Camal ağa Dilbazi "Giryan" (1860 – 1945, Qazax) — Azərbaycan şairi (XIX əsr(1860-1945),1917-19-cu illərdə Qazax şəhəri idarəsinin başçısı.
Camal ağa Dilbazi | |
---|---|
Cəmaləddin ağa Dilbazi Hacı Rəhim ağa oğlu | |
Təxəllüsü | "Giryan" |
Doğum tarixi | |
Doğum yeri | Qazax, Tiflis quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Qazax rayonu |
Həyat yoldaşları | 1)Mİralayeva Gülaviz İsa ağa qızı 2)Şixlinskaya Zeynəb Abdulla ağa qızı xanım, Pəri xanım |
Uşaqları | Siracəddin ağa, Cəlaləddin ağa, Xülusi, Abiyət xanım, Sultan xanım, Sənəm xanım |
Atası | Hacı Rəhim ağa Dilbazov "Vəhidi" |
Təhsili | dini təhsil |
Fəaliyyəti | şair, müəllim |
Janr | dini fəlsəfi |
İlk əsəri | Divani-Fəsahət |
dilbazi.az | |
Camal ağa Dilbazi Vikimənbədə |
Həyatı
Zəmanəsinin dərin bilikli alimi,sufi şairi və ictimai xadimi olmuş Camal ağa Dilbazi Qazax qəzasının Xanlıqlar kəndinin bəylərindən,Vəhidi təxəllüslü şair Hacırəhim ağanın üçünçü oğludur.İlk təhsilini o biri qardaşları kimi atasından o çağın bu gözüaçıq, maarifpərvər insanından almış, türk,ərəb və fars dillərini ilkin olaraq ondan öyrənmişdir.Elmə,biliklərə yiyələnməyə böyük həvəsi olan Camal ağa tək özü oxuyub-öyrənməklə qalmayıb,həm də maarifçiliklə məşğul olmağa çalışmışdır.İlk gənclik dövründən qətiyyətli,təmiz əxlaqı,məqsədyönlü xarakteri ilə seçilirdi.Bu illərdə eşitdiklərini, gördüklərini gündəliyinə qeyd etməyi özünə adət edən Camal ağa eyni zamanda “Giryan” ("Ağlar" mənasında) təxəilüsü ilə sufi-yanə şeirlər, xalq şeiri üslubunda oynaq qoşmalar yazırdı. Sonralar, daha doğrusu 1905-ci ildə yaşadığı Xanlıqlar kəndindən Qazax şəhərinə köçür, ticarətlə məşğul olur, burada ev tikdirir, həyatını ticarətlə, kirayə verdiyi mənzillərdən gələn gəlir və Xanlıqlardakı təsərrüfatından götürdüyü gəlirlə təmin edirdi.Ədəbiyyata o dərəcədə bağlı idi ki, evində ədəbi məclis təşkil etmişdi. Ədəbiyyatı ve tariximizi bilənlər, el şairləri, ziyalılar bu məclisə toplaşır, şeirləşir, ədəbi muzakirələr aparırdılar, şairlik istedadı olan, ədəbiyyatı yaxşı bilən şəxslərdən -Şahniyar xanım Rəncur, Salahlıdan Şəhla təxəllüslü Şəmşi bəy Vəkilov və İbrahim Əfəndi Qayıbov, Barxudarlıdan Ağacıq oğlu Nebi ağa, Daş Salahlıdan el şairləri Vəli ağa Alaybəyov və Mirzə Səməd Həsənov, Çaylı kəndindən şair və müəllim Hacıkərim Saniyev, Kəsəmənli İsrafil ağa Kərbəlayev və b. bu ədəbi məclisin daimi iştirakçıları idilər. Hətta bir dəfə pristav Şəfi bəyi, başqa bir dəfə pristav Həsənəli bəy Əsgərxanovu həcv etmək üçün öz aralarında müsabiqə elan edirlər. Bu müsabiqələrdə Camal ağanın həcvi qalib elan olunmuşdu. Maariflənmənin önəmini yaxşı dərk edən Camal ağa 1912-ci ildə Qazax şəhərində İsrafil ağa Kərbəlayevin mehmanxanasının bir otağında öz hesabına qiraətxana və kitabxana açır. Buraya Bakıdan, Tiflisdən, İstanbuldan çoxlu kitab, qəzet, jurnal gətirir. Yerli ziyalıların gəlib-gətdikləri bu qiraətxana 1918-ci ildə Müəllimlər Seminariyasının açılışı ilə daha da canlanmış, bu tədris ocağının müəllimləri və tələbələri buraya ayaq açmışdılar. Tez-tez qiraətxanaya gələn seminaristlərdən biri də sonralar şöhrətlənən Səməd Vəkilov (Vurğun) idi. Teymur Miralayevin yazdığına görə, "Camal ağa demokrat fikirli mülkədar olmuşdur. Səməd ağa Ağamalıoğlu, "Molla", "Qarasaqqal" təxəllüslü Muxtar Hacıyev,Məmməd Kosayev, Məşədi Abbas Poladov kimi qəzada siyasi fəaliyyətlə bağlı adamlar bu qiraətxanaya gəlir, onunla açıq və gizli söhbətlər edirdilər". Onun açdığı bu maarif ocağı 1920-ci ilin aprel çevrilişinə qədər fəaliyyət göstərmişdi.Camal ağa Dilbazov 1917-19-cu illərdə Qazax şəhər idarəsinin başçısı idi. Bu illərdə siyasi görüşləri etibarilə Camal ağa rus çarizminin sömürgəçilik siyasətinin, velikorus şovinizminin əleyhdarı idi. Firidun bəy Köçərlinin sədrliyi ilə Qazaxda Müsavat Firqəsinin yerli təşkilatı yaradılanda, bir cox milli düşüncəli ziyalılar kimi,bu partiyanın məramına rəğbətlə yanaşmaqla, istiqlal Hərəkatına qoşulmuşdu. Qafqaz İslam Ordusunun əfsanəvi Nuru paşa 1918-ci ildə Qazaxa gələndə onu qarşılayanlar arasında Camal ağa da vardı və bir şəhər basçısı olaraq bu münasibətlə atəşin nitq irad etmiş və paşanın şərəfinə öz hesabına ziyafət vermişdi. 3 cilddən ibarət kitab yazıb hazırlayır, bu cildlərə özünün 1880-ci illərdən, yəni gənc yaşlarından yazmağa başladığı əsərlərini daxil edir. 1801-ci ildən sonrakı dövrdə Qazax mahalında və ətrafında cərəyan etmiş tarixi hadisələri öz prizmasından qələmə almış, bütün dərinliyi ilə bələd oduğu sufizm və müridizm cərəyanlarını bəlkə ilk dəfə yeni gözlə təhlil etmişdi və bu qiymətli əsərlərin çapı barədə düşünürdü.1945-ci ilin payızında Qazax şəhərində dünyasını dəyişir Xanlıqlar kəndi Baba dərviş qəbiristanlığında Xülüsi əfəndi İstanbulinin məzarı yanında dəfn edilmişdir.
Həbsi
İstintaqın yekununda martın 12-də Camal ağa Dilbazov barəsində "antisovet təbliğat və banda ilə əlaqə saxlamaq" ittihamı irəli sürülmüşdür. Camal ağa bu ittihamı rədd edir. İttiham protokolunda qeyd olunur ki "müttəhim təqsirini boynuna almır". Onun işinə məhkəmədən kənar qaydada – Gəncə Dairəsi ərazisində Fövqəladə Üçlüyün (troykanın) 25 mart 1931-ci il tarixli iclasında baxılaraq belə Qərar çıxarılmışdır: "Camal ağa Dilbazı - 60 yaşında, türk. Azərbaycan vətəndaşı. Qazax şəhər sakini, keçmiş mülkədar, səs hüququndan məhrum edilib, AzSSR CM 72-ci maddəsinin 2-ci hissəsi və 18/79-cu maddəsi ilə ittiham olunur, ailəsi ilə birlikdə beş il müddətinə Qazaxıstana sürgün edilsin". Onun evində axtarış aparılarkən çapa hazırladığı üç kitabından ikisi ələ keçir və çekistlər onu müəllifin gözü qarşısında buxarıda yanan ocağa atırlar. Üçüncü kitabı və vaxtilə onun evində qonaq qalmış istanbullu Xülusi Efendinin “Nicati-əbədiyyə" əlyazma kitabı xəstə yatan balaca qızı Senemin döşəyinin altında gizlədildiyindən salamat qalır.Yandırılan kitabların ikinci nüsxələri yox idi. Camal ağa ailəliklə sürgünə aydın olmayan səbəblər üzündən bir il sonra -1932-ci ilin əvvəllərində göndərilir hər halda həmin salamat qalan “Divani-Fəsahət"in sonunda onun 1932-ci ildə bitirilmiş olduğu qeyd olunur. Camal ağa salamat qalan həmin kitabları məscidə qoyulması üçün Abuhəyat adlı qonşu qıza verir. Görünür elə güman edirmiş ki, kitablar hər halda məsciddə daha yaxşı zamanların gələcəyi ümidi ilə salamat qalar. Lakin bu ağıllı qızın əmanət kitabları məscidə qoya bilmədiyini, özündə saxlamışdır. Camal ağanın Qazaxdakı evi və əmlakı müsadirə edilir. Arvadı Zeynəb xanım (Şıxlinskaya) və azyaşlı qızı Sənəmlə birlikdə Qazaxıstandakı sürgün illəri çox üzüntülü keçmişdir. 15-20 ailə bir barakda sıxlaşıb yaşamağa məhkum idi. Bu ağır sürgün dövründə xəstə qızcığaz Sənəm tələf olur (8 yaşında idi) və onu sürgündəkilər səhrada böyük bir kədər və hüznlə qumsalda dəfn edirlər.
Mənbə
- Camal Ağa Dilbazi Divani-Fəsahət (İsmayıl Umudlu Bakı-2014,320 s.)
- Dilbazilər. Tarixi-bioqrafik araşdırma. "Əbilov, Zeynalov və oğulları" nəşriyyatı, Bakı, 2007. 392 səh.
- Camal ağa Dilbazi (Giryan), "Apostroff", 2014. 320 səh., 500 nüsxə.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Camal aga Dilbazi Giryan 1860 1945 Qazax Azerbaycan sairi XIX esr 1860 1945 1917 19 cu illerde Qazax seheri idaresinin bascisi Camal aga DilbaziCemaleddin aga Dilbazi Haci Rehim aga ogluTexellusu Giryan Dogum tarixi 1860Dogum yeri Qazax Tiflis quberniyasi Rusiya imperiyasiVefat tarixi 1945Vefat yeri Qazax rayonuHeyat yoldaslari 1 MIralayeva Gulaviz Isa aga qizi 2 Sixlinskaya Zeyneb Abdulla aga qizi xanim Peri xanimUsaqlari Siraceddin aga Celaleddin aga Xulusi Abiyet xanim Sultan xanim Senem xanimAtasi Haci Rehim aga Dilbazov Vehidi Tehsili dini tehsilFealiyyeti sair muellimJanr dini felsefiIlk eseri Divani Fesahetdilbazi azCamal aga Dilbazi VikimenbedeHeyatiZemanesinin derin bilikli alimi sufi sairi ve ictimai xadimi olmus Camal aga Dilbazi Qazax qezasinin Xanliqlar kendinin beylerinden Vehidi texelluslu sair Hacirehim aganin ucuncu ogludur Ilk tehsilini o biri qardaslari kimi atasindan o cagin bu gozuaciq maarifperver insanindan almis turk ereb ve fars dillerini ilkin olaraq ondan oyrenmisdir Elme biliklere yiyelenmeye boyuk hevesi olan Camal aga tek ozu oxuyub oyrenmekle qalmayib hem de maarifcilikle mesgul olmaga calismisdir Ilk genclik dovrunden qetiyyetli temiz exlaqi meqsedyonlu xarakteri ile secilirdi Bu illerde esitdiklerini gorduklerini gundeliyine qeyd etmeyi ozune adet eden Camal aga eyni zamanda Giryan Aglar menasinda texeilusu ile sufi yane seirler xalq seiri uslubunda oynaq qosmalar yazirdi Sonralar daha dogrusu 1905 ci ilde yasadigi Xanliqlar kendinden Qazax seherine kocur ticaretle mesgul olur burada ev tikdirir heyatini ticaretle kiraye verdiyi menzillerden gelen gelir ve Xanliqlardaki teserrufatindan goturduyu gelirle temin edirdi Edebiyyata o derecede bagli idi ki evinde edebi meclis teskil etmisdi Edebiyyati ve tariximizi bilenler el sairleri ziyalilar bu meclise toplasir seirlesir edebi muzakireler aparirdilar sairlik istedadi olan edebiyyati yaxsi bilen sexslerden Sahniyar xanim Rencur Salahlidan Sehla texelluslu Semsi bey Vekilov ve Ibrahim Efendi Qayibov Barxudarlidan Agaciq oglu Nebi aga Das Salahlidan el sairleri Veli aga Alaybeyov ve Mirze Semed Hesenov Cayli kendinden sair ve muellim Hacikerim Saniyev Kesemenli Israfil aga Kerbelayev ve b bu edebi meclisin daimi istirakcilari idiler Hetta bir defe pristav Sefi beyi basqa bir defe pristav Heseneli bey Esgerxanovu hecv etmek ucun oz aralarinda musabiqe elan edirler Bu musabiqelerde Camal aganin hecvi qalib elan olunmusdu Maariflenmenin onemini yaxsi derk eden Camal aga 1912 ci ilde Qazax seherinde Israfil aga Kerbelayevin mehmanxanasinin bir otaginda oz hesabina qiraetxana ve kitabxana acir Buraya Bakidan Tiflisden Istanbuldan coxlu kitab qezet jurnal getirir Yerli ziyalilarin gelib getdikleri bu qiraetxana 1918 ci ilde Muellimler Seminariyasinin acilisi ile daha da canlanmis bu tedris ocaginin muellimleri ve telebeleri buraya ayaq acmisdilar Tez tez qiraetxanaya gelen seminaristlerden biri de sonralar sohretlenen Semed Vekilov Vurgun idi Teymur Miralayevin yazdigina gore Camal aga demokrat fikirli mulkedar olmusdur Semed aga Agamalioglu Molla Qarasaqqal texelluslu Muxtar Haciyev Memmed Kosayev Mesedi Abbas Poladov kimi qezada siyasi fealiyyetle bagli adamlar bu qiraetxanaya gelir onunla aciq ve gizli sohbetler edirdiler Onun acdigi bu maarif ocagi 1920 ci ilin aprel cevrilisine qeder fealiyyet gostermisdi Camal aga Dilbazov 1917 19 cu illerde Qazax seher idaresinin bascisi idi Bu illerde siyasi gorusleri etibarile Camal aga rus carizminin somurgecilik siyasetinin velikorus sovinizminin eleyhdari idi Firidun bey Kocerlinin sedrliyi ile Qazaxda Musavat Firqesinin yerli teskilati yaradilanda bir cox milli dusunceli ziyalilar kimi bu partiyanin meramina regbetle yanasmaqla istiqlal Herekatina qosulmusdu Qafqaz Islam Ordusunun efsanevi Nuru pasa 1918 ci ilde Qazaxa gelende onu qarsilayanlar arasinda Camal aga da vardi ve bir seher bascisi olaraq bu munasibetle atesin nitq irad etmis ve pasanin serefine oz hesabina ziyafet vermisdi 3 cildden ibaret kitab yazib hazirlayir bu cildlere ozunun 1880 ci illerden yeni genc yaslarindan yazmaga basladigi eserlerini daxil edir 1801 ci ilden sonraki dovrde Qazax mahalinda ve etrafinda cereyan etmis tarixi hadiseleri oz prizmasindan qeleme almis butun derinliyi ile beled odugu sufizm ve muridizm cereyanlarini belke ilk defe yeni gozle tehlil etmisdi ve bu qiymetli eserlerin capi barede dusunurdu 1945 ci ilin payizinda Qazax seherinde dunyasini deyisir Xanliqlar kendi Baba dervis qebiristanliginda Xulusi efendi Istanbulinin mezari yaninda defn edilmisdir HebsiIstintaqin yekununda martin 12 de Camal aga Dilbazov baresinde antisovet tebligat ve banda ile elaqe saxlamaq ittihami ireli surulmusdur Camal aga bu ittihami redd edir Ittiham protokolunda qeyd olunur ki muttehim teqsirini boynuna almir Onun isine mehkemeden kenar qaydada Gence Dairesi erazisinde Fovqelade Ucluyun troykanin 25 mart 1931 ci il tarixli iclasinda baxilaraq bele Qerar cixarilmisdir Camal aga Dilbazi 60 yasinda turk Azerbaycan vetendasi Qazax seher sakini kecmis mulkedar ses huququndan mehrum edilib AzSSR CM 72 ci maddesinin 2 ci hissesi ve 18 79 cu maddesi ile ittiham olunur ailesi ile birlikde bes il muddetine Qazaxistana surgun edilsin Onun evinde axtaris aparilarken capa hazirladigi uc kitabindan ikisi ele kecir ve cekistler onu muellifin gozu qarsisinda buxarida yanan ocaga atirlar Ucuncu kitabi ve vaxtile onun evinde qonaq qalmis istanbullu Xulusi Efendinin Nicati ebediyye elyazma kitabi xeste yatan balaca qizi Senemin doseyinin altinda gizledildiyinden salamat qalir Yandirilan kitablarin ikinci nusxeleri yox idi Camal aga ailelikle surgune aydin olmayan sebebler uzunden bir il sonra 1932 ci ilin evvellerinde gonderilir her halda hemin salamat qalan Divani Fesahet in sonunda onun 1932 ci ilde bitirilmis oldugu qeyd olunur Camal aga salamat qalan hemin kitablari mescide qoyulmasi ucun Abuheyat adli qonsu qiza verir Gorunur ele guman edirmis ki kitablar her halda mescidde daha yaxsi zamanlarin geleceyi umidi ile salamat qalar Lakin bu agilli qizin emanet kitablari mescide qoya bilmediyini ozunde saxlamisdir Camal aganin Qazaxdaki evi ve emlaki musadire edilir Arvadi Zeyneb xanim Sixlinskaya ve azyasli qizi Senemle birlikde Qazaxistandaki surgun illeri cox uzuntulu kecmisdir 15 20 aile bir barakda sixlasib yasamaga mehkum idi Bu agir surgun dovrunde xeste qizcigaz Senem telef olur 8 yasinda idi ve onu surgundekiler sehrada boyuk bir keder ve huznle qumsalda defn edirler MenbeCamal Aga Dilbazi Divani Fesahet Ismayil Umudlu Baki 2014 320 s Dilbaziler Tarixi bioqrafik arasdirma Ebilov Zeynalov ve ogullari nesriyyati Baki 2007 392 seh Camal aga Dilbazi Giryan Apostroff 2014 320 seh 500 nusxe ISBN 978 9952 404 16 6