Dendroxronologiya və ya ağac halqalarının tarixləndirilməsi — ağac halqalarının təhlilinə əsaslanan elmi metod.
Mahiyyəti
Dendroxronologiya qədim yunan dilində "ağac" mənasını verən dendron (δένδρον), "zaman" mənasını verən khronos (χρόνος) və -logia (-λογία) "öyrənmə" sözlərindən yaranmışdır. Dendroxronologiya ağac oduncağının illik həlqələrinin təhlilinə, ağacların gövdəsində hər ilə uyğun gələn konsentrik dairələrin hesablanmasına əsaslanır. Bu üsul arxeologiya, ekologiya, iqlimşünaslıq kimi bir sıra elm sahələrində geniş tətbiq olunur. Alimlər ağacların böyümə halqalarını tədqiq etməklə ağacın yaşını müyyən edə bilirlər ki, bu da arxeoloji tədqiqatlarda nümunələrin mütləq xronologiyasının əldə edilməsinə əsas verir. Dəqiq xronoloji tarix əldə etmək üçün ağac hissəsində bütün diametr boyunca tam bir nümunə götürmək lazım gəlir. Dendroxronologiya metodu nümunələrin tarixini müəyyənləşdirməklə yanaşı, keçmişdə baş vermiş bir çox təbii hadisələrin aydınlaşdırılması üçün də məlumat verə bilir. Məsələn, iqlimşünaslar köhnə ağacların odunundan istifadə edərək müəyyən bir bölgə üçün tarixin müxtəlif dövrlərindəki yağıntı və temperatur məlumatlarını müəyyənləşdirir və gələcək təbii ehtiyatların idarə edilməsi və planlaşdırılmasında istifadə edilə bilən proqnozlar yaradırlar. Belə ki, isti və rütubətli illərdə ağacın gövdəsindəki dairələrin qalın, soyuq və quraqlıq illərdə isə nazik olması tarixi iqlim şəraiti və ətraf mühit dəyişiklikləri barədə tədqiqatçılara məlumat almağa imkan verə bilir.
Təcrübə
Tutaq ki, 1960-cı ildə kəsilmiş ağacda 200 yaş halqası müəyyən olunub. Bu, ağacın 1760-cı ildə böyüməyə başladığını göstərir. Halqaların qalınlığı və nazikliyi isə bu 200 illik dövr ərzində baş verən iqlim dəyişikliklərini əks etdirir. Həmin ağacın en kəsiyindəki halqaları zolaq kimi kağıza köçürək və sonra başqa bir nümunəni, məsələn, məsciddəki tirlərdən nümunə götürüb onun da müəyyən olunmuş 100 halqasını eyni qayda ilə kağıza köçürək. Daha sonra onları alt-alta qoyaraq hər ikisinin üst-üst düşdüyü hissəni tapmağa çalışaq. Hər ikisi üçün tam olaraq eyni olan, yəni üst-üstə düşən hissəni tapana qədər iki zolağı bir-birinin altında tutaraq müqayisə edək. Əgər məscidin tirinin xarici halqaları ilə 1960-cı ildə kəsilmiş ağacın daxili halqaları arasında üst-üstə düşmə nöqtəsi varsa, və bu, 50 halqanın kəsilməsini əhatə edirsə, buradan məlum olur ki, məscidin tiri 1810-cu ildə (1760+50) kəsilib. Tirin halqalarının sayı ümumilikdə 100 olduğu üçün buradan ağacın 1710-cu ildə (1810-100) böyüməyə başladığı müəyyən olunur.
Tarixi
Dendroxronoloji tədqiqatlar 1937-ci ildə amerikalı astronom A.E.Duqlasın günəş aktivliyindəki dəyişikliklərin yer üzərindəki iqlim modellərinə, bitkilərə təsirini öyrənməsi və Arizona Universitetində Ağac Halqası Tədqiqat Laboratoriyasını qurması ilə başladı. Sonrakı araşdırmalarda yağış, quraqlıq, yanğın və hətta vulkanik fəaliyyətlər kimi bir çox ətraf mühit faktorlarının halqa qalınlığında, forma və rəngində dəyişikliklərə səbəb olduğu müəyyən edilmişdir.
Həmçinin bax
İstinadlar
- Dostiyev, Tarix. Arxeoloji lüğət (az.). Bakı: Elm və Təhsil. 2018. 64.
- "About Tree Rings". The University of Arizona. 2023-12-14 tarixində . İstifadə tarixi: 2024-01-19.
- "Dendrokronoloji: Ağaç Halkalarının Bize Anlattıkları". Evrim Ağacı. 2024-01-26 tarixində . İstifadə tarixi: 2024-01-26.
- "What Trees Can Tell Us About the Past : The Importance of Dendrochronology". Real Archaeology. September 22, 2018. March 23, 2023 tarixində . İstifadə tarixi: January 19, 2024.
- "Dendrokronoloji". Türkçe Bilgi. 2024-02-20 tarixində . İstifadə tarixi: 2024-02-20.
- "What is dendrochronology". Cornell Tree-Ring Laboratory. 1. 2024-01-10 tarixində . İstifadə tarixi: 2024-01-10.
- "Dendrochronology". National Park Service. 1.
Ədəbiyyat
- T.Dostiyev. Arxeoloji lüğət. Bakı: Elm və Təhsil. 2018
Xarici keçidlər
- Dendroxronologiya — İqlim Dəyişikliyinin Qeydləri kimi Ağac Rəngləri
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Dendroxronologiya ve ya agac halqalarinin tarixlendirilmesi agac halqalarinin tehliline esaslanan elmi metod MahiyyetiAgac kesiyinde halqalarin gorunusu Dendroxronologiya qedim yunan dilinde agac menasini veren dendron dendron zaman menasini veren khronos xronos ve logia logia oyrenme sozlerinden yaranmisdir Dendroxronologiya agac oduncaginin illik helqelerinin tehliline agaclarin govdesinde her ile uygun gelen konsentrik dairelerin hesablanmasina esaslanir Bu usul arxeologiya ekologiya iqlimsunasliq kimi bir sira elm sahelerinde genis tetbiq olunur Alimler agaclarin boyume halqalarini tedqiq etmekle agacin yasini muyyen ede bilirler ki bu da arxeoloji tedqiqatlarda numunelerin mutleq xronologiyasinin elde edilmesine esas verir Deqiq xronoloji tarix elde etmek ucun agac hissesinde butun diametr boyunca tam bir numune goturmek lazim gelir Dendroxronologiya metodu numunelerin tarixini mueyyenlesdirmekle yanasi kecmisde bas vermis bir cox tebii hadiselerin aydinlasdirilmasi ucun de melumat vere bilir Meselen iqlimsunaslar kohne agaclarin odunundan istifade ederek mueyyen bir bolge ucun tarixin muxtelif dovrlerindeki yaginti ve temperatur melumatlarini mueyyenlesdirir ve gelecek tebii ehtiyatlarin idare edilmesi ve planlasdirilmasinda istifade edile bilen proqnozlar yaradirlar Bele ki isti ve rutubetli illerde agacin govdesindeki dairelerin qalin soyuq ve quraqliq illerde ise nazik olmasi tarixi iqlim seraiti ve etraf muhit deyisiklikleri barede tedqiqatcilara melumat almaga imkan vere bilir Tecrube Tutaq ki 1960 ci ilde kesilmis agacda 200 yas halqasi mueyyen olunub Bu agacin 1760 ci ilde boyumeye basladigini gosterir Halqalarin qalinligi ve nazikliyi ise bu 200 illik dovr erzinde bas veren iqlim deyisikliklerini eks etdirir Hemin agacin en kesiyindeki halqalari zolaq kimi kagiza kocurek ve sonra basqa bir numuneni meselen mesciddeki tirlerden numune goturub onun da mueyyen olunmus 100 halqasini eyni qayda ile kagiza kocurek Daha sonra onlari alt alta qoyaraq her ikisinin ust ust dusduyu hisseni tapmaga calisaq Her ikisi ucun tam olaraq eyni olan yeni ust uste dusen hisseni tapana qeder iki zolagi bir birinin altinda tutaraq muqayise edek Eger mescidin tirinin xarici halqalari ile 1960 ci ilde kesilmis agacin daxili halqalari arasinda ust uste dusme noqtesi varsa ve bu 50 halqanin kesilmesini ehate edirse buradan melum olur ki mescidin tiri 1810 cu ilde 1760 50 kesilib Tirin halqalarinin sayi umumilikde 100 oldugu ucun buradan agacin 1710 cu ilde 1810 100 boyumeye basladigi mueyyen olunur TarixiDendroxronoloji tedqiqatlar 1937 ci ilde amerikali astronom A E Duqlasin gunes aktivliyindeki deyisikliklerin yer uzerindeki iqlim modellerine bitkilere tesirini oyrenmesi ve Arizona Universitetinde Agac Halqasi Tedqiqat Laboratoriyasini qurmasi ile basladi Sonraki arasdirmalarda yagis quraqliq yangin ve hetta vulkanik fealiyyetler kimi bir cox etraf muhit faktorlarinin halqa qalinliginda forma ve renginde deyisikliklere sebeb oldugu mueyyen edilmisdir Hemcinin baxArxeometriya Radiokarbon tarixlendirme usuluIstinadlarDostiyev Tarix Arxeoloji luget az Baki Elm ve Tehsil 2018 64 About Tree Rings The University of Arizona 2023 12 14 tarixinde Istifade tarixi 2024 01 19 Dendrokronoloji Agac Halkalarinin Bize Anlattiklari Evrim Agaci 2024 01 26 tarixinde Istifade tarixi 2024 01 26 What Trees Can Tell Us About the Past The Importance of Dendrochronology Real Archaeology September 22 2018 March 23 2023 tarixinde Istifade tarixi January 19 2024 Dendrokronoloji Turkce Bilgi 2024 02 20 tarixinde Istifade tarixi 2024 02 20 What is dendrochronology Cornell Tree Ring Laboratory 1 2024 01 10 tarixinde Istifade tarixi 2024 01 10 Dendrochronology National Park Service 1 EdebiyyatT Dostiyev Arxeoloji luget Baki Elm ve Tehsil 2018Xarici kecidlerDendroxronologiya Iqlim Deyisikliyinin Qeydleri kimi Agac Rengleri