Qalaqapısı və ya Daş qapı (fars. دروازه قالاقاپیسی)- İranın Qərbi Azərbaycan ostanında, Xoy şəhərinin mərkəzində, Köhnə Xoy bazarının cənubunda yerləşən abidə. Abidənin Elxanilər dövründə inşa edildiyi bildirilir. Daş qapı İranın Milli irs siyahısına 808 nömrəsi ilə əlavə edilib.
Qalaqapısı | |
---|---|
دروازه قالاقاپیسی | |
| |
Şəhər | Xoy şəhəri |
Rayon | Qərbi Azərbaycan ostanı |
Yerləşir | Xoy |
Aidiyyatı | Elxanilər dövrü |
Tikilmə tarixi | XIII-XIV əsrlər |
Tarixi
Azərbaycan türkcəsində Qala qapısı adlanan daş darvaza Xoy şəhərinin mərkəzində, Xoy bazarının cənubunda yerləşir. Qədimdə bu qapı şəhərin girişi idi. Abidənin tikilmə tarixi haqqında müxtəlif fikirlər irəli sürülmüşdür. Bəzi tarixçilər qapı üzərindəki memarlıq elementlərini Elxanilər dövrünə aid edirlər. Ehtimal olunur ki, qapı Elxani hökmdarı Abaqa xanın həyat yoldaşının əmri ilə tikilib. Daha sonra hicri 1170-ci ildə Əhməd xan Dünbili tərəfindən bərpa edilərək gücləndirilmişdir. Qapı divarındakı memarlıq xüsusiyyətləri abidənin yenidən Qacar dövründə təmir edildiyini göstərir. Bunun bir digər sübutu isə sonuncu hasarın Abbas Mirzə Qacarın göstərişi ilə bərpa edilməsi haqqında sənəddir.
Memarlıq xüsusiyyətləri
![image](https://www.wikimedia.az-az.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraW1lZGlhLmF6LWF6Lm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh4THpFNUwxTjBiMjVsWDJkaGRHVXRhMmh2ZVM1cGNtRnVMbXB3Wnk4eU1qQndlQzFUZEc5dVpWOW5ZWFJsTFd0b2Iza3VhWEpoYmk1cWNHYz0uanBn.jpg)
Abidə kvadrata yaxın dördbucaqlı plana malikdir. Qapının tikintisində qoşa rəngli daşlardan (ağ-qara) istifadə edilib. Günümüzdə 12 cərgə daş düzülümünə sahib qapının uzunluğu 7 m, eni isə 7,5 metrdir. Qapının döşəmədən açardaşına qədər olan girişi 4.70 m-dir. Bu girişin eni 3.00 m-dir. Giriş dairəvi tağlıdır. Tağın arxasından üzəngilərə qədər iki cərgə daş tağı əhatə edir. Üzəngi daşlarına söykənən profillər ikinci üzəngi təəssüratı yaradır. Tağın dayandığı üzəngilər də profillənmiş və bir qədər çıxıntılı şəkildə yerləşdirilmişdir. Tağın künclərində düz səthdə oyma texnikası ilə işlənmiş simmetrik şəkildə yerləşdirilmiş “şəmsə” motivi var.Açardaşlarının bir az yuxarısında kitabə olduğunu düşündüyümüz dördbucaqlı daş lövhə var. Dairəvi tağlı giriş açılışını başqa bir tağ əhatə edir. Bu dairəvi tağlı kəmərin üzərində nazik profil qəlibi var. Kəmər çıxıntılı üzəngilərə söykənir. Üzəngidən yerə doğru qoyulan daşlar bir qədər yuvarlaqlaşdırılaraq profillər əmələ gətirib. Çöl tərəfdəki dairəvi tağın sağ və sol künclərində 1,50 x 1 m ölçülü daşların üzərinə düz səthdə oyma texnikası və bir az qabartma üsulu ilə iki ədəd “şir” motivi yerləşdirilmişdir. Motiflər yan profildən işlənilib. Şirlərin ağızları açıqdır və dilləri diqqət çəkir. Sağ tərəfdə yerləşən şirin dili deformasiyaya uğrayıb. Şirlər ayaqüstə və hərəkətsiz rəsm edilib. Bir daşa sığa bilsin deyə quyruqları havada və kürəklərinin üzərindədir. Şir motivləri simmetrik formada yerləşdirilsə də, üzlərinə diqqət yetirildikdə ifadələrində fərqliliklər hiss edilir.
Qapı şimala, yəni bazara doğru uzanır və yan tərəfdəki orijinal daş divarlar indi kərpiclə hörülüb. İki orijinal divar arasındakı məsafə 3,55 m enindədir və sivri kərpic tağla örtülmüşdür. Kərpic divarını sabitləmək üçün giriş açılışının yuxarı hissəsində taxta tir qoyulub.
Bazar girişində xaricdən günbəzlə örtülmüş kimi görünən, lakin içəridən xaçlı tağla örtülü bir bölmə var. Buradakı bölmə dörd istiqamətdən tağlar üzərində oturur və onun qapı ilə əlaqəsi təmin edilib. Bölmənin sonradan əlavə edildiyi yoxsa orijinal tikilinin bir parçası olduğu barədə məlumat yoxdur.
İstinadlar
- Kıanı, 1989. səh. 21
- Kıanı, 1989. səh. 22
- "دروازه سنگی" (fars). 2023-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-26.
- Yelen, 2014. səh. 59
- Yelen, 2014. səh. 60
- Kıanı, 1989. səh. 289
Həmçinin bax
Mənbə
- M.Y.Kıanı. Iranian Arcitecture of The Islamic Period vol. 2 a List of Monuments. Tehran. 1989. səh. 296.
- Resul Yelen. İran-Hoydaki Mimari Eserler. Van. T.C. YÜZÜNCÜ YIL ÜNİVERSİTESİ SOSYAL BİLİMLER ENSTİTÜSÜ SANAT TARİHİ ANABİLİM DALI. 2014.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Qalaqapisi ve ya Das qapi fars دروازه قالاقاپیسی Iranin Qerbi Azerbaycan ostaninda Xoy seherinin merkezinde Kohne Xoy bazarinin cenubunda yerlesen abide Abidenin Elxaniler dovrunde insa edildiyi bildirilir Das qapi Iranin Milli irs siyahisina 808 nomresi ile elave edilib Qalaqapisifars دروازه قالاقاپیسی Seher Xoy seheriRayon Qerbi Azerbaycan ostaniYerlesir XoyAidiyyati Elxaniler dovruTikilme tarixi XIII XIV esrlerTarixiAbidenin basqa bir goruntusu Azerbaycan turkcesinde Qala qapisi adlanan das darvaza Xoy seherinin merkezinde Xoy bazarinin cenubunda yerlesir Qedimde bu qapi seherin girisi idi Abidenin tikilme tarixi haqqinda muxtelif fikirler ireli surulmusdur Bezi tarixciler qapi uzerindeki memarliq elementlerini Elxaniler dovrune aid edirler Ehtimal olunur ki qapi Elxani hokmdari Abaqa xanin heyat yoldasinin emri ile tikilib Daha sonra hicri 1170 ci ilde Ehmed xan Dunbili terefinden berpa edilerek guclendirilmisdir Qapi divarindaki memarliq xususiyyetleri abidenin yeniden Qacar dovrunde temir edildiyini gosterir Bunun bir diger subutu ise sonuncu hasarin Abbas Mirze Qacarin gosterisi ile berpa edilmesi haqqinda seneddir Memarliq xususiyyetleriAbidenin gece gorunusu Abide kvadrata yaxin dordbucaqli plana malikdir Qapinin tikintisinde qosa rengli daslardan ag qara istifade edilib Gunumuzde 12 cerge das duzulumune sahib qapinin uzunlugu 7 m eni ise 7 5 metrdir Qapinin dosemeden acardasina qeder olan girisi 4 70 m dir Bu girisin eni 3 00 m dir Giris dairevi taglidir Tagin arxasindan uzengilere qeder iki cerge das tagi ehate edir Uzengi daslarina soykenen profiller ikinci uzengi teessurati yaradir Tagin dayandigi uzengiler de profillenmis ve bir qeder cixintili sekilde yerlesdirilmisdir Tagin kunclerinde duz sethde oyma texnikasi ile islenmis simmetrik sekilde yerlesdirilmis semse motivi var Acardaslarinin bir az yuxarisinda kitabe oldugunu dusunduyumuz dordbucaqli das lovhe var Dairevi tagli giris acilisini basqa bir tag ehate edir Bu dairevi tagli kemerin uzerinde nazik profil qelibi var Kemer cixintili uzengilere soykenir Uzengiden yere dogru qoyulan daslar bir qeder yuvarlaqlasdirilaraq profiller emele getirib Col terefdeki dairevi tagin sag ve sol kunclerinde 1 50 x 1 m olculu daslarin uzerine duz sethde oyma texnikasi ve bir az qabartma usulu ile iki eded sir motivi yerlesdirilmisdir Motifler yan profilden islenilib Sirlerin agizlari aciqdir ve dilleri diqqet cekir Sag terefde yerlesen sirin dili deformasiyaya ugrayib Sirler ayaquste ve hereketsiz resm edilib Bir dasa siga bilsin deye quyruqlari havada ve kureklerinin uzerindedir Sir motivleri simmetrik formada yerlesdirilse de uzlerine diqqet yetirildikde ifadelerinde ferqlilikler hiss edilir Qapi simala yeni bazara dogru uzanir ve yan terefdeki orijinal das divarlar indi kerpicle horulub Iki orijinal divar arasindaki mesafe 3 55 m enindedir ve sivri kerpic tagla ortulmusdur Kerpic divarini sabitlemek ucun giris acilisinin yuxari hissesinde taxta tir qoyulub Bazar girisinde xaricden gunbezle ortulmus kimi gorunen lakin iceriden xacli tagla ortulu bir bolme var Buradaki bolme dord istiqametden taglar uzerinde oturur ve onun qapi ile elaqesi temin edilib Bolmenin sonradan elave edildiyi yoxsa orijinal tikilinin bir parcasi oldugu barede melumat yoxdur IstinadlarKiani 1989 seh 21 Kiani 1989 seh 22 دروازه سنگی fars 2023 05 26 tarixinde arxivlesdirilib Istifade tarixi 2023 05 26 Yelen 2014 seh 59 Yelen 2014 seh 60 Kiani 1989 seh 289Hemcinin baxElxaniler dovleti Kebiri evi Xatun korpusuMenbeM Y Kiani Iranian Arcitecture of The Islamic Period vol 2 a List of Monuments Tehran 1989 seh 296 Resul Yelen Iran Hoydaki Mimari Eserler Van T C YUZUNCU YIL UNIVERSITESI SOSYAL BILIMLER ENSTITUSU SANAT TARIHI ANABILIM DALI 2014