Elmar Hüseynov (tam adı: Elmar Sabir oğlu Hüseynov; 17 iyul 1967, Bakı, Azərbaycan SSR, SSRİ — 2 mart 2005, Bakı, Azərbaycan) — azərbaycanlı müstəqil jurnalist, "Qızıl qələm" və Həsən bəy Zərdabi mükafatı laureatı, "Monitor" jurnalının yaradıcısı və baş redaktoru. Hüseynov kəskin araşdırmaları ilə tanınan və hakimiyyəti sərt tənqid edən jurnalist idi.
Elmar Hüseynov | |
---|---|
| |
Doğum tarixi | 17 iyul 1967 |
Doğum yeri | |
Vəfat tarixi | 2 mart 2005 (37 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | sui-qəsd |
Dəfn yeri | İkinci Fəxri Xiyaban |
Vətəndaşlığı | SSRİ Azərbaycan |
Həyat yoldaşı | Ruşaniyyə Hüseynova |
Uşağı | oğlu: Aslan |
Atası | Sabir Hüseynov |
İxtisası | Mühəndis-hidrotexnik |
Təhsili | Azərbaycan İnşaat Mühəndisləri Universiteti |
Fəaliyyəti | jurnalist |
Vikianbarda əlaqəli mediafayllar |
2005-ci ilin martında Elmar Hüseynov sifarişli hesab olunacaq qədər planlı olan bir sui-qəsd nəticəsində qətlə yetirilib. Çoxsaylı ölüm təhdidləri alan 37 yaşlı jurnalist sonda Bakıda yaşadığı binanın pilləkənlərində odlu silahdan açılan atəşlə qətlə yetirilib. Hüseynovun ölümü geniş beynəlxalq rezonans doğurub. Onun qətlindən sonra Azərbaycanda ifadə azadlığının durumu sürətlə pisləşməyə başlamışdır. Qətldən on doqquz ildən də çox vaxt keçməsinə baxmayaraq, hökumət bu qətli adekvat şəkildə araşdırmayıb və qətlə görə heç kim məsuliyyətə cəlb olunmayıb.
Elmar Hüseynov ailəli idi. Ölümündən sonra həyat yoldaşı və Aslan adlı bir oğlu qalıb. Atası qətlə yetiriləndə Aslan 1 yaş, 4 aylıq idi. 2006-cı ilin sonlarında jurnalistin ailəsi Norveçdən siyasi sığınacaq alaraq, bu ölkəyə mühacirət ediblər.
Həyatı
Elmar Hüseynov 17 iyul 1967-ci ildə Bakıda anadan olub. 1983-cü ildə Əzizbəyov rayonundakı 234 saylı orta məktəbi bitirib və elə həmin il Azərbaycan İnşaat Mühəndisləri Universitetinə daxil olub. 1985–1987-ci illərdə sovet ordusunda xidmət edib.
O, 1992-ci ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetini mühəndis-hidrotexnik ixtisası üzrə bitirib. Bir müddət ixtisası üzrə Azərbaycanda Xudafərin SES-in tikintisində və Rusiyada nəhəng Boquçan SES-in tikintisində çalışıb.
Elmar Hüseynov 1995-ci ildə Rusiyadan Azərbaycana qayıdıb və burada jurnalist fəaliyyətinə başlayıb. Çox keçmədən "Zerkalo" qəzeti ilə əməkdaşlıq etməyə dəvət olunub.
Elə həmin ildə Elmar Hüseynov "Trend" Analitik İnformasiya Agentliyini və həftəlik "" qəzetini yaradır. O, 1996-cı ildə "Geoiqtisadi araşdırmalar mərkəzi"nin yaradılmasında iştirak edir. Elmar Hüseynov 1996-cı ildə ayda bir dəfə çıxan "Monitor" ictimai-siyasi jurnalını təsis edir. Bu jurnalın materialları kəskin tənqidi və cəsarəti ilə seçilirdi.
1998-ci ilin yazında Bakı şəhər məhkəməsi üç tarixçinin iddiası əsasında Elmar Hüseynovu "Azərbaycan millətini təhqir etməkdə" ittiham edib və "Monitor" jurnalını 16 min manat cərimə edib. Jurnal cəriməni ödəyə bilmədiyindən fəaliyyətini dayandırmalı olub.
1998-ci ilin avqustunda Elmar Hüseynov həftəlik "" qəzetini, 1999-cu ilin noyabrında isə həftəlik "" qəzetini təsis edir. "Bakinskie vedomosti" qəzeti hədələr nəticəsində ancaq səkkiz nömrə çap edə bilir.
2000-ci ilin fevralında Hüseynov həftəlik "" jurnalının baş redaktoru və naşiri olur. Bu jurnalın yalnız on nömrəsi işıq üzü görür. Ciddi təzyiqlərdən sonra jurnalın yayımı dayandırılır. Elmara isə vergidən yayınma faktı ilə bağlı cinayət işi açılır, lakin vergi orqanları vergidən yayınma faktını sübut edə bilmədiyindən işə xitam verilir.
6 sentyabr 2001-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun "şərəf və ləyaqətinin təhqir olunması və böhtan" iddiası əsasında məhkəmə "Bakı bulvarı" qəzetinin bağlanması barədə qərar qəbul edib. Qəzetin naşiri Elmar Hüseynov isə altı ay müddətinə azadlıqdan məhrum edilib. Amma bir ay sonra beynəlxalq təşkilatların və ictimaiyyətin təzyiqi ilə azadlığa buraxılıb.
Elmar Hüseynov və onun əməkdaşları bir neçə ay işsiz qalıb. 2002-ci ilin aprelindən isə Hüseynov yenidən "Monitor" jurnalını buraxmağa başladı. Jurnal ilkin olaraq aylıq, sonra isə həftəlik formatda nəşr olundu. 2005-ci ilin yazında "Monitor" jurnalı artıq Azərbaycanda ən nüfuzlu nəşrlərindən biri idi.
Şəxsi həyatı
Elmar Hüseynov 2002-ci ildə Rüşanə Hüseynova ilə ailə həyatı qurub. Cütlüyün 29 oktyabr 2003-cü ildə Aslan adlı oğulları dünyaya gəlib. Aslanın adı azərbaycanlı hüquqşünas Aslan İsmayılovun şərəfinə qoyulub. Rüşanə Hüseynova Elmardan sonra ikinci dəfə ailə həyatı qurmayacağını bildirib.
Elmar Hüseynovun ölümündən bir il sonra ailəsi Norveçdən siyasi sığınacaq alaraq, bu ölkəyə mühacirət ediblər. 2023-cü ildə — 17 ildən sonra Rüşanə Hüseynova oğlu, 17 yaşlı Aslanla birlikdə Azərbaycana qayıdıb. Onlar Elmar Hüseynovun məzarını ziyarət etməklə yanaşı, Şuşaya da səfər ediblər.
Qətli
Elmar Hüseynov sifarişli hesab olunacaq qədər planlı bir sui-qəsd nəticəsində qətlə yetirilib. Çoxsaylı ölüm təhdidləri alan 37 yaşlı jurnalist, 2005-ci il martın 2-də, saat 21:00 radələrində, işdən evə qayıdarkən yaşadığı Bakı şəhəri, Nizami rayonu Qara Qarayev küçəsi 39 nömrəli evin üçüncü mərtəbəsində naməlum şəxs tərəfindən yaxın məsafədənodlu silahdan açılmış atəş nəticəsində dünyasını dəyişib.
Hüseynova yeddi güllə atılıb. nəticələrinə görə, atılan yeddi güllədən biri havaya atılıb, ikisi bədəninə sürtülərək yan keçib, dörd güllə isə bədəninin müxtəlif nahiyələrinə dəyib. İki güllə Elmarın qarnına, biri ürəyinə, biri isə ağzına vurulub. Ürəyinə dəyən güllə Hüseynovun həyatına son qoyub.
Hadisə yerindən təxminən 150 metr aralıda olan "" markalı tapança götürülmüşdür. Ekspertiza güllələrin məhz tapılan "PSM" markalı tapançadan atıldığını müəyyən etmişdir.
Elmar Hüseynovun atası Sabir Hüseynov və xanımı Rüşanə Hüseynova hadisədən az əvvəl işıqlarının, qətldən sonra isə mobil və şəhər telefonlarının kəsildiyini bildiriblər.
Dəfni
Martın 4-də Elmar Hüseynovun dəfn mərasimi baş tutub. Dəfndən öncə Azərbaycan Milli Elmlər Akademiyasının böyük zalında jurnalistlə vida mərasimi keçirilib. Elmar Hüseynovun Azərbaycanın dövlət bayrağına bürünmüş saat 12:00-dən başlayaraq ziyarət olunmağa başladı. Jurnalistlə vida mərasimə minlərlə adam gəlib. Onların arasında Azərbaycan və xarici kütləvi informasiya vasitələri, ictimai-siyasi, hüquq-müdafiə təşkilatları, nümayəndələri və hökuməti təmsil edən şəxslər də var idi.
Saat 15:00-da ziyarət sona çatıb və çıxışlar başlanıb.Mətbuat Şurasının sədri Əflatun Amaşov, "Monitor" jurnalının əməkdaşı Eynulla Fətullayev, Rino Harniş və Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli çıxış edənlər arasında olublar.
Bakı Şəhər İcra Hakimiyyəti təşkilatçılara qəbiristanlığa avtobuslarla getməyi təklif etsə də, mərasimdə iştirak edənlər bundan imtina ediblər. İnsanlar jurnalistin tabutunu Azərbaycan Milli Elmlər Akademiyasından qəbiristanlığa qədər çiyinlərində, piyada aparıblar. Elmar Hüseynov İkinci Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən, dəfnin keçirilməsi üzrə bütün xərcləri Bakı Şəhər İcra Hakimiyyəti öz üzərinə götürüb.
Reaksiyalar
- 3 mart 2005-ci ildə Prezident yanında Təhlükəsizlik Şurasında Elmar Hüseynovun qətli müzakirə edilib. Azərbaycan Prezidenti İlham Əliyev hüquq-mühafizə orqanlarına cinayətin tezliklə araşdırılması və qatillərin tapılması ilə bağlı tapşırıq verib. Yığıncaqdan sonra o, kütləvi informasiya vasitələrinə açıqlamasında deyib ki, bu, Azərbaycanın müasir tarixində jurnalistlərin zorakı üsulla öldürülməsinə dair ilk hadisədir. Baş verən hadisəni Azərbaycana ləkə adlandıran prezidentin sözlərinə görə, bundan bəzi qüvvələr ölkənin beynəlxalq aləmdə gözdən salınması üçün istifadə edə bilərlər.
- 21 iyul 2005-ci ildə İlham Əliyev Azərbaycan milli mətbuatının 130 illiyinə həsr olunmuş yubiley mərasimində iştirak edərkən bildirmişdir ki, "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətli bizim hamımızı çox sarsıtdı. Bu, Azərbaycanın demokratik inkişafına vurulmuş zərbə idi. Biz hamımız çalışmalıyıq ki, bu cinayət tezliklə açılsın və cinayəti törətmiş insanlar məsuliyyətə cəlb olunsunlar. Ən önəmlisi budur ki, bu cinayəti sifariş edən qüvvələr ifşa olunsun. Bu istiqamətdə hüquq mühafizə orqanları çox gərgin işləyirlər. Artıq ilkin məlumatlar var və ictimaiyyət bu barədə məlumatlandırılır. Ümid edirəm ki, bu cinayətin üstü açılacaqdır. Bu, bizim hamımız üçün lazımdır. Təkcə Elmar Hüseynovun ailə üzvlərinə, yaxud da onun qohumlarına, dostlarına, həmkarlarına yox, bizim cəmiyyətimizə lazımdır. Bu ləkə Azərbaycanın üzərindən götürülməlidir və biz çalışacağıq ki, bu cinayət tezliklə açılsın.
- ABŞ Dövlət Departamenti Elmarın — Azərbaycanın aparıcı jurnalistlərindən birinin qətlindən "sarsıldığını və kədərləndiyini" bildirib. "Elmar Hüseynovun ölümü ölkədə demokratiya və azad mətbuat üçün böyük itkidir" — deyə Dövlət Departamentinin bəyanatında bildirilib.
- Avropa Şurasının baş katibi öz bəyanatında — "Mən Elmar Hüseynovun vəhşicəsinə öldürülməsindən sarsılmışam. Bu, Azərbaycanda fikir azadlığına hücumdur. Elmar Hüseynov demokratik cəmiyyətin əsaslarından olan azad KİV-in inkişafında böyük rol oynayıb" — deyə bildirib.
- "Sərhədsiz reportyorlar" beynəlxalq KİV azadlığını müdafiə təşkilatının bəyanatında — "Elmar Hüseynovun qətli Azərbaycanda jurnalistlərə qarşı aylarla davam edən təqib kampaniyasının kulminasiya nöqtəsi oldu" deyilib. Təşkilat martın 2-də Elmar Hüseynovun mənzilin girəcəyində öldürülməsindən sarsıldığını da bildirib.
- "Elmar Hüseynovun qətlə yetirilməsi Azərbaycanda tənqidlə məşğul olmağın nə dərəcədə təhlükəli olduğundan xəbər verir" — deyə "Human Rights Watch" təşkilatının bəyanatında qeyd olunub.
- Azərbaycan Xalq Cəbhəsi Partiyasının "islahatçılar" tərəfinin lideri Əli Kərimli, Elmar Hüseynovun öldürülməsini hakimiyyətin demokratik qüvvələrə xəbərdarlığı kimi qiymətləndirib. Bunda məqsədin isə seçki ərəfəsində müstəqil mətbuat və demokratik qüvvələrin gözünü qorxutmaq olduğunu bildirib.
- Müsavat Partiyasının başqanı İsa Qəmbər baş verən hadisəni hakimiyyətin azad mətbuata və azad sözə qarşı terroru kimi dəyərləndirib. O, həmçinin bildirib ki, "Ölkənin birinci şəxsi müqəssirləri az vaxta aşkar edib cəzalandırmasa, bütün komandasıyla birgə istefa verməlidir."
Qatilinin tapılması
Qəsdən adam öldürmə faktına görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanmış, Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılmışdır.
2005-ci il mayın 4-də Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi birgə bəyanat yayaraq, ictimaiyyətə məlumat verib ki, Elmar Hüseynovun qətlində Gürcüstan vətəndaşı olan Tahir Xubanovun iştirakı müəyyənləşib. Bəyanatda o da bildirilib ki, Tahir Xubanov hadisədən dərhal sonra Azərbaycanı tərk edib və bu səbəbdən onun barəsində beynəlxalq axtarış elan olunub. Həmçinin qeyd olunub ki, istintaq araşdırmaları ABŞ-nin Federal Təhqiqat Bürosu və Türkiyənin birgə əməkdaşlıq çərçivəsində aparılıb.
2005-ci il mayın 20-də istintaq qətldə şübhəli bilinən daha bir şəxsin adını açıqlayıb — yenə Gürcüstan vətəndaşı olan Teymuraz Əliyev.
2005-ci ilin may ayında Rəsmi Bakı Gürcüstan hakimiyyətinə müraciət edərək şübhəli bilinənlərin verilməsini tələb edib. Lakin 28 iyul 2005-ci ildə Tahir Xubanov və Teymuraz Əliyevi Azərbaycana təhvil verməkdən imtina edib. Tbilisi Bakıdan cinayət işinin materiallarını istəyib və təqsirləri təsdiqini taparsa, şübhəli şəxslərin saxlanılacağını və Gürcüstanda məhkəməyə çıxarılacağını bildirib. Rəsmi Bakı buna cavab verməyib.
26 iyul 2005-ci ildə Bakının Nizami rayon Məhkəməsi Tahir Xubanov və Teymuraz Əliyev üçün mobil telefon və nömrə almaqda təqsirli bilinən Turqay Bayramovu 2 il yarım müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Bayramov cəzasını çəkdikdən sonra azadlığa çıxıb.
25 iyul 2006-cı ildə cinayətkar qrupa başçılıq etmiş Azərbaycan Daxili İşlər Nazirliyinin Cinayət-Axtarış İdarəsinin keçmiş əməkdaşı Hacı Məmmədov Ağır Cinayətlərə dair işlər üzrə Məhkəmədə Elmar Hüseynovu onun dəstəsinin öldürdüyünü bildirib. O, jurnalist Elmar Hüseynovu keçmiş İqtisadi İnkişaf Naziri Fərhad Əliyevin sifarişi ilə öldürdüyünü demişdir. Lakin Hacı Məmmədovun dedikləri istintaqda təsdiqini tapmayıb.
13 aprel 2017-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi Elmar Hüseynovun qətli ilə bağlı istintaqa dair hökmündə, 4 əsas məqamı vurğulayaraq, Azərbaycanı jurnalistin yaşamaq hüququnu pozmaqda təqsirli sayıb. Qərara əsasən, Azərbaycan hökuməti mənəvi zərərə görə 20 min, hüquqi məsrəflərinə görə isə 10 min avro cərimələnib.
Elmar Hüseynovun qətlindən on doqquz ildən də çox vaxt keçməsinə baxmayaraq, hökumət bu qətli adekvat şəkildə araşdırmayıb və qətlə görə heç kim məsuliyyətə cəlb olunmayıb.
Xatirəsi
29 mart 2005-ci ildə Elmar Hüseynov adına Fond yaradılıb. Təsisçiləri jurnalist təşkilatları olan fondun prezidenti Elmar Hüseynovun həyat yoldaşı Rüşanə Hüseynova seçilib.
2007-ci ilin oktyabrında və "Elmar Hüseynov Fondu" jurnalistlər üçün "Elmar Hüseynov Mükafatı" təsis edib. Mükafat Fondunu ABŞ Dövlət Departamenti maliyyələşdirib.
2011-ci ildə azərbaycanlı jurnalist Azər Qaraçənli Elmar Hüseynova həsr etdiyi — "Elmar Hüseynov" adlı elektron kitabını təqdim edib.
2013-cü ildə "Art for Democracy" (azərb. "Demokratiya naminə incəsənət") hüquq-müdafiə təşkilatı Elmar Hüseynovun xatirəsini əbədiləşdirmək məqsədilə ona mahnı həsr edib. "" rok qrupunun ifasında səslənən mahnı "Yad" adlanır.
2015-ci ildə azərbaycanlı rəssam və illüstrator Gündüz Ağayev "Təsəvvür et" adlı layihəsini təqdim edib. Bu layihədə o, uşaqların müxtəlif səbəblərdən yaşamalı olduqları faciəli və dəhşətli hadisələrə sülh və sevgi ilə dolu olan öz versiyasını təqdim edib. Layihədə Elmar Hüseynovla oğlu Aslana həsr olunan illüstrasiya da yer alıb.
2016-cı ildə Avropadan yayımlanan "" proqramı Elmar Hüseynov haqqında "Убийство слова" (azərb. "Sözün qətli") adlı sənədli film çəkib. Film jurnalistin qətlinin 11 illiyinə həsr olunub.
2018-ci ilin martında, Elmar Hüseynovun ölümünün 13-cü ildönümündə "Monitor" jurnalının xüsusi buraxılışının təqdimatı keçirilib. Jurnalda ictimai və siyasi xadimlərin jurnalistə həsr etdikləri məqalələr, onun haqqında xatirələr, həmçinin Elmar Hüseynovun Azərbaycan dilinə tərcümə olunmuş məqaləsi yer alıb.
Qeydlər
- 1) Azərbaycan hökumətinin hüquqi imkanı olmasına baxmayaraq və hətta bu seçim Azərbaycana Gürcüstan hakimiyyəti tərəfindən rəsmən təqdim edildikdən sonra, hökumət cinayət işini Gürcüstana təhvil verməyib. 2) Elmar Hüseynovun yoldaşı, Rüşanə Hüseynovanın tələblərinə baxmayaraq, Azərbaycan hökuməti istintaqla bağlı sənədləri ona təqdim etməyib. 3) Qətldən 12 il sonra istintaq işlərinin hələ də nəticəsiz davam etməsi araşdırmanın cəld şəkildə aparılmadığını göstərir. 4) Elmar Hüseynovun hökumət barədə tənqidi yazıları, ona qarşı 30-dan çox məhkəmə şikayəti və qətlin planlanmış şəkildə həyata keçirilməsini nəzərə alaraq, onun qətlinə səbəbin jurnalistika fəaliyyəti ilə bağlı olması istintaq üçün əsas mövzulardan biri olmalı idi. Lakin təqdim edilən sənədlər, istintaqın qətlin arxasında dayanan motivasiyaları kifayət qədər araşdırmadığını göstərir.
İstinadlar
- "Elmar Hüseynovun atası vəfat etdi". Milli.az. 10 sentyabr 2014 tarixində .
- "ТАКАЯ КОРОТКАЯ ЯРКАЯ ЖИЗНЬ". Monitor jurnalı. 2 mart 2017 tarixində .
- "OSCE Representative marks 10th anniversary of journalist's death in Azerbaijan, calls for end to impunity". Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı. 25 mart 2016 tarixində .
- "В Азербайджане появился свой Гонгадзе". Kommersant. 1 fevral 2019 tarixində .
- RATİ, 2016. səh. 12
- "Avropa İnsan Haqları Məhkəməsində Azərbaycanın yeni məğlubiyyətləri". BBC. 21 yanvar 2018 tarixində .
- "В Азербайджане убит главный редактор оппозиционного журнала "Монитор"". Kavkaz-uzel.eu. 23 iyul 2017 tarixində .
- "Сегодня был убит Эльмар Гусейнов". Haqqin.az. 19 mart 2018 tarixində .
- RATİ, 2016. səh. 29
- Turan İnformasiya Agentliyi. "ELMAR HÜSEYNOVUN ÜSTÜ AÇILMAMIŞ QƏTLİNİN XRONİKASI". Deyerler.org. 2019-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-07.
- "Эльмар Гусейнов. Прерванный полет". Minval.az. 30 mart 2015 tarixində .
- "ELMAR HÜSEYNOVUN OĞLU ASLANIN 5 YAŞI TAMAM OLUR". Deyerler.org. 2019-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-07.
- "Elmarsız 10 il…". Moderator.az. 8 fevral 2019 tarixində .
- "Рушана Гусейнова: "Я умру вдовой Эльмара Гусейнова"". Day.az. 5 fevral 2019 tarixində .
- "Elmar Hüseynovun ailəsi 17 ildən sonra Azərbaycana gəldi - FOTOLAR". Konkret.az. 10 avqust 2023 tarixində .
- ""Sərhədsiz Reportyorlar"ın rəhbəri E. Hüseynovun qətlinin istintaqı ilə bağlı Bakıya gəlir". Azadlıq Radiosu. 3 fevral 2019 tarixində .
- "Azərbaycan Respublikası Baş Prokurorluğunun, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliklərinin məlumatı". Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi. 2019-02-02 tarixində . İstifadə tarixi: 2020-09-15.
- "Xanımı E. Hüseynovun ilin əvvəlindən izləndiyini deyir". Azadlıq Radiosu. 3 fevral 2019 tarixində .
- "Avropa Məhkəməsi Elmar Hüseynovun qətli üzrə kommunikasiyaya başlayıb". Amerikanın səsi. 3 fevral 2019 tarixində .
- "В Баку состоялись похороны убитого журналиста Гусейнова". RİA Novosti. 3 fevral 2019 tarixində .
- "Elmar Hüseynov torpağa tapşırıldı". Azadlıq radiosu. 3 fevral 2019 tarixində .
- "В Азербайджане похороны Э.Гусейнова сопровождались антиправительственными митингами". Kavkaz-uzel.eu. 3 fevral 2019 tarixində .
- "Jurnalistlər peşə bayramlarını Fəxri Xiyabanda qeyd ediblər". Azadlıq radiosu. 3 fevral 2019 tarixində .
- "Elmar Hüseynovun doğum günü məzarı başında anıldı". Yeni Müsavat. 3 fevral 2019 tarixində .
- "Siyasi qüvvələr E. Hüseynovun qətlini "terror" kimi qiymətləndirirlər". Azadlıq radiosu. 4 fevral 2019 tarixində .
- Prezident Kitabxanası, 2005. səh. 188
- "Elmar Hüseynovun qətlili bağli". Amerikanın səsi. 4 fevral 2019 tarixində .
- "МИР СКОРБИТ С НАМИ". Monitor. 22 avqust 2017 tarixində .
- "Hacı Məmmədov işi davam edir". BBC. 6 fevral 2019 tarixində .
- "Elmar Hüseynovun qətlindən 13 il keçir: "Medianın üzərinə yürüş hələ də davam edir"". Arqument.az. 6 fevral 2019 tarixində .
- "Учрежден фонд Эльмара Гусейнова". Monitor. 2 mart 2017 tarixində .
- "Elmar Hüseynov adına Fond yaradılıb". Azadlıq radiosu. 6 fevral 2019 tarixində .
- "ABŞ SƏFİRLİYİ VƏ "ELMAR HÜSEYNOV FONDU" JURNALİSTLƏR ÜÇÜN "ELMAR HÜSEYNOV MÜKAFATI"NA MÜSABİQƏ ELAN EDİR". Turan İnformasiya Agentliyi. 6 fevral 2019 tarixində .
- "Monitor jurnalının qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynov mükafatının təqdimatı olub". Amerikanın səsi. 6 fevral 2019 tarixində .
- "Jurnalist Elmar Hüseynov haqda yeni e-kitab". Azadlıq Radiosu. 7 fevral 2019 tarixində .
- "Elmar Hüseynova ithaf". Amerikanın səsi. 6 fevral 2019 tarixində .
- "Mərhum jurnalist Elmar Hüseynov bu gündə dünyaya gəlib". Azinforum.az. 6 fevral 2019 tarixində .
- "Transforming war into peace: Artist turns devastating historic photos of children ravaged by violent conflict and famine into happy illustrations". Dailymail.co.uk. 7 fevral 2019 tarixində .
- "Новый фильм об убийстве Эльмара Гусейнова". Haqqin.az. 7 fevral 2019 tarixində .
- ""Monitor" jurnalının xüsusi buraxılışının təqdimatı". Turan İnformasiya Agentliyi. 7 fevral 2019 tarixində .
Ədəbiyyat
- Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu. Rasim Əliyevin Üstü Açılmamış Qətli (PDF). 2016.
- Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri və bəyanatları. 2005 – ci il (PDF). 2005.
Həmçinin bax
Xarici keçidlər
- BBC-nin saytında profili (ing.)
- (rus.)
- Elmar Hüseynov ATƏT-in 1-ci "Cənubi Qafqaz media konfransı"nda. Oktyabr, 2004-cü il
portalı portalı portalı |
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Elmar Huseynov tam adi Elmar Sabir oglu Huseynov 17 iyul 1967 Baki Azerbaycan SSR SSRI 2 mart 2005 Baki Azerbaycan azerbaycanli musteqil jurnalist Qizil qelem ve Hesen bey Zerdabi mukafati laureati Monitor jurnalinin yaradicisi ve bas redaktoru Huseynov keskin arasdirmalari ile taninan ve hakimiyyeti sert tenqid eden jurnalist idi Elmar HuseynovHuseynov 2005 ci ilde Amerikanin sesi ne musahibe verirDogum tarixi 17 iyul 1967 1967 07 17 Dogum yeri Baki Azerbaycan SSR SSRIVefat tarixi 2 mart 2005 2005 03 02 37 yasinda Vefat yeri Baki AzerbaycanVefat sebebi sui qesdDefn yeri Ikinci Fexri XiyabanVetendasligi SSRI AzerbaycanHeyat yoldasi Rusaniyye HuseynovaUsagi oglu AslanAtasi Sabir HuseynovIxtisasi Muhendis hidrotexnikTehsili Azerbaycan Insaat Muhendisleri UniversitetiFealiyyeti jurnalist Vikianbarda elaqeli mediafayllar 2005 ci ilin martinda Elmar Huseynov sifarisli hesab olunacaq qeder planli olan bir sui qesd neticesinde qetle yetirilib Coxsayli olum tehdidleri alan 37 yasli jurnalist sonda Bakida yasadigi binanin pillekenlerinde odlu silahdan acilan atesle qetle yetirilib Huseynovun olumu genis beynelxalq rezonans dogurub Onun qetlinden sonra Azerbaycanda ifade azadliginin durumu suretle pislesmeye baslamisdir Qetlden on doqquz ilden de cox vaxt kecmesine baxmayaraq hokumet bu qetli adekvat sekilde arasdirmayib ve qetle gore hec kim mesuliyyete celb olunmayib Elmar Huseynov aileli idi Olumunden sonra heyat yoldasi ve Aslan adli bir oglu qalib Atasi qetle yetirilende Aslan 1 yas 4 ayliq idi 2006 ci ilin sonlarinda jurnalistin ailesi Norvecden siyasi siginacaq alaraq bu olkeye muhaciret edibler HeyatiHuseynov bir muddet Rusiyada Boqucan SES de ixtisasi uzre calisib Elmar Huseynov 17 iyul 1967 ci ilde Bakida anadan olub 1983 cu ilde Ezizbeyov rayonundaki 234 sayli orta mektebi bitirib ve ele hemin il Azerbaycan Insaat Muhendisleri Universitetine daxil olub 1985 1987 ci illerde sovet ordusunda xidmet edib O 1992 ci ilde Azerbaycan Insaat Muhendisleri Universitetini muhendis hidrotexnik ixtisasi uzre bitirib Bir muddet ixtisasi uzre Azerbaycanda Xudaferin SES in tikintisinde ve Rusiyada neheng Boqucan SES in tikintisinde calisib Elmar Huseynov 1995 ci ilde Rusiyadan Azerbaycana qayidib ve burada jurnalist fealiyyetine baslayib Cox kecmeden Zerkalo qezeti ile emekdasliq etmeye devet olunub Ele hemin ilde Elmar Huseynov Trend Analitik Informasiya Agentliyini ve heftelik qezetini yaradir O 1996 ci ilde Geoiqtisadi arasdirmalar merkezi nin yaradilmasinda istirak edir Elmar Huseynov 1996 ci ilde ayda bir defe cixan Monitor ictimai siyasi jurnalini tesis edir Bu jurnalin materiallari keskin tenqidi ve cesareti ile secilirdi 1998 ci ilin yazinda Baki seher mehkemesi uc tarixcinin iddiasi esasinda Elmar Huseynovu Azerbaycan milletini tehqir etmekde ittiham edib ve Monitor jurnalini 16 min manat cerime edib Jurnal cerimeni odeye bilmediyinden fealiyyetini dayandirmali olub 1998 ci ilin avqustunda Elmar Huseynov heftelik qezetini 1999 cu ilin noyabrinda ise heftelik qezetini tesis edir Bakinskie vedomosti qezeti hedeler neticesinde ancaq sekkiz nomre cap ede bilir 2000 ci ilin fevralinda Huseynov heftelik jurnalinin bas redaktoru ve nasiri olur Bu jurnalin yalniz on nomresi isiq uzu gorur Ciddi tezyiqlerden sonra jurnalin yayimi dayandirilir Elmara ise vergiden yayinma fakti ile bagli cinayet isi acilir lakin vergi orqanlari vergiden yayinma faktini subut ede bilmediyinden ise xitam verilir 6 sentyabr 2001 ci ilde Baki Seher Icra Hakimiyyetinin bascisi Hacibala Abutalibovun seref ve leyaqetinin tehqir olunmasi ve bohtan iddiasi esasinda mehkeme Baki bulvari qezetinin baglanmasi barede qerar qebul edib Qezetin nasiri Elmar Huseynov ise alti ay muddetine azadliqdan mehrum edilib Amma bir ay sonra beynelxalq teskilatlarin ve ictimaiyyetin tezyiqi ile azadliga buraxilib Elmar Huseynov ve onun emekdaslari bir nece ay issiz qalib 2002 ci ilin aprelinden ise Huseynov yeniden Monitor jurnalini buraxmaga basladi Jurnal ilkin olaraq ayliq sonra ise heftelik formatda nesr olundu 2005 ci ilin yazinda Monitor jurnali artiq Azerbaycanda en nufuzlu nesrlerinden biri idi Sexsi heyati Elmar Huseynov 2002 ci ilde Rusane Huseynova ile aile heyati qurub Cutluyun 29 oktyabr 2003 cu ilde Aslan adli ogullari dunyaya gelib Aslanin adi azerbaycanli huquqsunas Aslan Ismayilovun serefine qoyulub Rusane Huseynova Elmardan sonra ikinci defe aile heyati qurmayacagini bildirib Elmar Huseynovun olumunden bir il sonra ailesi Norvecden siyasi siginacaq alaraq bu olkeye muhaciret edibler 2023 cu ilde 17 ilden sonra Rusane Huseynova oglu 17 yasli Aslanla birlikde Azerbaycana qayidib Onlar Elmar Huseynovun mezarini ziyaret etmekle yanasi Susaya da sefer edibler QetliCinayetde markali tapancadan istifade olunub Elmar Huseynov sifarisli hesab olunacaq qeder planli bir sui qesd neticesinde qetle yetirilib Coxsayli olum tehdidleri alan 37 yasli jurnalist 2005 ci il martin 2 de saat 21 00 radelerinde isden eve qayidarken yasadigi Baki seheri Nizami rayonu Qara Qarayev kucesi 39 nomreli evin ucuncu mertebesinde namelum sexs terefinden yaxin mesafedenodlu silahdan acilmis ates neticesinde dunyasini deyisib Huseynova yeddi gulle atilib neticelerine gore atilan yeddi gulleden biri havaya atilib ikisi bedenine surtulerek yan kecib dord gulle ise bedeninin muxtelif nahiyelerine deyib Iki gulle Elmarin qarnina biri ureyine biri ise agzina vurulub Ureyine deyen gulle Huseynovun heyatina son qoyub Hadise yerinden texminen 150 metr aralida olan markali tapanca goturulmusdur Ekspertiza gullelerin mehz tapilan PSM markali tapancadan atildigini mueyyen etmisdir Elmar Huseynovun atasi Sabir Huseynov ve xanimi Rusane Huseynova hadiseden az evvel isiqlarinin qetlden sonra ise mobil ve seher telefonlarinin kesildiyini bildiribler Defni Elmar Huseynovun qebirustu abidesine hekk olunmus Monitor jurnali Martin 4 de Elmar Huseynovun defn merasimi bas tutub Defnden once Azerbaycan Milli Elmler Akademiyasinin boyuk zalinda jurnalistle vida merasimi kecirilib Elmar Huseynovun Azerbaycanin dovlet bayragina burunmus saat 12 00 den baslayaraq ziyaret olunmaga basladi Jurnalistle vida merasime minlerle adam gelib Onlarin arasinda Azerbaycan ve xarici kutlevi informasiya vasiteleri ictimai siyasi huquq mudafie teskilatlari numayendeleri ve hokumeti temsil eden sexsler de var idi Saat 15 00 da ziyaret sona catib ve cixislar baslanib Metbuat Surasinin sedri Eflatun Amasov Monitor jurnalinin emekdasi Eynulla Fetullayev Rino Harnis ve Azerbaycan Xalq Cebhesi Partiyasinin sedri Eli Kerimli cixis edenler arasinda olublar Baki Seher Icra Hakimiyyeti teskilatcilara qebiristanliga avtobuslarla getmeyi teklif etse de merasimde istirak edenler bundan imtina edibler Insanlar jurnalistin tabutunu Azerbaycan Milli Elmler Akademiyasindan qebiristanliga qeder ciyinlerinde piyada apariblar Elmar Huseynov Ikinci Fexri Xiyabanda defn olunub Azerbaycan Prezidenti Ilham Eliyevin gosterisine esasen defnin kecirilmesi uzre butun xercleri Baki Seher Icra Hakimiyyeti oz uzerine goturub Reaksiyalar 3 mart 2005 ci ilde Prezident yaninda Tehlukesizlik Surasinda Elmar Huseynovun qetli muzakire edilib Azerbaycan Prezidenti Ilham Eliyev huquq muhafize orqanlarina cinayetin tezlikle arasdirilmasi ve qatillerin tapilmasi ile bagli tapsiriq verib Yigincaqdan sonra o kutlevi informasiya vasitelerine aciqlamasinda deyib ki bu Azerbaycanin muasir tarixinde jurnalistlerin zoraki usulla oldurulmesine dair ilk hadisedir Bas veren hadiseni Azerbaycana leke adlandiran prezidentin sozlerine gore bundan bezi quvveler olkenin beynelxalq alemde gozden salinmasi ucun istifade ede bilerler 21 iyul 2005 ci ilde Ilham Eliyev Azerbaycan milli metbuatinin 130 illiyine hesr olunmus yubiley merasiminde istirak ederken bildirmisdir ki Monitor jurnalinin bas redaktoru Elmar Huseynovun qetli bizim hamimizi cox sarsitdi Bu Azerbaycanin demokratik inkisafina vurulmus zerbe idi Biz hamimiz calismaliyiq ki bu cinayet tezlikle acilsin ve cinayeti toretmis insanlar mesuliyyete celb olunsunlar En onemlisi budur ki bu cinayeti sifaris eden quvveler ifsa olunsun Bu istiqametde huquq muhafize orqanlari cox gergin isleyirler Artiq ilkin melumatlar var ve ictimaiyyet bu barede melumatlandirilir Umid edirem ki bu cinayetin ustu acilacaqdir Bu bizim hamimiz ucun lazimdir Tekce Elmar Huseynovun aile uzvlerine yaxud da onun qohumlarina dostlarina hemkarlarina yox bizim cemiyyetimize lazimdir Bu leke Azerbaycanin uzerinden goturulmelidir ve biz calisacagiq ki bu cinayet tezlikle acilsin ABS Dovlet Departamenti Elmarin Azerbaycanin aparici jurnalistlerinden birinin qetlinden sarsildigini ve kederlendiyini bildirib Elmar Huseynovun olumu olkede demokratiya ve azad metbuat ucun boyuk itkidir deye Dovlet Departamentinin beyanatinda bildirilib Avropa Surasinin bas katibi oz beyanatinda Men Elmar Huseynovun vehsicesine oldurulmesinden sarsilmisam Bu Azerbaycanda fikir azadligina hucumdur Elmar Huseynov demokratik cemiyyetin esaslarindan olan azad KIV in inkisafinda boyuk rol oynayib deye bildirib Serhedsiz reportyorlar beynelxalq KIV azadligini mudafie teskilatinin beyanatinda Elmar Huseynovun qetli Azerbaycanda jurnalistlere qarsi aylarla davam eden teqib kampaniyasinin kulminasiya noqtesi oldu deyilib Teskilat martin 2 de Elmar Huseynovun menzilin gireceyinde oldurulmesinden sarsildigini da bildirib Elmar Huseynovun qetle yetirilmesi Azerbaycanda tenqidle mesgul olmagin ne derecede tehlukeli oldugundan xeber verir deye Human Rights Watch teskilatinin beyanatinda qeyd olunub Azerbaycan Xalq Cebhesi Partiyasinin islahatcilar terefinin lideri Eli Kerimli Elmar Huseynovun oldurulmesini hakimiyyetin demokratik quvvelere xeberdarligi kimi qiymetlendirib Bunda meqsedin ise secki erefesinde musteqil metbuat ve demokratik quvvelerin gozunu qorxutmaq oldugunu bildirib Musavat Partiyasinin basqani Isa Qember bas veren hadiseni hakimiyyetin azad metbuata ve azad soze qarsi terroru kimi deyerlendirib O hemcinin bildirib ki Olkenin birinci sexsi muqessirleri az vaxta askar edib cezalandirmasa butun komandasiyla birge istefa vermelidir Qatilinin tapilmasi Qesden adam oldurme faktina gore Azerbaycan Respublikasi Cinayet Mecellesinin 120 2 4 xususi amansizliqla qesden adam oldurme ve 228 ci qanunsuz olaraq odlu silah saxlama dasima ve gezdirme maddeleri ile cinayet isi baslanmis Bas Prokurorlugun Daxili Isler ve Milli Tehlukesizlik nazirliklerinin tecrubeli emekdaslarindan ibaret birge istintaq emeliyyat qrupu yaradilmisdir 2005 ci il mayin 4 de Bas Prokurorluq Daxili Isler Nazirliyi ve Milli Tehlukesizlik Nazirliyi birge beyanat yayaraq ictimaiyyete melumat verib ki Elmar Huseynovun qetlinde Gurcustan vetendasi olan Tahir Xubanovun istiraki mueyyenlesib Beyanatda o da bildirilib ki Tahir Xubanov hadiseden derhal sonra Azerbaycani terk edib ve bu sebebden onun baresinde beynelxalq axtaris elan olunub Hemcinin qeyd olunub ki istintaq arasdirmalari ABS nin Federal Tehqiqat Burosu ve Turkiyenin birge emekdasliq cercivesinde aparilib 2005 ci il mayin 20 de istintaq qetlde subheli bilinen daha bir sexsin adini aciqlayib yene Gurcustan vetendasi olan Teymuraz Eliyev 2005 ci ilin may ayinda Resmi Baki Gurcustan hakimiyyetine muraciet ederek subheli bilinenlerin verilmesini teleb edib Lakin 28 iyul 2005 ci ilde Tahir Xubanov ve Teymuraz Eliyevi Azerbaycana tehvil vermekden imtina edib Tbilisi Bakidan cinayet isinin materiallarini isteyib ve teqsirleri tesdiqini taparsa subheli sexslerin saxlanilacagini ve Gurcustanda mehkemeye cixarilacagini bildirib Resmi Baki buna cavab vermeyib 26 iyul 2005 ci ilde Bakinin Nizami rayon Mehkemesi Tahir Xubanov ve Teymuraz Eliyev ucun mobil telefon ve nomre almaqda teqsirli bilinen Turqay Bayramovu 2 il yarim muddetine azadliqdan mehrumetme cezasina mehkum edib Bayramov cezasini cekdikden sonra azadliga cixib 25 iyul 2006 ci ilde cinayetkar qrupa basciliq etmis Azerbaycan Daxili Isler Nazirliyinin Cinayet Axtaris Idaresinin kecmis emekdasi Haci Memmedov Agir Cinayetlere dair isler uzre Mehkemede Elmar Huseynovu onun destesinin oldurduyunu bildirib O jurnalist Elmar Huseynovu kecmis Iqtisadi Inkisaf Naziri Ferhad Eliyevin sifarisi ile oldurduyunu demisdir Lakin Haci Memmedovun dedikleri istintaqda tesdiqini tapmayib 13 aprel 2017 ci ilde Avropa Insan Huquqlari Mehkemesi Elmar Huseynovun qetli ile bagli istintaqa dair hokmunde 4 esas meqami vurgulayaraq Azerbaycani jurnalistin yasamaq huququnu pozmaqda teqsirli sayib Qerara esasen Azerbaycan hokumeti menevi zerere gore 20 min huquqi mesreflerine gore ise 10 min avro cerimelenib Elmar Huseynovun qetlinden on doqquz ilden de cox vaxt kecmesine baxmayaraq hokumet bu qetli adekvat sekilde arasdirmayib ve qetle gore hec kim mesuliyyete celb olunmayib XatiresiAslan atasinin fotosunu opurGunduz Agayevin versiyasi 29 mart 2005 ci ilde Elmar Huseynov adina Fond yaradilib Tesiscileri jurnalist teskilatlari olan fondun prezidenti Elmar Huseynovun heyat yoldasi Rusane Huseynova secilib 2007 ci ilin oktyabrinda ve Elmar Huseynov Fondu jurnalistler ucun Elmar Huseynov Mukafati tesis edib Mukafat Fondunu ABS Dovlet Departamenti maliyyelesdirib 2011 ci ilde azerbaycanli jurnalist Azer Qaracenli Elmar Huseynova hesr etdiyi Elmar Huseynov adli elektron kitabini teqdim edib 2013 cu ilde Art for Democracy azerb Demokratiya namine incesenet huquq mudafie teskilati Elmar Huseynovun xatiresini ebedilesdirmek meqsedile ona mahni hesr edib rok qrupunun ifasinda seslenen mahni Yad adlanir 2015 ci ilde azerbaycanli ressam ve illustrator Gunduz Agayev Tesevvur et adli layihesini teqdim edib Bu layihede o usaqlarin muxtelif sebeblerden yasamali olduqlari facieli ve dehsetli hadiselere sulh ve sevgi ile dolu olan oz versiyasini teqdim edib Layihede Elmar Huseynovla oglu Aslana hesr olunan illustrasiya da yer alib 2016 ci ilde Avropadan yayimlanan proqrami Elmar Huseynov haqqinda Ubijstvo slova azerb Sozun qetli adli senedli film cekib Film jurnalistin qetlinin 11 illiyine hesr olunub 2018 ci ilin martinda Elmar Huseynovun olumunun 13 cu ildonumunde Monitor jurnalinin xususi buraxilisinin teqdimati kecirilib Jurnalda ictimai ve siyasi xadimlerin jurnaliste hesr etdikleri meqaleler onun haqqinda xatireler hemcinin Elmar Huseynovun Azerbaycan diline tercume olunmus meqalesi yer alib Qeydler1 Azerbaycan hokumetinin huquqi imkani olmasina baxmayaraq ve hetta bu secim Azerbaycana Gurcustan hakimiyyeti terefinden resmen teqdim edildikden sonra hokumet cinayet isini Gurcustana tehvil vermeyib 2 Elmar Huseynovun yoldasi Rusane Huseynovanin teleblerine baxmayaraq Azerbaycan hokumeti istintaqla bagli senedleri ona teqdim etmeyib 3 Qetlden 12 il sonra istintaq islerinin hele de neticesiz davam etmesi arasdirmanin celd sekilde aparilmadigini gosterir 4 Elmar Huseynovun hokumet barede tenqidi yazilari ona qarsi 30 dan cox mehkeme sikayeti ve qetlin planlanmis sekilde heyata kecirilmesini nezere alaraq onun qetline sebebin jurnalistika fealiyyeti ile bagli olmasi istintaq ucun esas movzulardan biri olmali idi Lakin teqdim edilen senedler istintaqin qetlin arxasinda dayanan motivasiyalari kifayet qeder arasdirmadigini gosterir Istinadlar Elmar Huseynovun atasi vefat etdi Milli az 10 sentyabr 2014 tarixinde TAKAYa KOROTKAYa YaRKAYa ZhIZN Monitor jurnali 2 mart 2017 tarixinde OSCE Representative marks 10th anniversary of journalist s death in Azerbaijan calls for end to impunity Avropada Tehlukesizlik ve Emekdasliq Teskilati 25 mart 2016 tarixinde V Azerbajdzhane poyavilsya svoj Gongadze Kommersant 1 fevral 2019 tarixinde RATI 2016 seh 12 Avropa Insan Haqlari Mehkemesinde Azerbaycanin yeni meglubiyyetleri BBC 21 yanvar 2018 tarixinde V Azerbajdzhane ubit glavnyj redaktor oppozicionnogo zhurnala Monitor Kavkaz uzel eu 23 iyul 2017 tarixinde Segodnya byl ubit Elmar Gusejnov Haqqin az 19 mart 2018 tarixinde RATI 2016 seh 29 Turan Informasiya Agentliyi ELMAR HUSEYNOVUN USTU ACILMAMIS QETLININ XRONIKASI Deyerler org 2019 02 01 tarixinde arxivlesdirilib Istifade tarixi 2019 02 07 Elmar Gusejnov Prervannyj polet Minval az 30 mart 2015 tarixinde ELMAR HUSEYNOVUN OGLU ASLANIN 5 YASI TAMAM OLUR Deyerler org 2019 02 01 tarixinde arxivlesdirilib Istifade tarixi 2019 02 07 Elmarsiz 10 il Moderator az 8 fevral 2019 tarixinde Rushana Gusejnova Ya umru vdovoj Elmara Gusejnova Day az 5 fevral 2019 tarixinde Elmar Huseynovun ailesi 17 ilden sonra Azerbaycana geldi FOTOLAR Konkret az 10 avqust 2023 tarixinde Serhedsiz Reportyorlar in rehberi E Huseynovun qetlinin istintaqi ile bagli Bakiya gelir Azadliq Radiosu 3 fevral 2019 tarixinde Azerbaycan Respublikasi Bas Prokurorlugunun Daxili Isler ve Milli Tehlukesizlik Nazirliklerinin melumati Azerbaycan Respublikasi Daxili Isler Nazirliyi 2019 02 02 tarixinde Istifade tarixi 2020 09 15 Xanimi E Huseynovun ilin evvelinden izlendiyini deyir Azadliq Radiosu 3 fevral 2019 tarixinde Avropa Mehkemesi Elmar Huseynovun qetli uzre kommunikasiyaya baslayib Amerikanin sesi 3 fevral 2019 tarixinde V Baku sostoyalis pohorony ubitogo zhurnalista Gusejnova RIA Novosti 3 fevral 2019 tarixinde Elmar Huseynov torpaga tapsirildi Azadliq radiosu 3 fevral 2019 tarixinde V Azerbajdzhane pohorony E Gusejnova soprovozhdalis antipravitelstvennymi mitingami Kavkaz uzel eu 3 fevral 2019 tarixinde Jurnalistler pese bayramlarini Fexri Xiyabanda qeyd edibler Azadliq radiosu 3 fevral 2019 tarixinde Elmar Huseynovun dogum gunu mezari basinda anildi Yeni Musavat 3 fevral 2019 tarixinde Siyasi quvveler E Huseynovun qetlini terror kimi qiymetlendirirler Azadliq radiosu 4 fevral 2019 tarixinde Prezident Kitabxanasi 2005 seh 188 Elmar Huseynovun qetlili bagli Amerikanin sesi 4 fevral 2019 tarixinde MIR SKORBIT S NAMI Monitor 22 avqust 2017 tarixinde Haci Memmedov isi davam edir BBC 6 fevral 2019 tarixinde Elmar Huseynovun qetlinden 13 il kecir Medianin uzerine yurus hele de davam edir Arqument az 6 fevral 2019 tarixinde Uchrezhden fond Elmara Gusejnova Monitor 2 mart 2017 tarixinde Elmar Huseynov adina Fond yaradilib Azadliq radiosu 6 fevral 2019 tarixinde ABS SEFIRLIYI VE ELMAR HUSEYNOV FONDU JURNALISTLER UCUN ELMAR HUSEYNOV MUKAFATI NA MUSABIQE ELAN EDIR Turan Informasiya Agentliyi 6 fevral 2019 tarixinde Monitor jurnalinin qetle yetirilmis bas redaktoru Elmar Huseynov mukafatinin teqdimati olub Amerikanin sesi 6 fevral 2019 tarixinde Jurnalist Elmar Huseynov haqda yeni e kitab Azadliq Radiosu 7 fevral 2019 tarixinde Elmar Huseynova ithaf Amerikanin sesi 6 fevral 2019 tarixinde Merhum jurnalist Elmar Huseynov bu gunde dunyaya gelib Azinforum az 6 fevral 2019 tarixinde Transforming war into peace Artist turns devastating historic photos of children ravaged by violent conflict and famine into happy illustrations Dailymail co uk 7 fevral 2019 tarixinde Novyj film ob ubijstve Elmara Gusejnova Haqqin az 7 fevral 2019 tarixinde Monitor jurnalinin xususi buraxilisinin teqdimati Turan Informasiya Agentliyi 7 fevral 2019 tarixinde EdebiyyatReportyorlarin Azadliq ve Tehlukesizlik Institutu Rasim Eliyevin Ustu Acilmamis Qetli PDF 2016 Azerbaycan Respublikasi Prezidentinin Isler Idaresinin Prezident Kitabxanasi Azerbaycan Respublikasinin Prezidenti Ilham Eliyevin nitqleri cixislari musahibeleri ve beyanatlari 2005 ci il PDF 2005 Hemcinin baxRafiq Tagi Rasim EliyevXarici kecidlerVikianbarda elaqeli media fayllar BBC nin saytinda profili ing rus Elmar Huseynov ATET in 1 ci Cenubi Qafqaz media konfransi nda Oktyabr 2004 cu il portali portali Azerbaycan portali