Azərbaycan Milli Demokrat Partiyası, qısaca AMDP, AzMDEP, AzMDP və ya AMDEP (keçmiş adı ilə Azərbaycan Boz Qurd Partiyası) — 1992-ci ildə İsgəndər Həmidov tərəfindən Bozqurd Partiyası adı altında qurulan, 1994-cü ildə rəsmi dövlət qeydiyyatına alınan, 1995-ci ildə qeydiyyatı ləğv olunan, 1995-ci ildə qeyri-rəsmi, 1999-cu ildə rəsmi olaraq adını Azərbaycan Milli Demokrat Partiyası olaraq dəyişən, 2008-ci il dekabrın 24-də yenidən rəsmi dövlət qeydiyyatına alınan və 14 aprel 2023-cü il tarixində fəaliyyətini dayandıran siyasi partiya.
Azərbaycan Milli Demokrat Partiyası | |
---|---|
Sədri | Tufan Kərim |
Qurucu | |
Quruluş tarixi | 26 dekabr 1993 |
Qeydiyyat tarixi | 24 dekabr 2008 |
Dağılma tarixi | 14 aprel 2023 |
Bölünmə | Azərbaycan Milliyətçi Demokrat Partiyası (2011–2023) |
İdeologiya | Azərbaycan milliyətçiliyi, türkçülük |
İdeoloji spektr | mərkəzçilik |
Üzvlüyü | Demokratiya Uğrunda İttifaq (2005–2009) Demokratik Seçki Mərkəzi (2007–2008) |
Şüar | Bozqurdlar ölməz, vətən bölünməz! |
Mətbuat orqanı | "Milliyətçilik" qəzeti |
Saytı | bozqurd.com |
Tarixi
Boz Qurd Partiyası
1992-ci ildə İsgəndər Həmidov rəhbərliyində Azərbaycan Xalq Cəbhəsi bazasında milliyətçi cəmiyyət yaradılmışdır. 25 dekabr 1993-cü il tarixində bu cəmiyyətin Azərbaycan Boz Qurd Partiyasına çevrilməsi haqda qərar verilmişdir. 26 dekabr 1993-cü il tarixində 7 təsisçinin iştirakı ilə Azərbaycan Boz Qurd Partiyasının I (Təsis) Qurultayı keçirilmiş, professor Bəxtiyar Əhmədov partiyanın sədri, Qələndər Muxtarlı isə partiya sədrinin birinci müavini seçilmişdir. Partiya 1994-cü ilin mart ayında rəsmi dövlət qeydiyyatına alınmışdır.
1995-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən verilən qərarla partiyanın adının konstitusiyaya uyğun olmaması səbəbi ilə ləğv edildi.
Milli Demokrat Partiyası
11 iyul 1995-ci ildə Azərbaycan Boz Qurd Partiyası adını Azərbaycan Milli Demokrat Partiyası olaraq dəyişdirdi. 1999-cu ildə II Qurultay keçirilmiş və qurultayda partiyanın adı rəsmi olaraq Azərbaycan Milli Demokrat Partiyasına dəyişdirilmişdir.
2005-ci ildə Azərbaycan Milli Demokrat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası və Azadlıq Partiyası ilə birgə Demokratiya Uğrunda İttifaqı təsis etmişdir. Partiya 2009-cu ildə bu qurumdan xaric edilmişdir.
2008-ci ilin aprel ayında partiyanın sədri İsgəndər Həmidov gənclərin yolunu açmaq üçün sədrlikdən istefa vermişdir. Partiya növbədənkənar qurultay qərarı almış və Oqtay Xəlili rəhbərliyində Təşkilat Komitəsi yaratmışdır. 24 avqust 2008-ci il tarixində "Bakı" kinoteatrında partiyanın növbədənkənar IV Qurultayı keçirilmişdir. Qurultaydan öncə partiyanın Böyük Məclisinin sədri Tufan Kərim sədrliyə namizədliyini irəli sürmüşdür. "Milli Yol" qəzetinin təsisçisi Şahin Ağabəyli də sədrliyə namizəd olacağını söyləsə də namizədliyini irəli sürməmişdir. Qurultayda Böyük Məclis sədri Tufan Kərim səs çoxluğu ilə partiyanın sədri seçilmişdir. İsgəndər Həmidov qurultaya dəvət edilsə də, qurultayda iştirak etməmişdir.
2007-ci ilin dekabr ayında Azərbaycan Milli Demokrat Partiyası daxil 20 siyasi partiya "Demokratik Seçki Mərkəzi"ni təsis etmişdir. Bu qurum 2008-ci il prezident seçkilərində vahid namizədlə iştirak etməyi planlaşdırmışdır. 5 sentyabr 2008-ci ildə alınan qərarla Demokratik Seçki Mərkəzinin fəaliyyəti prezident seçkilərinin sonunadak müvəqqəti dayandırılmışdır. Seçkilərdən sonra isə mərkəzin fəaliyyətinin bərpasına ehtiyac olmadığı söylənmişdir.
2008-ci ilin aprel ayında Azərbaycan Milli Demokrat Partiyası və Azadlıq Partiyası arasında birləşmə ilə bağlı razılıq əldə olunmuşdur. Azadlıq Partiyasının sədri Əhməd Oruc və Azərbaycan Milli Demokrat Partiyasının qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Oqtay Xəlili arasında 3 dəfə görüş keçirilmişdir. Sabiq sədr İsgəndər Həmidov vəzifəsindən istefa versə də, birləşmə prosesini dəstəkləmiş, lakin birləşmə gerçəkləşməmişdir.
24 dekabr 2008-ci il tarixində Azərbaycan Milli Demokrat Partiyası Ədliyyə Nazirliyi tərəfindən rəsmi dövlət qeydiyyatına alınmışdır.
Milliyətçi demokratlar
Partiya sədrliyinə daha sonra İsgəndər Həmidov keçmişdir, lakin 2011-ci ildə İsgəndər Həmidov sədrlik postundan istefa verdi.
24 aprel 2011-ci il tarixində Azərbaycan Milli Demokrat Partiyası Böyük Məclisinin iclası keçirilmiş, iclasda 51 məclis üzvündən 31-i iştirak etmiş, növbədənkənar qurultay qərarı alınmış və qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılmışdır. Təşkilat Komitəsi yaradıldığı üçün sədr Tufan Kərimin səlahiyyətləri dondurulmuşdur. 26 aprel 2011-ci il tarixində Tufan Kərim tərəfdarları Böyük Məclisin son iclasının 15 apreldə keçirildiyini və 24 aprel tarixli iclasını qeyri-qanuni hesab etmişdir.
25 iyul 2011-ci il tarixində 45 rayondan 85 nəfərin, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədri Əli Kərimli, Müsavat Partiyası Məclisinin üzvü Arzu Səmədbəyli, siyasətçi Aqil Səmədbəyli, Azərbaycan Demokrat Partiyası sədri Sərdar Cəlaloğlu, Azərbaycan Ümid Partiyası Aparatının rəhbəri Nəsimi Məmmədli və "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı kimi şəxslərin iştirakı ilə Qələndər Muxtarlının rəhbərlik etdiyi partiya qurultay keçirmişdir. Qurultayda partiyanın adı Azərbaycan Milliyətçi Demokratlar Partiyası olaraq dəyişdirilmiş, partiyanın yeni emblemi və bayrağı qəbul edilmişdir. Qurultayda Qələndər Muxtarlı sədr seçilmişdir. Qurultaydan sonra yeni təşkil edilmiş Baş Məclisin iclasında Oqtay Xəlili Baş Məclisin sədri seçilmişdir. Qurultayda partiya adının və embleminin səsverməsiz dəyişdirilməsinə etiraz edən Nurəddin Xoca partiyadan istefa vermişdir.
İsgəndər Həmidov 2014-cü ildə Azərbaycan Milliyətçi Demokrat Partiyasında fəaliyyət göstərməyə başladı. O, sədrliyə geri qayıtmaq üçün növbədənkənar qurultay qərarı aldı. Sədri İsgəndər Həmidov olan qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi 26 yanvar 2014-cü il tarixində sabiq sədr Qələndər Muxtarlının partiya sıralarından xaric edilməsini səsə qoyaraq qəbul etmişdir.
İsgəndər Həmidov Azərbaycan Milli Demokrat Partiyasının sədri olması üçün Rauf Arifoğlu və Nəsib Nəsibliyə təklif götürmüşdür, lakin hər iki şəxs də təklifi qəbul etməmişdir.
2019-cu ildə Qələndər Muxtarlı rəhbərliyində bir qrup şəxs bəyanat yaymışdır. Bəyanatda həm Tufan Kərim, həm İsgəndər Həmidov tərəflərinin partiya fəaliyyətini iflic etdiyi, 6 ildir qurultay keçirilmədiyi və qurultaya hazırlıq üzrə təşkilat komitələrinin fəaliyyətsiz olduqları qeyd olunmuşdur. Bu səbəbdən Qələndər Muxtarlı, Əligül Məmmədli, Zahid Usub, Nurəddin Xoca (İsmayılov), Oqtay Xəlili, Rövşən Cəfərli, Əlövsət Əlvəndoğlu, Səfər Hümbətov, İlqar Kazımovdan ibarət Azərbaycan Milliyətçi Demokrat Partiyasının birləşdirici qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi təşkil olunmuşdur.
23 yanvar 2021-ci il tarixində Azərbaycan Milliyətçi Demokratlar Partiyası 124 nümayəndənin iştirakı ilə onlayn qurultay keçirmiş və qurultayda partiyanın adını Milliyətçi Hərəkat Partiyası olaraq dəyişmişdir. Qələndər Muxtarlı partiya sədri seçilmişdir.
12 sentyabr 2021-ci il tarixində Milliyətçi Hərəkat Partiyası yenidən Azərbaycan Milliyətçi Demokrat Partiyası adını aldığı növbədənkənar qurultayınl keçirmişdir. Qurultayda Qələndər Muxtarlı yenidən sədr seçilmiş və 11 nəfərlik yeni İdarə Heyəti seçilmişdir. Bu qurultayda 2003-cü ildə Bizim Azərbaycan Blokunun üzvü olmuş, Həsən Həsənovun sədrlik etdiyi Azad Azərbaycan Partiyası Azərbaycan Milliyətçi Demokratlar Partiyasına birləşmiş və Həsən Həsənov isə sədrin siyasi məsələlər üzrə müavini, 2000-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında Azərbaycan Xalq Cəbhəsi Partiyasını təmsil etmiş Mənsum Bayramov isə partiyanın Böyük Məclisinin sədri seçilmişdir.
Buraxılma və yenidən partiyalaşma
Partiya 14 aprel 2023-cü il tarixində özünü buraxdığı ilə bağlı bəyanat yaymışdır. 18 aprel 2023-cü il tarixində partiya daxilində partiyanın buraxılması qərarı ilə razılaşmayan şəxslər bəyanat yaymışdır. Bəyanata əsasən partiyanın buraxılmasının addımı Tufan Kərimin şəxsi fikri olduğu, sabiq sədr müavini Eldar Tağıyevin rəhbərliyində növbədənkənar qurultay qərarı alınmış və Təşkilat Komitəsi yaradılmışdır.
"Siyasi partiyalar haqqında" yeni Qanunun qəbulun ardınca, 14 aprel 2023-cü il tarixində Azərbaycan Milli Demokrat Partiyası bəyanat yayaraq fəaliyyətini dayandırdığını elan etmişdir.
12 noyabr 2023-cü ildə Azərbaycan Milli Demokrat Partiyasının Qələndər Muxtarlı sədrliyində Müsavat Partiyası qərargahında təsisçilərin təsis toplantısı keçirilmişdir. 13 yanvar 2024-cü il tarixində Azərbaycan Milli Demokrat Partiyasının Klassik Xalq Cəbhəsi Partiyası qərargahında yeni Təsis Konfransı keçirilmişdir. Konfransda partiyanın sədri Tufan Kərim, rəsmi dövlət qeydiyyatı olmayan Azərbaycan Milliyətçi Demokratlar Partiyasının sədri Qələndər Muxtarlı iştirak etmişdir. Partiya 55 nəfərdən ibarət təsisçiləri ilə qurultay qərarı almışdır. Verilən məlumatda 2023-cü ildə rəsmi dövlət qeydiyyatı olmayan Azad Azərbaycan Partiyası və sədri Həsən Həsənov, 2021-ci ildə təsis olunmuş rəsmi dövlət qeydiyyatı olmayan Demokratik Dəyişim Partiyası və sədri Əli Mustafanın Azərbaycan Milli Demokrat Partiyası daxilində fəaliyyət göstərməyə başladığı qeyd olunmuşdur.
Mərkəzi təşkilat
Partiyanın seçkili orqanları sədr, Böyük Məclis, Siyasi Şura və Nəzarət—Təftiş Komissiyası olmuşdur.
Sədrlər
# | Sədr | Başlama tarixi | Bitmə tarixi |
---|---|---|---|
Azərbaycan Boz Qurd Partiyası (1993–1995) | |||
1 | Bəxtiyar Əhmədov | 26 dekabr 1993 | 1995 |
Azərbaycan Milli Demokrat Partiyası (1995–2023) | |||
1 | İsgəndər Həmidov | 199? | aprel 2008 |
- | Oqtay Xəlili | aprel 2008 | 24 avqust 2008 |
2 | Tufan Kərim | 24 avqust 2008 | 14 aprel 2023 |
Qurultaylar
Qurultay | Tarixi | Sədrliyə namizədlər | Seçilən sədr |
---|---|---|---|
Azərbaycan Boz Qurd Partiyası (1993–1995) | |||
Təsis Qurultayı | 26 dekabr 1993 | Bəxtiyar Əhmədov | Bəxtiyar Əhmədov |
Azərbaycan Milli Demokrat Partiyası (1995–2023) | |||
II Qurultay | 1999 | İsgəndər Həmidov | İsgəndər Həmidov |
III Qurultay | |||
IV (Növbədənkənar) Qurultay | 24 avqust 2008 | Tufan Kərim | Tufan Kərim |
V Qurultay | 26 iyun 2011 | ||
Seçkilərdə
Parlament
Seçki | Sədr | Majoritar | ||
---|---|---|---|---|
Səs | % | Mandat | ||
2010 | Tufan Kərim | 1 209 | 0.05 | 0 / 125 |
2015 | 481 | 0.02 | 0 / 125 | |
2020 | 0 / 125 |
Maddi-texniki baza
Azərbaycan Milli Demokrat Partiyasının qərargahı Yasamal rayonunda Ə. Ələsgərov Küç. 10 ünvanında yerləşirdi.
Beynəlxalq əlaqələri
11 iyul 2011-ci il tarixində Azərbaycan Milli Demokrat Partiyası və Güney Azərbaycan İstiqlal Partiyası arasında əməkdaşlıq sazişi imzalanmışdır.
İstinadlar
- Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-01-18 tarixində . İstifadə tarixi: 2024-01-18.
- "AMDP qurultaya hazırlaşır". Azadliq (az.). 2011-04-26. 2024-01-18 tarixində . İstifadə tarixi: 2024-01-18.
- "Boz Qurd Partiyasının yaranışımın 26 ili tamam oldu » Teref.az". Teref.az (ingilis). 2024-01-18 tarixində . İstifadə tarixi: 2024-01-18.
- "Azərbaycanın müxalifət partiyasının növbədənkənar qurultayının vaxtı müəyyən olunub". Trend.Az (az.). 2008-08-22. 2024-01-18 tarixində . İstifadə tarixi: 2024-01-18.
- "Azərbaycanın müxalifət partiyası deputatlığa namizədlərini müəyyənləşdirib". Trend.Az (az.). 2010-05-03. 2024-01-18 tarixində . İstifadə tarixi: 2024-01-18.
- "Azərbaycanın müxalifət partiyasının növbədənkənar qurultayının vaxtı müəyyən olunub". Trend.Az (az.). 2008-08-22. 2024-01-18 tarixində . İstifadə tarixi: 2024-01-18.
- "Azərbaycanın müxalifət partiyasına yeni sədr seçilib". Trend.Az (az.). 2008-08-24. 2024-01-18 tarixində . İstifadə tarixi: 2024-01-18.
- "BAXCP bir sıra partiyalarla ilkin seçkidə iştirakdan imtina edir". Trend.Az (az.). 2008-02-20. 2021-05-16 tarixində . İstifadə tarixi: 2023-12-25.
- "Prezidentliyə vahid namizədlə bağlı müxalifət partiyaları arasında danışıqlar aparılır". Trend.Az (az.). 2008-03-31. 2021-04-20 tarixində . İstifadə tarixi: 2023-12-25.
- "Azərbaycanın müxalif Mərkəzi fəaliyyətini müvəqqəti dayandırıb". Trend.Az (az.). 2008-09-05. 2022-12-02 tarixində . İstifadə tarixi: 2024-01-01.
- "Azərbaycanın müxalifət partiyalarının mərkəzinin bərpa olunmasına zərurət yaranmayıb". Trend.Az (az.). 2008-10-23. 2021-10-23 tarixində . İstifadə tarixi: 2024-01-01.
- "İki müxalifət partiyasının birləşməsinə dair ilkin razılıq əldə olunub". Trend.Az (az.). 2008-04-16. 2021-10-17 tarixində . İstifadə tarixi: 2024-01-18.
- "2022 - ci il üzrə » Azərbaycan Respublikası Mərkəzi Seçki Komsissiyası". msk.gov.az. 2024-01-18 tarixində . İstifadə tarixi: 2024-01-18.
- "Milli Demokrat (Bozqurd) Partiyası: "Bir qrup şəxsin partiya adından çıxış etməsi məzhəkədir"". Milli.az (az.). 2011-04-26. 2024-01-18 tarixində . İstifadə tarixi: 2024-01-18.
- "Azərbaycan Bozqurdları qurultay keçirdilər". Qafqazinfo (az.). 2011-07-25. 2024-01-18 tarixində . İstifadə tarixi: 2024-01-18.
- modern.az. "İsgəndər Həmidov yeni sədr axtarır: "Yaşlanmışam, partiyanın rəhbərliyindən gedə bilərəm"". modern.az (az.). 2024-01-18 tarixində . İstifadə tarixi: 2024-01-18.
- modern.az. "Qələndər Muxtarlı: "Siyasi fəaliyyətimdə müəyyən yanlışlıqlar olub" - ETİRAF". modern.az (az.). 2024-01-18 tarixində . İstifadə tarixi: 2024-01-18.
- "İsgəndər Həmidovdan sensasion açıqlamalar - pia.az". pia.az. 2024-01-19 tarixində . İstifadə tarixi: 2024-01-19.
- "Azərbaycan Milliyyətçi Demokrat Partiyasının Qurultaya hazırlıq üzrə TK-nin BƏYƏNATI » Ovqat.com". Ovqat.com. 2024-01-18 tarixində . İstifadə tarixi: 2024-01-18.
- "Bu Gün Azərbaycan Milliyətçilərinin Qurultayı Keçirilib". 2024-01-18 tarixində . İstifadə tarixi: 2024-01-18.
- "Azadmediatv.com | Xəbər portalı". azadmediatv.com (ingilis). 2024-01-18 tarixində . İstifadə tarixi: 2024-01-18.
- "İsgəndər Həmidovun qurduğu partiya özünü buraxdı - Milli Demokratların SON BƏYANATI". 2023-04-14 tarixində . İstifadə tarixi: 2023-04-14.
- "İsgəndər Həmidovun partiyasında dava düşdü". Pravda.az. 2024-01-18 tarixində . İstifadə tarixi: 2024-01-18.
- "İsgəndər Həmidovun qurduğu partiya özünü buraxdı - Milli Demokratların SON BƏYANATI". musavat.com. 2023-05-28 tarixində . İstifadə tarixi: 2024-01-18.
- "Azərbaycan Milli Demokrat Partiyası Təsis Edilir". 2024-01-17 tarixində . İstifadə tarixi: 2024-01-18.
- "Azərbaycan Milli Demokrat Partiyası təsis edilir". 2024-01-18 tarixində . İstifadə tarixi: 2024-01-18.
- modern.az. "Azərbaycanda yeni siyasi partiya yaradılır". modern.az (az.). 2024-01-17 tarixində . İstifadə tarixi: 2024-01-17.
- ""Boz qurdlar" yenidən siyasətə qayıdır". musavat.com. 2024-01-17 tarixində . İstifadə tarixi: 2024-01-17.
- "Azərbaycan Milli Demokrat Partiyası Bakıda təsis konfransı keçirib". turan.az (az.). 2024-01-14. 2024-01-14 tarixində . İstifadə tarixi: 2024-01-17.
- modern.az. "Azərbaycan Bozqurd Partiyasının V qurultayı keçirildi, sədr seçildi (FOTOLAR)". modern.az (az.). 2024-01-17 tarixində . İstifadə tarixi: 2024-01-17.
- modern.az. "İki partiya saziş imzaladı (FOTO)". modern.az (az.). 2024-01-18 tarixində . İstifadə tarixi: 2024-01-18.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Azerbaycan Milli Demokrat Partiyasi qisaca AMDP AzMDEP AzMDP ve ya AMDEP kecmis adi ile Azerbaycan Boz Qurd Partiyasi 1992 ci ilde Isgender Hemidov terefinden Bozqurd Partiyasi adi altinda qurulan 1994 cu ilde resmi dovlet qeydiyyatina alinan 1995 ci ilde qeydiyyati legv olunan 1995 ci ilde qeyri resmi 1999 cu ilde resmi olaraq adini Azerbaycan Milli Demokrat Partiyasi olaraq deyisen 2008 ci il dekabrin 24 de yeniden resmi dovlet qeydiyyatina alinan ve 14 aprel 2023 cu il tarixinde fealiyyetini dayandiran siyasi partiya Azerbaycan Milli Demokrat PartiyasiSedri Tufan KerimQurucu Isgender HemidovQurulus tarixi 26 dekabr 1993Qeydiyyat tarixi 24 dekabr 2008Dagilma tarixi 14 aprel 2023Bolunme Azerbaycan Milliyetci Demokrat Partiyasi 2011 2023 Ideologiya Azerbaycan milliyetciliyi turkculukIdeoloji spektr merkezcilikUzvluyu Demokratiya Ugrunda Ittifaq 2005 2009 Demokratik Secki Merkezi 2007 2008 Suar Bozqurdlar olmez veten bolunmez Metbuat orqani Milliyetcilik qezetiSayti bozqurd comTarixiBoz Qurd Partiyasi 1992 ci ilde Isgender Hemidov rehberliyinde Azerbaycan Xalq Cebhesi bazasinda milliyetci cemiyyet yaradilmisdir 25 dekabr 1993 cu il tarixinde bu cemiyyetin Azerbaycan Boz Qurd Partiyasina cevrilmesi haqda qerar verilmisdir 26 dekabr 1993 cu il tarixinde 7 tesiscinin istiraki ile Azerbaycan Boz Qurd Partiyasinin I Tesis Qurultayi kecirilmis professor Bextiyar Ehmedov partiyanin sedri Qelender Muxtarli ise partiya sedrinin birinci muavini secilmisdir Partiya 1994 cu ilin mart ayinda resmi dovlet qeydiyyatina alinmisdir 1995 ci ilde Azerbaycan Respublikasi Ali Mehkemesi terefinden verilen qerarla partiyanin adinin konstitusiyaya uygun olmamasi sebebi ile legv edildi Milli Demokrat Partiyasi 11 iyul 1995 ci ilde Azerbaycan Boz Qurd Partiyasi adini Azerbaycan Milli Demokrat Partiyasi olaraq deyisdirdi 1999 cu ilde II Qurultay kecirilmis ve qurultayda partiyanin adi resmi olaraq Azerbaycan Milli Demokrat Partiyasina deyisdirilmisdir 2005 ci ilde Azerbaycan Milli Demokrat Partiyasi Klassik Xalq Cebhesi Partiyasi ve Azadliq Partiyasi ile birge Demokratiya Ugrunda Ittifaqi tesis etmisdir Partiya 2009 cu ilde bu qurumdan xaric edilmisdir 2008 ci ilin aprel ayinda partiyanin sedri Isgender Hemidov genclerin yolunu acmaq ucun sedrlikden istefa vermisdir Partiya novbedenkenar qurultay qerari almis ve Oqtay Xelili rehberliyinde Teskilat Komitesi yaratmisdir 24 avqust 2008 ci il tarixinde Baki kinoteatrinda partiyanin novbedenkenar IV Qurultayi kecirilmisdir Qurultaydan once partiyanin Boyuk Meclisinin sedri Tufan Kerim sedrliye namizedliyini ireli surmusdur Milli Yol qezetinin tesiscisi Sahin Agabeyli de sedrliye namized olacagini soylese de namizedliyini ireli surmemisdir Qurultayda Boyuk Meclis sedri Tufan Kerim ses coxlugu ile partiyanin sedri secilmisdir Isgender Hemidov qurultaya devet edilse de qurultayda istirak etmemisdir 2007 ci ilin dekabr ayinda Azerbaycan Milli Demokrat Partiyasi daxil 20 siyasi partiya Demokratik Secki Merkezi ni tesis etmisdir Bu qurum 2008 ci il prezident seckilerinde vahid namizedle istirak etmeyi planlasdirmisdir 5 sentyabr 2008 ci ilde alinan qerarla Demokratik Secki Merkezinin fealiyyeti prezident seckilerinin sonunadak muveqqeti dayandirilmisdir Seckilerden sonra ise merkezin fealiyyetinin berpasina ehtiyac olmadigi soylenmisdir 2008 ci ilin aprel ayinda Azerbaycan Milli Demokrat Partiyasi ve Azadliq Partiyasi arasinda birlesme ile bagli raziliq elde olunmusdur Azadliq Partiyasinin sedri Ehmed Oruc ve Azerbaycan Milli Demokrat Partiyasinin qurultaya hazirliq uzre Teskilat Komitesinin sedri Oqtay Xelili arasinda 3 defe gorus kecirilmisdir Sabiq sedr Isgender Hemidov vezifesinden istefa verse de birlesme prosesini desteklemis lakin birlesme gerceklesmemisdir 24 dekabr 2008 ci il tarixinde Azerbaycan Milli Demokrat Partiyasi Edliyye Nazirliyi terefinden resmi dovlet qeydiyyatina alinmisdir Milliyetci demokratlar Partiya sedrliyine daha sonra Isgender Hemidov kecmisdir lakin 2011 ci ilde Isgender Hemidov sedrlik postundan istefa verdi 24 aprel 2011 ci il tarixinde Azerbaycan Milli Demokrat Partiyasi Boyuk Meclisinin iclasi kecirilmis iclasda 51 meclis uzvunden 31 i istirak etmis novbedenkenar qurultay qerari alinmis ve qurultaya hazirliq uzre Teskilat Komitesi yaradilmisdir Teskilat Komitesi yaradildigi ucun sedr Tufan Kerimin selahiyyetleri dondurulmusdur 26 aprel 2011 ci il tarixinde Tufan Kerim terefdarlari Boyuk Meclisin son iclasinin 15 aprelde kecirildiyini ve 24 aprel tarixli iclasini qeyri qanuni hesab etmisdir 25 iyul 2011 ci il tarixinde 45 rayondan 85 neferin Azerbaycan Xalq Cebhesi Partiyasi sedri Eli Kerimli Musavat Partiyasi Meclisinin uzvu Arzu Semedbeyli siyasetci Aqil Semedbeyli Azerbaycan Demokrat Partiyasi sedri Serdar Celaloglu Azerbaycan Umid Partiyasi Aparatinin rehberi Nesimi Memmedli ve Xural qezetinin bas redaktoru Evez Zeynalli kimi sexslerin istiraki ile Qelender Muxtarlinin rehberlik etdiyi partiya qurultay kecirmisdir Qurultayda partiyanin adi Azerbaycan Milliyetci Demokratlar Partiyasi olaraq deyisdirilmis partiyanin yeni emblemi ve bayragi qebul edilmisdir Qurultayda Qelender Muxtarli sedr secilmisdir Qurultaydan sonra yeni teskil edilmis Bas Meclisin iclasinda Oqtay Xelili Bas Meclisin sedri secilmisdir Qurultayda partiya adinin ve embleminin sesvermesiz deyisdirilmesine etiraz eden Nureddin Xoca partiyadan istefa vermisdir Isgender Hemidov 2014 cu ilde Azerbaycan Milliyetci Demokrat Partiyasinda fealiyyet gostermeye basladi O sedrliye geri qayitmaq ucun novbedenkenar qurultay qerari aldi Sedri Isgender Hemidov olan qurultaya hazirliq uzre Teskilat Komitesi 26 yanvar 2014 cu il tarixinde sabiq sedr Qelender Muxtarlinin partiya siralarindan xaric edilmesini sese qoyaraq qebul etmisdir Isgender Hemidov Azerbaycan Milli Demokrat Partiyasinin sedri olmasi ucun Rauf Arifoglu ve Nesib Nesibliye teklif goturmusdur lakin her iki sexs de teklifi qebul etmemisdir 2019 cu ilde Qelender Muxtarli rehberliyinde bir qrup sexs beyanat yaymisdir Beyanatda hem Tufan Kerim hem Isgender Hemidov tereflerinin partiya fealiyyetini iflic etdiyi 6 ildir qurultay kecirilmediyi ve qurultaya hazirliq uzre teskilat komitelerinin fealiyyetsiz olduqlari qeyd olunmusdur Bu sebebden Qelender Muxtarli Eligul Memmedli Zahid Usub Nureddin Xoca Ismayilov Oqtay Xelili Rovsen Ceferli Elovset Elvendoglu Sefer Humbetov Ilqar Kazimovdan ibaret Azerbaycan Milliyetci Demokrat Partiyasinin birlesdirici qurultaya hazirliq uzre Teskilat Komitesi teskil olunmusdur 23 yanvar 2021 ci il tarixinde Azerbaycan Milliyetci Demokratlar Partiyasi 124 numayendenin istiraki ile onlayn qurultay kecirmis ve qurultayda partiyanin adini Milliyetci Herekat Partiyasi olaraq deyismisdir Qelender Muxtarli partiya sedri secilmisdir 12 sentyabr 2021 ci il tarixinde Milliyetci Herekat Partiyasi yeniden Azerbaycan Milliyetci Demokrat Partiyasi adini aldigi novbedenkenar qurultayinl kecirmisdir Qurultayda Qelender Muxtarli yeniden sedr secilmis ve 11 neferlik yeni Idare Heyeti secilmisdir Bu qurultayda 2003 cu ilde Bizim Azerbaycan Blokunun uzvu olmus Hesen Hesenovun sedrlik etdiyi Azad Azerbaycan Partiyasi Azerbaycan Milliyetci Demokratlar Partiyasina birlesmis ve Hesen Hesenov ise sedrin siyasi meseleler uzre muavini 2000 ci illerde Azerbaycan Respublikasinin Merkezi Secki Komissiyasinda Azerbaycan Xalq Cebhesi Partiyasini temsil etmis Mensum Bayramov ise partiyanin Boyuk Meclisinin sedri secilmisdir Buraxilma ve yeniden partiyalasma Partiya 14 aprel 2023 cu il tarixinde ozunu buraxdigi ile bagli beyanat yaymisdir 18 aprel 2023 cu il tarixinde partiya daxilinde partiyanin buraxilmasi qerari ile razilasmayan sexsler beyanat yaymisdir Beyanata esasen partiyanin buraxilmasinin addimi Tufan Kerimin sexsi fikri oldugu sabiq sedr muavini Eldar Tagiyevin rehberliyinde novbedenkenar qurultay qerari alinmis ve Teskilat Komitesi yaradilmisdir Siyasi partiyalar haqqinda yeni Qanunun qebulun ardinca 14 aprel 2023 cu il tarixinde Azerbaycan Milli Demokrat Partiyasi beyanat yayaraq fealiyyetini dayandirdigini elan etmisdir 12 noyabr 2023 cu ilde Azerbaycan Milli Demokrat Partiyasinin Qelender Muxtarli sedrliyinde Musavat Partiyasi qerargahinda tesiscilerin tesis toplantisi kecirilmisdir 13 yanvar 2024 cu il tarixinde Azerbaycan Milli Demokrat Partiyasinin Klassik Xalq Cebhesi Partiyasi qerargahinda yeni Tesis Konfransi kecirilmisdir Konfransda partiyanin sedri Tufan Kerim resmi dovlet qeydiyyati olmayan Azerbaycan Milliyetci Demokratlar Partiyasinin sedri Qelender Muxtarli istirak etmisdir Partiya 55 neferden ibaret tesiscileri ile qurultay qerari almisdir Verilen melumatda 2023 cu ilde resmi dovlet qeydiyyati olmayan Azad Azerbaycan Partiyasi ve sedri Hesen Hesenov 2021 ci ilde tesis olunmus resmi dovlet qeydiyyati olmayan Demokratik Deyisim Partiyasi ve sedri Eli Mustafanin Azerbaycan Milli Demokrat Partiyasi daxilinde fealiyyet gostermeye basladigi qeyd olunmusdur Merkezi teskilatPartiyanin seckili orqanlari sedr Boyuk Meclis Siyasi Sura ve Nezaret Teftis Komissiyasi olmusdur Sedrler Sedr Baslama tarixi Bitme tarixiAzerbaycan Boz Qurd Partiyasi 1993 1995 1 Bextiyar Ehmedov 26 dekabr 1993 1995Azerbaycan Milli Demokrat Partiyasi 1995 2023 1 Isgender Hemidov 199 aprel 2008 Oqtay Xelili aprel 2008 24 avqust 20082 Tufan Kerim 24 avqust 2008 14 aprel 2023QurultaylarQurultay Tarixi Sedrliye namizedler Secilen sedrAzerbaycan Boz Qurd Partiyasi 1993 1995 Tesis Qurultayi 26 dekabr 1993 Bextiyar Ehmedov Bextiyar EhmedovAzerbaycan Milli Demokrat Partiyasi 1995 2023 II Qurultay 1999 Isgender Hemidov Isgender HemidovIII QurultayIV Novbedenkenar Qurultay 24 avqust 2008 Tufan Kerim Tufan KerimV Qurultay 26 iyun 2011SeckilerdeParlament Secki Sedr MajoritarSes Mandat2010 Tufan Kerim 1 209 0 05 0 1252015 481 0 02 0 1252020 0 125Maddi texniki bazaAzerbaycan Milli Demokrat Partiyasinin qerargahi Yasamal rayonunda E Elesgerov Kuc 10 unvaninda yerlesirdi Beynelxalq elaqeleri11 iyul 2011 ci il tarixinde Azerbaycan Milli Demokrat Partiyasi ve Guney Azerbaycan Istiqlal Partiyasi arasinda emekdasliq sazisi imzalanmisdir IstinadlarCrocusoft E QANUN e qanun az ingilis 2024 01 18 tarixinde Istifade tarixi 2024 01 18 AMDP qurultaya hazirlasir Azadliq az 2011 04 26 2024 01 18 tarixinde Istifade tarixi 2024 01 18 Boz Qurd Partiyasinin yaranisimin 26 ili tamam oldu Teref az Teref az ingilis 2024 01 18 tarixinde Istifade tarixi 2024 01 18 Azerbaycanin muxalifet partiyasinin novbedenkenar qurultayinin vaxti mueyyen olunub Trend Az az 2008 08 22 2024 01 18 tarixinde Istifade tarixi 2024 01 18 Azerbaycanin muxalifet partiyasi deputatliga namizedlerini mueyyenlesdirib Trend Az az 2010 05 03 2024 01 18 tarixinde Istifade tarixi 2024 01 18 Azerbaycanin muxalifet partiyasinin novbedenkenar qurultayinin vaxti mueyyen olunub Trend Az az 2008 08 22 2024 01 18 tarixinde Istifade tarixi 2024 01 18 Azerbaycanin muxalifet partiyasina yeni sedr secilib Trend Az az 2008 08 24 2024 01 18 tarixinde Istifade tarixi 2024 01 18 BAXCP bir sira partiyalarla ilkin seckide istirakdan imtina edir Trend Az az 2008 02 20 2021 05 16 tarixinde Istifade tarixi 2023 12 25 Prezidentliye vahid namizedle bagli muxalifet partiyalari arasinda danisiqlar aparilir Trend Az az 2008 03 31 2021 04 20 tarixinde Istifade tarixi 2023 12 25 Azerbaycanin muxalif Merkezi fealiyyetini muveqqeti dayandirib Trend Az az 2008 09 05 2022 12 02 tarixinde Istifade tarixi 2024 01 01 Azerbaycanin muxalifet partiyalarinin merkezinin berpa olunmasina zeruret yaranmayib Trend Az az 2008 10 23 2021 10 23 tarixinde Istifade tarixi 2024 01 01 Iki muxalifet partiyasinin birlesmesine dair ilkin raziliq elde olunub Trend Az az 2008 04 16 2021 10 17 tarixinde Istifade tarixi 2024 01 18 2022 ci il uzre Azerbaycan Respublikasi Merkezi Secki Komsissiyasi msk gov az 2024 01 18 tarixinde Istifade tarixi 2024 01 18 Milli Demokrat Bozqurd Partiyasi Bir qrup sexsin partiya adindan cixis etmesi mezhekedir Milli az az 2011 04 26 2024 01 18 tarixinde Istifade tarixi 2024 01 18 Azerbaycan Bozqurdlari qurultay kecirdiler Qafqazinfo az 2011 07 25 2024 01 18 tarixinde Istifade tarixi 2024 01 18 modern az Isgender Hemidov yeni sedr axtarir Yaslanmisam partiyanin rehberliyinden gede bilerem modern az az 2024 01 18 tarixinde Istifade tarixi 2024 01 18 modern az Qelender Muxtarli Siyasi fealiyyetimde mueyyen yanlisliqlar olub ETIRAF modern az az 2024 01 18 tarixinde Istifade tarixi 2024 01 18 Isgender Hemidovdan sensasion aciqlamalar pia az pia az 2024 01 19 tarixinde Istifade tarixi 2024 01 19 Azerbaycan Milliyyetci Demokrat Partiyasinin Qurultaya hazirliq uzre TK nin BEYENATI Ovqat com Ovqat com 2024 01 18 tarixinde Istifade tarixi 2024 01 18 Bu Gun Azerbaycan Milliyetcilerinin Qurultayi Kecirilib 2024 01 18 tarixinde Istifade tarixi 2024 01 18 Azadmediatv com Xeber portali azadmediatv com ingilis 2024 01 18 tarixinde Istifade tarixi 2024 01 18 Isgender Hemidovun qurdugu partiya ozunu buraxdi Milli Demokratlarin SON BEYANATI 2023 04 14 tarixinde Istifade tarixi 2023 04 14 Isgender Hemidovun partiyasinda dava dusdu Pravda az 2024 01 18 tarixinde Istifade tarixi 2024 01 18 Isgender Hemidovun qurdugu partiya ozunu buraxdi Milli Demokratlarin SON BEYANATI musavat com 2023 05 28 tarixinde Istifade tarixi 2024 01 18 Azerbaycan Milli Demokrat Partiyasi Tesis Edilir 2024 01 17 tarixinde Istifade tarixi 2024 01 18 Azerbaycan Milli Demokrat Partiyasi tesis edilir 2024 01 18 tarixinde Istifade tarixi 2024 01 18 modern az Azerbaycanda yeni siyasi partiya yaradilir modern az az 2024 01 17 tarixinde Istifade tarixi 2024 01 17 Boz qurdlar yeniden siyasete qayidir musavat com 2024 01 17 tarixinde Istifade tarixi 2024 01 17 Azerbaycan Milli Demokrat Partiyasi Bakida tesis konfransi kecirib turan az az 2024 01 14 2024 01 14 tarixinde Istifade tarixi 2024 01 17 modern az Azerbaycan Bozqurd Partiyasinin V qurultayi kecirildi sedr secildi FOTOLAR modern az az 2024 01 17 tarixinde Istifade tarixi 2024 01 17 modern az Iki partiya sazis imzaladi FOTO modern az az 2024 01 18 tarixinde Istifade tarixi 2024 01 18