Fantaziya ədəbiyyatı və ya fantastik ədəbiyyat real hadisələrə əsaslanmayan yazılı ifadə tərzidir. Buraya əsasən müxtəlif mövzulu hekayələr, romanlar, pyeslər və dram kimi yazı üslubları daxildir. Klassik fantaziya ədəbiyyatının ən məşhur nümunələri sırasında bəzi nağıllarla bərabər "Alisa möcüzələr ölkəsində" əsəri də yer alır. Müasir fantaziya ədəbiyyatının tanınmış nümunələri arasında J. R. R. Tolkienin yazdığı "Hobbit ", "Üzüklərin hökmdarı", Ursula K. Leqinin yazdığı "Yer dənizinin sehrbazı" və C. S. Lyuisin yazdığı "Narniya salnamələri" kimi əsərlər yer alır.
Elmi fantastika janrı ilə fantaziya janrını qarışdırmaq olmaz. Onlar hər nə qədər də bir-birlərinə oxşar olan növlər olsalar da, kainat yaratma üsulları çox fərqlidir. Elmi fantastika əsərlərində içində yaşadığımız dünya da daxil olmaqla kainat, fərqli bir zaman dilimində təsvir olunursa, fantastik əsərlərin özlərinə məxsus olan kainatları mövcud olur. Bu ənənə Tolkien tərəfindən yaradılmış olan Orta Dünya ilə məşhurluq qazanmış və o vaxtdan bəri orijinal fantaziya yazıçıları özlərindən əvvəlkilərdən ilhamlanaraq özlərinin kainatlarını yaradırlar. Daha gənc, yaxud da kiçik yaş qrupları üçün yazılmış bəzi fantaziya mövzulu əsərlərdəki hadisələr (məsələn: JK Rowling — Harry Potter və Rick Riordan — Persi Cekson və Olimplər) alternativ tarix yazılarından da istifadə edilərək yaşadığımız dünyada baş verir. Bu əsərlərdə bizim bu dünyanın bizim əslində bilmədiyimiz gizli bir hissəsində gizli həyat sürən qəhrəmanların hekayələrindən bəhs edilir.
Fantaziya ədəbiyyatının bu qədər populyarlaşmasının öncülü kimi qəbul edilmiş olan şəxs Con Ronald Reuel Tolkiendir. Bu ədəbi üslubun əsas məzmununu təşkil edən bəzi irq adları (orklar, elflər, cırtdanlar və s.) daxil olmaqla xəyali xəritələrdən də istifadə edilərək kitab yazma hərəkatı onun rəhbərliyi altında populyarlaşmışdır. Müasir dünyada milyonlarla insana çatdırılmış olan bir çox kompüter oyunlarının da fantaziya ədəbiyyatının zənginliklərindən bəhrələndiyini görə bilərik. Fantastika ədəbiyyatı janrının bir sıra əsərləri video oyunlara adaptasiya edilmişdir. CD Projekt Red şirkətinin The Witcher oyun trilogiyası Andrzej Sapkowskinin eyniadlı romanından adaptasiya edilmişdir.
Fantaziya ədəbiyyatı janrının özünəməxsus olan xüsusiyyətlərindən biri də əsərlərdə adları qeyd olunan yerlərin, canlı növlərinin və digər elementlərin hər bir əsərdə fərqli xüsusiyyətlərə malik olmasıdır. Ədəbiyyat aləmində fantaziya ədəbiyyatı janrı hər nə qədər sevilmişdirsə də, bir o qədər də çox sayda tənqidlərin diqqət mərkəzində olmuşdur. Düzdür, fantaziya ədəbiyyatı insanları yeni dünyalarla tanış edir və onları bir müddət həmin dünyaların qonağı olaraq qəbul edir, lakin bir şeyin dəqiqliyini və ya reallığını tam olaraq izah edə bilməyəndə insanlar necə oxşatmalara əl atırlarsa, fantastika ədəbiyyatı da real dünya elementləri nümunə gətirilərək izah edilə bilinməyən situasiyaları, düşüncələri və yaxud da hadisələri təsvir etmək üçün müxtəlif cür alternativ üsullardan istifadə edir. Bu janrda olan bütün əsərlər bu məqsədi daşımasalar da, demək olar ki, onların hamısında real dünya ilə bağlı tənqidlər, şərhlər, mesajlar mövcuddur. Fantaziya ədəbiyyatı əslinə qalarsa sözün həqiqi mənasında insanlarda "Formal" yəni ki, müəyyən bir təxəyyül dünyası yaradır. Əks halda, təsvir edilmiş olan bütün faktlar gördüklərimizdən çıxarılıb konseptual əsaslarla nəzərdən keçirildiyi zaman, real həyatda yaşadığımız hisslərdirlər. Hər nə qədər də bu janrda olan əsərlərin süjet xətti hər gün gördüyümüz dünya əsasında qurulmasa da, bu əsərlərin nə qəhrəmanları, nə yerləri, nə də müşahidə olunan bir çox başqa şeyləri hər gün gördüyümüz formada olmasa da, bu tipli əsərlərdəki personajlar da bizim kimi sevirlər, düşünürlər və eyni zamanda da yaxşı, yaxud pis hərəkətlər edirlər. Məhz bu nöqtədə deyirlər ki, Fantaziya ədəbiyyatı "Reallıq" daxilində "Realist" olmayan bir şeydir.
Fantastika ədəbiyyatı müasir dövrdə Robert Jordan, George RR Martin və Stephen King kimi yazıçıların sayəsində daha da zənginləşmişdir .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Fantaziya edebiyyati ve ya fantastik edebiyyat real hadiselere esaslanmayan yazili ifade terzidir Buraya esasen muxtelif movzulu hekayeler romanlar pyesler ve dram kimi yazi uslublari daxildir Klassik fantaziya edebiyyatinin en meshur numuneleri sirasinda bezi nagillarla beraber Alisa mocuzeler olkesinde eseri de yer alir Muasir fantaziya edebiyyatinin taninmis numuneleri arasinda J R R Tolkienin yazdigi Hobbit Uzuklerin hokmdari Ursula K Leqinin yazdigi Yer denizinin sehrbazi ve C S Lyuisin yazdigi Narniya salnameleri kimi eserler yer alir Elmi fantastika janri ile fantaziya janrini qarisdirmaq olmaz Onlar her ne qeder de bir birlerine oxsar olan novler olsalar da kainat yaratma usullari cox ferqlidir Elmi fantastika eserlerinde icinde yasadigimiz dunya da daxil olmaqla kainat ferqli bir zaman diliminde tesvir olunursa fantastik eserlerin ozlerine mexsus olan kainatlari movcud olur Bu enene Tolkien terefinden yaradilmis olan Orta Dunya ile meshurluq qazanmis ve o vaxtdan beri orijinal fantaziya yazicilari ozlerinden evvelkilerden ilhamlanaraq ozlerinin kainatlarini yaradirlar Daha genc yaxud da kicik yas qruplari ucun yazilmis bezi fantaziya movzulu eserlerdeki hadiseler meselen JK Rowling Harry Potter ve Rick Riordan Persi Cekson ve Olimpler alternativ tarix yazilarindan da istifade edilerek yasadigimiz dunyada bas verir Bu eserlerde bizim bu dunyanin bizim eslinde bilmediyimiz gizli bir hissesinde gizli heyat suren qehremanlarin hekayelerinden behs edilir Fantaziya edebiyyatinin bu qeder populyarlasmasinin onculu kimi qebul edilmis olan sexs Con Ronald Reuel Tolkiendir Bu edebi uslubun esas mezmununu teskil eden bezi irq adlari orklar elfler cirtdanlar ve s daxil olmaqla xeyali xeritelerden de istifade edilerek kitab yazma herekati onun rehberliyi altinda populyarlasmisdir Muasir dunyada milyonlarla insana catdirilmis olan bir cox komputer oyunlarinin da fantaziya edebiyyatinin zenginliklerinden behrelendiyini gore bilerik Fantastika edebiyyati janrinin bir sira eserleri video oyunlara adaptasiya edilmisdir CD Projekt Red sirketinin The Witcher oyun trilogiyasi Andrzej Sapkowskinin eyniadli romanindan adaptasiya edilmisdir Fantaziya edebiyyati janrinin ozunemexsus olan xususiyyetlerinden biri de eserlerde adlari qeyd olunan yerlerin canli novlerinin ve diger elementlerin her bir eserde ferqli xususiyyetlere malik olmasidir Edebiyyat aleminde fantaziya edebiyyati janri her ne qeder sevilmisdirse de bir o qeder de cox sayda tenqidlerin diqqet merkezinde olmusdur Duzdur fantaziya edebiyyati insanlari yeni dunyalarla tanis edir ve onlari bir muddet hemin dunyalarin qonagi olaraq qebul edir lakin bir seyin deqiqliyini ve ya realligini tam olaraq izah ede bilmeyende insanlar nece oxsatmalara el atirlarsa fantastika edebiyyati da real dunya elementleri numune getirilerek izah edile bilinmeyen situasiyalari dusunceleri ve yaxud da hadiseleri tesvir etmek ucun muxtelif cur alternativ usullardan istifade edir Bu janrda olan butun eserler bu meqsedi dasimasalar da demek olar ki onlarin hamisinda real dunya ile bagli tenqidler serhler mesajlar movcuddur Fantaziya edebiyyati esline qalarsa sozun heqiqi menasinda insanlarda Formal yeni ki mueyyen bir texeyyul dunyasi yaradir Eks halda tesvir edilmis olan butun faktlar gorduklerimizden cixarilib konseptual esaslarla nezerden kecirildiyi zaman real heyatda yasadigimiz hisslerdirler Her ne qeder de bu janrda olan eserlerin sujet xetti her gun gorduyumuz dunya esasinda qurulmasa da bu eserlerin ne qehremanlari ne yerleri ne de musahide olunan bir cox basqa seyleri her gun gorduyumuz formada olmasa da bu tipli eserlerdeki personajlar da bizim kimi sevirler dusunurler ve eyni zamanda da yaxsi yaxud pis hereketler edirler Mehz bu noqtede deyirler ki Fantaziya edebiyyati Realliq daxilinde Realist olmayan bir seydir Fantastika edebiyyati muasir dovrde Robert Jordan George RR Martin ve Stephen King kimi yazicilarin sayesinde daha da zenginlesmisdir