Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir.(iyul 2022) |
Böyük Azadlıqlar Xartiyası (lat. Magna Carta Libertatum, ing. The Great Charter) — İngiltərə kralı Con və onun baronları arasında 15 iyun 1215-ci ildə imzalanmış və kralın hüquqlarını məhdudlaşdıran sənəddir. Sonrakı dövrdə İngiltərədə insan hüquq və azadlıqlarının inkişafında mühüm rol oynamışdır. Magna Carta-ya görə, bundan belə baronların razılığı olmadan kral heç bir mühüm siyasi və iqtisadi qərar qəbul edə bilməzdi. Bu sənəd İngiltərə konstitusiya hüququnun əsas aktlarından biri olmaqla yanaşı, dünya hüquq tarixinin ən mühüm mənbə və nümunələrindən biri hesab edilir.
İmzalanma tarixi | 15 iyun 1215 |
---|---|
İmzalayanlar | Kral Con və onun baronları |
Vikimənbədə elektron versiyası |
Xartiya 63 maddədən ibarət tərtib olunmuş, bunlardan 60 maddə sonrakı dövrlərdə parlament tərəfindən ləğv edilmişdir. Üç maddəsi isə bu günədək qüvvədədir.
Tarixi və strukturu
Yaranma səbəbi kralla zadəganlar arasında olan ziddiyətlərin kəskinləşməsi və beləliklə də baronların öz hüquqlarını müdafiə istəkləri olmuşdur. Nəticədə baronlar qrupu kralı belə bir xartiyanı imzalamağa məcbur etmişdir.
Faktiki olaraq, bu xartiya kralla cəmiyyət arasında bir müqavilə sayıla bilər. Bu müqavilə qarşılıqlı münasibətləri tənzim edir və tərəflərin, əsas da zadəganların hüquqlarını təsbit və əks etdirirdi.
Məzmunu və əhəmiyyəti
Xartiya ədalətli mühakimə, sərbəst yerdəyişmə kimi hüquqları təsbit edirdi. Dövrünə görə bu olduqca mühüm bir yenilik sayılmalıdır. Bu hüquq Magna Carta-nın 39-cu maddəsində əks olunurdu. Belə ki, hər bir azad insan yalnız məhkəmə qərarı nəticəsində azadlıqdan məhrum oluna bilərdi. Bu müddəa andlılar məhkəməsi təsisatının möhkəmlənməsinə gətirib çıxardı.
Xartiya latın dilində tərtib edilmiş, sonra isə fransız dilinə tərcümə edilmişdir. Səbəb isə həmin dövr İngiltərəsində fransiz dilinin rəsmi dil olması idi. Yalnız çox sonralar Xartiya ingiliscəyə çevrildi və The Great Charter kimi tanındı.
Xüsusilə qeyd edilməlidir ki, Xartiya baronların, bu öhdəlikləri pozacağı təqdirdə müəyyən şərtlər daxilində, krala qarşı üsyan haqqını tanıyırdı.
Tarixi-siyasi əhəmiyyəti
Bəzi tədqiqatçılar qeyd edirlər ki, Vilhelm Fatehin İngiltərəni işğalından sonra məhz bu Xartiyanın qəbulu prosesində İngiltərə özünü vahid şəkildə göstərdi. Xartiyada ilk dəfə olaraq əhali normandiyalılara və yerlilərə bölünməyərək vahid xalq — ingilislər kimi göstərilməyə başladı. İngiltərə qanunları hamıya şamil edilirdi.
Xartiya imzalandığı ildə kral tərəfindən ləğv edilsə də, sonradan məcburən o və başqa monarxlar tərəfindən icra olunmuşdur. İngiltərə burjua inqilabından sonra yenidən aktual olmuş və ümumu hüququn tərkib hissəsinə çevrilmişdir.
Xartiyaya dair əsas xronologiya
Xartiyanın 1215-ci ildə imzalanması və qüvvəyə minməsindən sonra, 1216, 1217 və 1225-ci illərdə yenidən üzü köçürülüb yayılmışdır. 1227-ci ildə 1225-ci il redaksiyasına əsaslanan və rəsmi redaksiya kimi qəbul edilən yeni redaksiyası qəbul edilmişdir. 1297-ci ildə əldə olan əsas 4 nüsxənin üzünün köçürülərək çoxaldılmasına qərar verilmişdir.
2009-cu ildə YUNESKO Xartiyanı "Dünyanın yaddaşı" reyestrinə salmışdır.
Maraqlı faktlar
1952-ci ildə Avstraliya hökuməti nümayəndələri Xartiyanın bir nüsxəsini alaraq parlamentlərində saxlamışlar. Bu gün də bu nüsxə hamıya nümayiş olunur. Digər nüsxə ABŞ-nin paytaxtı Vaşinqton şəhərində Milli Arxivdə saxlanılır. 2007-ci ildə isə 21 milyon dollara digər bir nüsxə Devid Rubenşteyn tərəfindən əldə edilmişdir.
Xartiya mədəniyyətdə
Bu dövrün hadisələri haqda məlumatla "Dəmir cəngavər" (2011) bədii filmini izləməklə tanış olmaq olar. Bundan başqa, Valter Skottun "" romanı, bu roman haqda çəkilmiş filmlər, Robin Hud haqda bədii film və seriallar, "Aslan qışda" (pyes və bu pyes əsasında çəkilmiş filmlər) bu dövrün və Xartiyanın imzalanması zamanı olan siyasi şəraiti öyrənmək baxımından çox maraqlıdır. Şekspirin "Kral Con" adlı pyesi də vardır.
Ədəbiyyat
- Всеобщая история государства и права: Учебник для вузов / Под ред. З. М. Черниловского.- М.: Юристъ, 1996.
- Хрестоматия по всеобщей истории государства и права / Под ред. К. И. Батыра. — Ч.1. — М.: Юристъ, 2000.
- Xarici ölkələrin dövlət və hüquq tarixi : qədim və orta əsrlər: dərslik / M. F. Məlikova, E. Nəbiyev ; red. M. Məlikova. — Yenidən işlənmiş, düzəliş və əlavələrlə II nəşri. — Bakı : Elm və Həyat, 2005
Xarici keçidlər
- Vikimənbədə Magna Carta haqqında mətn var.
- Vikianbarda Böyük Azadlıqlar Xartiyası ilə əlaqəli mediafayllar var.
- Böyük Azadlıqlar Xartiyasının mətni (ing.)
- Böyük Azadlıqlar Xartiyasının mətni və şəkli — Britaniya Kitabxanası
- Böyük Azadlıqlar Xartiyası — Archives.gov
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqalenin sonunda menbe siyahisi var lakin metndaxili menbeler hec ve ya kifayet qeder istifade edilmediyi ucun bezi melumatlarin menbesi bilinmir Lutfen menbeleri uygun sekilde metnin daxilinde yerlesdirerek meqalenin tekmillesdirilmesine komek edin iyul 2022 Boyuk Azadliqlar Xartiyasi lat Magna Carta Libertatum ing The Great Charter Ingiltere krali Con ve onun baronlari arasinda 15 iyun 1215 ci ilde imzalanmis ve kralin huquqlarini mehdudlasdiran seneddir Sonraki dovrde Ingilterede insan huquq ve azadliqlarinin inkisafinda muhum rol oynamisdir Magna Carta ya gore bundan bele baronlarin raziligi olmadan kral hec bir muhum siyasi ve iqtisadi qerar qebul ede bilmezdi Bu sened Ingiltere konstitusiya huququnun esas aktlarindan biri olmaqla yanasi dunya huquq tarixinin en muhum menbe ve numunelerinden biri hesab edilir Imzalanma tarixi 15 iyun 1215Imzalayanlar Kral Con ve onun baronlariVikimenbede elektron versiyasi Xartiya 63 maddeden ibaret tertib olunmus bunlardan 60 madde sonraki dovrlerde parlament terefinden legv edilmisdir Uc maddesi ise bu gunedek quvvededir Tarixi ve strukturuYaranma sebebi kralla zadeganlar arasinda olan ziddiyetlerin keskinlesmesi ve belelikle de baronlarin oz huquqlarini mudafie istekleri olmusdur Neticede baronlar qrupu krali bele bir xartiyani imzalamaga mecbur etmisdir Faktiki olaraq bu xartiya kralla cemiyyet arasinda bir muqavile sayila biler Bu muqavile qarsiliqli munasibetleri tenzim edir ve tereflerin esas da zadeganlarin huquqlarini tesbit ve eks etdirirdi Mezmunu ve ehemiyyetiXartiya edaletli muhakime serbest yerdeyisme kimi huquqlari tesbit edirdi Dovrune gore bu olduqca muhum bir yenilik sayilmalidir Bu huquq Magna Carta nin 39 cu maddesinde eks olunurdu Bele ki her bir azad insan yalniz mehkeme qerari neticesinde azadliqdan mehrum oluna bilerdi Bu muddea andlilar mehkemesi tesisatinin mohkemlenmesine getirib cixardi Xartiya latin dilinde tertib edilmis sonra ise fransiz diline tercume edilmisdir Sebeb ise hemin dovr Ingilteresinde fransiz dilinin resmi dil olmasi idi Yalniz cox sonralar Xartiya ingilisceye cevrildi ve The Great Charter kimi tanindi Xususile qeyd edilmelidir ki Xartiya baronlarin bu ohdelikleri pozacagi teqdirde mueyyen sertler daxilinde krala qarsi usyan haqqini taniyirdi Tarixi siyasi ehemiyyetiBezi tedqiqatcilar qeyd edirler ki Vilhelm Fatehin Ingiltereni isgalindan sonra mehz bu Xartiyanin qebulu prosesinde Ingiltere ozunu vahid sekilde gosterdi Xartiyada ilk defe olaraq ehali normandiyalilara ve yerlilere bolunmeyerek vahid xalq ingilisler kimi gosterilmeye basladi Ingiltere qanunlari hamiya samil edilirdi Xartiya imzalandigi ilde kral terefinden legv edilse de sonradan mecburen o ve basqa monarxlar terefinden icra olunmusdur Ingiltere burjua inqilabindan sonra yeniden aktual olmus ve umumu huququn terkib hissesine cevrilmisdir Xartiyaya dair esas xronologiyaXartiyanin 1215 ci ilde imzalanmasi ve quvveye minmesinden sonra 1216 1217 ve 1225 ci illerde yeniden uzu kocurulub yayilmisdir 1227 ci ilde 1225 ci il redaksiyasina esaslanan ve resmi redaksiya kimi qebul edilen yeni redaksiyasi qebul edilmisdir 1297 ci ilde elde olan esas 4 nusxenin uzunun kocurulerek coxaldilmasina qerar verilmisdir 2009 cu ilde YUNESKO Xartiyani Dunyanin yaddasi reyestrine salmisdir Maraqli faktlar1952 ci ilde Avstraliya hokumeti numayendeleri Xartiyanin bir nusxesini alaraq parlamentlerinde saxlamislar Bu gun de bu nusxe hamiya numayis olunur Diger nusxe ABS nin paytaxti Vasinqton seherinde Milli Arxivde saxlanilir 2007 ci ilde ise 21 milyon dollara diger bir nusxe Devid Rubensteyn terefinden elde edilmisdir Xartiya medeniyyetdeBu dovrun hadiseleri haqda melumatla Demir cengaver 2011 bedii filmini izlemekle tanis olmaq olar Bundan basqa Valter Skottun romani bu roman haqda cekilmis filmler Robin Hud haqda bedii film ve seriallar Aslan qisda pyes ve bu pyes esasinda cekilmis filmler bu dovrun ve Xartiyanin imzalanmasi zamani olan siyasi seraiti oyrenmek baximindan cox maraqlidir Sekspirin Kral Con adli pyesi de vardir EdebiyyatVseobshaya istoriya gosudarstva i prava Uchebnik dlya vuzov Pod red Z M Chernilovskogo M Yurist 1996 Hrestomatiya po vseobshej istorii gosudarstva i prava Pod red K I Batyra Ch 1 M Yurist 2000 Xarici olkelerin dovlet ve huquq tarixi qedim ve orta esrler derslik M F Melikova E Nebiyev red M Melikova Yeniden islenmis duzelis ve elavelerle II nesri Baki Elm ve Heyat 2005Xarici kecidlerVikimenbede Magna Carta haqqinda metn var Vikianbarda Boyuk Azadliqlar Xartiyasi ile elaqeli mediafayllar var Boyuk Azadliqlar Xartiyasinin metni ing Boyuk Azadliqlar Xartiyasinin metni ve sekli Britaniya Kitabxanasi Boyuk Azadliqlar Xartiyasi Archives gov