Etruskların mənşəyi — İtaliya yarımadasında meydana çıxmış etrusk tayfasının haradan bu əraziyə miqrasiya etməsi və onların etnik mənşəyinin hansı qədim cəmiyyətlərə söykənməsi ilə bağlı aparılan tədqiqatlara verilən ümumi addır. Alimlər bu mövzuda vahid konsensusa gələ bilməmişdirlər. Etruskların müasiri olan tarixçilərin irəli sürdüyü mənbələrə əsasən etruskların İtaliya yarımadasındakı yerli arxeoloji mədəniyyətlərdən yaranması (Halikarnaslı Dionisin qeydlərinə əsasən), bu əraziyə Lidiyadan (Herodot) və ya Fessaliyadan (Lesboslu Hellanikə görə Tirenlər) gəlmələri və yaxud Alp dağlarının şimalında yaşayan Retsiyalılara əsaslandıqları (Qaius Plinius Secundusun rəyi) fikirləri irəli sürülmüşdür.
Yunan tarixçisi Herodotun yazdıqlarına əsasən, etrusklar Anadolu ərazisində o zamanlar hakimiyyətdə olmuş Lidiya torpaqlarından İtaliyaya miqrasiya etmişdirlər. Bir çox tarixçilər də etrusklarla Anadolu sivilizasiyalarının, xüsusən də Troyanın ənənələri arasında əlaqələrin olduğunu zənn edirlər. Buna görə də etruskların mənşəyinin Kiçik Asiya, yəni Anadolu sivilizasiyalarına əsaslandığı fikrini müdafiə edirlər.
Etruskların mənşəyi ilə bağlı Herodotun vermiş olduğu bu məlumatlar müasir tarixçilər və arxeoloqlar tərəfindən "dəniz yolu ilə belə bir miqrasiyanın qeyri-mümkün olması" əsası ilə qəbul edilməmişdir. Ancaq 2004-cü ildə Turin Universitetində Alberto Piazza bu mövzuda genetik tədqiqatlar aparmışdır. O, eramızdan əvvəl VII–III əsrlər arasında yaşamış etrusklara məxsus olan 80 skeletdən DNT nümunələri götürmüşdür. Bu nümunələr etruskların müasir Türkiyənin yerləşdiyi coğrafiyadan İtaliyaya köç etdiyini təsdiqləmişdir. Qədim yunan əfsanələrində də müntəzəm olaraq deyildiyi kimi, bu vəziyyət qədim zamanlarda Anadoludan İtaliya yarımadasına edilən köçlərlə izah olunmuşdur. İtaliya tarixçisi və linqvisti olan professor Mario Alineinin fikrinə görə də, etrusklar türk mənşəli bir xalqı olmuşdurlar.
Etrusk dili və əlifbası
Etrusk dili müasir dövrdə tam olaraq təqdim edilməmiş bir dil hesab olunur. Bundan əlavə, etrusk yazısının əlifbası məlum olsa da, tam olaraq öyrənilməmişdir. Bunun üç əsas səbəbi vardır. Əvvəla, muzeylərdən yüzlərlə etrusk lövhəsi oğurlanmışdır. Etrusklardan bu günə qədər bir neçə abidə və latın yazıçılarının yazdıqları sitatlar istisna olmaqla, çox da yazılı əsər qalmamışdır. Yazılar isə çox qısa olub özündə az sayda söz ehtiva edir. Etrusk dilində yazılmış əsərlərin bəziləri qraffit formasındadır; bəziləri isə ancaq ata-ana, ər-arvad adlarını və uşaqların sayını göstərən qəbir daşlarından ibarətdir. Maraqlı bir fakt bundan ibarətdir ki, ən uzun etrusk əlyazması İtaliyada deyil, XIX əsrdə Misirin İsgəndəriyyə şəhərindən tapılmış olan Misir mumiyasının sarğısından tapılmışdır.
Etrusklardan müasir dövrə çox sayda yazılı əsərlərin çatmamasına dair iki əsas fərziyyə mövcuddur:
- Etrusk cəmiyyəti ezoterik dəyərlərə əhəmiyyət verən təşəbbüskar bir təşkilatda yaşayırdı, məlumatların ötürülməsi şifahi şəkildə həyata keçirilirdi və nəyisə yazmaq lazım olanda yazılar və ya mühüm yazılar yalnız ezoterik ənənəni davam etdirən katib keşişlər tərəfindən yazılır və saxlanılırdı. Hər bir ezoterik məktəbdə göründüyü kimi, onlar da məxfiliyə və informasiyalarını məxfi formada saxlamağa əhəmiyyət vermişdilər. Rene Quenonun qeyd etdiyi kimi, mövcudluğu məlum olduğu halda, etruskların ilhama əsaslanan dini kitabları (fal kitabları yox) da, məhz buna görə hələ də kəşf edilməmişdir.
- Bütpərəst hesab edilən etrusk mətnləri qəsdən və sistemli bir formada məhv edilmişdir.
İkinci bir səbəb odur ki, kifayət qədər ikidilli yazılar tapılmamışdır. Etrusk yazısının tam öyrənilməməsinin digər səbəbi də etrusk dilinin yaxşı öyrənilmiş Hind-Avropa dil ailəsinin deyil, heca-aqqlutinativ əsaslı bir dil olmasıdır. Etrusk yazısı hələ də linqvistlər tərəfindən tam olaraq deşifrlənməmişdir. Etrusk dili 22 səsdən ibarətdir və etrusk əlifbası əslində heç bir səsi ifadə etməyə yaramayan əcnəbi (xarici) hərflər istisna olmaqla, cəmisi 22 hərfdən ibarət əlifbadır. Deməli, etruskların birinci əlifbası 22 hərfdən ibarət olmuşdur. Bəzi etrusk yazıları soldan sağa, bəzi etrusk yazıları isə sağdan sola yazılmışdır.
Miqrasiyanın mənbəyi
Nəticədə, etruskların İtaliyaya miqrasiyası ilə bağlı fərziyyələr aşağıdakı rəylərdə cəmləşmişdir:
- Bəzi Qərb alimlərinə görə miqrasiyanın mənbəyi Egey-Anadoludur.
- Miqrasiya Anadolu vasitəsilə baş vermiş olsa da, mənbə Mərkəzi Anadolu deyildi; etruskların əcdadları Egey, Anadolu və ya Qafqaz ətrafında yaşamışdılar.
- Bəzi macar tədqiqatçılarına görə miqrasiyanın mənbəyi Mərkəzi Asiyadır.
- Dünya tarixçilərinə görə isə etrusk miqrasiyası Qərbi Anadolu regionundan baş vermişdir. Miqrasiyanın səbəbi isə yunanların troyalılara və lidiyalılara etdikləri hücumlar idi.
İstinadlar
- Dionysius of Halicarnassus, Roman Antiquities, Book I Chapter 30 1.
- MacIntosh Turfa, Jean. The Etruscan World (ingilis). London and New York: Routledge Taylor & Francis Group. 2013. ISBN .
- Dionysius of Halicarnassus, Roman Antiquities, 1.17–19
- Titus Livius (Livy), The History of Rome (Ab Urbe Condita), Book 5
- "Etrüskler Türk mü İdi?" Adile Ayda, Türk Tarih Kurumu Yayınları. Ankara, 2014. .
- Genetic tests: Italians were from Turkey Arxivləşdirilib 2012-11-13 at the Wayback Machine, Thomas H. Maugh, Los Angeles Times, 18 iyun 2007.
- DNA testleri Etrüskler'in Türk kökenli olduklarını söylüyor Arxivləşdirilib 2008-10-05 at the Wayback Machine, Hürriyet Gazetesi, 23 oktyabr 2007.
- Alinei, Mario. Gli etruschi erano turchi: dalla scoperta delle affinità genetiche alle conferme linguistiche e culturali (italyan). Edizioni dell'Orso. 2013. ISBN . İstifadə tarixi: 29 iyun 2024.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Etrusklarin menseyi Italiya yarimadasinda meydana cixmis etrusk tayfasinin haradan bu eraziye miqrasiya etmesi ve onlarin etnik menseyinin hansi qedim cemiyyetlere soykenmesi ile bagli aparilan tedqiqatlara verilen umumi addir Alimler bu movzuda vahid konsensusa gele bilmemisdirler Etrusklarin muasiri olan tarixcilerin ireli surduyu menbelere esasen etrusklarin Italiya yarimadasindaki yerli arxeoloji medeniyyetlerden yaranmasi Halikarnasli Dionisin qeydlerine esasen bu eraziye Lidiyadan Herodot ve ya Fessaliyadan Lesboslu Hellanike gore Tirenler gelmeleri ve yaxud Alp daglarinin simalinda yasayan Retsiyalilara esaslandiqlari Qaius Plinius Secundusun reyi fikirleri ireli surulmusdur Etrusklarin Italiyada meskunlasdiqlari regionlar ve yaratdiqlari seherler Yunan tarixcisi Herodotun yazdiqlarina esasen etrusklar Anadolu erazisinde o zamanlar hakimiyyetde olmus Lidiya torpaqlarindan Italiyaya miqrasiya etmisdirler Bir cox tarixciler de etrusklarla Anadolu sivilizasiyalarinin xususen de Troyanin eneneleri arasinda elaqelerin oldugunu zenn edirler Buna gore de etrusklarin menseyinin Kicik Asiya yeni Anadolu sivilizasiyalarina esaslandigi fikrini mudafie edirler Etrusklarin menseyi ile bagli Herodotun vermis oldugu bu melumatlar muasir tarixciler ve arxeoloqlar terefinden deniz yolu ile bele bir miqrasiyanin qeyri mumkun olmasi esasi ile qebul edilmemisdir Ancaq 2004 cu ilde Turin Universitetinde Alberto Piazza bu movzuda genetik tedqiqatlar aparmisdir O eramizdan evvel VII III esrler arasinda yasamis etrusklara mexsus olan 80 skeletden DNT numuneleri goturmusdur Bu numuneler etrusklarin muasir Turkiyenin yerlesdiyi cografiyadan Italiyaya koc etdiyini tesdiqlemisdir Qedim yunan efsanelerinde de muntezem olaraq deyildiyi kimi bu veziyyet qedim zamanlarda Anadoludan Italiya yarimadasina edilen koclerle izah olunmusdur Italiya tarixcisi ve linqvisti olan professor Mario Alineinin fikrine gore de etrusklar turk menseli bir xalqi olmusdurlar Etrusk dili ve elifbasiEtrusk dili muasir dovrde tam olaraq teqdim edilmemis bir dil hesab olunur Bundan elave etrusk yazisinin elifbasi melum olsa da tam olaraq oyrenilmemisdir Bunun uc esas sebebi vardir Evvela muzeylerden yuzlerle etrusk lovhesi ogurlanmisdir Etrusklardan bu gune qeder bir nece abide ve latin yazicilarinin yazdiqlari sitatlar istisna olmaqla cox da yazili eser qalmamisdir Yazilar ise cox qisa olub ozunde az sayda soz ehtiva edir Etrusk dilinde yazilmis eserlerin bezileri qraffit formasindadir bezileri ise ancaq ata ana er arvad adlarini ve usaqlarin sayini gosteren qebir daslarindan ibaretdir Maraqli bir fakt bundan ibaretdir ki en uzun etrusk elyazmasi Italiyada deyil XIX esrde Misirin Isgenderiyye seherinden tapilmis olan Misir mumiyasinin sargisindan tapilmisdir Etrusklardan muasir dovre cox sayda yazili eserlerin catmamasina dair iki esas ferziyye movcuddur Etrusk cemiyyeti ezoterik deyerlere ehemiyyet veren tesebbuskar bir teskilatda yasayirdi melumatlarin oturulmesi sifahi sekilde heyata kecirilirdi ve neyise yazmaq lazim olanda yazilar ve ya muhum yazilar yalniz ezoterik eneneni davam etdiren katib kesisler terefinden yazilir ve saxlanilirdi Her bir ezoterik mektebde gorunduyu kimi onlar da mexfiliye ve informasiyalarini mexfi formada saxlamaga ehemiyyet vermisdiler Rene Quenonun qeyd etdiyi kimi movcudlugu melum oldugu halda etrusklarin ilhama esaslanan dini kitablari fal kitablari yox da mehz buna gore hele de kesf edilmemisdir Butperest hesab edilen etrusk metnleri qesden ve sistemli bir formada mehv edilmisdir Ikinci bir sebeb odur ki kifayet qeder ikidilli yazilar tapilmamisdir Etrusk yazisinin tam oyrenilmemesinin diger sebebi de etrusk dilinin yaxsi oyrenilmis Hind Avropa dil ailesinin deyil heca aqqlutinativ esasli bir dil olmasidir Etrusk yazisi hele de linqvistler terefinden tam olaraq desifrlenmemisdir Etrusk dili 22 sesden ibaretdir ve etrusk elifbasi eslinde hec bir sesi ifade etmeye yaramayan ecnebi xarici herfler istisna olmaqla cemisi 22 herfden ibaret elifbadir Demeli etrusklarin birinci elifbasi 22 herfden ibaret olmusdur Bezi etrusk yazilari soldan saga bezi etrusk yazilari ise sagdan sola yazilmisdir Miqrasiyanin menbeyiNeticede etrusklarin Italiyaya miqrasiyasi ile bagli ferziyyeler asagidaki reylerde cemlesmisdir Bezi Qerb alimlerine gore miqrasiyanin menbeyi Egey Anadoludur Miqrasiya Anadolu vasitesile bas vermis olsa da menbe Merkezi Anadolu deyildi etrusklarin ecdadlari Egey Anadolu ve ya Qafqaz etrafinda yasamisdilar Bezi macar tedqiqatcilarina gore miqrasiyanin menbeyi Merkezi Asiyadir Dunya tarixcilerine gore ise etrusk miqrasiyasi Qerbi Anadolu regionundan bas vermisdir Miqrasiyanin sebebi ise yunanlarin troyalilara ve lidiyalilara etdikleri hucumlar idi IstinadlarDionysius of Halicarnassus Roman Antiquities Book I Chapter 30 1 MacIntosh Turfa Jean The Etruscan World ingilis London and New York Routledge Taylor amp Francis Group 2013 ISBN 978 0 415 67308 2 Dionysius of Halicarnassus Roman Antiquities 1 17 19 Titus Livius Livy The History of Rome Ab Urbe Condita Book 5 Etruskler Turk mu Idi Adile Ayda Turk Tarih Kurumu Yayinlari Ankara 2014 ISBN 978 975 16 2922 7 Genetic tests Italians were from Turkey Arxivlesdirilib 2012 11 13 at the Wayback Machine Thomas H Maugh Los Angeles Times 18 iyun 2007 DNA testleri Etruskler in Turk kokenli olduklarini soyluyor Arxivlesdirilib 2008 10 05 at the Wayback Machine Hurriyet Gazetesi 23 oktyabr 2007 Alinei Mario Gli etruschi erano turchi dalla scoperta delle affinita genetiche alle conferme linguistiche e culturali italyan Edizioni dell Orso 2013 ISBN 886 27 4431 5 Istifade tarixi 29 iyun 2024