Fransada holokost İkinci dünya müharibəsi ərzində 1940 və 1944-cü illər aralığında almanlar tərəfindən işğal olunmuş Fransa ərazilərində yəhudilərin və qaraçıların məruz qaldığı təqib, deportasiya və qətl hadisələrindən ibarət idi. Fransada yaşayan yəhudilərin təqib olunması prosesi hələ 1940-cı ildə başlamış və 1942-ci ildən 1944-cü ilin iyul ayına qədər Fransa yəhudilərinin Almaniya və Polşada yerləşən həbs düşərgələrinə aparılması prosesi ilə də özünün kuliminasiya nöqtəsinə çatmışdır. 1940-cı ildə Fransada məskunlaşmış 340,000 nəfər etnik yəhudidən 75,000 nəfərdən çoxu nasistlərin ölüm düşərgələrinə deportasiya edilmişdi ki, onların da təqribən 72,500 nəfəri öldürülmüşdü. Fransada nasist Vişi rejimi və polis qüvvələri ölkənin müxtəlif yerlərində yaşayan yəhudilərin toplanması işi ilə məşğul idi. Deportasiyaya məruz qalan yəhudilərin əksər hissəsinin həlak olmasına baxmayaraq, Fransanın yəhudi əhalisi arasında sağ qalma dərəcəsi 75% idi ki, bu da Avropada ən yüksək dərəcələrdən biri hesab olunurdu.
Arxa plan
1940-cı ilin yayında Fransanın nəzarəti altında olan ərazilərdə ümumilikdə 700,000 yəhudi yaşayırdı ki, bunların da 400,000 nəfəri Fransız Əlcəzairində və başqa iki fransız müstəmləkəsi olan Tunis və Mərakeşdə məskunlaşmışdı. İki dünya müharibəsi arasındakı dövrdə Fransanın Avropa hissəsində 150,000 nəfər etnik yəhudi yaşayırdı. Bütün bunlara əlavə olaraq, Fransa Almaniyadan ölkəyə gələn çoxsaylı xarici yəhudilərə də ev sahibliyi edirdi. ndan sonra ABŞ və Böyük Britaniya hökumətlərinin ölkəyə əlavə yəhudi immiqrantları qəbul etməkdən imtina etməsi nəticəsində artıq 1939-cu ildə Fransadakı yəhudi əhalisinin sayı 330,000 nəfərə yüksəlmişdi. 1940-cı ildə Nasist Almaniyasının Belçika və Niderlandı işğal etməsi nəticəsində Fransaya yeni yəhudi immiqrant axını gəldi və bununla da ölkədəki etnik yəhudilərin sayı 340,000 nəfərə çatdı.
İkinci dünya müharibəsinin başlaması ilə birlikdə Fransa yəhudiləri digər həmvətənləri ilə birgə 1914-cü ildəki kimi yenidən Fransa Ordusuna qoşuldu. Çox sayda xarici ölkələrdən olan yəhudilər də xaricilərdən ibarət könüllü hərbi birləşmələrdə xidmət etməyə başlamışdı. Almaniyadan olan yəhudi qaçqınlar isə düşmənin müttəfiqi olaraq nəzarət altına alındı.
22 iyun 1940-cı ildə Üçüncü Reyx və fransız marşalı arasında müqavilə imzalandı. Bu müqavilənin şərtlərinə görə Fransanın yalnız Avropa hissəsi Almaniya tərəfindən işğal olunurdu. Mərkəzi Vişi şəhəri olan Marşal Peten tərəfindən idarə olunan "yeni" Fransa Dövlətinin əsası qoyuldu. Fransanın cənubu və digər müstəmləkələri (Əlcəzair, Mərakeş, Tunis, Hind-Çin, Yaxın Şərq və s.) də bu hökumətin nəzarəti altında olmalı idi. Marşal Petenin başçılıq etdiyi hökumət işğal olunmayan Fransanın şimal hissəsini də öz ərazisi olaraq görürdü. Vişi rejimi öz nəzarəti altında olan ərazilərdə anti-yəhudi hərəkətlərinin miqyasını getdikcə artırırdı.
Tarixi
1940-cı ilin yayından etibarən Almaniyanın Fransadakı səfiri olan burada yaşayan zəngin yəhudi ailələrinin müsadirəsinə başlamışdı. 1940-cı ilin payızında Vişi rejimi ilk anti-yəhudi tədbirlərini həyata keçirməyə başladı. 3 oktyabr 1940-cı ildə Fransadakı nasist hökuməti tərəfindən "Yəhudilərin statusu" adlı qanun qəbul edildi. Qanunun 9-cu bəndinə əsasən bu status Fransanın bütün müstəmləkələrində yaşayan yəhudilərə aid edilirdi. Bu status Fransa ərazisində yaşayan bütün etnik yəhudiləri onların mülki hüquqlarından məhrum edir və onlara müəyyən vəzifələrdə (müəllim, jurnalist, hüquqşünas və s.) işləməyi ümumən qadağan edirdi. 4 oktyabr tarixində imzalanmış bu Qanuna görə müxtəlif ölkələrdən Fransaya pənah gətirmiş xarici yəhudilər ölkənin cənubunda yerləşən müxtəlif həbs düşərgələrinə göndərilməli idi ki, bunlardan da ən məşhuru idi. Bürkel əməliyyatı ərzində təkcə Elzas-Lotaringiya bölgəsindən 6500 nəfər yəhudi deportasiya olunmuşdur. Yalnız qarışıq nikahları olan yəhudilərə öz ərazilərində yaşamağa icazə verilirdi. Buradan deportasiya olunanlar "Fransa hökumətinə heç bir xəbər verilmədən" doqquz qatarla Fransaya yola salındı, lakin almanların bu hərəkəti fransız hökumətini heç də qane etmədi. Nəticədə, həmin yəhudilər Vişi hökuməti tərəfindən ölkənin cənubundakı həbs düşərgələrinə göndərildi.
1941-ci ilin martında Vişi rejimi tərəfindən ölkədə anti-yəhudi propaqandasının həyata keçirilməsi və yəhudilərə qarşı müəyyən tədbirlərin görülməsi işləri ilə məşğul olan Yəhudi İşləri üzrə Baş Komissarlıq yaradıldı. Eyni zamanda, almanlar işğal etdikləri ərazilərdə yəhudilərin qeydiyyatı işlərinə başlamışdılar. 2 iyun 1941-ci ildə Vişi hökuməti tərəfindən qəbul olunan İkinci Statusa əsasən bütün ölkə ərazisində, o cümlədən Şimali Afrikada etnik yəhudilərin qeydiyyatı prosesi rəsmiləşdi. Yeni qərara görə ölkədə yaşayan bütün yəhudilər üzərilərində sarı Davud ulduzu nişanı gəzdirməli idi. Bu qərar yəhudilərin qeydiyyata alınması işlərini asanlaşdırır və onların gələcək deportasiyası prosesini sürətlə həyata keçirməyə imkan verirdi. İşğal olunmuş ərazilərdə Nasist Almaniyasının qərarına görə 29 may 1942-ci ildən etibarən yaşı 6-dan yuxarı olan bütün yəhudilərdə bu nişan olmalı idi.
Dransi həbs düşərgəsi
Fransada yəhudilərin həbs olunmasına 1940-cı ildən fərdi şəkildə, 1941-ci ildən isə kütləvi şəkildə başlanmışdır. İlk kütləvi həbs dalğası 14 may 1941-ci ildə baş tutdu. İkinci həbs dalğası 1 avqust 1941-ci ilə qədər davam etdi və 4232 nəfər fransız və xarici yəhudinin həbs olunması ilə nəticələndi.
27 mart 1942-ci ildə deportasiya prosesi başladı və elə həmin gün ilk konvoy Parisdən Auşvitzə yola düşdü. Həbs olunanlar arasında qadınlar və uşaqlar da var idi.
Hökumətin etirafı
Onilliklər boyunca Fransa hökuməti yəhudilərin toplanması və ya hər hansı başqa bir dövlət fəaliyyətində fransız polisinin iştirakına görə üzr istəməkdən imtina edirdi. Bu, onunla izah edilirdi ki, həmin hadisələrin baş verdiyi dövrdə marşal Filip Peten yeni Vişi rejiminin əsasını qoymuşdu və Respublikanın yenidən bərpası isə yalnız müharibənin başa çatmasından sonra mümkün olmuşdu. Bu səbəbə görə Respublika özünün mövcud olmadığı və tanımadığı bir dövlət tərəfindən həyata keçirilmiş hadisələrə görə üzr istəyə bilməz. Məsələn, keçmiş Fransa Prezidenti Fransua Mitteran hadisələrə bu cür yanaşmanın tərəfdarı idi. Bu cür açıqlamalar daha çox 2017-ci ildəki seçkilər ərzində lideri Marin Le Pen tərəfindən təkrarlanırdı.
16 iyul 1995-ci ildə Prezident Jak Şirak Fransanın öz keçmişi ilə üzləşməsi vaxtının çatdığını bildirmiş və dövlətin alman işğalı ərzində yəhudilərə və digər qurbanlara qarşı edilən zülmdə oynadığı rolu təsdiqləmişdir. Şirak, həmçinin "4500 nəfər fransız polisinin və jandarmının nasist liderlərinin əmrinə tabe olaraq hərəkət etdiyini" açıqlamışdır.
Bu hadisələrin 70-ci ildönümü zamanı, 22 iyul 2012-ci ildə Prezident Fransua Olland Vél d'Hiv deportasiyasına həsr olunan abidə qarşısında çıxış etmişdir. Prezident öz çıxışında baş vermiş hadisələri soyqırım adlandırmış və bu hadisənin "Fransada, Fransa tərəfindən" həyata keçirildiyini, həmçinin bu deportasiyada iştirak edən fransız polislərinin Fransanın dəyərlərinə, prinsiplərinə və ideallarına qarşı olduğunu açıqlamışdır.
2017-ci ilin iyul ayında Vélodrome d'Hiver qurbanlarını anma mərasimində çıxış edən Prezident Emmanuel Makron ölkəsinin Holokost hadisələrindəki rolunu qəbul etmiş və Fransanın 1942-ci ildə 13000 yəhudinin deportasiyasında iştirakını imtina etməyi tarixi saxtalaşdırmağa cəhd adlandırmışdır. O, bu deportasiyanın həqiqətən Fransa tərəfindən həyata keçirildiyini qəbul etmişdir. Makron başqa bir açıqlamada müharibə ərzində mövcud olmuş hökuməti Fransa Dövləti adlandırmış və "Biz Vişi rejiminin heçdən yarandığını və bir heçə çevrildiyini münasib hesab edə bilərik. Bəli, bu münasibdir, lakin bu həm də yanlışdır. Biz yalan üzərində qürur inşa edə bilmərik." açıqlaması vermişdir.
Həmçinin bax
İstinadlar
- http://www.bbc.co.uk/history/worldwars/jewish_deportation_01.shtml[ölü keçid]
- "Le Bilan de la Shoah en France Le régime de Vichy". bseditions.fr. 2021-06-15 tarixində . İstifadə tarixi: 2018-02-02.
- "Arxivlənmiş surət" (PDF). 2017-10-11 tarixində (PDF). İstifadə tarixi: 2018-02-02.
- "La persécution nazie". free.fr. 2014-07-02 tarixində . İstifadə tarixi: 2018-02-02.
- Ruth Ginio. French Colonialism Unmasked: The Vichy Years in French West Africa. University of Nebraska Press. 2006. ISBN .
- "report by the Mission d'étude sur la spoliation des Juifs". 2010-11-15 tarixində . İstifadə tarixi: 2018-02-02.
- . November 12, 2005 tarixində orijinalından arxivləşdirilib.
- "Les rafles de 1941". Source : Claude Singer, Historien, enseigne à l'université de Paris I (DUEJ). Revue "Les Chemins de la Mémoire n° 119 - Juillet-Août 2002 pour Mindef/SGA/DMPA. Chemins de mémoire, site du Ministère de la Défense. 2014-03-15 tarixində . İstifadə tarixi: 2018-02-02.
- Blumenkranz, 1972. səh. 404
- "Arxivlənmiş surət". 2017-12-07 tarixində . İstifadə tarixi: 2018-02-02.
- "Arxivlənmiş surət". 2018-01-13 tarixində . İstifadə tarixi: 2018-02-02.
- "Allocution de M. Jacques CHIRAC Président de la République prononcée lors des cérémonies commémorant la grande rafle des 16 et 17 juillet 1942 (Paris)" (PDF). www.jacqueschirac-asso (fransızca). 16 July 1995. 24 July 2014 tarixində (PDF). İstifadə tarixi: 17 July 2014.
- "Arxivlənmiş surət". 2022-07-23 tarixində . İstifadə tarixi: 2018-02-02.
- "Arxivlənmiş surət". 2017-10-24 tarixində . İstifadə tarixi: 2018-02-02.
- "Arxivlənmiş surət". 2018-01-28 tarixində . İstifadə tarixi: 2018-02-02.
Xarici keçidlər
- France at the European Holocaust Research Infrastructure (EHRI)
- The Holocaust in France - at Yad Vashem website
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Fransada holokost Ikinci dunya muharibesi erzinde 1940 ve 1944 cu iller araliginda almanlar terefinden isgal olunmus Fransa erazilerinde yehudilerin ve qaracilarin meruz qaldigi teqib deportasiya ve qetl hadiselerinden ibaret idi Fransada yasayan yehudilerin teqib olunmasi prosesi hele 1940 ci ilde baslamis ve 1942 ci ilden 1944 cu ilin iyul ayina qeder Fransa yehudilerinin Almaniya ve Polsada yerlesen hebs dusergelerine aparilmasi prosesi ile de ozunun kuliminasiya noqtesine catmisdir 1940 ci ilde Fransada meskunlasmis 340 000 nefer etnik yehudiden 75 000 neferden coxu nasistlerin olum dusergelerine deportasiya edilmisdi ki onlarin da teqriben 72 500 neferi oldurulmusdu Fransada nasist Visi rejimi ve polis quvveleri olkenin muxtelif yerlerinde yasayan yehudilerin toplanmasi isi ile mesgul idi Deportasiyaya meruz qalan yehudilerin ekser hissesinin helak olmasina baxmayaraq Fransanin yehudi ehalisi arasinda sag qalma derecesi 75 idi ki bu da Avropada en yuksek derecelerden biri hesab olunurdu 1941 ci ilde Marsel seherindeki bu poster yehudilerin qeydiyyatinin basladigini bildirirdiArxa plan1940 ci ilin yayinda Fransanin nezareti altinda olan erazilerde umumilikde 700 000 yehudi yasayirdi ki bunlarin da 400 000 neferi Fransiz Elcezairinde ve basqa iki fransiz mustemlekesi olan Tunis ve Merakesde meskunlasmisdi Iki dunya muharibesi arasindaki dovrde Fransanin Avropa hissesinde 150 000 nefer etnik yehudi yasayirdi Butun bunlara elave olaraq Fransa Almaniyadan olkeye gelen coxsayli xarici yehudilere de ev sahibliyi edirdi ndan sonra ABS ve Boyuk Britaniya hokumetlerinin olkeye elave yehudi immiqrantlari qebul etmekden imtina etmesi neticesinde artiq 1939 cu ilde Fransadaki yehudi ehalisinin sayi 330 000 nefere yukselmisdi 1940 ci ilde Nasist Almaniyasinin Belcika ve Niderlandi isgal etmesi neticesinde Fransaya yeni yehudi immiqrant axini geldi ve bununla da olkedeki etnik yehudilerin sayi 340 000 nefere catdi Ikinci dunya muharibesinin baslamasi ile birlikde Fransa yehudileri diger hemvetenleri ile birge 1914 cu ildeki kimi yeniden Fransa Ordusuna qosuldu Cox sayda xarici olkelerden olan yehudiler de xaricilerden ibaret konullu herbi birlesmelerde xidmet etmeye baslamisdi Almaniyadan olan yehudi qacqinlar ise dusmenin muttefiqi olaraq nezaret altina alindi 22 iyun 1940 ci ilde Ucuncu Reyx ve fransiz marsali arasinda muqavile imzalandi Bu muqavilenin sertlerine gore Fransanin yalniz Avropa hissesi Almaniya terefinden isgal olunurdu Merkezi Visi seheri olan Marsal Peten terefinden idare olunan yeni Fransa Dovletinin esasi qoyuldu Fransanin cenubu ve diger mustemlekeleri Elcezair Merakes Tunis Hind Cin Yaxin Serq ve s de bu hokumetin nezareti altinda olmali idi Marsal Petenin basciliq etdiyi hokumet isgal olunmayan Fransanin simal hissesini de oz erazisi olaraq gorurdu Visi rejimi oz nezareti altinda olan erazilerde anti yehudi hereketlerinin miqyasini getdikce artirirdi Tarixi Yehudiler ve Fransa basligi altinda Parisde kecirilen anti semitizm sergisi 1941 ci ilKutlevi hebslerin baslamasindan bir nece hefte evvel uzerilerinde sari ulduz olan iki yehudi qadin isgal olunmus Paris seherinde 1942 ci il iyun 1940 ci ilin yayindan etibaren Almaniyanin Fransadaki sefiri olan burada yasayan zengin yehudi ailelerinin musadiresine baslamisdi 1940 ci ilin payizinda Visi rejimi ilk anti yehudi tedbirlerini heyata kecirmeye basladi 3 oktyabr 1940 ci ilde Fransadaki nasist hokumeti terefinden Yehudilerin statusu adli qanun qebul edildi Qanunun 9 cu bendine esasen bu status Fransanin butun mustemlekelerinde yasayan yehudilere aid edilirdi Bu status Fransa erazisinde yasayan butun etnik yehudileri onlarin mulki huquqlarindan mehrum edir ve onlara mueyyen vezifelerde muellim jurnalist huquqsunas ve s islemeyi umumen qadagan edirdi 4 oktyabr tarixinde imzalanmis bu Qanuna gore muxtelif olkelerden Fransaya penah getirmis xarici yehudiler olkenin cenubunda yerlesen muxtelif hebs dusergelerine gonderilmeli idi ki bunlardan da en meshuru idi Burkel emeliyyati erzinde tekce Elzas Lotaringiya bolgesinden 6500 nefer yehudi deportasiya olunmusdur Yalniz qarisiq nikahlari olan yehudilere oz erazilerinde yasamaga icaze verilirdi Buradan deportasiya olunanlar Fransa hokumetine hec bir xeber verilmeden doqquz qatarla Fransaya yola salindi lakin almanlarin bu hereketi fransiz hokumetini hec de qane etmedi Neticede hemin yehudiler Visi hokumeti terefinden olkenin cenubundaki hebs dusergelerine gonderildi 1941 ci ilin martinda Visi rejimi terefinden olkede anti yehudi propaqandasinin heyata kecirilmesi ve yehudilere qarsi mueyyen tedbirlerin gorulmesi isleri ile mesgul olan Yehudi Isleri uzre Bas Komissarliq yaradildi Eyni zamanda almanlar isgal etdikleri erazilerde yehudilerin qeydiyyati islerine baslamisdilar 2 iyun 1941 ci ilde Visi hokumeti terefinden qebul olunan Ikinci Statusa esasen butun olke erazisinde o cumleden Simali Afrikada etnik yehudilerin qeydiyyati prosesi resmilesdi Yeni qerara gore olkede yasayan butun yehudiler uzerilerinde sari Davud ulduzu nisani gezdirmeli idi Bu qerar yehudilerin qeydiyyata alinmasi islerini asanlasdirir ve onlarin gelecek deportasiyasi prosesini suretle heyata kecirmeye imkan verirdi Isgal olunmus erazilerde Nasist Almaniyasinin qerarina gore 29 may 1942 ci ilden etibaren yasi 6 dan yuxari olan butun yehudilerde bu nisan olmali idi Dransi hebs dusergesi Fransada yehudilerin hebs olunmasina 1940 ci ilden ferdi sekilde 1941 ci ilden ise kutlevi sekilde baslanmisdir Ilk kutlevi hebs dalgasi 14 may 1941 ci ilde bas tutdu Ikinci hebs dalgasi 1 avqust 1941 ci ile qeder davam etdi ve 4232 nefer fransiz ve xarici yehudinin hebs olunmasi ile neticelendi 27 mart 1942 ci ilde deportasiya prosesi basladi ve ele hemin gun ilk konvoy Parisden Ausvitze yola dusdu Hebs olunanlar arasinda qadinlar ve usaqlar da var idi Hokumetin etirafiOnillikler boyunca Fransa hokumeti yehudilerin toplanmasi ve ya her hansi basqa bir dovlet fealiyyetinde fransiz polisinin istirakina gore uzr istemekden imtina edirdi Bu onunla izah edilirdi ki hemin hadiselerin bas verdiyi dovrde marsal Filip Peten yeni Visi rejiminin esasini qoymusdu ve Respublikanin yeniden berpasi ise yalniz muharibenin basa catmasindan sonra mumkun olmusdu Bu sebebe gore Respublika ozunun movcud olmadigi ve tanimadigi bir dovlet terefinden heyata kecirilmis hadiselere gore uzr isteye bilmez Meselen kecmis Fransa Prezidenti Fransua Mitteran hadiselere bu cur yanasmanin terefdari idi Bu cur aciqlamalar daha cox 2017 ci ildeki seckiler erzinde lideri Marin Le Pen terefinden tekrarlanirdi 16 iyul 1995 ci ilde Prezident Jak Sirak Fransanin oz kecmisi ile uzlesmesi vaxtinin catdigini bildirmis ve dovletin alman isgali erzinde yehudilere ve diger qurbanlara qarsi edilen zulmde oynadigi rolu tesdiqlemisdir Sirak hemcinin 4500 nefer fransiz polisinin ve jandarminin nasist liderlerinin emrine tabe olaraq hereket etdiyini aciqlamisdir Bu hadiselerin 70 ci ildonumu zamani 22 iyul 2012 ci ilde Prezident Fransua Olland Vel d Hiv deportasiyasina hesr olunan abide qarsisinda cixis etmisdir Prezident oz cixisinda bas vermis hadiseleri soyqirim adlandirmis ve bu hadisenin Fransada Fransa terefinden heyata kecirildiyini hemcinin bu deportasiyada istirak eden fransiz polislerinin Fransanin deyerlerine prinsiplerine ve ideallarina qarsi oldugunu aciqlamisdir 2017 ci ilin iyul ayinda Velodrome d Hiver qurbanlarini anma merasiminde cixis eden Prezident Emmanuel Makron olkesinin Holokost hadiselerindeki rolunu qebul etmis ve Fransanin 1942 ci ilde 13000 yehudinin deportasiyasinda istirakini imtina etmeyi tarixi saxtalasdirmaga cehd adlandirmisdir O bu deportasiyanin heqiqeten Fransa terefinden heyata kecirildiyini qebul etmisdir Makron basqa bir aciqlamada muharibe erzinde movcud olmus hokumeti Fransa Dovleti adlandirmis ve Biz Visi rejiminin hecden yarandigini ve bir hece cevrildiyini munasib hesab ede bilerik Beli bu munasibdir lakin bu hem de yanlisdir Biz yalan uzerinde qurur insa ede bilmerik aciqlamasi vermisdir Hemcinin baxHolokost Ikinci dunya muharibesiIstinadlarhttp www bbc co uk history worldwars jewish deportation 01 shtml olu kecid Le Bilan de la Shoah en France Le regime de Vichy bseditions fr 2021 06 15 tarixinde Istifade tarixi 2018 02 02 Arxivlenmis suret PDF 2017 10 11 tarixinde PDF Istifade tarixi 2018 02 02 La persecution nazie free fr 2014 07 02 tarixinde Istifade tarixi 2018 02 02 Ruth Ginio French Colonialism Unmasked The Vichy Years in French West Africa University of Nebraska Press 2006 ISBN 080325380X report by the Mission d etude sur la spoliation des Juifs 2010 11 15 tarixinde Istifade tarixi 2018 02 02 November 12 2005 tarixinde orijinalindan arxivlesdirilib Les rafles de 1941 Source Claude Singer Historien enseigne a l universite de Paris I DUEJ Revue Les Chemins de la Memoire n 119 Juillet Aout 2002 pour Mindef SGA DMPA Chemins de memoire site du Ministere de la Defense 2014 03 15 tarixinde Istifade tarixi 2018 02 02 Blumenkranz 1972 seh 404 Arxivlenmis suret 2017 12 07 tarixinde Istifade tarixi 2018 02 02 Arxivlenmis suret 2018 01 13 tarixinde Istifade tarixi 2018 02 02 Allocution de M Jacques CHIRAC President de la Republique prononcee lors des ceremonies commemorant la grande rafle des 16 et 17 juillet 1942 Paris PDF www jacqueschirac asso fransizca 16 July 1995 24 July 2014 tarixinde PDF Istifade tarixi 17 July 2014 Arxivlenmis suret 2022 07 23 tarixinde Istifade tarixi 2018 02 02 Arxivlenmis suret 2017 10 24 tarixinde Istifade tarixi 2018 02 02 Arxivlenmis suret 2018 01 28 tarixinde Istifade tarixi 2018 02 02 Xarici kecidlerVikianbarda Fransada holokost ile elaqeli mediafayllar var France at the European Holocaust Research Infrastructure EHRI The Holocaust in France at Yad Vashem website