbədə gecənin qaranlığından səhərin alatoranına qədər oturmaq, insanların və ev heyvanlarının iki odun arasından keçməsi, atın gövşəməsinə inam kimi folklor hadisələri haqqında maraqlı etnoqrafik müşahidələr vardır. 2015-ci ildən başlayaraq hər il ənənəvi olaraq Gəgəli kəndində Tərəkəmə Çərşənbəsi Beynəlxalq Folklor festivalı keçirilir.
Antik və ilk orta Nərgizava yaşayış yeri və nekropolu
Bico kəndi ilə Gəgəli kəndi ərazisində, Gəgəli kəndindən təxminən 2 km cənubi-şərqdə, Bico və Gəgəli kəndinin sakinləri tərəfindən "Nərgizava" adlandırılan, Bicodərəsi ilə Yasamal adlı qobuluq ərazidə qədim yaşayış məskəni yerləşir. 10 hektardan geniş bir sahəni əhatə edən bu ərazinin böyük bir hissəsi Bico və Gəgəli kəndlərinin sakinləri tərəfindən uzun müddət əkin məqsədləri üçün şumlandığına görə, abidənin tarixi-mədəni təbəqəsi güclü dağıntıya məruz qalmışdır. Buna baxmayaraq, 1997-2010-cu illərdə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı-Ağsu ekspedisiyası tərəfindən aparılmış genişmiqyaslı arxeoloji tədqiqatlar nəticəsində ərazinin indiki Gəgəli kəndi ərazisindəki hissəsində aşkarlanmış, b.e.ə. III-II əsrlərə aid 69 torpaq tipli qəbir, xeyli miqdarda və müxtəlif növdən olan daş, saxsı və metal məmulatları burada qədim və inkişaf etmiş mədəniyyətə malik yaşayış məskəninin mövcud olduğundan xəbər verir. Nərgizava şəhərinin dağılması 1192-ci ilin dağıdıcı zəlzələsi və 1221-ci ildən başlayan monqol-tatar yürüşləri ilə əlaqələndirilir.
Gəgəli 20-ci əsrin əvvəllərində
20-ci əsrin əvvəllərində ermənilərin yaşadığı Xankəndi, Dərəkərkənc və başqa erməni kəndlərindən Gəgəliyə bir-neçə dəfə hücumlar edilmiş, lakin layiqli cavablarını almışlar. Həmin vaxtlarda Gəgəlili Səfərin adı ermənilər üçün xoşagəlməz hadisələrlə xatırlanır. 1918-ci ilin martında Bakıdan Kürdəmir yolu ilə Şamaxıya qayıdan 400 nəfərlik erməni hərbi dəstəsi bir-çox kəndləri o cümlədən Ləngəbizi talan etsələr də, Bico kəndində Pirəmsaq döyüşündə bicolular tərəfindən darmadağın edildiyi üçün Gəgəli kəndi bu basqından salamat qurtarmışdır.
1918-1920-ci illərdə Azərbaycan Xalq Cumhuriyyətinin ordusunda xudmət edən, Gəgəlidən olan Məmmədsadıq Sadıqovun, Əlimusa Cəbiyevin, Allahverən Eminalıoğlunun, Yusif Cəbrayılovun, Köşək Musaoğlunun, Omar Məmmədoğlunun adı Musavat əsgərləri kimi xatırlanır.
Əvvəllər Kürdəmir rayonunun inzibati ərazi vahidliyinə daxil olub. Ağsu rayonu yaradıldıqdan sonra bu rayonun ən böyük kənd inzibati vahidlərindən biri olub.
Gəgəlidə ilk məktəb 1924-cü ildə yaşlılar üçün təsis edilib. 1932-ci ildə Gəgəlidə tam olmayan orta məktəb açılır. Məktəbdə təshilin təşkili 1939-cu ilədək burada direktor vəzifəsində çalışan (1908-1996) həvalə edilir. O, əvvəllər də, hələ 18 yaşı olarkən (1926-27-ci illərdə) Gəgəli yaşlılar məktəbinin direktoru olmuşdu. İkinci dünya müharibəsinin ağır illərində tamamilə fəaliyyətsiz hala düşmüş Gəgəli məktəbinin fəaliyyətinin yenidən bərpa edilməsi də 1947-ci ildə yenidən Canalı müəllimə həvalə edilir.
Əhalisi
Əhalisinin sayına görə Gəgəli Ağsu rayonunun ən böyük kənd məntəqəsidir. Burada 3500 nəfərə yaxın sakin yaşayır.
Mənbə
- 1. V.H. Əliyev, F.S.Xəlilov "Ağsunun tarixi səhifələri" - Bakı, "ADĠLOĞLU" nəşriyyatı - 2001, 94 səh.
- 2. AMEA-nın "Tarix-Fəlsəfə-Hüquq" seriyası, 1990-cı il, №1.
- 3. Fariz Xəlilli "Qədim Nərgizava və Gəgəli" - Bakı, "ADĠLOĞLU" nəşriyyatı - 2003, 38 səh.
- 4. Canalı Mirzəliyev "Gözəl Ağsu", Bakı, "Gənclik" nəşriyyatı-2003, 311 s.
İstinadlar
- Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində (PDF). İstifadə tarixi: 2024-04-05.
Xarici keçidlər
- Ağsu, Ümumi informasiya
Həmçinin bax
Ağsu rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Gegeli Azerbaycan Respublikasinin Agsu rayonunun Gegeli kend inzibati erazi dairesinde kend Gegeli40 32 32 sm e 48 29 46 s u Olke AzerbaycanTarixi ve cografiyasiMerkezin hundurluyu 153 mSaat qursagi UTC 04 00Reqemsal identifikatorlarPoct indeksi AZ0618Xeriteni goster gizle GegeliGegeli kendinin gorunusu Lengebiz silsilesinin eteyindedir TarixiNergizava nekropolunda qazintilar 2018 ci il Gegeli kendinin esasini Axtaci oymaqindan olan padarlar qoymusdur Dorduncu Axtaci obasi olan Axtaci Gegeli obasi yaylaqlarinin adi ile sonradan Gegeli adlanmisdir 1821 1831 ci il siyahialinmalarinda Axtaci 1847 1863 1874 1886 ci il siyahiyalinmalarinda ise kendin adi Axtaci Gegeli kimi qeyde alinmisdir Kend ehalisinin muxtelif yerlerden kocmesi haqqinda revayetler siyahiyalinmalarda oz eksini tapmamisdir Artiq XIX esrin 40 50 ci illerinden baslayaraq Gegeli adli Axtaci obasi Agsu ve Bico kendleri arasindaki yazlaq sahesini daimi bine yeri secmisdir Hemin bine yeri antik dovr Nergizava yasayis yerinin qaliqlarini tamam ehate edir ve Yasamal torpagi adlanir 1862 63 cu illerin resmi dovlet senedinde bele arayis var Baki Quberniyasinin Yerolcme Mutexessisi cenablarina Xancoban dairesi Gegeli obasinin sakinleri Samaxi Qeza Reisi cenablarina Yasamal adlanan mexsusi torpaqda ve icma qislaqlarinda oturaq heyata baslamaga icaze haqqinda erize ile muraciet etmisler Samaxi Qeza Reisinin topladigi melumatlardan aydin olur ki 1 Yasamal torpagi Gegelilere mexsus olub texminen 2 25 verst 2 4 km uzunlugunda ve 2 5 verst 2 6 km eninde saheni ehate edir O serqden Qobu Yasamal qerbden Mollalar obasina mexsus torpaqlar cenubdan Soyudlu Arx ve simaldan Qerib Yali adlanan dere ile serheddir 2 Gegelilerin istifade etdiyi Qobu Qislaq Hesen Tepesi Coban Tepesi Sirin Eli Bugnuca Yarimca Amdam adli qislaqlar serqden Haci Qedirli obasinin torpaqlari qerbden Ereb obasinin torpaqlari cenubdan Cani Qobusu simaldan Samaxiya geden yolla serhed olub 6 5 verst 6 9 km uzunlugunda ve 6 verst 6 4 km eninde saheni ehate edir 3 Baxmayaraq ki yuxarida tesvir olunmus torpagin yaxinliginda tarlalari suvarmaq ucun su var amma istifade ucun yararsizdir Odur ki lazim olan icmeli suyu Agsu cayindan gegelilerin coxdan cekdikleri Omer Laic ve Qazan Arxi adli arxlar vasitesile gotururler 4 Samaxi Qeza Reisinin teminatina gore yuxarida adi cekilen torpaqda meskunlasan 74 aile etraf sakinlerden hec kimi sixisdirmayiblar Samaxi Qeza Reisinin kecen 31 yanvar 602 sayli raportuna esasen Sizin Cenabiniza emr edirem ki yuxarida adi cekilen torpagin planini cekesiniz ve gegelilere qanuna uygun her aileye 25 desyatin 27 hektar olmaqla bolub veresiniz Plani elle cekilmis layihe ile birlikde Quberniya idaresine iki nusxede gelecek serencamlar ucun teqdim edesiniz Qubernator evezi Vitse Qubernator Musavir ve Stolonacalnik evezi Ehalisi tarixen qislaq yaylaq ve yazlaq torpaqlarinda maldarliqla mesgul olmus bu turk obasinin bezi folklor numuneleri ozunemexsusluq teskil edir Axir cersenbede oturma hadisesi ve insanlarla yanasi heyvanlarin da cersenbe tonqalindan kecirilmesi adetinin tehlili bu obanin timsalinda eski turklerde axir cersenbe merasiminin nece oneme malik oldugunu gormeye imkan verir Axtaci adinin etimologiyasi yerlesdiyi cografi mekanin tarixi axir cersenbede gecenin qaranligindan seherin alatoranina qeder oturmaq insanlarin ve ev heyvanlarinin iki odun arasindan kecmesi atin govsemesine inam kimi folklor hadiseleri haqqinda maraqli etnoqrafik musahideler vardir 2015 ci ilden baslayaraq her il enenevi olaraq Gegeli kendinde Terekeme Cersenbesi Beynelxalq Folklor festivali kecirilir Gegeli kendinin Bico kendinin ekin sahelerinden gorunusuAntik ve ilk orta Nergizava yasayis yeri ve nekropolu Gegeli ve Bico kendlerinin erazilerini ayiran Bicoderesi cayinin yatagi Bico kendi ile Gegeli kendi erazisinde Gegeli kendinden texminen 2 km cenubi serqde Bico ve Gegeli kendinin sakinleri terefinden Nergizava adlandirilan Bicoderesi ile Yasamal adli qobuluq erazide qedim yasayis meskeni yerlesir 10 hektardan genis bir saheni ehate eden bu erazinin boyuk bir hissesi Bico ve Gegeli kendlerinin sakinleri terefinden uzun muddet ekin meqsedleri ucun sumlandigina gore abidenin tarixi medeni tebeqesi guclu dagintiya meruz qalmisdir Buna baxmayaraq 1997 2010 cu illerde AMEA nin Arxeologiya ve Etnoqrafiya Institutunun Samaxi Agsu ekspedisiyasi terefinden aparilmis genismiqyasli arxeoloji tedqiqatlar neticesinde erazinin indiki Gegeli kendi erazisindeki hissesinde askarlanmis b e e III II esrlere aid 69 torpaq tipli qebir xeyli miqdarda ve muxtelif novden olan das saxsi ve metal memulatlari burada qedim ve inkisaf etmis medeniyyete malik yasayis meskeninin movcud oldugundan xeber verir Nergizava seherinin dagilmasi 1192 ci ilin dagidici zelzelesi ve 1221 ci ilden baslayan monqol tatar yurusleri ile elaqelendirilir Gegeli 20 ci esrin evvellerinde 20 ci esrin evvellerinde ermenilerin yasadigi Xankendi Derekerkenc ve basqa ermeni kendlerinden Gegeliye bir nece defe hucumlar edilmis lakin layiqli cavablarini almislar Hemin vaxtlarda Gegelili Seferin adi ermeniler ucun xosagelmez hadiselerle xatirlanir 1918 ci ilin martinda Bakidan Kurdemir yolu ile Samaxiya qayidan 400 neferlik ermeni herbi destesi bir cox kendleri o cumleden Lengebizi talan etseler de Bico kendinde Piremsaq doyusunde bicolular terefinden darmadagin edildiyi ucun Gegeli kendi bu basqindan salamat qurtarmisdir 1918 1920 ci illerde Azerbaycan Xalq Cumhuriyyetinin ordusunda xudmet eden Gegeliden olan Memmedsadiq Sadiqovun Elimusa Cebiyevin Allahveren Eminalioglunun Yusif Cebrayilovun Kosek Musaoglunun Omar Memmedoglunun adi Musavat esgerleri kimi xatirlanir 1926 ci ilde Gegeli kendindeki yaslilar mektebine 1908 1996 direktor teyin edilmesi barede vesiqe Evveller Kurdemir rayonunun inzibati erazi vahidliyine daxil olub Agsu rayonu yaradildiqdan sonra bu rayonun en boyuk kend inzibati vahidlerinden biri olub Gegelide ilk mekteb 1924 cu ilde yaslilar ucun tesis edilib 1932 ci ilde Gegelide tam olmayan orta mekteb acilir Mektebde teshilin teskili 1939 cu iledek burada direktor vezifesinde calisan 1908 1996 hevale edilir O evveller de hele 18 yasi olarken 1926 27 ci illerde Gegeli yaslilar mektebinin direktoru olmusdu Ikinci dunya muharibesinin agir illerinde tamamile fealiyyetsiz hala dusmus Gegeli mektebinin fealiyyetinin yeniden berpa edilmesi de 1947 ci ilde yeniden Canali muellime hevale edilir EhalisiEhalisinin sayina gore Gegeli Agsu rayonunun en boyuk kend menteqesidir Burada 3500 nefere yaxin sakin yasayir Menbe1 V H Eliyev F S Xelilov Agsunun tarixi sehifeleri Baki ADĠLOGLU nesriyyati 2001 94 seh 2 AMEA nin Tarix Felsefe Huquq seriyasi 1990 ci il 1 3 Fariz Xelilli Qedim Nergizava ve Gegeli Baki ADĠLOGLU nesriyyati 2003 38 seh 4 Canali Mirzeliyev Gozel Agsu Baki Genclik nesriyyati 2003 311 s IstinadlarAzerpoct Indeksler az www azerpost az 2016 04 19 tarixinde arxivlesdirilib Istifade tarixi 2016 04 19 Azerbaycan Respublikasinin Dovlet Statistika Komitesi Inzibati erazi bolgusu tesnifati 2024 PDF az stat gov az 2024 02 28 2024 03 14 tarixinde PDF Istifade tarixi 2024 04 05 Xarici kecidlerAgsu Umumi informasiyaHemcinin baxBeynelxalq Terekeme Cersenbesi folklor festivali Agsu rayonu ile elaqedar bu meqale qaralama halindadir Meqaleni redakte ederek Vikipediyani zenginlesdirin Kend ile elaqedar bu meqale qaralama halindadir Meqaleni redakte ederek Vikipediyani zenginlesdirin