Duha dili — Monqolustanın şimalında yaşayan Monqolustan əhalisini təşkil edən 24 tayfadan biri olan duhaların danışdığı ana dildir. Duha tayfası həm də Monqolustandakı dörd türk tayfasından biridir. 2010-cu ilin məlumatlarına əsasən bu dilin əsas daşıyıcısı olan duhaların sayı cəmi 282 nəfər idi. Amma bu dildə danışanlarının sayının təxminən 500 nəfər olduğu ehtimal edilir.
Duha dili | |
---|---|
Orijinal adı | тyъha тыл |
Ölkələr | Monqolustan |
Danışanların ümumi sayı | 500 |
Təsnifatı | |
Kateqoriya | Avrasiya dilləri |
| |
Dil kodları | |
720 | |
1hv | |
ELCat | 3196 |
Glottolog | dukh1234 |
Mənsubluğu
Duha dili türk dillərinin Sibir qolunun Sayan qrupuna aid olan tayqa altqrupuna mənsubdur.
Sözləri
Duha dilində əsas sözlərin əksəriyyəti türk kökənlidir. Məsələn, "gis" - "qız", "hün" - "gün", "utə-" - "uyu-", "per-" - "ver" və sair.
Duha dilində əsas saylar da türk kökənlidir və bunlardır: "pir" və ya "piree" - "bir", "ixə" - "iki", "üş" və ya "üüş" - "üç", "tört" və ya "töört" - "dört", "peş" və ya "peeş" - "beş", "altə" - "altı", "jetə" və ya "jeetə" - "yeddi", "ses" - "səkkiz", "tos" - "doqquz", "on" - "on", "jeer" və ya "jeersə" - "iyirmi", "üjon" və ya "üjön" və ya "üjen" - "otuz", "törton" və ya "törtön" və ya "törten" - "qırx", "pejon" və ya "pejön" və ya "pejen" - "əlli", "alton" və ya "altan" - "altmış", "jeton" və ya "jetön" və ya "jeten" - "yetmiş", "seson" və ya "sesen" - "səksən", "toson" və ya "tosan" - "doxsan", "jüs" - "yüz", "min" - "min", "saya" - "on min".
Duha dilinə monqol dilindən də çox sayda alınma söz toplanıb.
Yox olma təhlükəsi
XX əsrin ikinci yarısından etibarən duha dilinə monqol dilinin təsiri daha aydın şəkildə görünməkdədir. Bunun da əsas səbəbi duhalı uşaqların monqol məktəblərində və monqol dilində tədris almasıdır. Demək olar ki, hazırda uşaqlar və gənc nəsil duha dilini bilmir. Duhalar yeni nəsillərin duha dili bilməməklərini məktəbdə monqol dilində təhsil almaqları ilə əsaslandırırlar.
Duha dilində indi yalnız yaşlı adamlar öz aralarında danışırlar və bu da yaşlı nəsil dünyanı tərk etdikdən sonra bu dili də öləcəyi ehtimalını və təhlükəsini yaradır. Ona görə də duha dili YUNESKO-nun yayımladığı təhlükə altında olan dillər atlasında "ciddi şəkildə təhlükə altında olan dil" kimi göstərilmişdir.
İnanc sisteminə təsiri
Duhalar şamanizmə tapınırlar. Duha mədəniyyətində şamanizm duha dili ilə sıx surətdə bağlıdır. Duha şamanları ruhlarla duha dilində danışırlar. Onlar belə hesab edirlər ki, çağırdıqlar qüvvələr, ruhlar başqa dilləri bilmirlər. Ona görə də yeni nəsil duha dilini bilmədiyi üçün şamanlıq edə, ruhlarla anlaşa bilməzlər. Həm də hesab olunur ki, gənc nəsil dili bilmədikcə, öyrənmədikcə ayinlərdə deyilən dualar, xüsusi sözlər də işlədilmədiyi üçün unudulacaq.
Həmçinin bax
İstinadlar
- Elisabetta Ragagnin (2011), Dukhan, a Turkic Variety of Northern Mongolia, Description and Analysis 2013-10-04 at the Wayback Machine, Harrassowitz Verlag, Wiesbaden
- Şahnaz Kamalova. Türkdilli Duhalar – yox olmaq təhlükəsilə üz-üzə 2023-07-07 at the Wayback Machine. 525-ci qəzet. 8 fevral 2013, səh. 7 (az.)
- "Хүн Ам, Орон Сууцны 2010 Оны Улсын Тооллогын Үр Дүн" (PDF). 2013-10-25 tarixində (PDF). İstifadə tarixi: 2017-11-25.
- "Endangered Languages of Indigenous Peoples of Siberia: The Soyot Language". 2014-11-26 tarixində . İstifadə tarixi: 2017-11-25.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Duha dili Monqolustanin simalinda yasayan Monqolustan ehalisini teskil eden 24 tayfadan biri olan duhalarin danisdigi ana dildir Duha tayfasi hem de Monqolustandaki dord turk tayfasindan biridir 2010 cu ilin melumatlarina esasen bu dilin esas dasiyicisi olan duhalarin sayi cemi 282 nefer idi Amma bu dilde danisanlarinin sayinin texminen 500 nefer oldugu ehtimal edilir Duha diliOrijinal adi tyha tylOlkeler MonqolustanDanisanlarin umumi sayi 500TesnifatiKateqoriya Avrasiya dilleriTurk dilleri Sibir dilleriSayan qrupu dd Dil kodlari7201hvELCat 3196Glottolog dukh1234MensubluguDilin dasiyicilarinin yayildiqlari erazi Duha dili turk dillerinin Sibir qolunun Sayan qrupuna aid olan tayqa altqrupuna mensubdur SozleriDuha dilinde esas sozlerin ekseriyyeti turk kokenlidir Meselen gis qiz hun gun ute uyu per ver ve sair Duha dilinde esas saylar da turk kokenlidir ve bunlardir pir ve ya piree bir ixe iki us ve ya uus uc tort ve ya toort dort pes ve ya pees bes alte alti jete ve ya jeete yeddi ses sekkiz tos doqquz on on jeer ve ya jeerse iyirmi ujon ve ya ujon ve ya ujen otuz torton ve ya torton ve ya torten qirx pejon ve ya pejon ve ya pejen elli alton ve ya altan altmis jeton ve ya jeton ve ya jeten yetmis seson ve ya sesen seksen toson ve ya tosan doxsan jus yuz min min saya on min Duha diline monqol dilinden de cox sayda alinma soz toplanib Yox olma tehlukesiXX esrin ikinci yarisindan etibaren duha diline monqol dilinin tesiri daha aydin sekilde gorunmekdedir Bunun da esas sebebi duhali usaqlarin monqol mekteblerinde ve monqol dilinde tedris almasidir Demek olar ki hazirda usaqlar ve genc nesil duha dilini bilmir Duhalar yeni nesillerin duha dili bilmemeklerini mektebde monqol dilinde tehsil almaqlari ile esaslandirirlar Duha dilinde indi yalniz yasli adamlar oz aralarinda danisirlar ve bu da yasli nesil dunyani terk etdikden sonra bu dili de oleceyi ehtimalini ve tehlukesini yaradir Ona gore de duha dili YUNESKO nun yayimladigi tehluke altinda olan diller atlasinda ciddi sekilde tehluke altinda olan dil kimi gosterilmisdir Inanc sistemine tesiriDuhalar samanizme tapinirlar Duha medeniyyetinde samanizm duha dili ile six suretde baglidir Duha samanlari ruhlarla duha dilinde danisirlar Onlar bele hesab edirler ki cagirdiqlar quvveler ruhlar basqa dilleri bilmirler Ona gore de yeni nesil duha dilini bilmediyi ucun samanliq ede ruhlarla anlasa bilmezler Hem de hesab olunur ki genc nesil dili bilmedikce oyrenmedikce ayinlerde deyilen dualar xususi sozler de isledilmediyi ucun unudulacaq Hemcinin baxDuhalarIstinadlarElisabetta Ragagnin 2011 Dukhan a Turkic Variety of Northern Mongolia Description and Analysis 2013 10 04 at the Wayback Machine Harrassowitz Verlag Wiesbaden Sahnaz Kamalova Turkdilli Duhalar yox olmaq tehlukesile uz uze 2023 07 07 at the Wayback Machine 525 ci qezet 8 fevral 2013 seh 7 az Hүn Am Oron Suucny 2010 Ony Ulsyn Toollogyn Үr Dүn PDF 2013 10 25 tarixinde PDF Istifade tarixi 2017 11 25 Endangered Languages of Indigenous Peoples of Siberia The Soyot Language 2014 11 26 tarixinde Istifade tarixi 2017 11 25