"Borçalı" xalçaları — Gəncə–Qazax tipli Qazax qrupuna daxil olan Azərbaycan xovlu xalçalarıdır. Xalçaların adı Azərbaycanın Qazax rayonundan şimal-qərbdə yerləşən Gürcüstanın Borçalı regionunun adı ilə bağlıdır. Regionun Qurdlar, Axurlu, Qaçağan, Sadaxlı, Daştəpə və Ləmbəli kimi iri kəndləri bu xalçaların əsas toxunma yeri olmuşdur. Yuxarıda adı çəkilən kəndlərin, həmçinin Borçalının digər kəndlərinin əhalisi əsasən etnik azərbaycanlılardan ibarətdir.
Xalça | |
Borçalı | |
---|---|
| |
Xalça haqqında məlumatlar | |
Tam adı | Borçalı xalçaları |
Məktəbi | Qazax qrupu |
Növü | Xovlu xalça |
Ölkə | Azərbaycan |
Bölgə | Borçalı |
Toxunması haqqında məlumatlar | |
Üslubu | Qazax xalçaçılıq məktəbi |
Digər məlumatlar | |
Uzunluğu | 8-12 metr |
Düyünlərin sayı | 30х30 = 80000 - 120000 düyün |
Tarixi
Sənətşünas və xalçaçı Lətif Kərimov qeyd edir ki, Borçalının indiki əhalisi Cənubi Azərbaycanın Sulduz rayonu ərazisində yaşamış Bozçalı adlı böyük tayfanın törəmələridir. Səfəvi hökmdarlarının göstərişinə əsasən bu tayfa yaşadığı ərazidən köçürülərək Qazaxın şimalında, indiki Gürcüstan ərazisində yerləşdirilmişdi. Bu tayfa həm də Qarapapaqlar adı ilə məşhurdur. Qazaxın üç kilometrliyində yerləşən Papaqlı, həmçinin, Qazaxdan şimalda yerləşən Qarayazı və Qaraçöp adlı xalçaçılıq məntəqələrinin adı da bu tayfanın adı ilə bağlıdır.
Kərimov qeyd edir ki, bu regionun əhalisi, Cənubi Azərbaycanın Təbriz, Ərdəbil, Sərab, Qaradağ, xüsusilə Urmiya gölü ətrafında yerləşən Ərək, Bicar, Sənnə və Fərəhan kimi yaşayış məntəqələri əhalisinin xalçaçılıq ənənələrinin davamçıları olmuşlar. Onlar Gəncə xalçaçılıq məktəbinin təsiri altına düşərək daşıyıcısı olduqları ənənələri daha da inkişaf etdirmişlər. Bu iki xalçaçılıq məktəbinin təsiri ilə Borçalının Qarayazı, Qaraçöp, Ləmbəli və sair yaşayış məntəqələrində də xalçaçılıq ənənələri formalaşmışdır.
Bədii analiz
Bədii strukturundan asılı olaraq, "Borçalı" xalçaları bir neçə varianta malikdir. Borçalı xalçalarının oramental motivlərində totemlər və mifoloji inamların təsirlərini görmək mümkündür. Bir zamanlar dini-mistik əhəmiyyət daşıyan motivlər, nəsildən-nəsilə keçərək dövrümüzə çatmışdır. Lakin, onlar öz dini əhəmiyyətlərini itirərək aid bəzək elementlərinə çevrilmişlər.
Birinci variant
Birinci variantda toxunan "Borçalı" xalçaları yerli toxucular tərəfindən "Çobankərə" adlandırılır. Bu xalçaların mərkəzi oxunda şaquli yerləşmiş iki sayda səkkizguşəli göl, həmçinin mərkəzi gölün dörd tərəfindəki ağac təsvirləri kompozisiyanın strukturunu formalaşdırır. Bu göllərin içində həndəsi formaya malik və eyni zamanda antropomorf (insanabənzər) obraz kimi qavranılan müəmmalı bir fiqur yerləşdirilir. Bəzi xalçalarda isə quş, dəvə təsvirləri və "məktəb ocağı" elementi də olur.
İkinci variant
İkinci variantda toxunan "Borçalı" xalçaları Qazaxda daha çox "Fərəhli", Borçalıda isə "Qurbağaoğlu" və ya "Qurbağalı" adları ilə tanınmışdır. Bu cür xalçaların ən çox istehsal edildiyi yerlərdən biri də Marneulinin 12 km cənub-şərqində yerləşən Gavurarx kəndidir. Bu variantda toxunan xalçaların kompozisiyaları müxtəlifdir. Bəzi xalçalarda ara sahədə bir-birinin ardınca göləbənzər elementlər yerləşir. Bu elementlər dörd ulduzabənzər şüası olan və transformasiya edilmiş çoxbucaqlıdan yaranır. Göllərin daxilində üslublaşdırılmış zoomorf fiqurlar simmetrik şəkildə yerləşdirilir. Digər xalçalarda göllərin birləşməsindən uzunsov formada fiqur yaranır. Son zamanlara kimi bu xalçalar Marneulinin Gavurarx və Qurbağaoğlu, Qazaxın Fərəhli kəndlərində toxunurdu.
1930-cu illərdə Lətif Kərimov Qazaxın yaşlı xalçaçılarının toplantısında iştirak etmişdir. İki gün davam edən toplantıda yaşlı xalçaçılarla müzakirələr aparan Kərimova, bir çox naxışların mənşəyini müəyyənləşdirmək nəsib olmuşdur. Həmçinin bu xalçaların mərkəzində yerləşən göl elementi də müzakirə edilmişdir. Xalçaçılardan biri bu elementin qurbağanı simvolizə etdiyini bildirmişdir: "Qurbağa gözəl canlıdır. O, suda balıq, quruda bülbülə çevrilir" deyə xalçaçı qeyd etmişdir. Alınan məlumata istinadən Lətif Kərimov qeyd edir ki, mərkəzdəki göl elementinin tayfanın qədim totemi olan qurbağanı əks etdirdiyini düşünmək olar. Zamanla dini əhəmiyyətini itirən simvol dekorativ elementə çevrilmişdir.
Üçüncü variant
Üçüncü variant "Borçalı" xalçaları yerli toxucular və el arasında "Ziynətnişan" xalçaları və ya "Zeyvənişan" xalçaları adı ilə tanınmışdır. Üçüncü variantda toxunan "Borçalı" xalçaları Borçalı rayon mərkəzinin şimal-qərbində yerləşən Qızılca və ya Qızılhacılı kəndində istehsal olunmuşdur. Xalçanı fərqləndirən əlamət kompozisiyanın mərkəzində yerləşən və şaquli istiqamətdə uzanmış iri xaçabənzər medalyondur. Medalyonun daxilində kvadrat göl yerləşir. Onun yuxarı və aşağı xətti şaquli istiqamətdə bir az dartılaraq piramida şəkilli çıxıntılar əmələ gətirir. Daxili sahə, öz növbəsində iri, cüt-cüt qarmaqşəkilli xətlərlə doldurulmuşdur.
Dördüncü variant
Dördüncü variantda toxunan "Borçalı" xalçaları yerli xalçaçılar və yerli sakinlər arasında "Ləmbəli" xalçaları adlandırılırdı. Dördüncü variantda toxunan "Borçalı" xalçalarının ara sahəsinin mərkəzində yerləşən göllər aşağıdakı qayda üzrə qurulur. Mərkəzdə iri səkkizbucaqlı göl yerləşir. Onun yuxarı və aşağı cinahında kiçik ölçülü medalyonlar təsvir olunur. Bütün medalyonların ətrafı boyunca bir sıra qarmaqşəkilli elementlər toxunmuşdur. Gölün mərkəzində "çanaxlı bağa" — tısbağa və yastılaşdırılmış qurbağanın çox üslublaşdırılmış təsviri yerləşir. Bəzən bu üsulla toxunmuş xalçaların orta sahəsində üç sayda eyni tipli göl yerləşir.
Beşinci variant
Beşinci variantda toxunan "Borçalı" xalçaları "Ləmbəli" adlanır. Ancaq bu xalçalar birinci və dördüncü variantda toxunan "Borçalı" xalçaları ilə oxşar olsalar da, ölçüsünə, ara sahədəki göllərin rənginə və göllərin bir göldən bir növbələnməsinə görə fərqlənirlər. Bundan başqa, beşinci variantda toxunmuş "Borçalı" xalçalarında xarakterik antropomorf fiqurlar üslublaşdırılmaya daha çox məruz qalmışlar.
- "Faxralı" xalçası, II variant
- "Ziynətnişan" xalçaları, III variant
- "Borçalı" xalçaları, IV variant
- "Ləmbəli" xalçaları, V variant
Texniki xüsusiyyətlər
"Borçalı" xalçaları müxtəlif ölçü və formalarda ola bilər. Ləmbəli xalçaçılıq məntəqəsində nisbətən böyük xalçalar toxuyurlar. Bu xalçalarında bir kvadrat desimetrdə ilmələrin sıxlığı 30x30 ilmədən 35x35 ilməyə qədər olur. Bir kvadrat metrdə olan ilmələrin sayı 80 min ilmədən 120 min ilmə arasında dəyişir. Xovunun hündürlüyü 8–12 mm-dir.
İstinadlar
- Nasirova S. Gəncə-Qazax xalçaları (ing.). 2002. P. 12–13.
- Лятиф Керимов. Азербайджанский ковёр. Том III. Б.: "Гянджлик", 1983 s.145–148.
- "Керимов Л. Азербайджанский ковёр. III том. 1983 s.145". 2023-09-06 tarixində . İstifadə tarixi: 2023-09-01.
- Qurbağaoğlu Marneuli rayonunda yerləşən azərbaycanlılarla məskunlaşmış kəndin adıdır.
- . 2011-08-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-09-05.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Borcali xalcalari Gence Qazax tipli Qazax qrupuna daxil olan Azerbaycan xovlu xalcalaridir Xalcalarin adi Azerbaycanin Qazax rayonundan simal qerbde yerlesen Gurcustanin Borcali regionunun adi ile baglidir Regionun Qurdlar Axurlu Qacagan Sadaxli Dastepe ve Lembeli kimi iri kendleri bu xalcalarin esas toxunma yeri olmusdur Yuxarida adi cekilen kendlerin hemcinin Borcalinin diger kendlerinin ehalisi esasen etnik azerbaycanlilardan ibaretdir XalcaBorcali Cobankere formali I usul Borcali xalcasi Azerbaycan Xalca MuzeyiXalca haqqinda melumatlarTam adi Borcali xalcalariMektebi Qazax qrupuNovu Xovlu xalcaOlke AzerbaycanBolge BorcaliToxunmasi haqqinda melumatlarUslubu Qazax xalcaciliq mektebiDiger melumatlarUzunlugu 8 12 metrDuyunlerin sayi 30h30 80000 120000 duyunTarixiSenetsunas ve xalcaci Letif Kerimov qeyd edir ki Borcalinin indiki ehalisi Cenubi Azerbaycanin Sulduz rayonu erazisinde yasamis Bozcali adli boyuk tayfanin toremeleridir Sefevi hokmdarlarinin gosterisine esasen bu tayfa yasadigi eraziden kocurulerek Qazaxin simalinda indiki Gurcustan erazisinde yerlesdirilmisdi Bu tayfa hem de Qarapapaqlar adi ile meshurdur Qazaxin uc kilometrliyinde yerlesen Papaqli hemcinin Qazaxdan simalda yerlesen Qarayazi ve Qaracop adli xalcaciliq menteqelerinin adi da bu tayfanin adi ile baglidir Kerimov qeyd edir ki bu regionun ehalisi Cenubi Azerbaycanin Tebriz Erdebil Serab Qaradag xususile Urmiya golu etrafinda yerlesen Erek Bicar Senne ve Ferehan kimi yasayis menteqeleri ehalisinin xalcaciliq enenelerinin davamcilari olmuslar Onlar Gence xalcaciliq mektebinin tesiri altina duserek dasiyicisi olduqlari eneneleri daha da inkisaf etdirmisler Bu iki xalcaciliq mektebinin tesiri ile Borcalinin Qarayazi Qaracop Lembeli ve sair yasayis menteqelerinde de xalcaciliq eneneleri formalasmisdir Bedii analizBedii strukturundan asili olaraq Borcali xalcalari bir nece varianta malikdir Borcali xalcalarinin oramental motivlerinde totemler ve mifoloji inamlarin tesirlerini gormek mumkundur Bir zamanlar dini mistik ehemiyyet dasiyan motivler nesilden nesile kecerek dovrumuze catmisdir Lakin onlar oz dini ehemiyyetlerini itirerek aid bezek elementlerine cevrilmisler Birinci variant Birinci variantda toxunan Borcali xalcalari yerli toxucular terefinden Cobankere adlandirilir Bu xalcalarin merkezi oxunda saquli yerlesmis iki sayda sekkizguseli gol hemcinin merkezi golun dord terefindeki agac tesvirleri kompozisiyanin strukturunu formalasdirir Bu gollerin icinde hendesi formaya malik ve eyni zamanda antropomorf insanabenzer obraz kimi qavranilan muemmali bir fiqur yerlesdirilir Bezi xalcalarda ise qus deve tesvirleri ve mekteb ocagi elementi de olur Ikinci variant Ikinci variantda toxunan Borcali xalcalari Qazaxda daha cox Ferehli Borcalida ise Qurbagaoglu ve ya Qurbagali adlari ile taninmisdir Bu cur xalcalarin en cox istehsal edildiyi yerlerden biri de Marneulinin 12 km cenub serqinde yerlesen Gavurarx kendidir Bu variantda toxunan xalcalarin kompozisiyalari muxtelifdir Bezi xalcalarda ara sahede bir birinin ardinca golebenzer elementler yerlesir Bu elementler dord ulduzabenzer suasi olan ve transformasiya edilmis coxbucaqlidan yaranir Gollerin daxilinde uslublasdirilmis zoomorf fiqurlar simmetrik sekilde yerlesdirilir Diger xalcalarda gollerin birlesmesinden uzunsov formada fiqur yaranir Son zamanlara kimi bu xalcalar Marneulinin Gavurarx ve Qurbagaoglu Qazaxin Ferehli kendlerinde toxunurdu 1930 cu illerde Letif Kerimov Qazaxin yasli xalcacilarinin toplantisinda istirak etmisdir Iki gun davam eden toplantida yasli xalcacilarla muzakireler aparan Kerimova bir cox naxislarin menseyini mueyyenlesdirmek nesib olmusdur Hemcinin bu xalcalarin merkezinde yerlesen gol elementi de muzakire edilmisdir Xalcacilardan biri bu elementin qurbagani simvolize etdiyini bildirmisdir Qurbaga gozel canlidir O suda baliq quruda bulbule cevrilir deye xalcaci qeyd etmisdir Alinan melumata istinaden Letif Kerimov qeyd edir ki merkezdeki gol elementinin tayfanin qedim totemi olan qurbagani eks etdirdiyini dusunmek olar Zamanla dini ehemiyyetini itiren simvol dekorativ elemente cevrilmisdir Ucuncu variant Ucuncu variant Borcali xalcalari yerli toxucular ve el arasinda Ziynetnisan xalcalari ve ya Zeyvenisan xalcalari adi ile taninmisdir Ucuncu variantda toxunan Borcali xalcalari Borcali rayon merkezinin simal qerbinde yerlesen Qizilca ve ya Qizilhacili kendinde istehsal olunmusdur Xalcani ferqlendiren elamet kompozisiyanin merkezinde yerlesen ve saquli istiqametde uzanmis iri xacabenzer medalyondur Medalyonun daxilinde kvadrat gol yerlesir Onun yuxari ve asagi xetti saquli istiqametde bir az dartilaraq piramida sekilli cixintilar emele getirir Daxili sahe oz novbesinde iri cut cut qarmaqsekilli xetlerle doldurulmusdur Dorduncu variant Dorduncu variantda toxunan Borcali xalcalari yerli xalcacilar ve yerli sakinler arasinda Lembeli xalcalari adlandirilirdi Dorduncu variantda toxunan Borcali xalcalarinin ara sahesinin merkezinde yerlesen goller asagidaki qayda uzre qurulur Merkezde iri sekkizbucaqli gol yerlesir Onun yuxari ve asagi cinahinda kicik olculu medalyonlar tesvir olunur Butun medalyonlarin etrafi boyunca bir sira qarmaqsekilli elementler toxunmusdur Golun merkezinde canaxli baga tisbaga ve yastilasdirilmis qurbaganin cox uslublasdirilmis tesviri yerlesir Bezen bu usulla toxunmus xalcalarin orta sahesinde uc sayda eyni tipli gol yerlesir Besinci variant Besinci variantda toxunan Borcali xalcalari Lembeli adlanir Ancaq bu xalcalar birinci ve dorduncu variantda toxunan Borcali xalcalari ile oxsar olsalar da olcusune ara sahedeki gollerin rengine ve gollerin bir golden bir novbelenmesine gore ferqlenirler Bundan basqa besinci variantda toxunmus Borcali xalcalarinda xarakterik antropomorf fiqurlar uslublasdirilmaya daha cox meruz qalmislar Faxrali xalcasi II variant Ziynetnisan xalcalari III variant Borcali xalcalari IV variant Lembeli xalcalari V variantTexniki xususiyyetler Borcali xalcalari muxtelif olcu ve formalarda ola biler Lembeli xalcaciliq menteqesinde nisbeten boyuk xalcalar toxuyurlar Bu xalcalarinda bir kvadrat desimetrde ilmelerin sixligi 30x30 ilmeden 35x35 ilmeye qeder olur Bir kvadrat metrde olan ilmelerin sayi 80 min ilmeden 120 min ilme arasinda deyisir Xovunun hundurluyu 8 12 mm dir IstinadlarNasirova S Gence Qazax xalcalari ing 2002 P 12 13 Lyatif Kerimov Azerbajdzhanskij kovyor Tom III B Gyandzhlik 1983 s 145 148 Kerimov L Azerbajdzhanskij kovyor III tom 1983 s 145 2023 09 06 tarixinde Istifade tarixi 2023 09 01 Qurbagaoglu Marneuli rayonunda yerlesen azerbaycanlilarla meskunlasmis kendin adidir 2011 08 07 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2011 09 05