Bənzətmə — klassik ədəbiyyatda işlənən nəzirənin aşıq poeziyasındakı ekvivalenti. Bir qayda olaraq, sonrakı nəslə, yaxud ədəbi məktəbə mənsub aşıq özündən əvvəl yaşayıb-yaratmış ustad sənətkarın diqqətini cəlb edən, təsirləndiyi şeirə yaxın şeir, yəni onun oxşarını, bənzərini yaratmağa çalışır. Bənzətmə, yaxud bənzəmə adlandırılan belə yeni transformasiya zamanı qafiyələnmə prinsipi olduğu kimi qorunub saxlanır. Bənzətmə ruh və məzmun etibarı ilə də klassikin əsərinə yaxın olmalıdır. Məsələn, vaxtı ilə Aşıq Ələsgər aşağıdakı misraların yer aldığı "Olacaqdı" qoşmasını yazmışdı:
Dedim, könül, içmə eşqin camını,
İçsən, dünya sənə dar olacaqdı.
Ya dost olma, ya zəhmətdən incimə,
Dost yolunda boran, qar olacaqdı.
Özünü Aşıq Ələsgər ədəbi məktəbinin davamçısı sayan Aşıq Hüseyn Bozalqanlı qoşmaya eyni adlı bənzətmənin müəllifidir:
Dedim, könül, düşmə şeytan felinə,
Hiyləsi, fitnəsi şər olacaqdı.
Bu dünya bir bağdı, bağbanı iblis,
Alması, heyvası nar olacaqdı.
Bənzətmə yalnız bir ədəbi məktəbin, yaxud janrın hüdudları ilə məhdudlaşmır. Aşıqların klassik poeziya nümunələrindən, şairlərin isə folklordan və aşıq yaradıcılığından təsirlənərək bənzətmə xarakterli əsərlər yaratmaları ilə bağlı çoxsaylı misallar mövcuddur. Məlum olduğu kimi, realist xalq şeirinin ən görkəmli nümayəndəsi Molla Pənah Vaqif həyatının son günlərində dövrünün ictimai ədalətsizliklərini qabarıq şəkildə əks etdirən, qoyan fəlsəfi mündəricəli "Görmədim" müxəmməsi qələmə almışdı. Müxəmməs bu misralarla başlanır:
Mən cahan mülkündə mütləq doğru halət görmədim,
Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim.
Aşıq Ələsgər aradan təxminən yüz il keçəndən sonra həmin müxəmməsə özünün eyni narazılıq və etiraz ruhu ilə dolu bənzətməsini qələmə almışdı:
Bivəfanın, müxənnəsin, nakəsin
Doğru sözün, düz ilqarın görmədim.
Namərdin dünyada çox çəkdim bəhsin,
Namusun, qeyrətin, arın görmədim.
Bənzətmə yalnız oxşar mövzular, yaxud motivlər əsasında yaranmır. XX əsr Azərbaycan poeziyasında inqilabi dəyişikliklərə imza atmış böyük Mirzə Ələkbər Sabir Füzulinin gözəlin və gözəlliyin vəsfinə həsr olunmuş incə qəzəllərinə öz dövrünün tiplərini göz önündə canlandıran bənzətmələr yazmışdır.
Bənzətmədə eyni zamanda bədii mətndə söylənən fikrin ifadəliliyini, emosional təsir gücünü artırmaq üçün haqqında söhbət açılan predmet (surət, hiss, duyğu) başqa məfhumlara bənzədilir. Bu cür qarşılaşdırma və müqayisə fonunda lirik qəhrəmanın təbiəti, əhvalı daha aydın və görümlü şəkildə göz önündə canlanır. El aşıqlarından Usta Abdullanın nümunə kimi gətirdiyimiz aşağıdakı gəraylısı bu tipli bənzətmələrlə zəngindir:
Səhərdən sərvi boylunu
Gördüm bağlar arasında.
Tüstüm ərşə bülənd oldu,
Yandım yağlar arasında.
Yandım, yetirən olmadı,
Mətləb bitirən olmadı.
Öldüm, götürən olmadı,
Qaldım ağlar arasında.
Eşqin firqətindən çaşdım,
Zülfün toruna dolaşdım.
Abdullayam, sənsiz aşdım,
Gəzdim dağlar arasında.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Benzetme klassik edebiyyatda islenen nezirenin asiq poeziyasindaki ekvivalenti Bir qayda olaraq sonraki nesle yaxud edebi mektebe mensub asiq ozunden evvel yasayib yaratmis ustad senetkarin diqqetini celb eden tesirlendiyi seire yaxin seir yeni onun oxsarini benzerini yaratmaga calisir Benzetme yaxud benzeme adlandirilan bele yeni transformasiya zamani qafiyelenme prinsipi oldugu kimi qorunub saxlanir Benzetme ruh ve mezmun etibari ile de klassikin eserine yaxin olmalidir Meselen vaxti ile Asiq Elesger asagidaki misralarin yer aldigi Olacaqdi qosmasini yazmisdi Dedim konul icme esqin camini Icsen dunya sene dar olacaqdi Ya dost olma ya zehmetden incime Dost yolunda boran qar olacaqdi Ozunu Asiq Elesger edebi mektebinin davamcisi sayan Asiq Huseyn Bozalqanli qosmaya eyni adli benzetmenin muellifidir Dedim konul dusme seytan feline Hiylesi fitnesi ser olacaqdi Bu dunya bir bagdi bagbani iblis Almasi heyvasi nar olacaqdi Benzetme yalniz bir edebi mektebin yaxud janrin hududlari ile mehdudlasmir Asiqlarin klassik poeziya numunelerinden sairlerin ise folklordan ve asiq yaradiciligindan tesirlenerek benzetme xarakterli eserler yaratmalari ile bagli coxsayli misallar movcuddur Melum oldugu kimi realist xalq seirinin en gorkemli numayendesi Molla Penah Vaqif heyatinin son gunlerinde dovrunun ictimai edaletsizliklerini qabariq sekilde eks etdiren qoyan felsefi mundericeli Gormedim muxemmesi qeleme almisdi Muxemmes bu misralarla baslanir Men cahan mulkunde mutleq dogru halet gormedim Her ne gordum eyri gordum ozge babet gormedim Asiq Elesger aradan texminen yuz il kecenden sonra hemin muxemmese ozunun eyni naraziliq ve etiraz ruhu ile dolu benzetmesini qeleme almisdi Bivefanin muxennesin nakesin Dogru sozun duz ilqarin gormedim Namerdin dunyada cox cekdim behsin Namusun qeyretin arin gormedim Benzetme yalniz oxsar movzular yaxud motivler esasinda yaranmir XX esr Azerbaycan poeziyasinda inqilabi deyisikliklere imza atmis boyuk Mirze Elekber Sabir Fuzulinin gozelin ve gozelliyin vesfine hesr olunmus ince qezellerine oz dovrunun tiplerini goz onunde canlandiran benzetmeler yazmisdir Benzetmede eyni zamanda bedii metnde soylenen fikrin ifadeliliyini emosional tesir gucunu artirmaq ucun haqqinda sohbet acilan predmet suret hiss duygu basqa mefhumlara benzedilir Bu cur qarsilasdirma ve muqayise fonunda lirik qehremanin tebieti ehvali daha aydin ve gorumlu sekilde goz onunde canlanir El asiqlarindan Usta Abdullanin numune kimi getirdiyimiz asagidaki geraylisi bu tipli benzetmelerle zengindir Seherden servi boylunu Gordum baglar arasinda Tustum erse bulend oldu Yandim yaglar arasinda Yandim yetiren olmadi Metleb bitiren olmadi Oldum goturen olmadi Qaldim aglar arasinda Esqin firqetinden casdim Zulfun toruna dolasdim Abdullayam sensiz asdim Gezdim daglar arasinda