Boynuəyri Seyid Abdullah Paşa (v. mart 1761, Hələb əyaləti, Osmanlı imperiyası) — I Mahmud dönəmində 2 il 4 ay 10 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır.
Seyid Abdullah Paşa | |
---|---|
24 avqust 1747 – 3 yanvar 1750 (ləqəbi: Boynuəyri) | |
Əvvəlki | Tiryaki Mehmed Paşa |
Sonrakı | Katib Mehmed Əmin Paşa |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | mart 1761 |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi |
Atası | Kərküklü Seyid Həsən Paşa |
Həyatı
Əslən ərəb olub, Kərküklü Seyid Həsən Paşanın oğludur. İlk təhsilini tamamladıqdan sonra Əndəruna alındı və sırasıyla silahdar, qapıçıbaşı, qapıçılar kəndxudası və 1738-ci ildə baş miraxur təyin edildi.1745-ci ildə vəzir rütbəsi alaraq Kipr valisi təyin edildi və saraydan ayrıldı. Daha sonra 1747-ci ildə Aydın valiliyinə gətirildi.
Bu vəzifədə ikən Darüssəadə ağası Bəşir ağanın tələbiylə gizlicə İstanbula çağırıldı və 24 avqust 1747-ci ildə sədrəzəm təyin edildi. Onun sədarəti dövründə bəzi əyalətlərdən şikayətlər gəlmiş, sərhəd boyunca yerləşən qala və istehkamların bərpası ləngimişdir. Digər yandan paytaxtdakı bahalıq səbəbilə dükan sahiblərinin kiçik miqyaslı ayaqlanmaları olsa da, bu iğtişaşlar çox böyümədən yatırıldı. Bütün bunlar səbəb göstərilərək Seyid Abdullah Paşa 3 yanvar 1750-ci ildə vəzifədən alındı.
Bir neçə gün sarayda həbs tutulan Seyid Abdullah Paşa 11 yanvarda Rodos adasına sürgün edildi. Ancaq çox keçmədən həmin ilin mayında bağışlandı və Qaraman valisi təyin edildi. Vəzifə yerinə gedərkən təyinatının dəyişməsi xəbərini aldı və Misir valisi olaraq Qahirəyə yollandı. 1753-cü ildə Hələb, 1756-cı ildə Rəqqə, 1757-ci ildə Diyarbəkir valisi təyin olundu. Ardından Hələb bəylərbəyi təyin edilən Seyid Abdullah Paşa bu vəzifədə ikən 1761-ci ilin martında burada vəfat etdi. Cənazəsi Əbubəkr təkyəsinə dəfn olundu.
İstinadlar
- Buz. Ayhan. (2009). Sokullu’dan Damat Ferit’e Osmanlı Sadrazamları. Neden Kitap. İstanbul
- Mehmet Süreyya, Sicil-i Osmani, (haz. Nuri Akbayar), C. 1, İstanbul, 1996, s. 80
- Tektaş. Nazım. (2009). Osmanlı’da İkinci Adam Saltanatı. Çatı Kitapları
- Müjdat Uluçam, “Abdullah Paşa (Boynueğri, Seyyid)”, Yaşamları ve Yapıtlarıyla Osmanlılar Ansiklopedisi, c. 1, Yapı Kredi Yayınları, İstanbul, 2008, s. 18
- Abdülkadir Özcan, “Abdullah Paşa, Seyyid”, TDVİA , c. EK – 1, 2. Bs., İstanbul, 2016, s. 11
Mənbə
- Bir Grup Biyografisi Denemesi: Osmanlı Sadrazamları (1718-1917). Yüksek Lisans Tezi. Semi Özgen Cesur. Kırıkkale 2023
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Boynueyri Seyid Abdullah Pasa v mart 1761 Heleb eyaleti Osmanli imperiyasi I Mahmud doneminde 2 il 4 ay 10 gun Osmanli imperiyasinin sedrezemi olmus dovlet adamidir Seyid Abdullah PasaOsmanli sedrezemi24 avqust 1747 3 yanvar 1750 leqebi Boynueyri EvvelkiTiryaki Mehmed PasaSonrakiKatib Mehmed Emin PasaSexsi melumatlarVefat tarixi mart 1761Vefat yeri Heleb eyaleti Osmanli imperiyasiFealiyyeti siyasetciAtasi Kerkuklu Seyid Hesen PasaHeyatiEslen ereb olub Kerkuklu Seyid Hesen Pasanin ogludur Ilk tehsilini tamamladiqdan sonra Enderuna alindi ve sirasiyla silahdar qapicibasi qapicilar kendxudasi ve 1738 ci ilde bas miraxur teyin edildi 1745 ci ilde vezir rutbesi alaraq Kipr valisi teyin edildi ve saraydan ayrildi Daha sonra 1747 ci ilde Aydin valiliyine getirildi Bu vezifede iken Darusseade agasi Besir aganin telebiyle gizlice Istanbula cagirildi ve 24 avqust 1747 ci ilde sedrezem teyin edildi Onun sedareti dovrunde bezi eyaletlerden sikayetler gelmis serhed boyunca yerlesen qala ve istehkamlarin berpasi lengimisdir Diger yandan paytaxtdaki bahaliq sebebile dukan sahiblerinin kicik miqyasli ayaqlanmalari olsa da bu igtisaslar cox boyumeden yatirildi Butun bunlar sebeb gosterilerek Seyid Abdullah Pasa 3 yanvar 1750 ci ilde vezifeden alindi Bir nece gun sarayda hebs tutulan Seyid Abdullah Pasa 11 yanvarda Rodos adasina surgun edildi Ancaq cox kecmeden hemin ilin mayinda bagislandi ve Qaraman valisi teyin edildi Vezife yerine gederken teyinatinin deyismesi xeberini aldi ve Misir valisi olaraq Qahireye yollandi 1753 cu ilde Heleb 1756 ci ilde Reqqe 1757 ci ilde Diyarbekir valisi teyin olundu Ardindan Heleb beylerbeyi teyin edilen Seyid Abdullah Pasa bu vezifede iken 1761 ci ilin martinda burada vefat etdi Cenazesi Ebubekr tekyesine defn olundu IstinadlarBuz Ayhan 2009 Sokullu dan Damat Ferit e Osmanli Sadrazamlari Neden Kitap Istanbul Mehmet Sureyya Sicil i Osmani haz Nuri Akbayar C 1 Istanbul 1996 s 80 Tektas Nazim 2009 Osmanli da Ikinci Adam Saltanati Cati Kitaplari Mujdat Ulucam Abdullah Pasa Boynuegri Seyyid Yasamlari ve Yapitlariyla Osmanlilar Ansiklopedisi c 1 Yapi Kredi Yayinlari Istanbul 2008 s 18 Abdulkadir Ozcan Abdullah Pasa Seyyid TDVIA c EK 1 2 Bs Istanbul 2016 s 11MenbeBir Grup Biyografisi Denemesi Osmanli Sadrazamlari 1718 1917 Yuksek Lisans Tezi Semi Ozgen Cesur Kirikkale 2023